AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2011-ci il dekabrın 6-da Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il
№ 304-IVQ
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında
Saziş
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti,
ikitərəfli münasibətlərinin təşviq edilməsini arzulayaraq,
mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsində maraqlarını nəzərə alaraq və hər iki ölkənin diplomatik pasportlara xxxxx xxxx vətəndaşlarının səyahətlərini asanlaşdırmaq məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Razılığa gələn Tərəfin etibarlı diplomatik pasportlara xxxxx xxxx və digər Razılığa gələn Tərəfin ərazisində akkreditə olunmamış vətəndaşları həmin qəbul edən dövlətin ərazisinə daxil olmaq, tranzit qaydasında keçmək və orada gəldiyi gündən etibarən altı (6) ay müddətində (girişlərin sayından asılı olmayaraq) doxsan (90) günə qədər qalmaq və oranı tərk etmək üçün viza tələbindən azad ediləcəkdir. Azərbaycan Respublikasının vətəndaşları üçün yuxarıda göstərilən doxsan (90) gün müddəti onların Şengen zonasına ilk daxil olduqları tarixdən başlayır.
Maddə 2
Bu Saziş, Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən digər Tərəfin diplomatik missiyalarının, konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin etibarlı diplomatik pasportlarına malik üzvlərini, həmçinin onların etibarlı diplomatik pasportlara malik ailə üzvlərini yerləşmə dövlətində akkreditə edilməsi üçün viza almaq öhdəliyindən azad etmir.
Yuxarıda göstərilən şəxslər akkreditə edildikdən sonra təyinatları müddətində yerləşmə dövlətinin ərazisinə vizasız daxil ola, tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.
Maddə 3
Razılığa gələn Tərəflərin Sazişin 1-ci və 2-ci maddələrində göstərilən diplomatik pasportlara xxxxx xxxx vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisinə beynəlxalq sərnişin daşınması üçün açıq xxxx dövlət sərhədindəki bütün buraxılış məntəqələrindən daxil ola və ya oranı tərk edə bilərlər.
Maddə 4
Bu Saziş, Razılığa gələn Tərəflərin 1-ci və 2-ci maddələrdə göstərilən vətəndaşlarının qəbul edən dövlətin qanunvericiliyinə hörmət etmək öhdəliyinə toxunmur.
Maddə 5
Bu Saziş bir Razılığa gələn Tərəfin arzuolunmaz hesab edilən istənilən vətəndaşının digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən bu Razılığa gələn Tərəfin ərazisinə daxil olması və ya orada qalmasına etiraz etmək hüququna toxunmur.
Maddə 6
Hər bir Razılığa gələn Tərəf milli təhlükəsizlik və ictimai asayişin qorunması məqsədilə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.
Digər Razılığa gələn Tərəf bu Sazişin tətbiqinin dayandırılması barədə, belə tədbirin qüvvəyə minməsindən əvvəl 72 saatdan gec olmayaraq, diplomatik kanallar vasitəsilə məlumatlandırılacaqdır.
Bu Sazişin tətbiqinin dayandırılması 1-ci və 2-ci maddələrdə göstərilən və artıq hər bir Razılığa gələn Tərəfin ərazisində xxxx vətəndaşların hüquqlarına toxunmur.
Maddə 7
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən əvvəl otuz (30) gündən gec olmayaraq diplomatik kanallar vasitəsilə diplomatik pasportların nümunələrini mübadilə edəcəkdir.
Yeni diplomatik pasportlar təqdim olunarsa və ya mövcud olanlara düzəlişlər edilərsə, Razılığa gələn Tərəflər yeni diplomatik pasportların qüvvəyə minməsindən əvvəl otuz (30) gündən gec olmayaraq onların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəkdir.
Maddə 8
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə protokollar və ya diplomatik notalar mübadiləsi ilə dəyişikliklər edilə bilər. Həmin sənədlər Sazişin ayrılmaz tərkib hissəsi hesab ediləcəkdir.
Maddə 9
Bu Sazişin müddəalarının təfsiri zamanı yarana biləcək hər hansı fikir ayrılıqları və ya mübahisələr Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsi ilə danışıq və ya məsləhətləşmə yolu ilə dostcasına həll ediləcəkdir.
Maddə 10
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən otuzuncu (30) gün qüvvəyə minəcəkdir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərdən birinin bu Sazişin qüvvəsinin ləğv etməsi barədə yazılı bildirişinin digər Razılığa gələn Tərəfin aldığı tarixdən sonra üç (3) ay qüvvədə qalacaqdır.
Bu Saziş Vilnüs şəhərində 2011-ci il 6 dekabr tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, Litva və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
Litva Respublikası |
Hökuməti adından |
Hökuməti adından |