Contract
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar ilə Nizamnamə əsasında fəaliyyət göstərən “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Sığortaçı” adlandırılacaq) dəmiryol nəqliyyatı vasitələrinin (dartıcı vasitələr, vaqonlar və s.) sığortasını həyata keçirir.
1.2. Bu Qaydalara uyğun olaraq Sığortaçı ilə Dəmiryol nəqliyyatı vasitələri üzrə sığorta Müqavilələrini bağlamaq hüququna Dəmiryol Nəqliyyatı Vasitələri üzrə sahibkarlıq hüququna xxxxx xxxx fəaliyyət qabiliyyətli fiziki və hüquqi şəxslər malikdir (bundan sonra “Sığortalı” adlandırılacaq).
1.3. Bu Qaydaların şərtləri belə şərtlərə istinadən bağlanılan Müqavilələrin ayrılmaz hissəsi sayılır və Sığortalı ilə Sığortaçı üçün (bundan sonra Tərəflər adlandırılacaq) məcburidir.
2. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI
2.1. Bu Sığorta Qaydaları ilə Sığortaçı Sığortalının (Faydalanan şəxsin) Sığorta Şəhadətnaməsində göstərilən sığorta hadisəsi nəticəsində müvafiq Dəmiryol Nəqliyyatı Vasitələrinə dəymiş itki və ziyanlara sığorta Şəhadətnaməsində yazılmış limitlər həddində (sığorta məbləği) təminat verir.
2.2. Sığorta müqaviləsi Sığortaçının xüsusi formada tərtib olunmuş blankında bu blank ilə nəzərdə tutulmuş məlumatları göstərilməklə Sığortalının yazılı ərizəsi əsasında bağlanılır.
Bu Ərizəyə tərkibində göstərilmiş məlumatları təsdiq edən müvafiq sənədlər əlavə olunur.
2.3. Yazılı Ərizənin alınmasından sonra Sığortaçı Sığortalıdan aşağıda göstərilənləri tələb edə
bilər:
2.3.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığorta riskinin müəyyən olunması və sığorta
haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı Sığortaçıya bildirməlidir.
Sığortaçı əlavə zəruri məlumatların siyahısını tərtib edir və yazılı müraciət formasında Sığortalıya göndərir.
2.3.2. Sığortaçının səlahiyyətli nümayəndəsinə aşağıdakılarda lazımi kömək göstərməlidir:
– sığortaya alınan Dəmiryol Nəqliyyatı Vasitələrinə baxış keçirmək;
– Dəmiryol Nəqliyyatı Vasitələrinin olduğu yerlərinin (dəmiryollarının) və belə nəqliyyat vasitəsinin yerləşdiyi xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
– Dəmiryol Nəqliyyatı Vasitələrinin real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
Bu ekspertiza Sığortaçının vəsaiti hesabına keçirilir.
2.4. Sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
Sığortalının bu hərəkəti qəsdən etdiyi müəyyən olarsa, Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1(bir) ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər. Belə xxxx xxxxx Sığortaçı ödənilmiş sığorta haqqını qaytarmaya bilər.
Sığortalının hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 (bir) ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər, sığorta Şəhadətnaməsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta Şəhadətnaməsini qüvvədə saxlaya bilər.
3. SIĞORTA PREDMETİ
3.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu dəmiryol nəqliyyatı vasitələridir.
3.2. Bu Qaydalara əsasən aşağıdakı Dəmiryol Nəqliyyatı sığortalana bilər:
3.2.1. Vaqon və yarımvaqonlar.
3.2.2. Sisternlər.
3.2.3. Refrijeratorlar.
3.2.4. Dəmiryol Nəqliyyatına aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri.
3.3. Bu Qaydalara əsasən aşağıdakı Dartıcı Dəmiryol Vasitələri sığortalana bilər:
3.3.1. Elektrovozlar.
3.3.2. Teplovozlar.
3.3.3. Parovozlar.
3.3.4. Elektrik qatarları.
3.3.5. Dizel qatarları.
3.3.6. Qazotrubovozlar.
3.3.7. Dartıcı Dəmiryol Vasitələrinə aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri (avtonom hərəkət edə bilən vasitələr).
3.4. Dəmiryolların inventar parklarında, dəmiryol nəqliyyatı sənaye müəssisələrində və Azərbaycan Respublikasının dövlət dəmiryol yolları sisteminə daxil olmayan və təyin olunmuş qaydada xüsusi icazə almış fiziki və hüquqi şəxslərin sahələrində yerləşən, Dəmiryol Nəqliyyatı Vasitələrinin qeydiyyat bazasında rəsmiləşdirilmiş və istismara hazır olan nəqliyyat vasitələri o cümlədən elektrovozlar, teplovozlar, parovozlar, motorvaqon və dizel qatarları sığortalana bilər.
