HÜQUQİ MƏSLƏHƏT XİDMƏTİNİN GÖSTƏRİLMƏSI ÜZRƏ QAYDALAR Bu Qaydalara əsasən xidmətlər “Avropa Hüquq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Şirkət”) tərəfindən göstərilir.
HÜQUQİ MƏSLƏHƏT XİDMƏTİNİN GÖSTƏRİLMƏSI ÜZRƏ QAYDALAR
Bu Qaydalara əsasən xidmətlər “Avropa Hüquq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Şirkət”) tərəfindən göstərilir.
I. Əsas müddəalar.
Bənd 1. Müqavilənin predmeti.
1.1. Hüquqi Məsləhət Xidmətinin göstərilməsi üzrə Qaydalara (bundan sonra “Qaydalar” adlanacaq) müvafiq olaraq Şirkət Müştəri tərəfindən seçilmiş Tarif planına uyğun olaraq kənardan hüquqi və onunla əlaqədar digər xidmətlərin (servis, məlumatların ötürülməsi xidməti) (bundan sonra “Xidmət” adlanacaq) Müştəriyə təqdim olunmasını öhdəsinə götürür, Müştəri isə onları qəbul etməyi və ödəməyi öz öhdəsinə götürür.
1.2. Müştərilərə Şirkət tərəfindən xidmətlər əldə edilmiş Sertifikarlar əsasında göstərilir.
1.3. Bu Qaydalar oferta hesab olunur və Müştəri tərəfindən yalnız onlara tam qoşulma yolu ilə qəbul oluna bilər.
1.4. Müştəri Qaydaları qəbul edərək bununla da, Qaydalara dair istənilən Əlavələrin müddəalarını, eləcə də, onların əsasında işlənib hazırlanan sənədləri, o cümlədən xxxxx00.xx veb saytında dərc olunmuş Şirkətin Qaydalarının müddəalarını bütünlüklə və qeyd-şərtsiz olaraq qəbul edir.
Bənd 2. Hazırkı Qaydalarda istifadə olunan terminlər və təriflər.
Bölmələrin (maddələrin) bütün başlıqları müstəsna olaraq sonuncuların rahat istifadə olunması üçün Qaydalarda istifadə olunur və Qaydaların şərtlərinə heç cür təsir göstərmir.
Tarif planı — Müştərilərə göstərilən Hüquqi Məsləhət Xidməti üzrə əsas meyarlar toplusu (növləri, sayı, qiyməti və s.) Tarif planı bu Müqavilənin tərkib hissəsidir (Müqavilənin 2 xxxxx Əlavəsi).
İdentifikator — Şirkətin və Agentin uçot sistemində Müştərinin xüsusi nömrəsi.
Müştəri — Sertifikatın əldə edilməsi yolu ilə Şirkətlə Hüquqi Məsləhət Xidmətinin göstərilməsinə dair müqaviləni bağlayan istənilən üçüncü şəxs.
Mütəxəssis — hazırkı Qaydalara əsasən tələb edilən peşə ixtisası və təcrübəyə xxxxx xxxx və birbaşa xidmət göstərən Şirkətin əməkdaşı.
Şirkət – hazırkı Qaydalara əsasən Agent vasitəsi ilə Şirkətlə Hüquqi Məsləhət Xidmətinin göstərilməsi üzrə müqaviləni bağlamış, Müştərilərə kənardan hüquqi və onunla əlaqədar digər xidmətləri göstərən “Avropa Hüquq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti.
“Şifahi hüquqi məsləhət” xidməti — Mütəxəssis tərəfindən şifahi şəkildə təqdim olunan, sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlər istisna olmaqla, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi çərçivəsində həll edilməsi üçün, müştərinin sorğusu üzrə münasibətləri tənzimləyən, hüquq normalarının izahından ibarət xxxx xidmətlə Müştərinin təmin olunması.
