GƏMİ SAHİBLƏRİNİN MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
GƏMİ SAHİBLƏRİNİN MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
Bakı 2012
FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
2. Bu Qaydalara əsasən Sığortalıya məxsus xxxx gəmilərin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına və (və ya) sağlamlığına dəyən zərərə görə Sığortalının mülki məsuliyyəti sığorta olunur.
3. Bu Qaydalar Sığortaçı ilə Sığortalı arasında bağlanan sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
4. Gəmi sahiblərinin məsuliyyətinin sığortası müqaviləsi üzrə Azərbaycan Respublikasının hüquqi şəxsləri və xarici hüquqi şəxslər, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyətli fiziki şəxslər Sığortalı qismində çıxış edə bilərlər
5. Sığorta təminatı 2-ci bölmənin «Təminatın həcmi» adlanan 1-ci maddəsində sadalanan risklərə görə verilir.
6. Sığorta olunan riskləri Sığortalı müəyyən edir və bu risklərə tərəflərin razılığı ilə 2-ci bölmənin 2-ci bəndində sadalanan risklər daxil edilə bilər.
7. Sığorta təminatı bütün müqavilə üzrə və (və ya) hər hansı bir risk üçün ayrılıqda məsuliyyət həddi müəyyən olunmaqla verilir.
8. Əgər sığorta müqaviləsi gəminin ancaq hər hansı bir hissəsinin tonnajına görə bağlanılarsa, bu halda Sığortalıya zərərin sığortalanmış tonnajın tam gəminin tonnajına mütənasib hissəsi ödənilir.
ÜMUMİ ANLAYIŞLAR
Əgər kontekstdə başqa hal nəzərdə tutulmursa, istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortaçı - sığorta müqaviləsinin tərəflərindən xxxx xxxx, sığorta xidmətləri göstərən və sığorta hadisəsi baş verən zaman müəyyən məbləği ödəmək öhdəliyi daşıyan sığorta şirkəti.
Sığortalı - sığorta haqqı ödəyən və faydalanan şəxsin olmaması halında Sığortaçıdan sığorta ödənişini almaq hüququna xxxxx xxxx sığorta müqaviləsinin tərəflərindən biri.
Xxxxxxxxxx şəxs - sığorta ödənişini almaq hüququ xxxx şəxs.
Sığortanın obyekti - zərərin ortaya çıxmasına səbəb ola bilən risklərə qarşı sığorta olunmuş əmlak (maddi) maraqları, həyat və ya sağlamlıq.
Sığorta hadisəsi - baş verməsi ilə birlikdə Sığortaçı üçün sığorta ödənişini vermək öhdəliyi yaradan hadisə,
Sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi. Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi.
Sığorta haqqı - sığortaya görə Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Azadolma məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
Mühüm şərtlər (zəmanətlər) - sığorta müqaviləsinin şərtləri dedikdə o şərtlər başa düşülür ki, Sığortalı tərəfindən onların yerinə yetirilməməsi Sığortaçıya sığorta ödənişini verməkdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verir.
Sığortanın ərazisi - sığorta predmetinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
FƏSİL 2. SIĞORTA PREDMETİ, SIĞORTA SİNİFİ VƏ SIĞORTA TƏMİNATI
2.1. Bu Qaydalara əsasən sığorta predmeti sığortalının 3-cü şəxslərəin əmlakına vurduğu zərərlə xxxxx xxxxx məsuliyyətidir.
2.2. Bu Qaydalara uyğun olaraq bağlanmış sığorta müqaviləsi üzrə «Meqa Sığorta» ASC tərəfindən Sığortalıya aşağıdakı risklərə qarşı təminat verir:
2.3. Bu Qaydalarla müəyyən olunan sığorta növü su nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası sinfinə aiddir.
1. ƏSAS SIĞORTA TƏMİNATI
1.1. Sığortalanmış gəmidə daşınmaq üçün təyin edilmiş, daşınan və ya daşınmış yükə görə məsuliyyət:
Aşağıdakı zərərlər ödənilir:
a) yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsi (korlanması) ilə əlaqədar Sığortalının çəkdiyi zərər.
b) Mühafizə edilməyən yükün daşınması ilə əlaqədar Sığortalının əlavə xərcləri, o cümlədən:
• zədələnmiş yükün boşaldılması və ya atılması ilə əlaqədar xərclər;
• boşaldılma limanında və ya hər hansı bir başqa daşınma yerində yükün xxx xxxxxx tərəfindən alınmaması ilə əlaqədar xərclər, bu şərtlə ki, belə xərclər yükün satışından əldə edilən gəlirdən artıq olsun (bu halda xərclərlə və satışdan əldə edilən gəlir arasında xxxx fərq ödənilir);
c) yükün sığortalanmış gəmidə deyil, başqa bir gəmidə daşınması ilə əlaqədar xxxx xərclər, o halda ki, daşınmanın qismən sığortalanmış gəmidə həyata keçiriləcəyini nəzərdə tutan birbaşa yükləmə konosamenti və ya başqa müqaviləyə əsasən məsuliyyət yaranmış olsun.
Bu bölməyə əsasən Sığortalının aşağıdakılar nəticəsində ortaya çıxan zərər və xərclərinin əvəzi ödənilmir:
• Xxxxx xxxxxx müqaviləsində razılaşdırılandan fərqli bir limana və ya yerə boşaldılması.
