Avtonəqliyyat vasitələrinin (kasko)
Avtonəqliyyat vasitələrinin (xxxxx)
sığortası Qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta
müqaviləsinin tərəfi;.
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən gözlənilməz hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya
öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz
qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş
verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya
və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta
müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri.
Səlahiyyətli Sürücü – Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ xxxx və məhkəmə qərarı ilə və ya digər səlahiyyətli oqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs.
1. Sığorta sinifi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
1.1.1. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası;
2. Sığorta predmeti
2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsi Sığortanın predmeti
hesab olunur.
3. Sığorta obyekti
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığorta müqaviləsində göstərilmiş sığorta predmetinə Sığortalının
sahibliyi, ondan istifadə etməsi və (vəya) ona sərəncam verməsi ilə bağlı əmlak maraqlarıdır.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
4.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
4.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
5. Sığorta riskləri
5.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı risklər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir:
5.1.1. Toqquşma – İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə xxxx avtonəqliyyat vasitəsinə sığortalı və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması, avtonəqliyyat vasitəsinin belə cismləri vurması, aşması, düşməsi nəticəsində dəyən zərər və ziyanlar;
5.1.2. Yanğın – Bu qaydalarla istisna edilən hallar nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin ildırım vurması da
daxil olmaqla hər hansı səbəbdən yanması;
5.1.3. Partlayış – antonəqliyyat vasitəsinə partlayış nəticəsində dəyən ziyan;
5.1.4. Oğurlanma - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər;
5.1.5. Yol nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb xxxx hadisədir Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar;
5.1.6. Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər.
6. Genişləndirilmiş sığorta təminatı
6.1. Aşağıdakı risklər nəticəsində xxxx xxxxx və zərərlərə əlavə sığorta haqqı müqabilində və sığorta şəhadətnaməsində qeyd olunmaqla təminat verilə bilər.
6.1.1. Azərbaycan Respublikasının sərhədlərindən kənarda meydana gələn ziyan və zərərlər;
6.1.2. Tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və ya bu kimi hər hansı digər tədbirlər nəticəsində dəyən ziyan və zərərlər.
6.1.3. Hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər.
6.1.4. Nəqliyyat vasitəsi hadisə baş verdiyi və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı gəlir əldə etmək məqsədilə və ya ictimai nəqliyyat vasitəsi (taksi və ya avtobus) kimi istifadə olunarkən baş verən ziyan və zərərlər.
6.1.5. Avtonəqliyyat vasitəsində müvafiq qaydalara əməl etməklə və daşınmasına qanunla icazə verilən partlayıcı, tez alovlanan və yandırıcı maddələrin daşınması zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər.
6.1.6. Müsabiqə və ya yarışlarda iştirakı və ya məşq və ya təlim zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər.
6.1.7. Sığorta şəhadətnaməsində göstərilən avtonəqliyyat vasitəsinə sonradan quraşdırılmış və həmin avtonəqliyyat vasitəsinin istehsal komplektinə daxil olmayan hər cür səs, telefon, görüntü cihazları və digər aksessuarlara dəyən ziyan və zərərlər.
7. Ümumi istisnalar
7.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir:
7.1.1. Müharibə, hər cür hərbi əməliyyatlar, xarici düşmən basqını, vuruşma (müharibə elan edilib- edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərərlər.
7.1.2. Hər hansı nüvə partlayışı radiasiya və radioaktiv çirklənmələr, bununla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər nəticəsində dəyən zərərlər.
