Ümumi anlayışlar
Ümumi anlayışlar
Həyatın yaşam sığortası qaydaları (bundan sonra – Qaydalar) “Meqa Həyat Sığorta” ASC-nin həyata keçirdiyi sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölümü, və yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası könüllü sığorta növü üzrə qayda və şərtləri müəyyən edir.
Əgər Qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs “Meqa Həyat Sığorta” ASC;
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs;
Sığorta riski – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan, sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Bədbəxt hadisə – kənar və qısa müddətli fiziki təsirlə əlaqədar xxxx və sığorta olunanın sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə;
Öncədən mövcud xxxx vəziyyət/xəstəlik – sığorta müqaviləsi bağlandığı anda artıq diaqnozu qoyulmuş yaxud əlamətləri ilə özünü bildirən, sığortalı/sığorta olunanın əvvəlcədən xəbərdar olduğu və ya xəbərdar olmalı olduğu səhhətin pisləşməsi, zədə, travma, patologiya, xroniki və ya kəskin xəstəlik, psixi və ya nevroloji pozğunluq və digər vəziyyətlər və ya xəstəliklər;
Qaytarılan məbləğ – müqavilənin vaxtından əvvəl xitam olunduğu halda sığortalıya və ya sığorta olunana ödənilməli xxxx pul məbləği;
Riskli məbləğ – sığorta məbləği ilə müqavilənin qüvvədə olduğu hər hansı günədək yaradılmış sığorta haqlarının riyazi sığorta ehtiyatının sığorta məbləği arasındakı fərq;
Riyazi sığorta ehtiyatı – hesabat tarixinə qədər baş verməmiş, xxxxx sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətində gələcəkdə baş verməsi mümkün ola bilən sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi;
İllik gəlirlilik norması – yaşam sığortası sinfi üzrə sığorta haqlarının hesablanması məqsədi ilə sığorta müddətinin hər bir sığorta ili üçün illik faiz dərəcəsi;
Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;
Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli xxxx, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;
1. Sığorta sinfi
1.1. Bu Qaydalara əsasən təqdim olunan sığorta təminatı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası sinfinə aiddir.
2. Sığorta obyekti
2.1. Bu Qaydalara əsasən sığorta obyekti sığortalının və ya sığorta olunanın həyatı ilə bağlı əmlak mənafeləridir.
3. Sığorta predmeti
3.1. Bu Qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.
4. Sığorta haqqı və sığorta məbləği
4.1. Sığorta haqqının miqdarı sığorta müqaviləsində razılaşdırılır.
4.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
4.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 4.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
4.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
4.5. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin Qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
4.6. Sığorta məbləği sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
4.7. Sığorta müqaviləsində nəzərdə tutulan hallarda, sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödənilmiş məbləğ həcmində azalır. Sığorta məbləğinin azaldılması sığorta hadisəsi baş verdiyi tarixdən tətbiq olunur.
4.8. Tərəflərin razlığı ilə sığortalı əlavə sığorta haqqı müqabilində ilkin sığorta məbləğini bərpa edə bilər.
5. Sığorta riskləri
5.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsi üzrə sığortaçı sığortalıya, Qaydaların istisnalar bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla aşağıdakı risklərdən sığorta təminatı verir:
5.1.1. sığorta təminatının qüvvədə olduğu müddət ərzində sığorta olunanın ölümü;
5.1.2. sığorta olunanın sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşaması.
