MƏSULİYYƏT SIĞORTASI QAYDALARI
Səhifə 1 / 11 |
MƏSULİYYƏT SIĞORTASI QAYDALARI
MÜNDƏRİCAT
Əsas anlayışlar Maddə 1. Sığortaçı
Maddə 2. Sığortalı Maddə 3. Sığorta sinfi Maddə 4. Sığorta hadisəsi
BÖLMƏ A. İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİNİN SIĞORTASI
Maddə 5. Sığorta predmeti Maddə 6. Sığorta riskləri
Maddə 7. Bölmə A. Sığorta hadisələri Maddə 8. Sığorta təminatında məhdudiyyətlər:
BÖLMƏ B. ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏTİN SIĞORTASI
Maddə 9. Sığorta predmeti
Maddə 10. Bölmə B. Sığorta hadisələri
Maddə 11. B Bölməsinə aid xxxx sığorta təminatında məhdudiyyətlər
BÖLMƏ C. MƏHSULA GÖRƏ MƏSULİYYƏTİN SIĞORTASI
Maddə 12. Sığorta predmeti
Maddə 13. Bölmə C. Sığorta hadisələri
Maddə 14. C Bölməsinə aid xxxx sığorta risklərindən istisnalar
BÜTÜN BÖLMƏLƏRƏ AİD XXXX ÜMUMİ QAYDALAR
Maddə 15. A, B və C Bölmələrinə aid xxxx sığorta təminatında məhdudiyyətlər Maddə 16. Zərərin həcminin azaldılması məqsədilə çəkilən xərclər
Maddə 17. Müqavilənin Prinsipalı Maddə 18. Dənizdə çalışan işçilər Maddə 19. Sığortanın ərazisi Maddə 20. Məsuliyyətin həddi
Maddə 21. Sığorta müqaviləsinin bağlanması qaydası
Maddə 22. Sığorta məbləği və onun müəyyən edilmə qaydası Maddə 23. Azadolma məbləği
Maddə 24. Tərəflərin hüquq və vəzifələri
Maddə 25. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 26. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
Maddə 27. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
Maddə 28. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Maddə 29. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması Maddə 30. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Maddə 31. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
Maddə 32. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri Maddə 33. Sığorta haqqının hesablanması və ödənilməsi
Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri Maddə 35. Zərərin qarşısının alınması və həcminin azaldılması Maddə 36. Sığortaçı tərəfindən nəzarət
Maddə 37. Sığorta hadisəsini sübut etmək vəzifəsi Maddə 38. Mühüm şərtlər
Maddə 39. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
Maddə 40. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Maddə 41. Ödənilməmiş sığorta haqqının hesaba alınması
Maddə 42. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları Maddə 43. İkiqat sığorta
Maddə 44. Valyuta barəsində qeyd-şərt
Maddə 45. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti
Maddə 46. Mübahisələrin həlli qaydası
Əsas anlayışlar
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur: Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Faydalanan şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Xxxxxxxxxx şəxs sayılır; Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Mühüm şərtlər –Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);
Assistans şirkəti – sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs;
Sığortanın obyekti - üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvericiliyə görə ödəməli olduğu pul məbləğləri;
Məsuliyyətin həddi - sığorta müqaviləsinə əsasən Sığortaçının Sığortalıya verməli olduğu sığorta ödənişinin həddi; Yurisdiksiya – Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bu qaydalar əsasında bağlanan sığorta müqavilələri üzrə Azərbaycan yurisdiksiyası tətbiq olunur və həmin müqavilələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Hüquqi xərclər - sığorta hadisəsinin nəticəsində Sığortalıya qarşı ortaya çıxan pretenziyaların araşdırılması və müdafiəsi üçün Sığortaçının razılığı ilə Sığortalı tərəfindən çəkilən zəruri xərclər;
Biznes - Sığortalının elə fəaliyyəti başa düşülür ki, Sığortalının məsuliyyətinin ortaya çıxmasına səbəb xxxx sığorta hadisəsi ilə əlaqədar olsun;
Məcmu hədd - Sığortaçının əvvəlcədən yazılı razılığı ilə ortaya çıxmış hüquqi xərclər istisna olmaqla, Sığortaçı tərəfindən sığorta müddəti ərzində ödənilməli xxxx sığorta ödənişlərinin cəmi.
Maddə 1. Sığortaçı
Bu Qaydaların məqsədləri üçün Sığortaçı - «A-Qroup Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətidir.
Maddə 2. Sığortalı
2.1. Hər hansı hüquqi şəxs və fəaliyyət qabiliyyətli fiziki şəxs Sığortalı qismində çıxış edə bilər.
2.2. Sığortalının fəaliyyətinə onun işçilərinin, vəzifəli şəxslərinin, digər nümayəndələrinin qanunvericiliyə, müqaviləyə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalı adından çıxış etmək üçün səlahiyyətləndirilmiş şəxslərin hərəkətləri aid edilir.
Maddə 3. Sığorta sinfi
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu mülki məsuliyyətin sığortası sinfinə aiddir.
Maddə 4. Sığorta hadisəsi
4.1. Sığortanın həyata keçirildiyi, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş, nəticədə Sığortalının mülki məsuliyyətinin yarandığı və Sığortaçının isə sığorta ödənişini vermək öhdəliyinin yarandığı xxx xxxxxx baş verən hadisə sığorta hadisəsi kimi qəbul edilir.
4.2. Hadisə sığorta hadisəsi kimi tanındığı zaman, Sığortaçı həm özü tərəfindən könüllü qaydada təsdiq olunan, Sığortalıya qarşı mülki qanunvericilik normalarına müvafiq şəkildə zərərin ödənilməsi ilə bağlı irəli sürülən tələb, həm də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sığorta ödənişini həyata keçirə bilər.
