Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Gəncə Dövlət Universitetində ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında
MÜQAVİLƏ №
Gəncə şəhəri “ ” 202 -c il
Gəncə Dövlət Universiteti, bundan sonra “Təhsil müəssisəsi” adlandırılan, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos.X.Xxxxxxxx şəxsində bir tərəfdən və
(Təhsil alanın soyadı, adı, atasının adı)
(şəxsiyyətini təsdiq edən sənədin seriyası _ -ci il tarixində, tərəfindən verilmişdir) bundan sonra “Təhsil xxxx” adlandırılan, digər tərəfdən, birlikdə “Tərəflər” adlandırılan, bu Müqaviləni aşağıdakı şərtlərlə bağladılar.
1. Müqavilənin mövzusu.
1.1. Təhsil xxxx Təhsil müəssisəsində təhsilin magistratura səviyyəsi üzrə
(
ödənişli əsaslarla ali təhsil alır.
(İxtisasın adı və şifri)
) ixtisası üzrə
1.2. Ali təhsil, Təhsil müəssisəsinin müvafiq tədris planına uyğun olaraq aparılır.
1.3. Təhsil müddəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
2. Təhsil haqqı və tərəflərin hüquq və öhdəlikləri.
2.1. Tədris ilinin illik təhsil haqqı tədrisə tam cəlb olunanlar (fulltime) üçün 1100 (bir min yüz) manat, tədrisə qismən cəlb olunanlar (parttime) üçün isə iki fəndən az, 20 kreditdən xxx olmamaq şərti ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 xxxxx və 17.06.2017-ci il tarixli 257 xxxxx Qərarları ilə təsdiq edilmiş « Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə uyğun olaraq hesablanılır.
2.2. Tədrisə tam cəlb olunanlar (fulltime) Təhsil müəssisəsində qeydiyyatdan keçərkən birinci tədris ili üçün Müqavilənin 2.1 bəndində göstərilən təhsil haqqının ən azı 50%-ni ödəməlidir. Birinci tədris ili üçün təhsil haqqının qalan hissəsi dekabr ayının 20-nə qədər ödənilməlidir. Sonrakı tədris illəri üçün sentyabr ayının sonuna qədər təhsil haqqının 50%-i, dekabr ayının 20-nə qədər isə qalan hissəsi ödənilməlidir. Tədrisə qismən cəlb olunanlar (parttime) isə onlar üçün hesablanmış təhsil haqqını tədris ilinin əvvəlində tam şəkildə ödəməlidirlər.
2.3. Təhsil xxxx Müqavilənin 2.2 bəndinin şərtlərini pozduqda - təhsil haqqının payız semestrinə aid hissəsini 30 sentyabradək ödəmədiyi halda həmin semestrin tədris məşğələlərinə və imtahanlarına buraxılmayacaq. Həmin şəxs təhsil haqqının II yarımilə aid xxxx hissəsini də müqavilədə göstərilən vaxtadək ödəmədiyi halda yaz semestrinin məşğələlərinə buraxılmayacaq və tələbələr sırasından xaric ediləcəkdir (Universitet Xxxx Şurasının 03.02.2020-ci il tarixli (pr № 10) qərarı, rektorluğun 07.02.2020-ci il tarixli əmri).
2.4. Xaric olunan Təhsil alanla Müqavilə avtomatik olaraq dayandırılır.
2.5. Təhsil müəssisəsi Təhsil xxxx tərəfindən bu Müqavilədə qeyd olunan ixtisasın təhsil haqqını ödədikdən sonra ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür.
2.6. Təhsil müəssisəsinin Təhsil alandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə Təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.7. Təhsil xxxx Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə, ümumi əxlaq və etik davranış qaydalarına, həmçinin Təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməyi öhdəsinə götürür.
2.8. Təhsil xxxx Təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə təhsil proqramını yerinə yetirməyi öhdəsinə götürür.
2.9. Təhsil alanın Təhsil müəssisəsindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Tərəflərin məsuliyyəti.
3.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Tərəflər bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə məsuliyyət daşıyırlar və bu halda tərəflərdən biri Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
4. Digər şərtlər.
4.1. Bu Müqavilə Tərəflər imzaladığı tarixdən 1 (bir) tədris ili ərzində qüvvədədir. Bu Müqavilə qüvvədə olma müddəti başa çatdıqdan sonra 15 (on beş) gün ərzində Tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan ümumi ali təhsil müddətindən xxx olmamaq şərtilə).
4.2. Təhsil xxxx Azərbaycan Respublikasının qüvvədə xxxx təhsil qanunvericiliyində nəzərdə tutulan qayda və normalara riayət etmədikdə təhsil müəssisəsindən xaric edilir və bu Müqavilə dayandırılır.
4.3. Bu Müqavilədə nəzərdə tutulmamış digər məsələlər üzrə Tərəflər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini rəhbər tuturlar.
4.4. Bu Müqavilə üzrə tərəflər arasında yaranmış mübahisəli məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyə əsasən məhkəmə qaydasında həll edilməlidir.
4.5. Tərəflər ilə razılaşdırılmış, yazılı şəkildə tərtib olunmuş və imzalanmış dəyişikliklər və əlavələr bu Müqavilənin ayrılmaz hissəsidir.
4.6. Bu Müqavilə iki nüsxədə tərtib edilib, hər Tərəf üçün bir nüsxə və bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir.
(imza)
(soyadı, adı, atasının adı)
(təvəllüd)
Bakalavr/magistr
Telefon
Təhsil xxxx
Ünvan
Təhsil müəssisəsi
Gəncə Dövlət Universiteti VÖEN: 2300313061
Bank: Kapital Bank ASC-nin Gəncə filialı Bank VÖEN 9900003611
M/H: XX00XXXX00000000000000000000 Kod 200275
H/h: AZ73AİİB33070019442711898127 S.Ü.I.F.T: XXXXXX0X
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos.X.Xxxxxxxx
(imza)
M.Y.
TƏRƏFLƏRİN ÜNVANLARI VƏ REKVİZİTLƏRİ