• Dövriyyə qabiliyyətli konosament və ya mala sərəncam verən müvafiq sənəd əsasında daşınan yükün xxx xxxx tərəfindən konosament və ya müvafıq sənəd göstərilmədən verilməsi.
• Dövriyyə qabiliyyəti olmayan konosament və ya başqa bir sənəd əsasında daşınan yükün bu sənədlər üzrə xxx xxxx olmayan şəxsə verilməsi.
• Bilərəkdən səhv məzmunlu məlumat ehtiva edən, konosamentin və ya daşınma
sənədinin verilməsi.
• Sığortalanmış gəminin yükləmə limanına gəlib çıxmaması və ya gec gəlib çıxması, yaxud hər hansı bir müəyyən yükün və ya yüklərin sığortalanmış gəmiyə yüklənməsinin mümkün olmaması.
• Əgər sənədin əsli göstərilən yükün həmin gəmidə daşındığı müəyyən və ya bütün müddət ərzində sığortalanmış gəmidə olmuşdursa, konosamentin və ya mala sərəncam verən müvafiq sənədin əslinin təqdim edilməsi müqabilində yükün verilməsi;
• Sikkələrin, külçələrin, qiymətli və ya nadir metalların və ya daşların, möhür formalarının və ya başqa predmetlərin, nadir və ya öz mahiyyəti etibarilə qiymətli banknotların və ya digər dəniş vasitələrinin, istiqrazların və ya başqa dövriyyə olunan sənədlərin daşınması.
1.2.Sığortalanmış gəmidəki əmlaka görə məsuliyyət:
Əgər əmlak:
• Sərnişinlərin, komanda üzvlərinin və ya digər fiziki şəxslərin şəxsi əşyaları deyilsə;
• Yükə görə məsuliyyətlə bağlı deyilsə (bax. Bölmə 2, bənd. 1.1);
• Sığortalanmış gəminin hissəsi deyilsə.
• Konteynerlərin, avadanlığın, yanacağın və ya sığortalanmış gəmidə olmuş və ya yerləşən digər əmlakın məhv olması və ya zədələnməsinə görə məsuliyyətlə əlaqədar Sığortalının xərclərinin əvəzi ödənilir.
1.3. Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşmasına görə məsuliyyət:
Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşması nəticəsində Sığortalının digər gəmilərin sahiblərinə ödəməli olduğu zərərlərin əvəzi ödənilir.
Habelə, gəmilərin toqquşma nəticəsində aşağıdakılarla bağlı yaranan xərclər də təminata daxildir:
a) batmış əmlakın çıxardılması;
b) gəmilərin və onların üstündə xxxx əmlakdan başqa hər hansı digər əmlakın zədələnməsi;
c) sığortalanmış gəmidəki yükün və ya digər əmlakın zədələnməsi, birgə zərərlə bağlı ödəmələr, yükün və ya əmlakın sahibinin xilas edilməsi ilə bağlı xərcləri;
ç) üçüncü şəxslərin ölümü, xəsərət xxxxxx və ya xəstələnməsi;
d) sığortalanmış gəminin toqquşduğu gəmidən və ya onun üzərindəki əmlak istisna olmaqla, hər hansı digər əmlakın çirkləndirilməsi;
Bununla bağlı:
• bir Sığortalıya məxsus xxxx gəmilər toqquşduqda, onun Sığortaçıdan ödəniş almaq hüquqi vardır və öz növbəsində Sığortaçı da belə gəmilərə münasibətdə onların ayrı- ayrı şəxslərə məxsus olduğu zaman malik olduğu hüquqlara sahibdir;
• Sığortalanmış gəminin Gövdə Sığortası Müqaviləsindəki toqquşmaya görə məsuliyyət
müddəasına əsasən ödənilən zərərlər, bu bölməyə əsasən sığorta təminatına daxil edilmir.
1.4.Üzən və hərəkət etməyən predmetlərin zədələnməsinə görə məsuliyyət:
Sığortalanmış gəminin gəmi olmayan hər hansı bir üzən, hərəkət etməyən və ya başqa predmeti zədələməsinə görə Sığortalının üçüncü şəxslərə ödəməli olduğu zərərlərin əvəzi ödənilir.
Əgər sığortalanmış gəmi Sığortalının özünə tam və ya qismən məxsus xxxx hər-hansı bir predmeti zədələmişdirsə, bu halda Sığortalı, bu predmetlərin sanki, üçüncü şəxslərə tam və ya qismən məxsus olması düşüncəsindən çıxış edərək, Sığortaçıdan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
1.5. Yedəyə xxxx müqaviləsi üzrə məsuliyyət:
Sığortalanmış gəminin yedəyə alınması müqaviləsi ilə əlaqədar və aşağıdakıların nəticəsində Sığortalının ortaya çıxan zərərlərinin əvəzi ödənilir:
a) sığortalanmış gəminin limana girməsi və çıxması və ya adi üzgüçülük şəraitində liman daxilində yerinin dəyişdirilməsi məqsədilə yedəyə alınması;
b) yedək vasitəsilə bir limandan digərinə və ya bir yerdən başqa yerə yerdəyişməsi normal hesab edilən sığortalanmış gəmilərin yedəyə alınması;
c) yedəklənmənin şərtləri əvvəlcədən Sığortaçı ilə razılaşdırılmaqla, sığortalanmış gəminin başqa gəmiləri yedəyinə xxxxxx.
