Dövlət müəssisələrinin “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında İllik xüsusi hesabat forması”nın və “Daşınmaz dövlət əmlakının Qeydiyyat vərəqəsi”nin təqdim olunmasının elektron xidmətilə bağlı MÜQAVİLƏ №...
Dövlət müəssisələrinin “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında İllik xüsusi hesabat forması”nın və “Daşınmaz dövlət əmlakının Qeydiyyat vərəqəsi”nin təqdim olunmasının elektron xidmətilə bağlı
MÜQAVİLƏ № _______
Bakı şəhəri “___” ________ 20__- il
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab X.Xxxxxxxx, bir tərəfdən və _________________________________________________________________-nin
(müəssisənin tabe olduğu baş idarənin adı)
______________________________________________________________________
(müəssisənin adı)
(bundan sonra müəssisə) digər tərəfdən bu müqaviləni bağladılar.
1. Müqavilənin predmeti
1.1. Müqavilənin predmetini “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”na və “Daşınmaz dövlət əmlakının Qeydiyyat vərəqəsi”nə dair (bundan sonra Hesabatlar) məlumatların müəssisə tərəfindən elektron şəkildə internet üzərindən müvafiq informasiya sisteminə (bundan sonra Sistem) daxil edilməsi, Sistem tərəfindən onların qəbulu və bu barədə müəssisəyə elektron şəkildə bildirişin verilməsidir:
1.2. Tərəflər Sistemə daxil edilmiş məlumatları (bundan sonra elektron məlumat) kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqa malik olduğunu qəbul edir;
1.3. Müəssisənin registr kodu və şifrədən istifadə edilməklə Sistemə daxil edilmiş məlumatlar rəsmi hesab edilir.
2. Tərəflərin hüquqları
2.1. Müəssisənin hüquqları:
2.1.1. Müəssisənin özünə məxsus xxxx elektron məlumatlara baxmaq;
2.1.2. Elektron məlumat mübadiləsi ilə əlaqədar mübahisəli məsələlər meydana çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə Xidmətə və ya məhkəməyə müraciət etmək;
2.1.3. Müqavilədən müvafiq Ərizə verməklə imtina etmək;
2.1.4. Müqavilənin qüvvədə olduğu müddətdə Hesabatları kağız formatda təqdim etmək.
2.2. Xidmətin hüquqları:
2.2.1. Müqavilənin qüvvədə olduğu müddətdə müəssisə tərəfindən göndərilmiş eyni hesabat ili üzrə Hesabatın yalnız bir formatda (elektron və yaxud kağız formatda) qəbul etmək. Bu şərt pozulduqda hesabat ilində daha gec təqdim edilmiş Hesabatların qəbul edilməsindən imtina etmək;
2.2.2. Müəyyən olunmuş elektron formata uyğun gəlməyən məlumatlardan imtina etmək;
2.2.3. Müəssisə elektron məlumat mübadiləsi üçün nəzərdə tutulmuş texniki qaydalara və normalara əməl etmədikdə hesabat ilinin başa çatmasına azı 1 ay qalmış xəbərdarlıq edilməklə Müqavilədən birtərəfli qaydada imtina etmək.
3. Tərəflərin vəzifələri
3.1. Müəssisənin vəzifələri:
3.1.1. Hesabatları qanunvericilikdə müəyyən olunmuş müddətdə Sistemə daxil etmək;
3.1.2. Elektron məlumat mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin etmək;
3.1.3. Sistem tərəfindən qəbul edilməmiş və səhv aşkar edilmiş Hesabata dair məlumatları yenidən hazırlayıb Sistemə daxil etmək;
3.1.4. Elektron sənəd mübadiləsi üçün istifadə olunan kodu və şifrəni məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod və şifrə unudulduqda və ya kod və şifrədən başqaları tərəfindən istifadə olunduğunun bilindiyi andan 3 gün müddətində Xidmətə yazılı məlumat vermək;
3.1.5. Elektron məlumat mübadiləsindən imtina edildikdə Xidmətə Ərizə vermək.
3.2. Xidmətin vəzifələri:
3.2.1. Müəssisə tərəfindən ərizəsinin qəbulundan sonra 2 gün müddətinə elektron məlumat mübadiləsi üçün ona zəruri kod və şifrəni təqdim etmək;
3.2.2. Müəssisənin müəyyən edilmiş formatda təqdim etdiyi elektron məlumatı qəbul etmək və bu barədə müəssisəni məlumatlandırmaq;
3.2.3. Elektron şəkildə qəbul edilmiş Hesabatın ilkin yoxlanılmasını təmin etmək;
3.2.4. Müəssisənin özünə aid xxxx məlumatlara baxış imkanını yaratmaq.
4. Tərəflərin məsuliyyəti
4.1. Tərəflər müqavilədə nəzərdə tutulmuş vəzifələri qismən və ya tam yerinə yetirmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır.
