Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstan Respublikasının Sosial İşlər və Əmək Nazirliyi arasında
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstan Respublikasının Sosial İşlər və Əmək Nazirliyi arasında
əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Macarıstan Respublikasının Sosial İşlər və Əmək Nazirliyi,
Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında dostluq münasibətlərinə və sosial və iqtisadi sahələrdə mövcud səmərəli əməkdaşlığa əsaslanaraq,
əmək, məşğulluq və sosial qayğı sahəsində əməkdaşlığın inkişaf etdiril-məsi məqsədilə aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər əsasən informasiya və təcrübə mübadiləsi yolu ilə aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
a) əmək və məşğulluq sahəsində milli qanunvericilik;
b) əmək münasibətlərinin və əməyin təhlükəsizliyinin tənzimlənməsi sahəsində milli qanunvericiliyin tətbiq olunması mexanizmləri;
c) əmək bazarının təhlili, məlumatların toplanması və işsiz və iş axtaran vətəndaşların peşə hazırlığı;
d) milli əmək xxxxx və milli əmək bazarında xarici işçi qüvvəsinin iştirakının tənzimlənməsi;
e) dövlət orqanları və beynəlxalq təşkilatların iştirakı ilə əmək və məşğulluq sahəsində birgə və çoxtərəfli layihələrin hazırlanması və tətbiqi;
f) Avropaya inteqrasiya ilə bağlı əmək və məşğulluq sahəsində tədbirlər.
Maddə 2
Tərəflər əməkdaşlığı aşağıdakı formalarda inkişaf etdirəcəklər:
a) ekspertlər mübadiləsi;
b) ekspertlərin məsləhətləşmələri və əlavə hazırlığı;
c) hər iki Tərəfin fəaliyyəti ilə əlaqədar, xüsusilə də əmək və məşğulluq, sosial qayğı, işsiz və iş axtaran vətəndaşların peşə hazırlığı ilə bağlı siyasət və
proqramların həyata keçirilməsi, qanunvericiliklə bağlı təkliflərin və digər məlumatların mübadiləsi;
d) beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrlə bağlı əməkdaşlığın dəstəklənməsi;
e) Tərəflərin tabeliyində xxxx icraedici təşkilat və qurumlar arasında əməkdaşlığın dəstəklənməsi.
Maddə 3
Bu Saziş Tərəflərin maliyyə imkanlarından asılı olaraq birgə iş planlan vasitəsilə həyata keçiriləcəkdir.
Maddə 4
Tərəflərin yazılı razılığına əsasən, bu Sazişə, onun 5-ci maddəsinə uyğun olaraq, ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 5
Bu Saziş 5 il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı gündən qüvvəyə minir.
Tərəflərdən biri bu müddətin başa çatmasına ən azı altı ay qalmış onun qüvvəsini ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitə-silə bildirməzsə, bu Sazişin qüvvəsi növbəti beşillik müddətlərə uzadılır.
Bu Saziş Budapeşt şəhərində 2007-ci il 25 sentyabr tarixində, Azərbaycan, macar və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandıq-da, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Macarıstan Respublikasının Sosial İşlər və Əmək Nazirliyi |