4. SIĞORTANIN ƏRAZİSİ
Dəmiryol Nəqliyyatı Vasitələri ancaq Sığorta Müqaviləsində göstərilmiş ərazidə (sığorta ərazisi/gediş marşrutu) sığortalanmış sayılır.
5. SIĞORTA HADİSƏLƏRİ
5.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə hərəkətdə olub-olmamasından asılı olmayaraq, dəmiryol nəqliyyatı vasitələrinin və ya onun hissələrinin aşağıda göstərilən səbəblərdən zədələnməsi, itməsi və ya məhv olması sığorta hadisəsi hesab olunur:
5.1.1. Yanğın və/və ya partlayış;
5.1.2. Üçüncü şəxslərin qeyri qanuni hərəkətləri;
5.1.3. Təbii fəlakətlər;
5.1.4. Dəmiryol nəqliyyat vasitəsinin relsdən çıxması, aşması, hər-hansı başqa nəqliyyat vasitəsi və ya maneə ilə toqquşması, yaxud üzərinə hər-hansı predmetin düşməsi.
5.2. Təbii fəlakətlər altında aşağıdakılar başa düşülür:
– su daşqını, yeraltı suların fəaliyyəti;
– zəlzələ;
– vulkan püskürməsi;
– sel, yer sürüşməsi, uçqun;
– qasırğa, tufan;
– yerli ərazi üçün qeyri xxx xxxx yağmurlar, şaxtalar və ya başqa təbii hadisələr.
5.3. Aşağıdakılar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir:
5.3.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
5.3.2. Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
5.3.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib-edilməməyindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanları və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi hərəkətlər;
5.3.4. Dövlət orqanlarının sərəncamı ilə dəmiryol nəqliyyat vasitəsinin ləğvi, müsadirə edilməsi, üzərinə həbs qoyulması;
5.3.5. Dəmiryol nəqliyyat vasitəsinin zəbt edilməsi və ya qaçırılması;
5.3.6. Dəmiryol nəqliyyat vasitəsinin gedişə buraxılmasına qədər onun hərəkətə yararsızlığı haqqında Sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması;
5.3.7. Zərbə dalğasının bilavasitə və ya vasitəli təsiri;
5.3.8. Dəmiryol nəqliyyat vasitəsinin sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
5.3.9. Dəmiryol nəqliyyat vasitəsinin xüsusi sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli dəmiryol nəqliyyat vasitəsinin müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi olmayan şəxslər tərəfindən idarə edilməsi;
5.3.10. Sürücünün, Sığortalının (Xxxxxxxxxx şəxsin) və ya onun nümayəndəsinin yanğına qarşı təhlükəsizlik və dəmiryol hərəkəti üzrə təhlükəsizlik qaydalarına riayət olunmaması;
5.3.11. Sığorta olunmuş dəmiryol nəqliyyatı vasitələrindən təyinatı üzrə istifadə edilməməsi;
5.3.12. Dəmiryol nəqliyyat vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
5.3.13. Dəmiryol nəqliyyat vasitəsinin onun texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
5.3.14. Onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, dəmiryol nəqliyyat vasitəsinin hissələrinin sınması;
6. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA PREDMETİNİN DƏYƏRİ
6.1. Bu Qaydalara əsasən dəmiryol nəqliyyat vasitəsinin sığorta müqaviləsinin bağlanılma gününə xxxx real dəyəri sığorta pedmetin dəyəri sayılır.
6.2. Sığorta məbləği sığorta müqaviləsi (Şəhadətnaməsi) üzrə Sığortaçının Sığortalıya verməyi öhdəsinə götürdüyü ödənişin hədlərini müəyyən edir.
Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta məbləği hər bir və bütün sığorta hadisələri üçün bütün sığorta müddəti ərzində verilən sığorta təminatı ödənişinin maksimum miqdarını müəyyən edir.
7. AZADOLMA
Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin Sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər.
8. SIĞORTA HAQQI
8.1. Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada Sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır. Onun miqdarı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta haqqının ödənildiyi gün onun Sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı kassasına daxil olduğu gün hesab olunur.
8.3. Sığorta haqqının ödənilməsi qaydası sığorta müqaviləsi ilə müəyyən olunur. Sığorta xxxxx xxx və ya onun birinci hissəsi müqavilə ilə müəyyən olunmuş müddətdə ödənilmədikdə, sığorta müqaviləsi etibarsız sayılır.
