Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə
Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” 2001-ci il aprelin 3-də Paris şəhərində imzalanmış Sazişə müvafiq bəyanatlarla qoşulsun.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il
№ 905-IVQ
Beynəlxalq Üzüm və Şərab Təşkilatımın təsis edilməsi haqqında SAZİŞ
Preambula
1924-cü il 29 noyabr tarixində imzalanmış beynəlxalq Saziş vasitəsilə İspaniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Lüksemburq, Portuqaliya və Tunis hökumətləri Beynəlxalq Şərab Ofisini yaratmaq məqsədi ilə bir xxxxx gəldilər.
1958-ci il 4 sentyabr tarixində üzv dövlətlərin qərarına əsasən təşkilatın adı dəyişdirilərək Beynəlxalq Üzüm və Şərab Ofisi adlandırılmışdır. 2001-ci il 3 aprel tarixinə 45 dövlət bu hökumətlərarası təşkilatın üzvüdür.
Beynəlxalq Üzüm və Şərab Ofisinin Baş Assambleyasının 1997-ci il 5 dekabr tarixində Buenos Xxxxx (Argentina) şəhərində keçirilmiş sessiyasında qəbul edilmiş COMEX 2/97 qətnaməsində Baş Assambleya Beynəlxalq Üzüm və Şərab Ofisini yeni beynəlxalq şəraitə uyğunlaşdırmaq qərarına gəldi. Dünyanın üzüm və şərab sektorunun gələcəyini təmin etmək və bu sahədə yaranan problemləri aradan qaldırmaq məqsədi ilə təşkilatın missiyaları, kadr, maddi və büdcə resurslarının, müvafiq hallarda prosedur və əməliyyat qaydalarının uyğunlaşdırılması da buraya daxildir.
Yuxarıda qeyd olunmuş Sazişin 7-ci maddəsinin icrası olaraq, Fransa Respublikasının Hökuməti 36 üzv dövlətin xahişi əsasında 2000-ci il 14, 15, 22 iyun və 2001-ci il 3 aprel tarixlərində Paris şəhərində üzv dövlətlərin Konfransını çağırdı.
Bu məqsədlə bundan sonra "Tərəflər" adlandırılacaq Beynəlxalq Üzüm və Şərab Ofisinin üzv dövlətləri, aşağıdakılar barədə razılığa gəldilər:
Fəsil I - Məqsədlər və fəaliyyət
Maddə 1
1. Bununla "Beynəlxalq Üzüm və Şərab Təşkilatı" (bundan sonra - BÜŞT) yaradılır. BÜŞT dəyişikliklər edilmiş 1924-cü il 29 noyabr tarixli Sazişlə yaradılmış Beynəlxalq Üzüm və Şərab Ofisini əvəz edəcəkdir və hazırkı Sazişin müddəaları ilə nizamlanacaqdır.
2. BÜŞT 2-ci maddədə müəyyən edilmiş məqsədləri güdəcək və fəaliyyəti həyata keçirəcəkdir. BÜŞT özünün tənək, şərab, şərab əsaslı içkilər, üzüm, kişmiş və digər üzümçülük məhsulları üzrə işi sahəsində səlahiyyətə xxxxx xxxx və texniki səciyyəli hökumətlərarası təşkilat olacaqdır.
Maddə 2
1. Öz səlahiyyətləri daxilində BÜŞT-ün məqsədləri aşağıdakılardan ibarətdir:
a) üzüm və şərab məhsulları sektorundakı istehsalçıların, istehlakçıların və digər iştirakçıların maraqlarının nəzərə alına biləcəyi tədbirlər barədə öz üzvlərini məlumatlandırmaq;
b) həm hökumətlərarası, həm də qeyri-hökumət, xüsusilə də standartlaşdırma tədbirləri həyata keçirən digər beynəlxalq təşkilatlara yardım göstərmək;
c) üzüm və şərab məhsullarının istehsalı və marketinqi üçün şəraitin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının nəzərə alınmasının təmin olunmasına yardım etmək məqsədi ilə mövcud təcrübə və standartların beynəlxalq səviyyədə harmonizasiyasına, müvafiq hallarda yeni beynəlxalq standartların hazırlanmasına töhfə vermək;
2. Bu məqsədlərə nail olmaq üçün BÜŞT-ün fəaliyyəti aşağıdakılardan ibarətdir:
a) öz üzvləri tərəfindən ifadə olunan ehtiyacların təmin edilməsi məqsədi ilə xxxx-texniki tədqiqat və təcrübəni təşviq etmək və istiqamətləndirmək, müvafiq hallarda ixtisaslı mütəxəssisləri cəlb etməklə nəticələri qiymətləndirmək, zərurət yarandıqda, nəticələri müvafiq vasitələrlə yaymaq;
b) tövsiyələri hazırlamaq və formalaşdırmaq, öz üzvləri ilə birgə xüsusilə aşağıdakı sahələrdə bu tövsiyələrin həyata keçirilməsini monitorinq etmək:
(i) üzüm istehsalı üçün şərait;
(ii) şərabçılıq vərdişləri;
