«Razılaşdırılmışdır»
«Razılaşdırılmışdır»
Azərbaycan RespublikasıMaliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
N. Xəlilov
«26» fevral 2014-cü il
«Təsdiq edirəm»
«Atəşgah» Sığorta şirkəti ASC-ninİdarə Heyətinin səfdri
T.A. Xxxxxxx
«17» fevral 2014-cü il
KREDİT MÜQAVİLƏSİ ÜZRƏ BORCALANLARIN MÜQAVİLƏ ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRMƏMƏSİNDƏN SIĞORTA QAYDALARI
ANLAYIŞLAR
Xxxxxxxxxx şəxs - xeyrinə sığorta Müqaviləsi bağlanmış və Sığorta ödənişi almaq hüququna malik şəxs;
Sığorta hadisəsinin başlanma tarixi - Sığorta olunan şəxsin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi tarixi;
Sığorta müqaviləsinin bağlanma tarixi - Sığorta haqqının ödənilməsi şərtilə, Sığorta müqaviləsinin imzalanma tarixi;
Sığorta olunan şəxs - onunla bağlı Sığorta müqaviləsi bağlanmış, Kredit müqaviləsini bağlayan əmək qabiliyyətli fiziki şəxs;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin Sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Kredit müqaviləsi - xxxx qaytarılmaq, müəyyən müddətdə faizləri ödənilmək şərti ilə, təminatlı və ya təminatsız müəyyən məbləğdə əmək qabiliyyətli fiziki şəxsə borc pul vəsaitinin verilməsinə dair yazılı razılaşmadır;
Sığorta müddəti - Sığorta Müqaviləsi ilə müəyyən edilən vaxt müddəti; Sığortalı - Sığortaçı ilə Sığorta müqaviləsi bağlayan şəxs;
Sığorta ödənişi - Sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən Faydalanan şəxsə ödənilən maliyyə kompensasiyasıdır;
Sığorta haqqı - risklərin qəbul edilməsi və bölüşdürülməsi müqabilində Sığortalının Sığorta müqaviləsində müəyyən edilən müddət və qayda çərçivəsində Sığortaçıya ödəməli olduğu ödəniş;
Sığorta məbləği - Sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin sən həddidir;
Sığorta halı (sığorta riski) - baş verdiyi təqdirdə sığortanın tətbiq edildiyi xxxxx edilən hadisə;
Sığorta şəhadətnaməsi - müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıyla sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığqrta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilən hadisə və ya yaranan hal;
Gözləmə müddəti - Sığorta olunanın kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirməməsi tarixindən başlayan Sığorta müddəti ərzindəki vaxt aralığı. Sığorta Müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bu müddət 3 (üç) ay müəyyən edilir. Gözləmə müddətində yaranmış itkilər Sığortaçı tərəfindən ödənilmir. Gözləmə müddəti başa çatdıqdan sonra Sığortaçı Sığorta ödənişini həyatakeçirməyə başlayır.
Sığorta tarifi - sığorta haqqının hesablanmasında istifadə edilən və sığorta müddəti üçüh müəyyən edilən Sığorta müqaviləsinin imzalanma tarixinə sığorta məbləğinin faiz dərəcəsi;
Sığortaçı - "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
S ə h . 2 | 6
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Hazırkı Sığorta Qaydalarına əsasən Sığortaçı Sığortalı ilə Sığorta müqaviləsi bağlanan vaxta, müvafiq kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış əmək qabiliyyətli fiziki şəxslərə münasibətdə sığorta müqaviləsi(ləri) bağlayır.
1.2. Hazırkı Sığorta Qaydalarına uyğun olaraq bağlanmış sığorta Müqaviləsi üzrə Sığortaçı "Sığorta hadisələrinə" dair 2-ci bölmədə qeyd edilən Sığorta hadisəsi baş verən zaman Sığorta müqaviləsi ilə şərtləndirilən Sığorta ödənişini hazırkı sığorta Qaydalarında nəzərdə tutulan qayda və şərtlər üzrə həyata keçirməyi öhdəsinə götürür.