BÖLMƏ A
İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİNİN SIĞORTASI
Maddə 5. Sığorta predmeti
Bu Bölmə üzrə sığorta predmeti işəgötürənin əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçinin və ya işçinin həlak olması halında qanunvericiliyə əsasən sığorta ödənişi almaq hüququ xxxx şəxslərin irəli sürdüyü iddialarla bağlı təzminat vermək öhdəliyinə qarşı təminat verməkdir. Bu sığorta ilə təminat verilən işəgötürənin məsuliyyəti qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
Maddə 6. Sığorta riskləri
6.1. Sığorta riskləri aşağıdakı hadisələri əhatə edir:
6.1.1. Aşağıdakı işçilərin təsvirinə uyğun gələn Sığortalının hər hansı işçisinin bədən xəsarəti xxxxxx, zəhərlənməsi, istilik zərbəsi xxxxxx, yanıqlar xxxxxx, donması, batması, işıq və ya elektrik zərbəsi xxxxxx, yüksəklikdən yıxılması (düşməsi), heyvanlarla təmasdan zərər çəkməsi, həlak olması, yaxud öldürülməsi:
- əmək müqaviləsi əsasında işləyən işçilər;
- mülki hüquqi müqavilə əsasında işləri həyata keçirən fiziki şəxslər;
- istehsalat təcrübəsi keçən tələbələr;
6.1.2. Bu Qaydaların 6.1.1. bəndində sadalanan şəxslər aşağıda göstərilən müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən:
- rəsmi fasilələr də daxil olmaqla İşəgötürənin ərazisində iş günü ərzində işləri həyata keçirərkən;
- işəgötürən üçün həyata keçirdiyi işgüzar səfərlər zamanı;
- iş vaxtı ərzində baş verməsi və işçinin əmək vəzifələrini yerinə yetirməsi ilə bağlı olması şərtilə işçinin ictimai nəqliyyatda və ya piyada hərəkət etməsi zamanı;
- işçinin həmin nəqliyyat vasitəsini işgüzar məqsədlər üçün işəgötürənin rəsmi razılığı əsasında istifadə etmiş olması şərtilə, işçinin şəxsi minik nəqliyyat vasitəsində hərəkət etməsi zamanı.
Maddə 7. Bölmə A. Sığorta hadisələri
7.1. Sığortalının işçisinə sığorta riskləri nəticəsində dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətlə bağlı xərclərinə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortaçı müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.
7.2. Sığorta ödənişinə həmçinin aşağıdakılarla bağlı məsuliyyət halları da daxildir:
7.2.1. hər hansı muzdla tutulmuş və ya başqa iş yerindən müvəqqəti cəlb edilmiş və Sığortalının cavabdeh olduğu işçiyə və yaxud Sığortalının podratçısı ilə xidmət müqaviləsi bağlayan hər hansı başqa şəxsə qarşı yaranan məsuliyyət;
7.2.2. Sığortalının rəhbərlərinin və (və yaxud) rəsmi şəxslərinin öz şəxsi imkanlarında Sığortalının işçilərinə qarşı xxxx məsuliyyəti.
Maddə 8. Sığorta təminatında məhdudiyyətlər:
8.1. Sığortaçı aşağıdakılara qarşı sığorta təminatı vermir:
8.1.1. Peşə xəstəliyindən irəli gələn məsuliyyət;
8.1.2. Peşə xəstəliyi kimi təsnifləşdirilməyən xxxxx işçinin həyata keçirdiyi işlərlə bağlı olaraq məruz qaldığı xəstəlik;
8.1.3. Sığortalının öz üzərinə qanunvericiliklə nəzərdə tutulandan daha artıq məsuliyyət götürməsi;
8.1.4. İşçinin mülkiyyətində xxxx nəqliyyat vasitələrinə, qiymətli kağızlara, xxxxxxx, zinət əşyalarına və digər şəxsi əmlakına zərər vurulması;
8.1.5. İşçinin öz əcəli ilə (təbii) ölümü, öz həyatına qəsd etməsi, qeyri-qanuni hərəkətləri həyata keçirməsi zaman bədən xəsarəti xxxxxx;
8.1.6. Müharibə, qiyam, vətəndaş iğtişaşları və hərbi əməliyyatların səbəb olduğu bədən xəsarətləri;
8.1.7. Hər hansı növdən xxxx radiasiya təsirinə məruz qalma nəticəsində baş verən bədən xəsarətləri;
8.1.8. Asbest məhsullarının çıxarılması, satışı və ya istifadəsinin səbəb olduğu bədən xəsarətləri, əmlak zərəri və psixi xəsarət xxxxxx;
8.1.9. Səlahiyyətli orqanlar tərəfindən təsdiqlənən «fors-major» hadisələrdən irəli gələn bədən xəsarətləri;
8.1.10. Qanunvericiliyi pozmaqla işə cəlb edilmiş (götürülmüş) işçilərə xəsarət yetirilməsi;
8.1.11. Dövlət Sosial Sığorta Fondu tərəfindən irəli sürülmüş hər hansı tələblər, qanunvericiliyin pozulmasına görə Sığortalıya hər hansı dövlət orqanı tərəfindən cərimə və sanksiyaların tətbiq edilməsi;
8.1.12. Psixi və ya xxxx pozğunluq, şok, irqi və ya cinsi zəmində ayrı-seçkilik, təhqir, böhtan, şəxsiyyətin
alçaldılmasından irəli gələn bədən xəsarətləri və səhhətin pozulması halları.
8.1.13. Mənəvi ziyan.
BÖLMƏ B
ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏTİN SIĞORTASI
Maddə 9. Sığorta predmeti
Bu Bölmə üzrə sığorta predmeti Sığortalının öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətidir.
Maddə 10. Bölmə B. Sığorta hadisələri
10.1. Sığortaçı hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətlə əlaqədar xərclərə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortalıya müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.