(iii) məhsulların müəyyən edilməsi və ya təsviri, etiketləmə və marketinq şərtləri;
(iv) üzüm məhsullarının analizi və qiymətləndirilməsi metodları;
c) öz üzvlərinə aşağıdakılara dair bütün təklifləri təqdim etmək:
(i) xüsusilə istehlakçılara münasibətdə üzüm məhsullarının həqiqiliyi, ələlxüsus etiketlərdəki məlumatlarla bağlı zəmanət verilməsi;
(ii) ticarət və əqli mülkiyyətə dair beynəlxalq sazişlərlə ziddiyyət təşkil etmədiyi hallarda coğrafi göstəricilərin, xüsusilə də üzüm və şərab becərilən ərazilərin və coğrafi xxx xxxxx xxxx, yaxud olmayan müvafiq mənşənin qorunması;
(iii) yeni üzümçülük və şərabçılıq bitkiləri sortlarının tanınması və qorunması üzrə xxxx və texniki meyarların təkmilləşdirilməsi;
d) öz üzvləri tərəfindən qaydaların uzlaşdırılmasına və qəbul edilməsinə töhfə vermək, yaxud da müvafiq hallarda öz fəaliyyətləri sahəsində təcrübələrin qarşılıqlı tanınmasına şərait yaratmaq;
e) xərclər müraciət edənlər tərəfindən ödənilməklə, müraciət əsasında ölkələr və təşkilatlar arasında vasitəçilik etmək;
f) şərabçılıq sektoruna mühüm və uzunmüddətli təsirləri ola biləcək xxxx və texniki tərəqqini monitorinq etmək, qiymətləndirmək və onlar barədə öz üzv ölkələrini vaxtında məlumatlandırmaq;
g) aşağıdakılar vasitəsilə istehlakçıların sağlamlığının qorunmasına yardım etmək və qida təhlükəsizliyinə töhfə vermək:
(i) üzüm məhsullarının spesifik xüsusiyyətlərinin qiymətləndirilməsinə imkan verən mütəxəssis xxxx monitorinqləri;
(ii) müvafiq qida və sağlamlıq aspektləri üzrə tədqiqatın təşviq edilməsi və istiqamətləndirilməsi;
(iii) bu tədqiqatın nəticələrinə dair məlumatın 2-ci maddənin "n" bəndində istinad edilmiş subyektlərdən başqa tibbi və səhiyyə üzrə peşəkarlara yayılmasının genişləndirilməsi;
h) aşağıdakılar vasitəsilə üzvlər arasında əməkdaşlığın gücləndirilməsi:
(i) inzibati əməkdaşlıq;
(ii) spesifik məlumatların mübadiləsi;
(iii) mütəxəssis mübadiləsi;
(iv) xüsusilə birgə layihələrin və digər birgə tədqiqatların yaradılması üzrə yardım və mütəxəssis məsləhətinin göstərilməsi;
i) öz fəaliyyətlərində hər bir üzvün üzüm məhsullarının istehsalı sistemləri, şərab, şərab və üzüm spirtlərinin hazırlanması metodlarının spesifik xüsusiyyətlərini nəzərə almaq;
j) şərab və üzüm məhsulları üzrə təlim şəbəkələrinin inkişafına töhfə vermək;
k) dünyanın üzümçülük və şərabçılıq sahəsində irsinin və onun tarixi, mədəni, insani, sosial və ətraf mühit aspektlərinin təşviq edilməsinə və ya tanınmasına töhfə vermək;
l) məqsədi təşkilatın səlahiyyət sferasına daxil xxxx qeyri-mənfəət səciyyəli ictimai və özəl sektor tədbirlərinə öz himayədarlığını göstərmək;
m) öz fəaliyyəti kontekstində və müvafiq hallarda sektor iştirakçıları ilə müvafiq dialoqun gücləndirilməsi və onlarla müvafiq müqavilələrin bağlanılması:
n) ən münasib məlumatları toplamaq, işlətmək, yaymaq və onları aşağıdakılara çatdırmaq:
(i) öz üzvlərinə və müşahidəçilərə;
(ii) həm hökumətlərarası, həm də digər beynəlxalq qeyri-hökumət təşkilatlarına;
(iii) üzüm və şərab sektorundakı istehsalçılara, istehlakçılara və digər iştirakçılara;
(iv) xxxxxx xxxx digər ölkələrə;
(v) mətbuata və geniş ictimaiyyətə;
Məlumat və ünsiyyət mənbəyi kimi öz rolunu asanlaşdırmaq məqsədi ilə BÜŞT öz üzvlərindən, potensial benefisiarlardan və müvafiq hallarda beynəlxalq təşkilatlardan müraciətlər əsasında onu məlumatlarla təmin etməyi xahiş edə bilər;
o) öz strukturlarının və iş prosedurlarının səmərəliliyini mütəmadi olaraq yenidən qiymətləndirmək.
Fəsil II - Təşkilat
Maddə 3
1. BÜŞT-nin orqanları aşağıdakılardan ibarətdir:
a) Baş Assambleya;
b) Prezident;
c) vitse-prezidentlər;
d) Baş direktor;
e) İcraiyyə Komitəsi;
f) Xxxx-Texniki Komitə; e) Rəhbər Komitə;
h) komissiyalar, subkomissiyalar və ekspertlər qrupu;
i) Katiblik.
