İstifadəçi Razılaşması
İstifadəçi Razılaşması
Hazırkı İstifadəçi Razılaşmasına dair Şərtlər (“Şərtlər”) “PAYSİS” MMC (“Məlumatı qəbul edən tərəf”) və hazırkı Şərtləri qəbul edərək XXX.XXXX.XX internet səhifəsi vasitəsilə təqdim edilən xidmətlərdən istifadə edən müvafiq qaydada qeydiyyatdan keçən qeyri-rezident fiziki şəxs xxxx İstifadəçi (“Məlumatı açıqlayan tərəf”) arasında (Məlumatı açıqlayan tərəf və Məlumatı qəbul edən tərəf bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlana bilər) ödəniş hesabının açılması, ödəniş hesabı ilə ödəniş əməliyyatlarının həyata keçirilməsi, həmçinin bu sahədə məlumatların əldə olunması və açıqlanmaması qayda və şərtlərini müəyyən edir.
NƏZƏRƏ ALARAQ Kİ, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfdən xidmətlərin göstərilməsi çərçivəsində Məxfi Məlumatları əldə etmək arzusundadır; və
NƏZƏRƏ ALARAQ Kİ, Məlumatı açıqlayan tərəf belə Məlumatları təqdim etmək arzusundadır və Məlumatı qəbul edən tərəf belə Məlumatları qəbul edir və onlarla yalnız ciddi məxfilik şərtləri ilə və hazırkı Şərtlərə uyğun olaraq davranır
BUNUNLA DA, hazırkı Şərtlər üzrə qarşılıqlı anlaşma və razılaşmaları nəzərə alaraq Tərəflər aşağıdakılar üzrə razılığa gəlmişlər:
1. Məxfi Məlumatlar
1.1. “Məxfi Məlumatlar” termini, Məlumatı açıqlayan tərəfə aidiyyəti xxxx, biznes fəaliyyəti, idarəçilik, kommersiya, maliyyə, əməliyyat və texniki məlumatları ehtiva edən bütün qeyri-ictimai, özəl və məxfi Məlumatları, həmçinin hazırkı Şərtlərin müddəaları və Məlumatı qəbul edən tərəfə təqdim olunan və ya açıqlanan, “məxfi”, “özəl” və ya onun məxfi və ya özəl təbiətini nümayiş etdirən yazı olub- olmamasından asılı olmayaraq hər hansı məlumatları bildirir.
1.2 Hər hansı Məlumat və ya məsələ aşağıdakı hallarda “Məxfi Məlumatlara” daxil edilmir: (a) hazırkı Şərtlərə uyğun olaraq açıqlanmazdan əvvəl, Məlumatı qəbul edən tərəfə artıq KİV vasitəsi ilə, ictimayyətə məlum xxxx və ya Tərəflərdən birinin özu haqqında yayılan məlumatlar və bu cür məlumatlılığın hər hansı məxfilik öhdəliyi pozulmadan əldə edildiyi halda; yaxud (b) Məlumatı qəbul edən tərəf hazırkı Şərtlərin müddəalarını pozmamış, məlumatlar İctimai mülkiyyətin bir hissəsinə cevrildiyi halda; yaxud (c) Məlumatı qəbul edən tərəfin, Məlumatı açıqlayan tərəf və ya onun Ortaq şirkətləri qarşısında məxfiliyə dair heç bir öhdəliyi olmayan üçüncü şəxslərdən KİV vasitəsi ilə, ictimayyətə məlum xxxx və ya Tərəflərdən birinin özu haqqında yayılan məlumatlar şəkildə alındığı halda.
1.3 Hazırkı Şərtlərin məqsədləri üçün, “Ortaq Şirkəti” Tərəfin nəzarət etdiyi, Tərəfə nəzarət edən və ya Tərəflə ümumi nəzarət altında fəaliyyət göstərən qurumu bildirir və yuxarıda göstərilən “nəzarət” hüquqi şəxsin direktorları və ya bərabər statusda olanlar üzrə səs vermək hüququna malik səhmlərin və ya faizlərin 50%-dən yuxarı xxxx birbaşa və ya dolayı mülkiyyəti bildirir, bu şərtlə ki, bu cür mülkiyyət və ya hüquq mövcud olsun.
2. Məlumatı qəbul edən tərəfin öhdəlikləri
2.1 Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfin bütün Məxfi Məlumatları ilə məxfi və təhlükəsiz şəkildə davranır, və:
(a) Məlumatı açıqlayan tərəfin, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, qabaqcadan yazılı razılığı olmadan, bu cür Məxfi Məlumatları heç bir üçüncü şəxsə açıqlamır;
(b) Məxfi Məlumatları ən azı özünün məxfi və özəl məlumatlarının qorunması üçün istifadə etdiyi qayğı ilə hər hansı icazəsiz istifadədən, açıqlamadan, ötürmədən və ya dərcetmədən qoruyur və mühafizə edir;
(c) hər hansı Məxfi Məlumatdan Məlumatı açıqlayan Tərəflə bağlı rəqabət və ya digər üstünlük əldə etmək məqsədilə istifadə etmir;
(d) Bu cür Məxfi Məlumatlar haqda məlumatlı olmaları tələb olunan özünün direktorlarına, məsul şəxslərinə və ya işçilərinə Məxfi Məlumatların açıqlanmasını məhdudlaşdırır və bu cür Məlumatları yalnız hazırkı Şərtlərin konkret məqsədləri üçün onlara tələb olunan dərəcədə açıqlayır;
(e) Onun adından fəaliyyət göstərən bütün şəxslərlə bu şəxslərin məxfiliklə bağlı üzərilərinə oxşar öhdəlik götürmələrini təmin etmək və bu cür şəxsləri Məxfi Məlumatların hazırkı Şərtlərdə nəzərdə tutulan hallardan başqa açıqlanmaması və ya istifadə edilməməsi haqda xəbərdar etmək üçün müvafiq tədbirlər görür;
(f) Məxfi Məlumatlardan icazəsiz istifadə və ya açıqlama xxxx xxxxx etdiyi təqdirdə bu haqda Məlumatı açıqlayan tərəfə dərhal məlumat verir və Məxfi Məlumatları yenidən əldə etmək və gələcəkdə icazəsiz hərəkətlərə və ya hazırkı Şərtlərin müddəalarının digər pozuntularına yol verməmək üçün məntiqli addımlar atır.
