MƏXFİLİK MÜQAVİLƏSİ
MƏXFİLİK MÜQAVİLƏSİ
Bakı şəhəri __________ – cü il
Bundan sonra «Tərəflər» və ya müvafiq olaraq «Tərəf» adlandırılacaq, Nizamnamə əsasında fəaliyyət göstərən _____________ şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs xxxx «_________» ASC (bundan sonra «Məlumat verən» adlandırılacaq), bir tərəfdən və Nizamnamə əsasında fəaliyyət göstərən “Fiigensoft Azərbaycan” MMC şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs xxxx E-manat (bundan sonra «Məlumat xxxx» adlandırılacaq), digər tərəfdən, aşağıdakı şərtlərlə bu müqaviləni (bundan sonra «Müqavilə» adlandırılacaq) bağladılar:
Müqavİlənİn predmetİ
Bu Müqaviləyə əsasən Tərəflər bağlanan müvafiq müqavilə(lər) çərçivəsində qarşılıqlı əməkdaşlığı həyata keçirdikləri zaman bir-birinə açıqlanan məlumatları məxfi məlumatlar kimi dəyərləndirərək onların qorunub-saxlanılmasını və həmin məlumatların yayılmasının qarşısının almasını öhdələrinə götürürlər.
Məxfİ məlumat
Bu Müqavilənin məqsədləri üçün Məxfi məlumat deyildikdə, məlumatın hansı yolla və hansı formada əldə edilməsindən asılı olmayaraq Məlumat verənin Məlumat alana şifahi və ya yazılı formada, o cümlədən elektron poçt vasitəsilə açıqladığı və ya hər hansı sənədin (elektron və ya kağız formasında) verilməsi yolu ilə açıqlanan bütün məlumatlar (bundan sonra «Məxfi məlumat» adlandırılacaq) nəzərdə tutulur. Bu məlumatlara başqa amillər ilə yanaşı, bütün biznes strategiyaları, formullar, qeydlər, təhlillər, kompilyasiyalar, tədqiqatlar, şərhlər və hər hansı Tərəf, yaxud onun nümayəndələri tərəfindən hazırlanan və digər Tərəfə, yaxud onun nümayəndələrinə formasından asılı olmayaraq təqdim olunan hər hansı bir məlumatı əks etdirən bütün sənədlər aiddir.
Aşağıdakı məlumatlar məxfi məlumat hesab edilmir:
Məlumat alanın və onun nümayəndələrinin təqsiri olmadan açıqlanmış və ya ictimaiyyətə artıq məlum xxxx məlumatlar;
Məlumat alana təqdim olunana qədər artıq ona məlum olmuş, o cümlədən 3-cü şəxs(lər) tərəfindən təqdim olunan həmin məlumatlar;
Məxfi olmaması dəqiqliklə göstərilmiş məlumatlar, yaxud hər hansı Tərəfə müstəqil şəkildə məlum olmuş məlumatlar.
Bu Müqavilə əsasında məxfilik tələbləri Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məlumatların dövlət orqanlarına və digər orqanlara (şəxslərə) açıqlanmasına şamil olunmur.
Tərəflərİn öhdəlİklərİ
Məlumat xxxx bu Müqaviləyə əsasən aldığı Məxfi məlumatı qəti şəkildə gizli saxlamağı və həmin məlumatı bu Müqaviləyə zidd olaraq hər hansı üçüncü tərəfə açıqlamamağı öhdəsinə götürür.
Məlumat xxxx Xxxxx məlumatın istifadəsini və təkrar istifadəsini yalnız bu Müqavilədə göstərilən məqsədlər üçün məhdudlaşdırmağa razılıq verir və öz işçi heyətinə belə Məxfi məlumatı açıqlamazdan əvvəl bu Müqavilə barədə işçi heyətini məlumatlandırmağı və onların üzərinə bu Müqavilədə nəzərdə tutulan öhdəlikləri pozmamaq barədə öhdəlik qoymağı öz üzərinə götürür.
Məlumat xxxx Xxxxx məlumatın icazəsiz istifadə edilməsi, yayılması və ya nəşr edilməsinin qarşısını almaq məqsədilə həmin məlumatlara ən azı özünün bənzər xarakterli məlumatlarının qorunması ilə eyni səviyyədə ehtiyatlılıq və diqqətlə yanaşmağı öz öhdəsinə götürür.
Əgər Məlumat xxxx qanunvericilikdə və ya bu Müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla hər hansı digər şəxsə Məxfi məlumatı açıqlamağa məcbur qalarsa, istənilən halda Məxfi məlumatı açıqlamazdan əvvəl Məlumat verənin özünü müdafiə və ya digər müvafiq tədbirlər görməsini təmin etmək məqsədilə Məlumatı verənə bu barədə dərhal məlumat verməlidir.
Məlumat xxxx bu Müqaviləyə əsasən məxfi saxlanması bildirildiyi halda Məlumatın açıqlanması və ya istifadə olunması barədə xəbərdar olarsa və ya əsaslı şübhələrə malik olarsa, dərhal Məlumatı verənə bu barədə bildirməyi öz öhdəsinə götürür.