6. İstisnalar
6.1. Əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, bu Qaydalara əsasən bağlanmış sığorta müqavilələrində təminat verilmiş hadisələr aşağıdakılar nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir:
6.1.1. Sığorta olunanın üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində özünü öldürmək həddinə çatdırılması və ya intihara məcbur edilmə halları istisna olmaqla, sığorta olunanın sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 (iki) il ərzində intiharı;
6.1.2. sığorta olunanın (qanunvericiliklə müəyyən edilmiş qaydada öz xidməti vəzifəsini icra etdiyi hallar istisna olmaqla) hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, terror aktlarında, hərbi çevrilişlərdə, kütləvi iğtişaşlarda, hakimiyyətin zorla ələ keçirilməsində iştirak etməsi, həmçinin sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplanışlarda, təlimlərdə, rəsmi elan edilmiş yaxud edilməmiş müharibədə iştirak etməsi və s. bu xxxx xxxxxx;
6.1.3. sığorta olunanın ionlaşdırılmış radiasiyaya yaxud radioaktiv şüalanmaya, zəhərlənməyə, elan edilmiş epidemiyalara məruz qalması;
6.1.4. sığorta olunanın alkoqol sərxoşluğu vəziyyətində olması və ya narkotik və ya toksik maddələri qəbul etməsi;
6.1.5. sığоrta olunanın anlaqsız vəziyyətdə olması, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini dərk etməməsi və ya onu idarə edə bilməməsi;
6.1.6. sığorta olunanın sertifikatlaşdırılmış aviaekipaj tərəfindən və xüsusi qaydada aparılan aviauçuşda sərnişin qismində iştirak etməsi istisna olmaqla, hər hansı avia uçuşlarda iştirak etməsi, yaxud sığorta olunanın özünün idarə etdiyi uçuş aparatının qəzaya uğraması;
6.1.7. sığorta olunanın nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi;
6.1.8. sığorta olunanın təhlükəli iş və ya təhlükəli idman növləri (avto-moto idman, paraşütlə tullanma, əlbəyaxa döyüş, alpinizm, dağ və su turizmi, sualtı üzgüçülük, dalğıclıq, atçılıq və s.) ilə məşğul olması;
6.1.9. insan həyatını xilas еtmək məqsədi ilə еdildiyi hallar istisna оlmaqla, Sığorta olunanın bilərəkdən özünü təhlükə altına atması, qəsdən özünə xəsarət yetirməsi, öz səhhətinə ziyan vurması;
6.1.10. sığorta olunanın tibbi məsləhətə riayət etməməsi və bilərəkdən tibbi yardım üçün müraciət etməməsi;
6.1.11. sığorta olunanın həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan şəxs tərəfindən yazılmış tibbi müayinələrdən keçməsi, müalicə edilməsi və ya belə şəxslər tərəfindən təyin edilmiş dərmanların qəbulu;
6.1.12. hauptvaxt, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və ya həbsxanalarda ölüm;
6.1.13. həkim təyinatı olmadan və ya həkimin təyinatı olsa belə, qəbuletmə qaydalarının pozulması ilə sığorta olunanın psixotrop maddələri və dərmanları qəbul etməsi;
6.1.14. qazanılmış immunçatışmazlığı sindromu (QİÇS), immunçatışmazlığı virusu (İÇV), yaxud digər oxşar xəstəliklər və belə xəstəliklər ilə əlaqədar meydana gələn bütün vəziyyətlər;
6.1.15. həkim nəzarəti olmadan doğuş və doğuşun ağırlaşması halları, həkim təyinatı və nəzarəti olmadan hamiləliyin süni surətdə pozulması və ya digər cərrahi müdaxilələr.
7. Sığorta müqaviləsi
7.1. Bu Qaydalar əsasında bağlanılan həyat sığortası müqaviləsinə görə sığortaçı müqavilə ilə razılaşdırılmış və sığortalının ödədiyi sığorta haqqı müqabilində sığortalının özünün və ya müqavilədə sığorta olunan qismində göstərilən başqa şəxsin müqavilədə göstərilmiş sığorta riskləri üzrə sığorta hadisəsinin baş verdiyi təqdirdə müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini birdəfəlik sığorta ödənişi və ya vaxtaşırı ödənişlər şəklində faydalanan şəxsə ödəməyi öhdəsinə götürür.
7.2. Sığorta müqaviləsi, sığortalı fiziki şəxs olduğu halda onun sığortalanma haqqında ərizəsi, hüquqi şəxs olduğu halda isə sığortaçı tərəfindən müəyyən edilən sığorta olunanların siyahısı və sorğu forması əsasında bağlanılır. Tərəflərin qarşılıqlı razlığı ilə sığorta müqaviləsi şifahi sorğu əsasında bağlana bilər.
7.3. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:
7.3.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
7.3.2. sığortalının bu Qaydalarla xxxxx olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
7.4. Bu Qaydaların 7.3.2-ci bəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
7.5. Bu Qaydaların 7.3-cü bəndində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron imza vasitəsilə, həmçinin tərəflərin imza və/və ya möhürünün skan və ya digər vasitə ilə surətinin çıxarılması yolu ilə də bağlana bilər.
7.6. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir:
7.6.1.Sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;
7.6.2.Sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.
7.7. Müqavilə bağlanarkən sığortaçı öz tələblərinə uyğun olaraq müqavilə üzrə sığortalanacaq şəxsin səhhətinin sığortaçının hesabına tibbi müayinəsini tələb etmək hüququna malikdir.
Tibbi müayinədən keçməkdən imtina edildiyi halda sığortaçı müqaviləni bağlamaqdan imtina edə bilər.
