MONTAJ SIĞORTASININ ƏSAS QAYDALARI
MONTAJ SIĞORTASININ ƏSAS QAYDALARI
«Montaj sığortasının əsas qaydaları» (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və «Montaj sığortası» müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar, Sığorta şəhadətnaməsi, Sığortalı tərəfindən doldurulmuş ərizə forması və müvafiq əlavələr bütövlükdə bir müqavilə hesab edilir. Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir. Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğın və diğər risklərdən sığortası sinfinə aiddir.
1. SIGORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə sığorta şəhadətnaməsinə daxil xxxx əmlaklara, sığorta müddəti ərzində, montaj sahəsində olduqları zaman və inşaat işləri aparılarkən, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə bu sığorta şəhadətnaməsində və bu qaydalarda göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN HALLAR
Əlavə müqavilə bağlanması şərti ilə, aşağıdakılar sığorta təminatına daxil edilir:
2.1. Montajda istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;
2.2. Üçüncü şəxslərə dəyən zərərlərə görə Sığortalının məsuliyyəti;
2.3. Hadisə nəticəsində meydana gəlmiş uçuq və dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər;
2.4. Təminatın əhatə dairəsinə daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqqları;
2.5. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlərin səbəb olduğu bütün növ zərər və ziyanlar;
2.6. Dörd həftədən artıq davam edən sınaq müddətində meydana gələn ziyan və zərərlər;
2.7. İşlərin dəyandırılması nəticəsində itirilmiş mənfəət və bununla bağlı digər xərclər.
3. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn ziyan və zərərlər;
3.2. Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər;
3.4. Montaj ediləcək avadanlıqların daxilində mövcud xxxx konstruksiya, detal çatışmamazlığı, material azlığı, quraşdırma və montaj səhvləri (bu istisnalar qüsurlu detal və hissələrin təmir və montaj xərclərinə aiddir və bu səbəblər üzündən sığortalanmış digər avadanlıqlarda meydana gələcək ziyan və zərərlərə şamil edilmir);
3.5. Aşınma, korlanma, çürümə və paslanmalar;
3.6. Montaj məqsədilə istifadə olunan maşın, avadanlıq və dəzgahların mexaniki və ya elektrik nasazlığı və ya qırılmaları (bəhs olunan nasazlıq və qırılmaların digər sığortalanmış əmlaklarda meydana gətirəcəyi ziyan və zərərlər təminata daxildir);
3.7. İnventar çatışmazlıqları;
3.8. Sığortalının və ya onun adından fəaliyyət göstərən cavabdeh şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi (ehtiyatsızlığı);
3.9. Montajı başa çatmış və ya sınaq müddəti bitmiş, eləcə də sifarişçiyə təhvil verilən və ya sifarişçi tərəfindən istifadə olunan hissələrdə birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər;
3.10. Montajın gecikməsinə, qismən və ya tamamilə dayandırılmasına, öhdəliyin yerinə yetirilməməsinə, müqavilənin ləğv edilməsinə və ya cəza şərtlərinin tətbiq edilməsinə görə dəyən zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurlar kimi bütün nəticə zərərləri;
3.11. Montaj ilə əlaqədar xxxx bütün hava, avtomobil və su yolları nəqliyyat vasitələri;
3.12. Nağd pul, qiymətli kağızlar (çek, veksel, səhm, istiqraz və s.) qaimə, sənəd qovluğu, borc iltizamları və hesabat işlərilə əlaqədar bütün mühasibat sənədləri, montaj və qurğulara aid xxxx plan və layihələr. Bu bənddə sadalanan bəzi istisnalara qarşılıqlı razılıq əldə olunarsa, əlavə sığorta haqqının ödənilməsi şərti ilə təminat verilə bilər.
4. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ
Təminat müddəti, sığorta şəhadətnaməsində göstərilən başlanğıc tarixinin əsas olması şərti ilə sığorta şəhadətnaməsinə əlavə olunmuş siyahıda göstərilən avadanlıq və ləvazimatların montaj sahəsinə gətirildiyi andan başlayır və sığorta şəhadətnaməsində göstərilən başa çatma tarixində qurtarır. Xxxxx montajın bu tarixdən əvvəl qismən və ya tamamilə başa çatdırılıb sifarişçiyə təhvil verildiyi hallarda, həmin hissələrlə əlaqədar təminat müddəti başa çatmış olur. Bu təminatın əhatə dairəsinə daxil xxxx və inşaat sahəsinə gətirilən material və avadanlıqlar üçün nəqliyyat (xxx) sığortası vardırsa, həmin mallarla əlaqədar təminat nəqliyyat sığortası başa çatdıqdan sonra başlanır. Təminat müddətinə sığorta şəhadətnaməsində ayrı razılaşma olmadıqda, dörd həftəlik sınaq müddəti də daxildir.
