MÜNDƏRİCAT:
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən
N. Xəlilov
«16» oktyabr 2009-cu il
«Təsdiq edirəm»
«Atəşgah» Sığorta Şirkəti ASC-nin
İdarə heyətinin sədri
A.A. Xxxxxx
«06» oktyabr 2009-cu il
Dəniz nəqliyyatı vasitələrinin tam sığortası QAYDALARI
«Atəşgah» Sığorta Şirkəti ASC 2009
MÜNDƏRİCAT:
Maddə 7. Tərəflərin hüquq və vəzifələri. 4
Maddə 8. Sığorta müqaviləsi şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada
yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti. 5
Maddə 9. Mübahisələrin həlli qaydası 5
Maddə 10. Sığorta riski. 5
Maddə 11. Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatından məhdudiyyətlər 6
Maddə 12. Sığortanın ərazisi. 6
FƏSİL 3. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI 6
Maddə 13. Sığorta məbləği və onun müəyyən edilməsi qaydası 6
Maddə 15. Sığorta haqqının ödənilməsi. 7
Maddə 16. Sığorta haqqının ödənilməsinin gecikdirilməsi 7
Maddə 17. Sığorta haqqının qaytarılması 7
Maddə 18. Sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası 8
Maddə 19. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı tərəfindən bildirilən məlumatlar. 8 Maddə 20. Müqavilənin (şəhadətnamənin) Qaydalar üzərində üstünlüyü 8
Maddə 21. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) müddəti. 8
Maddə 22. Sığorta riskinin artması 8
Maddə 23. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) vaxtından əvvəl ləğv edilməsi 9
FƏSİL 5. SIĞORTA HADİSƏSİ ZAMANI EDİLƏCƏK HƏRƏKƏTLƏR 9
Maddə 24. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifəsi 9
Maddə 25. Sığortaçı tərəfindən nəzarət 9
Maddə 26. Sığorta hadisəsinin sübut olunması 9
Maddə 27. Əvəzi ödəniləcək zərərlər. 9
Maddə 28. Gəmiyə dəyən zərər 10
Maddə 29. Toqquşmaya görə məsuliyyət. 10
Maddə 30. Birgə zərər üzrə ödəmələr 11
Maddə 31. Zərərləri azaltmaq məqsədilə çəkilən xərclər. 11
Maddə 32. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər 11
Maddə 34. Sığorta ödənişinin hesablanması qaydası 11
Maddə 35. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri 11
Maddə 36. Sığorta ödənişini vermək üçün tələb olunan sənədlərin siyahısı 12
Maddə 37. Ödənilməmiş sığorta haqlarının nəzərə alınması 12
Maddə 38. Qalıqlara xxxx hüququn keçməsi. 12
Maddə 39. Sığorta ödənişinin verilməsindən imtina əsasları 12
Maddə 40. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması.13 haqqında qərarın qəbul edilmə müddəti 13
Maddə 41. Xxxxxxxx şəxsə qarşı tələb hüququnun keçməsi 13
Maddə 42. Xxxxxxxxxxxx cavabdeh şəxsə qarşı tələb hüququndan imtina etməsi 13
Maddə 43. Zərərin üçüncü şəxslər tərəfindən ödənilməsi 13
Dəniz nəqliyyatı vasitələrinin tam sığortası üzrə tarif dərəcələrininhesablanması və iqtisadi
əsaslandırılması 14
ANLAYIŞLAR
Əgər kontekstdə başqa cür nəzərdə tutulmursa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
ÜMUMİ
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs.
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
Xxxxxxxxxx şəxs –sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx
şəxs.
Sığortanın obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
Sığorta hadisəsi – bu qaydalara və sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta tarifi – sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Azadolma məbləği – sığortaçının sığorta ödənişini ödəməkdən müəyyən ölçüdə azad edilməsi.
Sığorta ödənişi –sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
XÜSUSİ
Tam məhv olma – əmlakın bərpa oluna bilməyəcək şəkildə faktiki məhv olması.
