Contract
Borclunun götürdüyü kreditə görə ipoteka qoyanın təmsilçisi qismində ipoteka müqaviləsi bağlaması və bu halda, ipoteka müqaviləsinin təmsilçinin şəxsən özü barəsində
bağladığı əqd kimi qiymətləndirilməsi. (Konstitusiya Məhkəməsi Plenumu Qərarının1 təhlili)
I. FAKTLAR
İ.İ. və Bank arasında 5 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. X.X. xxxxxx müqaviləsi üzrə borclu deyildir və mülkiyyətində Mənzil vardır. X.X. tərəfindən X.X-yə etibarnamə verilmişdir. X.X. isə, həmin etibarnamə əsasında ipoteka müqaviləsini bağlamışdır. Başqa sözlə, M.Ş.-nin mülkiyyətində xxxx Xxxxxxx özünün bank qarşısında xxxx öhdəliyinin icrası üçün ipoteka ilə yüklü etmişdir.
M.Ş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 337, 339, 352, 359.2, 359.4, 360.1-ci maddələrinin tələblərinin pozulması əsası ilə həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
Ümumi məhkəmələr M.Ş.-nin iddiasını təmin etməmişlər.
II. QƏRAR
MM. m. 271.1-ə görə əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. Eyni zamanda, MM. m. 271.1-in 2-ci cümləsinə uyğun olaraq mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
MM. m. 140-a əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Xxxxx qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.
MM. m. 359.3-ə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.
1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Xxxxxxxxxxxxxxx şikayəti üzrə 23 iyul 2013-cü il tarixli qərarı.
İlk növbədə, aydınlaşdırılmasına ehtiyac xxxx xxx təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
MM. m. 269.1 və 269.5-ə müvafiq olaraq ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və ipoteka müqaviləsinə (öhdəliyi təmin edən) hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi (əsas öhdəlik) ilə birlikdə baxılmalıdır.
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İ.İ. və Bank arasında bağlanmış kredit müqaviləsi (əsas öhdəlik) İ.İ. maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan M.Ş. deyil, X.X. xxx olmuşdur. X.X. mülkiyyətində xxxx Mənzilə dair (öhdəliyi təmin edən) ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında X.X. tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında öz öhdəliklərinin təmin olunması üçün bağlanmışdır.
Burada nəzərə alınmalıdır ki, mənzilə dair etibarnamə verilərkən M.Ş. (təmsil olunan), İ.İ.- yə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və X.X. özünün maraqları daxilində deyil, M.Ş.-nin maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.
Xxxxx birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında ipoteka müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir.
III. QƏRARIN TƏHLİLİ
Bizə görə, 3 hala aydınlıq gətirilməsi zəruridir:
birincisi, ipoteka müqaviləsi təmsilçinin şəxsən özü barəsində bağladığı əqd kimi qiymətləndirilə bilərmi?
ikincisi, təmsil olunan və üçüncü şəxsin (konkret halda, bankın) mənafeləri arasında tarazlıq necə qorunmalıdır?
üçüncüsü, daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqlarına münasibətdə vicdanlı əldə etməni nəzərdə tutan MM. m. 140-ın tətbiqi yerindədirmi?
A. İpoteka müqaviləsinin təmsilçinin şəxsən özü barəsində bağladığı əqd kimi qiymətləndirilməsinin mümkünlüyü.
Təmsilçinin bir müqaviləni həm təmsil edilən tərəfin təmsilçisi, həm də qarşı tərəf (üçüncü şəxs) olaraq bağlaması xxxxxx, təmsilçinin şəxsən özü barəsində əqd bağlaması deyilir2. Bir qayda olaraq, bir müqavilədə iki tərəfin qarşılıqlı iradə ifadəsi tələb edildiyi halda, bu ehtimalda, təmsilçinin “özü özü ilə” əqd bağlamasından söhbət getməkdədir, yəni müqavilə “bir şəxs” tərəfindən qurulmaqdadır3. MM. m. 359.3 bununla bağlı ayrıca göstərişi (qadağanı) ehtiva
2 Fiket Eren, Borçlar Hukuku Genel Hükümler, 14. Baskı, Ankara, Yetkin Yayınları, 2012, s. 446.
3 Xxxxx Xxxxxxxxxxxxxxxxx/Xxxxxxx Xxxxxx/Xxxx Xxxxxxx/Xxxxxxxxxx Xxxxxx, Borçlar Hukuku, Genel Bölüm, Birinci Cilt, Borçlar Hukukuna Giriş, Hukuki İşlem, Sözleşme, 7. Bası, İstanbul, Filiz Kitabevi, 2017, s. 671.