1.6. Gəminin qəzaya uğraması nəticəsində batan əmlakın çıxarılmasına görə məsuliyyət:
Aşağıdakı xərclərin əvəzi ödənilir:
a) əgər qanunvericiliyə əsasən bu tədbirlərin görülməsi məcburidirsə və ya bu xərclərin ödənilməsi Sığortaçının borcudursa, sığortalanmış gəminin qalıqlarının qaldırılması, kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya işarə olunması nəticəsində çəkilən xərclər;
b) əgər qanunvericiliyə əsasən bu tədbirlərin görülməsi məcburidirsə və ya bu xərclərin ödənilməsi Sığortaçının borcudursa, Sığortalanmış gəmidə daşınan əmlakın (neft və digər çirkləndirici maddələr istisna olmaqla) qaldırılması, kənarlaşdırılması, və ya məhv edilməsi ilə bağlı xərclər;
c) qalıqlardan neftin və ya digər çirkləndirici maddələrin atılması və ya sızmasına görə məsuliyyət də daxil olmaqla, sığortalanmış gəminin qalıqlarının yerinin qeyri-ixtiyari dəyişməsi, yaxud belə qalıqların qaldırılması, kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya işarə olunması üçün tədbirlərin görülməməsi ilə əlaqədar xxxx xərclər;
Bu halda:
Bu bölmənin «a» bəndinə əsasən iddia edilən zərər məbləğindən xilas edilmiş əmlakın, materialların, həmçinin qalıqların dəyəri çıxılır. Əgər belə bir fərq əmələ gələrsə, Sığortaçı tərəfindən verilən ödəniş yalnız alınmış fərq miqdarı ilə məhdudlaşır. Sığortalanmış gəminin qalıqlarının qaldırılması, kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya
işarə olunması üçün tədbirlər görülənə və ya məsuliyyətin və xərclərin ortaya çıxmasına səbəb xxxx hadisə baş verənə qədər, Sığortalı Sığortaçının yazılı razılığı olmadan sığortalanmış gəminin qalıqlarına xxxx əmlak hüquqlarını başqasına ötürdükdə zərərlərin əvəzi ödənilmir.
1.7. Sığortalanmış gəmilərdən neft və digər çirkləndirici maddələrin axması (tullanılması) nəticəsində suların və ya sularda yerləşən hər hansı əmlakın çirkləndirilməsi ilə vurulan zərərə görə məsuliyyət:
Aşağıdakı xərclərin əvəzi ödənilir:
a) zərərin əvəzinin ödənilməsi üçün Sığortalının ödədiyi məbləğlər, həmçinin milli qanunvericiliyə və beynəlxalq konvensiya və sazişlərə müvafiq olaraq, Sığortalının ödəməli olduğu xərclər.
b) müstəsna olaraq, xəbərdarlıq etmək və çirklənmənin qarşısını almaq məqsədilə Sığortalının ağlabatan xərcləri.
1.8. Fiziki şəxslərə vurulan zərərə görə məsuliyyət (sığortalanmış gəminin ekipaj üzvləri istisna olmaqla):
a) Sığortalanmış gəminin istismarı zamanı bədən xəsarəti, xəstəlik və ya ölüm hadisələri ilə əlaqədar ortaya çıxan xərclər sığorta təminatına daxil edilir. Göstərilən bədən xəsarəti, xəstəlik və ya ölümlə nəticələnən sığorta hadisələri ilə əlaqədar xəstəxanada yerləşdirilmə, tibbi xərclər və dəfn xərcləri ilə bağlı zərərlər də ödənilir.
b) sərnişinlərin təyinat yerinə çatdırılması və ya göndərilmə limanına qaytarılması xərcləri də daxil olmaqla, bədbəxt hadisə, qəza nəticəsində sığortalanmış gəminin sərnişinlərinin xərcləri də sığorta təminatına daxildir. Bədbəxt hadisə nəticəsində sərnişinlərin şəxsi əşyalarına dəyən zərərə görə də ödəniş verilir.
Daşıyıcının məsuliyyəti ilə bağlı sərnişin biletinə daxil edilən şərtlər Sığortaçı ilə razılaşdırılmalıdır.
Əgər müqavilədə (şəhadətnamədə) başqa cür nəzərdə tutulmamışdırsa, nağd pul, çek, bank sənədləri, qiymətli və nadir metallar, daşlar, qiymətli və nadir əşyalar, incəsənət əsərləri və antikvarla bağlı zərərin əvəzi ödənilmir.
1.9. Sığortalının və/və ya onun işçilərinin (onlar tərəfindən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar) cərimələnməsi ilə əlaqədar məsuliyyət.
Sığorta aşağıda sadalanan cərimə növlərini əhatə edir:
a) çatdırılan yükün əksik (zədələnməsi)/ artıq gəlməsinə görə cərimələr;
b) dənizin neft və neft məsulları ilə çirkləndirilməsinə görə cərimələr;
c) gəminin vəziyyətinin və/və ya təchizatının dəniz təcrübəsinin tələblərinə uyğun olmamasına görə cərimələr.
1.10. Zərərin qarşısının alınması və/və ya həcminin azaldılması üçün çəkilən xərclər.
Sığortaçı ilə razılaşdırmaqla, gəmi sahiblərinin sığorta hadisələri ilə əlaqədar onların maraqlarının müdafiə olunmasına, tələblərin həcminin azaldılmasına və ya rədd edilməsinə
yönəlmiş ağlabatan xərclərinin əvəzi ödənilir.