Tam konstruktiv məhv olma – əmlakın elə bir vəziyyətə düşməsidir ki, onun xilas edilməsi və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil, belə ki, bu əməliyyatların aparılmasından sonra onun xilas edilməsi və ya bərpasına çəkilən xərclər əmlakın öz dəyərini xxxx.
Birgə zərər – bütün dəniz əməliyyatında iştirak edən əmlakın, - məs: gəminin, fraxtın, və gəmi ilə daşınan yükün - təhlükədən qorunması üçün, ümumi təhlükəsizlik məqsədilə bilərəkdən və ağlabatan şəkildə çəkilən xərclərlə (məs: gəmini batmaq təhlükəsindən qurtarmaq üçün yükün müəyyən hissəsinin gəmidən atılması) bağlı zərər.
FƏSIL 1. ÜMUMI MÜDDƏALAR
Maddə 1. Sığorta sinfi
Bu qaydalarla müəyyən olunmuş sığorta növü, su nəqliyyatı vasitələrinin, həmçinin su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta sinfinə aiddir.
Maddə 2. Sığortaçı
Bu Qaydalara əsasən Sığortaçı dedikdə «Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti başa düşülür.
Maddə 3. Sığortalı
3.1. Hər hansı hüquqi şəxs və fəaliyyət qabiliyətli fiziki şəxs Sığortalı qismində çıxış edə bilər.
3.2. Sığortalı fəaliyyətinə onun işçilərinin, vəzifəli şəxslərinin, digər nümayəndələrinin, Qanuna, müqaviləyə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalı adından çıxış etmək üçün səlahiyyətləndirilmiş şəxslərin hərəkətləri aid edilir.
Maddə 4. Faydalanan şəxs
4.1. Sığorta müqaviləsi Sığorta obyektinin qorunmasında maraqlı xxxx başqa şəxsin (Xxxxxxxxxx
şəxsin) xeyrinə də bağlanıla bilər.
4.2. Sığorta müqaviləsinin başqa şəxsin (Xxxxxxxxxx şəxsin) xeyrinə bağlanması Sığortalını müqavilə (şəhadətnamə) üzrə öhdəliklərindən azad etmir.
4.3. Bu Qaydalarla və sığorta müqaviləsi (şəhadətnaməsi) ilə Sığortalıya aid xxxx bütün müddəalar sığorta təminatından istifadə etmək niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni ölçüdə aid edilir.
Maddə 5. Sığorta predmeti
Bu qaydalar üzrə sığorta predmeti aşağıdakılardır:
5.1. gəmilər,
5.2. gəmi sahiblərinin məsuliyyəti.
Maddə 6. Gəmi
Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, gəminin tərkibinə korpus, vint-sükan qrupu, mexanizmlər, maşınlar, avadanlıqlar və xüsusi məqsədlərlə istifadə edildikdə, həmin məqsəd üçün xxxxx xxxx adi cihazlar daxildir.
Maddə 7. Tərəflərin hüquq və vəzifələri
7.1. Sığortalının vəzifələri :
7.1.1. Sığorta haqqını vaxtında ödəmək;
7.1.2. Sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx, sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən hallar, həmçinin mövcud sığorta predmetinə münasibətdə bağlanmış və bağlanan bütün sığorta müqavilələri barədə Sığortaçını məlumatlandırmaq;
7.2. Sığortaçının vəzifələri:
7.2.1. Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi riskini və sığorta predmetinə dəyə bilən mümkün zərərlərin həcmini azaldan tədbirlər həyata keçirildikdə və ya sığorta predmetinin həqiqi dəyəri artdığı halda, Sığortalının ərizəsi əsasında bu hallar nəzərə alınmaqla Sığorta müqaviləsini yenidən bağlamaq;
7.2.2. sığorta hadisəsi baş verdikdə, sığorta predmetinə dəyən zərərin aradan qaldırılması və ya azaldılması üçün Sığortalının çəkdiyi xərclərin əvəzini ödəmək;
7.2.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı yaymamaq.