etməkdədir. Sözügedən maddənin daşıdığı məqsəd bəllidir: təmsilçinin şəxsən özü barəsində əqd bağlayarkən öz mənafeyini təmsil etdiyi şəxsin (təmsil edilənin) mənafeyindən üstün tutma ehtimalı qarşısında təmsil olunanı qorumaq4. Başqa sözlə, bu qadağanın əsasında təmsil edilənlə təmsilçi arasında mənfəət qarşıdurması xxxx hallarda, təmsil ediləni qoruma düşüncəsi dayanmaqdadır5.
Xxxxxxxxxxx özünün əsas öhdəliyinə görə təmsil edilənin əmlakını ipoteka ilə yüklü etməsi və ya təmsil olunan adından zaminlik müqaviləsi bağlaması hallarının təmsilçinin şəxsən özü barəsində əqd bağlaması kimi qiymətləndirilməsinin mümkün olub-olmamasına dair iki əsas fikir vardır. Bir fikrə görə, bu kimi münasibətlərə təmsilçinin şəxsən özü barəsində əqd bağlamasına xxxx xxxxx analogiya üzrə tətbiq edilməlidir6. Buna müqabil digər bir fikrə görə isə, müqavilənin təkbaşına təmsilçi tərəfindən qurulmadığı bu kimi hallarda sözügedən qadağanedici müddəa deyil, təmsil səlahiyyətindən sui-istifadəyə dair göstərişlər tətbiq edilməlidir7. Azərbaycan hüququ baxımından təmsil səlahiyyətindən sui-istifadəni qadağan edən xxxxx MM.
m. 560.2-dir. Həmin maddəyə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır8.
Xxxxx Xxxxxxxxxxxxxxxxx, şəxsən özü barəsində əqd bağlama və təmsil səlahiyyətindən sui-istifadə arasındakı aşağıdakı əsas fərqlərə haqlı olaraq diqqət çəkməkdədir9.
1. Təmsil səlahiyyətindən sui-istifadə halında, təmsilçi təməl (iç/daxili) münasibətlərdən irəli gələn vəzifələrini pozaraq təmsil olunanın mənafeyinə zidd xxxx xxx əqdi üçüncü bir şəxslə bağlamaqdadır. Şəxsən özü barəsində əqd bağlama halında isə, müqavilənin bağlanması mərhələsində, bir “üçüncü şəxs” yoxdur. Müqavilənin hər iki tərəfi üçün də “bir şəxs” (təmsilçi) iradə ifadəsini bəyan edir.
2. Təmsil səlahiyyətindən sui-istifadə halında, “təmsil olunanın” mənafeləri baxımından bağlanmış əqdin etibarsız hesab olunması zəruri olsa da, əqdin qarşı tərəfi (üçüncü şəxs), təmsil səlahiyyətinin mövcudluğuna haqlı olaraq etimad etmişsə, onun da həmin müqavilənin etibarlı hesab olunmasında qorunmağa dəyər mənafeyi vardır. Yəni burada təmsil olunan və üçüncü şəxsin mənafeləri arasında tarazlığın qorunmalı olması məsələsi meydana çıxır10. Buna müqabil, şəxsən özü barəsində əqd bağlama halında, sadəcə “təmsil olunan” mənafelərinin qornmasından söhbət gedir. Çünki əsasən bu kimi hallarda, vicdanlılığı qorunacaq hər hansı “üçüncü şəxs” mövcud olmur. Odur ki, təmsil səlahiyyətindən sui-istifadə edilməsindən fərqli olaraq, bu halda, bağlanmış əqd prinsipcə, etibarsızdır. İstisna olaraq, təmsil olunanın razılığı varsa və ya onun üçün zərər vurulma təhlükəsi mövcud deyilsə, əqd etibarlı ola bilər.