Sığortalanmış risklər üzrə məhkəmə və arbitraj işlərinin aparılması və arbitraj mübahisələri ilə bağlı xərclər, dövlət rüsumu təminata daxil edilir.
1.11. Azadolma məbləği.
Azadolma məbləğinin miqdarı Sığortaçı ilə Sığortalı arasında razılaşdırılır.
2.Əlavə sığorta təminatı
Əvvəlcədən yazılı şəkildə razılaşdırılmaqla və əlavə sığorta haqqı müqabilində Sığortaçı bu Qaydaların məzmununda konkret olaraq istisna olunmayan və ya nəzərdə tutulmayan aşağıdakı risklərə qarşı təminat verə bilər:
2.1. Hərbi əməliyyatlar və ya hərbi tədbirlər və ya onların nəticələri, vətəndaş müharibəsi, xalq iğtişaşları, əmək münaqişələri nəticəsində yaranan Sığortalının məsuliyyəti.
2.2. Yedəkçi və ya hər hansı digər xilasedici gəminin məsuliyyəti:
Xilasetmə əməliyyatlarının gedişində ortaya çıxan zərər və xərclərin əvəzi ödənilir.
2.3. Sığortalanmış gəminin qabaqcadan nəzərdə tutulmuş marşrutdan kənara çıxması nəticəsində yaranan məsuliyyət:
Xəstənin ən yaxın limana çatdırılması üçün nəzərdə tutulmuş marşrutdan kənara çıxılması, onun gəlib çatmasının gözlənilməsi, marşrutun dəyişilməsi, qaçqınların və ya biletsiz sərnişinlərin sahilə çıxarılması, o cümlədən:
a. Yanacağın dəyəri;
b. Sığorta;
c. Ekipajın əmək haqqı;
x. Xxxxx vergisi (rüsumları) ilə əlaqədar ortaya çıxan xərclər də sığorta təminatına daxildir.
2.3. Üçüncü şəxslərə qarşı əks iddiaların irəli sürülməsi üzrə xərclərə görə məsuliyyət (hüquqi müdafiə sığortası):
Bu Qaydalara əsasən, ortaya çıxan xərclərə və zərərə görə məsuliyyət daşıya biləcək üçüncü şəxslərə qarşı Sığortalı, o cümlədən:
• Stividor şirkətləri;
• Xxxxx qurğularının və üzən qurğuların sahibləri;
• Sığortalanmış gəmi ilə toqquşan gəmilərin sahibləri;
• Daşınması zamanı digər yüklərin zədələnməsi ilə nəticələnən yükün sahibləri tərəfindən irəli sürülən tələb və ya iddialarla, arbitrajlarda və məhkəmələrdə işlərin aparılması.
2.5. Xxx xxxxxx müqaviləsinin pozulmasına görə məsuliyyət:
II bölmənin 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, Sığortalı tərəfindən xxx xxxxxx müqaviləsinin şərtlərinin pozulması, o cümlədən anbar konosamenti üzrə yükün
göyərtədə daşınması nəticəsində ortaya çıxan xərclərin və zərərlərin əvəzi ödənilir, o şərtlə ki, belə pozuntu nəticəsində xxx daşıyan öz məsuliyyətinin məhdudlaşdırılması hüququndan və ya konosamentdə, yaxud bu daşımaya tətbiq edilən hər hansı digər hüquq mənbəyində nəzərdə tutulan müstəsna qeyd-şərtlərə istinad etmək hüququndan məhrum edilə bilsin.
2.6. Bildirilmiş dəyəri xxxx konosament üzrə məsuliyyət:
Bildirilmiş dəyəri xxxx konosament üzrə daşınan yükün məhv olması və ya zədələnməsi nəticəsində Sığortalının çəkdiyi xərclərin və zərərlərin yalnız, məhv olmuş, zədələnmiş yükün dəyərinin mövcud qanunvericiliklə xxx daşıyanın məsuliyyətinin (məbləğin çoxluğundan asılı olaraq, yükün yerinə və ya təkliyinə görə) həddi kimi müəyyən edilən məbləği və ya daşıma şərtlərini tətbiq etməklə xxx daşıyanın öz məsuliyyətini məhdudlaşdırdığı məbləği aşan hissəsinin əvəzi ödənilir.
3.İstisnalar
Sığortalının bu Qaydalarda nəzərdə tutulan zərərləri və xərcləri aşağıdakı halların nəticəsində ortaya çıxmışdırsa, ( əgər əlavə razılaşma yoxdursa) sığorta ödənişi verilmir:
3.1. Sığortalının qərəzli hərəkətləri.
3.2. Yola çıxana qədər gəminin dənizə yararsızlığı haqqında Sığortalının xəbərdar olması.
3.3. Sığorta müqaviləsində xüsusi olaraq qeyd olunmamışdırsa, aşağıda sadalanan faktlar:
3.3.1. Müharibə, hərbi əməliyyatlar və ya digər hərbi tədbirlər.
3.3.2. Vətəndaş müharibəsi, inqilab, qiyam, xalq iğtişaşları.
3.3.3. Tətillər, lokautlar və analoji hadisələr.
3.3.4. Hərbi əməliyyatların, tətillərin və s. (fırıldaqçılıq və dəniz quldurluğu halları istisna olmaqla) nəticəsində əsir alınma, tutulma, həbs edilmə və ya tutulub saxlanılma.