7.2.4. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda:
7.2.4.1. sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktı tərtib etmək və Sığortalının təqdim etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək;
7.2.4.2. sığorta ödənişi məbləğinin hesablanmasını həyata keçirmək;
7.2.4.3. Bu Qaydalarda müəyyən edilmiş müddətdə, sığorta aktı və zərərin həcminin hesablanması əsasında sığorta ödənişini həyata keçirmək.
7.3. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
7.3.1. Hadisənin araşdırılması ilə bağlı həyata keçirilən bütün araşdırmalarda iştirak etmək;
7.3.2. Sığortalını məhkəmədə təmsil etmək;
Maddə 8. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti.
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Maddə 9. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında Sığorta müqaviləsi üzrə yaranan bütün mübahisələr danışıqlar yolu ilə, razılığa gəlinmədikdə isə, məhkəmə qaydasında həll olunur.
FƏSIL 2. SIĞORTA TƏMINATI
Maddə 10. Sığorta riskləri
10.1. Sığorta aşağıdakılar nəticəsində sığorta obyektinin məhv olmasına və ya zədələnməsinə təminat verir:
10.1.1. Toqquşma da daxil olmaqla, dənizdə, çaylarda, göllərdə və gəmiçilik üçün xxxxxx xxxx digər sularda mövcud xxxx təbii təhlükələr;
10.1.2. Yanğın, partlayış, ildırım vurması;
10.1.3. Gəminin, heyət üzvü və ya sərnişin olmayan şəxslər tərəfindən zor tətbiq edilməklə oğurlanması;
10.1.4. Qəza təhlükəsi yarandıqda yükün gəminin bortundan atılması;
10.1.5. Yerüstü nəqliyyat vasitələri, tərsanə və ya liman avadanlıqları və ya təsisatları ilə təmas (toqquşma);
10.1.6. Yükün və ya yanacağın yüklənməsi və ya boşaldılması.
10.2. Sığorta həmçinin:
10.2.1. qazanların partlaması, valların (vərdənələrin) xarab olması və ya maşın avadanlıqlarının yaxud korpusun hər hansı gizli qüsurları;
10.2.2. kapitanın, komanda heyətinin, ekipacın və ya losmanların (dəniz bələdçisi) diqqətsizliyi;
10.2.3. Sığortalı olmayan təmirçinin və ya kirayəçinin diqqətsizliyi;
10.2.4. kapitanın və ya komanda heyətinin qəsdən edilmiş hərəkətləri;
10.2.5. uçuş aparatları, vertolyot yaxud hər hansı bənzər obyektlər və ya onlardan düşən əşyalarla təmas (toqquşma);
nəticəsində sığorta obyektinin məhv olmasını və ya zədələnməsini də əhatə edir, o şərtlə ki, sığorta obyektinin məhv olması və ya zədələnməsi Sığortalının, gəmi sahibinin, menecerin, idarəçinin yaxud xxxxx heyətindən hər hansı şəxsin lazımi (vəzifəsindən irəli gələn) diqqəti (qayğını) göstərməməsi nəticəsində ortaya çıxmış olmasın.
Hətta gəminin mülkiyyətçisi olmalarından asılı olmayaraq, kapitan, komanda heyəti, ekipac və ya losman bu bəndin məqsədləri üçün gəmi sahibi hesab olunmurlar.
Maddə 11. Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər.