Maddə 11. B Bölməsinə aid xxxx sığorta təminatında məhdudiyyətlər
11.1. Bu sığorta təminatı aşağıdakılardan yaranan məsuliyyəti əhatə etmir:
11.1.1. Sığortalının işə götürdüyü hər hansı şəxsin işin gedişində bədən xəsarəti xxxxxx və ya xəstələnməsi və ya Sığortalı ilə əmək müqaviləsini yerinə yetirən hər hansı şəxsə dəyən bədən xəsarəti və ya xəstəlik üçün məsuliyyət;
11.1.2. Aşağıdakılar istisna olmaqla, Sığortalının mülkiyyətində, sahibliyində, himayəsində və ya nəzarəti altında
xxxx əmlaka dəyən ziyana görə məsuliyyət:
11.1.2.1. işçilərin əmlakı;
11.1.2.2. Sığortalının sahibliyində olmayan və onun tərəfindən icarəyə götürülməyən, xxxxx xxxx baxmayaraq
Sığortalının işgüzar məqsədlər üçün müvəqqəti istifadəsində xxxx xxxxxx;
11.1.2.3. Sığortalı tərəfindən icarəyə götürülmüş daşınmaz əmlak, belə məsuliyyətin sığortalının müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərdən yaranması və müqavilənin olmadığı halda belə məsuliyyətin də olmayacağı hallar istisna olmaqla.
11.1.3. Sığortalı tərəfindən və ya onun adından qanunla sığortalanmalı xxxx mühərrikli nəqliyyat vasitələrinə, qoşqulara və ya yarımqoşqulara sahiblik və ya onların istismarı nəticəsində ortaya çıxan məsuliyyət;
11.1.4. Sığortalı tərəfindən və ya onun adından, su və hava gəmilərinə və ya dəmiryol nəqliyyatı vasitəsinə sahiblik və ya onların istismarı nəticəsində ortaya çıxan məsuliyyət;
11.1.5. əvvəlcədən müəyyənləşdirilmiş zərərlərlə, cərimələrlə əlaqədar müddəalardan və ya işin icrası ilə əlaqədar mühüm şərtlərdən yaranan məsuliyyət (əgər məsuliyyətin belə müddəa və şərtlərin olmadığı hər bir halda yarandığı sübut olunmazsa);
11.1.6. Sığortalı tərəfindən istehsal olunmuş, tərtib edilmiş, satılmış təchiz edilmiş, təmir olunmuş və ya quraşdırılmış əmlaka, strukturlara və ya kontrakt işlərinə (materiallar daxil olmaqla) dəyən zərərə və ya ziyana görə yaranan məsuliyyət:
11.1.6.1. işin təsdiq edilməklə tamamlanmasına və ya Sığortalı tərəfindən təhvil verilməsinə qədər;
11.1.6.2. işin təsdiq edilməklə tamamlanmasından və ya Sığortalı tərəfindən təhvil verilməsindən sonra (əgər zərər əmlakın, strukturun və ya kontrakt işlərinin hər hansı hissəsindəki qüsurlardan əmələ gələrsə);
11.1.7. müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mütləq və qaçılmaz nəticəsi xxxx məsuliyyət;
11.1.8. yeraltı qurğulara dəyən zərərə görə məsuliyyət (əgər Sığortalı işlər başlanana qədər yeraltı qurğuların
yerləşməsi ilə əlaqədar müvafiq orqanlara yazılı surətdə müraciət etməmiş və yazılı cavab almamışdırsa);
11.1.9. Atmosferin, su hövzəsinin, torpağın və ya əmlakın çirkləndirilməsi nəticəsində yaranan məsuliyyət.
Sığorta müqaviləsində xüsusi olaraq göstərildiyi halda, atmosferin, su hövzəsinin, torpağın və ya əmlakın çirkləndirilməsi nəticəsində yaranan məsuliyyətə aşağıdakı hallarda təminat verilə bilər:
11.1.9.1. çirkləndirmənin sığorta müddəti ərzində baş verən qəfil xüsusi və müəyyən edilə bilən hadisə nəticəsində ortaya çıxmasının sübut edilməsi;
11.1.9.2. çirkləndirmənin Sığortalının zərərin qarşısını almaq üçün lazımi tədbirləri görə bilməməsinin nəticəsi olmadığının sübut edilməsi.
11.1.10. Sığortalı, yaxud onda işləyən şəxslər tərəfindən Sığortalının biznes fəaliyyəti çərçivəsində həyata keçirdiyi emal, təkrar-emal, yaxud digər formada təsirə məruz qalma nəticəsində əmlaka vurulan zərər.
11.1.11. Bu Qaydaların A və C Bölməsinə daxil xxxx təminatlar (həmin bölmələrə Sığorta müqaviləsi ilə təminat
verilib-verilməməsindən asılı olmayaraq).
11.1.12. Peşə fəaliyyəti nəticəsində yaranan məsuliyyət - Sığortalının özünün, onun xidmətçilərinin və /və ya işçilərinin öz peşə vəzifələrini və funksiyalarını yerinə yetirdikləri zaman yaranan maliyyə xərclərinə görə Sığortalının daşıdığı mülki məsuliyyət.
BÖLMƏ C
MƏHSULA GÖRƏ MƏSULİYYƏTİN SIĞORTASI
Maddə 12. Sığorta predmeti
Bu Bölmə üzrə sığorta predmeti Sığortalının Məhsuldan və ya onunla əlaqədar əmələ gələn hər hansı bir bədən xəsarəti və
ya ziyana görə qanunvericiliklə daşıdığı mülki məsuliyyətidir.
Maddə 13. Bölmə C. Sığorta hadisələri
Sığortaçı sığorta müddəti ərzində Məhsuldan və ya onunla əlaqədar əmələ gələn hər hansı bir bədən xəsarəti və ya ziyana görə Sığortalının müqavilədə göstərilən qaydada mülki məsuliyyət daşıdığı (müqavilə ilə sığorta təminatına daxil edilib- edilməməsindən asılı olmayaraq, A və ya B Bölmələrinə aid xxxx təminatlardan başqa) zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərinə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) sığorta ödənişi verməyi öhdəsinə götürür.