“Sahibkarlıq məsələlərində şifahi hüquqi məsləhət” xidməti — Mütəxəssis tərəfindən şifahi şəkildə təqdim olunan, Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar xxxx məsələlərin Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi çərçivəsində həll edilməsi üçün, müştərinin sorğusu üzrə münasibətləri tənzimləyən, hüquq normalarının izahından ibarət xxxx xidmətlə Müştərinin təmin olunması.
“Danışıqları hüquqşünasa etibar et” xidməti — Şirkətin Mütəxəssisinin Müştəri ilə üçüncü şəxs arasındakı ünsiyyətdə iştirakından ibarətdir. Bu zaman Müştərinin üçüncü şəxslə ya qarşılıqlı hüquqi münasibəti meydana çıxır, yaxud kənardan şifahi ünsiyyət vasitələri ilə həyata keçirilən, Müştəri üçün danışıqların daha əlverişli nəticəsinin əldə olunması məqsədilə əlaqə qurulur.
“Nümunəvi müqavilələrin və onların hazırlanması üzrə təlimatların təqdim edilməsi” xidməti — tələbinə daha xxx cavab verən müqavilə nümunəsinin (nümunəvi formasının) göndərilməsi və ya qanunvericiliyə, hüquqi təcrübəyə və işgüzar dövriyyənin adətlərinə müvafiq olaraq konkret sənədin tərtib olunması qaydası haqqında Mütəxəssisin şifahi məsləhəti, eləcə də, sənədin tərtib olunması üzrə münasibətləri, onun məcburi rekvizitlərinin və Müştəri tərəfindən qeyd olunan tələblərin hissəsində Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsi daxilində sənədin leqallaşdırılması qaydası üzrə münasibətləri tənzimləyən hüquqi müddəaların izah olunmasıdır. Mütəxəssis müstəsna olaraq tərtib olunması və sənədləşdirilməsinə dair tələbləri Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunan sənədlərə münasibətdə bu xidməti təqdim edir.
“Yazılı məsləhət” xidməti — xidmətin göstərilməsinin nəticəsi olaraq, Müştəri tərəfindən göndərilən tələb üzrə münasibətləri tənzimləyən hüquq normalarının mahiyyəti ilə bağlı, eləcə də, təşəkkül tapmış vəziyyətin həlli üsulları və zərurət yarandıqda riskləri üzrə Şirkətin Mütəxəssisinin yazılı rəyidir.
Kod sözü — Müştərinin Sertifikatı ilə Hüquqi Məsləhət Xidmətinin alınması üçün Şirkətə müraciət etmək hüququna xxxxx xxxx şəxslərin və ya Müştərinin şəxsiyyətinin təyin olunması üçün Şirkət tərəfindən istifadə olunan müəyyən söz və ya sözlərin məcmusudur.
II. Müqavilənin bağlanması qaydası və şərtləri.
Bənd 3. Müqavilənin bağlanması və qüvvəyə minməsi qaydası.
3.1. Şirkətlə Müştəri arasında bağlanmış Müqavilə hazırkı Qaydaların Müştəri tərəfindən qəbul olunması anından etibarən, hər iki Tərəf üçün bağlanmış hesab olunur və məcburi olur. Hazırkı Qaydaların Müştəri tərəfindən bütünlüklə və qeyd-şərtsiz qəbul olunması Şirkətlə müqavilənin bağlanması yolu ilə Xidmətlərin alınmasına dair hüququn Müştəri tərəfindən əldə olunması hesab olunur.
3.2. Tərəflərin hüquq və vəzifələri, Müştərinin ilk müraciətindən sonra obyektiv surətdə əmələ gələ bilən hüquq və vəzifələri istisna edilməklə, Müqavilənin bağlanması anından etibarən əmələ gəlir.
3.3. Sertifikat alındıqdan sonrakı ilk 3 (üç) iş günü ərzində Müştəri bağlanmış Müqavilə üzrə yaranan hüquq və öhdəliklərini yalnız tam həcmdə üçüncü şəxsə ötürə bilər. Bu halda Müştəri hüquq və öhdəlikləri əldə edən şəxsi Xidmətin xüsusiyyətləri və bu Qaydalar haqda ətraflı şəkildə məlumatlandırmalıdır.