7.8. Sığortaçı sığorta şəhadətnaməsini sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verməlidir.
7.9. Müqavilədə bir neçə şəxsin sığorta haqqının ödənilməsində payçı kimi iştirakı nəzərdə tutula bilər. Bu halda həmin şəxslər birgə sığortalı kimi çıxış edirlər.
7.10. Sığorta müqaviləsinə onun qüvvədə olduğu müddətdə qanunvericiliyə və bu Qaydaların şərtlərinə uyğun əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər sığorta müqaviləsinin tərkib hissəsini təşkil edir.
7.11. Fiziki şəxs sığortalının öldüyü və ya hüquqi şəxs sığortalının ləğv edildiyi halda, sığorta olunan mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə tərəfi qismində sığortalını əvəz edə bilər və sığortalının bu Qaydalarda nəzərdə tutulmuş hüquq və vəzifələrini yerinə yetirir.
8. Sığorta müddəti və sığorta ərazisi
8.1. Sığorta müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.
8.2. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
8.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət tətbiq edilmir.
9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri
9.1. Sığortalı və sığorta olunanın hüquqları:
9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
9.1.2. sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortaçıdan onun dublikatını almaq;
9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;
9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
9.1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
9.2. Sığortalı və sığorta olunanın vəzifələri:
9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;
9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
9.2.3. sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
9.2.4. bu Qaydaların 9.2.3-cü bəndinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək;
9.2.5. sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;
9.2.6. sığorta hadisəsi baş vedikdə bu barədə xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə
barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermək. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirilə bilər;
9.2.7. sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi ilə əlaqəsi xxxx məlumatı sərbəst əldə etmək imkanı yaratmaq;
9.2.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan və bu Qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirmək.
9.3. Sığortaçının hüquqları:
9.3.1. sığortalının və sığorta olunanın verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
9.3.2. sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədi ilə öz hesabına onun müayinə olunmasını tələb etmək;
9.3.3. sığortalı sığorta müqaviləsinin bağlanması zamanı qəsdən özünün məlumat vermək vəzifəsini icra etmədikdə müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçənədək sığortaçı müqavilə üzrə vəzifələrinin icrasından imtina etmək və sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
9.3.4. Sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
9.3.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qaydalardan irəli gələn digər hüquqlardan istifadə etmək.
9.4. Sığortaçının vəzifələri:
9.4.1. bu Qaydalar əsasında sığorta müqaviləsi bağlanarkən sığortalını bu Qaydalar ilə xxxxx etmək;
9.4.2. sığorta müqaviləsi bağlanarkən sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqini vermək;
9.4.3. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;
9.4.4. sığorta hadisəsi baş verdikdə bu Qaydaların 13.2-13.3-cü bəndlərində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermək, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək;
9.4.5. sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx şəxs səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmaq;
9.4.6. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta sirri hesab edilən məlumatların məxfiliyini təmin etmək;
9.4.7. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
9.4.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirmək.
10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
10.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
10.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxsin fəaliyyəti dayandırıldıqda və ya ləğv olunduqda:
10.1.2.1. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə həmin şəxsin yazılı razılığı ilə keçir;
10.1.2.2. sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri hüquqi varisinə keçir.
10.1.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
10.1.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
10.1.5. sığorta marağı artıq mövcud olmadıqda;
10.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.1.7. sığortalı və ya Sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
10.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə fiziki şəxs xxxx sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
11.1. Bu Qaydaların 10.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Qaydaların 11.2-ci bəndi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
11.2. Sığorta müqaviləsinə bu Qaydaların 10.1.7-ci bəndinə uyğun olaraq sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
12.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını bütünlüklə Sığortalıya qaytarır.
12.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu halda Sığortaçı sığorta müqaviləsi üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
12.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
13.1. Müqavilə bağlanarkən razılaşdırılan sığorta məbləğinin ödənişi Sığortaçı tərəfindən faydalanan şəxsə yalnız sığorta haqqının müqavilə ilə müəyyən edilmiş miqdarda və qaydada ödənilmiş olması şərtilə verilir.
13.2. Sığorta ödənişi aşağıdakı sənədlər təqdim edildiyi halda həyata keçirilir:
a) sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya xxxxxxxxxx şəxsin Sığortaçıya ünvanladığı sığorta tələbi;
b) sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
c) sığorta şəhadətnaməsi (sığortalanma haqqında ərizəsi və əlavələri ilə);
d) sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədin surəti;
e) xxxxxxxxxx şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin sürəti;
f) sığorta olunan vəfat etdikdə, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
g) faydalanan şəxs müəyyən edilməmişdirsə, vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti.