Məlumat xxxx qanunvericilik və bu Müqavilədə göstərilən hallardan başqa əldə etdiyi məxfi məlumatın 3-cü şəxslərə açıqlanmamasına dair öhdəlik götürür.
3.7.Məlumat xxxx tərəf Məlumat verən tərəfin tələbinə əsasən və ya Məxfi məlumata artıq ehtiyac duymadıqda Məxfi məlumatı (nüsxələr və sürətlər daxil olmaqla Məxfi məlumat daşıyan sənədləri) Məlumat verənə xxxx qaytarmağı və onun istifadəsini dərhal dayandırmağı öz öhdəsinə götürür. Məxfi Məlumat və ya onun nüsxə və ya sürətləri xxxx qaytarıla bilməzsə, Məlumat xxxx tərəf onları dərhal məhv etməyi öz öhdəsinə götürür.
3.8. Məlumat xxxx Məxfi məlumatdan yalnız bu Müqaviləyə uyğun olaraq, Tərəflər arasında bağlanmış müvafiq müqavilələrdə qeyd olunmuş məqsədlərlə istifadə edə bilər.
3.9. Tərəflərdən hər xxxxx xxxx bu Müqavilə və ya onun hər hansı bir hissəsinə dair səlahiyyətləri digərinin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə bilməz.
3.10. Qarşı Tərəfə bu Müqavilənin müddəalarına uyğun hərəkət etməsi (pozuntulara yol verməməsi) ilə bağlı tələbin irəli sürülməsinin gecikdirilməsi və ya belə bir tələbin ümumiyyətlə irəli sürülməməsi, müvafiq Tərəfin gələcəkdə belə bir tələbi irəli sürmək hüququnu istisna etmir.
3.11. Məlumat xxxx bu Müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vurulmuş real zərər həcmində maddi məsuliyyət daşıyır.
Mübahİsələrİn həllİ
Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll edilir. Qarşılıqlı razılıqla həll edilməsi mümkün olmayan mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll ediləcəkdir.
Bu Müqavilə ilə nizamlanmayan münasibətlər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə tənzimlənir.
Fors-Major
Məlumat xxxx, xxxx-major səbəblərinə görə Müqavilənin 3.7-ci bəndində əks olunan öhdəliklərini vaxtlı-vaxtında, tam və lazımınca təmin edə bilmədikdə, həmin öhdəliklərin yerinə yetirilməsi üçün mümkün xxxx bütün tədbirləri görmək şərti ilə, qeyd edilən öhdəliyin yerinə yetirilməsindən və bununla əlaqədar məsuliyyətdən fors-major halının davam etdiyi müddətdə azad edilir. Məlumat xxxx Müqavilənin digər bəndlərinə əsasən üzərinə götürdüyü öhdəliklərin icra edilməməsinə görə fors-major xxxxxx istinad edə bilməz.
Qeyd: Bu bənddə istifadə edilən «fors-major» ifadəsi təbii fəlakətləri, epidemiya, partlayışları, yanğınları, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilabları, vətəndaş ixtişaşlarını və s. analoji səbəbləri, hökumətin, bələdiyyənin və digər səlahiyyətli orqanların qanuni sərəncamlarını, həmçinin kiber hücumlar istisna olmaqla ölkə ərazisindən kənar gözlənilməz və həlli ölkə tərəfindən qeyri-mümkün ola bilən səbəbləri ehtiva edir.
Hər bir Tərəf bu Müqavilə üzrə öhdəliyin icrasını gecikdirən fors-major səbəbinin başlanması və bitməsi barədə digər Tərəfi dərhal teleqraf, teleks və yaxud telefaks ilə məlumatlandırmalıdır.
Fors-major səbəblərinin başlanması və bitməsi məlumatı üzrsüz səbəbdən gecikdirilirsə, Məlumat verən belə hallara istinadı qəbul etməyə bilər.
Fors-major halları səlahiyyətli dövlət orqanı tərəfindən yazılı şəkildə təsdiq edilməlidir.
Yekun müddəalar
Bu Müqavilə müddətsiz xarakter daşıyır və Məlumat verənin Məlumat alana təqdim etdiyi bütün Məxfi məlumat bu Müqaviləyə və ya qanunvericiliyə uyğun olaraq məxfilik xarakterini itirənədək qüvvədə qalır.
Bu Müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə Tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Aparılan dəyişikliklər və əlavələr yazılı formada tərtib edildikdən və Tərəflərin imza və möhürü ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyil.
Bu Müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilməklə, Tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və nüsxələrdən biri «Məlumat verən»də, digəri isə «Məlumat xxxx»da saxlanılır.
Tərəflərİn rekvİzİt VƏ İMZALARI:
«Məlumat verən»
«__________» ASC
_____________
_____________________/ _____ (imza, möhür)
|
«Məlumat xxxx»
“Figensoft Azərbaycan” MMC
Direktor
_____________________/ Xxxxxxx Xxxx Abac (imza, möhür)
|
|
|