3.4. Bu Qaydaların 3.3-cü bəndinə əsasən Müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsi Sertifikatın və onun əlavəsi qismində çıxış edən digər sənədlərin, həmçinin Sertifikatın nömrəsinin elektron qaydada həmin şəxsə göndərməklə həyata keçirilir. Bu haqda Müştəri Şirkəti xxxx@xxxxx00.xxx elektron ünvan vasitəsi ilə mütləq qaydada məlumatlandırmalıdır. Bütün bu kimi hallarda Xidmətlər haqqında təqdim edilmiş məlumatların doğruluğuna görə Müştəri məsuliyyət daşıyır.
3.5. Müştəri Sertifikatı əldə etdikdən sonra Hüquqi Məsləhət Xidmətlərindən istifadə etmədikdə, istənilən vaxt Şirkətlə bağlanmış müqavilənin icrasından imtina edə və müqavilənin bitmə tarixinədək istifadə edilməmiş müddətə görə ödədiyi vəsaitin proporsional nisbətdə müvafiq hissəsini (Şirkətin çəkdiyi bütün faktiki xərclər çıxılmaq şərti ilə) xxxx tələb edə bilər. Bu təqdirdə Müştəri məsələyə baxılmaq üçün Şirkətə ərizəsini təqdim edir.
3.6. Əgər Şirkət tərəfindən Müştəriyə xidmət göstərilmişdirsə (Müştəri heç olmasa 1 (bir) dəfə Hüquqi Məsləhət Xidmətlərindən istifadə etmişdirsə), ödənilmiş vəsait xxxx qaytarılmır.
3.7. Əgər xidmət göstərilməmişdirsə və Müştəri tərəfindən Hüquqi Məsləhət Xidmətlərindən istifadə edilməmişdirsə, Şirkət xidmətdən istifadə edilməyən müddət üzrə hesablanan qalıq vəsaiti (Şirkətin çəkdiyi bütün faktiki xərclər nəzərə alınmaqla) körürülmə yolu ilə Müştəriyə xxxx qaytarmağa borcludur.
III. Xidmətlərin göstərilməsi siyahısı, həcmi, qaydası və şərtləri.
Bənd 4. Xidmətlərin göstərilməsi şərtləri və siyahısı.
4.1. Müştəriyə göstərilən konkret xidmətlərin siyahısı və həcmi Müqaviləyə əlavə olunan və Müştəri tərəfindən seçilmiş Tarif planı ilə təyin olunur və Şirkətin rəsmi saytındakı şəxsi kabineti, Skype ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi vasitəsilə göstərilir.
4.2. Xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının hüquq sisteminin tərkib hissəsi xxxx beynəlxalq hüquq normalarının və prinsiplərinin, həmçinin formalaşmış hüquqi adətlərin əsasında təqdim olunur.
4.3 Xidmətlər müstəsna olaraq Müştərinin xeyrinə, Müştərinin şəxsi müraciəti əsasında təqdim olunur və Müştərinin bilavasitə tərəfi olduğu hüquqi vəziyyət zamanı meydana çıxan məsələlərdə Müştərinin şəxsi marağını ifadə edir.
4.4. Xidmətlər Şirkət tərəfindən müəyyən olunan tələblərə xxxxx xxxx Müştərilərin yazılı və ya şifahi tələbinə əsasən təqdim olunur.
4.5. Müştərinin identifikasiyası, Müştərinin seçdiyi Tarif planına müvafiq olaraq xidmətlərin Müştəriyə göstərilməsinin zəruri şərtidir. Müştərinin identifikasiyası proseduru Müştərinin Şirkətə müraciət etməsi formasından asılıdır. Əlaqə nömrəsi vasitəsi ilə müraciət zamanı Müştəri Sertifikatının nömrəsini və kod sözünü qeyd etməyi öz öhdəsinə götürür. Bu zaman əgər Şirkətin əməkdaşında xidmətin alınması üçün müraciət edən şəxsin həqiqətən də Müştəri olması ilə bağlı əsaslı şübhələri olarsa, o zaman Mütəxəssis yaranmış şübhələrin aradan qaldırılması üçün Müştəriyə əlavə suallar verə bilər.
