AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında" vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında" 1999-cu il avqustun 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının
Prezidenti
Xxxxxx XxXxxx
Bakı
şəhəri, 24 mart 2000-ci il
№
841-IQ
Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında
Bundan sonra «Tərəflər» adlanacaq Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti,
iki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədi ilə,
siyasi, iqtisadi, ticarət, xxxx-texniki və mədəni əlaqələri möhkəmləndirməyə çalışaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Tərəfin dövlətinin vətəndaşları bu Sazişə 1-ci və 2-ci Əlavələrdə sadalanan etibarlı sənədlərə və nəzərdə tutulan şərtlərə uyğun olaraq, digər Tərəfin dövlətinin ərazisinə gəlib, gedib, orada qala bilər və oradan tranzitlə keçə bilərlər.
Maddə 2
1. Etibarlı diplomatik və xidməti pasportların sahibləri xxxx hər bir Tərəfin dövlətinin vətəndaşları sərhədi keçdiyi vaxtdan etibarən 30 gün müddətinə müvafiq olaraq digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil olur, çıxır, həmçinin tranzit yolla digər Tərəfin dövlətinin ərazisindən keçirlər.
2. Bu maddənin 1-ci bəndində göstərilən Tərəflərin vətəndaşlarının o biri tərəfin ərazisində 30 gündən xxx qalmaq məqsədi olduğu halda, vizanın alınması üçün vətəndaşları olduqları Tərəfin diplomatik nümayəndəliyinin və ya konsulluq idarəsinin yazılı şəkildə müraciəti olmalıdır.
Maddə 3
1. Etibarlı diplomatik və ya xidməti pasportların sahibləri xxxx və öz diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin, rəsmi nümayəndəliklərin, habelə digər Tərəfin dövlətinin ərazisində yerləşən beynəlxalq təşkilatların əməkdaşları xxxx xxx Tərəfin dövlətinin vətəndaşları bütün iş müddəti ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, çıxa və orada qala bilər.
2. Bu maddənin 1-ci bəndinin müddəaları, eyni zamanda, göstərilən vətəndaşların rəsmi səfər müddətində onlarla birlikdə yaşayan ailə üzvlərinə də aid edilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən şəxslər olduqları dövlətin Xarici İşlər Nazirliyinin müvafiq akkreditəsinə malik olmalıdırlar.
Maddə 4
Bu Sazişin 1-ci və 2-ci Əlavələrində sadalanan sənədlər üzrə vizasız daxil olma qaydası aşağıdakılar üçün nəzərdə tutulur:
a) etibarlı milli pasportlarda və əsas bəyannamədə (uçuş tapşırığı) qeydin olduğu xxxxx, xxxxx aviasiya hava gəmisi ekipajının üzvləri;
b) etibarlı dənizçi pasportları və gəmidə işləmək qeydiyyatı və ondan çıxarış qeydi olduğu halda dəniz və çay gəmiləri ekipajının üzvləri;
v) etibarlı milli pasportların və hər bir marşrut üçün təsdiq edilən adlar siyahısı, marşrut cədvəli olduğu halda qatar, refrejerator və dəmir yolu lokomotiv briqadalarının işçiləri;
q) etibarlı milli pasportların və Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən müvafiq sənədlərin olduğu halda feldyeger xidməti (hökumət feldyeger əlaqəsi) işçiləri.
Maddə 5
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətindən viza almaq üçün onun diplomatik nümayəndəlik və konsulluq idarələrinə qəbul edən dövlətin müvafiq hüquqi və fiziki şəxslərindən alınmış və bu dövlətin qanunvericiliyinə uyğun olaraq hazırlanmış dəvətnamələri, bu Sazişdə göstərilən müstəsna halları çıxmaq şərti ilə təqdim etməlidirlər.
Maddə 6
Tərəflərdən hər biri digər Tərəfin dövlətinin turizm xətti ilə səfər edən vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirmək qaydasını tətbiq edəcəkdir.
Sadələşdirmə mexanizmini Tərəflər diplomatik kanallarla nota mübadiləsi vasitəsilə razılaşdıracaqdır.