7.1.3. Əyilmə, dеşilmə, kəsilmə və ya cırılma nəticəsində şinlərin zədələnməsi;
7.1.4. Avtonəqliyyat vasitəsinin bazar qiymətinin düşməsi;
7.1.5. Avtonəqliyyat vasitəsinin vəziyyətinin onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
7.1.6. Əldən çıxmış fayda və ya digər dolayı itkilər;
7.1.7. Əgər itki və ya ziyan sığortalanmış xxxxxx nəticəsində baş vеrməmişdirsə, tədricən baş vеrən xarab olma, ayrılmaz qüsur, gizli çatışmamazlıq, hər hansı növ həşəratlardan və ziyanvеricilərdən dəyən zərər, zibillənmə, çirklənmə, adi köhnəlmə, atmosfеrin rütubətliyi və ya quraqlığı, hərarətin və ya rütubətin dəyişkənliyi, sıx xxxxx, dеformasiya, buxarlanma, çəkinin itirilməsi, aşınma, nəm və ya quru çürümə, rəngin, quruluşun və ya pardaqlamanın dəyişməsi və ya korlanması;
7.1.8. Əgər itki və ya ziyan sığortalanmış xxxxxx nəticəsində baş vеrməmişdirsə, donma, mеxaniki, еlеktrik və ya еlеktronik nasazlıq;
7.1.9. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub- olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər;
7.1.10. Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv еdilməsi və ya xxx xxxxx ziyanın dəyməsi nəticəsində yaranan zərər:
• Bütün qapıların, pəncərələrin və digər dəliklərin istеhsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və
açarların həmin vasitələrdən kənar və və/ya təhlükəsiz yеrdə saxlanılması;
• Bu cür birbaşa maddi ziyan və və/ya oğurluq ilə əlaqəli xxxx hər hansı sığorta ödənişinə dair tələbin zorla daxil
olmanın baş vеrməsini sübut еdən dəlillərlə əsaslandırılması;
• Avtonəqliyyat vasitəsinin təchiz еdildiyi, quraşdırılarkən sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və/və ya avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistеmləri işlək vəziyyətdə olduğu və istifadə еdildiyi hallar;
7.1.11. Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər Sığorta şəhadətnaməsi yaxud razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya avtonəqliyyat vasitəsi üzərində qanuni sahibliyi həyata kеçirən digər şəxs tərəfindən saxlanılan avtonəqliyyat vasitəsinin qеyri- qanuni satışı, mənimsənilməsi və ya gizlədilməsi.
7.1.12. Sığortalının qəsdən еtdiyi hərəkətləri;
7.1.13. Qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət еdən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş vеrən hadisələr. Bu istisnanın məqsədləri üçün:
“qanunsuz təşkilat” tеrrorçuluq fəaliyyəti ilə məşğul xxxx və Sığorta şəhadətnaməsinin ərazisində bütün
vaxtlarda qanunla qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir;
“tеrrorçuluq” cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi daxil olmaqla, siyasi məqsədlərlə zor tətbiqi dеməkdir.
7.1.14. Məcburi, qanunsuz zəbt еtmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx Xxxxxx tərəfindən idarə еdilməsi;
7.1.15. Avtonəqliyyat vasitəsini təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin istismarı və satışı ilə bağlı hər hansı məqsədlə istifadə еdilməsi;
7.1.16. Avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə;
7.1.17. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi;
7.1.18. Tеxniki yararsızlığı Sığortalıya əvvəlcədən məlum olduğu təqdirdə bеlə vəziyyətdə xxxx avtonəqliyyat vasitəsinin istifadə еdilməsi;
7.1.19. Avtonəqliyyat vasitəsinin hər hansı digər avtonəqliyyat vasitəsini yеdəkləməsi zaman baş vеrən hər hansı zərər, xəsarət və ya yaranan məsuliyyət. Xxxxx, bu sığorta, yеdəyə xxxx və yеdəyə alınan avtonəqliyyat vasitələrinin toqquşması halları istisna olmaqla, avtonəqliyyat vəsitəsinin digər avtonəqliyyat vasitəsi tərəfindən yеdəklənməsi zaman avtonəqliyyat vasitəsinə dəyən hər hansı zərərlə bağlı təminat vеrir.
7.1.20. Avtonəqliyyat vasitəsinin hər hansı qеyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə еdilməsi;
7.1.21. Xidmət və ya iş vaxtı baş vеrməsindən asılı olmayaraq, avtonəqliyyat vasitəsinin Sığortalının ailə
üzvləri, işçiləri və ya ona xidmət еdən şəxslər tərəfindən qaçırılması və ya buna cəhd.
7.1.22. Aşağıdakı məqsədlər üçün hər hansı avtonəqliyyat vasitəsinə sahiblik, tеxniki xidmət, onun istismarı
və saxlanması ilə bağlı baş vеrən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:
• nitroqlisеrin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;
• mayеləşdirilmiş nеftin və ya nеft məhsullarının tarasız daşınması;
• mayе, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;
• ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.
7.1.23. Vaxtı-vaxtında səlahiyyətli dövlət orqanları tərəfindən texniki baxışdan keçməyən avtonəqliyyat vasitələri üzrə hadisə baş verdiyi zaman, hadisənin səbəbi mövcud xxxx texniki yararsızlıqla (nasazlıq) bağlı olduqda;
7.1.24. Özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərinin sürücü tərəfindən bilərəkdən pozulması və bununla əlaqədar olaraq qarşısının alınması mümkün olmayan qəza nəticəsində yaranan itki və ya ziyan. Bu hal mütləq müvafiq ixtisaslaşmış peşəkar ekspert tərəfindən müəyyən olunmalıdır.