3.3.5. Mina, torpeda, bomba, raket, mərmi, partlayıcı maddə və ya digər hərbi sursatların təsiri (yuxarıda göstərilən əşyaların sığortalanmış gəmidə xxx kimi daşınması nəticəsində ortaya çıxan zərərlər və xərclər istisna olmaqla)
3.3.6. Siyasi motivlərlə həyata keçirilən sabotaj və ya terrorçuluq aktları.
3.3.7. Hökumətin və ya hakimiyyət funksiyalarını icra edən hər hansı orqanın tapşırığı ilə müsadirə, rekvizisiya və ya analoji tədbirlər.
3.3.8. Gəminin qaçaqmalçılıq və ya digər qanunsuz əməliyyatlarda iştirak etməsi.
3.3.9. Yuxanda göstərilən hərəkətlərin edilməsinə cəhd.
3.3.10. Sığortalanmış gəmidə həm xxx kimi daşınan, həm də onun xaricində xxxx nüvə yanacağının və ya radioaktiv məhsulların və ya tullantıların ionlaşdırıcı
radiasiya, toksik, partlayıcı və ya digər təhlükəli xüsusiyyətləri.
3.4. İxtisaslaşdırılmamış sığortalanmış gəminin aşağıdakı məqsədlərlə istifadə olunması:
3.4.1. xilasetmə.
3.4.2. qazıma.
3.4.3. dənizin dibinin dərinləşdirilməsi.
3.4.4. xxxx kəmərinin çəkilməsi.
3.5. Sığortalının aşağıda göstərilən hərəkətləri və ya hərəkətsizliyi:
3.5.1. xxxxxx dərəcəsi haqqında yalnız məlumatların verilməsi.
3.5.2. Digər Sığortaçılarla bağlanmış və sığorta hadisəsi zamanı qüvvədə xxxx sığorta müqavilələr haqqında məlumat verilməməsi.
3.5.3. Xxxxxx dərəcəsinin dəyişməsi haqqında məlumat verilməməsi.
3.5.4. Zərərin qarşısının alınması və/və ya həcminin azaldılması üçün tədbirlərin görülməməsi.
3.5.5. Baş vermiş sığorta hadisəsi haqqında müəyyən edilmiş müddətdə xəbər verilməməsi.
3.5.6. Qəsdən yalnış sənədlərin verilməsi.
3.5.7. Sığortaçının cavabdeh şəxslərdən tələb hüququnun təmin olunmaması və ya əgər göstərilən zərər və xərclər:
3.6. Sığortalının dolayı zərərləridirsə və aşağıdakı xüsusiyyətə malikdirlərsə:
3.6.1. sığortalanmış gəminin və ya onun hər hansı hissəsinin məhv olunması və ya zədələnməsi ilə əlaqədar ortaya çıxmışsa.
3.6.2. Sığortalıya məxsus xxxx və ya icarəyə götürülmüş sığortalanmış gəmidə yerləşən avadanlıqların, konteynerlərin, gəmi təchizatlarının, ləvazimatlarının, yanacağın məhv olması və ya zədələnməsi ilə əlaqədar ortaya çıxmışsa.
3.6.3. Yükün çatdırılmaması və ya əksik gəlməsinə görə Sığortalı tərəfindən ödəniləcək zərərin bir hissəsi olması halları istisna olmaqla, fraxtın və ya icarə haqqının itirilməsi ilə əlaqədar Sığortalıya qarşı və ya onun özü tərəfindən irəli sürülmüş tələblərlə bağlı ortaya çıxmışsa.
3.6.4. Yükün çatdırılmaması və ya əksik gəlməsinə görə Sığortalı tərəfindən ödəniləcək zərərin bir hissəsi olması halları istisna olmaqla, sığortalanmış gəminin demereci və ya gecikməsi ilə əlaqədar Sığortalıya qarşı və ya onun özü tərəfindən irəli sürülmüş tələblərlə bağlı ortaya çıxmışsa.
FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ
1. Sığorta müqaviləsinin bağlanması qaydası
1.1. Sığorta müqaviləsini bağlamaq üçün Sığortalı aşağıdakı sənədləri təqdim etməlidir:
1.1.1. Sığorta haqqında ərizə.
1.1.2. Ərizə yazılı şəkildə təqdim edilir.
1.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 1.2.1.Sığortalının adı və ünvanı. 0.0.0.Xxxx hesabının nömrəsi.
1.2.3. Sığortalanacaq gəmilər haqqında məlumat:
• Adı;
• Tonnajı;
• Növü.
• Üzgüçülük rayonu (sahəsi);
• Daşınan yüklər;
1.2.4. sığorta ediləcək risklərin siyahısı.
1.2.5. sığorta ediləcək risklər üzrə son 5 (beş) ilə zərərlərin statistikası.
1.2.6. Sığortanın müddəti.
1.2.7. Sığortanın valyutası.
1.2.8. Sığortaçının məsuliyyətinin həddi (Sığorta məbləği).
1.3. Sığorta müqaviləsi bağlanarkən Sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi üçün mühüm əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün digər halları Sığortaçıya bildirməyə borcludur.
2. Gəmilərə baxış keçirilməsi
2.1. Sığortaçı sığortalanacaq gəmilərə baxış keçirməyə haqlıdır.
2.2. Sığortaçı tərəfindən sığortalanmış gəmilərə sığorta müqaviləsi ərzində istənilən vaxt baxış keçirilə bilər.
2.3. Belə baxışlar keçirilən zaman Sığortalı Sığortaçıya yardım etməyə və lazımi texniki vasitələrinin verilməsini təmin etməyə borcludur.