4.6. Xidmətlər Azərbaycan Respublikasının dövlət dilində Şirkət tərəfindən göstərilir. Xidmətlər Tərəflər arasında razılaşdırılan digər dillərdə də Müştərilərə göstərilə bilər.
Bənd 5. Xidmətlərin göstərilməsi müddəti və qaydası.
5.1. Xidmətlərin göstərilməsi müddətləri Müştərinin tələbinin Şirkət tərəfindən qeydə alınması anından etibarən hesablanmağa başlayır.
5.2. Tələbin dəqiqləşdirilməsi zamanı (əlavə materialların, sənədlərin təqdim olunması) xidmətlərin göstərilməsi müddətlərinin gedişatı dəqiqləşdirilmiş Tələbin daxil olması anından etibarən başlanır (əlavə materialların, sənədlərin daxil olması).
5.3. Məsləhətlərin alınması üçün Müştəri (000) 000 00 00 əlaqə nömrəsi, xxxxxx00@xxx00.xxx elektron poçt ünvanı, xxxxx00.xx Şirkətin rəsmi saytında yerləşən şəxsi kabineti vasitəsilə müraciət etməlidir.
Müştərilərin müraciətlərinin qəbul olunması və qeydə alınması gecə-gündüz (24 saat ərzində) həyata keçirilir.
Bənd 6. Şifahi Tələblər üzrə xidmətlərin göstərilməsi üzrə müddətlər.
6.1. “Şifahi hüquqi məsləhət” və “Sahibkarlıq məsələlərində şifahi hüquqi məsləhət” xidməti, bilavasitə Müştərinin müraciət etdiyi an, Müştəri ilə telefon danışığının gedişatında təqdim olunur.
6.2. Bəzi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, Müştəri tərəfindən təqdim olunan materialların çoxluğu) Müştərinin müraciətinin qeydə alınması anından etibarən 3 (üç) təqvim günündən gec olmamaqla, hazırkı Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan xidmətlərin təqdim olunması təxirə salına bilər. “Şifahi hüquqi məsləhət” xidməti istisna təşkil edir və ən geci Müştərinin müraciəti anından etibarən 24 (iyirmi dörd) saat ərzində təmin edilməlidir. Həmçinin, Müştəri ilə bağlı təcili və təxirəsalınmaz vəziyyətin meydana gəlməsi nəticəsində, “Şifahi hüquqi məsləhət” həmin vəziyyətin mövcudluğu ilə əlaqədar, bu cür hallar baş verdiyi zaman təxirəsalınmaz şəkildə göstərilir.
6.3. “Nümunəvi müqavilələrin və onların tərtib olunması üzrə təlimatların təqdim edilməsi” xidməti 1 (bir) gün ərzində təqdim olunur.
6.4. “Danışıqları hüquqşünasa etibar et” xidməti Mütəxəssisin nəzərdə tutulmuş danışıqların məzmunu haqda vaxtında (ən azı 24 saat əvvəlcədən) xəbərdar edilməsi şərti ilə göstərilir. Həmçinin, Müştəridə təcili vəziyyətin meydana gəlməsi nəticəsində, fövqəladə halların mövcudluğu ilə əlaqədar və bu cür halların baş verdiyi zaman “Danışıqları hüquqşünasa etibar et” xidməti əvvəlcədən xəbərdar edilmədən, təxirəsalınmaz şəkildə göstərilir.
Bənd 7. Yazılı tələblər üzrə xidmətin göstərilməsi müddəti.
7.1. “Yazılı məsləhət” xidməti 2 (iki) gün ərzində təqdim olunur.
7.2. Bəzi hallarda hazırkı bənd ilə nəzərdə tutulan Xidmətlərin təqdim olunması müddəti 5 (beş) təqvim günündən xxx olmamaq şərti artırıla bilər.