5. Mübahisələr
5.1. Müqavilənin şərtlərinin yerinə yetirilməsi prosesində mübahisələrin və münaqişələrin yarandığı halda tərəflər onların tənzimlənməsi üçün qarşılıqlı şəkildə bütün zəruri tədbirlərə təşəbbüs göstərməyi öhdələrinə götürürlər;
5.2. Elektron məlumatların həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda, Müqavilənin maraqlı tərəfi digər tərəfə səbəblərini əsaslandırmaqla yazılı müraciət edir;
5.3. Müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və baxılaraq yazılı şəkildə cavablandırılır;
5.4. Müqavilənin tərəfləri 5.7-ci bəndə uyğun olaraq mübahisənin növünü müəyyənləşdirmək yolu ilə onun həllini həyata keçirirlər;
5.5. Müqavilə tərəfləri arasında mübahisənin həllinin nəticələrinə görə akt tərtib olunur, burada mübahisənin mahiyyəti və tipi göstərilir və Müqavilənin tərəflərinin nümayəndələri tərəfindən imzalanır;
5.6. Mübahisənin həlli üçün Müqavilənin tərəfləri aşağıdakı materiallardan istifadə etməlidir:
a) müəssisə tərəfindən Sistemə daxil edilmiş məlumat;
b) təsdiq edici elektron bildiriş;
Mübahisəyə baxılması zamanı Müqavilənin tərəfləri Sistemə daxil edilmiş məlumatların həqiqiliyini yoxlayırlar.
5.7. Mübahisənin həlli növləri və onlara baxılma qaydaları:
Mübahisə 1. Məlumatların Sistemə daxil edilməsinin inkarı
Məlumatları təqdim edən məlumatların Sistemə daxil edilmədiyini, qəbul edən isə həmin məlumatların Sistem tərəfindən qəbul olunduğunu iddia edirsə, mübahisə aşağıdakı şəkildə həll edilir:
- qəbul edən Sistemə daxil edilmiş məlumatları təqdim edir:
- təqdim edən Sistemə daxil edilmiş məlumatların doğruluğu yoxlanılır;
- əgər təqdim olunan elektron məlumatlar doğrudursa, mübahisə qəbul edənin xeyrinə həll olunur. Əks halda mübahisə göndərənin xeyrinə həll olunur.
Mübahisə 2. Məlumatların Sistem tərəfindən qəbul edilməsinin inkarı
Qəbul edən elektron məlumatın Sistem tərəfindən qəbul olunmadığını, göndərən isə, həmin elektron məlumatın Sistemə daxil edildiyini iddia edirsə, mübahisə aşağıdakı şəkildə həll edilir:
- göndərən elektron məlumatın Sistem tərəfindən qəbul edildiyini təsdiq edən elektron sənədi təqdim edir;
- məlumatın Sistem tərəfindən qəbul edildiyini təsdiq edən elektron sənədin doğruluğu yoxlanılır;
- məlumatın Sistem tərəfindən qəbul edildiyini təsdiq edən elektron sənəd doğrudursa, mübahisə göndərənin xeyrinə həll olunur. Əks halda mübahisə qəbul edənin xeyrinə həll olunur.
5.8. Tərəflər bu müqavilədə nəzərdə tutulan qaydada qarşılıqlı anlaşma əldə etmədikdə mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
6. Müqavilənin müddəti
6.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və _______ müddətinə qüvvədədir;
6.2. Müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilə nəzərdə tutulmuş müddətdə uzadılmış hesab edilir.
7. Yekun müddəalar
7.1. Bu müqavilə Azərbaycan dilində 2 nüsxədə tərtib olunmuşdur və hər 2 nüsxənin eyni hüquqi qüvvəsi vardır.
8. Tərəflərin rekvizitləri