MÜNDӘRİCAT:
«Razılaşdırılmışdır»
Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Dövlәt Sığorta Nәzarәti Xidmәtinin rәisi
N. Xәlilov
«16» oktyabr 2015-ci il
«Tәsdiq edirәm»
«Atәşgah» Sığorta Şirkәti ASC-nin İdarә heyәtinin sәdri
X.X. Xxxxxxx
«12» oktyabr 2015-ci il
Xxx sığortası QAYDALARI
«Atәşgah» Sığorta şirkәti ASC 2015
«Atәşgah» Sığorta şirkәti Xxx sığortası Qaydaları
MÜNDӘRİCAT:
I Fәsil. Ümumi müddәalar.
Maddә 1. Әsas anlayışlar II Fәsil. Sığortanın subyektlәri
Maddә 2. Sığortaçı
Maddә 3. Sığortalı
Maddә 4. Faydalanan şәxs Maddә 5. Sığorta predmeti Maddә 6. Sığorta obyekti Maddә 7. Sığorta sinfi
III Fәsil. Sığorta tәminatı
Maddә 8. Sığorta risklәri
Maddә 9. Sığorta risklәrindәn istisnalar vә (vә ya) sığorta tәminatında mәhdudiyyәtlәr IV Fәsil. Sığorta mәblәği vә sığorta haqqı
Maddә 10. Sığorta mәblәğinin müәyyәn edilmәsi qaydası Maddә 11. Sığorta haqqının hesablanması
Maddә 12. Sığorta haqqının ödәnilmәsi
Maddә 13. Sığorta haqqının vaxtında ödәnilmәmәsi Maddә 14. Sığorta müqavilәsinin bağlanması qaydası
Maddә 15. Sığorta müqavilәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi vә xitam verilmәsi qaydası Maddә 16. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermә ilә bağlı xәbәrdar etmә Maddә 17. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermәnin nәticәlәri
Maddә 18. Sığorta müqavilәsindә әlavә şәrtlәrin nәzәrdә tutulması Maddә 19. Sığorta müqavilәsinin qüvvәyә minmәsi
Maddә 20. Sığorta müqavilәsinin qüvvәdә olduğu әrazi
Maddә 21. Sığorta müqavilәsi qüvvәdә olduğu zaman tәrәflәrin qarşılıqlı münasibәtlәri
Maddә 22. Sığorta müqavilәsinin şәrtlәrinin yerinә yetirilmәmәsinә vә ya lazımi qaydada yerinә yetirilmәmәsinә görә tәrәflәrin mәsuliyyәti
V Fәsil. Sığorta hadisәsi zamanı edilәcәk hәrәkәtlәr
Maddә 23. Sığorta hadisәsi baş verdikdә Sığortalının vәzifәlәri
Maddә 24. Sığorta ödәnişinin verilmәsi üçün tәlәb olunan sәnәdlәrin siyahısı Maddә 25. Zәrәrin qarşısının alınması vә hәcminin azaldılması
Maddә 26. Daşıyıcıya qarşı tәlәbin tәmin olunması Maddә 27. Sığortaçı tәrәfindәn nәzarәt
Maddә 28. Sığorta hadisәsinin sübut olunması VI Fәsil. Ödәnilәn zәrәrlәr
Maddә 29. Әvәzi ödәnilәcәk zәrәrlәr Maddә 30. Yükә dәyәn zәrәr
Maddә 31. Birgә zәrәr üzrә ödәmәlәr
Maddә 32. Zәrәrin azaldılması mәqsәdilә çәkilәn xәrclәr
Maddә 33. Sığorta hadisәsinin araşdırılması mәqsәdilә çәkilәn xәrclәr Maddә 34. Qismәn sığorta
VII Fәsil. Sığorta ödәnişi
Maddә 35. Sığorta ödәnişinin verilmәsi üçün tәlәb olunan sәnәdlәrin siyahısı Maddә 36. Sığorta ödәnişinin hәyata keçirilmәsi qaydası vә şәrtlәri
Maddә 37. Sığorta ödәnişinin verilmәsindәn imtinanın әsasları Maddә 38. Qalıqlara xxxx hüququn keçmәsi
Maddә 39. Mübahisәlәrin hәlli qaydası III Fәsil. Subroqasiya hüququ
Maddә 40. Subroqasiya hüququ
Maddә 41. Sığortalının cavabdeh şәxsә qarşı iddia hüququndan imtina etmәsi Maddә 42. Üçüncü şәxslәr tәrәfindәn zәrәrin ödәnilmәsi
2
I Fәsil Ümumi müddәalar
Maddә 1. Әsas anlayışlar
Bu Qaydalarda vә bu Qaydalar әsasında bağlanmış Sığorta müqavilәlәrindә aşağıdakı әsas anlayışlardan istifadә olunur:
Sığortaçı - sığorta qanunvericiliyi әsasında sığorta fәaliyyәtini hәyata keçirmәk üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqavilәsindә nәzәrdә tutulan sığorta hadisәsi baş verdiyi halda qanunvericiliklә vә ya müqavilә ilә müәyyәn olunmuş qaydada sığorta ödәnişini vermәk öhdәliyi daşıyan Sığorta müqavilәsinin tәrәfi xxxx yerli hüquqi şәxs;
Sığortalı - sığorta haqqı ödәyәn, sığorta obyektinin sığorta etdirilmәsindә sığorta xxxxxx xxxx, Sığorta müqavilәsinin tәrәfi;
Sığorta olunan - Sığorta müqavilәsi әsasında әmlak mәnafelәri sığortalanan şәxs;
Faydalanan şәxs - Sığorta müqavilәsinә uyğun olaraq sığorta ödәnişini almaq hüququ xxxx şәxs; Sığorta müqavilәsindә Faydalanan şәxs qismindә başqa şәxs nәzәrdә tutulmamışdırsa, Sığortalı vә (vә ya) Sığorta olunan Faydalanan şәxs sayılır.
Sığorta obyekti - Sığortalının qanunazidd olmayan hәr hansı әmlak mәnafeyi;
Sığorta hadisәsi – qanunvericiliyә vә ya Sığorta müqavilәsinә görә sığorta ödәnişinin Sığortalıya, Sığorta olunana vә ya digәr faydalanan şәxslәrә ödәnilmәsi üçün әsas xxxx, Sığorta müqavilәsinin qüvvәdә olduğu müddәt әrzindә baş verәn hadisә vә ya yaranan hal;
Sığortanın müddәti – sığorta risklәrinin sığortalandığı müddәt;
Sığorta mәblәği – sığortalanmış risklәr üzrә Sığortaçının öhdәliyinin qanunvericilik, yaxud müqavilә ilә müәyyәnlәşdirilmiş mәblәğlә ifadә olunan son hәddi;
Sığorta tarifi – sığorta haqqının sığorta mәblәğindәn faizlә dәrәcәsi;
Sığorta haqqı – risklәrin qәbul edilmәsi vә ya bölüşdürülmәsi müqabilindә sığorta qanunvericiliyinә uyğun olaraq, Sığorta müqavilәsindә nәzәrdә tutulan qaydada Sığortalının Sığortaçıya ödәmәli olduğu pul mәblәği;
Azadolma mәblәği - sığorta hadisәsi nәticәsindә yaranan itkilәrin vә ya dәyәn zәrәrin sığorta tәminatı ilә әhatә olunmayan vә Sığortalının üzәrindә qalan hissәsi;
Sığorta ödәnişi – sığorta hadisәsi baş verdikdә Sığorta müqavilәsinә uyğun olaraq Sığortaçı tәrәfindәn ödәnilәn maliyyә kompensasiyası;
Mühüm şәrtlәr – Sığorta müqavilәsindә, yaxud Sığorta şәhadәtnamәsindә göstәrilmiş vә Sığortalı tәrәfindәn yerinә yetirilmәmәsi Sığortaçının sığorta ödәnişi vermәkdәn imtina etmәsi vә ya Sığorta müqavilәsini, yaxud Sığorta şәhadәtnamәsini lәğv etmәsi üçün әsas xxxx şәrtlәr;
Assistans şirkәti - sığorta sahәsindә yardımçı fәaliyyәt göstәrәn hüquqi şәxs;
Sığortanın әrazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müәyyәn әrazi (yer);
Tam mәhv olma – yükün bәrpa oluna bilmәyәcәk şәkildә faktiki mәhv olması.