Aşağıdakılar nəticəsində sığorta obyektinin məhv olması və ya zədələnməsi Sığorta təminatına daxil edilmir:
11.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
11.2. nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
11.3. müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətilllər, qiyam, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq ixtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər;
11.4. terroristlərin yaxud siyasi motivlərlə hərəkət edən hər hansı şəxsin hərəkətləri;
11.5. hər hansı hökumət, dövlət və ya yerli hakimiyyət orqanlarının tapşırığı ilə əmlakın həbs olunması, müsadirə olunması, milliləşdirilməsi, rekvizisiyası, məhv edilməsi və ya korlanması;
11.6. gəminin tutulması, dəniz quldurluğu;
11.7. Sığortalının cinayət törətməsi;
11.8. əgər gəminin dənizə yararsızlığı onun gizli qüsurlarından ortaya çıxmamışdırsa, gəminin dənizə yararsız vəziyyətdə göndərilməsi;;
11.9. gəminin və ya onun əşyalarının həddən artıq köhnə (qədim) olması, onların vaxt keçdikcə və ya adi istifadə nəticəsində köhnəlməsi;
11.10. Sığortalının və ya onun nümayəndəsinin məlumatı olsa da, Xxxxxxxxxxx məlumatı olmadan yanma və partlama təhlükəsi xxxx əşya (mal) və predmetlərin gəmiyə yüklənməsi.
Maddə 12. Sığortanın ərazisi
Əgər şəhadətnamədə sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (gəmiçilik rayonunda) baş verən sığorta hadisələri bu sığorta tə’minatına daxil edilir. Müqavilədə (şəhadətnamədə) başqa hal nəzərdə tutulmamışdırsa, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
FƏSIL 3. SIĞORTA MƏBLƏĞİ ВƏ SIĞORТA HAQQI
Maddə 13. Sığorta məbləği və onun müəyyən edilməsi qaydası
13.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta məbləği hər bir sığorta hadisəsi üçün verilən sığorta təminatı ödənişinin maksimum miqdarını müəyyən edir.
13.2. Sığorta məbləği sığortalanacaq predmetin faktiki dəyəri və (və ya) həddi miqdarında müəyyən edilir.
Maddə 14. Sığorta haqqı
14.1. Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada Sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.
14.2. Sığorta haqqının miqdarı sığorta tariflərinə əsasən hesablanır.
Maddə 15. Sığorta haqqının ödənilməsi
15.1. Sığorta haqqının ödənildiyi gün onun Sığortaçının bank hesabına və ya nəğd ödəmə zamanı kassasına daxil olduğu gün hesab olunur.
15.2. Sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) sığorta müqaviləsi (şəhadətnaməsi) imzalandığı gündən 15 gün ərzində Sığortaçıya ödənilməlidir.
Əgər sığorta haqqı (və ya onun birinci hissəsi) müəyyən olunmuş vaxt ərzində Sığortaçıya ödənilməzsə, sığorta müqaviləsi (şəhadətnaməsi) öz qüvvəsini itirir.
15.3. Əgər sığorta müqaviləsində (şəhadətnamədə) onun sığorta haqqı (və ya onun birinci hissəsi) ödənilənə qədər qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (və ya onun birinci hissəsi) müqavilə (şəhadətnamə) qüvvəyə mindiyi andan 5 gün ərzində ödənilməlidir.
Maddə 16. Sığorta haqqının ödənilməsinin gecikdirilməsi
Müəyyən olunmuş müddətdə növbəti sığorta haqqı ödənilməzsə, ödənilən haqqa mütənasib xxxx müddət keçdikdən sonra sığorta şəhadətnaməsi (müqaviləsi) öz qüvvəsini itirir.
Maddə 17. Sığorta haqqının qaytarılması
17.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olunmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır;
17.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır;
17.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır;
17.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
FƏSIL 4. SIĞORTA MÜQAVILƏSI
Maddə 18. Sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
18.1. Sığortalı və Sığortaçı sığorta müqaviləsinin bağlanmasına dəlalət edən sığorta şəhadətnaməsini imzalayırlar.
18.2. Əgər şəhadətnamədə başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta muqaviləsi tam sığorta haqqı və ya onun ilk hissəsi ödənilən andan qüvvəyə minir.