3. Təmsil səlahiyyətindən sui-istifadə edildiyini iddia edən şəxs (təmsil olunan), konkret hadisədə, təmsilçinin təməl (iç/daxili) münasibətdən irəli gələn sədaqət öhdəliyini pozaraq təmsil olunan əleyhinə hərəkət etdiyini sübut etməyə borcludur. Xxxxxxx təmsilçinin şəxsən özü barəsində əqd bağladığı halda, etibarsızlıq iddiasını irəli sürən tərəfin konkret hadisədə təmsil
4 Hüquq ədəbiyyatında bəzi hallarda təmsilçinin şəxsən özü barəsində əqd bağlaya bilməsi qəbul edilməkdir. Məsələn, təmsil edilənin təmsilçiyə belə bir səlahiyyəti vermiş olması; təmsilçinin bağlayacağı müavilənin təmsil olunana zərər verəcək mahiyyətdə olmaması və s. Bu haqda bax.: Eren, s. 446; M. Xxxxx Xxxxxxx/X. Xxxxxx Öz, Borçlar Hukuku Genel Hükümler, Cilt-1, 14. Bası, Vedat Kitapçılık, İstanbul, 2016, s. 229-230; Kocayusufpaşaoğlu, s. 672-673.
0 Xxxxxxxxxxxxxxxxx, x. 673.
6 Kocayusufpaşaoğlu, s. 673, 133 nömrəli istinadda qeyd edilən müəlliflər.
7 Kocayusufpaşaoğlu, s. 674, 134 nömrəli istinadda qeyd edilən müəlliflər.
8 Qeyd edək ki, təmsil səlahiyyəti hüquq sayıldığı xxxxx XX. m. 560.2 birbaşa, səlahiyyət olaraq qəbul edildiyi təqdirdə isə analogiya üzrə tətbiq ediləcəkdir (Kocayusufpaşaoğlu, s. 753, 2-ci istinad)
0 Xxxxxxxxxxxxxxxxx, x. 674-675.
10 Bu məsələ ilə bağlı aşağıda bax. B. başlığı.
edilənin mənafeyinə zidd şəkildə hərəkət edilmiş olduğunu sübut etməsi lazım deyildir. Ümumi qayda odur ki, təmsilçinin bağladığı bu cür əqdlər həmişə etibarsızdır. Xxxxx təmsil edilənin bu cür əqdlərə razılıq verdiyi və ya konkret halda onun üçün zərər çəkmə təhlükəsinin olmadığı irəli sürülürsə, bu dəlillərə əsaslanan tərəf sübutetmə vəzifəsini daşıyır.
Qeyd edilənləri təhlil edilən qərardakı hala tətbiq etsək, gələcəyimiz nəticə budur: əgər Plenum yuxarıda ifadə edilən birinci fikri rəhbər tutmuşdursa, onda bu cür əqdlərə münasibətdə MM. m. 359.3-ü birbaşa deyil, yalnız analogiya qaydasında tətbiq edilə bilərdi. Çünki bu halda, şəxsən özü barəsində bağlanmış əqd deyil, təmsilçi və təmsil olunan arasında mənfəət qarşıdurması kimi qəbul edilə biləcək başqa bir hal vardır. Bu sonuncu xxxx xxxx də ayrıca xxxxx olmadığından MM. m. 11.1-dən hərəkətlə MM. m. 359.3-ün tətbiqindən söhbət gedə bilərdi.
Xxxxx bizcə, bu kimi əqdlərin təmsil səlahiyyətindən sui-istifadə nəticəsində bağlanmış əqd kimi qiymətləndirilməli olmasına dair yanaşma (ikinci fikir) daha məqbuldur. Çünki ən azı bu halda, şəxsən özü barəsində bağlanmış əqddən fərqli olaraq üçüncü şəxs (konkret halda, bank) mövcuddur. Bank və təmsil olunanın mənafeləri arasında tarazlığın hansı şəkildə təmin ediləcəyinə isə hüquqi qiymət verilməlidir. Şəxsən özü barəsində əqd bağlamada isə ümumiyyətlə belə bir qiymətləndirməyə obyektiv olaraq (üçüncü şəxs olmadığından) ehtiyac qalmamaqdadır.
B. Təmsil olunan və üçüncü şəxsin (konkret halda, bankın) mənafeləri arasında tarazlıq necə qorunmalıdır?!
Plenum qərarında bununla bağlı açıqlamaya yer verilməmişdir. Bu da təbiidir. Çünki Plenum ipoteka müqaviləsinin təmsilçinin şəxsən özü barəsində əqd bağlaması əsası ilə etibarsızlığından çıxış etmişdir və dolayısı ilə, bu halda üçüncü şəxsi – bankı, qəbul etmədiyindən hər hansı mənafe tarazlığının qorunması məsələsi müzakirə predmetini təşkil etməmişdir.
