BAKI FRANSIZ LİSEYİ TƏHSİL KOMPLEKSİ İLƏ TƏHSİLALANIN VALİDEYNİ arasında TƏHSİLİN TƏŞKİLİ MÜQAVİLƏSİ №
BAKI FRANSIZ LİSEYİ TƏHSİL KOMPLEKSİ İLƏ TƏHSİLALANIN VALİDEYNİ arasında TƏHSİLİN TƏŞKİLİ MÜQAVİLƏSİ №
Bakı şəhəri “ ” 2018
Bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən Bakı Fransız Liseyi Təhsil Kompleksi (bundan sonra BFL) menecer Xxxxxxxx Xxxxx xxxx Xxxxxxxxx şəxsində və digər tərəfdən, təhsil alacaq (bundan sonra Təhsilalan) valideyni (qanuni nümayəndəsi)
(bundan sonra Xxxxxxxx) arasında birgə Tərəflər, ayrı-ayrılıqda isə Tərəf adlanmaqla,
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının digər müvafiq hüquq normalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu Müqavilə ilə BFL məktəbəqədər təhsilin dövlət standartı və proqramı, siniflər üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin tədris proqramlarına uyğun olaraq (liseyin kodu: n° UAI/RNE 2530001B), həmçinin Fransanın və Azərbaycanın tədris planları və proqramları əsasında (Fransa milli kurikulumu), BFL-in Daxili təlimatına uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın tərbiyəsini və təhsilə hazırlanmasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində BFL-ə Müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür.
1.2. Bu Müqavilə fasiləsiz milli təhsilin həyata keçirilməsində ümumtəhsil pilləsini əhatə etməklə, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, BFL-də təhsil xxxx şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı Tərəflər arasında yaranan münasibətləri tənzimləyir.
1.3. BFL dünyəvi məktəbdir.Milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də fransız təhsil sistemi təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1. BFL-in hüquq və öhdəlikləri:
2.1.1. Valideyndən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, BFL-in qayda və tələblərinə xüsusilə də məktəbin “Daxili Təlimatına” riayət edilməsini tələb etmək;
2.1.2. Xxxxxxxxxxx bu Müqavilənin şərtlərinə riayət olunmasını tələb etmək;
2.1.3. Xxxxxxxx tərəfindən müqavilədə nəzərdə tutulmuş müddət ərzində təhsil haqqı ödənilmədikdə, Təhsilalanı məktəbə gəlməsinə icazə verməmək;
2.1.4. . Təhsilalanda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onu vətənpərvərlik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
2.1.5.Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
2.1.6. Təhsilalanın yaradıcı qabiliyyətlərinin və maraqlarının inkişaf etdirilməsi üçün zəruri şərait yaratmaq;
2.1.7.Təhsilalanda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
2.1.8. Pedaqoji etika və əxlaq normalarına riayət etmək;
2.1.9. Tədris vaxtı ərzində Təhsilalanın BFL-in ərazi hüdudlarında və BFL-in Təhsilalan üçün təşkil etdiyi digər tədbirlərdə tədbir müddətində onun həyat və sağlamlığını qorumaq və bunun üçün bütün zəruri tədbirləri həyata keçirmək;