2.2 Hüquq və ya Lisenziyaların verilməməsi. Hazırkı Şərtlər üzrə Məxfi Məlumatların açıqlanması Məlumatı qəbul edən tərəfə bu cür Məxfi Məlumatlar üzərində, dünyanın hər hansı yurisdiksiyasının istənilən qanun və qaydası tərəfindən tanınan hər hansı patentə, əmtəə nişanına, müəllif hüququna və ticarət sirrinə dair hər hansı hüquq və ya lisenziya, mənəvi və ya digər hüquqlar (birlikdə - Əqli Mülkiyyət Hüquqları”) məhdudiyyətsiz daxil olmaqla, hər hansı açıq-aşkar və ya nəzərdə tutulan lisenziya və ya hüquq vermir. Məlumatı açıqlayan tərəf və / və ya onun lisenziarları Məlumatı qəbul edən tərəfin yalnız hazırkı Şərtlərdə acıq-aydın şəkildə nəzərdə tutulan məqsədlər üzrə istifadə edəcəyi istənilən Məxfi Məlumatlar üzərində bütün Əqli Mülkiyyət Hüquqlarını özlərində saxlayırlar. Məlumatı qəbul edən tərəf Məxfi Məlumatlara və ya onların istənilən hissəsinə əlavə edilən və ya qoşulan Məlumatı açıqlayan tərəfin hər hansı əmtəə nişanına, loqosuna, müəllif hüququ haqda bildirişlərinə və ya digər xüsusi bildirişlərinə və ya fərqləndirici nişanlarına dəyişiklik etməməyi və ya onları silməməyi öhdəsinə götürür.
2.3 Məxfi Məlumatların qaytarılması. Mövcud qanun və qaydalarda başqa cür tələb edilmirsə, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfin tələbindən sonra Məlumatı açıqlayan tərəfin Məxfi Məlumatlarının daxil olduğu, həmin Məlumatları əks etdirən, onlardan ibarət xxxx və ya həmin Məlumatlara əsaslanan bütün sənədləri və materialları (və ya onların müvafiq hissələrini) məhv edir, kompyuterdən (və ya oxşar cihazdan) tamamilə silir və ya Məlumatı açıqlayan tərəfə xxxx qaytarır.
3. Müxtəlif şərtlər
3.1 Öhdəliyin olmaması. Nə hazırkı Şərtlər, nə də Məxfi Məlumatların açıqlanması və qəbul edilməsi istənilən Tərəfin digər Tərəflə hər hansı biznes əlaqəsi qurmaq öhdəliyini və ya niyyətini yaratmır və ya nəzərdə tutmur.
3.2 Zəmanətin verilməməsi. İstənilən Məxfi Məlumatın açıqlanması heç bir bəyanat və ya zəmanət yaratmır, o cümlədən həmin məlumatın dəqiqliyu və ya hər hansı patent, əmtəə nişanı, müəllif hüququ, yaxud digər əqli mülkiyyət və ya patent hüququn pozulmaması barədə.
3.3 Müddət. Hazırkı Şərtlər onun qəbul edilməsi tarixindən başlayaraq beş (5) il müddətində qüvvədə qalır. İstifadəçi tərəfindən etiraz edilmədiyi tarixdə bu müddət eyni şərtlər altında növbəti 5 (beş) il müddətinə uzadılır.
3.4 Tam Razılaşma. Hazırkı Şərtlər Məxfi Məlumatların məxfiliyi və açıqlanmaması ilə bağlı Tərəflər arasında tam razılaşmanı təşkil edir və onunla bağlı bütün əvvəlki razılaşmaları və anlaşmaları əvəz edir. Yazılı surətdə tərtib edilməyincə və hər iki Tərəfin lazımi qaydada səlahiyyət verilmiş
nümayəndələri tərəfindən imzalanmayınca, hazırkı Şərtlərin istənilən müddəasına edilən dəyişiklik, düzəliş və ya əlavə heç bir öhdəlik yaratmayacaq.
3.5 Müddəalar arasında bölünmə. Səlahiyyətli məhkəmə (i) hazırkı Şərtlərin istənilən müddəasının hər hansı səbəbdən vaxt, coğrafi miqyas və ya fəaliyyət baxımından həddən artıq geniş olduğu qənaətinə gələrsə, həmin müddəa onun mövcud qanunvericiliyə xxxxx xxxx maksimal həcmdə tətbiq edilməsinə imkan verən qaydada şərh edilir; (ii) hazırkı Şərtlərin hər hansı müddəasını qanuni qüvvəsi olmayan, qüvvədən düşmüş və ya iddia gücünü itirmiş sayarsa, bu cür qərar hər hansı digər şərt və müddəanın hüquqi qüvvəsinə və ya iddia gücünə təsir göstərmir.
