Contract
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 5 nömrəli əlavə | ||||
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan | ||||
şəhəri il | “ ” |
| ||
Bu Müqavilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı ilə yaradılmış “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət), Cəmiyyətin | ||||
(vəzifəsi, soyadı, adı, atasının adı) | ||||
şəxsində bir tərəfdən və ərzaq məhsullarının (bundan sonra - İcraçı), | istehsalçısı | və | ya | satıcısı |
(adı və təşkilati-hüquqi forması) | ||||
_ | ||||
(vəzifəsi, soyadı, adı, atasının adı) | ||||
şəxsində digər tərəfdən (bundan sonra birlikdə-Tərəflər) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra-Qayda) müddəalarına uyğun olaraq bağlanılır. 1. Müqavilənin predmeti 1.1. Bu Müqaviləyə əsasən Cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə İcraçının təklifini qəbul edir. 1.2. Cəmiyyət bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: 1.3.1. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl); 1.3.2. bağlanılmış Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl). |
2. Tərəflərin öhdəlikləri
2.1. Cəmiyyət:
2.1.1. İcraçıdan Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarını 2 nömrəli cədvəldəki tədarük qrafikinə uyğun qəbul edir;
2.1.2. İcraçıdan qəbul etdiyi ərzaq məhsullarını satınalan təşkilata təqdim edilənədək saxlanılma şəraitinə riayət edilməklə saxlanılmasını təmin edir;
2.1.3. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (Cəmiyyət tərəfindən xxxxx qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçıya (satıcıya) ödənilməsini təmin edir;
2.1.4. İcraçının təqdim etdiyi ərzaq məhsulları satınalmaya dair müqavilənin şərtlərinə uyğun gəlmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur aktı tərtib edilməklə onun qəbulundan imtina edir;
2.1.5. İcraçı keyfiyyətsiz ərzaq məhsullarını 3 (üç) təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz etmədikdə, bu Müqaviləyə birtərəfli qaydada xitam verir.
2.2. İcraçı:
2.2.1. bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının Cəmiyyətə təhvil verilməsini öhdəsinə götürür;
2.2.2. növbəti ildə təqdim ediləcək ərzaq məhsullarına görə Cəmiyyət tərəfindən əvvəlcədən xxxxx qismində ödənilmiş vəsaitin təyinatı üzrə istifadəsini təmin edir və bu barədə rübdə bir dəfə Cəmiyyətə məlumat verir;
2.2.3. bu Müqavilədə göstərilən satın alınacaq məhsulların həcmini təmin etmək potensialına malik olmadıqda, Müqavilədə dəyişikliklər edilməsi üçün Cəmiyyətin təklifini qəbul edir;
2.2.4. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və Cəmiyyətin müəyyən etdiyi ünvanda (tədarük məntəqəsində) ona təhvil verir. Cəmiyyətin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra və ya qaimə-faktura əsasında məhsullar qəbul edilmiş hesab olunur;
2.2.5. tədarük edilmiş ərzaq məhsulları bu Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Tərəflərin nümayəndələrinin iştirakı ilə bu barədə qüsur aktını tərtib edir və aşkar olunan keyfiyyətsiz ərzaq məhsullarını 3 (üç) təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz edir. Əks halda, Cəmiyyət tərəfindən məhsulun dəyərinin xxxxx qismində əvvəlcədən ödənilmiş 25 faizini Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövr üçün müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 10 (on) gün müddətində xxxx qaytarır;
2.2.6. bu Müqavilənin icra müddətində təşkilati-hüquqi forması, hüquqi ünvanı, adı və əlaqə telefonları dəyişdirildikdə, bu barədə təxirəsalınmadan Cəmiyyətə məlumat verir;
2.2.7. bu Müqavilənin icrası ilə bağlı müvafiq sertifikatları və digər sənədləri Cəmiyyətə təqdim edir;
2.2.8. bu Müqavilə əsasında Cəmiyyətə təhvil verdiyi məhsulların keyfiyyətinə (Cəmiyyət və ya İstehlakçı tərəfindən saxlama qaydalarına riayət edilməklə) istifadə üçün müəyyən edilmiş yararlılıq müddətində təminat verir;
2.2.9. Cəmiyyətin tələbinə uyğun olaraq, satın alınacaq ərzaq məhsullarının nümunəsini ona təqdim edir.
2.3. Müqavilənin icrası Müqavilənin şərtlərində göstərilən müddətdə Cəmiyyət və İcraçı tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız Tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər.