IV. Tərəflərin hüquq və vəzifələri.
Bənd 8. Müştərinin hüquqları:
8.1. Müştəri tərəfindən seçilmiş Tarif planına müvafiq olaraq təyin olunan xidmətlərin göstərilməsi müddəti ərzində xidmətlərdən istifadə etmək;
8.2. Müştərilər üçün Şirkət tərəfindən təqdim olunan bütün güzəştlər və xüsusi təkliflərdən yararlanmaq;
8.3. Xidmətlərin təqdim olunmaması və ya xxxxx xxxx keyfiyyətdə təqdim olunması, eləcə də Şirkətin əməkdaşı tərəfindən qeyri-dəqiq, xidmətlərə aid olmayan müraciətin olunması hallarında bu haqda Şirkəti məlumatlandırmaq;
8.4. Şirkət haqqında, təqdim olunan xidmətlərin həcmi haqqında zəruri və dəqiq məlumatı, eləcə də xidmətlərin təqdim olunması ilə əlaqədar digər məlumatları əldə etmək.
Bənd 9. Müştərinin öhdəlikləri:
9.1. Müştərinin identifikasiyası və ona xidmətlərinin təqdim olunması məqsədilə tam və dəqiq informasiyanı Şirkətə təqdim etmək;
9.2. Şirkətə ilk dəfə müraciət edən zaman, hazırkı Qaydaların 12.2-ci bəndinin məqsədləri üçün zəruri xxxx məlumatları (kod sözünün, nəzarət sualının və ona cavabın, müştərinin yaşadığı regionun (şəhərin)) təqdim etmək;
9.3. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmamaq, eləcə də xidmətlərin göstərilməsi üçün Şirkətə müraciət edən zaman hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına riayət etmək;
9.4. Əgər digər hal bu Qaydalar və ya seçilmiş Tarif planı ilə müəyyən olunmamışdırsa, xidmətlərdən şəxsən istifadə etmək;
9.5. Əgər digər hal birbaşa Tarif planında müəyyən olunmamışdırsa, hazırkı Qaydalara müvafiq olaraq Müştəri olmayan şəxslər tərəfindən xidmətlərin istifadə olunmasına yol verməmək;
9.6. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Qaydalarla nəzərdə tutulan digər öhdəlikləri icra etmək.
Bənd 10. Şirkətin hüquqları:
10.1. Xidmətlərin Müştərilərə göstərilməsi üçün üçüncü şəxsləri cəlb etmək;
10.2. Müştəri tərəfindən təqdim olunan məlumatların, eləcə də Müştəri tərəfindən hazırkı Qaydaların şərtlərini yerinə yetirilməsinin yoxlanmasını həyata keçirmək;
10.3. Hazırkı Qaydaların müddəalarının Müştəri tərəfindən pozulması ilə bağlı əsaslı şübhənin aşkar olunması zamanı, Qaydaların şərtlərinin Müştəri tərəfindən yoxlanması dövrü ərzində xidmətlərin göstərilməsini dayandırmaq;
10.4. Növbəti hallarda Xidmətlərin təqdim olunmasından imtina etmək:
10.4.1. Müştəri hazırkı Qaydaların şərtlərini pozur;
10.4.2. Xidmətlərin göstərilməsi Müştərinin Agentə qarşı iddialarının meydana çıxması ilə əlaqədardır;
10.4.3. Xidmətlərin alınması Müştərinin hüquqa zidd maraqlarından irəli gəlir;
10.4.4. Xidmətlərin göstərilməsi tətbiq olunan qanunvericiliyin tələblərinin, eləcə də cəmiyyətdə qəbul olunan mənəviyyat və əxlaq normalarının Şirkət tərəfindən pozulmasına səbəb olur;
10.4.5. Xidmətlərin göstərilməsi Şirkətin hüquqlarına və qanuni maraqlarına toxunur.
Bənd 11. Şirkətin vəzifələri:
11.1. Hazırkı Qaydalarla, müvafiq Tarif planı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qayda və şərtlərlə xidmətləri Müştəriyə göstərmək;
