AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
2010-cu il noyabrın 11-də Roma şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə
Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2010-cu il noyabrın 11-də Roma şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İtaliya Respublikası tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2011-ci il
№ 528
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),
səhiyyə və tibb elmləri sahəsində ikitərəfli əlaqələrin təşviq edilməsini arzu edərək,
bu əməkdaşlığın hər iki ölkədə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına öz tövhəsini verəcəyinə inanaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Anlaşma Memorandumu çərçivəsində onların dövlətlərinin qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində, eləcə də İtaliya Respublikasının Avropa İttifaqında üzvlüyündən irəli gələn öhdəliklərə uyğun olaraq əməkdaşlıq edəcəklər.
Maddə 2
Tərəflər səhiyyə və tibb elmləri sahəsində məlumat və təcrübənin qarşılıqlı mübadiləsi və prioritet hesab olunan mövzularda əməkdaşlıq proqramları yolu ilə əməkdaşlığı inkişaf etdirəcəklər.
Tərəflər aşağıdakıları təşviq etmək üçün bütün səylərdən istifadə edəcək:
- nümunəvi tibb mərkəzləri, tədqiqat proqramları və inkişaf layihələri şəbəkələrində birgə iştirak;
- Tərəflərin Avropa İttifaqının layihələrində və TAİEX texniki dəstək proqramlarında iştirakını artıraraq, milli standartların Avropa standartlarına uyğunlaşdırılması;
- təlim, potensialın artırılması və qabaqcıl təcrübənin tətbiq olunması;
- səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığın qarşılıqlı surətdə razılaşdırılmış digər formaları.
Maddə 3
İki ölkənin səhiyyə sistemlərinə, onların işləmə mexanizminə dair qarşılıqlı biliklərə nail olmaq, habelə səhiyyə işçilərinin və tədqiqat aparan işçilərin təlimatlandırılmasını təkmilləşdirmək məqsədilə Tərəflər ekspertlərdən ibarət nümayəndə heyətlərinin prioritet sayılan mövzular üzrə təlim səfərlərini təşkil edəcək.
Qarşılıqlı razılaşma yolu ilə təyin olunmuş tarixdən 30 gün əvvəl, hər Tərəf digər Tərəfə öz ekspertlərinin adı, vəzifəsi və ixtisasına, habelə təklif olunan təlim səfərlərinin mövzularına dair məlumat göndərəcək. Gəliş tarixi, habelə səyahət marşrutu göndərən Tərəfdən qəbul edən Tərəfə ən azı 15 gün əvvəl bildiriləcək.
Maddə 4
Tərəflər müvafiq tibb müəssisələri arasında əməkdaşlığı təşviq edəcəklər. Bu məqsədlə, Tərəflər tibb müəssisələri tərəfindən təşkil olunacaq xxxx tədbirlərin cədvəlini hər il digər tərəfə təmin edəcək.
Maddə 5
Tərəflər xəstəxanalar, xüsusi tibb müəssisələri arasında əməkdaşlığı və bu cür qurumlar və Tərəflər arasında birbaşa müqavilələrə əsaslanan tibbi tədqiqat və təlimləri təşviq edəcəklər.
Aidiyyəti müəssisə və ya qurumlar arasında birbaşa əməkdaşlıq xxxx materialların və texniki sənədlərin mübadiləsi yolu ilə, habelə qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqat proqramları vasitəsilə həyata keçiriləcək.
Maddə 6
Tərəflər tibbi jurnalların, səhiyyə tədris materialları və plakatlarının mübadiləsinə yardım edəcək.
Tərəflər bir-biri ilə səhiyyə statistikası və epidemioloji hesabatlar göndərəcək.
Tərəflər tələb üzrə öz səhiyyə qanunvericiliyi haqqında məlumat mübadiləsi aparacaq.
Maddə 7
Tərəflər Anlaşma Memorandumunun tətbiqinin monitorinqi və uyğunlaşdırılması məqsədilə Birgə İşçi Qrupu təşkil edəcək.
Birgə İşçi Qrupu əməkdaşlığın prioritet məsələlərini müzakirə edəcək, səhiyyə və tibb elmlərində fəaliyyət planını işləyib hazırlayacaq və əməkdaşlığın inkişafı haqqında mütəmadi olaraq hər iki Tərəfə məlumat verəcək.
Birgə İşçi Qrupu hər bir Tərəfdən ən azı üç nümayəndədən təşkil olunacaq.
Birgə İşçi Qrupu Tərəflərin razılaşdığı qaydada mütəmadi olaraq ildə bir dəfədən xxx olmayaraq və ya ən azı iki ildə bir dəfə növbə ilə Bakıda və Romada görüşəcək.
Maddə 8
Hazırkı Anlaşma Memorandumundan irəli gələn fəaliyyətlər Tərəflərin müvafiq büdcəsi hesabına və onların dövlətlərinin qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçiriləcək.
Bu Memorandumun 2-ci və 7-ci Maddələrinin müddəalarına əsasən ekspert səfəri zamanı göndərən Tərəf iki paytaxt şəhəri arasında hər iki istiqamətdə (gediş-gəliş) səyahət xərclərini ödəyəcək. Qəbul edən Tərəf səfər müddətində yemək, mənzil və daxili səyahət xərclərini qarşılayacaq. Xəstəxanalar, ixtisaslaşmış tibb müəssisələri və tibbi tədqiqat və təlim müəssisələri arasında birbaşa əməkdaşlıq çərçivəsində xxxxxx səfər edən ekspertlər üçün səfər xərcləri Tərəflərin razılaşması əsasında həyata keçiriləcək.
Maddə 9
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqindən yarana biləcək hər hansı fikir ayrılığı məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 10
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi xxxx və 11-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən hər hansı əlavələr və dəyişiklər edilə bilər.
Maddə 11
Bu Anlaşma Memorandumu Tərəflərin müvafiq daxili prosedurlarının yerinə yetirilməsi barədə biri birinə yazılı bildirişin verildiyi tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanır və Tərəflərdən biri bu Memorandumun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək
niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılacaqdır.
Bu Maddənin müddəalarına uyğun olaraq, bu Anlaşma Memorandumu ləğv edildikdə həyata keçirilən və başa çatdırılmamış hər hansı əməkdaşlıq proqramı başa çatdırılanadək qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu Roma şəhərində 11 Noyabr 2010-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, İtalyan və İngilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | İtaliya Respublikasının |
Səhiyyə Nazirliyi adından | Səhiyyə Nazirliyi adından |
Səhiyyə xxxxxx (imza) | Səhiyyə xxxxxx (imza) |