ÜMUMİ ANLAYIŞLAR
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Sığortaçı –sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxslər - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
XÜSUSİ ANLAYIŞLAR
Xxxx xxxx – banklardan və digər kredit təşkilatlarından xxxxxx xxxx hüquqi və fiziki şəxs.
Kredit müqaviləsi – xxxx xxxx ilə sığortalı arasında bağlanmış borc müqaviləsi.
BÖLMƏ 1. SIĞORTA NÖVÜ VƏ BU NÖVƏ AİD XXXX SİNİF
Maddə 1.Sığortanın növü
1.1 Sığortanın növü Kredit sığortası olub Qeyri-Həyat sığorta sahəsi üzrə əmlak sığortasına aiddir.
Maddə 2. Sığortanın sinifi
2.1 Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxxx sığortası üzrə aşağıdakı sinif:
2.1.1. Borc alanın müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası.
BÖLMƏ 2. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 3. Sığortaçı
3.1.Bu Qaydalara əsasən Sığortaçı “PAŞA Sığorta” ASC-dir.
Maddə 4. Sığortalı
4.1.Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx (banklar və kredit fəaliyyəti ilə məşğul xxxx) hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
4.2.Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
Maddə 5. Faydalanan şəxs
5.1.Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı xxxx hər hansı başqa şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə də bağlana bilər.
5.2.Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
5.3.Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
5.4.Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
BÖLMƏ 3. SIĞORTA PREDMETİ VƏ OBYEKTİ
Maddə 6. Sığorta obyekti
6.1.Bu Qaydalara əsasən Sığortalının borc alanlа bağladığı kredit müqaviləsi üzrə qanunvericiliyə zidd olmayan əmlak mənafeləri sığortanın obyekti hesab olunur.
Maddə 7. Sığorta predmeti
7.1 Bu Qaydalara əsasən Sığortalının borc alanla bağladığı kredit müqaviləsi üzrə əmlak mənafelərinin aid olduğu əmlak (pul vəsaiti) sığortanın predmeti hesab olunur.
BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ
Maddə 8. Sığorta məbləği
8.1. Sığorta məbləği kredit müqaviləsi ilə təyin olunmuş kredit məbləğindən yüksək olmamaq şərti ilə müəyyən edilir.
8.2. Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləği verilən kreditə hesablanan faiz həcmində artırıla bilər.
BÖLMƏ 5. SIĞORTA TƏMİNATI
Maddə 9. Sığorta riskləri
9.1. Bu Qaydalara əsasən aşağıdakı hallar nəticəsində xxxx xxxx
9.1.1. hüquqi və ya sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxsin məhkəmənin qərarı ilə iflas elan olunması, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilməsi; mövcud qanunvericiliyə uyğun qaydada fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya ondan məhrum olunması;
9.1.2. fiziki şəxs olduqda vəfatı, hər hansı bir hadisə nəticəsində I və ya II qrup əlil olması, qanunvericiliyə uyğun qaydada xəbərsiz xxxxx düşmüş elan olunması;
9.1.3. kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi sığorta hadisəsi hesab edilir.
9.2. Borc xxxx xxxxxx müqaviləsi üzrə öhdəliklərini 2 (iki) ay ardıcıl olaraq yerinə yetirmədikdə və Sığortalı tərəfindən Sığortaçıya bu haqda məlumat verildyi andan, sığorta hadisəsi baş vermiş hesab olunur.
Maddə 10. Siğorta Risklərindən İstisnalar və (və ya) Sığorta Təminatında Məhdudiyyətlər
10.1.Aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir: 10.1.1.Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməsi;
10.1.2.Müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmamışdırsa, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada sayılan hərbi əməliyyatları və ya əlaqədar xxxx hərbi xarakterli tədbirlər; 10.1.3.Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi;
10.1.4.Sığorta obyekti və hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi; 10.1.5.Sığorta hadisəsinin olmaması.
10.1.6.Sığortaçının razılığı olmadan tərəflərin kredit müqaviləsinin şərtlərinin dəyişdirməsi; 10.1.7.Sığortalının verdiyi kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət etməməsi;
10.1.8.Sığortalının Sığortaçının razılığı olmadan borc alanın borcu ilə bağlı hər hansı bir sövdələşməyə girməsi.
BÖLMƏ 6. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANMASI, HƏMÇİNİN ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
Maddə 11. Sığorta müqaviləsinin bağlanması
11.1.Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçının sorğu formasını doldurur.
11.2.Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
11.3.Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
11.4.Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 12. Sığortanın ərazisi
12.1.Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
12.2.Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
12.3.Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
Maddə 13. Azadolma məbləği
13.1.Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
13.2.Azadolma məbləği sığorta və ya ziyan məbləğinin hər hansı bir xxxxx həcmində və/və ya müəyyən məbləğ həcmində təyin edilə bilər.