1.3. Sığorta müqaviləsi hazırkı Sığorta Qaydaları əsasında o halda bağlamış hesab edilir ki, sığorta müqaviləsində onun tətbiqinə birbaşa istinad ölsun və sığorta müqaviləsinə əlavə edilsin, yaxud sığorta müqaviləsi bağlanan zaman və ya əvvəl Sığortaolunana təqdim edilmiş olsun. Sığorta Qaydaları sığorta Müqaviləsinin ayrılmaz tərkib hissəsidir, Sığortalı və Sığortaçı tərəfindən yerinə yetirilmələri məcburidir.
1.4. Sığorta obyekti Sığorta müqaviləsinin və hazırkı Qaydaların şərtlərinə uyğun olaraq Qaydalarda nəzərdə tutulan hallarda Sığorta olunanın kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi ilə bağlı Sığortalının Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak maraqlarıdır.
1.5. Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası sinfinə aiddir.
2. SIGORTA RİSKİ
2.1. Sığorta riski hazırkı Sığo.rta Qaydalarının 4-cü bölməsində ("İstisnalar") və qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, Sığorta olunanın sığorta müddəti ərzində kredit müqaviləsi üzrə öhdəliklərini istənilən səbəbdən yerinə yetirməməsi hesab olunur.
3. SIĞORTA MƏBLƏĞİ. SIĞORTA HAQQI.
3.1. Sığorta məbləği Sığortaçı və Sığortalının razılığı ilə müəyyən edilir və Sığorta müqaviləsində göstərilir.
3.2. Sığorta haqqı bütün sığorta müddəti üçün hesablanır və Sığorta müqaviləsində göstərilməklə, birdəfəlik ödənilir.
3.3. Sığorta haqqının hesablanması zamanı Sığorta xxxxx xxxxx məbləğdə yuvarlaqlaşdırılır.
3.4. Sığorta Müqaviləsi üzrə Sığorta haqqı Sığorta müqaviləsi bağlandığı tarixdən 15 (on beş) gün ərzində Sığortaçıya ödənilir.
3.5. Sığorta müqaviləsi üzrə Sığorta məbləği və Sığorta haqqı xarici valyutada (ABŞ dolları, Avro) göstərildiyi təqdirdə, Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta haqqı Sığortalı tərəfindən sığorta haqqının ödənildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə həyata keçirilir.
4. İSTİSNALAR
4.1. Aşağıdakı səbəblər nəticəsində baş verən hadisələr Sığorta hadisəsi hesab olunmur:
4.1.1. Şığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin qəsdən törətdikləri əməllər;
4.1.2. Müharibə, müdaxilə, xarici ordunun hərbi əməliyyatı, silahlı qarşıdurma, digər analoji və ya bunlara bənzər hadisələr (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan, vətəndaş və ya hərbi qiyama gətirib çıxaran digər vətəndaş iğtişaşları, terrorizm, sabotaj, hakimiyyətin silah və ya digər qeyri-xxxxxx xxxxx ələ keçirilməsi, eləcə də, silahların və hərbi sursatların tətbiqi və / və ya saxlanması ilə bağlı istənilən bu cür analoji hadisələr;
4.1.3. Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin, yaxud Sığorta müqaviləsi üzrə Sığorta ödənişi almaqda birbaşa və ya dolayı xxxxxx xxxx digər şəxsin qəsdən cinayət əməli törətməsi və ya buna cəhd etməsi;
4.1.4. Sığorta müqaviləsində qeyd edilmiş digər istisnalar.
5. FAYDALANAN ŞƏXSLƏR
5.1. Sığortalı Sığorta müqaviləsində bir və ya bir neçə Faydalanan şəxsi göstərə bilər və Sığortaçı Sığorta müqaviləsinin şərtlərinə və hazırkı Sığorta Qaydalarına uyğun olaraq Sığorta hadisəsi baş verdikdə bu şəxslərin xeyrinə Sığorta ödənişini həyata keçirməyə borcludur. Faydalanan şəxslər bir neçə şəxsdən ibarət olduqda, Sığortalı Sığorta olunanın razılığı ilə hər bir Faydalanan şəxsin payına düşən Sığorta ödənişlərinin tam və ya nisbi həcmini və Faydalanan şəxslər arasında Sığorta müqaviləsi üzrə Sığorta ödənişinin bölüşdürülməsi meyarlarını göstərməyə borcludur.