Tam konstruktiv mәhv olma – yükün elә bir vәziyyәtә düşmәsidir ki, onun xilas edilmәsi vә ya bәrpası iqtisadi cәhәtdәn sәmәrәli deyil, belә ki, bu әmәliyyatların aparılmasından sonra onun xilas edilmәsi vә ya bәrpasına çәkilәn xәrclәr yükün öz dәyәrini aşır.
Birgә zәrәr - bütün dәniz әmәliyyatında iştirak edәn әmlakın (mәsәlәn, gәminin, fraxtın vә gәmi ilә daşınan yükün) tәhlükәdәn qorunması üçün, ümumi tәhlükәsizlik mәqsәdilә bilәrәkdәn vә ağlabatan şәkildә çәkilәn xәrclәrlә (mәsәlәn, gәmini batmaq tәhlükәsindәn qurtarmaq üçün yükün müәyyәn hissәsinin gәmidәn atılması) bağlı zәrәr.
3
II Fәsil Sığortanın subyektlәri
Maddә 2. Sığortaçı
Bu Qaydalara әsasәn Sığortaçı dedikdә «Atәşgah» Sığorta şirkәti başa düşülür.
Maddә 3. Sığortalı
3.1. Hәr hansı hüquqi şәxs vә fiziki şәxs Sığortalı qismindә çıxış edә bilәr.
3.2. Bu sığortanın mәqsәdlәri üçün Sığortalının fәaliyyәtinә qanunvericiliyә, Sığorta müqavilәsinә, vәzifә tәlimatlarına, etibarnamәyә vә ya mövcud adәtlәrә müvafiq olaraq Sığortalının adından çıxış etmәk üçün sәlahiyyәtlәndirilmiş onun işçilәrinin, vәzifәli şәxslәrinin vә digәr nümayәndәlәrinin hәrәkәtlәri dә aid edilir.
Maddә 4. Faydalanan şәxs
4.1. Sığorta müqavilәsi sığorta obyektinin qorunmasında maraqlı xxxx digәr şәxsin (Faydalanan şәxsin) xeyrinә dә bağlana bilәr.
4.2. Sığorta müqavilәsinin başqa şәxsin (Faydalanan şәxsin) xeyrinә bağlanması Sığortalını Sığorta müqavilәsi, yaxud Sığorta şәhadәtnamәsi üzrә öhdәliklәrindәn azad etmir.
4.3. Bu Qaydalarla vә Sığorta müqavilәsi, yaxud Sığorta şәhadәtnamәsi ilә Sığortalıya aid xxxx bütün müddәalar sığorta tәminatından istifadә etmәk niyyәtindә xxxx Faydalanan şәxsә dә eyni dәrәcәdә şamil edilir.
Maddә 5. Sığorta predmeti
Bu Qaydalara әsasәn sığortanın predmeti dedikdә nәqliyyatın hәr hansı növü ilә daşınan, Sığorta müqavilәsindә, yaxud Sığorta şәhadәtnamәsindә göstәrilmiş sığortalanmış xxx xxxx düşülür.
Maddә 6. Sığorta obyekti
Sığortanın obyekti Sığortalının vә (vә ya) Faydalanan şәxsin sığortalanmış xxx üzәrindә sahiblik, sәrәncamvermә vә (vә ya) istifadә hüquqları ilә bağlı әmlak mәnafelәridir.
Maddә 7. Sığorta sinfi
Bu Qaydalara әsasәn tәqdim olunan sığorta mәhsulu yüklәrin (nәqliyyat) sığortası sinfinә daxildir.
III Fәsil Sığorta tәminatı
Maddә 8. Sığorta risklәri
Sığorta risklәrinә daşıma üsulundan asılı olmayaraq yükün zәdәlәnmәsi, korlanması, mәhv olması, yaxud hәr hansı formada itkisi daxildir.
Maddә 9. Sığorta risklәrindәn istisnalar vә (vә ya) sığorta tәminatında mәhdudiyyәtlәr
Hәtta sığorta riskinin bilavasitә nәticәsi kimi ortaya çıxsa belә, Sığorta aşağıdakılar nәticәsindә sığorta predmetinin mәhv olmasına, korlanmasına vә ya xәrclәrә tәminat vermir:
9.1. Sığortalının, xxx göndәrәnin, xxx alanın vә ya onların nümayәndәlәrinin qәsdi;
9.2. nüvә partlayışının tәsiri, radiasiya vә ya radioaktiv şüalanma; bioloji, bio-kimyәvi vә elektromaqnit silahlar
9.3. müharibә, xarici dövlәtlәrin tәcavüzkar hәrәkәtlәri, hәrbi әmәliyyatlar (müharibәnin elan olunub-olunmamasından asılı olmayaraq), vәtәndaş müharibәsi, qiyamlar, buntlar, tәtillәr, ictimai intizamsızlıqlar, tәdricәn xalq üsyanlarına vә ya hәrbi qiyamlara çevrilәn xalq iğtişaşları, üsyanlar, inqilablar, hәrbi vә ya qәsbkar hakimiyyәtin әmәllәri, hәbs qoyulma vә ya müsadirә, yaxud bunları etmәyә cәhd vә ya yuxarıda sadalanan hadisәlәrdәn hәr hansı birinin bilavasitә vә ya dolayı nәticәlәri, qanunsuz vә ya qәrәzli hәrәkәtlәr vasitәsi ilә vә ya hәr hansı qanunsuz tәşkilatın adından vә ya onunla birlikdә hәrәkәt edәn şәxslәr tәrәfindәn törәdilәn aktların nәticәsindә baş verәn hadisәlәr.
9.4. dövlәt orqanlarının qәrarı ilә әmlakın üzәrinә hәbs qoyulması, müsadirә edilmәsi, millilәşdirilmәsi, rekvizisiyası, mәhv edilmәsi vә ya korlanması;
9.5. Sığortalının cinayәt törәtmәsi;
9.6. yükün tәbii xüsusiyyәtlәri (xarab olma, azalma, paslanma, kiflәnmә, әksilmә, sınma, öz-özünә alışma vә sairә);
9.7. qablaşdırmanın lazımi sәviyyәdә edilmәmәsi vә/vә ya qablaşdırmanın beynәlxalq normalara uyğun olmaması;
9.8. qablaşdırmanın zahiri bütövlüyünә baxmayaraq yükün әksik gәlmәsi;
9.9. yükün qurdlar, gәmiricilәr vә ya hәşәratlar tәrәfindәn korlanması;
9.10. hәtta sığorta hadisәsinin nәticәsindә ortaya çıxmasından asılı olmayaraq, yükün çatdırılmasının gecikdirilmәsi.