3.6 Xxxx etməmə. Qanunla, hər hansı hökumət və ya digər tənzimləyici orqan (o cümlədən, xxxxx bununla məhdudlaşmadan, hər hansı müvafiq qiymətli kağızlar birjası) və ya hər hansı məhkəmə və ya səlahiyyətli yurisdiksiyaya malik digər orqan tərəfindən tələb edilən hallar istisna olmaqla, Tərəflərdən heç biri digər Tərəfin qabaqcadan yazılı razılığı olmadan bu Şərtlər barədə hər hansı məlumatları, onunla nəzərdə tutulmuş müzakirə və ya danışıqları heç bir qaydada açıqlaya, yaya və ya reklam edə bilməz.
3.7 Məcburi Açıqlama. Məlumatı qəbul edən tərəf səlahiyyətli yurisdiksiyanın məhkəməsi və ya digər tənzimləyici orqan (o cümlədən, xxxxx bununla məhdudlaşmadan, hər hansı müvafiq qiymətli kağızlar birjası) tərəfindən qanuni şəkildə Məxfi Məlumatların istənilən birini açıqlamaq məcburiyyətində olarsa, onda o Məlumatı açıqlayan Tərəfə bu haqda təcili surətdə məlumat verməlidir ki, Məlumatı açıqlayan tərəf açıqlamaya qarşı müvafiq müdafiəedici məhkəmə qərarı və ya digər müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilsin, və istənilən halda açıqlanmanın daha geniş vüsət almasının mövcud şəraitdə mümkün xxxx dərəcədə qarşısını almalıdır.
3.8 Bildirişlər. Hazırkı Şərtlər üzrə təqdim olunan bütün bildirişlər yazılı surətdə tərtib edilir və
a) şəxsən təqdim olunduqda, hazırkı bənddə göstərilmiş ünvana çatdırıldıqda; və ya
b) faksla göndərildikdə, faksın müvəffəqiyyətlə göndərildiyinə dair hesabatda göstərilmiş vaxtda; və ya
c) xidməti kuryer vasitəsilə çatdırıldıqda, kuryerin çatdırılma qəbzinin imzalandığı tarixdə və vaxtda lazımi qaydada alınmış sayılır.
Hər hansı Tərəfin ünvanı dəyişdikdə, həmin Tərəf digər Tərəfi bu barədə xəbərdar edir və yeni ünvanı və müvafiq əlaqə məlumatları dəyişiklik tarixindən sonra on (10) gün ərzində təqdim edir.
3.9 Tətbiq edilən Qanun və Yurisdiksiya. Hazırkı Şərtlər və onun nəticəsində və ya onunla əlaqədar olaraq yaranan hər hansı mübahisə və ya iddia bütün münasibətlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq idarə və şərh edilir. Tərəflər aralarında və hazırkı Şərtlər ilə əlaqədar baş verən mübahisələri xoş məramla həll etməyə cəhd göstərirlər. Əgər mübahisəni 90 (doxsan) təqvim günü ərzində qarşılıqlı danışıqlar yolu ilə həll etmək mümkün olmazsa, onda bu cür mübahisə müstəsna və birmənalı şəkildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
3.10 Hüquqdan imtina edilməsi. Hər hansı Tərəfin hazırkı Şərtlərin hər hansı müddəasında nəzərdə tutulmuş istənilən hüquqdan hər hansı vaxt icra etməməsi və ya icrasının ləngitməsi onun bu hüququnu məhdudlaşdırmır və ondan imtina halını təşkil etmir, nə də ki istənilən hüququn birdəfəlik və ya qismən icrası həmin hüququn istənilən vaxt hər hansı gələcək icrasının qarşısını xxxxx və ya icrasını məhdudlaşdırmır.
3.11 Hazırkı Şərtlər ilə başqa cür nəzərdə tutulmayıbsa, hazırkı Şərtlərin bütün müddəa və şərtləri Tərəflərə, onların hüquqi varislərinə və Şərtlərin icrası tapşırılan digər şəxslərə də şamil edilir və onları bağlı edir.
3.12 Tərəflərdən heç biri digər Tərəfin qabaqcadan yazılı razılığı olmadan hazırkı Şərtlər üzrə hüquqlarından heç birini digər şəxsə ötürmür, vermir və ya başqa yolla onlara sərəncam vermir, yaxud
hazırkı Şərtlər üzrə öhdəliklərinin heç birini digər şəxsə ötürmür, vermir və ya başqa yolla onlara sərəncam vermir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, İstifadəçi (“Məlumatı açıqlayan tərəf”) bu Şərtləri qəbul etməklə bütün müddəaları ilə razı olduğunu bildirir.