5.2. Xxxxxxxxxx şəxs tərəfindən Sığorta ödənişi ilə bağlı tələb irəli sürüldüyü zaman Sığortaçı Xxxxxxxxxx şəxslərdən Sığortalının üzərinə düşən, xxxxx onun tərəfindən yerinə yetirilməyən öhdəliklər də daxil olmaqla Sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyi tələb etmək hüququna malikdir. Əvvəl yerinə yetirilməli xxxx, xxxxx yerinə yetirilməmiş və ya vaxtında yerinə yetirilməmiş öhdəliklərlə bağlı yaranan risk Xxxxxxxxxx şəxsin üzərinə düşür.
6. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
6.1. Sığorta hadisəsi baş verən zaman, Sığortalı və/və ya Faydalanan şəxs hazırkı Sığorta Qaydalarının 6.4 və 6.5-ci bəndlərini nəzərə almaqla hazırkı Sığorta Qä"ydalarının 6.2 və 6.3-cü bəndlərində göstərilən öhdəlikləri yerinə yetirdikləri təqdirdə, Sığortaçı Faydalanan şəxsə Sığorta ödənişi həyata keçirir.
6.2- Sığortalı və ya Xxxxxxxxxx şəxs sığorta hadisəsinin baş verməsi barədə məlumatı sığorta halının baş verməsi Sığortalıya və ya Xxxxxxxxxx şəxsə məlum olduğu andan ağlabatan müddətdə, xxxxx 10 (on) iş günündən gec olmayaraq istənilən mümkün üsullarla Sığortaçıya bildirməlidir. Bununla belə:
6.2.1. Yuxarıda göstərilən öhdəliklərin digər bir şəxs tərəfindən icrası halında Sığortalı bu cür öhdəliyi icra etməmək hüququna malikdir (Sığortalının öhdəliyini yerinə yetirilmiş hesab olunur), bu halda, Sığortaçı məlumat vermək vəzifəsinə dair yuxarıda göstərilən tələblərin pozulması və Sığorta ödənişinin həyata keçirilməsindən imtina edə bilməz.
6.2.2. Sığortalı tərəfindən Sığorta halı haqda Sığortaçıya məlumat vermək müddəti ötürülərsə, onda bu öhdəlik, Sığortaçının Sığorta halı barədə vaxtında xəbərdar olması, yaxud bu məlumatın Sığortaçıda olmaması onun Sığorta ödənişini həyata keçirmək öhdəliyinə təsir etməyəcəyi sübuta yetirildiyi təqdirdə, Sığortaçının Sığorta ödənişindən imtina etməsi üçün əsas ola bilməz.
6.3. Sığorta ödənişinin alınması üçün Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxs Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:
a) sığorta hadisəsi faktını təsdiq edən sənədlər;
b) mübahisə məhkəmə qaydasında həll edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
c) Sığortalının şəxsiyyətini təsdiq edən sənəd;
d) Kredit müqaviləsinin surəti, aylıq ödənişlərin ödəniş müddəti və məbləği barədə məlumatlar göstərilməklə.
6.4. Konkret halların mövcudluğu nəzərə alınmaqla tələb edilən sənədlərin olmaması Sığortaçının baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktının müəyyən edilməsini xeyli çətinləşdirir və ya qeyri-mümkün edərsə, Sığortaçı əJavə olaraq əsaslandırılmış şəkildə Sığortalıdan və/və ya Faydalanan şəxsdən, eləcə də səlahiyyətli orqan və idarəiərdən qanunla müəyyən edilmiş qaydada digər zəruri sənədləri tələb etmək hüququna malikdir. Bununla yanaşı:
a) Sığorta olunanın doğum haqqında şəhadətnaməsi - Sığortaçının sorğusu ilə şəxsiyyətin təsdiqinə əlavə ehtiyac olarsa;
b) Sığortaçının baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktını müəyyən etməsi üçün zəruri xxxx digər sənədlər.