Sığortalı qurğuların bütövlükdə və ya hər hansı bir hissəsinin sınaqdan keçməsinin başlama tarixlərini ən azı 8 gün əvvəldən Sığortaçıya yazılı olaraq bildirməlidir. Xxxxxxxx təminat müddəti sığorta şəhadətnaməsində göstərilən tarixdən əvvəl başa çatdıqda sınaq dövrü, müddəti dəyişdirilmədən irəli çəkilir. Ancaq montaj sığortasının təminat müddətinin sığorta şəhadətnaməsində göstərilən müddətdən əvvəl sona çatacağını, Sığortalı azı 8 gün əvvəldən Sığortaçıya yazılı şəkildə bildirməlidir.
Sığorta etdirilmiş montaj işləri sığorta şəhadətnaməsində göstərilən tarixdə başa çatmazsa, təminat müddəti, qarşılıqlı razılıq əsasında müəyyən edilən şərtlər və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
Sınaq müddəti ərzində görülən iş dörd həftə ərzində sona çatdırılmadığı halda təminat müddəti, qarşılıqlı razılıq əsasında və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
5. SIĞORTA TƏMİNATININ HÜQUQİ QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, şəhadətnamədə başlanğıc və sona çatma tarixləri kimi göstərilən günlərdə, tərəflərin başqa cür razılaşmadıqları hallar üçün, saat 24.00-da hüquqi qüvvəyə minir və vaxtı qurtardığı zaman saat 24.00-da hüquqi qüvvəsini itirir.
6. SIGORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
6.1. Sığortaçı, bu sığorta müqaviləsini, Sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərtilə ərizə formasında, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında Sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
6.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, Sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni poza bilər və bu müddət ərzində bir hadisə baş verərsə, buna görə sığorta ödənişi verməyə bilər.
6.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, və vəziyyət hadisə baş verməmişdən əvvəl məlum olarsa, Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya risqin ağırlaşma dərəcəsinə uyğun olaraq həmin vaxt üçün müəyyən edilən sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
6.1.3. Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, Sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 30 gün sonra, saat 24.00-da hüquqi qüvvəyə minir və istifadə olunmayan müddətin sığorta haqqı üçün aşağıdakı şərtlər tətbiq edilir:
6.1.3.1 müqaviləyə əsas montaj müddəti ərzində xitam verilərsə, istifadə olunmayan müddətə aid sığorta haqqı gün əsası ilə hesablanaraq xxxx qaytarılır. Bundan başqa, dörd həftədən artıq davam edən sınaq müddəti təminatı vardırsa, bu müddətə aid sığorta haqqı tamamilə xxxx qaytarılır.
6.1.3.2 müqaviləyə, dörd həftəlik sınaq müddəti ərzində xitam verilərsə, bu müddətə aid sığorta haqqından heç bir hissə xxxx qaytarılmır.
6.1.3.3 müqaviləyə dörd həftədən artıq xxxx sınaq müddəti ərzində xitam verilərsə, sınaq müddətinə daxil xxxx aya aid sığorta xxxxx xxxx qaytarılmır, sonrakı ayların sığorta haqqı tamamilə xxxx qaytarılır.
6.2. Vaxtında istifadə olunmayan, ləğv etmə və ya sığorta haqqının fərqini tələb etmək hüququ etibarsız sayılır.
6.3. Sığortalıtın hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi:
6.3.1. Sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
6.3.2. Sığortaçı müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində;
6.3.3. və yaxud ləğv etmənin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, onda Sığortaçı, sığorta ödənişini, Sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə həqiqətdə ödənməli xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
7. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ
VƏ MƏSULİYYƏTİ
7.1. Müqavilə imzalandıqdan sonra sığorta olunmuş əmlakın ərizə formasında, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti Sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda əgər dəyişiklik:
- özü tərəfindən və ya onun razılığı ilə başqa birisi tərəfindən həyata keçirilərsə, dərhal;
- özünün razılığı olmadan başqa şəxs tərəfindən həyata keçirilərsə, vəziyyəti öyrənən kimi, dərhal, hər iki halda ən geci 8 gün ərzində Sığortaçıya məlumat verməlidir.