9.11. Konteynerә vә/vә ya daşıma vasitәsinә zor vә / vә ya güc tәtbiq etmәklә daxil olmaq nәticәsindә ortaya çıxdığı sübut olunan hallar istisna olunmaqla oğurluq, adi axıtma, çәkidә vә ya hәcmdә adi itki, sığorta obyektindә köhnәlmә, hәr hansı anlaşılmaz azalma
9.12 sirli vә izaholunmaz yoxolma
9.13. Cızılmalar, hissәlәrin ayrılması, әzilmәlәr vә ya zәrbә izlәri
9.14 Mexaniki, elektron vә ya elektrik cәrәyanı ilә işlәyәn cihazların nasazlığı nәticәsindә baş vermiş hadisәlәr
9.15. Beynәlxalq Hüquq tәrәfindәn tanınmayan separatçı rejimlәr tәrәfindәn nәzarәt olunan әrazilәr
IV Fәsil
Sığorta mәblәği vә sığorta haqqı
Maddә 10. Sığorta mәblәğinin müәyyәn edilmәsi qaydası
10.1. Sığorta mәblәği Sığorta müqavilәsi (Şәhadәtnamәsi) üzrә Sığortaçının Sığortalıya vermәyi öhdәsinә götürdüyü ödәnişin hәdlәrini müәyyәn edir. Sığorta mәblәği Sığortaçı tәrәfindәn Sığortalı ilә razılaşma әsasında müәyyәn edilir vә Sığorta müqavilәsindә (Şәhadәtnamәsindә) göstәrilir.
10.2. Sığorta müqavilәsindә başqa hal nәzәrdә tutulmamışdırsa, Sığorta mәblәği hәr bir sığorta hadisәsi üçün verilәn sığorta ödәnişinin maksimum miqdarını müәyyәn edir.
Maddә 11. Sığorta haqqının hesablanması
11.1. Sığorta haqqının miqdarı vә ya onun hesablanması vә ödәnilmәsi qaydası Sığorta müqavilәsi (sığorta şәhadәtnamәsi) ilә müәyyәn edilir.
11.2. Sığorta haqqının hәcmi Sığorta müqavilәsi bağlandığı an qüvvәdә xxxx vә sığorta mәblәği әsasında müәyyәn edilәn sığorta tariflәrinә uyğun olaraq müәyyәnlәşdirilir.
Maddә 12. Sığorta haqqının ödәnilmәsi
12.1. Sığorta haqqını nağdsız formada ödәyәrkәn Sığortalı ödәniş tapşırığında sığorta haqqının ödәnilmәsinin әsasını tәşkil edәn Sığorta müqavilәsinin, yaxud Sığorta şәhadәtnamәsinin nömrәsinә istinad etmәlidir.
12.2. Sığorta haqqının ödәnilmәsi qaydası vә forması Sığorta müqavilәsinin şәrtlәrinә uyğun olaraq hәyata keçirilir.
12.3. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu vә ya nәğd ödәmә zamanı Sığortaçının kassasına daxil olduğu gün ödәnilmiş hesab olunur.
Maddә 13. Sığorta haqqının vaxtında ödәnilmәmәsi
13.1. Sığorta haqqı vә ya onun hissәsi vaxtında ödәnilmәdikdә Sığortaçı onun ödәnilmәsi üçün bu Qaydaların 13.2-ci bәndinin tәlәbini nәzәrә alaraq yazılı surәtdә 15 (on beş) günәdәk müddәt müәyyәn edә bilәr.
13.2. Hәr bir halda sığorta haqqı vә ya onun razılaşdırılmış ilk hissәsi Sığorta müqavilәsi bağlandığı gündәn bir aydan gec olmayaraq ödәnilmәlidir.
Maddә 14. Sığorta müqavilәsinin bağlanması qaydası
14.1. Bu Qaydalara әsasәn Sığortaçı Sığorta müqavilәsini Sığortalı ilә bağlayır.
14.2. Sığorta müqavilәsini bağlamaqdan ötrü Sığortalı müәyyәn olunmuş formada yazılı әrizәni dolduraraq Sığortaçıya tәqdim etmәlidir. Bu әrizә Sığorta müqavilәsinin tәrkib hissәsi hesab olunur.
14.3. Sığortalının әrizәsindә aşağıdakı mәlumatlar öz әksini tapmalıdır:
14.3.1. Sığortalının adı (fiziki şәxs olduqda, hәmçinin soyadı vә atasının adı), ünvanı vә telefon nömrәsi;
14.3.2. sığorta predmeti vә yerlәşdiyi ünvan;
14.3.3. Xxxxxx dәrәcәsini vә sığorta haqqını müәyyәnlәşdirmәk üçün xxxxx xxxx digәr mәlumatlar.
14.4. Sığorta müqavilәsi yazılı formada aşağıdakı kimi bağlanır:
14.4.1. Tәrәflәrin bu Qaydalar әsasında sığorta müqavilәsini tәrtib edәrәk qarşılıqlı imzalaması yolu ilә;
14.4.2. Bu Qaydalar ilә Sığortalının razı olmasını tәsdiq etmәsi şәrti ilә Sığortaçı tәrәfindәn ona sığorta şәhadәtnamәsinin verilmәsi yolu ilә;
14.5. Sığorta şәhadәtnamәsi tәrtib olunduğu halda, sığorta şәhadәtnamәsindә sığorta predmetinin sığortalandığı risklәr konkret olaraq sadalanmalıdır.
14.6. Sığorta müqavilәsi bağlanarkәn Sığortalı özünә mәlum xxxx vә Sığortaçının sığorta müqavilәsindәn imtina etmәk, yaxud onu mәzmunu dәyişdirilmiş şәkildә bağlamaq qәrarına tәsir göstәrә bilәn bütün hallar barәdә Sığortaçıya mәlumat vermәlidir.
14.7. Eyni sığorta marağı ilә bağlı bir neçә sığortaçı ilә sığorta müqavilәsi bağlayan Sığortalı bu barәdә sığortaçılardan hәr birinә mәlumat vermәlidir. Hәmin mәlumatda digәr sığortaçının adı vә müvafiq sığorta mәblәği göstәrilmәlidir. Tәlәb edildikdә bu mәlumatları tәsdiq edәn müvafiq sәnәdlәr tәqdim olunmalıdır.
14.8. Sığorta obyekti bir neçә sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgә mәsuliyyәt daşıyırlar.
Maddә 15. Sığorta müqavilәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi vә xitam verilmәsi qaydası
15.1. Sığorta müqavilәsinә edilәn әlavәlәr vә dәyişikliklәr yazılı formada tәrtib olunmalı vә hәr iki tәrәfdәn imzalanmalıdır.
15.2. Sığorta müqavilәsinә aşağıdakı hallarda vaxtından әvvәl xitam verilir:
15.2.1. sığorta predmeti artıq mövcud olmadıqda;
15.2.2. aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şәxs öldükdә vә ya Sığortalı hüquqi şәxs lәğv olunduqda:
15.2.2.1.әmlak sığortası müqavilәsini bağlamış Sığortalı sığorta müqavilәsi bağlayarkәn sığortalanmış әmlakı qәbul edәcәk hәr hansı şәxsi tәyin etmiş olduğu, habelә sığorta hadisәsi baş verәnәdәk Sığortaçının razılığı ilә onu dәyişdirmiş olduğu hallarda Sığortalı fiziki şәxs vәfat edәrsә, onun hәmin müqavilә üzrә hüquq vә vәzifәlәri mülki qanunvericiliklә müәyyәn olunmuş vәrәsәlik qaydasında sığortalanmış әmlakı qәbul edәn şәxsә keçir;
15.2.2.2. qanunvericilikdә vә ya Sığorta müqavilәsindә başqa şәrtlәr müәyyәn edilmәmişdirsә, Sığortalının hüquq vә vәzifәlәri sığorta predmeti xxxx xxxxx әmlakın yeni mülkiyyәtçisinә, sahibinә vә ya istifadәçisinә hәm onun özünün, hәm dә Sığortaçının müqavilәdә rәsmilәşdirilәn razılığı ilә keçir;
15.2.2.3. Sığortalı xxxx hüquqi şәxs Sığorta müqavilәsinin qüvvәdә olduğu dövrdә yenidәn tәşkil edildikdә, onun hәmin Sığorta müqavilәsi üzrә hüquq vә vәzifәlәri qanunvericiliyә uyğun olaraq müvafiq hüquq varisinә keçir;
15.2.3. sığorta hadisәsinin baş vermәsi ehtimalı olmadıqda vә sığorta riskinin mövcudluğu, sәbәbi sığorta hadisәsi olmayan hallara görә başa çatdıqda;
15.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdәliklәrini yerinә yetirdikdә;
15.2.5. sığorta marağı artıq mövcud olmadıqda;
15.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdә vә Sığorta müqavilәsindә müәyyәn edilәn qaydada ödәmәdikdә;
15.3. Sığorta müqavilәsinin qüvvәdә olduğu dövrdә Sığortalı mәhkәmәnin qәrarı ilә fәaliyyәt qabiliyyәti olmayan hesab edilmişdirsә, yaxud onun fәaliyyәt qabiliyyәti mәhkәmәnin qәrarı ilә mәhdudlaşdırılmışdırsa, mülki mәsuliyyәt sığortası üzrә müqavilәyә mәhkәmәnin müvafiq qәrarının qüvvәyә mindiyi andan xitam verilmiş hesab edilir, digәr hallarda isә belә Sığortalının hüquq vә vәzifәlәrini onun qәyyumu vә ya himayәçisi hәyata keçirir.