8.4. Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı bütövlükdə (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələri isə sığorta şəhadətnaməsində göstərilən tarixlərə qədər) ödənilməlidir.
8.5. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, Sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
8.6. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən birdəfəlik çıxılır (bu şərt sığorta şəhadətnaməsində göstərilməlidir)
8.7. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün
ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
8.8. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 (on beş) gün ərzində ödənilməlidir. Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində Sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir.
9. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ
9.1. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
9.2. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilən başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 00-da başlayır və saat 00-da xxxx xxxxx.
9.3. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
9.3.1. müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
9.3.2. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
9.3.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
9.3.4. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
9.3.5. Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
9.4. Sığorta müqaviləsinə Sığortalı tələbi ilə vaxtından əvvəl xitam verildikdə Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır, əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa, o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
9.5. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, Sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirilməməyi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
10. XXXXXX ARTMASI
10.1. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında Sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
10.2 Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
Əgər Sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
11. SIĞORTA HADİSƏSİ ZAMANI EDİLƏCƏK HƏRƏKƏTLƏR
11.1.Sığorta hadisəsi hesab edilən hal barəsində xəbərdar olduqdan 5 gün ərzində, Sığortalı bu haqda Sığortaçıya və ya onun nümayəndəsinə məlumat verməyə borcludur. Sığorta şəhadətnaməsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
11.2. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
11.3. Sığorta hadisəsi zamanı Sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
11.4. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
11.5.Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
11.6.Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta pedmetini Sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
11.7.Təmirin yeri təmir başlanana qədər Sığortaçı ilə razılaşdırılmalıdır.
11.8.Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı Sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
11.9.Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
11.10. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
11.11. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək Sığortalının vəzifəsidir.
11.12. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün Sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri Sığortaçıya təqdim etməyə borcludur.
12. ZİYAN VƏ ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir:
12.1. Sığorta predmetinə dəyən birbaşa zərər:
12.1.1. Dəmiryol nəqliyyat vasitəsinə dəyən real zərər;
12.2. Sığortaçı tərəfindən ödəniləcək zərərin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
12.3. Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin Sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən xərcləri.
12.4. Dəmiryol nəqliyyat vasitəsinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
12.4.1. Məhv olduqda (tam və ya konstruktiv) – sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
12.4.2. Təmir olunduqda -
12.4.2.1. əgər Dəmiryol nəqliyyat vasitəsi tam təmir edilərsə – təmir xərcləri həcmində;
12.4.2.2. əgər Dəmiryol nəqliyyat vasitəsi qismən təmir edilərsə – təmir xərcləri həmçinin Dəmiryol nəqliyyat vasitəsinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
12.4.2.3. əgər sığorta müddəti ərzində Dəmiryol nəqliyyat vasitəsi təmir edilməz və xarab vəziyyətdə satılmazsa – Dəmiryol nəqliyyat vasitəsinin tam təmiri xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
12.5. Sığorta müddəti ərzində Dəmiryol nəqliyyat vasitəsinin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
12.6. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
12.7. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri və ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
12.8. Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edilmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
12.9. Vurduğu zərərə görə Sığortalının üzərinə qoyulmuş məbləği Sığortaçı ödəyir.
12.10. Sığortaçı üçüncü şəxsə vurulmuş zərərə görə məsuliyyətlə bağlı Sığortalının üzərinə qoyulmuş aşağıdakı məbləği ödəmir:
12.11. əldən çıxmış fayda və ya digər dolayı zərər;
12.12. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərəri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, Sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya Sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
12.13. Sığortaçı zərərin qarşısını almaq və ya azaltmaq məqsədilə sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərəri ödəmək öhdəliyindən azad edilir.
12.14. Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq Sığortaçı tərəfindən ödənilir.
12.15. Əgər Dəmiryol nəqliyyat vasitəsinin sığorta məbləği onun sığorta dəyərindən (sığorta müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki bazar dəyəri) az müəyyən olunmuşdursa, Sığortaçı vurulmuş zərərin, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsini ödəyir.
13. SIĞORTA ÖDƏNİŞİ
Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
13.1 Qismən sığorta zamanı – zərərin sığorta məbləğini sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsi müəyyən edilir.
13.2 Sığorta şəhadətnaməsində azadolma nəzərdə tutulduqda – zərərin həcmi azadolmanın miqdarı çıxılmaqla müəyyən edilir.
13.3. Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
13.4. Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta mükafatı ödənilməmişdirsə, Sığortaçı ödəniş zamanı sığorta haqlarının qalan hissəsini tutmağa haqlıdır.