Maddə 7
Təxirəsalınmaz humanitar xarakterli hallarda Tərəflərin vəkil edilmiş orqanları, ailənin ağır xəstə xxxx üzvünə və ya yaxın qohumuna baş çəkmək məqsədi ilə və ailə üzvünün və ya yaxın qohumunun dəfnində iştirak etmək üçün gələn şəxslərə, Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən təsdiqedici sənədi təqdim etdikdə 24 saat ərzində pulsuz viza verəcəkdir.
Maddə 8
Tərəflər qarşılıqlı olaraq viza verilməsi üçün konsulluq rüsumunun güzəştli tariflərini aşağıdakı şəxslər üçün tətbiq edəcəklər:
elm, texnika, təhsil, mədəniyyət, incəsənət və idman sahələrində mübadilə qaydası üzrə Tərəflərin bağladıqları müqavilə və sazişlərə uyğun olaraq gələn şəxslər;
dəfn yerini təsdiq edən sənədin olduğu halda (7 günə qədər və ildə bir dəfədən artıq olmayaraq) yaxın qohumlarının qəbirlərinə baş çəkən şəxslər.
Maddə 9
Tərəflərin vəkil edilmiş orqanları qəbul edən dövlətin ərazisində daimi qeydiyyatla yaşayan yaxın qohumları xxxx şəxslərə, həmin qohumlardan müvafiq dövlətin qanunvericiliyinə uyğun təsdiq edilmiş dəvətnamələri təqdim etdikdə, bir il ərzində etibarlı xxxx çoxtərəfli vizalar verəcəklər.
Maddə 10
Konsulluq rüsumlarının tarifləri, qarşılıqlı şərtlər daxilində, diplomatik kanallarla nota mübadiləsi vasitəsi ilə təyin ediləcəkdir.
Maddə 11
Viza verilməsi üçün konsulluq rüsumu bir Tərəfin dövlətinin ərazisindəki dövlət təhsil müəssisələrində təhsil xxxx digər Tərəfin dövlətinin vətəndaşlarından tutulmayacaqdır.
Maddə 12
Bu Sazişin tətbiq edildiyi hər iki Tərəfin dövlətinin vətəndaşları Tərəflərdən birinin ərazisinə dövlət sərhədini keçmək üçün zəruri xxxx rəsmiyyətlərə əməl etməklə, beynəlxalq nəqliyyat üçün müəyyən edilmiş məntəqələrdən gəlib, gedib, tranzitlə keçə bilərlər.
Maddə 13
1. Hər bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin ərazisində olduqları vaxt bu Tərəfin qanun və qaydalarına, o cümlədən xarici vətəndaşlar üçün müəyyənləşdirilmiş qeydiyyat, daxil olma və hərəkət qaydalarına əməl etməlidirlər.
2. Bu Sazişdə göstərilənlər digər Tərəfin dövlətinin ərazilərində olmaları arzuolunmaz sayılan vətəndaşların daxil olmasına etiraz etmək və ya qalma müddətini məhdudlaşdırmaq üçün müvafiq Tərəfin hüquqlarına toxunmur. Tərəflərdən hər biri şərtsiz olaraq və istənilən vaxt dövləti müəyyən müddətdən əvvəl tərk etməli xxxx və oradan çıxarılan öz vətəndaşlarını qəbul etməlidir.
Maddə 14
Müstəsna hallarda (milli təhlükəsizlik, ictimai qayda-qanun və ya vətəndaşların sağlamlığı üçün təhlükə yarandıqda, o cümlədən epidemiya, bədbəxt hadisələr olduqda) Tərəflər bu Sazişin qüvvəsini müvəqqəti, tam və ya qismən dayandıra bilərlər. Bu Sazişin qüvvəsinin dayandırıldığı, həm də onun yenidən qüvvəyə minməsi halında, Tərəflər imkan daxilində qabaqcadan, qərar qəbul edildiyi andan etibarən 24 saatdan gec olmayaraq, bu barədə diplomatik kanallarla bir-birinə xəbər verəcəklər.