3. Sığorta müqaviləsinin bağlanması
3.1. Sığorta müqaviləsi yazılı şəkildə bağlanır.
4. Sığorta şəhadətnaməsi
4.1. Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlandığını təsdiq edən əsas sənəddir.
4.2. Şəhadətnamədə və onun əlavələrində aşağıda sadalananlar göstərilir:
a) Sənədin adı.
b) Sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri.
c) Sığortalının adı, soyadı, atasının adı və ünvanı/
d) sığortanın predmeti.
e) sığorta məbləğinin miqdarı.
f) sığorta riski.
ə) sığorta haqqının miqdarı, ödənilmə müddətləri və qaydası.
q) sığorta müqaviləsinin qüvvədə olma müddəti.
g) müqavilənin dəyişilmə və xitam edilmə qaydaları.
i) tərəflərin razılığı ilə qəbul edilən digər şərtlər, o cümlədən sığorta Qaydalarına əlavələr və ya istisnalar.
k) tərəflərin imzaları.
4.3. Sığortalı yeni gəmilərin sığortalanması haqqında və ya sığortalanmış gəmilərin müqavilələrinin ləğv olunması haqqında yazılı şəkildə Sığortaçıya ərizə göndərir.
5. Xxxxxx dəyişilməsi
5.1 Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında Sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
5.2 Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta mükafatının ödənilməsini tələb etmək hüququna malikdir. Əgər Sığortalı sığorta şəhadət-naməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
6. Sığorta şəhadətnaməsinə xxxx əlavələr
6.1. Sığorta qaydaları dəyişildikdə, o cümlədən xxxxxx dərəcəsində, və məhz sığorta təmina- tının məbləğində, sığorta müqaviləsinin müddətində və sığorta haqqı tarifində dəyişiklik olduqda Sığortaçı göstərilən dəyişikliklərin qüvvəyə minməsi haqqında Sığortalıya əlavə sənəd verir.
7. Sığortanın valyutası
7.1. Müqavilə tərəflərin razılığı ilə istənilən valyutada bağlana bilər.
8. Sığorta müddəti
8.1. Sığorta müqaviləsi qısa və ya uzun müddətli bağlanıla bilər.
82. Qısa müddətli sığorta müqaviləsi sığorta şəhadətnaməsində göstərilən müddətin bitməsi ilə qüvvədən düşür.
83. Əgər bu bölmənin 8.4 bəndinə uyğun olaraq xəbərdarlıq edilməzsə, uzun müddətli sığorta müqaviləsi, hər il razılaşdırılan şərtlər əsasında yeni müddətə bağlanmalıdır.
8.4. Uzun müddətli sığorta müqaviləsi tərəflərdən hər hansı birinin müqavilənin sona çatma tarixindən 30 gün əvvəlcədən digərinə təqdim etdiyi yazılı xəbərdarlıq vasitəsilə xitam edilə bilər.
8.5. Sığorta müqaviləsi sığorta şəhadətnaməsində müqavilənin qüvvəyə minmə tarixi kimi göstərilən tarixdən qüvvəyə minir.
9. Sığortanın ərazisi.
Əgər şəhadətnamədə sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (gəmiçilik rayonunda) baş verən sığorta hadisələri bu sığorta təminatına daxil edilir. Müqavilədə
(şəhadətnamədə) başqa hal nəzərdə tutulmamışdırsa, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
10. Müqavilənin ləğv edilməsi.
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. Müəyyən olunmuş müddətdə sığorta haqqının ödənilməməsi.
10.1.2. Sığortalının (hüquqi şəxs) ləğv edilməsi.
10.2. Hər hansı bir gəminin sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.2.1. Onun satılması və ya hər hansı şəkildə özgəninkiləşdirilməsi.
10.2.2. Gəminin Klasının ləğv olunması və ya belə bir Klasın alınmasından imtina.
10.2.3. Gəminin xəbərsiz xxxxx düşməsi
10.2.4. Gəminin faktiki və ya konstruktiv tam məhv olması.
10.3. Sığorta müqaviləsinin ləğv edilməsinə və ya dayandırılmasına baxmayaraq, tərəflər, sığorta müqaviləsinin ləğvinə gətirib çıxaran hadisələrə görə məsuliyyət halları da daxil olmaqla, həmin müqavilənin xitam olunmasına qədər keçən bütün müddət üçün sığorta müqaviləsindən irəli gələn bütün öhdəlikləri üzrə məsuliyyət daşıyırlar.
11. Müqaviləyə vaxtından əvvəl xitam verilməsi
11.1. Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
11.2. Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
11.3. Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
11.4. Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
11.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 11.1-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.6. Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 11.3-cü və 11.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
11.7. Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
12. Tərəflərin hüquq və vəzifələri
12.1. Sığortalının hüquqları:
12.1.1. Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
12.1.2. Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
12.2. Sığortalının vəzifələri:
12.3.1. Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
12.3.2. Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
12.3.3. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
12.3.4. Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
12.3. Sığortaçının hüquqları:
12.3.1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
12.3.2. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
12.3.3. Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
12.3.4. Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
12.3.5. Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
12.4. Sığortaçının vəzifələri:
12.4.1. Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
12.4.2. Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
12.4.3. Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
12.4.4. Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
13. İkili (çoxqat) sığorta.
13.1. Sığortalı, bu Qaydalara əsasən, sığortaya təqdim etdiyi risklərlə bağlı daha əvvəl bağlanmış və qüvvədə xxxx sığorta müqavilələri Sığortaçıya məlumat verməyə borcludur.