XİDMƏTLƏRDƏN İSTİFADƏYƏ DAİR ŞƏRTLƏR VƏ MÜDDƏALAR (MÜQAVILƏ)
Vaxtaşırı düzəliş edilə bilən bu Xidmətlərdən İstifadəyə dair Şərtlər və Müddəalar (burada və bundan sonra “İstifadə Şərtləri” adlandırılan) İstifadəçi (aşağıda göstərildiyi kimi) tərəfindən Xidmətlərə (aşağıda göstərildiyi kimi) daxil olunması və ya onlardan istifadə edilməsi üçün tətbiq olunur. İstifadəçi həmçinin Xidmətlərə daxil olunması və onlardan istifadə edilməsi ilə bağlı Şirkətin (aşağıda göstərildiyi kimi) vaxtaşırı olaraq təqdim edə biləcəyi hər hansı digər təlimatlara da riayət etməlidir.
1. ƏSAS ANLAYIŞLAR
Bu İstifadə Şərtlərinin məqsədləri üçün aşağıda mənaları göstərilən terminlərdən istifadə edilir:
“İstifadəçi” - Xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçirilmiş və ya qeydiyyatsız istifadə edən qeyri-rezident fiziki şəxs deməkdir;
“Ödəniş hesabı” (bundan sonra – Hesab) - İstifadəçiyə Xidmətlərdən istifadə hüququnu verən hesab deməkdir;
“Xidmətlər” - Elektron Daxilolma Cihazı vasitəsilə daxil oluna bilən Şirkətin Veb Qoşması vasitəsilə təklif etdiyi xidmət və funksiyalar deməkdir;
“Elektron Daxilolma Cihazı” - kompyuter, telefon, mobil telefon, smartfon, rəqəmli assistant (PDA), mobil cihaz, simsiz cihaz və Xidmətlərdən istifadəsi üçün nəzərdə tutulan istənilən digər elektron cihaz; “Mobil Tətbiqlər” - xüsusi olaraq mobil cihazlar üçün nəzərdə tutulmuş Şirkətin internet saytları və ya Proqram Təminatı vasitəsilə müəyyən mobil cihazlardan istifadə etməklə İnternet Tətbiqlərinə daxil olma deməkdir;
“Veb Qoşması” - Şirkətin Mobil Tətbiqini daxil edən xxx.x-xxx.xx və / və ya xxx.xxxxxxxxxx.xx domen adı ilə gedən veb qoşmaları deməkdir;
“İstifadəçi adı” - İstifadəçinin xxx.x-xxx.xx və xxx.xxxxxxxxxx.xx-x təqdim etdiyi mobil telefon nömrəsi. İstifadəçi İnternet tətbiqə daxil olmaq üçün İstifadə etdiyi addır;
“Şifrə” - İstifadəçinin Xidmətlərdən istifadə etmək üçün özünü eyniləşdirmək üçün seçdiyi məxfi rəqəmlər və/və ya hərflər kombinasiyası deməkdir;
“Ödəniş” – xxx.x-xxx.xx və xxx.xxxxxxxxxx.xx vasitəsilə ödəniş qəbul edən təşkilatın xeyrinə həyata keçirilən hər hansı ödəniş deməkdir;
“Şirkət” - 11/06/2014-cü il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçirilmiş (VÖEN: 1003408041) “PAYSİS” MMC;
“Bonus” – xxx.x-xxx.xx saytında qeydiyyata düşdükdən dərhal sonra aktivləşən və sahibinin EPUL hesabına bağlanan əlavə bir funksiyadır. EPUL-da istifadəçinin yerinə yetirdiyi hər bir tranzaksiya bonus vəsaitlərinin həcmini artırır, yığılmış bonuslarla isə kommunal və mobil operator ödənişləri etmək və “Bonus mağaza”da təklif olunan hədiyyələrə sahib olmaq, xüsusi kateqoriya müştərilər üçün isə Şirkətin qaydalarına uyğun onlar tərəfindən xərclənmiş pul vəsaitinin bir hissəsinin xxxx ödəniş edilməsi mümkündür.
“İş günü” - Şənbə, Bazar və Azərbaycan Respublikasında tətbiq olunan hər hansı qeyri-iş günü istisna olmaqla hər hansı təqvim günü;
“Üçüncü Tərəf” - İstifadəçidən və Şirkətdən başqa hər hansı tərəf deməkdir.
2. QEYDİYYAT
İstifadəçi Xxxxxxxxx açılması üçün mobil telefon nömrəsinin daxil edərək, bu Razılaşmanın şərtləri ilə xxxxx olub öz razılığını bildirir. Növbəti mərhələdə mobil telefon nömrəsinə gələn birdəfəlik şifrəni daxil edir. Yalnız bundna sonra 2 dəfə olmaqla 4 rəqəmdən ibarət eyni şifrəni daxil edir.
3. XİDMƏTLƏRİN DƏYİŞDİRİLMƏSİ
İstifadəçi bu İstifadə şərtlərini təsdiq etməklə qəbul edir ki, Şirkət İstifadəçiyə əvvəlcədən hər hansı bildiriş vermədən Xidmətlərin istənilən hissəsinə əlavələr etmək, onların istənilən hissəsini çıxarmaq və ya dəyişiklik etmək hüququnu özündə saxlayır və bu hallarda İstifadə Şərtləri ilə əlavə olunmuş və ya
dəyişdirilmiş Xidmətlərə (və ya onların hər hansı hissəsinə və ya funksiyasına) tətbiq olunmağa davam edəcək. İstifadəçi həmin xidmətlərdən istifadə etməklə onlarla razı olduğunu təsdiq etmiş olur.