Maddә 16. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermә ilә bağlı xәbәrdar etmә
16.1. Bu Qaydaların 15.2-ci bәndindә göstәrilәn hallarda Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verilmәsi üçün әsas xxxx şәrait yarandıqda, Sığorta müqavilәsinә xitam verilmәsindә maraqlı xxxx tәrәf dәrhal digәr tәrәfi bu barәdә xәbәrdar etmәlidir.
16.2. Sığorta müqavilәsindә nәzәrdә tutulmuş hallarda, hәmçinin tәrәflәrin başqa cür razılaşmasına әsasәn Sığorta müqavilәsinә Sığortalının vә ya Sığortaçının tәlәbi ilә vaxtından әvvәl xitam verilәrkәn, bu barәdә bir tәrәf digәrinә әn azı 30 gün әvvәl (sığorta müqavilәsi beş ildәn xxx müddәtә bağlanmış olduqda 60 gün, üç aydan az müddәtә bağlanmış olduqda isә 5 iş günü әvvәl), tәlәbini әsaslandırdığı yazılı bildiriş göndәrmәlidir. Belә bildiriş Sığorta müqavilәsinin lәğvi tarixini özündә әks etdirmәklә Sığortalının vә ya Sığortaçının Sığorta müqavilәsindә göstәrilәn ünvanına göndәrildikdә, Sığorta müqavilәsi bildirişdә göstәrilәn tarixdәn lәğv edilmiş sayılır. Bu bildirişin poçt vasitәsilә göndәrilmәsi, yuxarıda göstәrildiyi kimi, hәmin xәbәrdarlığın edilmәsi faktının sübut edilmәsi ücün kifayәtdir vә Sığorta müqavilәsi bildirişdә göstәrilәn tarixdәn vә vaxtdan etibarsız sayılacaq.
Maddә 17. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermәnin nәticәlәri
17.1. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verildikdә, sığorta qanunvericiliyindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, Sığortaçı hәmin Sığorta müqavilәsi üzrә işlәrin aparılması xәrclәrini çıxmaqla Sığorta müqavilәsinin qurtarmamış müddәti üçün sığorta haqqını ona qaytarır;
17.2. Sığorta müqavilәsinә Sığortaçının tәlәbi ilә vaxtından әvvәl xitam verildikdә o, sığorta haqqını bütünlüklә Sığortalıya qaytarır; әgәr bu tәlәb Sığortalının Sığorta müqavilәsi üzrә vәzifәlәrini yerinә yetirmәmәsi ilә bağlıdırsa, Sığortaçı hәmin Sığorta müqavilәsi üzrә işlәrin aparılması xәrclәri çıxılmaqla, Sığorta müqavilәsinin qurtarmamış müddәti üçün sığorta haqqını qaytarır.
17.3. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verildiyi halda, әgәr xitam verilmә anınadәk Sığortaçı tәrәfindәn Sığortalıya ödәnilmiş sığorta haqqına bәrabәr vә ya ondan xxx miqdarda sığorta ödәnişi verilmişdirsә, sığorta haqqı Sığortalıya qaytarılmır.
17.4. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verildiyi halda, әgәr xitam verilmә anınadәk Sığortaçı tәrәfindәn Sığortalıya ödәnilmiş sığorta haqqından az miqdarda sığorta ödәnişi verilmişdirsә, hәmin sığorta haqqı mәblәği ilә sığorta ödәnişi mәblәği arasındakı fәrq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 17.1-ci vә 17.2-ci bәndlәrindә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.
17.5. Sığorta müqavilәsi bu Qaydaların 15.3-cü bәndindә müәyyәn edilmiş mәhkәmә qәrarı әsasında xitam verilmiş hesab edildikdә, Sığortaçı hәmin müqavilә üzrә işlәrin aparılması xәrclәrini çıxmaqla müqavilәnin qurtarmamış müddәti üçün sığorta haqqını, bu Qaydaların 17.3-cü vә 17.4-cü bәndlәrinin tәlәblәri nәzәrә alınmaqla Sığortalıya qaytarır.
17.6. Sığorta müqavilәsi üzrә sığorta haqqının yenidәn hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksәk olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını vә ya hәr hansı minimal vә (vә ya) depozit sığorta haqqının qısamüddәtli hissәsini saxlamaq hüququna malikdir.
Maddә 18. Sığorta müqavilәsindә әlavә şәrtlәrin nәzәrdә tutulması
Sığorta müqavilәsi bağlanarkәn Sığortalı vә Sığortaçı qanunvericiliyә zidd olmayan başqa şәrtlәr barәdә razılığa gәlә bilәrlәr
Maddә 19. Sığorta müqavilәsinin qüvvәyә minmәsi
Sığorta müqavilәsindә başqa cür nәzәrdә tutulmamışdırsa, Sığorta müqavilәsi sığorta haqqının ilk hissәsinin vә ya tam ödәnilmәsindәn sonra qüvvәyә minir.
Maddә 20. Sığorta müqavilәsinin qüvvәdә olduğu әrazi
Әgәr Sığorta müqavilәsindә, yaxud Sığorta şәhadәtnamәsindә sığortanın әrazisi göstәrilmişdirsә, yalnız hәmin әrazidә (istismar rayonunda) baş verәn sığorta hadisәlәri bu sığorta tәminatına daxil edilir.
Maddә 21. Sığorta müqavilәsi qüvvәdә olduğu zaman tәrәflәrin qarşılıqlı münasibәtlәri
21.1. Sığortalı sığorta müqavilәsi bağlandıqdan sonra meydana çıxan vә Sığortaçının müqavilәdәn imtina etmәk, yaxud onu mәzmunu dәyişdirilmiş şәkildә bağlamaq qәrarına tәsir göstәrә bilәn sığorta riskinin artması ilә bağlı bütün hallar barәdә Sığortaçıya mәlumat vermәlidir.
21.2. Sığorta riskinin әhәmiyyәtli dәrәcәdә artmasına tәsir göstәrә bilәn hallar haqqında mәlumatı aldıqdan sonra Sığortaçı :
21.2.1. Sığorta müqavilәsinә müvafiq dәyişikliklәr edә bilәr;
21.2.2. әlavә sığorta haqqının ödәnilmәsini tәlәb edә bilәr;
21.2.3. bu şәrait yarandıqdan sonra Sığorta müqavilәsinә xitam verә bilәr.
Maddә 22. Sığorta müqavilәsinin şәrtlәrinin yerinә yetirilmәmәsinә vә ya lazımi qaydada yerinә yetirilmәmәsinә görә tәrәflәrin mәsuliyyәti
Sığorta müqavilәsinin şәrtlәrinin yerinә yetirilmәmәsinә vә ya lazımi qaydada yerinә yetirilmәmәsinә görә tәrәflәr qanunvericiliklә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.