8. Sığorta müqaviləsi
8.1. Sığorta müqaviləsinin bağlanması
8.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz
tərkib hissəsi və əsasını təşkil edir.
8.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
8.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
8.2. Sığоrtа müqаviləsinin tərəfləri
8.2.1. Sığortaçı
8.2.1.1.Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir.
8.2.2. Sığortalı
8.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir fiziki
və ya hüquqi şəxs hesab olunur.
8.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
8.2.3. Faydalanan şəxs
8.2.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə bağlana bilər.
8.2.3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
8.2.3.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
8.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq
niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
9. Səlahiyyətli sürücü
9.1. Bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir.
9.2. Sığorta şəhadətnaməsi ilə qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti
verilmiş şəxs sığorta hadisəsi zamanı Xxxxxxxxxxxx şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər.
9.3. Nəqliyyat vasitəsinin idarə edilməsi
9.3.1. Sığortalanmış avtonəqliyyat vasitəsi yalnız aşağıda göstərilən sənədlərin mövcud olduğu şəxslər tərəfindən idarə edilə bilər:
• İdarə olunan avtonəqliyyat vasitəsinin kateqoriyasına uyğun qüvvədə xxxx sürücülük vəsiqəsi.
• Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri.
• Əgər səlahiyyətli sürücü avtonəqliyyat vasitəsinin sahibi deyilsə, Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən avtonəqliyyat vasitəsini idarə edən şəxsə verilmiş etibarnamə.
9.3.2. Sığortalanmış avtonəqliyyat vasitəsinin sürücüsü bu bənddə göstərilən tələblərə cavab vermədikdə,
Sığortaçı Sığortalının heç bir iddiası üzrə sığorta ödənişi vermir.
10. Sığorta haqqı
10.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
10.1.1. Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər xxxxxx qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
10.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
10.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu
gün hesab olunur.
10.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
10.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
10.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 10.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq,
yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
10.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
10.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
11. Sığortanın ərazisi
11.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
11.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta
hadisələrinə sığorta təminatı verilir.
11.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması
və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
12. Sığorta müddəti
12.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
13. Azadolma məbləği
13.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
13.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
13.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
13.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
14. Xxxxxx dərəcəsinin dəyişməsi
14.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
14.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda
göstərilən hərəkətləri etmək hüququna malikdir:
14.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
14.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
14.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
15. Şərikli sığorta
15.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
15.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir
sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
15.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə
münasibətdə bütün şərikləri təmsil edə bilər.
15.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
16. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
16.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
17. Sığorta müqaviləsinə xitam verilməsi
17.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
17.1.1. Müqavilənin müddəti bitdikdə;
17.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
17.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
17.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
17.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
17.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
17.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
17.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
17.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
18. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
18.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
18.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
18.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
18.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 18.1.-ci və 18.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
18.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 18.3-cü və 18.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
19. Tərəflərin hüquq və vəzifələri
19.1. Sığortalının aşağıdakı hüquqları var:
19.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
19.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq;
19.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
19.1.4. sığorta müqaviləsinə xitam vermək;
19.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
19.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
19.2. Sığortalının aşağıdakı vəzifələri var:
19.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 20.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
19.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında
ödəməli;
19.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
19.2.4. sığorta predmetinə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
19.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
19.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
19.3. Sığortaçının aşağıdakı hüquqları var:
19.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
19.3.2. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalanmış xxxxxx dərəcəsi artdıqda, sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
19.3.3. sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
19.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
19.3.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
19.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
19.4. Sığortaçının aşağıdakı vəzifələri var:
19.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
19.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 22.1- ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
19.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
19.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
19.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
20. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri:
20.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
20.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
20.1.2. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
20.1.3. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
20.1.4 Sığorta müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta
hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
20.1.4.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
20.1.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5
gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
20.1.4.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
20.1.5. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
21. Sığorta hadisəsinin sübut edilməsi
21.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi
Sığortalının üzərinə düşür.