Maddə 15
Tərəflərin xarici işlər nazirlikləri diplomatik kanallarla bu Sazişin qüvvəsinin tətbiq edildiyi sənədlərin nümunələrini mübadilə edəcəklər.
Tərəflər bu maddədə qeyd edilən yeni sənədləri tətbiq etdikdə, onların qüvvəyə minməsindən ən azı 1 (bir) ay əvvəl diplomatik kanallarla bu sənədlərin nümunələrini mübadilə edirlər.
Maddə 16
Bu Sazişə Tərəflərin razılığına əsasən bu Sazişin ayrılmaz hissəsi xxxx ayrı-ayrı protokollar vasitəsilə rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər və onlar bu Sazişin 18-ci maddəsinin müddəalarına əsasən qüvvəyə minəcəkdir.
Maddə 17
Tərəflər, razılıq əldə olunmamışdırsa, zəruri olduğu halda, sazişin yerinə yetirilməsini təhlil etmək və onunla bağlı məsələləri müzakirə etmək üçün növbə ilə Bakıda və Aşqabatda məsləhətləşmələr keçirəcəklər.
Bu Sazişin yerinə yetirilməsi və ya onun müddəalarının tətbiqi zamanı meydana çıxan bütün fikir ayrılıqları və mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 18
Bu Saziş imzalandığı gündən tətbiq edilir, Tərəflərin dövlətdaxili qaydaları yerinə yetirməsini bildirən axırıncı yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir və bir Tərəfin digər Tərəfdən, bu Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə rəsmi bildiriş xxxxxx tarixindən etibarən 30 gün müddətinə qüvvədə qalır.
Bakı şəhərində 3 avqust 1999-cu il tarixində Azərbaycan, türkmən və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri məqsədləri üçün rus dilindəki mətndən istifadə olunacaqdır.
Azərbaycan Respublikası Hökuməti Türkmənistan Hökuməti
adından adından
(imza) (imza)
Azərbaycan Respublikası Hökuməti və Türkmənistan
Hökuməti arasında vətəndaşların qarşılıqlı
gediş-gəlişi haqqında Sazişə
1-ci Əlavə
Azərbaycan Respublikası vətəndaşlarının Türkmənistan ərazisinə daxil olması, çıxması və hərəkət etməsi üçün sənədlərin
sİyahısı
1. Azərbaycan Respublikasının diplomatik pasportu;
2. Azərbaycan Respublikasının xidməti pasportu;
3. Azərbaycan Respublikasının vətəndaşının ümumi xarici pasportu;
4. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qeydi və yazısı xxxx keçmiş SSRİ pasportu nümunəli ümumi xarici vətəndaş pasportu;
5. Hava gəmisinin ekipaj üzvlərinin ümumi şəhadətnamələri (ekipaj heyətində olduqları vaxt);
6. Dənizçi vəsiqəsi;
7. Hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyətini təsdiq edən vəsiqə;
8. Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə (yalnız Azərbaycan Respublikasına qayıtmaq üçün).
Azərbaycan Respublikası Hökuməti və Türkmənistan
Hökuməti arasında vətəndaşların qarşılıqlı
gediş-gəlişi haqqında Sazişə
2-ci Əlavə
Türkmənistan vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə daxil olması, çıxması və hərəkət etməsi üçün sənədlərin
sİyahısı
1. Türkmənistanın diplomatik pasportu;
2. Türkmənistanın xidməti pasportu;
3. Türkmənistan vətəndaşının pasportu;
4. Türkmənistan vətəndaşlığı haqqında qeydi və yazısı xxxx keçmiş SSRİ pasportu nümunəli ümumi xarici vətəndaş pasportu;
5. Hava gəmisinin ekipaj üzvlərinin ümumi şəhadətnamələri (ekipaj heyətində olduqları vaxt);
6. Dənizçi pasportu;
7. Hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyətini təsdiq edən vəsiqə;
8. Türkmənistana qayıtmaq haqqında şəhadətnamə (yalnız Türkmənistana qayıtmaq üçün).