V Fәsil
Sığorta hadisәsi zamanı edilәcәk hәrәkәtlәr
Maddә 23. Sığorta hadisәsi baş verdikdә Sığortalının vәzifәlәri
23.1. Bu Qaydalar әsasında bağlanmış Sığorta müqavilәsi üzrә sığorta hadisәsinin baş vermәsi barәdә Sığortalı vә ya Sığorta olunan şәxs, yaxud Faydalanan şәxs hadisәdәn xәbәr tutduqdan dәrhal sonra vә ya mümkün xxxx әn qısa müddәt әrzindә Sığortaçıya vә ya onun nümayәndәsinә, eyni zamanda qanunvericiliyә uyğun olaraq hәmin hadisә barәdә mәlumatlandırılmalı xxxx sәlahiyyәtli dövlәt orqanlarına hәr hansı vasitә ilә xәbәr vermәlidir.
23.2. Sığorta müqavilәsindә, yaxud şәhadәtnamәsindә sığorta hadisәsinin baş vermәsi barәdә mәlumat vermәyin müddәti vә (vә yaxud) metodu göstәrilmişdirsә, bu müәyyәn olunmuş müddәtdә vә hәmin metodla hәyata keçirilmәlidir.
23.3. Sığortalı sığorta hadisәsinin baş vermәsi faktını tәsdiq edәn vә (vә ya) sığorta ödәnişinin hәcminin müәyyәnlәşdirilmәsi üçün xxxxx
xxxx sәnәdlәri vә mәlumatları Sığortaçıya tәqdim etmәlidir.
23.4. Sığortalı Sığortaçıya araşdırma aparmağa vә ona zәrәrin baş verdiyi şәraiti, onun xarakteri vә hәcmini müәyyәnlәşdirmәk üçün әhәmiyyәt daşıyan sәnәdlәrlә maneәsiz xxxxx olmaq imkanını vermәlidir;
23.5. Sığorta tәminatı verildikdәn sonra Sığortalının itkilәri üçüncü şәxslәr tәrәfindәn tam şәkildә, yaxud qismәn ödәnilәrsә, o cümlәdәn qanunvericilikdә nәzәrdә tutulmuş iddia müddәti әrzindә qanuna görә Sığortalını sığorta tәminatını әldә etmәk hüququndan tam şәkildә vә ya qismәn mәhrum edәn şәrait yaranarsa, üçüncü şәxslәrdәn vәsaitlәri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun әsasında sığorta tәminatının müvafiq hissәsini Sığortaçıya qaytarmaq әsasında ödәnişinin ödәnilmә tәlәbi alındıqdan sonra 5 iş günü әrzindә müvafiq mәblәği xxxx qaytarmalıdır.
23.6. Sığorta hadisәsinin baş vermәsi vә vurulan zәrәrin hәcminin sübuta yetirilmәsi öhdәliyini Sığortalı daşıyır
Maddә 24. Sığorta ödәnişinin verilmәsi üçün tәlәb olunan sәnәdlәrin siyahısı
24.1. Sığorta ödәnişinin verilmәsi haqqında qәrar qәbul etmәk üçün Sığortalı aşağıdakı sәnәdlәri Sığortaçıya tәqdim etmәlidir:
24.1.1. Sığorta hadisәsi haqqında yazılı әrizә;
24.1.2. Sığorta müqavilәsinin, yaxud Sığorta şәhadәtnamәsinin әsli;
24.1.3. Sığorta hadisәsinin baş vermәsini tәsdiq edәn arayış;
24.1.4. Zәrәrin hәcmini müәyyәnlәşdirәn sәnәdlәr;
24.1.5. Sığortaçının mülahizәsinә әsasәn, sığorta ödәnişinin verilmәsi haqqında qәrar qәbul etmәk üçün xxxxx xxxx digәr sәnәdlәr.
Maddә 25. Zәrәrin qarşısının alınması vә hәcminin azaldılması
Bu sığorta ilә әhatә olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istәnilәn zәrәr, xәsarәt vә yaranmış mәsuliyyәtin azaldılması vә gәlәcәkdә baş verә bilәcәk belә halların qarşısının alınması mәqsәdi ilә bütün ağlabatan vә zәruri tәdbirlәri görmәyә borcludur. Sığortalının belә tәdbirlәri görmәmәsinin birbaşa vә ya dolayı nәticәsi olaraq baş vermiş istәnilәn zәrәr, xәsarәt vә yaranmış mәsuliyyәtә münasibәtdә sığorta tәminatı verilmir. Belә tәdbirlәrin görülmәsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün tәlimatlara әmәl etmәlidir.
Maddә 26. Daşıyıcıya qarşı tәlәbin tәmin olunması
26.1. Tәyinat yerinә çatan yükü daşıyıcıdan xxxx xxxxx Sığortalı ona baxış keçirilmәsini tәmin etmәyә vә yükdә әksiklik vә ya korlanma müşahidә etdikdә bunu müvafıqqaydada tәsdiq etmәyә borcludur.
26.2. Әgәr yükün әskikliyi vә ya korlanması onun adi qaydada qәbul edilmәsi xxxxxx xxxxx oluna bilmәzsә, yükün alınması anından 3 gün әrzindә daşıyıcıya müraciәt edilmәlidir.
Maddә 27. Sığortaçı tәrәfindәn nәzarәt
27.1. Sığortaçı sığorta hadisәsi vә onun nәticәlәri ilә әlaqәdar Sığortalının bütün hәrәkәtlәri üzәrindә nәzarәt etmәk vә sığorta ödәnişinin hәyata keçirilmәsinә tәsir edә bilәn bütün mәsәlәlәr haqqında qәrar qәbul etmәk imkanına malik olmalıdır.
27.2. Sığortalı sığorta hadisәsi nәticәsindә zәrәr çәkmiş sığorta predmetini Sığortaçı baxış keçirәnә qәdәr sığorta hadisәsindәn sonra düşdüyü vәziyyәtdә saxlamağa borcludur.
27.3. Tәmirin dәyәri Sığortaçı ilә real tәmir faktına әsasәn müәyyәn edildikdә, tәmirin yeri dә tәmir başlanana qәdәr Sığortaçı ilә razılaşdırılmalıdır.
27.4. Sığortalı sığorta hadisәsinә aid bütün sәnәdlәri vә mәlumatı Sığortaçıya tәqdim etmәk, hәmçinin hadisәnin digәr iştirakçılarının vә sığorta hadisәsi ilә bağlı mәsәlәlәrә baxan sәlahiyyәtli dövlәt orqanlarının bütün hәrәkәtlәri barәdә tәxirә salınmadan mәlumat vermәk öhdәliyi daşıyır.
27.5. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun mәsuliyyәtinin tanınmasına yönәlmiş hәr hansı bir hәrәkәt edә, saziş bağlaya vә ya vәd verә bilmәz.
27.6. Sığorta hadisәsi ilә bağlı bütün rәsmi vә qeyri-rәsmi tәhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını tәmsil vә müdafiә etmәkdә haqlıdır.
Maddә 28. Sığorta hadisәsinin sübut olunması
28.1. Sığorta hadisәsi faktının mövcudluğunu vә onun sәbәb olduğu zәrәrin ölçüsünü sübut etmәk Sığortalının vәzifәsidir.
28.2. Sığorta hadisәsi faktının vә şәraitinin, eyni zamanda zәrәrin miqdarının sübut edilmәsi üçün Sığortalı malik olduğu vә hәmçinin qanunvericiliyә vә adi tәcrübәyә müvafiq olaraq әldә etmәli olduğu bütün sәnәdlәri Sığortaçıya tәqdim etmәyә borcludur.