18.3. Sığorta haqqını və ya onun ilk hissəsini aldıqdan sonra Sığortaçı 3 gün ərzində, sığorta müqaviləsinin qüvvəyə minməsini və sığortanın müddətini göstərən sığorta şəhadətnaməsini Sığortalıya verir.
18.4. Sığorta müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə əlavə və dəyişiklik edilə bilər.
18.5. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
18.5.1. Müqavilənin qüvvədə olma müddətinin başa çatması;
18.5.2. Sığortaçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi (sığorta məbləği həcmində zərərin ödənilməsi);
18.5.3. Sığortaçının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ləğv olunması;
18.5.4. Məhkəmənin qərarı ilə sığorta müqaviləsinin etibarsız hesab edilməsi;
18.5.5. Tərəflərin razılığı ilə;
18.5.6. Qüvvədə xxxx qanunvericiliklə, hazırki Qaydalarda və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
Maddə 19. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı tərəfindən bildirilməli xxxx faktlar
19.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi və sığorta hadisəsi zamanı mümkün itkilərin həcminin hesablanması üçün mühüm əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün halları Sığortaçıya bildirməyə borcludur.
19.2. Hər bir xxxxx xxxxx xxxxxx dedikdə, Sığortaçı ilə standard təklifnamədə razılaşdırılan minimum fakt və şərtlər (xxxxx bunlarla məhdudlaşmayan) başa düşülməlidir.
Maddə 20. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) Qaydalar üzərində üstünlüyü
Sığorta müqaviləsi (şəhadətnaməsi) imzalanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
Maddə 21. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) müddəti
21.1. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
21.2. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
Maddə 22. Sığorta riskinin artması
22.1. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta risqinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında Sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
22.2. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
22.3. Əgər Sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Maddə 23. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) vaxtından əvvəl ləğv edilməsi
23.1. Sığortalı əvvəlcədən Sığortaçıya yazılı məlumat verməklə, istənilən vaxt sığorta müqaviləsindən imtina etməyə haqlıdır.
23.2. Sığortaçı əvvəlcədən Sığortalıya yazılı məlumat verməklə, sığorta müqaviləsini (şəhadətnaməni) vaxtından əvvəl ləğv edə bilər.
FƏSIL 5. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ EDİLƏCƏK HƏRƏKƏTLƏR
Maddə 24. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
24.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığoreta olunan səxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırmalı xxxx səlahiyyətli dövlət orqanına hər hansı vasitə ilə məlumat verməlidir.
24.2. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
24.3. Sığorta hadisəsi zamanı Xxxxxxxxx mümkün zərərin qarşısını almaq və miqdarının azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
24.4. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı bütün təlimatları yerinə yetirməlidir.
Maddə 25. Sığortaçı tərəfindən nəzarət
25.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
25.2. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini Sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
25.3. Təmirin yeri təmir başlanana qədər Sığortaçı ilə razılaşdırılmalıdır.
25.4. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
25.5. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
25.6. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
Maddə 26. Sığorta hadisəsinin sübut olunması
26.1. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək Sığortalının vəzifəsidir.
26.2. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün Sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli olduğu bütün sənədləri Sığortaçıya təqdim etməyə borcludur.
FƏSIL 6. ÖDƏNILƏN ZƏRƏRLƏR
Maddə 27. Əvəzi ödəniləcək zərərlər
Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərərləri ödəyir:
27.1. Sığorta obyektinə dəyən birbaşa zərərləri:
27.1.1. Gəmiyə dəyən real zərəri;
27.1.2.Səbəb olduğu ziyanın əvəzinin ödənilməsi üçün Sığortalının üzərinə qoyulan məbləği;
27.1.3. Birgə zərər üzrə ödəmələri;
27.1.4. Sığortaçı tərəfindən ödəniləcək zərərlərin həcminin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
27.1.5. Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin Sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən zəruri xərcləri.