Biz yuxarıda Plenumun yanaşması ilə razı olmadığımızı ifadə etdik. Bu başlıq altında isə təmsil olunan və üçüncü şəxsin mənafeləri arasında tarazlığın hansı şəkildə qorunmalı olmasına dair açıqlamalara yer vermək niyyətindəyik.
Diqqət edilsin ki, təmsil səlahiyyətindən sui-istifadə edilməsi iki şəkildə ortaya çıxa bilər11:
1. Xxxxxxxxxxx əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlməsi.
Bu hal, MM. m. 339.1-in təsiri altına düşür və MM-in tələbinə görə, mübahisələndirilən əqddir. Qeyd edək ki, MM. m. 339.1 təmsil səlahiyyətindən sui-istifadənin ayrıca bir halını özəl olaraq tənzimlədiyi üçün, bu cür əqdə münasibətdə MM. m. 560.2-nin tətbiqi mümkün deyildir. Çünki hər hansı başqa normanın (konkret halda, m. 339.1-in) əhatə dairəsinə daxil xxxx hallarda
m. 560.2-nin tətbiqindən söhbət gedə bilməz.
2. Xxxxx qarşı tərəfi ilə pis niyyətli razılaşma olmadan, təmsilçinin təmsil səlahiyyətini təmsil olunanın mənafeyinə açıq şəkildə zidd olaraq istifadə etməsi.
Bu halda, təmsilçi ona verilmiş səlahiyyətlərdən bilərək və ya bilmədən (bu halda, yerinə görə, sui-istifadə halının varlığının fərqinə varmadan) təmsil səlahiyyətini təmsil olunanın mənfəətinə açıq-aşkar zidd şəkildə həyata keçirməkdədir. Diqqət edilsin ki, bu halda, təmsilçinin qəsdən və ya (daha geniş bir ifadə ilə), təqsirli olaraq hərəkət etmiş olmasına ehtiyac yoxdur və
11 Kocayusufpaşaoğlu, s. 754.
tamamilə obyektiv olaraq qiymətləndirilən “səlahiyyətdən sui-istifadə” faktının mövcudluğu yetərlidir12.
Aydındır ki, təmsil səlahiyyətindən sui-istifadə zamanı təmsil olunan hər bir halda öz mənafelərinin qorunmasını istəyəcəkdir. Başqa sözlə, təmsil olunanın mövqeyinə görə, konkret halda, ipoteka müqaviləsi bağlanmışsa, bu halda, səlahiyyətdən sui-istifadə baş vermişdir və etibarsız sayılmalıdır. Buna müqabil, müqavilənin qarşı tərəfinin (üçüncü şəxsin) mənafeyi isə, ona təqdim edilən etibarnamədə lazımı səlahiyyətlərə malik olduğu göstərilmiş təmsilçinin bağladığı müqavilənin etibarlı olması yönündədir. Bu iki qarşı-qarşıya xxxxx mənafelər arasındakı tarazlıq belə qurulmuşdur: Təmsil səlahiyyəti çərçivəsində hərəkət etməklə bərabər bu səlahiyyətdən açıq şəkildə sui-istifadə edən təmsilçinin üçüncü şəxs ilə bağladığı əqdin etibarsız sayılması üçün, üçüncü şəxsin sözü keçən səlahiyyətdən sui-istifadə edildiyini bilməsi və ya ən azı, bilməli olması, qısaca, vicdansız olması lazımdır13.
Hesab edirik ki, ipoteka müqaviləsinin etibarsızlığı məsələsinə qiymət verilərkən təmsil olunan və üçün şəxsin (konkret halda, bankın) mənafeləri arasındakı tarazlığa yuxarıda qeyd edilən şəkildə yanaşılmalı idi. Digər bir ifadə ilə, ipoteka müqaviləsinin təmsilçi tərəfindən özünün götürdüyü kreditin (əsas öhdəliyin) təminatı kimi bağlanmış olması özü-özlüyündə (avtomatik olaraq) hələ həmin müqavilənin etibarsız hesab edilməli olmasını nəticəsinə gəlmək üçün kifayət deyildi. Bu mənada, üçüncü şəxsin vicdanlı və ya vicdansız olmasından hərəkətlə müqavilənin etibarsızlıq məsələsi belə həll edilə bilər: əgər üçüncü şəxsin vicdansız davrandığı sübut edilərsə, onda müqavilə etibarsız hesab edilməlidir; əgər üçüncü şəxs vicdanlı hərəkət etmişsə, onda müqavilə etibarlıdır və təmsil olunan ona vurulmuş zərəriin əvəzinin ödənilməsini təmsilçidən tələb edə bilər.
C. Daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqlarına münasibətdə vicdanlı əldə etməni nəzərdə tutan MM. m. 140-ın tətbiqi yerindədirmi?!
İlk öncə qeyd edək ki, daşınmaz əşyalara münasibətdə vicdanlı əldə etmə ilə bağlı mövzu ayrıca araşdırmanın predmetini təşkil edəcəyindən hazırkı təhlil çərçivəsində bu mövzuya xxx qısa təmas ediləcəkdir.
Daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqlarına münasibətdə vicdanlı əldə etməni nəzərdə tutan göstərişlər MM. m. 140, 148.2 və 149.2-nin sonuncu cümləsində öz əksini tapmışdır14. Sadalanan normaların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, vicdanlı əldə etmədən danışmaq üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Obyektiv şərtlər15. Bunlara daxildir:
- mülkiyyət və ya digər əşya hüquqlarının varlığına dair daşınmaz əmlakın dövlət reyestrində qeydin mövcudluğu;
- həmin qeydin həqiqətə uyğun olmaması;
12 Kocayusufpaşaoğlu, s. 754.
00 Xxxxxxxxxxxxxxxxx, x. 755.
14 MM. m. 225.6 isə bu ümumi qaydadan istisnanı nəzərdə tutur. Həmin maddəyə görə, daşınmaz əmlaka birgə hüququ xxxx ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir.
15 Bu haqda geniş məlumat üçün bax.: M. Xxxxx Xxxxxxx/Xxxx Xxxxxx/Xxxxx Xxxxx-Xxxxxxx, Xxxx Xxxxxx, 20. Xxxxx, Xxxxx Kitabevi, İstanbul, 2017, s. 230-248; Xxxx X. Xxxxxx/Xxxxxx Xxxxxxxx, Eşya Hukuku, İstanbul, Beta Yayınevi, 2009. s. 363-371.
- hüququn üçüncü şəxsə keçidini təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində etibarlı bir qeydin aparılması.
2. Subyektiv şərt. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxsin vicdanlı olması. Yəni Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır.
Bizə görə, qərarda araşdırılmış mübahisə üzrə ipoteka hüququnun MM. m. 271.1-in 2-ci cümləsi və m. 140 çərçivəsində qiymətləndirilməsi yerində deyildir. Belə ki, m. 271.1-in 2-ci cümləsi kifayət qədər açıqdır: mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Yəni bank ipoteka hüququnu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeyd edilən şəxsdən (konkret halda, M.Ş.-dən) əldə etmişdir; daşınmaz əmlakın dövlət reyestrində M.Ş.-nin mənzilə mülkiyyət hüququna dair qeyd də həqiqəti əks etdirir. Əgər daşınmaz əmlakın dövlət reyestrində X.X.-xxx xxxxx xxxx qeyd həqiqəti əks etdirməmiş (yəni əsassız) olsaydı, xxxxx bank həmin qeydə etimad edib ipoteka hüququ əldə etsəydi, onda sadalanan normaların tətbiqindən söhbət gedə bilərdi.
IV. NƏTİCƏ
Plenum qərarına dair açıqladığımız mövqeyimizi aşağıdakı şəkildə ümumiləşdirə bilərik:
1. Əsas öhdəlik üzrə borclunun (təmsilçinin) həmin öhdəliyin icrasının təmini üsulu kimi təmsil olunanın adından bağladığı ipoteka və ya zaminlik müqaviləsi şəxsən özü barədə bağlanmış əqd kimi qiymətləndirilə bilməz. Bu mənada, Plenumun MM. m. 359.3-ün birbaşa tətbiq olunmasına dair ifadə etdiyi mövqeni paylaşmırıq.
2. Bu kimi hallarda ortaya çıxan məsələnin həlli ilə bağlı irəli sürülən fikirlərdən biri, MM.
m. 359.3-ün birbaşa deyil, analogiya üzrə tətbiqi imkanıdır ki, biz yuxarıda göstərdiyimiz əsasla bu yanaşmanı haqlı hesab etmirik. Bizə görə, bu kimi hallarda təmsilçinin şəxsən özü barəsində əqd bağlaması deyil, təmsil səlahiyyətindən sui-istifadə etməsi halı ilə qarşı-qarşıyayıq. Təmsilçinin təmsil səlahiyyətindən sui-istifadə etməsini qadağan edən xxxxx MM. m. 560.2-dir. Diqqət edilsin ki, şəxsən özü barədə əqd bağlamada olduğu kimi bu halda da bağlanmış müqavilə (ipoteka, zaminlik) bağlandığı andan etibarsızdır.