Maddə 14. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
14.1 Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığоrtа etdirən və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
Maddə 15. Sığorta müqaviləsinə xitam verilməsi
15.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
15.1.1. Müqavilənin müddəti bitdikdə;
15.1.2. Sığortaçı müqavilə üzrə Sığorta etdirən qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
15.1.3. Sığorta etdirən sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
15.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
15.1.5 Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
15.1.6 Sığorta marağı artıq mövcud olmadıqda;
15.1.7 Sığorta predmeti artıq mövcud olmadıqda.
15.1.8 Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
15.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
15.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
16.1 Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
16.2 Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
16.3 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
16.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 16.1-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16.5 Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
BÖLMƏ 7. SIĞORTA HAQQI
Maddə 17. Sığorta haqqı
17.1.Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
17.2.Bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından aşağıdakı faizlərlə hesablanır:
Sığorta müddəti 2 xxxxx xxx olmazsa Sığorta müddəti 3 xxxxx xxx olmazsa Sığorta müddəti 4 xxxxx xxx olmazsa Sığorta müddəti 5 xxxxx xxx olmazsa Sığorta müddəti 6 xxxxx xxx olmazsa Sığorta müddəti 7 xxxxx xxx olmazsa Sığorta müddəti 8 xxxxx xxx olmazsa Sığorta müddəti 8 xxxxx xxx olarsa | - - - - - - - - | illik sığorta haqqının 30 % illik sığorta haqqının 40 % illik sığorta haqqının 50 % illik sığorta haqqının 60 % illik sığorta haqqının 70 % illik sığorta haqqının 80 % illik sığorta haqqının 90 % illik sığorta haqqının 100 % |
Maddə 18. Sığorta haqqının ödənilməsi
18.1.Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) sığorta müqaviləsində nəzərdə tutulmuş vaxt ərzində Sığortaçıya ödənilməzsə, sığorta müqaviləsi öz qüvvəsini itirir. Əgər sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqının sonrakı hissələri sığorta müqaviləsində göstərilmiş müddət ərzində ödənilməzsə, tərəflərin başqa cür razılaşdığı hallar istisna olmaqla, sığorta müqaviləsi, sığorta haqqının ödənilmiş hissəsinə müvafiq xxxx müddətin bitməsindən sonra öz qüvvəsini itirir.
18.2.Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
BÖLMƏ 8. MÜQAVİLƏ ÜZRƏ TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 19. Tərəflərin hüquq və vəzifələri:
19.1 Sığortalı:
• sığorta haqqını vaxtında ödəməli;
• sığortalanmış obyektə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
• sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 21.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
• ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görməli;
• müqavilə bağlanarkən sığorta riskinin səviyyəsini müəyyən etməyə imkan verən bildiyi və bilməli olduğu bütün əhəmiyyətli məlumatları sığortaçıya bildirməli və ya Sığortaçı tərəfdən təqdim olunmuş Sorğu formasında düzgün və dəqiq şəkildə qeyd etməlidir, xxxxxx sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
• mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
19.2 Sığortaçı:
• sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
• sığorta ödənişini bu Qaydaların 25.1-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
• sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamalıdır;
• mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
19.3 Əhəmiyyətli hal haqqında bildirişdə yanlış məlumatlar olduqda da Sığortaçı müqavilədən imtina edə bilər.
19.4 Əgər məlumatların dəqiq olmaması Sığortaçıya məlum idisə və ya Sığortalı yanlış məlumatların verilməsində təqsirli deyildirsə, müqavilədən imtina edilməsi yolverilməzdir. Bu məlumatlar haqqında bildiriş verildikdən sonra 1 (bir) ay ərzində Sığortaçı müqaviləni ləğv edə bilər.
19.5 Sığortalı təhlükə hallarına dair yazılı suallara cavab verməli olduqda, əgər o, barəsində suallar qoyulmamış halların üstündən qəsdən sükutla keçərək onları bildirməzsə, Sığortaçı 1 (bir) ay ərzində müqaviləni ləğv edə bilər. Bu müddət məlumat vermək vəzifəsinin pozulmasından Sığortaçının xəbər tutduğu andan başlanır.
19.6 Əgər Sığortaçı gizli haldan xəbərdar idisə və ya Sığortalı bu halı bildirməməkdə təqsirli deyildirsə, müqavilənin bu əsasla xitamı yolverilməzdir.
19.7 Sığortaçı müqaviləni sığorta hadisəsi baş verdikdən sonra ləğv etdikdə, əgər barəsində məlumat vermək vəzifəsi pozulmuş hal sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öz vəzifələrini yerinə yetirməsinə təsir göstərməyibsə, o, öz vəzifələrini yerinə yetirməkdən azad edilmir.