6.5. Sığortaçı yuxarıda göstərilən sənədləri və ya onların bir hissəsini üçüncü şəxslərdən (habelə, dövlət orqanlarına, bələdiyyə orqanlarına,. digər üçüncü şəxslərə (hüquqi və fiziki şəxslərə, bütün növ mülkiyyət formalarına aid xxxx müəssisələrə, təşkilatlara) göndərdiyi sorğu üzrə) aldığı təqdirdə, Sığortalı və Xxxxxxxxxx şəxsin bu sənədləri təqdim etmələri ilə bağlı öhdəlikləri yerinə yetirilmiş hesab olunur.
6.6. Sığortaçı hazırkı Sığorta Qaydalarının 6.3 və 6.4-cü bəndlərində göstərilən sənədləri, eləcə də 6.4-cü bənddə göstərilən sənədlərinin verilməsi ilə bağlı səlahiyyətli orqanlardan və təşkilatlardan alınmış sənədləri, yaxud rəsmi imtinaları aldıqdan sonrakı 10 (on) iş günü ərzində Sığorta hadisəsinin qəbul edilib-edilməməsi barədə qərar qəbul etməli və qəbul etdiyi qərar barədə Xxxxxxxxxx şəxsə və Sığortalıya məlumat verməlidir. Sığorta hadisəsinin qəbul edilib-edilməməsi haqqında qərar sığorta aktı ilə rəsmiləşdirilir. Sığortaçı hadisənin Sığorta hadisəsi kimi qəbul edilməsi haqqında qərar qəbul edərsə, onda bu cür qərar məcburi qaydada Sığortaçı tərəfindən yazılı surətdə əsaslandırılmalı və sığorta aktında göstərilməlidir. Sığortalı tərəfindən yuxarıda göstərilən sənədləri aldıqdan sonra Xxxxxxxxxxxx Sığorta hadisəsinin qəbul edilib-edilməməsi barədə qərar qəbul etməsi üçün əlavə sənədlərin təqdim edüməsinə zərurət yaranarsa, Sığortaçı sorğu göndərdiyi dövlət orqanının, bələdiyyə orqanının və ya digər üçüncü şəxsin adını və cavabın təxmini alınma müddətini göstərməklə 10 (on) gün ərzində Xxxxxxxxxx şəxsi xəbərdar etməlidir.
6.7. Sığortaçı heç bir əsas olmadan, Sığorta hadisəsinin qəbul edilib-edilməməsi ilə bağlı qərar çıxarılması üçün zəruri sayılmayan sənədləri tələb etmək hüququna /nalik deyildir. Sığortaçı Sığorta hadisəsinin qəbul edilib-edilməməsi ilə bağlı qərar qəbul edilməsi gedişatı barədə Sığortalını və Xxxxxxxxxx şəxsi müraciət etdikləri təqdirdə, məlumatlandırmağa, təqdim edilmiş sənədlərə əlavə olaraq sorğulanmış sənədlərin tələbedilməsi ilə xxxxx xxxx verməyə borcludur.
6.8. Sığortaçı hazırkı Sığorta Qaydalarının 2.1-ci bəndində göstərilən şərtlərlə hazırkı sığorta Qaydalarının 6.1-ci bəndində müəyyən edilən şəkildə sığorta hadisəsinin qəbul edilməsi və Sığorta aktının qəbul edıiməsi tarixindən 5 (beş) iş günü ərzində sığorta ödənişi həyata keçirməyə borcludur. Hazırkı Sığorta Qaydalarının 2.1-ci bəndində göstərilən şərtlər üzrə Sığorta müqaviləsində Gözləmə müddəti və Sığorta təminatından istisna müddəti müəyyən edilə bilər. Sığorta ödənişi Xxxxxxxxxx şəxsin ərizəsində göstərdiyi bank hesabına ödənilir. Sığorta müqaviləsi üzrə Sığorta məbləği xarici valyutada (ABŞ dolları, Avro) göstərilərsə, Sığorta ödənişi mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta ödənişinin həyata keçirildiyi günə xxxx rəsmi məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə həyata keçirilir.
6.9. Sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilən vergi və/və ya tutmaların ödənişi üzrə öhdəlik Xxxxxxxxxx şəxsin üzərinə düşür.