7.2. Vəziyyət Sığortaçı tərəfindən öyrənildikdən sonra, Sığortaçı, bu dəyişiklik müqaviləni pozmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində:
- müqaviləni ləğv edə və ya,
- sığorta haqqı fərqini tələb etməklə davam etdirə bilər.
7.3. Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğin miqdarı ilə razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
7.4. Sığortaçı tərəfindən müqaviləyə xitam verilməsi, Sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 30 gün sonra saat 24.00-da, Sığortalı tərəfindən müqaviləyə xitam verilməsi isə Sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixin ertəsi günü saat 24.00-da hüquqi qüvvə qazanır.
7.5. Müqaviləyə xitam verildiyi halda, istifadə olunmayan müddətin sığorta haqqının xxxx ödənib ödənməyəcəyi, əgər ödənəcəksə, məbləği Sığortaçı tərəfindən müəyyən olunur.
Bütün hallarda, hadisənin baş vermə ehtimalının artması tarixindən sığorta şəhadətnaməsinin sona çatma tarixinə qədər keçən vaxtın sığorta haqqı fərqi Sığortaçıya ödənilməlidir.
7.6. Vaxtında istifadə edilməyən müqaviləyə xitam vermə və ya sığorta haqqı fərqini tələb etmə hüququ, etibarsız sayılır.
7.7. Sığortalanmış əmlakın ərizə formasında, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş Sığortaçı, sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
7.8. Sığortalı, sığortalı əmlakın yerinin və ya vəziyyətinin xxxxxx başvermə ehtimalını artıracaq formada dəyişidirilməsini xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar Sığortaçı tərəfindən sığorta ödənişi verilmir. Xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
7.9. Dəyişiklik, hadisə baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı alınmasını tələb edərsə, Sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı əsas götürməklə hesablayır və bu fərqi Sığortalıya qaytarır.
Bu şərtlər Sığortalıya də eyni qaydada tətbiq edilir.
8. SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏKİ VƏZİFƏLƏRİ
Sığortalı sığortalanmış montaj işlərinin, material, ləvazimat, qurğu və maşınların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görməlidir. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş bina və qurğulara nəzarət etmək və onları
yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə borcludur.
9. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTAÇININ MƏSULİYYƏTİNİN
BAŞLANMASI
9.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (ilkin hissə) ən geci sığorta şəhadətnaməsində və müvafiq hesabda göstərilən vaxt, (hissə- hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən müddətlərdə) ödənməlidir.
9.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsində və müvafiq hesabda göstərilən vaxt ödənməsə, Sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır. Ardıcıl surətdə iki sığorta haqqı hissəsinin vaxtından ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda, hissələrin hamısı birdəfəyə ödənir.
9.4. Sığortaçı sığorta haqqı borcunu vaxtında ödəməyən Sığortalıya sifarişli məktubla borcun 30 gün ərzində ödənilməyəcəyi təqdirdə müqaviləyə xitam veriləcəyini bildirir. Borc, göstərilən müddət ərzində də ödənilməsə, müqavilə qüvvədən düşmüş hesab edilir və Sığortalı çəkilən xərcləri və ləğv olma tarixinə qədər keçən vaxt üçün gün əsası ilə hesablanan sığorta haqqının Sığortaçıya ödənməsinə görə məsuliyyət daşıyır.
10. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
10.1. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği:
- montaj ediləcək dəzgah, qurğu və materialların (əgər varsa, gömrük, vergi, rüsum xərcləri, eləcə də nəqliyyat və montaj xərcləri də daxil olmaqla) dəyərindən və;
- ayrıca olaraq sığorta edilibsə, montaj işlərində istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti montaj barakları və köməkçi tikililərin həmin dövrdəki bazar qiymətindən az ola bilməz.
10.2. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğini təşkil edən əmlakların qiymətləri artarsa, Sığoralı, bu artımın baş verdiyini maksimum 5 gün ərzində və hadisə baş verməmişdən əvvəl yazılı şəkildə Sığortaçıya bildirməlidir.