Maddə 28. Gəmiyə dəyən zərər
28.1. Gəmiyə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
28.1.1. məhv olduqda (tam və ya konstruktiv):
sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
28.1.2. təmir olunduqda:
28.1.2.1. əgər gəmi tam təmir edilərsə – təmir xərcləri həcmində;
28.1.2.2. əgər gəmi qismən təmir edilərsə – təmir xərcləri, həmçinin gəminin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində;
28.1.2.3. əgər sığorta müddəti ərzində gəmi təmir edilməz və xarab vəziyyətdə satılmazsa - gəminin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
28.2. Sığorta müddəti ərzində gəminin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
28.3. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
28.4. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri ya ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
28.5. Sığortaçı sığortalanmış əmlaka dəyən zərərin əvəzini yuxarıda göstərilən qaydada, hər bir sığorta hadisəsi üçün sığorta məbləğini keçməyən həddlərdə ödəyir.
Maddə 29. Toqquşmaya görə məsuliyyət
29.1. Toqquşma nəticəsində zərər vurulmasına görə məsuliyyət sığortalandıqda, Sığortalının aşağıdakılarla əlaqədar ödəməli olduğu pul məbləğləri təminata daxil deyildir:
29.1.1. qırıntıların, gəminin qalıqlarının, yüklərin və ya hər hansı digər predmetlərin çıxarılması və ya kənarlaşdırılması (təmizlənməsi);
29.1.2. digər gəmilər və ya digər gəmidəki əmlak istisna olmaqla, hər hansı daşınar və daşınmaz
əmlakın zədələnməsi;
29.1.3. sığortalanmış gəmidəki yükün və digər əmlakın zədələnməsi;
29.1.4. həyata və sağlamlığı zərər vurulması;
29.1.5. hər hansı daşınar və ya daşınmaz (digər gəmilər və ya digər gəmidəki əmlak istisna olmaqla) əmlakın çirkləndirilməsi və ya şüalandırılması (yaxüd təhlükəsi) yaxud ətraf mühitə zərər vurulması (və ya təhlükəsi).
29.2. Əgər sığortalanmış gəmi hər hansı digər gəmi ilə toqquşduqda, hər iki gəmi məsuliyyət daşıyır və hər iki gəminin məsuliyyəti qanunla məhdudlaşdırılmırsa, zərərlərin əvəzinin ödənilməsi «qarışıq məsuliyyət» prinsipi əsəsında hesablanır, başqa sözlə, digər gəmiyə vurulan zərərin əvəzi Sığortaçı tərəfindən sığortalanmış gəminin təqsir dərəcəsindən çıxış edərək, qarşılıqlı tələblərin hesablanması nəticəsində hansı məbləğdə və kimin xeyrinə ödənilməsindən asılı olmayaraq ödənilir.
Qalan hallarda sığorta ödənişi Sığortalı tərəfindən ödənilməli xxxx faktiki məbləğ nəzərə alınaraq, «yeganə məsuliyyət» prinsipi əsasında həyata keçirilir.
Maddə 30. Birgə zərər üzrə ödəmələr
Sığorta riskinin fəaliyyəti nəticəsində ortaya çıxan birgə zərər üzrə ödəmələr Sığortaçı tərəfindən, onların digər ödənilmiş zərərlərlə birgə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq ödənilir.
Maddə 31. Zərərin azaldılması məqsədilə çəkilən xərclər
31.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
31.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə Sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyindən azad edilir.
Maddə 32. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər
Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilir.
Maddə 33. Qismən sığorta
Əgər gəminin sığorta məbləği onun sığorta dəyərindən (sığorta müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki bazar dəyəri) az müəyyən olunmuşdursa, Sığortaçı vurulmuş zərərin, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsini ödəyir.
