AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2014-cü il xxxxxx 12-də Buenos-Xxxxx şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2015-ci il
№ 1181-IVQ
Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında
SAZİŞ
Azərbaycan Respublikası və Argentina Respublikası (bundan sonra “Tərəflər”); iki ölkə arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək niyyəti ilə;
kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinin genişləndirilməsində qarşılıqlı maraqlarını nəzərə alaraq;
hər iki dövlətin üzv olduğu BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi (KFSMİK) çərçivəsində, kosmik fəzanı müstəsna olaraq sülh məqsədləri və genişmiqyaslı beynəlxalq əməkdaşlığa açıq olması üçün qorumağa səy göstərərək;
Tərəflərin Ballistik Raketlərin Yayılması Əleyhinə Haaqa Beynəlxalq Davranış Məcəlləsini (HBDM) imzalayan dövlətlər olduğunu nəzərə alaraq;
öz ölkələrinin xalqlarının sosial, iqtisadi və mədəni inkişafını təşviq etməyə yönəlmiş kosmik fəaliyyət sahəsində ikitərəfli əməkdaşlığın səmərəli formalarını yaratmaq niyyəti ilə;
hər iki ölkənin özəl sektorları arasında kosmik fəza sahəsində biznes və sənaye əməkdaşlığına şərait yaratmaq məqsədi ilə; aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tətbiq edilən qanun
Tərəflər öz milli qanunvericiliklərinə və hər iki dövlətin tərəf olduğu çoxtərəfli müqavilələrə uyğun olaraq, kosmik fəzanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi ilə bağlı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı təşviq etmək barədə razılığa gəldilər.
Maddə 2
İcraçı qurumlar
Burada qeyd edilən əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələndirilməsi və nəzarət olunması məqsədi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Argentina Respublikası isə Federal Planlaşdırma, Dövlət İnvestisiyası və Xidmətlər Nazirliyini təyin edir.
Maddə 3
Əməkdaşlıq sahələri
1. Bu Saziş çərçivəsində əməkdaşlıq Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı sahələrdə həyata keçirilə bilər:
a) məsafədən zondlama;
b) kosmik xxxx və texnoloji qurğular;
c) tədqiqat, tətbiq və kommersiya məqsədləri üçün peyk sistemlərinin inkişaf etdirilməsi;
d) bortdaxili məsafədən zondlama sistemlərinin tədqiqi və inkişaf etdirilməsi;
e) kosmik telekommunikasiya;
f) peyk və digər kosmik sistemlərin hazırlanması, istehsalı, idarə olunması və istifadəsi üzrə müştərək tədqiqat və inkişaf fəaliyyətləri;
g) kosmik sistemlər üçün yerüstü infrastruktur.
2. İcraçı Qurumlar Tərəflər arasında razılaşdırılmalı xxxx kosmik sahədə əməkdaşlığın digər sahələrini təklif edə bilərlər.
Maddə 4
Standartlaşdırma, koordinasiyanın qiymətləndirilməsi və metrologiya sahəsində əməkdaşlıq
1. Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı metodlara əsasən yerinə yetirilə bilər:
a) birgə kosmik layihələrin planlaşdırılması və həyata keçirilməsi;
b) birgə layihələrdə xxxx, texniki və mühəndis heyətinin iştirakı üçün personalın təlimi və dəstək proqramlarının həyata keçirilməsi;
c) təqaüd sahiblərinin, alimlərin və texniklərin mübadiləsi;
d) avadanlıqların, sənədlərin, məlumatların, sınaqların nəticələrinin, xxxx və texnoloji məlumatların mübadiləsi;
e) kosmik sistemlərin tədqiqi və istifadəsi sahələrində sənaye və kommersiya proqramlarının yaradılması;
f) Tərəflərdən birinin, digər Tərəfin milli kosmik proqramlarının və ya resurslarının mübahisə olunmayan hissəsi xxxx peyklərinə və layihələrinə münasibətdə tərəfdaşlığa əsaslanan əməkdaşlığı;
g) birgə fəaliyyətlərin həyata keçirilməsi üçün digər kosmik sistemlərdən istifadə edilməsi;
h) simpoziumların və digər birgə xxxx iclasların təşkil edilməsi;
i) standartlaşdırma, sertifikatlaşdırma və metodologiya sahələrində əməkdaşlıq;
j) hökumət qurumları, akademik institutlar və digər təşkilatlarla məsləhətləşmələr və əməkdaşlıq;
k) hər iki dövlətin nümayəndələrindən ibarət xxxx şirkət və ya təşkilatların yaradılması da daxil olmaqla, bir Tərəfin dövlət və özəl şirkətlərinin kommersiya layihələrinin digər Tərəfin ərazisində və ya hər iki ərazidə birgə və ya birlikdə həyata keçirilməsi.