13.3. Sığortaçı baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktını müəyyən etmək üçün zəruri xxxx aşağıdakı sənədləri də əsaslandırılmış şəkildə tələb edə bilər:
a) sığorta olunan vəfat edibsə ölümün səbəbi haqqında tibbi arayış;
b) epikriz, xəstəlik tarixçəsindən çıxarış;
c) ambulator kartdan çıxarış;
d) əmək müqaviləsi.
13.4. Əgər faydalanan şəxs sığorta olunanın ölümü halında müqaviləyə uyğun olaraq ona ödənilməli xxxx sığorta təminatını almadan ölərsə, sığorta ödənişi həmin faydalanan şəxsin vərəsələrinə verilir.
13.5. Ödəniş qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş etibarnamə əsasında sığorta olunanın (faydalanan şəxsin) nümayəndəsinə verilə bilər.
13.6. Sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verdikdə bu Qaydaların 13.2-13.3-cü bəndlərində nəzərdə tutulmuş müvafiq sənədlərin sonuncusu Sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq Sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə yazılı şəkildə imtina haqqında əsaslandırılmış bildiriş təqdim edir.
13.7. Xxxxxxxxxx şəxs 18 yaşına çatmamışdırsa, ona verilməli xxxx sığorta ödənişi onun qanuni nümayəndəsinin yazılı razılığı ilə müəyyən edilmiş xxxxxx faydalanan şəxsin adına açılmış hesaba qoyulur.
14. Ödənişdən imtinаnın əsasları
14.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
14.1.1. bu Qaydaların 9.2.6-cı bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
14.1.2. baş vermiş hadisənin qanunvericiliyə, bu Qaydalara və ya sığorta müqaviləsinə əsasən sığorta hadisəsi hesab edilməməsi;
14.1.3. sığortalının, faydalanan şəxsin, sığorta olunanın, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq
hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
14.1.4. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
14.1.5. sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması (bu zaman Sığortaçı məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən Sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda Sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz);
14.1.6. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulmuş halda isə Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməmiş olması;
14.1.7. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
14.1.8. sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edilmiş sığortalının, sığorta olunanın sığortalanma haqqında ərizədə verilmiş suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi, o şərtlə ki, sığorta müqaviləsi bağlandığı tarixdən 5 il keçməmişdir.
15. Tərəflərin məsuliyyəti
15.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
16. Mübahisələrin həlli qaydası
16.1 Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.
16.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.
16.3. Sığorta müqaviləsi üzrə hüquqlarının Sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs müvafiq sığorta nəzarəti orqanına şikayət ərizəsi ilə müraciət edə bilər.
17. Əlavə şərtlər
17.1. Bu Qaydalarda nəzərdə tutulan istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırmaqla sığorta təminatına daxil edilə bilər.
18. Kreditlərin verilməsi
18.1. Sığortaçı sığorta olunana qanunvericiliklə nəzərdə tutulmuş qaydada borc verə bilər.
18.2. Bu bənddə nəzərdə tutulmuş borcun verilməsi AR Mülki Məcəlləsi və müvafiq sığorta nəzarəti orqanının təyin etdiyi qaydalara əsasən həyata keçirilir.
19. Yekun müddəalar
19.1. Tərəflər müqavilənin icra edilməsi və ya xitamı ilə bağlı bütün xəbərdarlıq və məlumatları sığorta müqaviləsində qeyd olunan ünvanlara və ya əlaqə vasitələrinə (poçt ünvanı, müqavilədə nəzərdə tutulmuş hallarda elektron ünvan və ya digər əlaqə vasitələri) göndərirlər. Ünvanlar və ya əlaqə vasitələri dəyişdiyi halda, bir tərəf o biri tərəfi qabaqcadan bu haqda yazılı şəkildə məlumatlandırmalıdır. Əgər bir tərəf o biri tərəfi ünvanlar və ya əlaqə vasitələrinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmayıbsa, köhnə ünvan və ya əlaqə vasitələrinə göndərilən xəbərdarlıq və məlumatlar çatdırılmış kimi qəbul olunur.