2.1.10. Təhsilalanın şərəf və ləyaqətinə hörmət etmək;
2.1.11. Təhsilalanı fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onu zərərli vərdişlərdən çəkindirmək;
2.1.12. Təhsilalanın təlim-tərbiyəsi məsələləri ilə bağlı Valideynlə əməkdaşlıq etmək;
2.1.13. Təhsilalanı gündə bir dəfə naharla təmin etmək.
2.2. VALİDEYNİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ:
2.2.1. BFL-də təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, Təhsilalanın dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
2.2.2. BFL-də təhsilin Fransız və Azərbaycan təhsil standartlarına uyğun təşkil edilməsini tələb etmək;
2.2.3. Təhsilalanın həyatı və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin yaradılmasını tələb etmək;
2.2.4. BFL-lə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
2.2.5. Təhsilalanı humanistlik, vətənpərvərlik, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
2.2.6. Bu Müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətlərdən gec olmayaraq tam ödəmək;
2.2.7. Valideyn iclaslarında iştirak etmək;
2.2.8. BFL əməkdaşlarının şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
2.2.9. BFL-in daxili intizam və davranış qaydalarına, standartlarına riayət etmək;
2.2.10. BFL-in əmlakı Təhsilalanın və ya Valideynin təqsiri üzündən yararsız hala düşərsə, yaxud BFL-in əmlakına bu və ya digər şəkildə zərər yetirilərsə, BFL-ə dəymiş zərəri ödəmək;
2.2.11. Təhsilalanın təmizliyini və sanitariya-gigiyena tələblərinə riayət edilməsini təmin etmək.
2.2.12. Təhsilalanın sağlamlıq vəziyyəti barədə hər gün səhər Xxxxx həkiminə və ya sinif müəlliminə düzgün məlumat vermək;
2.2.13. Təhsilalanın BFL tərəfindən təşkil olunan sinifdənxaric, məktəbdənkənar tədbirlərdə iştirakına yardım etmək;
2.2.14. BFL tərəfindən tələb olunan aidiyyəti sənədləri yazılı sorğunu aldığı tarixdən 7 (yeddi) iş günü müddətində və ya yaxud sənədin üzərində göstərilən tarixədək təqdim etmək;
2.2.15. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında BFL-ə 5 (beş) təqvim günü müddətində məlumat vermək.
3. TƏHSİL HAQQI VƏ ÖDƏNİŞ QAYDASI
3.1. Təhsilalanın xxxx tədris ili üçün illik təhsil haqqının məbləği 14850 (on dörd min səkkiz yüz əlli) AZN təşkil edir. Tədris ili ərzində təhsil haqqı dəyişməz qalır.Təhsil haqqı tədris ili başlayanadək bir dəfəyə tam həcmdə və ya 3 dəfəyə aşağıdakı vaxtlarda və məbləğlərdə ödənilir:
- 1 iyuladək depozit qismində illik təhsil haqqının 30%-nin (4455 AZN) ödənilməsi;
- 1 oktyabradək 5940 AZN -nin ödənilməsi;
- 1 fevraladək 4455 AZN -nin ödənilməsi.
3.2. Təhsil haqqı Təhsilalanın təqvim ayı ərzində neçə gün üzrlü və ya üzrsüz səbəbdən dərsə gəlib-gəlməməsindən asılı olmayaraq, eləcə də dərs ili ərzində tətil, istirahət, bayram və s. iş günü hesab edilməyən günlərin sayından asılı olmayaraq tam şəkildə ödənilir. Valideynlər ödənişi həyata keçirdiklərini təsdiq edən bank sənədini liseyə təqdim etməlidirlər. Əks təqdirdə ödəniş yerinə yetirilmiş hesab olunmur.
3.3. Əgər Valideyn tədris ayı qurtarmadan Təhsilalanı BFL-dən çıxararsa, xxxx tədris ayı üçün ödədiyi məbləğ saxlanılmaq (faktiki neçə gün dərsə gəlməsindən asılı olmayaraq) şərtilə, növbəti aylar üçün əvvəlcədən ödənilmiş məbləğ (varsa) xxxx qaytarılır.
3.4. Qeydiyyat haqqı 600 (altı yüz) AZN təhsil haqqına daxil deyil və Təhsilalanın BFL-də neçə gün oxumasından asılı olmayaraq, xxxx qaytarılmır. Qeydiyyat haqqı yalnız Tədrisalanın Liseyə qəbul olunduğu birinci ildə ödənilir və növbəti illərdə ödənilmir.
