AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” 2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2010-cu il
№ 1023-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti, iki dövlət arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə gələcəkdə də töhfə verməyi arzu edərək, diplomatik pasportlara malik şəxslərinin Azərbaycan Respublikasına və Estoniya Respublikasına gediş-gəlişini asanlaşdırmaq niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Etibarlı diplomatik pasportlara malik Azərbaycan Respublikası vətəndaşları Estoniya Respublikasının ərazisinə vizasız daxil ola, oranı tərk edə, oradan tranzit keçə və daxil olduqları gündən etibarən altı ay ərzində doxsan günədək orada qala bilərlər.
2. Etibarlı diplomatik pasportlara malik Estoniya Respublikası vətəndaşları Azərbaycan Respublikasının ərazisinə vizasız daxil ola, oranı tərk edə, oradan tranzit keçə və daxil olduqları gündən etibarən altı ay ərzində doxsan günədək orada qala bilərlər.
Maddə 2
Bu Sazişdə müəyyən olunmuş viza tələbinin ləğv edilməsi 1-ci maddədə göstərilən belə pasportlara malik şəxsləri müvafiq Tərəflərin dövlətlərinin ərazilərinə daxilolma, orada qalma və oranı tərketmə ilə əlaqədar qüvvədə xxxx qanun və qaydalara riayət etməkdən azad etmir.
Maddə 3
Bu Saziş hər bir Tərəfin səlahiyyətli orqanının, arzuolunmaz hesab edilən şəxslərin Tərəflərin dövlətlərinin ərazilərinə daxil olmasına və orada qalmasına etiraz etmək hüququna toxunmur.
Maddə 4
1. Tərəflər milli təhlükəsizlik məqsədləri, ictimai asayiş və ya əhalinin Sağlamlığının qorunması üçün bu Sazişin tətbiqini tamamilə və ya qismən dayandıra bilərlər.
2. Belə tədbirlərin həyata keçirilməsi və ləğv edilməsi barədə qərar diplomatik kanallar vasitəsilə digər Tərəfə dərhal bildirilməlidir. Həmin qərar bildiriş alındıqdan iki gün sonra qüvvəyə minəcəkdir.
Maddə 5
1. Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz gün əvvəl bu Sazişdə qeyd olunan pasportların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.
2. Tərəflərdən hər xxxxx xxxx yeni pasport çap etdikdə və ya artıq mübadilə edilmiş pasportlara düzəliş etdikdə, yeni pasportların və ya düzəlişlərin qüvvəyə minməsindən ən azı otuz gün əvvəl həmin yeni sənədin nümunəsi əlavə edilərək, bu düzəlişlər barədə diplomatik kanallar vasitəsilə məlumat verilməlidir.
Maddə 6
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflər bu Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə bir-birilərinə yazılı şəkildə bildiriş göndərirlər. Bu Saziş sonuncu bildirişin alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minəcəkdir.
2. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə yazılı şəkildə dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq, ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və Sazişin qüvvəyəminmə qaydasına uyğun olaraq qüvvəyə minəcəkdir.
3. Tərəflərdən
hər xxxxx xxxx diplomatik kanallarla əvvəlcədən
bildiriş
göndərməklə bu Sazişi ləğv edə bilər. Saziş
belə bildirişin alındığı tarixindən
sonra doxsan gün
qüvvədə olacaqdır.
Tallin şəhərində 2010-cu il 7 aprel tarixində, hər biri Azərbaycan, eston və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
Estoniya Respublikası |
Hökuməti adından |
Hökuməti adından |
(imza) |
(imza) |