4. BİLDİRİŞLƏR
Məlumatlar saytın daxili poçt və ya SMS vasitəsi ilə və ya POP-UP texnologiyası ilə İstifadəçiyə çatdırıla bilər. İstifadəçi öz elektron poçt ünvanı vasitəsi ilə məlumat almaq istəmədiyi halda portaldakı Şəxsi kabinetdə, “TƏNZİMLƏMƏLƏR” linkindən istifadə edərək, bu imkanı ləğv etmək hüququndadır. Xidmətdən imtina ilə bağlı İstifadəçiyə məlumatların təqdim edilməməsi nəticəsində yaranacaq hər hansı hala görə Şirkət məsuliyyət daşımır.
5. İSTİFADƏ/TƏLİMATLAR
İstifadəçi Veb Qoşmasına daxil olmaq üçün öz İstifadəçi Adından və Şifrəsindən istifadə etməlidir. Xidmətlərə daxil olduqdan sonra, İstifadəçiyə onun verdiyi və ya vermək niyyətində olduğu istənilən göstərişə görə cavabdeh olmağı qəbul etmək və ya onunla razılaşmaq seçimi verilir. İsifadəçinin Veb qoşma vasitəsi ilə verdiyi göstərişlər İstifadəçinin yazılı formada imzaladığı göstərişlər ilə eyni hüquqi qüvvəyə malik olur və gələcəkdə hər hansı mübahisənin həlli zamanı sübüt kimi tətbiq edilə bilər. xxx.x-xxx.xx və xxx.xxxxxxxxxx.xx internet səhifələrində (bundan sonra birlikdə və ayrılıqda “internet səhifəsi” adlanacaq) yerləşdirilmiş üçüncü şəxslərin məhsul və xidmətləri barədə məlumatlar yerləşdirməklə üçüncü şəxslərin məhsul və xidmətlərin satışı təşkil edilə bilər.
6. ELEKTRON PULUN EMİSSİYASI
İstifadəçisi eyniləşdirilməyən elektron pul üzrə pul vəsaitinin həcmi 100 (yüz) manatdan artıq, istifadə müddəti isə 2 (iki) ildən xxx xxx bilməz. Bu elektron pul üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 1000 (min) manatdan xxx xxx bilməz.
İstifadəçisi eyniləşdirilən elektron pul ilə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 15000 (on beş min) manatdan artıq, istifadə müddəti isə 4 (dörd) ildən xxx xxx bilməz.
Fiziki şəxs Hesabına pul vəsaitini yalnız nağdsız formada mədaxil edir.
7. PUL VƏSAİTİNİN QƏBULU
İstifadəçi yalnız rezidenti olduğu ölkədə fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş ödəniş kartları vasitəsilə Hesabına pul vəsaitini mədaxil edərək elektorn pul əldə edə bilər.
8. ÖDƏNİŞLƏR
İstifadəçi yalnız özünün Hesabına əlavə etdiyi üçüncü tərəf xxxx şirkətlərə ödənişlər həyata keçirə bilər. Bütün ödənişlər aşağıda sadalanan ödəniş kartlarının birindən istifadə etməklə həyata keçirilməlidir: Visa, Visa Electron, MasterCard, Maestro. Bununla yanaşı ödənişlər internet səhifəsində qazandıqları bonuslarla, yaddaşda saxlanılan kart vasitəsilə, E-pul pul kisəsi vasitəsilə də həyata keçirilə bilər.
Eyniləşdirilməsi aparılmayan elektron pul ilə aşağıdakı xidmətlər üzrə ödənişlər aparıla bilinməz:
⮚ bankçılıq xidmətləri;
⮚ ödəniş sistemləri;
⮚ mağazalar şəbəkəsi üzrə təqdim edilən kreditlər.
Əgər İstifadəçi ödəniş həyata keçirirsə, qəbul edir ki, vəsaitlər onun kart hesabından göstəriş verildiyi tarixdə tutulduğuna baxmayaraq, Üçüncü Tərəf Şirkətdən asılı olmayan səbəblərdən Ödənişi İstifadəçinin müvafiq göstəriş verdiyi və ya vəsaitin tutulduğu tarixdə almaya bilər. Şirkət İstifadəçi ilə hər hansı Üçüncü Tərəf arasında yaranan istənilən mübahisələrə görə məsuliyyət daşımır, hətta həmin Üçüncü Tərəf hər hansı səbəbdən İstifadəçinin Ödənişini Hesabına almırsa, İstifadəçidən hər hansı haqqın və ya cərimələrin ödənilməsini tələb edirsə və ya satın alınmış xxxxxxx və ya materialları təchiz etmir və ya mallar və materiallar qeyri-müvafiqdirsə. İstifadəçi hər hansı Ödənişin həyata keçirilməsi üçün Şirkətə tələb olunan bütün məlumatların (Hesabın unikal nömrəsi, elektron poçt ünvanları və benefisiarın adları) dəqiqliyini təmin etməlidir. Şirkət əvvəlcədən hər hansı bildiriş təqdim etmədən Üçüncü Tərəf dəyişiklik barədə Şirkətə məlumat verdiyi və ya Şirkətin zəruri hesab etdiyi digər hallarda benefisiara dair belə məlumatı dəyişdirə bilər. İstifadəçinin və ya hər hansı Ödənişin benefisiarının saxtaçılığa, qeyri-qanuni və ya yanlış hərəkətə yol verdiyini hesab edərsə və ya hər hansı yanlışlıq və ya səhv meydana çıxarsa, Şirkət bildiriş təqdim etmədən İstifadəçinin verdiyi və vermək niyyətində olduğu göstərişi qəbul etməyə bilər və ya onun icrasından imtina edə bilər.