3. Ərzaq məhsullarının mənşəyi
3.1. Satın alınan ərzaq məhsullarının mənşəyi (istehsal olunduğu ölkə) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən satınalmaları qadağan olunmuş ölkələrdən olmamalıdır.
4. Malların göndərilməsi və sənədləşdirilməsi
4.1. İcraçı satın alınan ərzaq məhsullarının bu Müqavilənin 2 nömrəli cədvəlində göstərilən müddətlərdə Cəmiyyət tərəfindən müəyyən edilmiş tədarük məntəqəsinə və ya ünvana göndərilməsini təmin edir.
4.2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan ərzaq məhsullarının göndərilməsinə dair tələblər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə xxxx “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olmalıdır.
4.3. İcraçı aşağıdakı sənədləri Azərbaycan dilində Cəmiyyətə təqdim etməlidir:
4.3.1. qaimə-faktura – 1 nüsxə;
4.3.2 hesab – 1 nüsxə;
4.3.3. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.1
4.4. Ərzaq məhsullarının qəbulu Cəmiyyətin və İcraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilir və qaimə-faktura və ya təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
5. Malların qablaşdırılması, markalanması və daşınması
5.1. Məhsullar daşınarkən onların zədələnməməsi və ya xarab olmaması, habelə Cəmiyyət tərəfindən satınalan təşkilata təqdim edilənədək təhlükəsiz saxlanılması üçün İcraçı tərəfindən texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq qablaşdırılmalıdır.
5.2. Müqavilə üzrə alınacaq ərzaq məhsulları müvafiq tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək daşınmalıdır.
5.3. Məhsulun qablaşdırılmasına və markalanmasına xxxx tələblər Cəmiyyətin istəyinə uyğun olaraq həmin məhsula dair texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən aşağı keyfiyyətli olmamaqla dəyişdirilə bilər.
5.4. Qablaşdırma müvafiq hərarətə, duzlu, radioaktiv və digər ekstremal mühitə, eləcə də məhsulların açıq havada saxlanılmasına davamlı olmalıdır.
5.5. Cəmiyyətin tələblərinə uyğun olaraq, Müqavilənin xüsusi şərtlərində məhsulların tədarükündə istifadə olunan qutuların ölçüsü, çəkisi və digər tələblər göstərilə bilər.
5.6. Markalanma ərzaq məhsullarının baxışı zamanı onların digər mallardan ən qısa müddətdə seçilməsinə imkan yaratmalıdır.
6. Müqavilə üzrə ödəmələr
6.1. Bu Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği
manat təşkil edir.
6.2. Məhsulların qiymətində dəyişiklik olduqda, qiymətlərə yenidən baxılır.
6.3. Cəmiyyət növbəti ildə təqdim ediləcək ərzaq məhsulları üçün (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) bu Müqavilənin ümumi məbləğinin 25 faizini xxxx xxxx oktyabrın 30-dək xxxxx ödəyir. Ödənişlər Azərbaycan Respublikasının milli xxx xxxxxx ilə aparılır.
6.4. Bu Müqavilənin şərtlərinə uyğun tərtib olunmuş qrafikə əsasən, ərzaq məhsulları Xxxxxx tərəfindən göndərildikdən və Cəmiyyət tərəfindən qəbul edildikdən sonra Xxxxxxxxx təqdim etdiyi sənədlər (qaimə, hesab-faktura, vergi hesab fakturası və digər sənədlər) əsasında xxxxx məbləğinin xüsusi çəkisi (proporsional qaydada) nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri növbəti ayın 5-dək ödənilir.
6.5. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını təsdiq edən müvafiq sənədləri Cəmiyyətə təqdim etməlidir.
6.6. Cəmiyyətdən asılı olmayan səbəblərdən ərzaq məhsullarının dəyərinin ödənilməsində gecikmələrə yol verilərsə, İcraçı ərzaq məhsullarının göndərilməsini dayandıra bilməz.
7. Cərimələr
7.1. İcraçı bu Müqaviləni və ya onun hər hansı hissəsini müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə və ya icrasını gecikdirdikdə, Cəmiyyət digər hüquqlara ziyan vurmadan Müqavilənin dəyərinin 0,1 xxxxx məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Bu hal təkrarlandıqda, Cəmiyyət Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
7.2. Cəmiyyət Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda, İcraçı hər gecikdirilmiş gün üçün alınmış məhsulların dəyərinin 0,1 xxxxx məbləğində cərimə sanksiyaları tətbiq edir.
7.3. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən xxx olmamalıdır.
8. Fors-major
8.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.
8.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar başa düşülür:
8.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;
8.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;
8.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;
8.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.