Həyatın yaşam sığortası qaydalarına Əlavə№1
Sığorta tarifləri və onların iqtisadi əsaslandırılması
1. Həyatın yaşam sığortası üzrə sığorta haqlarının hesablanmasında istifadə olunan kəmiyyətlər aşağıdakı düsturlarla hesablanır:
x yaşlı şəxsin n il müddətində yaşam riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən xxxx dəyəri aşağıdakı düstura əsasən hesablanır:
nEx =(npx)(1+i)−n = vn npx
n px x yaşlı şəxsin n il yaşaması ehtimalı, i isə illik faiz dərəcəsidir. Burada
v isə diskontlaşdırma vuruğudur və aşağıdakı düsturla hesablanır: v=(1 + 𝑖)−1
nEx-in komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
nEx = 𝐷𝑥+𝑛
𝐷𝑋
x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən xxxx dəyəri aşağıdakı düstura əsasən hesablanır:
𝐴1 ̅ = ∑𝑛−1 𝑡𝑝𝑥 𝑞𝑥+𝑡𝜐𝑡+1
𝑥:𝑛 𝑡=0
Burada qx x yaşlı şəxsin qarşıdakı il ərzində ölməsi ehtimalıdır və onun qiymətləri Əlavə 2-də qeyd edilmişdir.
Bu kəmiyyətin komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
𝐴1 ̅ = ∑𝑛−1 𝐶𝑥+𝑡 = 𝑀𝑥−𝑀𝑥+𝑛
𝑥:𝑛
𝑡=0
𝐷𝑥
𝐷𝑥
Ölümün yalnız diskret zamanın sonunda baş verməməsini nəzərə alaraq, x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən xxxx dəyəri aşağıdakı düsturla hesablanır:
𝐴1
̅ = 𝔦
𝐴1 ̅
𝑥:𝑛 𝛿 𝑥:𝑛
Burada 𝛿 illik faiz dərəcəsinin intensivliyidir və aşağıdakı kimi hesablanır:
𝛿= ln(1+ i)
x yaşlı şəxsə n il müddətində hər bir sığorta ilinin əvvəlində ödənilən vahid məbləğlərin gözlənilən xxxx dəyəri aşağıdakı düsturla hesablanır:
𝑡=1
𝑡=1 𝑡
𝑎𝑥̈ = 1+∑∞ 𝜈𝑡 𝑡𝑝𝑥 = 1 + ∑∞ 𝐸𝑥
Bu kəmiyyətin komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
𝑎 𝑁𝑥−𝑁𝑥+𝑛
𝑥:𝑛̅ =
𝐷𝑥
Müddəti n il xxxx annuitet sığortası üzrə x yaşlı şəxsə hər bir sığorta ili ərzində m dəfə (ilin 1/m hissələrinin əvvəlində 1/m məbləğində) ödənilən məbləğlərin gözlənilən xxxx dəyəri aşağıdakı düsturla hesablanır:
𝑎̈(𝑚)=𝑎̈𝑥:𝑛̅ - (𝑚−1) (1-𝑛𝐸𝑥)
𝑥:𝑛̅
2𝑚
Həyatın yaşam sığortası üzrə sığorta məbləği məlum olduqda, n illik sığorta təminatı üçün k (k≤n) il müddətində hər bir sığorta ili ərzində m dəfə bərabər məbləğdə ödənilən sığorta haqqı aşağıdakı düsturla hesablanır:
𝑃 (1+𝜌1)×𝑆×𝐴̅1 ̅+(1+𝜌2)×𝑆×𝑛𝐸𝑥+𝛼×𝑆+𝛾×𝑆×𝑎̈𝑥:𝑛̅
𝑚 =
𝑥:𝑛
𝑚×(1−𝛽)×𝑎
(𝑚)
𝑥:𝑘̅
2. Xüsusi hallarda həyatın yaşam sığortası sinfi üzrə müqavilədə ölüm və yaşam təminatı üzrə sığorta məbləğləri fərqlidirsə bu halda 20.2-ci bənddə qeyd edilən düstur aşağıdakı şəklə düşür :
𝑃 (1+𝜌1)×𝑆1×𝐴̅1 ̅+(1+𝜌2)×𝑆2×𝑛𝐸𝑥+𝛼×𝑆1+𝛾×𝑆1×𝑎̈𝑥:𝑛̅
𝑚 =
𝑥:𝑛
𝑚×(1−𝛽)×𝑎̈ (𝑚)
̅
𝑥:𝑘
S1 -ölüm təminatı üzrə sığorta məbləğidir. S2 - yaşam təminatı üzrə sığorta məbləğidir.
S - S1 və S2 sığorta məbləğlərindən ən böyük olanıdır.