Maddə 14. C Bölməsinə aid xxxx sığorta risklərindən istisnalar
14.1 Bu Bölməyə aşağıdakı zərərlərə görə məsuliyyət halları daxil deyil:
14.1.1. məhsula və ya onun hər hansı hissəsinə dəyən ziyan;
14.1.2. məhsulun və ya onun hər hansı hissəsinin təmiri, bərpası və ya əvəz edilməsi zamanı ortaya çıxan xərclər və (və yaxud) belə təmir, bərpa və ya əvəz etmə zərurətindən yaranan hər hansı maliyyə xərcləri;
14.1.3. məhsulun və ya onun hər hansı hissəsinin xxxx qaytarılması ilə əlaqədar xərclər;
14.1.4. Sığortalının texniki və inzibati rəhbərliyinin bədən xəsarətinin və ya ziyanın qarşısını almaq üçün tədbirlərin görülməsində qəsdən, şüurlu surətdə və bilərəkdən diqqətsizliyi nəticəsində yaranan məsuliyyət;
14.1.5. Bu Qaydaların A və B Bölməsi ilə ödənilən hər hansı zərər (həmin Bölmələrə Sığorta müqaviləsi ilə təminat verilib-verilməməsindən asılı olmayaraq).
14.1.6. Peşə fəaliyyəti nəticəsində yaranan məsuliyyət - Sığortalının özünün, onun xidmətçilərinin və /və ya işçilərinin öz peşə vəzifələrini və funksiyalarını yerinə yetirdikləri zaman yaranan maliyyə xərclərinə görə Sığortalının daşıdığı mülki məsuliyyət.
BÜTÜN BÖLMƏLƏRƏ AİD XXXX ÜMUMİ QAYDALAR
Maddə 15. A, B və C Bölmələrinə aid xxxx sığorta təminatında məhdudiyyətlər
15.1. Bu sığorta təminatına aşağıdakılara görə ortaya çıxan məsuliyyət halları daxil edilmir:
15.1.1. asbest və (və yaxud) asbesti təşkil edən başqa maddə və ya qarışıqların istifadəsi və ya təmizlənməsi ilə bağlı ortaya çıxan zərərlərə görə məsuliyyət;
15.1.2. müqavilənin icra edilməsinin mütləq və qaçılmaz nəticəsi xxxx məsuliyyət;
15.1.3. yeraltı qurğulara dəyən zərərə görə məsuliyyət (əgər Sığortalı işlər başlanana qədər yeraltı qurğuların
yerləşməsi ilə əlaqədar müvafiq orqanlara yazılı surətdə müraciət etməmiş və yazılı cavab almamışdırsa);
15.1.4. Atmosferin, su hövzəsinin, torpağın və ya əmlakın çirkləndirilməsi nəticəsində yaranan məsuliyyət.
Sığorta müqaviləsində xüsusi olaraq göstərildiyi halda, atmosferin, su hövzəsinin, torpağın və ya əmlakın çirkləndirilməsi nəticəsində yaranan məsuliyyətə aşağıdakı hallarda təminat verilə bilər:
11.1.9.1. çirkləndirmənin sığorta müddəti ərzində baş verən qəfil xüsusi və müəyyən edilə bilən hadisə nəticəsində ortaya çıxmasının sübut edilməsi;
11.1.9.2. çirkləndirmənin Sığortalının zərərin qarşısını almaq üçün lazımi tədbirləri görə bilməməsinin nəticəsi olmadığının sübut edilməsi.
15.1.5. müharibə, təcavüz, düşmən ölkələrin əməlləri, düşmən aktları (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, əmlakın üzərinə həbs qoyulması və ya müsadirənin bilavasitə və ya dolayı nəticəsində yaranan məsuliyyət;
15.1.6. aşağıdakıların bilavasitə və ya dolayı nəticəsi xxxx məsuliyyət:
18.1.6.1. ionlaşma, radiasiya və ya hər hansı nüvə yanacağının təsiri ilə yaranan radioaktivlik, nüvə tullantıları, yaxud nüvə yanacağının alovlanması nəticəsində ətraf mühitin çirkləndirilməsi;
18.1.6.2. hər hansı nüvə birləşməsi və ya nüvə tərkibli radioaktiv-zəhərli partlayıcı və ya başqa təhlükəli
mallar;
15.1.7. Sığortalı, yaxud Sığortalının idarəetmə və ya nəzarətedici funksiyalarını yerinə yetirən hər hansı işçisinin bilə-bilə və qəsdən səbəb olduğu bədən xəsarəti və ya xəstəlik, yaxud əmlaka dəyən ziyan nəticəsində yaranan məsuliyyət.
15.1.8. Sığorta müqaviləsində başqa cür razılaşdırılmamışdırsa, dəniz işləri (ofşor) nəticəsində yaranan məsuliyyət;
15.1.9. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər istisnalar nəzərdə tutula bilər.
Maddə 16. Zərərin həcminin azaldılması məqsədilə çəkilən xərclər
16.1. Əgər sığorta müqaviləsində göstərilmişdirsə, Sığortaçı şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirlilik dərəcəsinin aydınlaşdırılması üzrə əsaslandırılmış xərcləri, həmçinin zərərin səbəbi olması ehtimal edilən hadisə ilə əlaqədar Sığortalının Azərbaycan Respublikası məhkəmələrində aşağıdakı hallarla bağlı ortaya çıxan məhkəmə xərclərini də ödəyəcək:
16.1.1. məhkəmə istintaqı və ya ölümlə nəticələnən bədbəxt hadisəyə görə sorğunun aparılması;
16.1.2. müqavilə ilə təminata daxil edilə bilən hər hansı hərəkət və ya səhvlə əlaqədar işlərin məhkəmələrdə müdafiə olunması.
16.2. Sığortaçı hər hansı cərimə və ya sanksiyalara görə məsuliyyət daşımır.
16.3. Sığortaçı həmçinin sığorta hadisəsi nəticəsində zərərə məruz qalan şəxsin həyatının və ya əmlakının xilas edilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin azaldılması məqsədilə Sığortalının və ya Sığorta olunanın lazımi və məqsədəuyğun xərclərinin əvəzini ödəyir.