2. İcraçı Qurumlar Tərəflər arasında razılaşdırılmalı xxxx digər əməkdaşlıq formalarını təklif edə bilərlər.
Maddə 5
İcra sazişləri və əməkdaşlıq proqramları
1. Öz dövlətlərinin qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq İcraçı Qurumlar xüsusi Əməkdaşlıq Proqramları üzrə razılığa gələ bilərlər.
2. Buradan irəli gələn Əməkdaşlıq Proqramlarının həyata keçirilməsi üçün İcraçı Qurumlar qeyd edilən proqramların təşkili, həyata keçirilməsi üçün prinsip, qayda və prosedurları nəzərdə tutan İcra Sazişləri bağlayırlar.
3. İcraçı Qurumlar qarşılıqlı razılaşmaya uyğun olaraq, dövlət təsisatlarını, dövlətə məxsus müəssisələri və ya hüquqi şəxsləri və üçüncü ölkələrin fərdi şəxslərini bu Sazişə əsasən yerinə yetirilən Əməkdaşlıq Proqramlarında iştirak etməyə dəvət edə bilərlər.
4. Bu Sazişə əsasən razılaşdırılan proqramların və/və ya layihələrin həyata keçirilməsi üçün və Tərəflərdən biri öz öhdəliklərini yerinə yetirməsi üçün milli şirkətləri və ya təşkilatları tərəfindən təchiz edilə bilməyən sistemlərin, avadanlıqların və ya xidmətlərin əldə edilməsinə ehtiyac duyarsa, onda qeyd edilən Tərəf digər Tərəfin o sistemlərin, avadanlıqların və ya xidmətlərin təchizatçısı kimi təsdiq etdiyi şirkətlərinə və ya təşkilatlarına həmin sistemlərin, avadanlıqların və ya xidmətlərin təchiz edilməsi məsələsində üstünlük verir.
5. Tərəflər hər iki ölkənin dövlət və özəl sektorlarının təşkilatlarını və qurumlarını və/və ya universitetlərini, tədqiqat institutlarını və qeyri-hökumət təşkilatlarını bu Əməkdaşlıq Proqramlarının yerinə yetirilməsində iştirak etməyə dəvət edə bilərlər.
Maddə 6
Birgə İşçi Qrupu
1. İcraçı Qurumlar özlərinin ikitərəfli münasibətləri və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ilə əlaqədar dövri olaraq yüksək səviyyəli dialoq təşkil edəcəklər.
2. Bu cür əməkdaşlıq İcraçı Qurumlar tərəfindən bərabər əsaslarla təyin edilmiş 4 üzvdən ibarət xxxx Birgə İşçi Qrupu tərəfindən əlaqələndiriləcəkdir. Qeyd edilən Birgə İşçi Qrupu əməkdaşlıq məsələlərinin təhlil ediləcəyi illik iclaslar keçirəcəkdir.
3. Bu iclasların nəticələri nəzərə alınması və müvafiq tədbir görülməsi üçün hər iki Qurumun aidiyyəti orqanlarına təqdim ediləcək yazılı hesabat formasında olacaqdır.
Maddə 7
Digər sektorların iştirakı
Tərəflər kosmik məkandan sülh məqsədləri üçün tədqiq və istifadə edilməsi, eləcə də kosmik məkan sistemlərinin dövlət və ya özəl sənaye və kommersiya təşkilatları və ya hər iki dövlətin müəssisələri tərəfindən istifadə edilməsi ilə əlaqədar əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini asanlaşdıracaq və bununla da bu Saziş çərçivəsində hazırlanan Əməkdaşlıq Proqramlarında onların iştirakları üçün müvafiq şəraitin yaradılmasını təmin edəcəklər.
Maddə 8
Maliyyələşdirmə prinsipləri
İcraçı Qurumlar Tərəflərin xxxx, iqtisadi və kommersiya sahələrində maraqlarını lazımi qaydada nəzərə alaraq, maliyyə imkanlarından və onların burada iştirakından asılı olaraq birgə layihələrin maliyyələşdirilməsi üzrə razılığa gələ bilərlər.
Maddə 9
Əqli mülkiyyət
1. Tərəflərin imzaladıqları beynəlxalq sazişləri və milli qanunvericiliklərini nəzərə almaqla, İcraçı Qurumlar bu Sazişə uyğun olaraq Əməkdaşlıq Proqramları çərçivəsində əldə olunan əqli mülkiyyət hüquqlarının səmərəli müdafiəsini təmin edəcəklər.
2. Əqli mülkiyyət obyektlərinə hüquq sahibliyini müəyyən edən xüsusi və təfərrüatlı şərtlər hər bir İcra Sazişində müvafiq qaydada əksini tapacaqdır.