8.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:
8.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;
8.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün
aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.
9. Müqavilə üzrə sənədləşdirilmənin aparılması
9.1. Müqavilə üzrə sənədləşdirilmə (o cümlədən, xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır, müvafiq sənədlər və məlumatlar digər Tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.
9.2. Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi Xxxxxx tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada aparılır. Cəmiyyət sənədləşdirilmənin düzgün aparılmasına nəzarət edə bilər.
10. Vergilər və rüsumlar
10.1. Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.
11. Müqavilənin ləğv edilməsi
11.1. Bu Müqavilənin şərtlərinin əsaslı pozulması hallarına yol verildikdə, Tərəflərdən biri digərinə 30 (otuz) gün əvvəl yazılı xəbərdarlıq etmək şərtilə Müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. 11.2. Aşağıdakı pozuntular əsaslı sayılır: 11.2.1. İcraçı tərəfindən bu Müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Cəmiyyətlə razılaşdırılmadan 5 (beş) gündən artıq müddətə işlərin dayandırılması; 11.2.2. Cəmiyyətin və ya İcraçının ləğv olunması (müəssisə və təşkilatların yenidən qurulması halları istisna olmaqla) və ya məhkəmənin qərarı ilə müflis elan edilməsi; 11.2.3. İcraçı tərəfindən bu Müqavilənin şərtlərinin pozulması nəticəsində vurulmuş ziyanın maksimum həddi aşması; 11.2.4. Tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması; 11.2.5. Tərəflərin Müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməməsi. 11.3. Müqavilə ləğv olunduqda, İcraçı 15 (on beş) gün müddətində bu Müqavilənin icrasını dayandırır və icra nəticəsində əldə edilmiş məhsulların qorunması üçün təxirəsalınmaz tədbirləri görərək, onları Cəmiyyətə təhvil verir. 12. Mübahisəli məsələlərin həlli 12.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. 12.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 10 (on) gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir. 13. Digər şərtlər 13.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər qarşılıqlı razılığa gəlirlər. Bu halda 10 (on) gün müddətində sənədlərin əsli Tərəflərə təqdim edilməlidir. 13.2. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 əsl nüsxədə tərtib olunmuşdur. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə xxxxx xxxx bir nüsxə verilir. 13.3. Müqavilə Cəmiyyət və Xxxxxx tərəfindən imzalandığı andan qüvvəyə minir. Hüquqi ünvanlar və rekvizitlər: | |
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti | İcraçı |
M.Y. (imza) | M.Y. (imza) |
“ ” 20 -ci il | “ ” 20 -ci il |
1 nömrəli cədvəl
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə
arasında bağlanılmış
(ərzaq məhsullarının istehsalçıları və ya satıcıları)
müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli
Sır a №- si | Ərzaq məhsullarını n adı və növü | Ölçü vahid i | Miqdar ı | Qiyməti (manatla ) | Ümumi məbləğ (manatla ) | Qey d | Mənşəyi, səciyyəvi xüsusiyyətlər i və qablaşdırma |
1. | |||||||
2. | |||||||
3. | |||||||
4. | |||||||
Cəmi | |||||||
ƏDV | |||||||
Ümumi məbləğ |
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti | İcraçı |
M.Y. (imza) “ ” 20 -ci il | M.Y. (imza) “ ” 20 -ci il |
2 nömrəli cədvəl |
Bağlanılmış tarixli _ nömrəli Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə ərzaq məhsullarının təqdim edilməsi cədvəli |
Sıra №-si | Məhsulun adı və növü | Ölçü xxxxxx | Məhsulun ümumi miqdarı | O cümlədən, aylar üzrə | Ərzaq məhsullarının qəbul olunduğu ünvan | |||||
yanvar | fevral | noyabr | dekabr | |||||||
1. | * | * | * | * | * | * | ||||
2. | *** | *** | *** | *** | *** | *** | ||||
3. | *** | *** | *** | *** | *** | *** | ||||
4. | ** | ** | ** | ** | ** | ** | ||||
5. | *** | *** | *** | *** | *** | *** | ||||
6. | *** | *** | *** | *** | *** | *** | ||||
Qeyd Daşınma qrafiki və məhsulun miqdarı Tərəflərin razılığı ilə dəyişdirilə bilər. * gündəlik tədarük olunur ** ayda 2 dəfə, hər ayın 1-i və 15-i tədarük edilir *** hər ayda 1 dəfə tədarük edilir | |
Cəmiyyət | İcraçı |
M.Y. (imza) “ ” 20 -ci il | M.Y. (imza) “ ” 20 -ci il |