Ölüm və yaşam təminatı üzrə sığorta məbləğləri arasında aşağıdakı münasibət doğrudur: S1≥S2
Sığorta haqqı məlum olduqda sığorta məbləği aşağıdakı kimi hesablanır:
𝑚×(1−𝛽)×𝑎̈ (𝑚)×𝑃𝑚
S= 𝑥:𝑘̅
𝑥:𝑛
(1+𝜌1)×𝐴̅1 ̅+(1+𝜌2)×𝑛𝐸𝑥+𝛼+𝛾×𝑎̈𝑥:𝑛̅
Xüsusi halda həyatın yaşam sığortası üzrə ölüm və yaşam təminatları üzrə sığorta məbləğləri fərqlənirsə bu halda sığorta məbləği hər iki təminat üzrə ayrı-ayrılıqda aşağıdakı şəkildə hesablanır :
𝑚×(1−𝛽)×𝑎̈ (𝑚)×𝑃𝑚
𝑆1
= 𝑥:𝑘̅
𝑥:𝑛
(1+𝜌1)×𝐴̅1 ̅+𝛼+𝛾×𝑎̈𝑥:𝑛̅
𝑚×(1−𝛽)×𝑎̈ (𝑚)×𝑃𝑚
𝑆2=
𝑥:𝑘̅ z
(1+𝜌2)×𝑛𝐸𝑥
Ölüm təminatı üzrə sığorta məbləği yaşam təminatı üzrə sığorta məbləğinə bərabər və ya ondan böyük olduğundan düsturda istifadə edilmiş xərc əmsalları ölüm təminatı üzrə sığorta məbləğinə təsir edir və bu təsir düsturda öz əksini tapmışdır.
3. Həyatın yaşam sığortası üzrə sığorta təminatının t-ci ilinin sonuna uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) müvafiq olaraq aşağıdakı düsturlarla hesablanır:
(1 + 𝜌1) × 𝑆 × 𝐴1 ̅̅̅̅̅̅ + (1 + 𝜌2) × 𝑆 × 𝑛−𝑡𝐸𝑥+𝑡 + 𝛾 × 𝑆 × 𝑎𝑥̈ +𝑡:𝑛̅̅−̅̅̅𝑡̅ − 𝑚 × 𝑃𝑚 × (1 − 𝛽) × 𝑎̈(𝑚) ̅̅̅̅̅̅, 𝑡 < 𝑘
𝑡𝑉𝑥 = {
𝑥+𝑡:𝑛−𝑡
(1 + 𝜌1) × 𝑆 × 𝐴1
𝑥+𝑡:̅𝑛̅̅−̅̅𝑡̅ + (1 + 𝜌2) × 𝑆 × 𝑛−𝑡𝐸𝑥+𝑡 + 𝛾 × 𝑆 × 𝑎̈𝑥+𝑡:𝑛̅̅̅−̅̅𝑡̅, 𝑡 ≥ 𝑘
𝑥+𝑡:𝑘−𝑡
Sığorta illərinin arasında xxxx xxxxx kəsikləri üçün isə riyazi ehtiyat xətti interpolyasiya metodu ilə qiymətləndirilir:
𝑡+𝑠𝑉𝑥 = (1 − 𝑠) × 𝑡𝑉𝑥 + s× 𝑡+1𝑉𝑥
Burada, 0 < s < 1.
4. Həyatın yaşam sığortası və annuitet sığortası üzrə sığorta təminatının t-ci ilinin sonunda
sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərsə, qaytarılan məbləğ 𝑡𝑆𝑉𝑥 aşağıdakı düstürla hesablanır:
𝑡𝑆𝑉𝑥= 𝑡𝑉𝑥 – (S-𝑡𝑉𝑥)× 2%
Qaytarılan məbləğ 𝑡𝑆𝑉𝑥 sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərkən Sığortaçının
Sığortalıya ödəməli olduğu pul məbləğidir. Qaytarılan məbləğ Aktuar hesablamaların aparılmasına dair təlimata əsasən hesablanır və riyazi sığorta ehtiyatından sığorta məbləği ilə riyazi sığorta ehtiyatı arasındakı fərqin 2%-ni çıxdıqda alınan məbləğə bərabərdir. Bu zaman xitam xxxxx xxxx riyazi sığorta ehtiyatı əsas götürülür
5. Həyat yaşam sığortası üzrə yuxarıdakı bəndlərdə göstərilən düsturlarda iştirak edən α, β, γ, 𝜌1 və
𝜌2 əmsalları aşağıdakı mənalara malikdir:
α - sığorta müqaviləsi bağlanarkən çəkilən xərcləri (sığorta vasitəçilərinə hesablanmış komisyon muzdlar çıxılmaqla) ifadə edən və faizlə ifadə olunan əmsaldır;
β - sığorta haqlarının ödənilməsi dövrü ərzində onlarla bağlı çəkilən xərcləri ifadə edən və faizlə ifadə olunan əmsaldır;
γ - sığorta müaviləsinin qüvvədə olduğu müddət ərzində çəkilən illik inzibati xərcləri ifadə edən və faizlə ifadə olunan əmsaldır;
𝜌1 - ölüm hadisəsi ilə bağlı zərərlərin tənzimlənməsi xərclərini ifadə edən və faizlə ifadə olunan əmsaldır;
𝜌2- yaşam hadisəsi ilə bağlı zərərlərin tənzimlənməsi xərclərini ifadə edən və faizlə ifadə olunan əmsaldır.