11.2. Xidmətlərin göstərilməsi məsələləri ilə bağlı məlumat xarakterli xidmətləri Müştəriyə təqdim etmək;
11.3. Hazırkı Xxxxxxxxxx xxxxx olmaq imkanını Müştəri üçün təmin etmək.
V. Digər şərtlər.
Bənd 12. Müştərilərin şəxsi məlumatları:
12.1. Şirkət Azərbaycan Respublikasının şəxsi məlumatların müdafiə olunması haqqında qüvvədə xxxx qanunvericiliyinin, hazırkı Qaydaların, eləcə də Şirkət tərəfindən qəbul olunan yerli aktların müddəalarına müvafiq olaraq Müştərilərin şəxsi məlumatlarının işlənməsini həyata keçirir.
12.2. Şirkət növbəti məqsədlər üçün Müştərinin şəxsi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:
— Müştərinin identifikasiyası;
— fərdi xidmətlərin Müştəriyə təqdim olunması;
— xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni məhsulların və xidmətlərin işlənib hazırlanması;
— şəxssizləşdirilmiş (anonim) məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.
12.3. Müştəri hazırkı Qaydaların şərtlərini qəbul edərək razılaşır ki, Şirkət hazırkı Qaydaların 12.2-ci bəndində göstərilən məqsədlər üçün Müştərilərin şəxsi məlumatların toplanmasını, qorunmasını, istifadə olunmasını, sistemləşdirilməsini, yayılmasını həyata keçirir, eləcə də digər şəkildə işləyib hazırlayır.
12.4. Şirkət zəmanət verir ki, Tarif planı üzrə Hüquqi Məsləhət Xidmətinin göstərilməsi məqsədilə Şirkətin Müştərisi tərəfindən təqdim olunan şəxsi və məxfi xarakterli məlumatlar müvafiq milli və beynəlxalq qanunvericiliklə təqdim olunan tələbələrə müvafiq olaraq istifadə oluna bilər.
Bənd 13. Əqli mülkiyyət hüququ.
13.1. Xidmətlərin Müştəriyə göndərilməsi prosesində meydana çıxan əqli mülkiyyət obyektlərinə dair müstəsna hüquqlar Şirkət tərəfindən qorunub saxlanılır. Bu zaman müstəsna olaraq şəxsi məqsədlər üçün bu cür obyektlərin müddətsiz istifadə olunması hüququ Müştəriyə təqdim olunur.
Bənd 14. Mübahisələrin həlli.
14.1. Hazırkı Qaydaların qəbul olunması və icra olunması ilə əlaqədar meydana çıxan bütün fikir ayrılıqları və ya mübahisələr imkan daxilində danışıqlar yolu ilə tənzimlənir. Əgər razılıq hər hansı bir səbəbdən məhkəməyə qədərki tənzimlənmənin gedişatında əldə olunmursa (danışıqlardan savayı, İddiaların yazılı şəkildə Müştəri tərəfindən təqdim olunmasından və Şirkət tərəfindən nəzərdən keçirilməsindən mütləq qaydada ibarət xxxx), x xxxxx Şirkətlə Müştəri arasındakı bütün mübahisələr Şirkətin yerləşməsi ünvan üzrə aidiyyəti məhkəmədə baxılır.
Bənd 15. Şirkətin məsuliyyətinin məhdudlaşdırılması.
15.1. Şirkət heç bir halda Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarının rəsmi qaydada şərhini təqdim etmir və buna iddia etmir, habelə Azərbaycan Respublikasının qanunvericiliyinin müddəaları və hüquqi tətbiqlə bağlı təşəkkül xxxxx təcrübənin əsasında Mütəxəssisin və Şirkətin toplanmış təcrübəsindən irəli gələn bütün xidmətləri təqdim edir. Bu Xidmətlər tövsiyyə xarakter daşıyır.
15.2. Müştəri anlayır və qəbul edir ki, bu və ya digər Xidmətin göstərilməsi nəticəsində, müvafiq Xidmət üçün müraciət zamanı Müştərinin gözlədiyi nəticənin əldə edilməməsi Xidmətin lazımi keyfiyyətə malik olmamağı demək deyildir.