Maddə 17. Müqavilənin Prinsipalı
Sığortaçı Sığortalının arzusu ilə onun Prinsipalına (işlərin sifarişçisinə) gördüyü işlərlə əlaqədar ortaya çıxmış zərər həddində daşıdığı məsuliyyətə görə sığorta ödənişi verməyi öhdəsinə götürür. Həmin Xxxxxxxxx bu Qaydaları və müddəaları yerinə yetirməli və bu maddə sığorta müqaviləsində göstərilən məsuliyyət həddini heç bir yolla artırmamalıdır.
Maddə 18. Dənizdə çalışan işçilər
Bu Qaydaların məqsədləri üçün Sığortalının işçiləri dənizdə qazma qurğusuna, yaxud platformasına qədər hər hansı nəqliyyat vasitəsi ilə aparıldıqları müddətdə və dənizdə qazma qurğusundan, yaxud platformasından gəmi ilə sahilə çatdırılan günə qədər dənizdə çalışan işçi hesab olunmalıdır.
Maddə 19. Sığortanın ərazisi
Əgər sığorta müqaviləsində (şəhadətnamədə) sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (gəmiçilik rayonunda) baş verən sığorta hadisələri bu sığorta təminatına daxil edilir. Müqavilədə (şəhadətnamədə) başqa hal nəzərdə tutulmamışdırsa, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Maddə 20. Məsuliyyətin həddi
20.1. Bu Qaydalara əsasən Sığortaçının hər hansı hadisə və ya bir sığorta hadisəsindən qaynaqlanan bir sıra hadisələr nəticəsində Sığortalıya qarşı qaldırılan bütün pretenziyalara görə məsuliyyəti sığorta müqaviləsində göstərilən məsuliyyət həddini aşmamalıdır. Buna əlavə olaraq Sığortalı tərəfindən şübhəli hesab olunan hər hansı zərərlərlə bağlı bütün xərcləri və məsrəfləri Sığortaçı yazılı razılığı ilə aşağıdakı qaydada ödəyəcək:
Əgər pretenziyanı həll etmək üçün sığorta müqaviləsində göstərilən məsuliyyət həddindən artıq xxxx sığorta ödənişi vermək zərurəti yaranarsa, bununla əlaqədar bütün xərcləri ödəmək üçün Sığortaçının məsuliyyəti onun məsuliyyət həddinin yuxarıda göstərilən xərclərə nisbətilə məhdudlaşmalıdır.
20.2. Sığortaçı məsuliyyətin həddi aid xxxx müqaviləyə əsasən hər hansı pretenziya və ya bir sıra pretenziyalarla bağlı bu cür məsuliyyətin məbləğini (bütün ödənilən məbləğlər çıxılandan sonra) və yaxud bu pretenziyaların həll edilə biləcək hər hansı daha az məbləği Sığortalıya ödəyə bilər. Bu ödənişdən sonra Sığortaçı bu cür pretenziyalar üzərində nəzarətdən imtina etməlidir və bu ödənişlərdən əvvəl yaranan məhkəmə xərcləri istisna olmaqla gələcəkdə onlarla bağlı heç bir məsuliyyət daşımayacaq (əgər məsuliyyət həddi məhkəmə xərclərini daxil etməzsə).
Əgər Sığortaçı yuxarıda göstərilən variantı həyata keçirirsə və pretenziyanı, yaxud bir sıra pretenziyaları həll etmək üçün zəruri xxxx məbləğ məsuliyyət həddini aşırsa, həmçinin bu məbləğlər arasındakı fərq bütövlükdə və ya qismən sığorta olunmuşdursa (bu müqaviləyə görə məsuliyyət həddinə əlavə olaraq ödənilən məhkəmə xərcləri ilə birlikdə), Sığortaçı onların öz razılığı ilə ortaya çıxmış məhkəmə xərclərinə görə özünə aid xxxx proporsiyasını ödəyir.
Maddə 21. Sığorta müqaviləsinin bağlanması qaydası
21.1. Bu Qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
21.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Xxxxxxxxx özünə məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
21.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
21.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;
21.3.2. Sığortala obyekti haqqında məlumat;
21.3.3. bu Qaydaların A bölməsi üzrə sığorta müqaviləsinin bağlanması üçün Sığortalı, işçilərinin sayı (işçilər, nümayəndələr, təmsilçilər və s.), peşələrinə müvafiq olaraq əmək haqqı məbləğləri və son 3 ildə istehsalatda baş vermiş bədbəxt hadisələr barədə məlumatı «ərizə forması» vasitəsilə təqdim etməlidir.
21.3.4. Xxxxxx dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün xxxxx xxxx digər məlumatlar.
21.4. Sığorta müqaviləsi yazılı formada, tərəflərin bu Qaydalar əsasında Sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.
21.5. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
21.6. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə Sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
21.7. Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 22. Sığorta məbləği və onun müəyyən edilmə qaydası
22.1. Sığorta məbləği (öhdəliyin həddi) Sığorta müqaviləsində razılaşdırılan elə pul məbləğidir ki, onun əsasında sığorta haqqının və sığorta ödənişinin həcmi müəyyən edilir.
22.2. Sığorta müqaviləsində göstərilmiş hədd, əgər müqavilədə məsuliyyətin həddi aşağıdakı kimi razılaşdırılmayıbsa, həm fiziki, həm də maddi zərər üçün vahid məbləğdə müəyyən edilmiş hesab olunur:
22.2.1. məhkəmə xərclərinin kompensasiyası da daxil olmaqla (məhkəmə xərclərinin kompensasiyası sığorta müqaviləsində nəzərdə tutulubsa), sığortaya qəbul edilmiş hər bir risk üzrə;
22.2.2. bir sığorta hadisəsi üzrə;
22.2.3. bir sığorta hadisəsi nəticəsində zərər çəkən bir şəxsə verilən ödəniş üzrə.
22.3. Hər illik sığorta müddətində baş vermiş bütün sığorta hadisələri üzrə verilən sığorta ödənişinin ümumi məbləği
öhdəliyin müəyyən edilmiş illik ümumi məbləğini aşa bilməz.