Bu əmsalların qiymətləri Əlavə 3-də göstərilmişdir.
Həyatın yaşam sığortası qaydalarına Əlavə№2
Hazırkı Xxxxx Xxxxxxx yaşam sığortası qaydalarının ayrılmaz tərkib hissəsini təşkil edir.
Ölüm Cədvəli
x | 𝒍𝒙 | 𝒅𝒙 | 𝒒𝒙 | x | 𝒍𝒙 | 𝒅𝒙 | 𝒒𝒙 | x | 𝒍𝒙 | 𝒅𝒙 | 𝒒𝒙 |
0 | 1000 000 | 12 887 | 0,0129 | 36 | 958 740 | 1 859 | 0,0019 | 72 | 533 874 | 32 267 | 0,0604 |
1 | 987 113 | 1 906 | 0,0019 | 37 | 956 881 | 2 010 | 0,0021 | 73 | 501 607 | 33 200 | 0,0662 |
2 | 985 207 | 1 068 | 0,0011 | 38 | 954 871 | 2 276 | 0,0024 | 74 | 468 407 | 33 449 | 0,0714 |
3 | 984 139 | 701 | 0,0007 | 39 | 952 595 | 2 300 | 0,0024 | 75 | 434 958 | 34 489 | 0,0793 |
4 | 983 438 | 536 | 0,0005 | 40 | 950 294 | 2 547 | 0,0027 | 76 | 400 470 | 34 058 | 0,0850 |
5 | 982 902 | 487 | 0,0005 | 41 | 947 747 | 2 797 | 0,0030 | 77 | 366 412 | 33 118 | 0,0904 |
6 | 982 415 | 464 | 0,0005 | 42 | 944 950 | 3 016 | 0,0032 | 78 | 333 294 | 32 793 | 0,0984 |
7 | 981 951 | 429 | 0,0004 | 43 | 941 934 | 3 317 | 0,0035 | 79 | 300 501 | 31 694 | 0,1055 |
8 | 981 522 | 411 | 0,0004 | 44 | 938 616 | 3 561 | 0,0038 | 80 | 268 807 | 30 578 | 0,1138 |
9 | 981 111 | 403 | 0,0004 | 45 | 935 055 | 3 986 | 0,0043 | 81 | 238 229 | 27 247 | 0,1144 |
10 | 980 708 | 392 | 0,0004 | 46 | 931 069 | 4 296 | 0,0046 | 82 | 210 982 | 25 502 | 0,1209 |
11 | 980 316 | 375 | 0,0004 | 47 | 926 773 | 4 863 | 0,0052 | 83 | 185 480 | 24 176 | 0,1303 |
12 | 979 941 | 342 | 0,0003 | 48 | 921 910 | 5 371 | 0,0058 | 84 | 161 305 | 22 252 | 0,1380 |
13 | 979 599 | 343 | 0,0004 | 49 | 916 539 | 5 882 | 0,0064 | 85 | 139 052 | 19 549 | 0,1406 |
14 | 979 256 | 376 | 0,0004 | 50 | 910 658 | 6 653 | 0,0073 | 86 | 119 503 | 17 698 | 0,1481 |
15 | 978 880 | 429 | 0,0004 | 51 | 904 005 | 7 364 | 0,0081 | 87 | 101 806 | 16 015 | 0,1573 |
16 | 978 451 | 458 | 0,0005 | 52 | 896 642 | 7 851 | 0,0088 | 88 | 85 791 | 14 980 | 0,1746 |
17 | 977 993 | 500 | 0,0005 | 53 | 888 791 | 8 765 | 0,0099 | 89 | 70 811 | 13 613 | 0,1922 |
18 | 977 493 | 570 | 0,0006 | 54 | 880 026 | 9 798 | 0,0111 | 90 | 57 197 | 12 118 | 0,2119 |
19 | 976 923 | 600 | 0,0006 | 55 | 870 227 | 10 833 | 0,0124 | 91 | 45 079 | 10 535 | 0,2337 |
20 | 976 323 | 645 | 0,0007 | 56 | 859 394 | 11 283 | 0,0131 | 92 | 34 545 | 8 912 | 0,2580 |
21 | 975 678 | 666 | 0,0007 | 57 | 848 111 | 12 201 | 0,0144 | 93 | 25 633 | 7 308 | 0,2851 |
22 | 975 012 | 721 | 0,0007 | 58 | 835 910 | 13 131 | 0,0157 | 94 | 18 325 | 5 778 | 0,3153 |
23 | 974 291 | 757 | 0,0008 | 59 | 822 779 | 14 520 | 0,0176 | 95 | 12 547 | 4 154 | 0,3310 |
24 | 973 534 | 841 | 0,0009 | 60 | 808 260 | 15 427 | 0,0191 | 96 | 8 394 | 2 917 | 0,3476 |
25 | 972 693 | 856 | 0,0009 | 61 | 792 832 | 15 995 | 0,0202 | 97 | 5 476 | 1 999 | 0,3650 |