14. Bildiriş
14.1. Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən hallar haqqında hər hansı tərəfin xəbərdarlığı yazılı şəkildə həyata keçirilməlidir.
FƏSİL 4. SIĞORTA HAQQI
1. Sığorta haqqının hesablanması
1.1. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortaçı Sığortalıya sığorta haqqının ödənilməsi üçün hesab təqdim edir.
1.2. Sığorta haqqı gəminin tonnajı (brutto-həcmi) əsasında hesablanır. Tariflər illik əsaslarla müəyyən edilir. Qısa müddətli sığorta zamanı sığorta haqqının tarifi sığorta dövrünün müddətinə mütənasib olaraq illik tarifdən təyin olunur.
1.3. Hesabda aşağıdakılar göstərilir:
1.3.1. Sığortalının adı.
1.3.2. Şəhadətnamənin nömrəsi və tarixi.
1.3.3. Sığorta haqqının məbləği
1.3.4. Sığorta haqqının hesablanması.
1.3.5. Sığorta haqqlarının ödənilməsi müddətləri və miqdarı.
1.3.6. Sığortaçının bank hesabı.
2. Sığorta haqqını ödəmək vəzifəsi
2.1. Sığortalı sığorta haqqının hesabda göstərilən müddətdə və miqdarda ödəməyə borcludur.
2.2. Sığortalı bu bölmənin 2.1 bəndinə əsasən, sığorta haqqını ödəmədikdə, Sığortaçı sığorta müqaviləsindən irəli gələn öhdəlikləri üzrə bütün ödənişləri dayandırmağa, habelə sığorta müqaviləsini xitam etməyə haqlıdır.
3. Sığorta haqqının qaytarılması
3.1. Gəmi hər hansı bir təhlükəsiz limanda 30 ardıcıl gün ərzində körpüyə bağlı (hərəkətsiz) qalarsa, illik inzibati xərclər üçün müəyyən edilmiş məbləğ çıxılmaqla, dayanacaqda olduğu müddətdə Sığortaçıya ödənilən sığorta haqqının 70%-i qaytarılır (dayanacağa qoyulan gün və dayanacaqdan çıxarılan gün birlikdə bir gün hesablanır).
3.2. Müqavilə ləğv olunduqda, gəminin sığortasının ləğv edildiyi gündən sığorta müqaviləsinin qüvvədə olma dövrünün son gününə qədər xxxx sığorta haqqı Sığortalıya qaytarılır.
FƏSİL 5. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ
1. Zərərin qarşısının alınması və həcminin azaldılması
1.1. Sığorta hadisəsi baş verdikdə Sığortalı zərərlərin qarşısının alınması və həcminin azaldılması məqsədilə bütün mümkün və ağlabatan tədbirləri görməyə borcludur.
1.2. Əgər Sığortalının təqsiri üzündən 1.1 bəndində göstərilən tədbirlərin görülməməsi və ya vaxtında görülməməsi nəticəsində zərərin məbləği artarsa, Sığortaçı Sığortalıya çatacaq ödənişdən xxxxx hissəsini çıxmağa haqlıdır.
2. Sığortaçının xəbərdar edilməsi
2.1. Sığortalı sığorta hadisəsinin baş verməsi haqqında məlumatı xxxx kimi, bu haqda dərhal Sığortaçıya və ya onun nümayəndəsinə/agentinə yazılı surətdə məlumat verməyə borcludur.
2.2. Əgər Sığortaçıya sığorta hadisəsi baş verən andan bir il müddət ərzində sığorta hadisəsi haqqında məlumat verilməzsə, Sığortaçı sığorta ödənişi tələbini rədd edə bilər.
3. İddia, arbitraj və məhkəmə işlərinin aparılması
3.1. Sığortalı Sığortaçı ilə razılaşdırılmış müəyyən məbləğ hüdudunda müstəqil surətdə iddia, arbitraj və məhkəmə işlərini aparmağa haqlıdır.
3.2. Bu bölmənin 3.1 bəndinə əsasən Sığortalı iddia, məhkəmə və arbitraj işlərinin aparılması
üçün müşahidəçi (sığorta qiymətləndiriciləri), vəkil və digər fiziki və hüquqi şəxslər təyin etmək, həmçinin Sığortaçıya və (və ya) onun agentinə məsləhət üçün müraciət etmək və ya işin aparılmasını onlara həvalə etməyə haqlıdır.
3.3. Sığortaçı bütün işlər üzrə aşağıdakı hüquqlara malikdir:
- sığorta hadisəsi ilə əlaqədar hər hansı məlumatı, sənədləri sığortalıdan tələb etmək.
- öz istəyi ilə Sığortalı adından sürveyerləri, ekspertləri, vəkilləri və digər şəxsləri işin aparılması və zərərlərin tənzimləməsi üçün işə təyin etmək.
- sığortalının adından məhkəmə və ya arbitraj baxışında iştirak etmək.
- zərərin azaldılması məqsədi ilə məsləhətlər vermək, həmçinin birgə tədqiqat və ekspert yoxlamaları aparmaq,
3.4. Sığortaçının 3.3 bəndində göstərilən hər hansı bir hərəkəti etməsi konkret sığorta hadisəsi üzrə onun öz məsuliyyətini qəbul etməsi demək deyil.