VI Fәsil
Ödәnilәn zәrәrlәr
Maddә 29. Әvәzi ödәnilәcәk zәrәrlәr
Sığortaçı sığorta hadisәsi nәticәsindә ortaya çıxan, müqavilә tәrәflәri arasında razılaşdırılmış mәblәğdә, sığorta mәblәğindәn xxx olmamaq şәrti ilә aşağıdakı zәrәrlәri ödәyir:
29.1. Yükә dәyәn real zәrәri;
29.2. Birgә zәrәr üzrә ödәmәlәri;
29.3. Sığortaçı tәrәfindәn ödәnilәcәk zәrәrlәrin hәcminin azaldılması vә ya qarşısının alınması mәqsәdilә çәkilәn zәruri vә mәqsәdyönlü xәrclәri;
29.4. Sığorta hadisәsinin sәbәbini vә şәraitini araşdırmaq, hәmçinin Sığortaçı tәrәfindәn ödәnilmәli xxxx zәrәrin miqdarını müәyyәn etmәk mәqsәdilә çәkilәn zәruri xәrclәri.
Maddә 30. Yükә dәyәn zәrәr
30.1. Yükә dәyәn zәrәr aşağıdakı kimi müәyyәn edilir:
30.1.1.mәhv olduqda (tam vә ya konstruktiv): sığorta hadisәsi baş verәn andakı bazar qiymәti hәcmindә;
30.1.2.Ayrı-ayrı hissәlәrin dәyişdirilmәsi zәrurәti yarandıqda: vәziyyәtlәrindәn asılı olaraq, köhnәlmә dәyәri hissәsi çıxılmaqla, dәyişdirilәn eyni hissәlәrin bazar qiymәti hәcmindә;
30.1.3.tәmir mümkün xxxx hallarda: görülәn işlәrin vә zәruri materialların (xammalın) dәyәri hәcmindә. 30.1.4.tәrәflәrin qarşılıqlı razılığı әsasında müәyyәn edilmiş mәblәğ hәcmindә;
30.2. Sığortaçının seçiminә әmlakın tәmir xәrclәri ya ixtisaslaşdırılmış ekspert tәşkilatı tәrәfindәn hazırlanmış, tәlәb olunan tәmirin (bәrpanın) qiymәtinin ilkin smetası (hesablanması, qiymәtlәndirilmәsi) әsasında, ya da real tәmir faktına әsasәn müәyyәn olunur.
30.3. Sığortaçı sığortalanmış әmlaka dәyәn zәrәrin әvәzini yuxarıda göstәrilәn qaydada, hәr birsığorta hadisәsi üçün sığorta mәblәği hәddindә ödәyir.
Maddә 31. Birgә zәrәr üzrә ödәmәlәr
Sığorta riskinin fәaliyyәti nәticәsindә ortaya çıxan birgә zәrәr üzrә ödәmәlәr Sığortaçı tәrәfindәn, onların digәr ödәnilmiş zәrәrlәrlә birgә sığorta mәblәğini aşa bilmәsindәn asılı olmayaraq ödәnilir.
Maddә 32. Zәrәrin azaldılması mәqsәdilә çәkilәn xәrclәr
32.1. Sığortaçı tәrәfindәn әvәzi ödәnilmәli xxxx zәrәrlәri azaltmaq mәqsәdilә Sığortalının çәkdiyi xәrclәr, hәmin xәrclәrin digәr zәrәrlәrlә birlikdә sığorta mәblәğini aşa bilmәsindәn asılı olmayaraq, Sığortaçı tәrәfindәn ödәnilir, bu şәrtlә ki, belә xәrclәr zәrurәt vә ya Sığortaçının göstәrişlәrini yerinә yetirmәk mәqsәdilә ortaya çıxmış olsun.
32.2. Sığortaçı zәrәrlәrin qarşısını almaq vә ya azaltmaq mәqsәdilә Sığortalının bilәrәkdәn ağlabatan vә mümkün (sәmәrәli) tәdbirlәri görmәmәsi nәticәsindә ortaya çıxan zәrәrlәri ödәmәk öhdәliyindәn azad edilir.
Maddә 33. Sığorta hadisәsinin araşdırılması mәqsәdilә çәkilәn xәrclәr
Sığorta hadisәsinin sәbәblәrinin vә şәraitinin aydınlaşdırılması, zәrәrlәrin hәcminin müәyyәn edilmәsi üçün çәkilәn zәruri xәrclәr, bu xәrclәrin digәr xәrclәrlә birlikdә sığorta mәblәğini aşa bilmәsindәn asılı olmayaraq Sığortaçı tәrәfindәn ödәnilir.
Maddә 34. Qismәn sığorta
Әgәr yükün Sığorta müqavilәsindә müәyyәn edilmiş sığorta mәblәği onun sığorta dәyәrindәn (sığorta müqavilәsi bağlandığı gün onun yerlәşdiyi yerdәki bazar dәyәri) az müәyyәn olunmuşdursa, (qismәn sığorta halında) Sığortaçı vurulmuş zәrәrin әvәzini sığorta mәblәğinin sığorta dәyәrinә xxxx nisbәtindә ödәyir.
VII Fәsil Sığorta ödәnişi
Maddә 35. Sığorta ödәnişinin verilmәsi üçün tәlәb olunan sәnәdlәrin siyahısı
35.1. Sığorta ödәnişinin verilmәsi haqqında qәrar qәbul etmәk üçün Sığortalı aşağıdakı sәnәdlәri Sığortaçıya tәqdim etmәlidir:
35.1.1. sığorta hadisәsi haqqında yazılı әrizә;
35.1.2. Sığorta müqavilәsinin (Sığorta şәhadәtnamәsinin) әsli;
35.1.3. sığorta hadisәsinin baş vermәsini tәsdiq edәn arayış;
35.1.4. zәrәrin hәcmini müәyyәnlәşdirәn sәnәdlәr;
35.1.5. Sığortaçının mülahizәsinә әsasәn, sığorta ödәnişinin verilmәsi haqqında qәrar qәbul etmәk üçün xxxxx xxxx digәr sәnәdlәr.
Maddә 36. Sığorta ödәnişinin hәyata keçirilmәsi qaydası vә şәrtlәri
36.1. Sığorta ödәnişi sığorta hadisәsi baş verdikdә qanunvericiliyә, hәmçinin Sığorta müqavilәsinә uyğun olaraq Sığortaçı tәrәfindәn ödәnilәn maliyyә kompensasiyasıdır.
36.2. Sığortaçı sığorta ödәnişini sığorta mәblәği hәddindә hәyata keçirir.
36.3. Sığorta ödәnişinin miqdarının müәyyәn edilmәsi vә ödәnilmәsi qaydası bu Qaydalara әsasәn bağlanan Sığorta müqavilәsi ilә müәyyәn edilir.
36.4. Sığorta müqavilәsindә azadolma mәblәği nәzәrdә tutulduğu halda, sığorta ödәnişi azadolma mәblәği çıxılmaqla Sığortalıya ödәnilir.
36.5. Sığorta ödәnişi sığorta hadisәsinin baş vermәsi nәticәsindә Sığortalıya dәyәn real zәrәrin miqdarından xxx xxx bilmәz.
36.6. Sığorta müqavilәsindә sığorta mәblәği sığorta dәyәrindәn aşağı sәviyyәdә müәyyәnlәşdirilәrsә, Sığortaçı sığorta hadisәsi baş verdiyi zaman axırıncı tәrәfindәn vurulan ziyanın bir hissәsini Sığortalıya sığorta mәblәğinin sığorta dәyәrinә nisbәtinә mütәnasib olaraq ödәniş vermәlidir.
36.7. Sığorta müqavilәsindә real zәrәrin ödәnildiyi an zәrәrin natural formada ödәnilmәsi qaydası Sığortaçı tәrәfindәn nәzәrdә tutula bilәr.