Hər hansı üçüncü şəxsin təqdim etdiyi məhsul və xidmətlərin dəyərinin tam ödənilməsindən sonra məhsul və xidmətlər Şirkətin iştirakı olmadan üçüncü şəxs tərəfindən və ya çatdırma xıdməti vasitəsi ilə birbaşa müştərilərə təhvil veriləcəkdir və Şirkət tərəfindən məhsul və xidmətlərin dəyəri üçüncü şəxsin təqdim etdiyi məhsul və xidmətlər müştərilərə tam təhvil verilməsini təsdiq edən təhvil sənədi təqdim edildikdən sonra üçüncü şəxsə ödəniləcəkdir.
Şirkətin İstifadəçiyə təqdim etdiyi ödənişlərin qəbulu vasitələrindən (QR-kod, internet səhifəyə keçid (link) və sair bu kimi) istifadə etməklə İstifadəçi xxx.x-xxx.xx internet səhifəsində və / və ya mobil tətbiqdə açdığı (istifadəyə götürdüyü) pul kisəsi (EPUL Wallet), kart (virtual kart) və / və ya digər istifadəyə verilə biləcək vasitələrlə ödənişlər qəbul edə bilər. Bu üsul kommersiya məqsədləri üçün istifadə edilə bilməz.
Bununla yanaşı, Şirkət EPUL istifadəçilərinin müvafiq qanunvericiliyin tələblərinə əsasən ödənilməli olduğu hər hansı vergi, rüsum və digər ödənişlərə görə məsuliyyət daşımır və bu cür vergi, rüsum və digər ödənişlər istifadəçi tərəfindən ödənilməlidir.
9. ELEKTRON VASİTƏLƏRLƏ YAZIŞMALAR VƏ MÜQAVİLƏLƏR
İstifadəçinin elektron vasitələrlə verdiyi və ya vermək niyyətində olduğu, Şirkətin aldığı hər hansı yazışma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq xxxxxxx Xxxxxxxxxx tərəfindən səlahiyyətləndirilmiş və onun məsuliyyətində xxxx hesab olunur və onun nəticələri İstifadəçi üçün məcburidir. İstifadəçi razılaşır ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur. İstifadəçi həmçinin razılaşır ki, yazışma və ya müqavilənin elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına baxmayaraq heç bir belə yazışma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək. Bu İstifadə Şərtlərinin məqsədləri üçün, “elektron vasitələr” termini kompyuter, telefon, mobil telefon, smartfon, İnternet, elektron poçt, rəqəmli assistent (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu başa düşülür.
10. İSTİFADƏYƏ DAİR QADAĞALAR
İstifadəçi aşağıdakılara yol verməyəcək:
• İstifadəçi haqqında, İstifadəçinin Hesabı və ya İstifadəçinin digər maliyyə təşkilatlarında xxxx bank hesabları haqqında heç bir yanlış, qeyri-dəqiq və ya natamam məlumat təqdim etməyəcək;
• Xidmətlərə qeyri-qanuni, dələduzluq, bədniyyətli və ya iftiralı məqsədlərlə daxil olmayacaq və ya onlardan istifadə etməyəcək;
• Xidmətlərin qorunub saxlanmasına, toxunmazlığına, effektivliyinə, xoş niyyətliliyinə xələl gətirə biləcək əməllər və ya tədbirlər görməyəcək (qeyri-qanuni, dələduz, bədniyyətli və ya iftiralı və ya hər hansı digər şəxsə xələl gətirə biləcək və ya gətirən əməllər daxil olmaqla).
• xxx.x-xxx.xx və xxx.xxxxxxxxxx.xx-xx eyni İstifadəçi tərəfindən iki və ya bir neçə profillərin açılması qadağan edilir. İlkin profilə çıxışın məhdud olması səbəbindən əlavə profil açan İstifadəçi Şirkətə onun bağlanılması xahişi ilə və ya Şifrənin xatırlanması opsiyası vasitəsi ilə çıxışın bərpa olunması xahişi ilə müraciət etməlidir. Əlavə (saxta) profillərin açılması ilə bağlı bütün digər hallarda bu profillər Şirkət tərəfindən bloklaşdırılacaq, İstifadəçinin topladığı bonus xalları isə tam olaraq silinəcək. İstifadəçi saxta profilindən istifadə etməklə hər hansı hədiyyəni qazanarsa, Şirkət həmin hədiyyəni istifadəçiyə təqdim etməmək hüququna malikdir.
• Hesabdan, habelə Şirkətin mövcud informasiya texnologiyaları infrastrukturundan qanunsuz qumar oyunlarında istifadə etməyəcək;
• Sui-istifadə halları (eyni və ya oxşar əməliyyatlar və ya bununla məhdudlaşmayaraq xarakterinə görə standart və adi praktikaya uyğun olmayan əməliyyatlar və digər hərəkətlər) nəticəsində bonus xallarının süni artırılmasına yönəlmiş əməliyyat və hərəkətlər aşkar edildikdə, Şirkət tərəfindən İstifadəçinin topladığı bu bonus xalları tam olaraq silinəcək.