2. BÜŞT-ün hər bir üzvü özünün məqsədəmüvafiq hesab etdiyi nümayəndələrlə təmsil olunacaqdır. Baş Assambleya BÜŞT-ün plenar orqanı olacaqdır və üzvlərin təyin etdiyi nümayəndələrdən ibarət olacaqdır. Baş Assambleya bəzi səlahiyyətlərini hər üzvdən bir nümayəndəni özündə birləşdirən İcraiyyə Komitəsinə həvalə edə bilər. İcraiyyə Komitəsi öz səlahiyyətləri daxilində özünün gündəlik inzibati səlahiyyətlərinin bir qismini BÜŞT-ün Prezidenti və vitse-prezidentlərini, BÜŞT-ün komissiyalarının və subkomissiyalarının prezidentlərini özündə birləşdirən BÜŞT Rəhbər Komitəsinə etibar edə bilər. Prezident, birinci vitse-prezident və komissiyaların prezidentləri müxtəlif millətlərin nümayəndələri olacaqlar.
3. BÜŞT öz xxxx fəaliyyətini Baş Assambleyanın təsdiq etdiyi strateji plan çərçivəsində Xxxx-Texniki Xxxxxx tərəfindən əlaqələndirilən ekspert qrupları, subkomissiyalar və komissiyalar vasitəsilə həyata keçirəcəkdir.
4. Baş direktor BÜŞT-ün daxili idarəetməsi, işçilərin işə götürülməsi və idarə edilməsi üzrə məsul olacaqdır. İşçilərin işə götürülməsi prosedurları mümkün olduğu qədər təşkilatın beynəlxalq səciyyəsini təmin edəcəkdir.
5. BÜŞT həmçinin müşahidəçiləri də əhatə edə bilər. Müşahidəçilər yalnız bu Sazişdə və daxili qaydalarda əks olunmuş müddəalarla yazılı razılıqdan sonra qəbul olunacaqdır.
6. Təşkilatın mənzil-qərargahı Parisdə (Fransa) olacaqdır.
Fəsil III - Səsvermə hüquqları
Maddə 4
Hər bir üzv öz nümayəndələrinin sayını müəyyən edəcək, xxxxx iki əsas səsə və müvafiq hallarda hər bir üzv dövlətin bu Sazişin tərkib hissəsi xxxx 1-ci və 2-ci əlavələrdə nəzərdə tutulmuş şərtlər daxilində üzüm və şərab sektorunda nisbi vəziyyətini müəyyən edən obyektiv meyar əsasında hesablanmış əlavə səslərə malik olacaqdır. Bu iki rəqəmin cəmi səslərin orta sayını təşkil edəcəkdir. Üzüm və şərab sektoru daxilində hər bir üzv dövlətin vəziyyətini müəyyən edən əmsal 1-ci Əlavənin müddəalarına uyğun olaraq, mütəmadi əsasda yenilənəcəkdir.
Fəsil IV - İş metodları, qərar qəbuletmə prosesləri
Maddə 5
1. Baş Assambleya BÜŞT-ün ali orqanı olacaqdır. O, BÜŞT-ün təşkili və işinə dair qaydaları müzakirə və qəbul edəcək, ümumi, xxxx, texniki, iqtisadi və hüquqi səciyyəli, həmçinin komissiyaların və subkomissiyaların yaradılması və onlara xitam verilməsi üzrə qərar layihələrini hazırlayacaqdır. O, mövcud vəsaitlər çərçivəsində mədaxil və xərclər üzrə büdcəyə dair qərar verəcək, hesabların auditini həyata keçirəcək və onları təsdiq edəcəkdir. Baş Assambleya BÜŞT-ün beynəlxalq təşkilatlarla üzüm və şərab məhsulları üzrə məsələlərə dair bağlaya biləcəyi əməkdaşlıq protokollarını qəbul edəcəkdir. Onun iclasları ildə bir dəfə keçiriləcəkdir. BÜŞT üzvlərinin üçdə birinin xahişi əsasında fövqəladə sessiyalar çağırıla bilər.
2. Sessiyalarda yetərsayın olması üçün xxxx səslərin ən azı yarısını təmsil edən üzvlərin üçdə biri iştirak etməlidir. Üzv digər üzvün nümayəndə heyəti ilə təmsil oluna bilər, xxxxx bir nümayəndə heyəti birdən xxx üzvü təmsil edə bilməz.
3. a) Konsensus Baş Assambleyanın ümumi, xxxx, texniki, iqtisadi və hüquqi səciyyəli, habelə komissiyaların və subkomissiyaların yaradılması və ya onlara xitam verilməsinə dair qərar layihələrini qəbul edəcəyi normal metod olacaqdır. Bu məsələlər üzrə öz funksiyalarını yerinə yetirdiyi hallarda İcraiyyə Komitəsi də eyni prosesdən istifadə edəcəkdir.
b) BÜŞT-ün prezidentinin, komissiyaların və subkomissiyaların prezidentlərinin seçilməsi, yaxud da Baş direktor üçün konsensus tələb olunmayacaq, büdcəyə və üzvün maliyyə öhdəliklərinə şamil edilməyəcəkdir. Bundan əlavə, konsensus, daxili qaydalarda müəyyən olunduğu kimi, digər maliyyə məsələlərinə şamil olunmayacaqdır.