Maddə 23. Azadolma məbləği
23.1. Sığorta müqaviləsi ilə zərərlərin ödənilməsində Sığortalının öz payı – Sığortaçının azad olduğu hissə (azadolma məbləği) müəyyən edilə bilər.
23.3. Azadolma məbləği hər bir sığorta hadisəsi üzrə müəyyən edilir. Bir necə sığorta hadisəsinin baş verməsi halında azadolma məbləği hər bir sığorta hadisəsinə ayrıca olaraq tətbiq ediləcəkdir.
Maddə 24. Tərəflərin hüquq və vəzifələri
24.1. Sığortalının vəzifələri :
24.1.1. Sığorta haqqını vaxtında ödəmək;
24.1.2. Sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx, sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən hallar, həmçinin mövcud sığorta predmetinə münasibətdə bağlanmış və bağlanan bütün sığorta müqavilələri barədə Sığortaçını məlumatlandırmaq;
24.2. Sığortaçının vəzifələri:
24.2.1. Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi riskini və sığorta predmetinə dəyə bilən mümkün zərərlərin həcmini azaldan tədbirlər həyata keçirildikdə və ya sığorta predmetinin həqiqi dəyəri artdığı halda, Sığortalının ərizəsi əsasında bu hallar nəzərə alınmaqla Sığorta müqaviləsini yenidən bağlamaq;
24.2.2. sığorta hadisəsi baş verdikdə, sığorta predmetinə dəyən zərərin aradan qaldırılması və ya azaldılması üçün Sığortalının çəkdiyi xərclərin əvəzini ödəmək;
24.2.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı yaymamaq.
24.2.4. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda:
24.2.4.1. sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktı tərtib etmək və Sığortalının təqdim etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək;
24.2.4.2. sığorta ödənişi məbləğinin hesablanmasını həyata keçirmək;
24.2.4.3. Bu Qaydalarda müəyyən edilmiş müddətdə, sığorta aktı və zərərin həcminin hesablanması əsasında sığorta ödənişini həyata keçirmək.
24.3. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
24.3.1. Hadisənin araşdırılması ilə bağlı həyata keçirilən bütün araşdırmalarda iştirak etmək;
24.3.2. Həmkarlar İttifaqına, yaxud məhkəmənin barışdırıcı komissiyasına təkliflər vermək; belə təkliflər Sığortaçının hər hansı tələbi müdafiə etməsinə yönəlmiş hər hansı bir öhdəliyinə səbəb olmur;
24.3.3. Sığortalını məhkəmədə təmsil etmək;
24.3.4. Xəsarət almış şəxsi müayinədən keçirmək üçün öz mütəxəssislərini göndərmək.
Maddə 25. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
25.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
25.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
25.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
25.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda:
25.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
25.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
25.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
25.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
25.2.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.
25.3. Bu Qaydaların 25.2-ci bəndində göstərilənlərə əlavə olaraq, aşağıdakı hallarda Sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və artıq ödənilmiş sığorta ödənişini xxxx tələb edə bilər:
25.3.1. Əgər eyni növdən xxxx hadisə qanunvericiliklə nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində təkrarən baş verirsə;
25.3.2. Əgər hadisənin baş vermə ehtimalı Sığortalının diqqətinə işçi tərəfindən çatdırılmış, xxxxx Sığortalı tərəfindən heç bir tədbir görülməmişdirsə;
25.3.3. Əgər məhkəmə istehsalatda baş vermiş bədbəxt hadisənin təhlükəsizlik normalarının ciddi şəkildə pozulmasının nəticəsi olaraq baş verdiyini müəyyən edərsə;
Maddə 26. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
26.1. Bu Qaydaların 25.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
26.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30(otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60(altmış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.
Maddə 27. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
27.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;
27.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.
27.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
27.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 27.1 və 27.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
27.5. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
Maddə 28. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir- birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
Maddə 29. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər.
Maddə 30. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Maddə 31. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 32. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
32.1. Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
32.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Sığortaçı:
32.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
32.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
32.2.3. bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
Maddə 33. Sığorta haqqının hesablanması və ödənilməsi
33.1. Sığorta haqqının məbləği sığorta tarifləri əsasında müəyyən edilir. Əgər sığorta haqqı Sığortalının təqdim etdiyi hallara (faktlara) əsasən hesablanırsa, Sığortalı risklə bağlı təqdim etdiyi detalların qeydini aparmalı və Sığortaçıya bu yazıları yoxlamaq imkanı verməlidir. Sığortalı hər sığorta müddətinin sonunda üç ay ərzində Sığortaçını bu detallarla təmin etməli və bunun əsasında sığorta haqqı həmin müddət üçün təshih edilir və fərq minimal sığorta haqqı tələbinə uyğun gəlməklə Sığortalı tərəfindən ödənilir və ya ödənişdən çıxılır. Sığortaçı bu müqaviləyə əsasən yenidən nəzərdən keçirilməli xxxx hesablamaları göstərən auditor rəyini Sığortalıdan tələb etmək hüququna malikdir.
33.2. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud Sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir.
33.3. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
33.4. Sığorta haqqı birdəfəlik ödənilir, xxxxx Sığorta müqaviləsi bağlanarkən tərəflər sığorta haqqının müəyyən müddət ərzində ödənilməsi barədə razılığa gələ bilərlər. Bu zaman sığorta müqaviləsində tərəflər ödəmə müddətlərinin konkret qaydasını, həmçinin ödəmə müddətləri və sığorta haqqının ayrı-ayrı hissələrinin miqdarı üzrə məhdudiyyətləri və tələbləri, müddətli ödəmələrlə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edirlər.
33.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 33.6-cı bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
33.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
33.7. Sığorta haqqının ödənilmə günü sığorta haqqının Sığortaçının hesabına daxil olduğu gün və ya sığorta haqqının nağd pulla ödənildiyi gün hesab olunur.
Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
34.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
34.2. Sığorta müqaviləsində, yaxud şəhadətnaməsində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyin müddəti və (və yaxud) metodu göstərilmişdirsə, bu müəyyən olunmuş müddətdə və həmin metodla həyata keçirilməlidir.
34.3. Təhlükəsizliyin təmin edilməsinin əksini tələb etdiyi hallar istisna olmaqla, Sığortalı hadisə barədə sübutları Sığortaçı onlara baxış keçirənə qədər qoruyub saxlamalıdır.
34.4. Sığorta hadisəsi faktının və şəraitinin, itkilərin həcminin təsdiq edilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün qanunvericilik və işgüzar adətlərə uyğun olaraq tələb olunan sənədlər və məlumatlar da daxil olmaqla, Sığortalı özündə xxxx bütün sənədləri Sığortaçıya təqdim etməlidir.
34.5. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz xxxxx olmaq imkanını verməlidir;
34.6. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq hissəsini Sığortaçıya qaytarmaq əsasında ödənişinin ödənilmə tələbi alındıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği xxxx qaytarmalıdır.
Maddə 35. Zərərin qarşısının alınması və həcminin azaldılması
35.1. Sığorta hadisəsi zamanı Sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
35.2. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı bütün təlimatları yerinə yetirməlidir.
Maddə 36. Sığortaçı tərəfindən nəzarət
36.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri barədə Sığortalının bütün hərəkətlərinə nəzarət etmək və sığorta ödənişinin verilməsinə təsir göstərən bütün məsələlər barədə qərar vermək imkanına malik olmalıdır.
36.2. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş bütün əmlakı Sığortaçı onlara baxış keçirənə qədər zədəli olduğu vəziyyətdə qoruyub saxlamalıdır.
36.3. Sığortaçı, həmçinin onun səlahiyyət verdiyi istənilən şəxs üzərinə heç bir məsuliyyət götürmədən və ya Sığorta müqaviləsi üzrə Sığortaçının hər hansı hüquqlarını azaltmadan zərərin baş verdiyi xxxxxx girmək, onu öz sahibliyinə götürmək və sahibliyində saxlamaq, həmçinin istənilən Sığorta olunan əmlakı sahibliyinə götürmək və ya onun hər hansı ağlabatan məqsədlər üçün və üsullarla Sığortaçıya verilməsini tələb etmək hüququna malikdir. Əgər yuxarıda sadalanan şərtlər yerinə yetirilməzsə, sığorta ödənişi verilmir.
36.4. Sığortalı sığorta hadisəsinə aid xxxx bütün sənədləri və məlumatları Sığortaçıya təqdim etməli, həmçinin hadisənin bütün digər iştirakçılarının və sığorta hadisəsi ilə əlaqəli məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının fəaliyyətləri barədə ona dərhal xəbər verməlidir.
36.5. Sığortalının Sığortaçı ilə ilkin razılıq olmadan öz məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı hərəkəti etməyə, saziş bağlamağa və ya vəd verməyə hüququ yoxdur.
36.6. Sığortaçı sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi araşdırmalarda Sığortalının mənafelərini öz hesabına təmsil və müdafiə edə bilər.
Maddə 37. Sığorta hadisəsini sübut etmək vəzifəsi
Sığorta hadisəsinin baş verməsinin və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı daşıyır.
Maddə 38. Mühüm şərtlər
38.1. Sığorta müqaviləsində (Sığorta şəhadətnaməsində) mühüm şərtlər müəyyən oluna bilər.
38.2. Sığortalı tərəfindən bu mühüm şərtlərin yerinə yetirilməməsi Sığortaçının ödəniş verməkdən imtina etməsi və ya
Sığorta müqaviləsini (Sığorta şəhadətnaməsini) ləğv etməsi üçün əsasdır.
Maddə 39. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
39.1. Sığorta ödənişi qanunvericiliklə zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmdə hesablanır.
39.2. Sığorta hadisəsinin baş verməsi, zərərçəkənin sığorta ödənişi almaq hüququnun və Sığortalının onu ödəmək vəzifəsinin olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir.
39.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini, zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli orqanın (tibb müəssisəsinin, həkim-əmək ekspert komissiyasının, sosial təminat orqanlarının və s.) sənədləri əsasında, həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla Sığortaçı müəyyən edir. Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda Sığortalı da dəvət oluna bilər.
Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb etmək hüququna malikdir.
39.4. Bu Qaydaların 39.2-ci bəndində sadalanan hallar barədə mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.
39.5. Sığortalının sığorta hadisəsi ilə bağlı Sığortaçı ilə razılaşdırılmış əlavə xərclərinin (məhkəmə xərclərinin) əvəzinin ödənilməsi halları istisna olmaqla, Sığortaçı sığorta ödənişini bu Qaydalardakı mənada zərər çəkmiş üçüncü şəxsə verir.
39.6. Sığorta ödənişinin məbləğinə aşağıdakılar daxildir:
39.6.1. Fiziki şəxsin sağlamlığına zərər dəydikdə və ya o öldükdə:
39.6.1.1. əmək qabiliyyətinin itirilməsinə və ya şikəstlik, yaxud səhhətinə dəyən digər zərər nəticəsində azalmasına görə zərərçəkənin itirdiyi qazanc;
39.6.1.2. səhhətin bərpası üçün xxxxx xxxx əlavə xərclər (gücləndirilmiş qidalanma, sanatoriya-kurort müalicəsi, kənar qulluq, protezləşdirmə, nəqliyyat xərcləri, ödənişli tibbi xidmətlərə çəkilən xərclər və s.)