11. MOBİL QOŞMA
Xidmətlərə Mobil Tətbiq vasitəsilə daxil olmaq və ya onlardan istifadə etmək üçün aşağıdakı qaydalar tətbiq olunur:
• İstifadəçi Mobil Tətbiq istifadə etmək üçün Veb Qoşmasına daxil olmalıdır;
• İstifadəçi Mobil Tətbiq vasitəsilə Veb Qoşması üzrə bütün xidmətlərə, funksiyalara, məzmuna və ya məlumatlara daxil olma hüququna malikdir (tam Ödəniş tarixi, çeklərin çapa verilməsi, tərkibinə və məlumatına daxil olmaq üçün müntəzəm olaraq Veb Qoşmasına Mobil Tətbiqdən fərqlənən texnologiya vasitəsilə daxil olmalıdır.
12. TƏHLÜKƏSİZLİK
İstifadəçi özünün giriş şifrəsini hər xxxxx xxx məxfi saxlamalıdır. İstifadəçi heç kəsə öz şifrəsini açıqlamamalıdır. Xxxx Xxxxxxxxxx öz şifrəsinin kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal şifrəsini müvafiq qaydada dəyişməlidir. İstifadəçinin bu bənd üzrə öhdəlikləri aşağıda göstərilən istisnalardan asılıdır:
• İstifadəçinin şifrələri özünəməxsus və digər şəxslər tərəfindən asanlıqla tapıla bilməyən və ya əldə oluna bilməyən olmalıdır, o cümlədən: doğum tarixindən və ya İstifadəçinin öz və ya ailə üzvünün adından, İstifadəçinin telefon nömrəsindən və ya “1234” kimi ardıcıl rəqəmlərdən istifadə olunmamalıdır.
• Xidmətlər üçün İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyi İstifadəçinin normal təhlükəsiz iş qaydalarına riayət olunmasından asılıdır. İstifadəçi razılaşır ki, Xidmətlər vasitəsilə əməliyyatlar həyata keçirərkən, İstifadəçi əməliyyat həyata keçirmək məqsədilə Xidmətlər vasitəsilə ötürülən məlumatlar daxil olmamaq şərtilə, hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımı tədbirlər görür. Buraya o cümlədən aşağıdakılar daxildir: digər insanlar İstifadəçinin kompyuter ekranını və ya Elektron Daxilolma Cihazındakı klaviaturanı görməməlidir və İstifadəçinin zəngini eşitməməlidir.
Veb Qoşması üçün aşağıdakı əlavə təhlükəsizlik qaydaları tətbiq olunmalıdır:
• Şirkətin internet saytlarında İstifadəçinin Veb Qoşmasını necə daha təhlükəsiz edə biləcəyini və Şirkət Veb Qoşmasını necə daha təhlükəsiz etdiyini izah edən bölmələr var. İstifadəçi bu bölmələri müntəzəm olaraq oxumalıdır;
• İstifadəçi özünün Veb Qoşmasına kiminsə daxil olmasının qarşısının alınması üçün Veb Qoşması üzrə hər əməliyyatı həyata keçirdikdən sonra İstifadəçinin brauzerindən çıxmalıdır və onu bağlamalıdır;
• İstifadəçi Veb Qoşmasına daxil olmuş vəziyyətdə olduğu müddətdə İstifadəçinin Elektron Daxilolma Cihazını diqqətsiz qoymamalıdır;
• İstifadəçi kompyuterlə iş üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir və həmin qaydalar ən azı aşağıdakılar olmalıdır: ən son virusun aşkarlanması proqramı və şəbəkələrarası ekran sistemi, əgər belə təhlükəsizlik tədbirləri İstifadəçinin Elektron Daxilolma Cihazında mövcuddursa;
• İstifadəçi xxx.x-xxx.xx və xxx.xxxxxxxxxx.xx -da hər hansı qeyri-adi, şübhəli və ya dələduzluq əməli barədə məlumatlı olarsa, bu barədə dərhal Şirkəti məlumatlandırmalıdır.
• İstifadəçi Xidmətlərlə bağlı Şirkətin tələb edə biləcəyi istənilən əlavə təhlükəsizlik tələblərinə riayət etməyə hazır olmalıdır.
13. İSTİFADƏÇİNİN ONLAYN ƏMƏLİYYATLAR ÜZRƏ MƏLUMATLARININ TOPLANMASINA VƏ İSTİFADƏSİNƏ RAZILIQ
Şirkət cookie-fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən Şirkətin elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər. İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat və Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığı barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər. Şirkət İstifadəçinin şəxsi məlumatını Azərbaycan Respublikasının şəxsi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və onun hüquqlarını pozmamalıdır.
14. HAQLAR
Şirkət Xidmətlərin təmin olunması üçün heç bir xidmət haqqı və ya digər haqlar tələb etmir. Şirkətin başqa tələbi olmazsa, istənilən Ödəniş ödəmə müddətində qanuni ödəmə vasitəsi xxxx valyuta ilə həyata keçirilə bilər. İstifadəçi qəbul edir ki, Üçüncü Tərəflər, eləcə də banklar Elektron Daxilolma Cihazına və ya Xidmətlərdən istifadə etmək üçün xidmət təminatçısına ödənilən haqlar da daxil olmaqla müəyyən haqların ödənilməsini tələb edə bilər.
15. MƏSULİYYƏT
Bu İstifadə Şərtlərində başqa cür şərtləndirilməmişsə, Şirkət İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır:
• Bu İstifadə Şərtləri və ya Xidmətlər,
• Xidmətlərlə bağlı İstifadəçi tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər.