c) Baş Assambleyanın və ya İcraiyyə Komitəsinin ilk cəhddə qərar və ya qətnamə layihəsinə dair konsensusa nail ola bilmədiyi hallarda, Prezident, mövqeləri bir xxxxx gətirmək məqsədi ilə, növbəti Baş Assambleya və ya İcraiyyə Komitəsinə qədərki müddətdə üzvlərlə məsləhətləşmək üzrə bütün təşəbbüsü öz üzərinə götürəcəkdir. Konsensusa nail olmaq üzrə bütün bu cəhdlərin tükəndiyi halda, Prezident "bir üzv - bir səs" prinsipi üzrə, üçdə iki səs və əlavə olaraq iştirak edən və ya təmsil olunan üzvlərin səsi olmaqla, mütləq səs çoxluğu əsasında səsvermə keçirəcəkdir. Buna baxmayaraq, hər hansı üzv onun əsas milli maraqlarının təhlükə qarşısında olduğunu zənn etdiyi təqdirdə, həmin üzv tərəfindən səsvermə təxirə salına bilər. Əgər sonradan aidiyyəti üzvün Xarici İşlər Nazirliyi və ya hər hansı digər səlahiyyətli dövlət qurumu etirazı yazılı şəkildə təsdiqləyərsə, səs nəzərə alınmayacaqdır.
4. a) BÜŞT-ün Prezidenti komissiyaların və subkomissiyaların prezidentləri iştirak edən və ya təmsil olunan üzvlərin üçdə ikisinin və əlavə olaraq birinin səsi olmaqla mütləq səs çoxluğu əsasında iştirak edən və ya təmsil olunan üzvlərin üçdə ikisinin və əlavə olaraq birinin namizədə səs verməsi şərti ilə seçiləcəkdir. Bu şərtlərə uyğunluq təmin olunmadıqda, ən azı 3 (üç) ay müddətin-də Baş Assambleyanın fövqəladə sessiyası çağırılacaqdır. Hazırkı Prezident komissiyaların və subkomissiyaların prezidentləri və Baş direktor, vəziyyətdən asılı olaraq, aralıq müddətlərdə öz vəzifələrində qalacaqlar.
b) BÜŞT-ün Prezidenti komissiyaların və subkomissiyaların prezidentləri 3 (üç) il müddətinə seçiləcəkdir. Baş direktor 5 (beş) il müddətinə seçiləcəkdir, Baş direktor onun seçilməsi üzrə şərtlər daxilində ikinci beşillik müddətə seçilə bilər. Baş Assambleya Baş direktoru həm əksəriyyətin səs çoxluğu, həm də onun seçilməsində iştirak etmiş üzv dövlətlərin əksəriyyətinin səs çoxluğu ilə kənarlaşdıra bilər.
5. İştirak edən və ya təmsil olunan üzvlərin üçdə ikisinin və əlavə olaraq birinin səsi olmaqla mütləq səs çoxluğu büdcə və ya üzvlərin maliyyə öhdəliklərinə dair səslərə şamil olunacaqdır. Baş Assambleya eyni şərtlər daxilində Baş direktor və BÜŞT-ün Rəhbər Komitəsinin birgə təklifi və İcraiyyə Komitəsinin müsbət rəyi əsasında maliyyə auditorunu təyin edəcəkdir.
6. Rəsmi dillər fransız, ispan və ingilis dilləri olacaqdır. Müvafiq maliyyələşdirmə bu Sazişin 2-ci Əlavəsinə uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bununla yanaşı, Baş Assambleya, zərurət yarandıqda, 5-ci maddənin 3.a. bəndinə uyğun olaraq maliyyələşdirmə şərtlərinə düzəliş edə bilər. Üzvlər arasında ünsiyyəti təkmilləşdirmək məqsədi ilə bir və ya bir neçə üzvün müraciəti əsasında eyni maliyyələşdirmə metodlarına uyğun olaraq digər dillər, əsasən də italyan və xxxxx dilləri əlavə olunacaqdır. Aidiyyəti istifadəçilər onların müraciətindən irəli gələn yeni maliyyə öhdəliklərini əvvəlcədən rəsmən qəbul edəcəklər. Cəmi beş dildən başqa hər hansı yeni müraciət 5-ci maddənin 3.a. bəndində müəyyən olunmuş şərtlərə uyğun olaraq qərar qəbul edəcək Baş Assambleyaya təqdim olunacaqdır. Təşkilatın üzvü olmayan üçüncü tərəflərlə hər hansı mübahisəli hallarda fransız dilinə istinad olunacaqdır.
7. BÜŞT-ün təşkilati orqanları açıq və şəffaf şəkildə fəaliyyət göstərəcəklər.
Fəsil V - BÜŞT-ün maliyyələşdirilməsi
Maddə 6
1. BÜŞT-ün hər bir üzvü hər il Baş Assambleya tərəfindən müəyyən edilən və məbləği bu Sazişin 1-ci və 2-ci əlavələrinin müddəalarının tətbiq edilməsi yolu ilə təyin olunan maliyyə
ödənişi edəcəkdir. Baş Assambleya hər hansı yeni üzvün maliyyə ödənişini bu Sazişin 1-ci və 2- ci əlavələrinin müddəalarına uyğun olaraq müəyyən edəcəkdir.