26 | 971 837 | 934 | 0,0010 | 62 | 776 837 | 17 634 | 0,0227 | 98 | 3 478 | 1 333 | 0,3832 |
27 | 970 903 | 979 | 0,0010 | 63 | 759 203 | 18 567 | 0,0245 | 99 | 2 145 | 863 | 0,4025 |
28 | 969 924 | 1 063 | 0,0011 | 64 | 740 636 | 20 359 | 0,0275 | 100 | 1 282 | 542 | 0,4225 |
29 | 968 861 | 1 131 | 0,0012 | 65 | 720 277 | 21 959 | 0,0305 | 101 | 740 | 328 | 0,4431 |
30 | 967 730 | 1 234 | 0,0013 | 66 | 698 318 | 23 457 | 0,0336 | 102 | 412 | 192 | 0,4647 |
31 | 966 496 | 1 271 | 0,0013 | 67 | 674 861 | 25 019 | 0,0371 | 103 | 221 | 108 | 0,4909 |
32 | 965 225 | 1 535 | 0,0016 | 68 | 649 842 | 26 318 | 0,0405 | 104 | 112 | 58 | 0,5179 |
33 | 963 690 | 1 578 | 0,0016 | 69 | 623 524 | 28 418 | 0,0456 | 105 | 54 | 54 | 1,0000 |
34 | 962 111 | 1 613 | 0,0017 | 70 | 595 107 | 29 665 | 0,0498 | ||||
35 | 960 499 | 1 759 | 0,0018 | 71 | 565 441 | 31 568 | 0,0558 |
Həyatın yaşam sığortası qaydalarına Əlavə№3
Hazırkı Xxxxx Xxxxxxx yaşam sığortası qaydalarının ayrılmaz tərkib hissəsini təşkil edir.
İllik faiz dərəcəsi və xərc əmsalları üzrə Əlavə şərtlər
A. Sığorta müqaviləsində göstərilən bütün valyutaların AZN olduğu hal:
Həyatın yaşam sığortası sinfi üzrə sığorta haqlarının hesablanması məqsədi ilə sığorta müddətinin hər bir sığorta ili üçün illik faiz dərəcəsinin maksimum həddi sığorta müqavilələrinin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı olaraq aşağıdakı kimi müəyyən edilmişdir:
Sığorta müddətinin illəri | Sığorta müddətinin hər bir sığorta ili üçün maksimum illik faiz dərəcəsi |
1-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0,75% |
2-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0,50% |
3-cü | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0,25% |
4-cü | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0% |
5-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 0,25% |
6-cı | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 0,75% |
7-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 1,25% |
8-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 1,75% |
9-cu | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 2,25% |
>=10-cu | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 2,75% |
B. Sığorta müqaviləsində göstərilən bütün valyutaların AZN olmadığı hal:
Bu halda, sığorta müqaviləsində göstərilən bütün valyutalar həmin müqavilənin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq, AZN-lə ifadə olunmalı və A bəndində göstərildiyi kimi hesablamalar aparılmalıdır.
C. Xərc əmsallarının qiymətləri
Xərc əmsallarının qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir:
α | 0,50% |
β | 0,30% |
γ | 0,25% |
𝝆𝟏 | 3,00% |
𝝆𝟐 | 1,50% |