3.5. Kitab və dərs ləvazimatlarının dəyəri təhsil haqqına daxil deyil.
4. FORS-MAJOR
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə Tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin Tərəflərin Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər Tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən Tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən Tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər Tərəfi Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ QAYDASI
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni aşağıda qeyd olunan şərtlər çərçivəsində birtərəfli qaydada ləğv edə bilər:
5.2. Valideyn, BFL-i yazılı xəbərdarlıq etməklə, Müqaviləyə xitam verə bilər. Bu valideyni BFL qarşısında mövcud xxxx öhdəliklərindən azad etmir;
5.3. BFL aşağıdakı hallarda Müqaviləyə xitam verib Təhsilalanı Liseydən xaric edə və bilər:
5.3.1. Xxxxxxxxxx ərizəsinə əsasən;
5.3.2. Təhsilalan tərəfindən BFL-nin daxili nizam-intizam qaydaları sistematik şəkildə pozulduqda;
5.3.3. Təhsilalan üzürsüz səbəbə görə 16 yarım dərs günü və ya 8 gün dərs saatı buraxdıqda, gələn tədris ilində təhsilini liseydə davam etdirmir və yaxud təkrar sinifdə qalır. Təhsilalan dərsə gəlməyəcəyi barədə xəbərdaqlıq etmədikdə yarım gün dərsə gəlməmiş hesab olunacaq. Səyahətlər və şəxsi səbəblərdən dərs buraxmaq üzürsüz hesab olunacaq. Bütün növ davamiyyətsizliklər əsaslandırılmalıdır. Punktuallıq zəruridir (liseyə giriş və çıxış saatları). Dərsə gecikən Təhsilalana inzibati şöbə tərəfindən gecikdiyi barədə vərəqə verilir və o müəllimə təqdim olunur. Saat 08:25- dən sonra liseyə girişə mühafizə xidmətinin nümayəndələri nəzarət edir. Bir rüb ərzində üç gecikmə halı olduqda (liseyin darvazası bağlandıqdan sonra gəldikləri zaman) Təhsilalanın liseyə girişinə icazə verilməyəcək. Günün sonunda valideyn gecikdikdə (15 dəqiqə gecikməyə icazə verilir) və bu barədə liseyi məlumatlandırmadıqda bu gecikməyə görə yazılı şəkildə xəbərdarlıq alacaq ;
5.3.4. Tibbi göstərişlərə əsasən;
5.3.5. Xxxxxxxx tərəfindən Müqavilədə nəzərədə tutulan müddətədək təhsil haqqı ödənilmədikdə;
5.3.6. Xxxxxxxx tərəfindən Müqavilənin şərtləri yerinə yetirilmədikdə, ona ilk xəbərdarlıq edildikdən sonra övladının liseydən xaric edilməsi barədə yazılı bildiriş göndəriləcək .
6. MÜQAVİLƏNİN MÜDDƏTİ
Bu Müqavilə Tərəflərin onu imzaladıqları gündən asılı olmayraq, Tərəflər arasında öhdəliklərin başladığı 03.09.2018-ci il tarixindən qüvvəyə minir. Müqavilə 2018-2019-cu tədris ili üçün bağlanır və tədris ilinin sonunda qüvvədən düşür.
7. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
7.1. Tərəflər Müqavilə üzrə yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
8. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
8.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə
yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8.2. Tərəflərdən hər hansı birinin rekvizitlərində dəyişiklik olarsa, digər Tərəfi dərhal məlumatlandırmalıdır.
9. MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
Tərəflər qarşılıqlı razılıq əsasında Müqaviləyə əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər Tərəflər imzaladıqdan sonra Müqavilənin ayrılmaz hissəsi hesab olunurlar.
10. DİGƏR ŞƏRTLƏR
Bu Müqavilə azərbaycan və fransız dillərində eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunmuşdur və Tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
11. TƏRƏFLƏRİN BANK REKVİZİTLƏRİ VƏ İMZALARI
BFL:
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, Xxxxx xxxxxxxxx, 00 Xxxxx: XX00XXXX00000000000000000000
VÖEN: 1701555121
«RabitəBank» ASC Kodu: 506399
VÖEN: 9900001061
M/hesab: XX00XXXX00000000000000000000 S.W.İ.F.T. BİK: RBTAAZ22
BFL-in Meneceri
Mirsahib Xxxxx oğlu Xxxxxxx
Valideyn: Ünvan:
Tel. 012-
Mob. 050- Pasport: