Contract
ALQI-SATQI MÜQAVİLƏSİ № |
Bakı şəhəri _ -ci il |
Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən, _ şəxsində təmsil olunan “ ” MMC/ASC/QSC (bundan sonra “Alıcı” adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs (VÖEN: , ŞV SERİYA № , FİN: ) (bundan sonra “Satıcı” adlanacaq), aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra “Müqavilə” adlanacaq) bağladılar. Alıcı və Satıcı sonradan ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaqlar. |
1. MÜQAVİLƏNİN PREDMETİ Bu Müqaviləyə əsasən, Satıcı razılaşdırılmış xxxxxxx (bundan sonra “Mallar”) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Xxxxxxx qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) Satıcıya ödəməyi öz öhdəsinə götürür. 2. MALLARIN ÇATDIRILMASI VƏ ÖDƏNIŞ ŞƏRTLƏRI 2.1. Bu Müqaviləyə əsasən Xxxxxx və onların qiyməti Satıcı tərəfindən göndərilən elektron qaimələr əsasında təsdiq edilir. 2.2. Alıcının sifariş etdiyi Malların dəyəri Xxxxxx Xxxxx tərəfindən təhvil alındıqdan sonra _ gün ərzində Satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. |
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 3.1. Alıcının hüquqları: 3.1.1. Bu Müqavilədə müəyyən olunmuş müddətdə və qaydada Malların mülkiyyətinə verilməsini Satıcıdan tələb etmək; 3.1.2. Malların çeşidi bu Müqaviləyə və ya qarşılıqlı razılaşmaya uyğun gəlmədikdə həmin Xxxxxxx Satıcıya ödəniş etmədən qaytarmaq və ya Malların dəyərinin mütənasib surətdə azaldılmasını Satıcıdan tələb etmək. 3.2. Alıcının vəzifələri: 3.2.1. Bu Müqavilənin şərtlərinə uyğun Xxxxxxx elektron-qaimə əsasında Satıcıdan qəbul etmək; 3.2.2. Malların dəyərini Satıcıya Müqavilə şərtlərinə uyğun ödəmək. 3.3. Satıcının hüquqları: 3.3.1. Bu Müqavilə üzrə alınması nəzərdə tutulan Malların razılaşdırılmış qiymətinin Alıcı tərəfindən Müqavilə və onun ayrılmaz tərkib hissələrində göstərilmiş vaxtda və məbləğdə ödənilməsini tələb etmək; 3.3.2. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar. 3.4. Satıcının vəzifələri: 3.4.1. Bu Müqaviləyə uyğun olaraq, Xxxxxxx Xxxxxxx vaxtında təhvil vermək; 3.4.2. Alıcıya Malların keyfiyyəti barəsində müvafiq məcburi tələblərə uyğun gələn Mallar vermək. 4. XÜSUSI ŞƏRTLƏR 4.1. Satıcı Malların keyfiyyətinə təchizat tarixindən etibarən istehsalçının müəyyən etdiyi müddətə zəmanət verir. 4.2.Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində tərtib və icra olunur. Tərəflər mübahisə doğuran bütün məsələləri qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Danışıqlar yolu ilə həllini tapmayan mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir. 4.3.Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Tərəflərin Müqavilə üzrə öhdəliklərinin icrası müddəti qarşısıalınmaz qüvvənin davam etdiyi müddətə uyğun uzadılır. 4.4.Bu Müqaviləyə əlavə və dəyişikliklər Müqavilənin ayrılmaz hissəsi hesab edilməklə tərəflərin qarşılıqlı razılığı ilə yazılı şəkildə edilir. 4.5.Bu Müqavilə iki eyni qüvvəyə xxxxx xxxx nüsxədə, Azərbaycan dilində tərtib olunmaqla üzərindəki ilk tarixdən hüquqi qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır. Əgər Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış heç bir Tərəf digər Tərəfə Müqaviləyə xitam verilməsinə dair yazılı bildiriş verməzsə, Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. 4.6. Tərəflər bir birinə 30 (otuz) gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə vaxtından əvvəl xitam verə bilər. 4.7. Müqavilənin müddətinin bitməsi və ya Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilə qüvvədə xxxx vaxt yaranmış öhdəliklərindən və qarşılıqlı hesablaşmalardan azad etmir. 4.8. Müqavilə imzalandıqdan sonra Müqavilənin mövzusuna aid xxxx Tərəflər arasında əvvəl aparılan danışıqlar, tərtib olunmuş sənədlər, yazışmalar və razılaşmalar öz qüvvəsini itirmiş hesab edilir. 5. TƏRƏFLƏRİN ÜNVANLARI VƏ REKVİZİTLƏRİ: |
,
5.1. Satıcı:
OĞLU/QIZI (XXXX:
ŞV SERİYA
5.2. “Alıcı”
“ ” MMC/ASC/QSC
№
VÖEN:
_
_
H/h: Bank:
FİN: _)
VÖEN:
_
,
H/h:
_
Bank:
Bankın VÖEN-i:
Bankın VÖEN-i: M/h:
Kod: SWIFT:
M/h: Kod: SWIFT:
Vəzifə:
Ad/Soyad: _
Fiziki şəxs