2. BÜŞT-ün maliyyə vəsaitləri hər bir üzvün və müşahidəçinin illik məcburi maliyyə ödənişindən, eləcə də təşkilatın özünün fəaliyyətindən gələn gəlirdən ibarət olacaqdır. Məcburi ödənişlər BÜŞT-ə müvafiq təqvim ilində ödəniləcəkdir. Bu müddətdən sonra, ödəniş gecikmiş hesab olunacaqdır.
3. BÜŞT-ün maliyyə ehtiyatları, həmçinin onun üzvlərinin könüllü töhfələrindən, ictimai, yarıictimai və ya özəl səciyyəli beynəlxalq və milli təşkilatlardan hər hansı formada ianələrdən, qrantlardan, subsidiyalardan və ya ödənişlərdən ibarət ola bilər. Belə ödənişlər Baş Assambleya tərəfindən 5-ci maddənin 3.a.bəndinə müvafiq olaraq müəyyən ediləcək və daxili qaydalara daxil ediləcək təlimatlara uyğun həyata keçiriləcəkdir.
Maddə 7
1. Üzv tərəfindən iki ödənişin ödənilmədiyi və bu vəziyyət təsdiq olunduğu təqdirdə, onun səsvermə hüquqları, İcraiyyə Komitəsinin növbəti iclasında və Baş Assambleyada iştirakı avtomatik olaraq dayandırılacaqdır. İcraiyyə Komitəsi konkret hallar üzrə, aidiyyəti üzvün öz vəziyyətini nizamlamaq, yaxud da bunu etmək iqtidarında olmadıqda, bu Sazişi pozmuş olması şərtlərini müəyyən edəcəkdir.
2. Üç maliyyə ödənişinin ardıcıl olaraq ödənilmədiyi təqdirdə, Baş direktor aidiyyəti üzv və ya müşahidəçiyə bu vəziyyət barədə məlumat verəcəkdir. Üçüncü ilin 31 dekabr tarixindən sonrakı iki il müddətində vəziyyət nizamlanmadıqda, müvafiq üzv və ya müşahidəçi avtomatik olaraq xaric olunacaqdır.
Fəsil VI - Beynəlxalq hökumətlərarası təşkilatların iştirakı
Maddə 8
Beynəlxalq hökumətlərarası təşkilat BÜŞT-də iştirak edə və ya onun üzvü ola bilər və müəyyən edilmiş şərtlər çərçivəsində İcraiyyə Komitəsinin təklifi əsasında Baş Assambleya tərəfindən konkret hallar üzrə BÜŞT-ün maliyyələşdirilməsinə yardım göstərə bilər.
Fəsil VII - Sazişdə düzəlişlərin edilməsi
Maddə 9
1. Hər bir üzv Baş direktora yazılı bildiriş göndərməklə, bu Sazişə düzəlişlər təklif edir. Baş Direktor bu təklifləri Təşkilatın bütün üzvlərinə bildirəcəkdir. Bildirişin tarixindən sonrakı 6 (altı) ay müddətində üzvlərin yarısı və əlavə olaraq bir üzv bu təklifə müsbət cavab verərsə, Baş direktor onu bu müddətdən sonra keçirilən birinci Baş Assambleyada qəbul olunma üçün təqdim edəcəkdir. Düzəlişlər iştirak edən və ya təmsil olunan üzvlər arasında konsensus yolu ilə qəbul ediləcəkdir. Baş Assambleya qəbul etdikdən sonra düzəlişlər üzvlərin daxili qanunvericiliyində əks edilmiş qəbul, təsdiq və ya ratifikasiya üçün daxili prosedurlardan keçəcəkdir. Düzəlişlər təşkilatın üzvlərinin üçdə ikisini və əlavə olaraq bir üzvü təmsil edən qəbul, təsdiq, ratifikasiya və ya qoşulma sənədinin depozitariyə verilməsindən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.
2. Sazişə yenidən baxılma üzrə müraciəti üzvlərin üçdə ikisi və əlavə olaraq bir üzvün
təsdiq etməsi ilə bu Sazişə yenidən baxıla bilər. Belə xxxx xxxxx Fransa Respublikası Hökuməti 2 (iki) ay müddətində üzvlərin iclasım çağıracaqdır. Proqram və təklif olunan düzəliş Konfransın çağırılmasından ən azı 2 (iki) ay əvvəl üzvlərə təqdim olunacaqdır. Xxxxxxxx öz prosedur qaydaları haqqında qərar verəcəkdir. BÜŞT-ün Baş direktoru Baş katib qismində çıxış edəcəkdir.
3. Düzəliş edilmiş Sazişin qüvvəyə minməsindən əvvəl Təşkilatın Baş Assambleyası hazırkı Sazişdə və 10-cu maddədəki daxili qaydalarla müəyyən edilmiş şərtlər daxilində hazırkı Sazişin qəbul, təsdiq, ratifikasiya olunması və ya ona qoşulma sənədini depozitariyə verməmiş üzvlərin BÜŞT-ün fəaliyyətində Sazişin qüvvəyə minməsindən sonra hansı səviyyədə iştirak edə bilmələrini müəyyən edəcəkdir.