39.6.1.3. qazancın elə bir hissəsi ki, zərərçəkənin ölümü nəticəsində onun himayəsində xxxx və ya ondan təminat almaq hüququna xxxxx xxxx əmək qabiliyyətsiz şəxslərin ondan məhrum olmuşlar;
39.6.1.4. şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirinin dərəcəsinin
müəyyənləşdirilməsi üzrə çəkilən məqsədəuyğun xərclər;
39.6.1.5. məhkəmə orqanlarında xxxxx edilən sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər;
39.6.1.6. sığorta hadisəsi nəticəsində zərər çəkən şəxsin həyatının və əmlakının xilas edilməsi və ya zərərin azaldılması üçün çəkilən lazımi və məqsədəuyğun xərclər;
39.6.2. Fiziki və ya hüquqi şəxsin əmlakına zərər dəydikdə:
39.6.2.1. əmlakın məhv olması və ya zədələnməsi nəticəsində dəyən, əmlakın tam məhv olması zamanı köhnəlmə çıxılmaqla onun həqiqi dəyəri həcmində, qismən zədələnməsi zamanı isə, onun sığorta hadisəsindən əvvəlki vəziyyətinə qaytarılması üçün zəruri xərclər həcmində birbaşa həqiqi zərər.
Həqiqi dəyər aşağıdakı kimi müəyyən edilir:
- avadanlıq, inventar, ev məişəti əşyası və şəxsi istifadə olunan əşyalar üçün – onları əvəz edən tam analoji predmetin əldə edilməsi üçün xxxxx xxxx məbləğ (köhnəlmə çıxılmaqla);
- bina və qurğular üçün – bina və ya qurğunun yerləşdiyi yerdə bərpası üçün xxxxx xxxx, köhnəlmə və
istismar-texniki vəziyyəti nəzərə alınmaqla, tam analoji şəkildə tikilməsi dəyərinin həcmində;
39.6.2.2. əgər baş vermiş hadisə sığorta hadisəsi hesab edilirsə, şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirinin dərəcəsinin müəyyənləşdirilməsi üçün məqsədəuyğun xərclər;
39.6.2.3. əgər baş vermiş hadisə sığorta hadisəsi hesab edilirsə, məhkəmə orqanlarında xxxxx edilən sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər;
39.7. Əgər sığorta müqaviləsi ilə təminat verilən sığorta hadisəsi nəticəsində baş vermiş bədən xəsarəti və ya əmlak zərərinə münasibətdə ödəniş Sığortalının özü tərəfindən vəsatət verən tərəfə həyata keçirilməlidirsə, onda Sığortaçı sığorta ödənişini Sığorta müqaviləsinin şərtləri və müddəalarına müvafiq olaraq Sığortalıya verməlidir.
Maddə 40. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Sığortalı sığorta hadisəsi ilə bağlı malik olduğu bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri sığorta ödənişinin verilməsi üçün Sığortaçıya təqdim etməlidir:
40.1. Sığorta hadisəsi haqqında yazılı ərizə (bildiriş);
40.2. Sığorta müqaviləsi (sığorta şəhadətnaməsi);
40.3. Sığorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər (baş vermiş hadisəni araşdırmaq məqsədilə yaradılmış ekspert komissiyası tərəfindən tərtib olunmuş, hadisənin səbəblərini və mümkün nəticələrini əhatə edən akt və rəy; hadisənin baş verməsi səbəbləri barədə mütəxəssis rəyi; baş vermiş hadisə ilə bağlı Sığortalıya qarşı irəli sürülmüş iddialar; sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinə düşən məbləği əks etdirən məhkəmə qərarı; alınmış bədən xəsarətlərinin xarakterini və ağırlığını göstərən tibbi arayış; hadisə nəticəsində vurulmuş əmlak zərərini təsdiq edən müvafiq sənədlər və s.)
40.4. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərarı qəbul etmək üçün tələb olunan
digər sənədlər.
Maddə 41. Ödənilməmiş sığorta haqqının hesaba alınması
Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta xxxxx xxx ödənilməmişdirsə, Sığortaçı ödəniş zamanı sığorta haqqının qalan hissəsini tutmaqda haqlıdır.
Maddə 42. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
42.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir:
42.1.1. Bu Qaydaların 32.1 və 34.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
42.1.2. Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
42.1.3. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
42.1.4. Sığortalının dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
45.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
42.1.6. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
42.1.7. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
42.1.8. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
42.1.9. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
42.1.10. Sığorta müqaviləsinə görə hər hansı pretenziya aldatmaq və ya fırıldaqçılıq məqsədilə irəli sürüldükdə.
42.2. Sığorta ödənişi verməkdən imtina Sığortalıya imtinanın səbəbləri əsaslandırılmaqla yazılı formada bildirilir.
Maddə 43. İkiqat sığorta
43.1. Sığortalı Sığortaçıda sığortaladığı məsuliyyətinə münasibətdə digər sığortaçılarla bağladığı sığorta müqavilələri barədə Sığortaçını məlumatlandırmalıdır.
43.2. Əgər sığorta hadisəsi baş verdiyi an Sığortalının Sığortaçıda sığortaladığı məsuliyyətinə münasibətdə digər sığorta müqavilələri də qüvvədə olarsa, sığorta hadisəsinə görə ödəniş məsuliyyətin sığortalandığı hər bir sığortaçı ilə bağlanmış sığorta müqaviləsində müəyyən edilən sığorta məbləğlərinə mütənasib olaraq bölüşdürülür və Sığortaçı sığorta ödənişinin yalnız öz payına düşən hissəsini ödəyir.
Maddə 44. Valyuta barəsində qeyd-şərt
44.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
44.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Milli Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
Maddə 45. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti
45.1. Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların 40-cı maddəsində göstərilən sənədlərin təqdim edildiyi gündən sonra 30 iş günü ərzində qəbul edir.
45.2. Sığorta ödənişi sığorta aktına əsasən, bu akt imzalandığı tarixdən sonra 30 iş günü müddətində həyata keçirilir. Sığorta aktı zərərin səbəblərinin və həcminin bütün maraqlı tərəflərlə birlikdə tam şəkildə müəyyən edilməsi və razılaşdırılmasından, yaxud məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra tərtib olunur.
Maddə 46. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında Sığorta müqaviləsi üzrə yaranan bütün mübahisələr danışıqlar yolu ilə, razılığa gəlinmədikdə isə, Azərbaycan Respublikasının qanunları tətbiq olunmaqla Azərbaycan Respublikasının məhkəmələrində həll olunur.