7. SIĞORTA ÖDƏNIŞININ VERILMƏSINDƏN IMTINANIN ƏSASLARI
7.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
7.1.1. Qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
7.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
7.1.3. Hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
7.1.4.Sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 7.1.5.Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalınınsığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək,həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanındantam və ya qismən məhrum olması.
8. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMA QAYDASI. SIĞORTA MÜDDƏTİ.
8.1. Sığorta müqaviləsinin qüvvəyə minmə qaydası Sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta müqaviləsi 2 (iki) nüsxədə, eyniadlı sənədin tərtib edilməsi ilə yazılı şəkildə bağlanılır və Sığortalının şəxsi imzası, Sığortaçının səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənir. Sığorta Müqaviləsi Sığortalının yazılı və ya şifahi müraciəti əsasında Sığortaçının səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş Sığorta şəhadətnaməsinin təqdim edilməsi ilə bağlanıla bilər.
8.2. Sığorta müddəti Sığorta müqaviləsində göstərilir.
8.3. Sığorta müqaviləsinə sığorta müddətinin başa çatması halında və ya vaxtından əvvəl aşağıda göstərilən səbəblərdən xitam verilir:
8.3.1. Sığortaçı tərəfindən Sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsi;
8.3.2. Hazırkı Sığorta Qaydalarında və Sığorta müqaviləsində nəzərdə tutulan hallarda Sığortaçının tələbi (təşəbbüsü) ilə, əgər bu cür tələb Sığortalı, Sığorta olunan və/və ya Faydalanan şəxs tərəfindən Sığorta Qaydalarının və ya Sığorta müqaviləsinin müddəalarının pozulması ilə əsaslandırılırsa;
8.3.3. Sığortalının təşəbbüsü ilə:
8.3.4. Sığorta marağının itdiyi və sığorta riskinin mövcudluğunun sığorta hadisəsindən fərqli səbəbdən başa çatması;
8.3.5. Sığorta müqaviləsinin məhkəmə tərəfindən etibarsız sayılması;
8.3.6. Qanunvericilikdə göstərilən digər səbəblər üzrə.
8.4. Sığortalının tələbi ilə Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi təqdirdə, Sığortalı və Sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair əlavə razılaşma bağlaya bilərlər.
9. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ VƏ ONUN HÜQUQİ NƏTİCƏLƏRİ
9.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir
9.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
9.1.2. Sığortalı hüquqi şəxs ləğv olunduqda
9.1.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.1.4. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
9.1.5. sığorta marağı artıq mövcud olmadıqda;
9.1.6. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
9.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qüvvədə xxxx qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir.
10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1. Sığortalının vəzifələri:
10.1.1. Hazırkı sığorta Qaydalarında və Sığorta müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə Sığorta haqqını ödəmək;
10.1.2. Sığorta Müqaviləsini bağlayan zaman, həmçinin sığorta Müqaviləsini bağlamazdan əvvəl mövcud olmuş, Sığorta hadisəsinin baş vermə ehtimalının müəyyən edilməsi üçün ona məlum xxxx bütün əhəmiyyət kəsb edən məlumatları Sığortaçıya bildirmək. Əhəmiyyət kəsb edən hallar dedikdə, sığorta riskini artıra bilən, Sığortaçının mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaran, Sığorta müqaviləsinin bağlanması zamanı şərtləşdirilmiş və təsdiqlənmiş hallar nəzərdə tutulur.
10.2. Sığortaçının vəzifələri:
10.2.1. Sığortalını hazırkı Sığorta Qaydaları və Sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək;
10.2.2. Hazırkı Sığorta Qaydalarının 6-cı bölməsində nəzərdə tutulan müddət və qaydada Sığorta hadisəsinin qəbul edilməsi və ya edilməməsi barədə qərar vermək;
10.2.3. Sığorta ödənişinin həyata keçirilməsi barədə sığorta aktının tərtib edilməsindən sonrakı 5 (beş) iş günü
ərzində Sığorta ödənişini həyata keçirmək.