21.2. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
21.2.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
21.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
21.2.3. İnzibati xəta haqqında protokol (surəti)
21.2.4. hadisə yerinin sxemi (surəti);
21.2.5. tibbi müayinə protokolları (surəti);
21.2.6. avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti);
21.2.7. sürücülərin izahatları (surəti);
21.2.8. sürücülük vəsiqələri (surəti);
21.2.9. yol nəqliyyat hadisəsinə dair arayış (forma №4).
21.2.10. sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
21.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
22. Sığorta ödənişi
22.1. Sığortaçı bu Qaydaların 21.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
22.2. Sığоrtalаnmış əmlаkа vurulаn zərər üzrə xərclərin həcmi müəyyən оlunduqdаn sоnrа sığоrtа ödənişinin hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir:
22.2.1. Qismən sığоrtа zаmаnı – sığorta ödənişi sığоrtа məbləğinin sığоrtа predmetinin həqiqi dəyərinə nisbətə uyğun vеrilir;
22.2.2. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
22.2.3. Şərikli sığоrtа zаmаnı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta
məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
22.2.4. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
22.2.5. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
22.2.6. Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış avtonəqliyyat vasitəsinin sığоrta hadisəsi baş vеrən gündəki rеal bazar dəyəri əsas götürülür.
22.2.7. Sığorta hadisəsi zamanı dəyən ziyan sığortaçının təyin etdiyi mütəxəssis və ya təmir xidməti tərəfindən müəyyənləşdirilir.
22.2.8. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsi Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin heç biri ilə razı olmazsa, zərər məbləği Sığortaçının təyin etdiyi avtoservisdə müəyyən olunmaqla nəqliyyat vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.
22.2.9. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsinin istehsal tarixi 2 ili aşarsa aşınma (amortizasiya) xərcləri yeni ehtiyat hissələrinin dəyərindən hər bir ili üzrə 3% tutulmaqla hesablanır.
22.3. Avtonəqliyyat vasitəsi tam zərərə uğradıqda (məhv olduqda) sığorta ödənişi, sığortaçının maksimum məsuliyyət həddindən çох оlmamaq şərti ilə avtonəqliyyat vasitəsinin sığоrta hadisəsinin baş verdiyi tarixdəki rеal bazar qiyməti nəzərə alınmaqla verilir. Bu zaman sığorta məbləği tamamilə ödənilmiş avtonəqliyyat vasitəsi və avtonəqliyyat vasitəsinin hissələri sığortaçının razılığı ilə оnun mülkiyyətinə vеrilməlidir. Burada zərər məbləği avtonəqliyyat vasitəsinin rеal bazar dəyərinin 70%-i və bundan yüksək оlduğu halda həmin avtonəqliyyat vasitəsi tam məhv оlmuş hеsab еdilir.
22.4. Sığorta məbləği avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi andakı sığorta dəyərindən az
olduqda, sığorta ödənişi siğorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödənilir.
22.5. Avtomobil oğurlanarsa,
22.5.1. Sığоrtaçıya sığorta hadisəsi baş verən vaxtdan bildirilməklə oğurlanmış avtonəqliyyat vasitəsinin tapılması üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən axtarışlar 60 gün ərzində nəticə verməzsə, sığortalı bununla əlaqədar müvafiq orqanlara müraciət etdiyini subut edən sənədləri təqdim etməklə sığorta ödənişini tələb edə bilər. Sığоrtalı və ya əmlak sahibinə qarşı cinayət işi açılarsa, sığоrtaçı ödənişin vеrilməsini cinayət işinin başa çatmasına qədər müvəqqəti оlaraq dayandırır.
22.5.2. Oğurlanmış avtonəqliyyat vasitəsi sığorta ödənişi verildikdən əvvəl tapılarsa sığortalı nəqliyyat vasitəsini qəbul etməlidir.
22.5.3. Sığortaçı tərəfindən sığorta dəyəri ödənilmiş avtonəqliyyat vasitəsi ödəniş verildikdən sonra tapılarsa sığortalı bu məlumatı dərhal sığortaçıya bildirməyə borcludur. Bu zaman sığortalı sığortaçının vermiş olduğu ödəniş məbləğini qaytararaq avtonəqliyyat vasitəsini xxxx götürməli və ya sığortaçının tələbinə əsasən sığortaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu tanımalıdır. Sığortalı avtonəqliyyat vasitəsini xxxx götürərsə, sığortaçı oğurluq hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyan məbləğini sığortalıya ödəməlidir.