11.SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi baş verdiyi zaman sığortalı:
11.1. Xxxxxxxxx baş verdiyini öyrəndikdən sonra, ən geci 3 gün ərzində Sığortaçıya məlumat verməlidir;
11.2. Müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə Sığortaçı tərəfindən ona verilmiş təlimatlara, imkan daxilində, maksimum əməl etməlidir;
11.3. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün xxxxx xxxx və Sığortalı tərəfindən təmin edilməsi mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) Sığortaçının tələbinə əsasən dərhal ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən, müvafiq məlumat və sənədləri verməlidir;
11.4. Xxxxx və zərərin təxmini məbləğini bildirən bir məlumatı münasib vaxt ərzində Sığortaçıya verməlidir;
11.5. Hadisənin baş verdiyi yer və əmlaklarda, zəruri hallar istisna olmaqla heç bir dəyişiklik olunmamasını təmin etməlidir;
Sığortalı yuxarıdakı şərtlərə uyğun olaraq Sığortaçıya məlumat verdikdən sonra montaj işinin ləngiməməsi məqsədi ilə kiçik həcmli təmir işlərini (ayrıca, təmir etmə haqda xəbərdarlığın verilməsi şərti ilə), Sığortaçının səlahiyyətli nümayəndələrinin gəlməsini gözləmədən həyata keçirə bilər.
Sığortaçı zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonra 7 gün ərzində ekspertlərini hadisə yerinə göndərməzsə, Sığortalı heç bir şərtə əməl etmədən zərərə uğramış hissənin təmirinə başlaya bilər.
11.6. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və əmlaklarda, bunlarla əlaqədar sənədlər üzərində aparacaqları yoxlama və tədqiqatlara icazə verməlidir;
11.7. Sığorta olunmuş əmlaklar, eyni risklər və müddət üzrə başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu Sığortaçıya bildirməlidir.
12. SIĞORTA ÖDƏNİŞİNİN AZALDILMASI VƏ ÖDƏNİLMƏSİNDƏN İMTİNA EDİLMƏSİ ÜÇÜN ƏSASLAR
Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin miqdarı artarsa, Sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır.
Sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıran hərəkətlər edərsə, Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmək hüququnu əldə edir.
13. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
13.1. Sığorta ödənişi sığorta müqaviləsinə müvafiq olaraq Sığortalının yazılı ərizəsinə və sığorta hadisəsinin baş vermə faktını, dəymiş maddi zərərin məbləğini təsdiq edən sənədlərə, sığorta aktına və zərərin qiymətləndirilməsi barədə sənədə əsasən Sığortaçı tərəfindən ödənilir.
Sığortalı dəymiş zərərin məbləğini müəyyən etmək üçün layihə-smeta sənədlərini, inşaat kitablarından çıxarışı, hesab- fakturaları Sığortaçıya təqdim etməlidir. Tərəflər zərərin məbləği ilə bağlı razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği, bu sahənin işini bilən mütəxəssis mühəndislər arasından seçilmiş ekspert tərəfindən müəyyən edilir.
13.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertlərilə birlikdə bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
13.3. Ekspert rəylərində aşağıda göstərilməlidir:
• həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
• zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
• təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və dəyəri.
13.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəf məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə, zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti xxxx məhkəmə tərəfindən mütəxəssis şəxslər arasından seçilir;
13.5. Tərəflərin, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) Sığortaçının və ya Sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənardan seçilməsini tələb etmək hüququ vardır və bu tələb yerinə yetirilməlidir;
13.6. Xxxxxxx vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya rədd edərsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir;
13.7. Sığortalıtın vəfat etməsi, təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir. Ekspertin iş qabiliyyəti ilə əlaqədar etiraz, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür;
13.8. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və qərarlarla da məhdudlaşmır;
13.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalı əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
13.10.Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər buna əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan Sığortaçıdan ödəniş tələb edə bilməz və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəylərinə, yalnız onun real vəziyyətindən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi, rəyin elan olunduğu tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilə bilər.
13.11.Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
13.12.Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını özü ödəyir. Üçüncü bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
13.13.Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və şərtlərə və onların tətbiq edilməsinə təsir etmir.
14. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği, sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən və bütün hallarda ümumi sığorta məbləğindən xxx olmamaq şərti ilə aşağıdakı şərtlər daxilində müəyyən edilir:
14.1. Montaj işi ilə əlaqədar xxxx dəzgah, material və işlərdə:
14.1.1. Qismən zərər halında:
Sığorta ödənişinin məbləği, sığorta olunmuş əmlakların hadisə baş verdiyi tarixdən bir gün əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclərin məbləği qədərdir. Bu xərclərə ehtiyat hissələrinin dəyəri, iş və nəqliyyat xərcləri, əgər varsa kömrük, vergi və rüsum xərcləri də daxildir. Ancaq bu cür ödəmələrin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən bir gün əvvəlki ümumi dəyərindən xxx xxx bilməz. Sığorta ödənişi məbləğindan əgər varsa, azadolma (ödəniş məsuliyyətindən azadolma nisbəti) çıxılır;
14.1.2. Əmlak tam məhv olduqda:
Sığorta ödənişinin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən bir gün əvvəlki dəyərinə bərabərdir. Sığorta ödənişin məbləğindən əgər varsa, azadolma (ödəniş məsuliyətindən azadolma nisbəti) çıxılır.
14.1.3. İstifadə olunmuş əmlaklar zərərə uğradıqda:
Ödənişin məbləği yuxarıdakı qaydada hesablanır və yeni qoyulan hissələrlə əlaqədar köhnəlmə nisbəti nəzərə alınır.
14.2. Əlavə razılaşma ilə sığorta təminatı verilən hallarda:
14.2.1. Montaj işləri üçün istifadə olunan dəzgah, alət və materiallarda:
Zədələnmə halında: Sığorta ödənişinin məbləği, əgər varsa, kömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla, ehtiyat hissələrinin dəyərinə, nəqliyyat xərclərinə, sökülmə və quraşdırılma üçün çəkilən xərclərə uyğun olaraq müəyyən edilir. Yeni ehtiyyat hissələri alınarsa, bu zaman köhnə və yeni ehtiyyat hissələri arasında qiymət fərqi nəzərə alınır. Sığorta ödənişinin məbləğindən, əgər varsa, azadolma çıxılır.
Əmlak tam məhv olduqda: Sığorta ödənişinin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən 1 gün əvvəlki dəyərinə bərabərdir. Sığorta ödənişinin məbləğindən, əgər varsa, azadolma çıxılır.
14.2.2. Uçuq və dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər:
Sığorta ödənişinin məbləği zərərin baş verdiyi ərazinin təmizlənməsi üçün çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta şəhadətnaməsində göstərilir;
14.2.3. Sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşınma xərcləri və normadan artıq işləmələrin haqqları:
Sığorta ödənişinin məbləği bu məqsədlə çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta şəhadətnaməsində göstərilir.
14.3. Zədələnmə halında həyata keçirilən müvəqqəti təmir xərcləri, tam təmir xərclərini azaldarsa, bu xərclər Sığortaçı tərəfindən qəbul edilir.
14.4. Zədələnmə halında 14.1. bəndində göstərilən şərtlərə uyğun olaraq hesablanan sığorta ödənişinin məbləği sığorta etdirilmiş əmlakın baş verdiyi tarixdən bir gün əvvəlki dəyərindən xxx olarsa, sığorta ödənişi tam məhv olma ilə əlaqədar 14.2. bəndində göstərilən şərtlərə uyğun olaraq ödənilir.
14.5. Zərər zamanı sığorta məbləğinin əmlakın sığorta dəyərindən az olduğu müəyyən edilərsə, sığorta ödənişi, sığorta məbləği ilə sığorta edilməsi tələb olunan məbləğ arasındakı nisbətə uyğun olaraq ödənilir.
15. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
15.1. Sığortaçı, hadisə nəticəsində zərər çəkmiş əmlakı təmir etdirə, yenisi ilə əvəz edə və ya dəymiş zərərin məbləğini nağd pulla ödəyə bilər.
15.2. Müştərək sığorta zamanı, ödəniş bu sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq müəyyən edildikdən sonra, sığortaçı, ümumi sığorta haqqlarında özünün iştirak nisbətə uyğun olaraq ödənişi verir.
Ancaq sığorta şəhadətnamələri arasında xüsusi mahiyyət və şərtlərə malik olanları vardırsa, Sığortaçıların ödəniş payları müəyyən edilərkən bu hallar və öhdəliklərin şərtləri nəzərə alınır.