Fəsil 7. SIĞORTA ÖDƏNİŞİ
Maddə 34. Sığorta ödənişinin hesablanması qaydası
Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
34.1. Qismən sığorta zamanı – zərərin sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsi müəyyən edilir;
34.2. Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - zərərin həcmi azadolma məbləğinin miqdarı çıxılmaqla müəyyən edilir;
34.3. Sığorta müqaviləsində (şəhadətnamədə) məsuliyyətin həddləri nəzərdə tutulmuşdursa, hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin maksimum miqdarı göstərilmiş həddi aşa bilməz;
34.4. hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
Maddə 35. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
35.1. Sığorta ödənişi qanunvericiliklə zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmdə hesablanır.
35.2. Sığorta hadisəsinin baş verməsi, Sığortalının sığorta ödənişi almaq hüququnun olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə
mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir.
35.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini, zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli orqanın sənədləri əsasında, həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla Sığortaçı müəyyən edir. Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda Sığortalı da dəvət oluna bilər.
Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb etmək hüququna malikdir.
35.4. Bu Qaydaların 34.2-ci bəndində sadalanan hallar barədə mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.
Maddə 36. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Sığortalı sığorta hadisəsi ilə bağlı malik olduğu bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri sığorta ödənişinin verilməsi üçün Sığortaçıya təqdim etməlidir:
36.1. Sığorta hadisəsi haqqında yazılı ərizə (bildiriş);
36.2. Sığorta müqaviləsi (sığorta şəhadətnaməsi);
36.3. Sığorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər (baş vermiş hadisənin səbəblərini və mümkün nəticələrini əhatə edən ekspert rəyi; baş vermiş hadisə ilə bağlı Sığortalıya qarşı irəli sürülmüş iddialar; hadisə nəticəsində əmlaka vurulmuş zərəri təsdiq edən müvafiq sənədlər və s.)
36.4. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərarı qəbul etmək üçün tələb olunan digər sənədlər.
Maddə 37. Ödənilməmiş sığorta haqqlarının nəzərə alınması
Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta haqqını tam ödənilməmişdirsə, Sığortaçı ödəniş zamanı sığorta haqqlarının qalan hissəsini tutmağa haqlıdır.
Maddə 38. Qalıqlara xxxx hüququn keçməsi
38.1. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə Sığortalının həmin əmlaka və dəyişilmiş hissələrə xxxx hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir.
Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
38.2. İtmiş əmlakın sonradan tapılması halında Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud Sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, Sığortaçı Sığortalıya həmin zərərlərin əvəzini ödəyir.
Maddə 39. Sığorta ödənişi verməkdən imtina əsasları
Aşağıdakı hallarda Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina etməyə haqlıdır:
39.1. Sığortalının ona məlum xxxx informasiyaları verməməsi və ya risqin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumatlar verməsi;
39.2. mühüm Şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının sığorta müqaviləsinin Mühüm Şərtlərinə əməl etməməsi;
39.3. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya itkilərin həcminin artmasına gətirib çıxarmış və ya kömək etmiş, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün
aydınlaşdırılması imkanlarını pozmuşdursa, Sığortalının sığorta müqaviləsinə (şəhadətnaməsinə), bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və qaydaları yerinə yetirməməsi;
39.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
Maddə 40. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti
40.1. Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların 36-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi gündən sonra 15 iş günü ərzində qəbul edir.
40.2. Sığorta ödənişi sığorta aktına əsasən, bu akt imzalandığı tarixdən sonra 15 iş günü müddətində həyata keçirilir. Sığorta aktı zərərin səbəblərinin və həcminin bütün maraqlı tərəflərlə birlikdə tam şəkildə müəyyən edilməsi və razılaşdırılmasından, yaxud məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra tərtib olunur.
FƏSIL 8. SUBROQASIYA
Maddə 41. Xxxxxxxx şəxsə qarşı tələb hüququnun keçməsi
41.1. Sığorta hadisəsi nəticəsində əvəzi ödənilmiş zərərlərə görə cavabdeh xxxx şəxsdən Sığortalının tələb etmək hüququ ödənilmiş məbləğ hüdudunda, subroqasiya qaydasında sığorta ödənişini verən Sığortaçıya keçir.