3.5. Əgər Sığortalı bu Qaydaların 3.3 bəndində göstərilən Sığortaçının hüquqlarıınn həyata keçirilməsinə kömək etməzsə və ya onun tapşırıq və məsləhətlərini yerinə yetirməzsə, Sığortaçı ödəniş tələblərini rədd etməyə və ya onun məbləğini azaltmağa haqlıdır.
4. Zəmanət hüququ
4.1. Sığortalıya qarşı tələblərini təmin etmək üçün onun əmlakına üçüncü şəxslər tərəfindən qoyulan həbsin qarşısını almaq və ya götürmək məqsədilə Sığortalı sığortalanmış risklər üzrə zəruri maliyyə zəmanətinin verilməsini Sığortaçıdan xahiş edə bilər.
4.2. Sığortaçı bu Qaydalar çərçivəsində, belə bir zəmanətin verilməsi üçün bütün cəhdlərini göstərir. Xxxxx, Sığortaçı Sığortalının məsuliyyətinə zəmanət verməyə borclu deyil.
5. Sığortalıya xxxx tələblərin tənzimlənməsi
5.1. Sığortalı Sığortaçı ilə razılaşdırmadan 3.1 bəndində göstərilən tələbləri ödəmək hüququna malikdir.
5.2. 3.1.bəndində göstərilənlər istisna olmaqla, digər tələblərin tənzimlənməsi üzrə Sığortalının götürdüyü öhdəliklər Sığortaçı ilə razılaşdırılmalıdır. Sığortalı tərəfindən
bu öhdəliyə əməl edilmədikdə Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmək hüququna malikdir.
6. Sığortalanmış risklər üzrə ödənişin verilməsi və zərərin əvəzinin ödənilməsi qaydası
6.1. Sığortalı və ya onun agenti zərəri faktiki olaraq ödədikdən sonra Sığortaçı Sığortalının bütün zərərlərinin əvəzini ödəyir.
6.2. Sığortalının xahişi ilə, xüsusi-təcili zərərlərlə bağlı ödənişlər, müstəsna şəkildə, bütün zəruri sənədlərə malik olması şərti ilə Sığortaçı tərəfindən birbaşa iddia irəli sürənlərə(üçüncü şəxslərə) veriləbilər.
6.3. Əgər sığorta müqaviləsində nəzərdə tutulmuşdursa, 6.2. bəndinə müvafiq olaraq, zərər Sığortaçı tərəfindən birbaşa ödənildikdə, Sığortalı xəbərdar olduğu andan 2 həftə ərzində azadolma miqdarını Sığortaçının hesabına(kassasına) köçürməyə borcludur.
7. Zərərin ödənilməsi üçün tələb
7.1. Sığortalı zərərin ödənilməsi haqqındakı tələbinə aşağıdakıları əlavə etməlidir:
-İddianın ödənilməsi faktını təsdiq edən sənədləri;
-Bütünlükdə İddia sənədlərini.
Zərərlərin əvəzi iddiaları ödəmiş Sığortalının agentinə (nümayəndəsinə) ödənildikdə:
- Sığortalı tərəfindən həmin agentə iddia və tələblərin tənzimlənməsi və ödənilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən sənədləri.
- Hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər.
7.2. Sığortaçı zərərin aydınlaşdırılması və ödənilməsi üçün vacib xxxx hər-hansı digər sənədləri Sığortalıdan tələb etmək hüququna malikdir.
8. Sığorta ödənişinin verilməsi
8.1. Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
8.2. Sığortaçı tərəfindən sığorta ödənişi sığortanın valyutası ilə və ya tərəflərin razılaşdırdığı digər valyuta ilə Azərbaycan Respublikası Milli Bankının ödəniş tarixinə rəsmi valyuta məzənnəsi əsasında həyata keçirilir.
8.3. Sığorta ödənişi həyata keçirilərkən Sığortaçı Sığortalının ödəməli olduğu sığorta haqqlarını nəzərə almağa haqlıdır.
9. Üçüncü şəxslər tərəfindən zərərin ödənilməsi
9.1. Sığortalı sığorta Qaydalarına əsasən sığorta təminatına daxil xxxx xərc və zərərlərinin əvəzini üçüncü şəxslərdən almaq üçün bütün zəruri sənədləri əldə etməyə borcludur.
9.2. Sığortalı Sığortaçı tərəfindən ödənilən və ya ödənilməli xxxx tələblər üzrə üçüncü şəxslərdən aldığı bütün pul vəsaiti və ya digər maddi dəyərlər haqqında Sığortaçıya məlumat verməyə borcludur. Bu müddəanın pozulması Sığortaçıya sığorta ödənişini verməkdən imtina etməyə əsas verir.
10. Tələb hüququnun keçməsi
10.1. Sığorta ödənişini verdikdən sonra ödənilmiş məbləğ hüdudunda tələb etmək hüququ Sığortaçıya keçir.
10.2. Sığortalı üzürlü səbəbdən zərərin ödənilməsini 9.1. bəndinə müvafiq olaraq, təqsirli üçüncü şəxsdən ala bilməzsə, tələb hüququnun Sığortaçıya keçməsini təmin etməyə borcludur.
10.3. Sığortalı üçüncü şəxslərdən zərərin əvəzinin alına bilməsi üçün bütün zəruri ənədləri Sığortaçıya təqdim etməlidir.
10.4. Sığortalı üçüncü şəxsdən zərərin əvəzini tələb etmək hüququnu təmin etmədikdə, Sığortaçı sığorta ödənişini verməkdən qərəzli edə bilər.
11. Mübahisələrin həlli qaydası
11.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.