3. Xxxxxxxxxxx təmsil səlahiyyətindən sui-istifadə etməsinin bir halı (əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlmə) MM. m. 339.1-də ayrıca tənzimlənir. MM-in tələbinə görə, bu şəkildə bağlanmış əqd mübahisələndirilən əqddir. MM. m. 339.1-in mövcudluğu bu cür əqdə münasibətdə MM. m. 560.2-nin tətbiqini istisna edir.
4. Təmsilçinin təmsil səlahiyyətindən sui-istifadə etməsinin digər halında (əqdin qarşı tərəfi ilə pis niyyətli razılaşma olmadan, təmsilçinin təmsil səlahiyyətini təmsil olunanın mənafeyinə açıq şəkildə zidd olaraq istifadə etməsi) təmsilçi ona verilmiş səlahiyyətlərdən bilərək və ya bilmədən (bu halda, yerinə görə, sui-istifadə halının varlığının fərqinə varmadan) təmsil səlahiyyətini təmsil olunanın mənfəətinə açıq-aşkar zidd şəkildə həyata keçirməkdədir. Diqqət edilsin ki, bu halda, təmsilçinin qəsdən və ya (daha geniş bir ifadə ilə), təqsirli olaraq hərəkət etmiş olmasına ehtiyac yoxdur və tamamilə obyektiv olaraq qiymətləndirilən “səlahiyyətdən sui-istifadə” faktının mövcudluğu yetərlidir.
5. Təmsil səlahiyyətindən sui-istifadə halının mövcudluğu hər bir halda bağlanmış əqdlərin dərhal etibarsız olmasını deməyə imkan vermir. Çünki burada qarşı-qarşıya xxxxx iki (təmsil
olunanın və əqdin qarşı tərəfinin) mənafe vardır. Bu iki qarşı-qarşıya xxxxx mənafelər arasındakı tarazlıq belə qurula bilər: Təmsil səlahiyyəti çərçivəsində hərəkət etməklə bərabər bu səlahiyyətdən açıq şəkildə sui-istifadə edən təmsilçinin üçüncü şəxs ilə bağladığı əqdin etibarsız sayılması üçün, üçüncü şəxsin sözü keçən səlahiyyətdən sui-istifadə edildiyini bilməsi və ya ən azı, bilməli olması, qısaca, vicdansız olması lazımdır. Əks halda, yəni üçüncü şəxsin vicdanlı olması halında, müqavilə etibarlıdır, təmsil olunanın isə təmsilçidən dəymiş zərəri tələb etmək hüququ vardır.
6. Bu növ əqdlərə münasibətdə MM. m. 271.1-in 2-ci cümləsi və m. 140-ın tətbiqi ümumiyyətlə yerində deyildir. Belə ki, bu növ mübahisələr daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə hüquq əldə edilməsi ilə bağlı meydana çıxmır. Başqa sözlə, daşınmaz əmlakın təmsil olunana məxsus olması ümumiyyətlə mübahisə predmetini təşkil etmir, mübahisə təmsilçinin təmsil səlahiyyətindən sui-istifadə etməsi ilə bağlı yaranmış olur.
Ədəbiyyat Siyahısı
1. Eren, Fiket, Borçlar Hukuku Genel Hükümler, 14. Baskı, Ankara, Yetkin Yayınları, 2012.
2. Kocayusufpaşaoğlu, Necip/ Xxxxxx, Xxxxxxx/Xxxxxxx, Xxxx/Xxxxxx, Xxxxxxxxxx, Borçlar Hukuku, Genel Bölüm, Birinci Cilt, Borçlar Hukukuna Giriş, Hukuki İşlem, Sözleşme, 7. Bası, İstanbul, Filiz Kitabevi, 2017.
3. Xxxxxxx, X. Xxxxx/ Xx, X. Xxxxxx, Borçlar Hukuku Genel Hükümler, Cilt-1, 14. Bası, Vedat Kitapçılık, İstanbul, 2016.
4. Xxxxxxx, X. Xxxxx, Xxxxxx, Xxxx, Xxxxx-Xxxxxxx, Xxxxx, Xxxx Xxxxxx, 20. Xxxxx, Xxxxx Kitabevi, İstanbul, 2017.
5. Akipek, G. Jale/Akıntürk, Turgut, Eşya Hukuku, İstanbul, Beta Yayınevi, 2009.