3. İcraçı Qurumlar bu Sazişdən irəli gələn hər hansı ixtira və ya digər əqli mülkiyyət obyektləri haqqında vaxtaşırı məlumat mübadiləsini həyata keçirəcək və bununla əlaqədar hüquqların müdafiəsini qanunvericiliklə müəyyən edilmiş qaydada dərhal tələb edəcəklər.
Maddə 10
Məxfilik
1. İcraçı Qurumların məlumatın açıqlanması ilə əlaqədar yazılı razılaşdığı hallar istisna olmaqla, Əməkdaşlıq Proqramlarının həyata keçirilməsi zamanı İcraçı Qurumlar arasında mübadilə edilən texniki və/və ya xxxx məlumat məxfi məlumat hesab ediləcəkdir.
2. Hər bir İcra Sazişi digər məsələlərlə yanaşı Əməkdaşlıq Proqramı ilə əlaqədar xxxx məxfi məlumatın mübadiləsi üçün şərtləri müəyyən edəcəkdir.
Maddə 11
Məlumat mübadiləsi
1. İcraçı Qurumlar 10-cu maddədə məxfiliklə bağlı göstərilən şərtlərə uyğun olaraq müvafiq müddətdə bu Saziş çərçivəsində birgə həyata keçirilən xxxx tədqiqat işlərinin nəticələrini bir-birinə təqdim edəcəklər. Bu məqsədlə, onlar əvvəlcədən qarşılıqlı razılıq olmadan üçüncü tərəflərə açıqlanmayan müvafiq məlumatların, eləcə də xxxx və texniki məlumat mübadiləsini təşviq edəcəklər.
2. Tərəflər öz İcraçı Qurumları vasitəsilə və məlumat əldə edilməsi haqqında milli qanunvericiliklərinə uyğun olaraq, özlərinin aidiyyəti kosmik fəza planlarına dair əsas təlimatlar haqqında məlumatların qarşılıqlı mübadiləsini asanlaşdıracaqlar.
Maddə 12
Gömrük tənzimlənməsi
1. Milli qanunvericiliyə uyğun olaraq, Tərəflər bu Saziş çərçivəsində həyata keçirilən Əməkdaşlıq Proqramları üçün tələb olunan hər hansı avadanlığa görə gömrük rüsumlarının ödənilməsini həyata keçirəcəklər.
2. Digər Tərəfin bu Sazişə əsasən təşkil olunan Əməkdaşlıq Proqramlarında iştirak edən mütəxəssislərinin ölkəyə gəlməsi, ölkədə qalması və ölkədən getməsini sadələşdirmək üçün istənilən zəruri tədbirləri görəcəklər.
3. Bu cür razılaşmalar tam qarşılıqlı olacaqdır.
Maddə 13
Məsuliyyət
Tərəflər, tətbiq edilə bilən qaydalara uyğun olaraq, hər bir İcra Sazişinin yerinə yetirilməsi zamanı dəyən ziyan və itkiyə görə məsuliyyət haqqında qaydaları tətbiq etmək öhdəliyini götürürlər.
Maddə 14
Mübahisələrin həlli
1. Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisə Tərəflər arasında birbaşa danışıqlar yolu ilə və ya Tərəflər arasında razılaşdırıla bilən bu kimi digər vasitələrlə və beynəlxalq hüquqa uyğun olaraq həll ediləcəkdir.
2. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yaranan istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 15
Beynəlxalq əməkdaşlıq
Bu Saziş Tərəflərin hər hansı mövcud və ya gələcəkdə bağlana biləcək sazişləri çərçivəsində digər dövlətlər və/və ya beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilən istənilən əməkdaşlıq fəaliyyətlərinə xələl gətirmədən tətbiq olunur.
Maddə 16
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün Tərəflərin zəruri xxxx müvafiq dövlətdaxili prosedurlarının başa çatdırılmasını təsdiq edən sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri altı ay əvvəl diplomatik kanallar vasitəsilə yazılı şəkildə bu Sazişi ləğv etmək barədə niyyətini bildirmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
3. Bu Saziş ləğv edildiyi təqdirdə, onun müddəaları Tərəflər arasında başqa cür razılıq əldə etmədikdə, davam etməkdə xxxx bütün proqram və layihələrə tətbiq olunmaqda davam edir. Bu Sazişin ləğv edilməsi qüvvədə xxxx hər hansı maliyyə və ya müqavilə öhdəliklərinin yenidən baxılması və ya ləğv olunması üçün əsas olmayacaq və istənilən fiziki və ya hüquqi şəxsin bu Sazişin ləğv edilməsindən əvvəl yaranmış hüquq və öhdəliklərinə təsir etməyəcəkdir.
Bu Saziş Buenos Xxxxx şəhərində 2014-cü il 12 mart tarixində, hər biri Azərbaycan, ispan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Argentina Respublikası |
adından | adından |
(imza) | (imza) |