15.3. Sığortalanmış əmlaklardan müəyyən hissəsinin zədələnməsi zamanı zərər həmin hissəyə aid xxxx sığorta məbləği həcmində ödənir və sığorta müddəti ərzində zədələnməyə görə veriləcək ödənişlərin ümumi məbləği, həmin hissəyə aid ümumi sığorta məbləğindən xxx xxx bilməz.
15.4. Sığorta ödənişi 15 gün ərzində həyata keçirilir. Qeyd edilən müddət bu qaydaların 13.1-ci bəndində göstərilən sənədlərin təqdim edilməsindən sonra, ekspertiza keçirildikdə isə ekspertin yekun qərarından sonra hesablanır.
16. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
16.1. Sığortaçı sığorta ödənişinin məbləği müqabilində Sığortalının günahkar şəxslərə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı hər hansı bir iddia irəli sürərsə, bu iddia məsələsini aydınlaşdırmaq üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları Sığortalı ona mütləq təqdim etməlidir.
16.2. Sığorta hadisəsinin baş verməsi nəticəsində əmlak tam məhv olarsa, sığorta təminatı sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisə baş verdiyi tarixdən etibarən, verilən ödəniş məbləği qədər azaldılır.
16.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup) halında göstərilərsə və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə sona çatar. Zədələnmə halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
16.4. Sığorta məbləğinin azalması hallarında, hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülməklə və əlavə sığorta haqqı alınmaq şərtilə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
16.5. Zədələnmə halında, tərəflərin sığorta müqaviləsinə xitam vermək hüququ vardır.
16.6. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda məktub vasitəsi ilə Sığortalıya məlumat göndərildiyi tarixdən hesablanmaqla 30 gün sonra saat 24.00- da hüquqi qüvvəyə minir və ləğv etmənin hüquqi qüvvə qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı üçün aşağıdakı şərtlər tətbiq edilir:
16.6.1. Ləğv etmə, əsas montaj müddəti ərzində olarsa, istifadə olunmayan müddətə aid sığorta haqqı gün hesabı əsası ilə hesablanaraq xxxx qaytarılır.
16.6.2. Ləğv etmə, dörd həftəlik sınaq müddəti ərzində baş verərsə, bu dörd həftəlik müddətə aid sığorta haqqından heç bir hissə xxxx qaytarılmır.
17. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
17.1. Bu müqavilə həm Sığortaçının, həm də Sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlıq verməsi yolu ilə xitam edilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
17.2. Müqavilənin Sığortaçının təşəbbüsü ilə xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır. Əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə
yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
17.3. Müqavilənin Sığortalının təşəbbüsü ilə xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır. Əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
17.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
17.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydalarin 17.2-ci və 17.3-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
18. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
18.1. Sığortalının məlumat və xəbərdarlıqları, Sığortaçıya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
18.2. Sığortaçının məlumat və xəbərdarlıqları Sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə Sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
18.3. Tərəflərə, imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
18.4. Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq qabaqcadan teleqramla bildirilməlidir.
19. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI.
Sığortaçı, Sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirrlərini gizli saxlamaması səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
20. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
20.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımı qaydada yerinə yetirilməlidir.
20.2. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
21. ƏRİZƏ FORMASI
21.1. Sığorta müqaviləsi Sığortalı tərəfindən doldurulmuş ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
21.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
22. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara gündərilməlidir;
b) tərəflərin ünvanları və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana gündərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
23. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalara və qanunvericiliyə zidd olmayan əlavə şərtlər nəzərdə tutula bilər.
24. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
MONTAJ SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,02;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 255 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 39 000 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 360.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100qSö/So = 100 * 0,02 * 39 000 / 255 000 = 0,31 AZN
Risq üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr =1,2Tə.a.((1 - q)/(nq)) ½ = 0,3 x 1,2 x 1,645 x ((1-0,02)/(360 x 0,02))½ = 0,22 AZN. Tn = Tə + Tr = 0,22 + 0,31 = 0,52 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə – 70%, yüklənmə – 30%. O cümlədən işlərin aparılması xərcləri – 28%, qarşısıalınma tədbirləri fonduna ayırma – 1%, tarif mənfəəti – 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn / (1-f) = 0,52 / (1-0,3) = 0,76 AZN
Montaj işlərinin xarakteristikasından, montaj işlərinin yerinə yaxın binanın olub- olmamasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,2% – 6%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1% – 0,3% aralığında dəyişir.