Maddə 20. Sığorta riskindəki dəyişikliklər
20.1.Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar (o cümlədən kredit müqaviləsində sonradan baş verən dəyişiklik) barədə Sığortaçıya dərhal məlumat verməlidir.
20.2.Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
20.2.1.sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək, 20.2.2.əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
20.2.3.belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
BÖLMƏ 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
Maddə 21. Sığortaçıya sığorta hadisəsi barədə məlumatın verilməsi
21.1.Sığorta hadisəsinin baş verməsini Sığortalı dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə yazılı surətdə bildirir. Bu zaman zərərə görə ödəniləcək məbləği və borc alanın ödəniş sənədlərini, onun qalıq borcu ilə əlaqədar çıxarışlarla birlikdə Sığortaçıya göndərməlidir.
Maddə 22. Zərərlərin qarşısının alınması və azaldılması
22.1.Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur.
22.2.Sığortalının belə tədbirləri həyata keçirməməsi ilə əlaqədar birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir.
22.3.Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir. 22.4.Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə belə tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən xxxxx Sığortaçı tərəfindən ödənilməyə bilər.
Maddə 23. Sığortaçı tərəfindən nəzarət
23.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etməli və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
23.2. Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
Maddə 24. Sığorta hadisəsinin sübut edilməsi
24.1.Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.
24.2.Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
24.2.1 sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
24.2.2 sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
24.2.3.Kredit, girov və ya zaminlik müqavilələrinin və onlara edilmiş əlavə və dəyişikliklərin surəti; 24.2.4.Borc alanın qalıq borcunu təsdiq edən sənəd;
24.2.5.Sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
24.3 Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
BÖLMƏ 10. SIĞORTA ÖDƏNİŞİ
Maddə 25. Sığorta ödənişi
25.1.Sığortaçı bu Qaydaların 24.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 gün müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
25.2.Sığorta ödənişi borc alanın qalıq borcu məbləğində həyata keçirilir. Borc alanın qalıq borcuna hesablanan cərimələr və s. bu kimi xərclər sığortaçı tərəfindən ödənilmir.
25.3.Sığorta ödənişi hesablanarkən sığorta müqaviləsi ilə nəzərdə tutulmuş bütün azadolmalar ödəniş məbləğindən çıxılır.
26. Sığorta ödənişindən sığorta haqqının tutulması
26.1.Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
27. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
27.1.Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
Maddə 28. Subroqasiya hüququ
28.1 Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
28.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
28.3 Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
28.4 Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
28.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən
zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
BÖLMƏ 11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Maddə 29. Tərəflərin məsuliyyəti
29.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 30. İş sirlərinin gizli saxlanılması
30.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
Maddə 31. Mübahisələrin həlli qaydası
31.1.Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
BÖLMƏ 12. DİGƏR MÜDDƏALAR
Maddə 32. Qeyd-şərtlər
32.1. Sığorta qaydalarına əlavə və dəyişikliklər edilməsi məqsədilə, bu qaydalara qeyd-şərtlər də yazıla bilər.
Əlavə 1
“PAŞA” Sığorta Şirkəti” QSC Kreditlərin Sığortası
üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə nеtto-dərəcələr hеsablanır. Nеtto-dərəcələrin hеsablanmasında aşağıdakı məlumatlardan istifadə еdilir:
1)Sığorta hadisəsinin baş vеrməsi еhtimalı(q) - 0,02;
2)Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) – 25 000 manat; 3)Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödəniŞi(Sö) – 3 000 manat; 4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 1 200.
Tn, Tə və Tr ilə müvafiq olaraq nеtto-dərəcəni, onun əsas hissəsini və risq üstəliyini işarə еdək.Nеtto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aŞağıdakı düsturla hеsablanır:
Tə = 100qSö/So = 100.0,02 25 000 /3 000 = 16,6 manat.
Risq üstəliyini hеsablamaq üçün təminat еhtimalını 0,95 götürək. Bu halda həmin еhtimala uyğun əmsal a=1,645 olur. .Risq üstəliyi aşağıdakı düsturla hеsablanır:
1/2 1/2
Tr =1,2Tə.a.((1 - q)/(nq)) = 16,6.1,2.1,645.((1-0,02)/(1 200.0,02)) = 6,55 manat.
Tn = Tə + Tr = 16,6 + 6,55 = 23,15 manat.
Tarif dərəcəsinin strukturu: nеtto-dərəcə-50%, yüklənmə -50%. O cümlədən işlərin aparılması хərcləri-44%, məcburi ödəmələr-0,3%, tarif mənfəəti-5.7%.
Brutto-dərəcəni Tb ilə işarə еdək. Onda brutto-dərəcənin hеsablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 23,15/(1-0,5) = 46,30 manat.
Sığortanın şərtlərindən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq еdilir. Ona görə də, yеkun tarif dərəcəsi 0,5%-10%, aralığında dəyişir.