10.3. Sığortalı aşağıdakı hüquqlara malikdir:
10.3.1. Sığortaçıdan maliyyə durumu ilə bağlı və kommersiya sirri olmayan məlumatları almaq.
10.4. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
10.4.1. Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan istənilən üsul və vasitələrlə Sığortalının ona verdiyi məlumatların doğruluğunu yoxlamaq, eləcə də müstəqil ekspertiza təyin etmək, müstəqil şəkildə əlavə məlumatlar tələb etmək;
10.4.2. Sığorta hadisəsinin baş verməsinə səbəb xxxx hallarla bağlı Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxs barəsində müvafiq hüquq-mühafizə orqanları tərəfındən cinayət işi açıldığı təqdirdə, Sığorta ödənişini istintaq və/və ya məhkəmə araşdırması başa çatanadək təxirə salmaq;
10.4.3. Sığorta hadisəsi ilə bağlı istənilən işə baxış zamanı üçüncü şəxs qismində məhkəmədə iştirak etmək;
10.4.4. Sığorta Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Sığorta olunanlar barəsində şəxsi məlumatlar işləyib-hazırlamaq;
10.4.5. Sığortalı və/və ya Xxxxxxxx şəxs tərəfindən sığorta riski dərəcəsinin müəyyən edilməsinə təsir edən yalnış və düzgün olmayan məlumat verilməsi nəticəsində Siğorta olunanla münasibətdə bağlanmış Sığorta müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək;
10.4.6. Sığortalı və/və ya Faydalanan şəxs hazırkı Sığorta müqaviləsində və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən edilən vaxtda və qaydada Sığortaçını Sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmazsa, sığorta ödənişindən imtina etmək.
11. QARŞISI ALINMASI MÜMKÜN OLMAYAN HALLAR
11.1. Qarşısı alınması mümkün olmayan hallar (fors-major) zamanı Sığortaçı bu cür halların davam etdiyi müddət ərzində Sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırmaq hüququna malikdir.
11.2. Tərəflər qarşısı alınması mümkün olmayan hallar dedikdə, bunları başa düşürlər: hərbi əməliyyatlar və onların fəsadları, terror aktları, üsyan, tətil, qiyam, rekvizisiya, mülki və ya hərbi orqanların göstərişi ilə mülkiyyətin məhv edilməsi və ya zədələnməsi, dövlət orqanlarının icrası məcbur xxxx aktları, fövqəladə və ya xüsusi halların tətbiq edilməsi, iğtişaş, kütləvi iğtişaş, dövlət çevrilişi, sabotaj, inqilab, nüvə enerjisinin təsiri.
12. YEKUN MÜDDƏALAR
12.1. Sığorta Müqaviləsinin yerinə yetirilməsi və dayandırılması ilə bağlı bütün bildiriş, sorğu və ya xəbərdarlıqlar Sığorta müqaviləsində göstərilən ünvanlara göndərilir. Sığorta müqaviləsi Tərəflərinin ünvanlarının və/və ya rekvizitlərinin dəyişməsi halında Tərəflər bu barədə bir-birilərinə vaxtında məlumat verməyə borcludurlar. Tərəf digər tərəfin ünvan və/və ya rekvizitlərinin dəyişməsi barədə vaxtında məlumatlandırılmazsa, onda əvvəlki ünvana göndərilən bütün bildiriş, sorğu və ya xəbərdarlıqlar onların əvvəlki ünvana çatdırıldıqları tarixdən alınmış hesab olunacaqdır. Sığorta müqaviləsinin bağlanması, icrası və ya icrasının dayandırılması və ya xitamı ilə bağlı istənilən bildiriş, sorğu və ya xəbərdarlıqlar yazılı surətdə tərtib edildikləri və müəyyən olunmuş qaydada, yəni poçt faks və ya qanunla nəzərdə tutulmuş digər vasitələrlə digər tərəfə göndərildiyi təqdirdə, Tərəflərin bir-birinin ünvanlarına göndərilmiş hesab olunacaq.
12.2. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr yazılı surətdə tərtib edilməlidir.
12.3. Sığorta müqaviləsinə dəyişiklik və əlavələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq edilir.
12.4 Sığorta müqaviləsinə tərəflərin razılığı ilə qanunvericiliklə qadağan olunmayan digər əsaslar üzrə də xitam verilə bilər.
12.5. Sığorta müqaviləsi ilə bağlı mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılıq əldə edilmədiyi təqdirdə, mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəməqaydasında həll edilir.