22.6. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
22.7. Sığortalı zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Xxxxx imtina edərsə, Sığоrtаçı sığоrtаlаnmış əmlаkın məhv оlmаsınа görə müvafiq ödəniş vеrdikdən və yа оnun еhtiyаt hissələrini bаşqаsı ilə əvəz еtdikdə sığоrtаlının həmin əmlаkа və yахud еhtiyаt hissələrinə оlаn hüquqlаrı Sığоrtаçıyа kеçir. Bütün qаlıqlаr Sığоrtаçıyа vеrilməlidir. Sığоrtаlı həmin hüquqlаrın Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. Itmiş əmlаkın sоnrаdаn tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа mаlikdir. Ikinci hаldа əmlаkа görə аlınmış sığоrtа ödənişi Sığоrtаçıyа gеri qаytаrılmаlıdır. Əgər əmlаk kоrlаnmış vəziyyətdə əldə оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir.
22.8. Sığortalı və ya Xxxxxxxxxx şəxs zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
22.9. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil. Sığortalı əlavə sığorta haqqı ödəməklə, sığorta məbləğini bərpa edə bilər.
23. Sığorta ödənişinə dair əlavə tələblər
23.1. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər:
23.1.2. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
23.1.3. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
23.1.4. sığorta predmetinin təmiri və ya bərpası;
23.1.5. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta
predmeti xxxx əmlakın dəyişdirilməsi.
23.2. Girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs xxxx girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
24. Aşağıdakı halda Sığortaçı sığorta ödənişinin verilməsini təxirə sala bilər:
24.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib- verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
25. Ödənişdən imtinаnın əsasları
25.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
25.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 20.1.4-cü maddəsinə riayət edilmədikdə;
25.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
25.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab
olunan halların nəticəsi olması;
25.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
25.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 20.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
25.1.6. bu qaydaların 25.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
25.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
25.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
25.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 10.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
25.1.10. avtonəqliyyat vasitəsinin alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində idarə edilməsi;
25.1.11. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
25.2. Bu qaydalarınn 19.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
26. Avtonəqliyyat vasitəsinin şüşə hissələrinə dəyən zərər
26.1. 26-cı maddə sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin yalnız şüşələrinin zədələnməsi ilə nəticələnən hallara şamil edilir.
26.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığоrtaçı şüşələrin zədələnməsi üzrə təminat verir və zərər ödənişini Sığоrtalıya aşağıda göstərildiyi qaydada ödəyir:
26.2.1. Ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərər dəyişmə və ya bеlə zədələnmənin təmiri qiyməti qədər оlacaqdır.
26.2.2. Hər bir avtоnəqliyyat vasitəsi üzrə ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərərin əvəzinin ödənilməsi 400 AZN həddində оlacaqdır.
26.2.3. Şüşə hissələrə dəymiş ziyan üzrə azadolma məbləği tətbiq olunmur.
27. Subroqasiya hüququ
27.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
27.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
27.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
27.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. Tərəflərin məsuliyyəti
28.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
29. İş sirlərinin gizli saxlanılması
29.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
30. Mübahisələrin həlli qaydası
30.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
« PAŞA Sığorta » ASC
Nəqliyyat vasitələrinin (xxxxx) sığortası üzrə
tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) – 0,03;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 20 000 manat;
3. Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) – 5 500 manat;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 250.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə
edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100qSö/So = 100.0,03.500/20 000 = 0,82 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala
uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr =1,2Tə.a.((1 - q)/(nq)) ½ = 0,82.1,2.2.((1-0,03)/(250.0,03)) ½ = 0,7 manat. Tn = Tə + Tr = 0,82 + 0,7 = 1,52 manat.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-50%, yüklənmə-50%. O cümlədən, işlərin aparılması xərcləri - 44%, məcburi ödəmələr -0,3%, tarif mənfəəti-5,7%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 1,52/(1-0,5) = 3,04 manat.
Sığorta obyektinin xarakteristikasından sığorta rsikinin dərəcəsinə təsir edən amillərdən, franşizadan və s. səbəblərdən asılı olaraq yuxarıda xxxxxx xxxx tərfi dərəcəsinə azaldıcı ( 0,1-1) və ya artırıcı(1-2) əmsallar tətbiq edilə bilər.
Tarif dərəcələri nəqliyyat vasitəsinin növündən və istifadə tərzindən, sığorta risklərinin tərkibindən və s. amillərdən asılı olaraq differensiallaşdırılır. Ona görə də yekun tarif dərəcəsi 0,3%-10,5% aralığında dəyişir.