41.2. Sığortalı Sığortaçıya keçən tələb hüququnun həyata keçirilməsi üçün zəruri xxxx bütün sənədləri və sübutları ona təqdim etməli və bütün məlumatlar barədə onu xəbərdar etməlidir.
Maddə 42. Xxxxxxxxxxxx cavabdeh şəxsə qarşı tələb hüququndan imtina etməsi
Əgər Sığortalı Sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərlərə görə cavabdeh xxxx şəxsdən özünün tələb hüququndan imtina edərsə və ya onun öz təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa, Sığortaçı bütünlükdə və ya müvafiq qismdə sığorta ödənişi verməkdən azad olunur və lazımsız yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır.
Maddə 43. Üçüncü şəxslər tərəfindən zərərin ödənilməsi
Əgər Sığortalı vurulmuş zərərlərə görə üçüncü şəxsdən (şəxslərdən) zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının üçüncü şəxsdən (şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.
DƏNİZ NƏQLİYYATI VASİTƏLƏRİNİN TAM SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN HESABLANMASI VƏ İQTİSADİ ƏSASLANDIRILMASI
Məlum metodikaya əsasən tarifin netto-dərəcəsi (Tn) üçün aşağıdakı düstur doğrudur:
Tn = Tə + Tr ,
Burada:
Tə – netto-dərəcənin əsas hissəsi;
Tr – risk üstəliyidir və onlar üçün aşağıdakı bərabərliklər doğrudur ( 100 man sığorta məbləğinə müvafiq):
1 − q
nq
Tə = 100 ⋅ q ⋅ Sö / S , Tr = 1,2 ⋅ Tə ⋅ α(γ) ⋅ .
Bu düsturlardakı parametrlərin aşağıdakı mənaları vardır:
q – bir sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı; Sö - bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi;
S - bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği; n – gözlənilən müqavilələrin sayı.
α(γ) – nın γ - xxx (γ - təhlükəsizliyin təminatı adlanır və yığılan sığorta haqlarının sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsinə kifayət etməsi üçün tələb olunan ehtimaldır) xxxxx xxxx qiymətləri aşağıdakı cədvəldən götürülür:
Jədvəl 1.
γ | 0,84 | 0,90 | 0,95 | 0,98 | 0,9986 |
α | 1,0 | 1,3 | 1,645 | 2,0 | 3,0 |
Hesabat üçün bu parametrlərin aşağıdakı qiymətləri götürülmüşdür:
q = 0,034; S = 1 000 000 manat; Sö = 250 000 manat; n = 10;
γ = 0,90 və α(γ) = 1,3.
Onda netto-dərəcənin əsas hissəsi üçün
Tə = 100 ⋅ q ⋅ Sö / S = 100 ⋅ 0,034 ⋅ 250 000 / 1 000 000 = 0,85 man,
Risk üstəliyi üçün isə:
1− 0,034
10 ⋅ 0,034
Tr = 1,2 ⋅ 0,85 ⋅ 1,3 ⋅ = 2,23 man almış olarıq. Bütövlükdə netto-dərəcə üçün:
Tn = Tə + Tr = 0,85 + 2,23 = 3,08 man alarıq.
Tarif dərəcəsinin strukturu: 70 % - netto-dərəcə, 20% - işlərin aparılması xərci, 5% - qarşısıalınma tədbirləri üçün, 5% - mənfəət.
Brutto-dərəcə üçün məlum Tb = Tn / ( 1- f ) düsturundan (f – yüklənmə və burada f = 30%) istifadə etməklə Tb = 5,29 man alırıq.
Bu, hər 100 man sığorta məbləği üçün brutto-sığorta haqqını təşkil edir.
Sığortaçı müəyyən maliyyə nəticələri və bazar münasibətləri mülahizələrini əsas tutaraq tarif dərəcələrini və brutto-dərəcənin strukturuna daxil xxxx yüklənmə faizini, o cümlədən yüklənməni təşkil edən komponentlərin faizini fərqli müəyyən edə bilər.