Şirkət yalnız özünün etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmalıdır) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır. Şirkət heç bir halda, hətta əgər Şirkət etinasızlığa yol verərsə, iddianın əsaslandırılmasından asılı olmayaraq İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır, hətta əgər Şirkət belə zərərlərin ehtimalı barədə əvvəlcədən məlumat təqdim etmişsə. Bundan əlavə Şirkət, heç bir halda, hətta əgər ciddi etinasızlığa yol verərsə, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır:
• Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi (və heç bir belə Üçüncü Tərəf Şirkətin agenti kimi fəaliyyət göstərən hesab olunmayacaq);
• İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatları) və hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri- dəqiqliklər və ya digər uyğunsuzluqlar (İstifadəçinin yeni versiyanın əldə etməməyi daxil olmaqla);
• Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (digərlərdən savayı hər hansı sistem sıradan çıxması və ya texniki xətaları) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar;
• Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq (gecikdirilmiş haqlar kimi istənilən ödəmələr və ya İstifadəçinin Üçüncü Tərəflərə ödəməli ola biləcəyi əlavə faiz);
• İstifadəçinin Şirkətin internet saytından çıxması və hər hansı Üçüncü Tərəfin internet saytına qoşulması və ya çıxması və ya istifadəsi;
• Hesabdan, habelə Şirkətin mövcud informasiya texnologiyaları infrastrukturundan qanunsuz qumar oyunlarında istifadə edilməsindən yaranan hüquqi nəticələr və şirkətdaxili normariv hüquqi sənədlərin tələblərinə uyğun olaraq görülən tədbirlər;
• Bu İstifadə Şərtlərinə uyğun olaraq İstifadəçinin öhdəsinə düşən təhlükəsizlik də daxil olmaqla hər hansı öhdəliklərin yerinə yetirilməməsi və ya Xidmətlərlə bağlı Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişlərin yerinə yetirilməməsi;
• Xidmətlərə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar istənilən dələduz və ya digər qanunsuz hərəkət (hərəkətsizlik). İstifadəçi belə məsələlərlə bağlı onun hesabına xidmət göstərən banka müraciət etməlidir.
• Şirkətin keçirdiyi mükafat oynamaları nəticəsində udulan mükafatın istifadəçini qane edəcək vəziyyətdə olmaması və/və ya onu qane edəcək şəkildə işləməməsi. İstifadəçi belə məsələlərlə bağlı mükafatın (mükafatların) istehsalçısına müraciət etməlidir. Şirkətin ciddi etinasızlığı nəticəsində yaranan iddialar, xərclər və məsuliyyətlər daxil olmamaq şərtilə, İstifadəçi Şirkəti İstifadəçinin Xidmətlərə daxil olması və onlardan istifadə etməsi və ya İstifadəçi tərəfindən
Şirkət yalnız öz internet səhifəsini təqdim edir və üçüncü şəxsin təqdim etdiyi hər hansı və bütün məhsul və xidmətlərin kəmiyyət və keyfiyyətinə, mövcudluğuna, eləcə də bu məhsul və xidmətlərin hər hansı formada İstifadəçiyə təqdim edilməsinə (çatdırılmasına) görə hər hansı məsuliyyət daşımır, İstifadəçi bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür və Şirkətin hər hansı məsuliyyətinin olmadığını bəyan edərək bütün məsuliyyəti öz üzərinə götürərək Şirkətə qarşı hər hansı iddia və tələbi olmadan birbaşa üçüncü şəxsə müraciət edəcəyini bildirir.
16. FORS MAJOR
Şirkət Xidmətin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır əgər belə yerinə yetirilməmə təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasıından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut və elektrik təchizatının, kabel, telefon və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması nəticəsində baş vermişdirsə.
17. MÜVƏQQƏTİ DAYANDIRMA/LƏĞV ETMƏ
Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən İstifadə Şərtlərini (bütövlüklə və ya qismən) və bu əsasda Hesabını dərhal ləğv edə və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.
18. ƏQLİ MÜLKİYYƏT
Şirkət Veb Qoşmasındakı hər bir internet səhifəsində malik olduğu bütün əqli mülkiyyət hüquqlarının sahibidir. Bura Mobil Tətbiq, Veb Qoşmasında xxxx internet səhifələri daxildir. Başqa cür göstərilməmişsə, Xidmətlərə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, HTML kodları, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar və bütün işlər Şirkətin mülkiyyətidir və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya İstifadəçinin Veb Qoşmaları ilə bağlı əməliyyatlarının elektron surətlərinin arxivləşdirilməsi da daxil olmaqla, onlar bu İstifadə Şərtlərinə və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşdırmamalıdır və ya dəyişdirilməməlidir.
Bu İstifadə Şərtlərində və ya Şirkətin Xidmətlərində qeyd olunanların heç biri Şirkətin işlərindən, əmtəə nişanlarından və ya loqolarından heç bir digər yolla istifadə olunması hüququnu yaradan kimi şərh edilməməlidir.
19. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK
Bu İstifadə Şərtlərində xüsusi olaraq qeyd olunmayan bütün məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir. Xidmətlərə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Şərtləri ilə bağlı hər hansı mübahisələr yarandıqda, tərəflər belə mübahisələri danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir. Danışıqlar başlayan andan etibarən tərəflər mübahisələri 30 (otuz) gün ərzində həll etməzsə, istənilən tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya xxxxx xxxx Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər.