SU NƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTA QAYDALARI
SU NƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTA QAYDALARI
(DƏNİZ VƏ GÖLDƏ HƏRƏKƏT EDƏN GƏMİ VƏ YA DİGƏR SU NƏQLİYYAT VASİTƏLƏRİ ÜÇÜN)
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu gəmi və ya digər su nəqliyyatı vasitələri, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklardır.
1.2. Bu sığorta Qaydaları ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir.
1.3. Bu maddədə istifadə olunan dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termini müxtəlif xxx və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri də dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termininin əhatə dairəsinə daxil edilə bilər.
1.4. Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dənizə, göl və ya çay nəqliyyat vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
1.5. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə su nəqliyyatı vasitələrinin sığortası sinifinə aid edilir.
2. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏR (İSTİSNALAR)
2.1. Müharibə və ya müharibə əməliyyatları, manevrlər və digər hərbi tədbirlər;
2.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;
2.3. Sığorta şəhadətnaməsində göstərilən su nəqliyyat vasitəsinə, su nəqliyyat vasitəsində daşınan xxxxxxx (sərnişinlərin əl yükləri və bu kimi əşyalara təminat verilir) və ya su nəqliyyat vasitəsinə qoşularaq çəkilən şeylərə itki və ya ziyan dəyməsi ilə əlaqədar irəli sürülən tələblər;
2.4. Oğurlanmış və ya qaçırılmış su nəqliyyat vasitəsi ilə vurulan itki və ziyanlar və nəqliyyat vasitəsinin oğurlandığını və ya qaçırıldığını bilərək ona minən sərnişinlərə dəyən itki və ziyanla əlaqədar irəli sürülən tələblər;
2.5. Su nəqliyyat vasitəsinin qorunması, təmir edilməsi, texniki vəziyyətinin yoxlanılması, alıq-satqısı, müəyyən dəyişiklik edilməsi və digər bu kimi məqsədlərlə əlaqədar yerlərə qoyulmasından sonra meydana çıxan itki və ziyanla bağlı irəli sürülən tələblər;
2.6. Partlayıcı və ya tezalovlanan maddələrin (ehtiyat benzin istisna olmaqla) daşınmasına görə dəyən itki və ziyanla bağlı irəli sürülən tələblər;
2.7. Mənəvi ödəniş tələbləri;
2.7. Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi;
2.8. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə.
3. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN
QÜVVƏYƏ MİNMƏSİ
3.1. Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
3.2. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
3.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
3.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
3.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa,
sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi qüvvəsini itirir.
3.6. Sığorta müqaviləsi bağlanarkən tərəflər qanunvericilikdə və bu Qaydalarda müəyyən edilmiş hallarda əlavə şərtlər barədə razılığa gələ bilərlər.
4. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirməlidir.
Sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması hallarında:
4.1. Sığortalının bu hərəkəti qəsdən etdiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay müddətində sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə ödəniş verməz. Belə xxxx xxxxx sığortaçı ödənilmiş sığorta haqqını qaytarmaya bilər;
4.2. Sığortalının bu hərəkəti qəsdən etmədiyi müəyyən olunarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay müddətində sığorta şəhadətnaməsini ləğv edə bilər və ya sığorta şəhadətnaməsinin şərtlərini dəyişdirmək, və yaxud əlavə sığorta haqqı almaqla sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
Əgər sığortalı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsinə və ya əlavə sığorta haqqının ödənilməsinə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Sığortalı 15 gün müddətində əlavə sığorta haqqını ödəməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə onun bu haqqında sığortalıya sifarişli məktubla məlumat göndərdiyi tarixdən etibarən 5 iş günündən sonra saat 24:00-da qüvvəyə minir.
4.3. Vaxtında istifadə olunmayan ləğvetmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşür.
4.4. Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda, əgər sığorta hadisəsi sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl və ya sığortaçının sığorta şəhadətnaməsinin ləğv olunmasını tələb edə biləcəyi müddət ərzində, və yaxud şəhadətnamə ləğv edilmiş hesab olunana qədər keçən müddət ərzində baş verərsə, sığortaçı, ödənişi ödənilən sığorta haqqı ilə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbət həcmində azalda bilər.
5. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
5.1. Sığorta şəhadətnaməsi imzalandıqdan sonra sığortalının bildirildiyi hallarda dəyişiklik baş verərsə, o riskə təsir edə bilən və ona məlum xxxx bütün dəyişikliklər haqqında sığortaçıya ən gec 5 gün ərzində məlumat verməlidir.
5.2. Sığortaçı dəyişikliyi öyrəndiyi tarixdən etibarən 5 gün ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər, şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı tələb etməklə sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
5.3. Sığortalı, 5 gün ərzində tələb edilən əlavə sığorta haqqını ödəməyəcəyini bildirdiyi təqdirdə sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən edilən ləğv etmə onun bu haqqında məlumatı sifarişli məktubla sığortalıya göndərdiyi tarixdən etibarən 5 iş günündən sonra saat 24:00-da qüvvəyə minir.
5.4. Sığorta şəhadətnaməsinin ləğv edilmiş hesab olunmasına qədər keçən müddətin sığorta haqqı, sığorta şəhadətnaməsinin sığortaçı tərəfindən ləğv olunarkən gün hesabına görə, sığortalı tərəfindən ləğv edilməsi zamanı qısa müddətli sığorta kimi hesablanır və artığı xxxx qaytarılır.
5.5. Vaxtında istifadə olunmayan ləğvetmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşər.
5.6. Sığorta riskinin başvermə ehtimalını artıran dəyişiklikləri sığortalı göstərilən müddət ərzində qəsdən bildirməmişdirsə, bu dəyişiklik baş verən andan sonra dəyən itki və ziyanlara görə sığortaçı məsuliyyət daşımır.
5.7. Dəyişiklik xxxxxx başvermə ehtimalını azaldarsa və daha az sığorta haqqının alınmasını tələb edərsə, bu dəyişikliyin ortaya çıxdığı tarixdən sığorta şəhadətnaməsinin sona çatma tarixinə qədər xxxx müddət üçün sığorta haqqı gün hesabına görə hesablanır və fərq sığortalıya qaytarılır.
6. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
6.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
6.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta
haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
6.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. 6.1Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
6.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.5 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 6.3-cü və 6.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
6.6 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
7. DƏRƏCƏ (SİNİFLƏŞDİRMƏ) SƏNƏDİ
Başqa bir şərt nəzərdə tutulmazsa, sığorta olunacaq gəmi və digər su nəqliyyat vasitələri növlərə ayırma (sinifləşdirmə) təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmalı və bu sənədlərin etibarlılıq müddəti sığorta müddətindən artıq olmalıdır. Növlərə ayırma təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmayan gəmi və digər su nəqliyyat vasitələrinin sığorta olunması üçün, onların mövcud qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olaraq istehsal edilmələri məcburi xarakter daşıyır.
8. SIĞORTA DƏYƏRİ
Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, gəmi və digər dəniz və göldə hərəkət edən su nəqliyyat vasitələrinin sığorta dəyəri, onların, hadisə baş verdiyi andakı dəyərinə bərabərdir. Başqa bir şərt nəzərdə tutulmazsa, yanacaq, ərzaq ehtiyatı və ləvazimatlar, gəmi işçilərinə ödənilən əmək haqları və sığorta haqqı bu dəyərə daxil deyildir.
9. ƏMLAKIN DƏYƏRİNDƏN ARTIQ VƏ ƏKSİK XXXX SIĞORTA
Sığorta məbləği sığorta dəyərindən xxx xxx bilməz. Belə xxxx xxxxx artıq xxxx hissə etibarsız sayılır.
Sığorta məbləğinin sığorta dəyərindən az olduğu hallarda sığorta ödənişi, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
10. SIĞORTA TƏMİNATIN QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ
VAXTLARI
Sığorta, əgər sığorta şəhadətnaməsində başqa şərt nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilən başlanma və sona çatma tarixlərində saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx. Hər iki halda gəmi və digər su nəqliyyat vasitəsinin olduğu ərazinin yerli vaxtı əsas götürülür.
ZƏRƏR VƏ ÖDƏNİŞ
11. SIĞORTA HADİSƏ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN HÜQUQ VƏ
VƏZİFƏLƏRİ
11.1. Hadisə baş verən zaman tərəflərin bütün hüquqlarının qorunması şərti ilə, sığortalı, hər cür mühafizə tədbirlərinin görülməsinə və ya görülməsini tələb etməyə, bunları nəzarətə götürməyə və qorumağa, bu işlərə müdaxilə etməyə və yaxud icrasına başlamağa borcludur, sığortaçının isə bütün bunları etmək səlahiyyəti vardır. Sığortaçının bu səlahiyyətdən istifadə etməsi, onun ödəniş öhdəliyini qəbul etməsi xxxx xxxx düşülməməlidir.
11.2. Sığortalı bu sahədə sığortaçı ilə səmərəli əməkdaşlıq etməyə, bu tədbirlərin həyata keçirilməsinə kömək göstərməyə, əldə edilən bütün sənəd və məlumatları sığortaçıya verməyə borcludur.
Bundan başqa, sığortalı zərərin ödənilməsi üçün sığortaçı tərəfindən üçüncü şəxslərə qarşı iddia qaldırması, mülki məsuliyyət sığortasının ödənilməsi hüququndan istifadə edilməsi üçün bütün zəruri tədbirlərin və lazımi əməliyyatların vaxtında həyata keçirilməsi sahəsində sığortaçı ilə qeyri-şərtsiz əməkdaşlıq etməyə borcludur.
11.3. Sığortalı bu bənddə göstərilən vəzifələri yerinə yetirməzsə və bunun nəticəsində zərərin məbləği artarsa, həmin xxxxx məbləğ sığortaçının verəcəyi ödənişindən çıxılır.
12. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERİLMƏSİ VƏ HADİSƏ İLƏ ƏLAQƏDAR TƏLƏB OLUNAN SƏNƏDLƏR
12.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi dərhal sığortaçıya məlumat verməyə borcludur.
12.2. Sığorta müqaviləsindən irəli gələn sığorta ödənişinin verilməsi üçün sığortalı hesablanmış zərər ödənişini göstərən zərərin siyahısını və digər aşağıdakı sənədləri təqdim etməlidir:
Dəniz raportu;
Qəza ilə əlaqədar göyərtə və gəmi jurnallarının təsdiqli nüsxələri; Gəminin dənizə çıxması üçün əlverişli şəraitin olması haqqında sənəd; Qəza ilə əlaqədar növlərə ayırma təşkilatının məlumatı;
Etibarlılıq müddəti başa çatmamış növ (dərəcə) sənədi; növ sənədi olmayan gəmi və digər su nəqliyyatı vasitələri üçün isə, onların 2-ci maddədə göstərilən xüsusiyyətlərə uyğun olması haqqında sənəd;
Ekspert və ya dispaşa arayışı;
Gəminin işçi heyəti komplektləşdirildiyi zaman maksimum təhlükəsizlik sənədi; Gəminin işçi heyətinin siyahısı;
Zərərlə əlaqədar proform faktura, qəbz və digər bu kimi sənədlər; Hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər.
13. ÖDƏNİŞİN VERİLMƏSİ
Sığortalı tərəfindən bu Qaydaların 12.2 maddəsində göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
14. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
14.1 Sığortalının hüquqları:
14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
14.2 Sığortalının vəzifələri:
14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının
müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
14.3 Sığortaçının hüquqları:
14.3.1Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
14.3.2Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
14.3.3Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
14.3.4Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
14.3.5Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
14.4 Sığortaçının vəzifələri:
14.4.1Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
14.4.2Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
14.4.3Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək.
Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq
DİGƏR MÜDDƏALAR
15. HÜQUQUN VERİLMƏSİ
Sığortaçı, verilmiş ödəniş məbləği həcmində, sığortalının üçüncü şəxslərə qarşı xxxx ödəniş tələbi hüququna sahib olur. Sığortlalı, sığortaçının tələbinə əsasən bu barədə dispaşada, sığorta ödənişi qəbzində və yaxud əlaqədar başqa bir sənəddə müvafiq qeyd etməlidir.
16. XOŞ MƏRAMLILIQ ÖHDƏLİYİ
16.1. Tərəflər sığorta müqaviləsinin imzalandığı və hüquqi qüvvədə olduğu müddət ərzində xoş məramlı və səmimi olmağa borcludurlar.
16.2. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, müqavilənin şərtlərinə təsir edə biləcək və onların bildikləri bütün məlumatları, sığorta müqaviləsi imzalanmamışdan əvvəl sığortaçıya bildirməyə borcludurlar. Bu şərtə əməl edilməməyi xoş məramlılıq prinsipinin pozulması kimi qəbul olunur. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, özlərinin normal fəaliyyətləri əsasında bilməli olduqları bütün məlumatları
bilmiş hesab olunurlar. Müqavilənin imzalanıb imzalanmamağı və ya şərtlərin dəqiqləşdirilməsi qəbul ediləcək qərara təsir edən bütün amillər, xxxxxx qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdıqlarına görə müqavilənin əsasını təşkil edən amillərdən hesab edilir və bu hallar Azərbaycan Respublikası Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimlənir.
17. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
17.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
17.2. Sığorta haqqı (birinci hissə) ən gec sığorta şəhadətnaməsi təqdim olunan vaxt (hissə-hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissəsi isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində) nağd olaraq ödənilməlidir.
17.3. Sığortalı, sığorta haqqı borcunu vaxtında ödəmədikdə, sığorta haqqının ödənilməsi təxirə salınmış və ya ödənilmə vaxtları və məbləğləri sığorta şəhadətnaməsində göstərilən hissələrdən hansısa birini vaxtında ödənməmiş olarsa, şərti olaraq cərimələnmiş hesab edilir. Sığortalı sığorta haqqı borcunu cərimələndiyi vaxtdan sonrakı 15 gün ərzində də ödəməsə, sığorta təminatı həmin tarixdən sonrakı 15 gün müddətinə dayandırılır. Sığorta haqqı borcu göstərilən bu müddət ərzində də ödənilməzsə, müqavilə, heç bir xəbərdarlıq edilmədən ləğv olunmuş hesab edilir.
17.4. Bu sığorta şəhadətnaməsi ilə əlaqədar sığorta haqqı məbləğinin xxxx qaytarılması əlavə edilmiş xüsusi şərtlərə uyğun olaraq həyata keçirilir.
18. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
18.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə, sifarişli məktub vasitəsilə bildirilir.
18.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvanına eyni formada çatdırılır.
18.3. Tərəflərə, imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar, yaxud teleqraf, teleks və ya faksla bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
19. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI
Sığortaçı və ya onun səlahiyyətli nümayəndələri, bu müqavilənin bağlanması ilə əlaqədar sığortalıya aid öyrənəcəkləri bütün kommersiya və iş sirlərinin gizli saxlanmamağı nəticəsində sığortalıya dəyəcək zərərə görə məsuliyyət daşıyırlar.
20. SƏLAHİYYƏTLİ MƏHKƏMƏ
Sığorta müqaviləsi ilə əlaqədar fikir ayrılıqları üzrə irəli sürülən bütün iddialar, sığortaçının və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentin yerləşdiyi ərazidə və ya hadisə Azərbaycan su sərhədləri daxilində baş verdiyi təqdirdə hadisənin baş verdiyi ərazidə bu işə səlahiyyəti xxxx yerli məhkəmələr tərəfindən, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq həll edilir.
21. MÜDDƏT
Sığorta müqaviləsi ilə əlaqədar bütün tələblərə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində baxılır.
22. XÜSUSİ ŞƏRTLƏR
Tərəflərin qarşılıqlı razılığına əsasən bu əsas şərtlərlə ziddiyyət təşkil etməməyi şərti ilə xüsusi şərtlər əlavə qəbul oluna bilər və bu xüsusi şərtlər hüquqi baxımdan əsas şərtlərdən üstün hesab edilir.
Su nəqliyyat vasitələri sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələrinin əsaslandırılması "Qeyri-həyat sığortası sahəsi üzrə sığorta tariflərinin hesablanması haqqında" Metodikadan istifadə edilməklə aparılır. Tarif dərəcəsini hesablayarkən əvvəlcə netto-dərəcəni hesablayırlar. Netto- dərəcənin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
l)Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;
2)Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) - 8000000 manat; 3)Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) - 100000 manat; 4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) -100.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə=100qSö/So = 0,02.100.100000/8000000 = 0,25 manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 " 1/2
Tr=l,2Tə.a.((l-q)/(nq)) = 0,25.1,2.2.((l-0,02)/(0,02.100)) =
= 0,42 manat.
Tn = Tə + Tr = 0,25 + 0,42 = 0,67 manat.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%,yüklənmə-30%.O cümlədən işlərin apanlması xərcləri-28%,qarşısıalnma tədbirləri fonduna ayırma-1 %,tarif mənfəəti-1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn /(1-f) = 0,67/(1-0,3) = 0,96 manat.
Reysə görə zədələnmə, reysə görə məhv olma və sığortanın hansı variantlarda apanlmasmdan asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artmcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,5%-5% aralığında dəyişir.