36.8. Zәrәrin miqdarı barәdә tәrәflәr arasında razılıq әldә edildikdәn sonra, sığorta ödәnişinin verilmәsi Sığortaçının seçimi әsasında
aşağıdakı formalarda hәyata keçirilә bilәr:
36.8.1. zәrәr mәblәğinin pul şәklindә Faydalanan şәxsә ödәnilmәsi;
36.8.2. sığorta hadisәsi nәticәsindә dәyәn zәrәrin aradan qaldırılması üçün Sığortalıya göstәrilәn xidmәtlәrin vә ya satılan әşyaların dәyәrinin xidmәt göstәrәnә vә ya satıcıya ödәnilmәsi;
36.9. Sığorta ödәnişinin verilmәsi zamanı Sığortaçı sığorta ödәnişi mәblәğindәn Sığortalının ona ödәmәli olduğu, vaxtı çatmış vә ya gecikdirilmiş sığorta haqqı mәblәğini tutmaq hüququna malikdir.
36.10. Qanunvericilikdә vә bu Qaydalarda nәzәrdә tutulan sığorta ödәnişindәn imtina halları istisna olmaqla, Sığortaçı bu Qaydaların 35-ci maddәsindә sadalanan sәnәdlәri aldıqdan sonra 15 iş günü әrzindә sığorta aktını tәrtib edir vә razılaşdırılması üçün bu sәnәdi Sığortalıya tәqdim edir, yaxud sığorta ödәnişinin verilmәsindәn imtina olunduğu halda imtinanın sәbәblәrini әsaslandırmaqla Sığortalıya yazılı mәlumat verir.
36.11. Sığorta ödәnişinin verilmәsi sığorta aktı hәm Sığortaçı, hәm dә Sığortalı tәrәfindәn imzalandıqdan sonra 10 iş günü әrzindә hәyata keçirilir. Sığorta müqavilәsindә müәyyәn edilmiş sığorta mәblәği hәmin müqavilә üzrә verilmiş sığorta ödәnişi hәcmindә azaldılır.
36.12. Bu Qaydaların 36.11-ci bәndindә nәzәrdә tutulmuş halda sığorta mәblәğinin azalmış hissәsinә uyğun olaraq, әlavә sığorta haqqı ödәnilmәklә Sığorta müqavilәsindә müәyyәn edilmiş sığorta mәblәği bәrpa edilә bilәr.
36.13. Qanunvericilikdә vә ya bu Qaydalarda nәzәrdә tutulmuş әsaslar aşkar olunduqda vә ya әmәlә gәldikdә, Sığortaçı verilmiş sığorta ödәnişinin xxxx qaytarılması tәlәbini irәli sürmәk hüququna malikdir.
Maddә 37. Sığorta ödәnişinin verilmәsindәn imtinanın әsasları
37.1. Әgәr Sığorta müqavilәsindә başqa cür nәzәrdә tutulmamışdırsa, aşağıdakı halların nәticәsindә ortaya çıxan istәnilәn zәrәrlәrin bu sığorta ilә әvәzi ödәnilmir vә sığorta ödәnişinin verilmәsindәn imtina edilir
37.1.1. bu Qaydaların 23.1-ci bәndinin tәlәblәrinә әmәl edilmәmәsi nәticәsindә sığortaçının hadisәnin sığorta hadisәsi olub- olmamasını müәyyәnlәşdirmәk imkanından mәhrum olması;
37.1.2. Sığortalının, müvafiq hallarda zәrәrçәkәnin sığorta hadisәsinin baş vermәsinә yönәlәn qәsdәn etdiyi hәrәkәti vә ya hәrәkәtsizliyi, habelә sığorta hadisәsi ilә birbaşa sәbәb әlaqәsindә xxxx qәsdәn cinayәt törәtmәsi;
37.1.3. Sığorta müqavilәsi vә ya qanunla hәrbi risklәrin sığortalanması nәzәrdә tutulmadıqda hadisәnin baş vermәsinin hәrbi әmәliyyatlar vә ya hәrbi xarakterli tәdbirlәr hesab edilәn halların nәticәsi olması;
37.1.4. Sığortalının sığortalanmış hava nәqliyyatı vasitәsinә dәyәn zәrәrin qarşısını almaq vә ya hәcmini azaltmaq üçün lazımi vә mümkün tәdbirlәri görmәk iqtidarında olduğu halda, hәmin tәdbirlәri qәsdәn görmәmәsi; bu zaman sığorta ödәnişindәn o hәcmdә imtina edilә bilәr ki, Sığortalı mümkün tәdbirlәri xxxxxx olsaydı, zәrәrin miqdarı hәmin hәcmdә azalmış olardı;
37.1.5. Sığortaçının sığorta hadisәsinin baş vermәsi sәbәblәrini araşdırmasına Sığortalı tәrәfindәn maneçilik törәdilmәsi;
37.1.6. Sığortalının zәrәrin әvәzini tam olaraq zәrәr dәymәsindә tәqsirli xxxx şәxsdәn xxxxxx; zәrәr vuran zәrәrin әvәzini qismәn ödәmiş olduqda sığorta ödәnişindәn ödәnilmiş mәblәğ hәcmindә imtina edilir;
37.1.7. baş vermiş hadisәnin Sığorta müqavilәsinә görә sığorta hadisәsi hesab edilmәmәsi;
37.1.8. sığorta hadisәsinin sığorta haqqının tam vә ya onun ilk hissәsinin ödәnilmәsi müddәti başa çatdıqdan sonra baş vermәsi halında sığorta haqqı ödәnilmәmiş olduqda;
37.1.9. sığorta hadisәsinin sığorta haqqının növbәti hissәsinin müqavilәdә nәzәrdә tutulmuş ödәnilmәsi müddәti başa çatdıqdan 15 gün sonra baş vermәsi halında sığorta haqqının müvafiq hissәsi ödәnilmәmiş olduqda;
37.1.10. sığorta hadisәsinin bu Qaydaların 13.1-ci bәndindә nәzәrdә tutulmuş halda Sığortaçının müәyyәn etdiyi müddәtin başa
çatmasından 3 gün sonra baş vermәsi halında sığorta haqqının müvafiq hissәsi ödәnilmәmiş olduqda.
37.1.11. bu Qaydalarda nәzәrdә tutulan mühüm şәrtlәrin yerinә yetirilmәmәsi ilә sığorta hadisәsi arasında әlaqәnin olub- olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqavilәsindә nәzәrdә tutulan belә şәrtlәrә әmәl etmәmәsi;
37.1.12. yerinә yetirilmәdiyi tәqdirdә sığorta hadisәsinin baş vermәsinә vә ya zәrәrin hәcminin artmasına gәtirib çıxaran, Sığortalı tәrәfindәn Sığorta müqavilәsinә, bu Qaydalara vә ya qanunvericiliyә әsasәn ona hәvalә edilәn öhdәlik vә şәrtlәrin yerinә yetirilmәmәsi. Bu halda Sığortaçının vermәmәyә haqlı olduğu sığorta ödәnişinin mәblәği, belә yerinә yetirilmәmәnin sığorta hadisәsinin baş vermәsinә vә ya zәrәrin hәcminin artmasına tәsir dәrәcәsinә müvafiq olmalıdır;
37.1.13. Sığortalının, hәmçinin onun nümayәndәsinin qәsdi vә ya kobud ehtiyatsızlığı;
Maddә 38. Qalıqlara xxxx hüququn keçmәsi
38.1. Sığortaçı sığortalanmış әmlakın mәhv olmasının әvәzini ödәdikdә vә ya onun ayrı-ayrı hissәlәrini başqası ilә әvәz etdikdә Sığortalının hәmin әmlaka vә dәyişilmiş hissәlәrә xxxx hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilmәlidir.