Fəsil VIII - Daxili qaydalar
Maddə 10
Baş Assambleya bu Sazişin həyata keçirilməsi üçün şərtləri müəyyən edən BÜŞT daxili qaydalarını qəbul edəcəkdir. Bu qaydalar qəbul edilənədək BÜŞT-ə Beynəlxalq Üzüm və Şərab Ofisinin qaydaları tətbiq olunacaqdır. Bu qaydalar xüsusilə əvvəlki maddələrdə istinad olunan orqanların buraxılmasını və fəaliyyət qaydalarını, müşahidəçilərin hansı şərtlər daxilində iştirak edə bilmələrini, hazırkı Sazişə təklif olunan qeyd-şərtlərin yoxlanılması şərtlərini, BÜŞT-ün inzibati və maliyyə idarəetməsi üzrə müddəaları müəyyən edəcəkdir. Onlar həmçinin sənədlərin, xüsusilə də maliyyə sənədlərinin qərarların qəbul edilməsindən əvvəl Baş Assambleyanın üzvlərinə və İcraiyyə Komitəsinə ötürülməsi şərtlərini təsvir edəcəkdir.
Fəsil IX - Yekun müddəalar
Maddə 11
BÜŞT hüquqi şəxs statusuna malik olacaqdır və hər bir üzv tərəfindən təşkilata onun fəaliyyətlərinin həyata keçirilməsi üçün zəruri xxxx hüquqi səlahiyyət veriləcəkdir.
Maddə 12
Bu Sazişə təklif olunan qeyd-şərtlər işlənilib hazırlana bilər. Onlar Baş Assambleya tərəfindən 5-ci maddənin 3.a. bəndinə uyğun olaraq qəbul ediləcəkdir.
Maddə 13
Bu Saziş 2001-ci il 31 iyul tarixinədək Beynəlxalq Üzüm və Şərab Ofisinin üzvü xxxx bütün dövlətlər tərəfindən imzalaması üçün açıq olacaqdır. Bu Saziş qəbuletmə, təsdiq, ratifikasiya və ya qoşulma prosedurlarından keçəcəkdir.
Maddə 14
Bu Sazişin 13-cü maddəsində istinad edilməyən istənilən dövlət üzvlük üçün müraciət edə bilər. Üzvlük üzrə müraciət birbaşa olaraq BÜŞT-ə, surəti isə bu Sazişin tərəflərini bu müraciət barədə məlumatlandıracaq Fransa Respublikası Hökumətinə göndəriləcəkdir. BÜŞT üzvlük üzrə müraciətə və qeydə alınmış hər hansı müşahidələrə dair məlumatı öz üzvlərinə çatdıracaqdır. Üzvlər 6 (altı) ay müddətində öz fikirlərini BÜŞT-ə bildirilməlidirlər. Bildirişin göndərildiyi tarixdən sonrakı 6 (altı) aylıq müddətin bitdiyi tarixədək üzvlərdən əksəriyyətinin müraciətə etiraz etmədikləri halda müraciət qəbul ediləcəkdir. Depozitari qurum dövləti onun müraciətin nəticəsi barədə məlumatlandıracaqdır. Müraciət uğurlu olarsa, aidiyyəti dövlət 12 (on iki) ay müddətində özünün qoşulma sənədini depozitariyə verməlidir. 13-cü maddədə istinad edilən bu Sazişi imzalamamış dövlətlər verilmiş zaman həddi çərçivəsində istənilən vaxt ona qoşula bilərlər.
Maddə 15
Qəbuletmə, təsdiqetmə, ratifikasiya və ya qoşulma haqqında sənədlər saxlanılmaq üçün bu sənədlər barədə hazırkı Sazişi imzalamış dövlətləri və ya tərəfləri məlumatlandıracaq Fransa Respublikası Hökumətinə təhvil veriləcəkdir. Qəbuletmə, təsdiqetmə, ratifikasiya və ya qoşulma haqqında sənədlər Fransa Respublikası Hökumətinin arxivlərində saxlanılacaqdır.
Maddə 16
1. Bu Saziş qəbuletmə, təsdiqetmə, ratifikasiya və ya qoşulma haqqında otuz birinci sənədin depozitariyə verilməsindən sonrakı ilin birinci günü qüvvəyə minəcəkdir.
2. Bu Saziş onu qəbul, təsdiq və ya ratifikasiya edən, yaxud da sonradan ona qoşulan hər bir dövlət üçün bu dövlət tərəfindən qəbuletmə, təsdiqetmə, ratifikasiya və ya qoşulma haqqında sənədin depozitariyə verilməsindən sonrakı otuzuncu gün qüvvəyə minəcəkdir.
3. Beynəlxalq Üzüm və Şərab Ofisinin Baş Assambleyası 1924-cü il 29 noyabı tarixli Sazişlə müəyyən edilmiş və ona əlavə edilmiş prosedur qaydaları ilə düzəliş edilmiş şərtlərə uyğun olaraq qəbuletmə, təsdiq, ratifikasiya və ya qoşulma haqqında sənədlərini depozitariyə verməmiş dövlətlərin bu Sazişin qüvvəyə minməsindən sonra BÜŞT-ün fəaliyyətində nə dərəcədə iştirak edə bilmələrini müəyyən edəcəkdir.
Maddə 17
1. Bu Sazişin qüvvəyə minməsindən əvvəl Xxxxxxx bütün tərəfləri ona xitam verilməsi üzrə şərtlərə dair yekdilliklə razılığa gəlməzsə, bu Sazişin qüvvəyə minməsindən sonra düzəlişlər edilmiş 1924-cü il 29 noyabr tarixli Sazişə birinci Baş Assambleyanın yekdil qərarı ilə xitam veriləcəkdir.
