BAKI DÖVLƏT UNİVERSİTETİ İLƏ ÖDƏNİŞLİ ƏSASLARLA TƏHSİL ALACAQ TƏHSİLALAN ARASINDA FƏRDİ MÜQAVİLƏ №
BAKI DÖVLƏT UNİVERSİTETİ İLƏ ÖDƏNİŞLİ ƏSASLARLA TƏHSİL ALACAQ TƏHSİLALAN ARASINDA FƏRDİ MÜQAVİLƏ №
Bakı şəhəri “ ” 20 il
Bakı Dövlə t Universiteti (sonradan BDU adlandırılan) rektoru XXXXXXX XXXXX SƏFƏRALI oğlunun şəxsində bir tərəfdən və ödənişli əsaslarla təhsil alacaq təhsilalan
(soyadı, adı, atasının adı)
digər tərəfdən birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlandırılmaqla, Azərbaycan Respublikasının Mülki Məc əlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının ödənişli əsaslarla həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
1.2. Təhsilalanın təhsil aldığı hər tədris ili üçün təhsil haqqının məbləği BDU-nun vəsatəti əsasında Təhsil Nazirliyinin həmin tədris ilinin başlanmasından əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla təsdiq etdiyi məbləğdə müəyyən edilir.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. BDU təhsilalanın
(ixtisasın və ya ixtisaslaşmanın şifri və adı)
ixtisası (ixtisaslaşması) üzrə ödənişli əsaslarla ali təhsilli mütə xəssis kimi hazırlanmasını öhdəsinə götürür, təhsilalanı təhsil xxxxxx üçün bütün zəruri şəraitlə təmin edir, ona kitabxana, idman kompleksi, tibbi xidmət, habelə dövlət sifarişi ilə təhsil xxxx təhsilalanlar üçün müə yyən olunmuş digər hüquqlardan istifadə etmək imkanı yaradır. Təhsilalan təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra ona təhsil haqqında dövlət sənədi verilir.
2.2. BDU-nun təhsilalandan təhsil müddə tində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BDU-nun qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.3. BDU-da kredit sistemi ilə t əhsilalan və akademik borcu xxxx təhsilalanlar üçün onların istəyi ilə müəyyən edilmiş normativlərə uyğun olaraq əlavə ödənişli əsaslarla yay semestri təşkil oluna bilər.
2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.4.1. Təhsil aldığı ilk tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl, sonrakı tədris illəri üçün isə növbəti tədris ilinin payız semestrinin sonunadək müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş məbləğdə
təhsil haqqını
(təhsil haqqının miqdarı, manatla)
BDU-nun hesabına ödəmək;
2. 4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.4.3. 2017/2018-ci tədris ilindən başlayaraq tətbiq edilən və mövcud qanunvericiliyə uyğun olaraq tə hsillə əlaqədar yarana biləcək əlavə kredit ödənişlərini (fənn və ya fənlər üzrə akademik borcunun ləğvi ilə bağlı alt qruplarda, yay semestrində iştirak və s.) vaxtında ödəmək;
2.4.4. BDU-nun daxili intizam və davranış qaydalarına riayət etmək;
2.4.5. Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini, həmçinin əxlaq və etik davranış qaydalarını pozmamaq;
2.4.6. BDU-nun təyin etdiyi müddət ərzində seçdiyi ixtisas (ixtisaslaşma) üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;
2.4.7. Öz hərə kətləri ilə BDU-ya maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;
2.4.8.BDU tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı vaxtdan 10 (on) iş günü müddətində təqdim
etmək;
2.4.9.Bu Müqavilə üzr ə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında BDU-ya 5
(beş) iş günü müddətində məlumat vermək.
2.5. Təhsilalanın BDU-xxx bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Təhsilalanın xaric edilməsi
BDU aşağıdakı hallarda təhsilalanı xaric etmək hüququna malikdir:
⮚ öz arzusu ilə;
⮚ başqa təhsil müəssisəsinə köçürüldükdə;
⮚ BDU-nun daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
⮚ təhsil haqqını 2.4.1-ci bənddə göstərilən müddətdə ödəmədikdə;
⮚ müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda (həkim-məsləhət komissiyasının arayışına əsasən);
⮚ növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər BDU ilə əlaqə saxlamadıqda;
⮚ cinayət məsuliyyətinə cəlb olunduqda.
4. Fors-major
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticə sində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) iş günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən sə lahiyyə tli dövlət orqanı tərəfindən hadis əni təsdiq edən rəsmi sə nədi ona t əqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4. 2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhd əliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilə n tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavil ənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. Müqavilənin ləğv edilməsi qaydası
5.1. Tərəflərdən biri üzə rinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərə f digər tərə fə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin l əğv edilməsi haqqında bildirişi xxxx tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlanmalıdır.
5.4. Təhsilalan başqa tə hsil müəssisəsinə köçürüldükdə, hər hansı üzrlü səbəbə görə təhsilini davam etdirə bilmədiyi, yaxud istəmədiyi halda xaric edildikdə təhsil almadığı semestr üçün ödədiyi məbləğ xxxx qaytarılır.
5.5. Təhsilalanın ödənişsiz təhsilə keçirilməsinə yol verilmir.
6. Mübahisəli məsələlərin həlli
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.
7. Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər.
Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
9. Digər şərtlər
9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.
9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqavilə yə xitam verilməsini tələb etmirsə və əgər təhsil xxxx BDU-da ödənişli əsaslarla təhsilini davam etdirirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti normativ tədris illərinin sonunadək uzadılır.
9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsil alana verilir, digər nüsxəsi isə BDU-da saxlanılır.
10. Tərəflərin rekvizitləri və imzaları
Bakı Dövlət Universiteti Təhsilalan
__ __ __ __ __ __ _ __ __ __ __ __
Rektor XXXXXXX XXXXX SƏFƏRALI oğlu
__ __ __ __ __ __ _ __ __ __ _ (imza)
(soyadı, adı, atasının adı)
Yaşadığı yer: Azərbaycan Respublikası
ünvan: __ __ __ __ __ _ __ __ __ _
küçəsi, ev №
mənzil № _ __ _ _, tel: ___ __ __ _
Tarix “ ” “ ” 20 il Pasport /şəx.vəsiqəsi
M.Y. Seriya İmza