13.5. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və dəyişilmiş hissələri xxxx hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir.
Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
13.6. İtmiş əmlakın sonradan tapılması halında Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, Sığortaçı sığortalıya həmin zərərin əvəzini ödəyir.
Aşağıdakı hallarda Sığortaçı Sığortalıya sığorta ödənişi verməkdən imtina etməyə haqlıdır:
13.7. Sığortalının ona məlum xxxx məlumatı verməməyi və ya xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumat verməsi.
13.8. Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub- olmamağından asılı olmayaraq Sığortalının sığorta müqaviləsinin mühüm şərtlərinə əməl etməməsi.
13.9. Sığortaçıya baş vermiş sığorta hadisəsi haqqında məlumat verməmə və ya gec məlumat vermə, o şərtlə ki, Sığortaçıda belə məlumatın olmamağı və ya yanlış məlumat olması onun üçün sığorta ödənişini vermək öhdəliyinin yaranmasına təsir etmək imkanına malik olsun.
13.10. Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya itkilərin həcminin artmasına gətirib çıxarmış və ya kömək etmiş, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, Sığortalının sığorta müqaviləsinə, bu şərtlərə və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtləri yerinə yetirilməməsi.
14. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
14.1 Sığortalının hüquqları:
14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
14.2 Sığortalının vəzifələri:
14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
14.3 Sığortaçının hüquqları:
14.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
14.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
14.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
14.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
14.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
14.4 Sığortaçının vəzifələri:
14.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
14.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
14.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
14.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
15.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta
müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
15.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
15.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
15.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
15.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 15.1-ci və 15.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 15.3-cü və 15.4- cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
15.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
16. SUBROQASİYA
16.1. Sığorta hadisəsi nəticəsində əvəzi ödənilmiş zərərə görə cavabdeh xxxx şəxsdən Sığortalının tələb etmək hüququ ödənilmiş məbləğ həddində, subroqasiya qaydasında sığorta ödənişini verən Sığortaçıya keçir.
16.2. Sığortalı Sığortaçıya keçən tələb hüququnun həyata keçirilməsi üçün zəruri xxxx bütün sənədləri və sübutları ona təqdim etməli və bütün məlumatlar barədə onu xəbərdar etməlidir.
Əgər Sığortalı Sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərə görə cavabdeh xxxx şəxsdən özünün tələb hüququndan imtina edərsə, və ya onun təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa, Sığortaçı bütünlükdə və ya müvafiq qisimdə sığorta ödənişi verməkdən azad olunur və lazımsız yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır.
16.3. Əgər Sığortalı vurulmuş zərərlərə görə üçüncü şəxsdən zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının üçüncü şəxsdən aldığı məbləğ arasındakı fərqi ödəyir.
16. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Sığorta müqaviləsinə görə ortaya çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmələrdə baxılır.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
DƏMİRYOL NƏQLİYYAT VASİTƏLƏRİNİN KÖNÜLLÜ SIĞORTASI QAYDALARI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı(q)-0,04;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(S)-12 000 AZN;
3. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi(So)-4 000 AZN;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n)-300
Netto-dərəcəni Tn, netto-dərəcənin əsas hissəsini Te, risk üstəliyini ise Tr ilə işarə edək. Onda
Te = 100q ⋅ So = 100 ⋅ 0,04 ⋅ 4000 = 0.00026AZN
S 120000
Risk üstəliyini hesablamaq üçün, təminat ehtimalını 0,9986 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=3 olur. Ona görə də
(1 − q)
n ⋅ q
Tr = 1,2Te ⋅ a
= 1,2 ⋅ 0.00026⋅ 3 ⋅
= 0.00026AZN
0,96
300 ⋅ 0,04
Netto-dərəcə Tn=0.00026+0.00026=0.00052 AZN təşkil edəcəkdir. Tarifin strukturu: netto- dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən işlərin aparılması xərcləri - 28%, qarşısıalınma tədbirləri fonduna ayırma – 1%, tarif mənfəəti - 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda
Tb = 0.00052
1 − 0,3
= 0.0074 AZN
Nəqliyyat vasitələrinin sığortasında tətbiq edilən tarif dərəcələri nəqliyyatın növündən, sığorta risklərinin tərkibindən, azadolmadan və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Buna görə də yekun tarif dərəcəsi 0,5%-8%, yalnız zəlzələ riski üzrə tarif dərəcəsi isə 0,115%- 0,187% aralığında dəyişir.