2. BÜŞT Beynəlxalq Üzüm və Şərab Ofisini onun bütün hüquq və öhdəliklərinə münasibətdə əvəz edəcəkdir.
Maddə 18
Bu Sazişin hər hansı tərəfi BÜŞT-ün Baş direktoruna və Fransa Respublikası Hökumətinə
6 (altı) ay əvvəldən yazılı bildiriş göndərməklə istənilən zaman onu ləğv edə bilər. Müşahidəçilər BÜŞT-ün Baş direktoruna 6 (altı) ay əvvəldən yazılı bildiriş göndərməklə təşkilatı tərk edə bilərlər.
Maddə 19
Bu Sazişin fransız, ispan və ingilis dillərindəki mətnlərinin bərabər autentik xxxx əsl nüsxələri saxlanılmaq üçün Fransa Respublikası Hökumətinə təhvil veriləcəkdir.
Aşağıda imza edənlər öz hökumətlərinin səlahiyyətli nümayəndələri olmaqla, BÜŞT-ü təsis edən Xxxxxx imzaladılar.
2001-ci il 3 aprel tarixində Paris şəhərində imzalanmışdır.
Bu Sazişin 4-cü və 6-cı maddələrinə istinad edilən ƏLAVƏ 1
Hər bir üzv dövlətin üzüm və şərab sektorunda vəziyyətinin təyin edilməsi metodları
1. Hər bir üzv dövlətin üzüm və şərab sektorunda nisbi vəziyyətinin müəyyən edilməsi üzrə obyektiv meyarlar:
a) iki son hədd göstəricisini çıxmaqla (P), son beş il müddətində şərabların, xüsusi şərabların, horranın, üzüm və şərab spirtinin stasistik məlumatlarla təsdiqlənən xxxx istehsalı (şərab ekvivalenti ilə ifadə olunmuş);
b) son beşillik müddətdə statistik məlumatlarla təsdiqlənən üzümlüklərin ümumi sahəsi
(S);
c) son 3 (üç) il müddətində üzüm və üzüm ekvivalentinin statistik məlumatlarla
təsdiqlənən xxxx istehlakı (C) = (P) istehsal - E (ixrac) + İ (idxal)
2. Hər bir üzv dövlət üçün əmsalın müəyyən edilməsi düsturu:
X% = (0,60 | P (üzv dövlət) | +0,20 | S(üzv dövlət) | + 0,20 | C (üzv dövlət) | ) 100 |
P (cəmi BÜŞT) | S (cəmi BÜŞT) | C (cəmi BÜŞT) |
3. Hər bir üzv dövlətin əmsalı
a) yeni üzvün qoşulmasından sonrakı büdcə ilinin əvvəlində;
b) mövcud ən son statistika əsasında üç ildən bir yenilənəcəkdir.
4. Yeni üzvlər:
Gələcək illərdə BÜŞT-ə qoşulacaq yeni üzvlər 2-ci Əlavədə təsbit edilmiş şərtlərlə öz iştiraklarını dillər üzrə xüsusi maliyyələşdirməyə əlavə etməklə, hazırkı Əlavədə müəyyən olunmuş düstura uyğun olaraq hesablanmış məcburi maliyyə vəsaiti ödəməlidirlər.
Bu Sazişin 4-cü, 5-ci və 6-cı maddələrində istinad edilən ƏLAVƏ 2
Üzv dövlətlərin səs hüquqlarının, məcburi maliyyə ödənişlərinin müəyyən edilməsi metodları və dilin maliyyələşdirilməsi metodları
1. Əsas səslər:
Hər bir üzv dövlət iki əsas səsə malikdir.
2. Əlavə səslər:
Əlavə səslərin ümumi sayı əsas səslərin ümumi sayının yarısına bərabərdir. Bu saya qədər əlavə səslər əsas səslərə əlavə olaraq müvafiq qaydada müəyyən üzv dövlətlərə onların üzüm və
şərab sektorunda nisbi vəziyyətinə uyğun olaraq 1-ci Əlavədə verilmiş düstura görə bölüşdürülür.
3. Xxxx səslər:
Hər bir üzv dövlətin xxxx səslərinin sayı əsas səslərin və əgər varsa, əlavə səslərin cəminə bərabərdir.
4. Məcburi ödənişlərin bölüşdürülməsi;
Üzvlər üçün məcburi ödənişlərin ümumi məbləği Baş Assambleyanın qəbul etdiyi büdcə əsasında hesablanır.
Məcburi ödənişlərin ümumi məbləğinin üçdə biri əsas səslər arasında bərabər bölünür.
Məcburi ödənişlərin ümumi məbləğinin ikidə biri əlavə səslərə mütənasib qaydada bölünür. Keçmiş və hazırkı Saziş arasında keçidi asanlaşdırmaq məqsədi ilə hər bir üzv dövlətin iki əsas səsinə uyğun gələn maliyyə ödənişi birinci büdcə ilində hazırkı Sazişin qüvvəyə minməsindən əvvəl "Ödəniş xxxxxx"ndən az ola bilməz. Zərurət yaranarsa, əlavə səslər üzrə maliyyə
ödənişlərinin məbləği qəbul edilmiş büdcədə təsbit edilmiş məcburi ödənişlərin ümumi məbləğinə çatmaq üçün nizamlanır.
5. Dillərin maliyyələşdirilməsi:
Dillərin maliyyələşdirilməsi BÜŞT-ün ümumi büdcəsində tam və üzvlərdən və istifadəçi müşahidəçilərdən ibarət xxxx hər bir dil qrupunun xüsusi ödənişi olmadan nəzərə alınır. Dillərin həyata keçirilməsi üzrə təfsilatlı tədbirlər daxili qaydalarda müvafiq müddəalar vasitəsilə müəyyən ediləcəkdir.
Cənubi Afrika Respublikası Hökuməti adından
Əlcəzair Demokratik və Xalq Respublikası Hökuməti adından Xxxxxxx XXXXXXX, səfir
Almaniya Federativ Respublikası Hökuməti adından Xxxxxx XXXXXXXXXXX, səlahiyyətli nazir
Argentina Respublikası Hökuməti adından
X. Xxxx LLONE, səfir
Avstraliya Hökuməti adından X.X.XXXXX, səfir
Avstriya Respublikası Hökuməti adından Xxxxx XXXXX, səfir
Belçika Krallığı Hökuməti adından
Boliviya Respublikası Hökuməti adından Xxxxx XXXXXX, səfir
Braziliya Federativ Respublikası adından Xxxxxx Xx XXXXXXXX, səfir
Bolqarıstan Respublikası Hökuməti adından Çili Respublikası Hökuməti adından
Morcelo ŞİLLİNQ, səfir
Kipr Respublikası Hökuməti adından Xxxxxxx XXXXXXXXXXXXX, səfir
Danimarka Krallığı Hökuməti adından X.X.XXXXX, səfir
İspaniya Krallığı Hökuməti adından Xxxxxxxxx Xxxxxx XXXXXXX, səfir
Finlandiya Respublikası Hökuməti adından
Xxxx XXXXXX, kənd təsərrüfatı məsələləri üzrə xxxxxxx
Fransa Respublikası Hökuməti adından Xxx XXXXXXX, kənd təsərrüfatı xxxxxx
Gürcüstan Respublikası Hökuməti adından Gürcüstanın Fransadakı səfiri
Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Hökuməti adından səfir
Yunanıstan Respublikası Hökuməti adından Yunanıstanın Fransadakı səfiri
Macarıstan Respublikası Hökuməti adından Piukoviç PAL, müvəqqəti işlər vəkili
İsrail Dövləti Hökuməti adından X.xxx XXXXXXX, səfir
İtaliya Respublikası Hökuməti adından Xxxxxxxx xx XXXXXXX, səfir
Livan Respublikası Hökuməti adından Xxxxx XXXX, səfir
Lükscmburq Hersoqluğu Hökuməti adından Xxx Xxxx XXXXX, səfir
Mərakeş Krallığı Hökuməti adından
Meksika Birləşmiş Krallığı Hökuməti adından Xxxxxx XXXXXX, səfir
Moldova Respublikası Hökuməti adından Xxxxx XXXXX, səfir
Norveç Krallığı Hökuməti adından Xxxx XXX, nazirin müşaviri
Yeni Zelandiya Hökuməti adından nazirin müşaviri
Niderland Krallığı Hökuməti adından X.XXXXXX, səlahiyyətli nazir
Peru Respublikası Hökuməti adından
Portuqaliya Respublikası Hökuməti adından Xxxxxxx XXXXXXXXXX, səfir
Rumıniya Respublikası Hökuməti adından Comel ALEKSE, müvəqqəti işlər vəkili
Rusiya Federasiyası Hökuməti adından
Slovak Respublikası Hökuməti adından Xxxxxxxx XXXXXX, səfir
Sloveniya Respublikası Hökuməti adından
İsveç Krallığı Hökuməti adından Xxxxx XXXXXX, səfir
İsveçrə Konfederasiyası Hökuməti adından Xxxxxxxx Xx XXXXXX, səfir
Çex Respublikası Hökuməti adından Xxxxxxx PRİVRATSKİ, səfir
Tunis Respublikası Hökuməti adından Tarek Le TAİEF, müvəqqəti işlər vəkili
Türkiyə Respublikası Hökuməti adından Sonmez KÖKSAL, səfir
Ukrayna Hökuməti adından
Şərqi Uruqvay Respublikası Hökuməti adından Xxxxxx Xxxxx XXXXXX, səfir
Təsdiqlənmiş surət Fransa Respublikası Xarici İşlər Nazirliyinin arxivlərində saxlanılan fransız, ispan və ingilis dillərindəki əsl nüsxəyə uyğundur.
Paris, 2001-ci il 21 sentyabr
Fransa Respublikasının Xarici İşlər Nazirliyinin arxivlərinin rəisi Xxxx XXX X'XXXXXX
"Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında Saziş"ə dair Azərbaycan Respublikasının
BƏYANATLARI
1. Azərbaycan Respublikası bəyan edir ki, Sazişin müddəaları Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdır.
2. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Sazişin müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).*
* Bax: "Azərbaycan Respublikasının Qanunvericilik Toplusa", 2013-cü il, № 2, səh. 256.