38.2. Sığortalı hәmin hüquqların Sığortaçıya keçmәsi üçün bütün zәruri tәdbirlәri görmәyә borcludur.
38.3. İtmiş әmlakın sonradan tapılması halında Sığortaçı öz rәyinә әsasәn әmlakı özündә saxlamaq vә yaxud Sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda әmlaka görә alınmış sığorta ödәnişi Sığortaçıya xxxx qaytarılmalıdır. Әgәr әmlak korlanmış vәziyyәtdә әldә olunarsa, Sığortaçı Sığortalıya hәmin zәrәrlәrin әvәzini ödәyir.
Maddә 39. Mübahisәlәrin hәlli qaydası
Bu Qaydalar әsasında bağlanmış sığorta müqavilәsindәn irәli gәlәn mübahisәlәr Sığortaçı ilә Sığortalı arasında danışıqlar yolu ilә, tәrәflәr razılığa gәlә bilmәdikdә isә qanunvericiliklә müәyyәn edilmiş qaydada hәll edilir.
VIII Fәsil Subroqasiya hüququ
Maddә 40. Subroqasiya hüququ
40.1. Subroqasiya hüququ, sığorta ödәnişi almış şәxsin ona dәymiş zәrәrә görә mәsuliyyәt daşıyan üçüncü şәxsә qarşı malik olduğu hüquqlardan vә vasitәlәrdәn hәmin ödәnişi vermiş Sığortaçının istifadә etmәk hüququdur.
40.2. Faydalanan şәxsin zәrәrvuran şәxsә qarşı zәrәrin әvәzini ödәmәk tәlәbi (iddiası) ilә bağlı hüquq sığorta ödәnişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödәnişi mәblәğindә keçir.
40.3. Sığortalı sığorta ödәnişini aldıqda subroqasiya hüququnun hәyata keçirilmәsi üçün özündә xxxx bütün lazımi sәnәdlәrlә Sığortaçını tәmin etmәlidir.
40.4. Sığortalı zәrәrvuran şәxsә qarşı iddiadan vә ya tәlәbi tәmin edәn hüquqlardan, yaxud lazımi sәnәdlәri Sığortaçıya vermәkdәn imtina etdikdә Sığortaçı sığorta ödәnişi vermәkdәn zәrәrvuran şәxsdәn subroqasiya qaydasında ala bilәcәyi mәblәğ hәcmindә azad edilir.
40.5. Sığortaçı subroqasiya hüququndan zәrәrvuran şәxsin özünә vә (vә ya) müvafiq sığorta hadisәsi ilә bağlı risklәr üzrә hәmin şәxsin mәsuliyyәtini sığortalamış digәr sığortaçıya, hәmçinin qanunvericiliyә әsasәn dәyәn zәrәrә görә Sığortalı qarşısında maddi mәsuliyyәt daşıya bilәn digәr şәxsә qarşı istifadә edә bilәr.
40.6. Әgәr Sığortalı vurulmuş zәrәrә görә üçüncü şәxsdәn (şәxslәrdәn) zәrәrin әvәzini almışdırsa, Sığortaçı yalnız verilmәli xxxx sığorta ödәnişi mәblәği ilә Sığortalının üçüncü şәxsdәn (şәxslәrdәn) aldığı mәblәğ arasındakı fәrqi ödәyir.
Maddә 41. Sığortalının cavabdeh şәxsә qarşı iddia hüququndan imtina etmәsi
Әgәr Sığortalı Sığortaçı tәrәfindәn әvәzi ödәnilmiş zәrәrlәrә görә cavabdeh xxxx şәxsdәn özünün tәlәb hüququndan imtina edәrsә vә ya onun öz tәqsiri ucbatından bu hüququn hәyata keçirilmәsi mümkün olmazsa, Sığortaçı bütünlüklә vә ya müvafiq qismdә sığorta ödәnişi vermәkdәn azad olunur vә lazımsız yerә verilmiş sığorta ödәnişinin qaytarılmasını tәlәb etmәkdә haqlıdır.
Maddә 42. Üçüncü şәxslәr tәrәfindәn zәrәrin ödәnilmәsi
Әgәr Sığortalı vurulmuş zәrәrlәrә görә üçüncü şәxsdәn (şәxslәrdәn) zәrәrin әvәzini almışdırsa, Sığortaçı yalnız verilmәli xxxx sığorta ödәnişi mәblәği ilә Sığortalının üçüncü şәxsdәn (şәxslәrdәn) aldığı mәblәğ arasındakı fәrqi ödәyir.
XXX SIĞORTASI ÜZRӘ TARİF DӘRӘCӘLӘRİNİN HESABLANMASI VӘ İQTİSADİ ӘSASLANDIRILMASI
Mәlum metodikaya әsasәn tarifin netto-dәrәcәsi (Tn) üçün aşağıdakı düstur doğrudur:
Tn = Tә + Tr ,
Burada: Tә – netto-dәrәcәnin әsas hissәsi, Tr – risk üstәliyidir vә onlar üçün aşağıdakı bәrabәrliklәr doğrudur ( 100 man sığorta mәblәğinә müvafiq):
1 − q
nq
Tә = 100 ⋅ q ⋅ Sö / S , Tr = 1,2 ⋅ Tә ⋅ α(γ) ⋅ .
Bu düsturlardakı parametrlәrin aşağıdakı mәnaları vardır:
q – bir sığorta müqavilәsi üzrә sığorta hadisәsinin baş vermәsi ehtimalı; Sö - bir sığorta müqavilәsi üzrә xxxx sığorta ödәnişi;
S - bir sığorta müqavilәsi üzrә xxxx sığorta mәblәği; n – gözlәnilәn müqavilәlәrin sayı.
α(γ) – nın γ - xxx (γ - tәhlükәsizliyin tәminatı adlanır vә yığılan sığorta haqlarının sığorta hadisәlәri üzrә sığorta
ödәnişlәrinin verilmәsinә kifayәt etmәsi üçün tәlәb olunan ehtimaldır) xxxxx xxxx qiymәtlәri aşağıdakı cәdvәldәn götürülür:
Jәdvәl 1.
γ | 0,84 | 0,90 | 0,95 | 0,98 | 0,9986 |
α(γ) | 1,0 | 1,3 | 1,645 | 2,0 | 3,0 |
Hesabat üçün bu parametrlәrin aşağıdakı qiymәtlәri götürülmüşdür: q = 0,0087; S = 90 000 manat; Sö = 8 000 manat; n = 50;
γ = 0,90 vә α(γ) = 1,3.
Onda netto-dәrәcәnin әsas hissәsi üçün:
Tә = 100 ⋅ q ⋅ Sö / S = 100 ⋅ 0,0087 ⋅ 8 000 / 120 000 = 0,058 man,
1 − 0,0087
50 ⋅ 0,0087
Risk üstәliyi üçün isә:
Tr = 1,2 ⋅ 0,058 ⋅ 1,3 ⋅
= 0,14 man almış olarıq.
Bütövlükdә netto-dәrәcә üçün:
Tn = Tә + Tr = 0,06 + 0,14 = 0,20 man alarıq.
Tarif dәrәcәsinin strukturu: 70 % - netto-dәrәcә, 20% - işlәrin aparılması xәrci, 5% - qarşısıalınma tәdbirlәri üçün, 5% - mәnfәәt.
Brutto-dәrәcә üçün mәlum Tb = Tn / ( 1- f ) düsturundan (f – yüklәnmә vә burada f = 30%) istifadә etmәklә Tb
= 0,29 man alırıq.
Bu, hәr 100 man sığorta mәblәği üçün brutto-sığorta haqqını tәşkil edir.
Sığortaçı müәyyәn maliyyә nәticәlәri vә bazar münasibәtlәri mülahizәlәrini әsas tutaraq tarif dәrәcәlәrini vә brutto-dәrәcәnin strukturuna daxil xxxx yüklәnmә faizini, o cümlәdәn yüklәnmәni tәşkil edәn komponentlәrin faizini fәrqli müәyyәn edә bilәr.