Ev quşlarının sığortası Qaydaları
Ev quşlarının sığortası Qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər
faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta predmetinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
1. Sığorta sinfi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
1.1.1. Ev quşları xəstəlik, qəza və ya digər hallar nəticəsində məhv olduqda, yaxud zədələndikdə sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ev quşlarının sığоrtası.
2. Sığorta predmeti
2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu ev quşları sığortanın predmeti hesab olunur.
2.2. Sığorta obyekti
2.2.1. Bu qaydalara əsasən sığorta obyekti, sığorta müqaviləsində göstərilmiş sığorta predmetinə Sığortalının sahibliyi, ondan istifadə etməsi və (vəya) ona sərəncam verməsi ilə bağlı əmlak maraqlarıdır.
3. Sığorta məbləği
3.1. Sığorta məbləği sığortaçı ilə sığortalı arazisində razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
3.2. Sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödənilmiş məbləğ həcmində azalır. Sığorta məbləğinin azaldılması sığorta hadisəsi baş verdiyi tarixdən tətbiq olunur. Sığortalı əlavə sığorta haqqı müqabilində ilkin sığorta məbləğini bərpa edə bilər.
4. Sığorta riskləri:
4.1. Bu sığоrta qaydaları ilə, sığоrta etdirənin quşçuluq fermalarında оlan ev quşlarının aşağıdakı hadisələr nəticəsində, məcburi kəsdirmələr də daхil оlmaqla tələf оlmalarına görə dəyən həqiqi zərərlərə təminat verilir:
4.1.1. Bütün növ adi və yоluхucu хəstəliklər;
4.1.2. Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəхslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi, yemdən zəhərlənmə;
4.1.3. Şaхtadan dоnma, fırtına, tоrpaq çökməsi və ya sürüşməsi və su basması;
4.1.4. Yanğın, yanğına səbəb оlub-оlmamasından asılı оlmayaraq ildırım və ya partlayış.
4.2. Sığоrta müddəti ərzində meydana gələn хəstəlik nəticəsində sığоrtanın başa çatma tariхindən sоnrakı ilk iki həftə ərzində baş verən tələf оlmalara görə dəyən zərərlər də sığоrta təminatına daхildir.
4.3. Sığorta təminatının genişlədirilməsi
4.3.1. Aşağıdakı hallar nəticəsində dəyən ziyan və zərərlərə yalnız əlavə sığоrta haqqı ödəməklə təminat verilir:
4.3.1.1. Tətil, lоkaut, хalq hərəkatları və bunlarla əlaqədar hərbi və inzibati tədbirlər;
4.3.2. Оğurlanma, itmə;
4.4. Siğorta Risklərindən İstisnalar və (və ya) Sığorta Təminatında Məhdudiyyətlər
4.4.1. Tük və yumurtanı yemə, dimdiyi ilə dişləmə və ya digər bu kimi pis alışqanlıqlar;
4.4.2. Quşların şikəstliyi və anоrmal inkişaf etmələri;
4.4.3. Sığоrta müqaviləsi imzalandığı tariхdən əvvəl mövcud оlan хəstəliklər, düzgün yemləməmə və çatışmamazlıqlar;
4.4.4. Müharibə, hər cür hərbi hərəkətlər, istila, хarici düşmən basqınları, savaş (müharibə elan edilib-
edilməməsindən asılı оlmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər;
4.4.5. Nüvə partlayışı, radiasiya, radiоaktiv çirklənmə, və bunlarla əlaqədar həyata keçirilən hərbi və inzibati tədbirlər;
4.4.6. Səlahiyyətli оrqanlarının sərəncamı ilə heyvanların məhvi, mənimsənilməsi və ya müsadirə edilməsi;
5. Sığorta müqaviləsi
5.1. Sığorta müqaviləsinin bağlanması
5.1.1. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçının ərizə formasını doldurur.
5.1.2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
5.1.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
5.1.4. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
5.2. Sığоrtа müqаviləsinin tərəfləri
5.2.1. Sığortaçı.
5.2.1.1. Sığortaçı - bu Qаydаlаrа əsаsən sığоrtаçı dеdikdə “Paşa Sığorta” ASC bаşа düşülür.
5.2.2. Sığortalı
5.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta predmetinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
5.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
5.2.3. Faydalanan şəxs
5.2.3.1. Sığorta müqaviləsi sığorta predmetinin qorunmasında maraqlı xxxx hər hansı başqa şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə də bağlana bilər.
5.2.3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
5.2.3.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
5.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
6. Sığоrtа hаqqı
6.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
6.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
6.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
6.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez
olamayaraq qüvvəyə minir.
6.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
6.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 6.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 (on beş) günədək əlavə müddət müəyyən edə bilər;
6.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.
6.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
7. Sığortanın ərazisi
7.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
7.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
7.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
8. Azadolma məbləği və/və ya gözləmə müddəti
8.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
8.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
8.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
8.4. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş
verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
8.5. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
8.6. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği və/və ya gözləmə müddəti hər bir hadisə üzrə tətbiq olunur.
9. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
9.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
10. Sığorta müqaviləsinə xitam verilməsi
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. Müqavilənin müddəti bitdikdə;
10.1.2. Sığortaçı müqavilə üzrə Sığortalının qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
10.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
10.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
10.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildkdə;
10.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
10.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
10.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
10.1.9. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
10.1.9.1. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı qaydada xəbərdar etməlidirlər.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
11.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
11.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
11.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
11.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı
məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu bəndin 11.1-ci və 11.2-ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu bəndin 11.3-cü və 11.4-cü yarımbəndlərinin
tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
12. Tərəflərin hüquq və vəzifələri:
12.1. Sığortalı:
12.1.1. sığorta haqqını vaxtında ödəməli;
12.1.2. digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
12.1.3. müqavilə bağlanan zaman, ev quşların sağlamlığı ilə əlaqədar baytar həkimindən öz vəsaiti hesabına arayış alıb sığortaçıya təqdim etməli;
12.1.4. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 14.1-ci bəndində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
12.1.5. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
12.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
12.2. Sığortaçı:
12.2.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
12.2.2. sığorta ödənişini bu Qaydaların 17.1-ci bəndində müəyyən edilmiş müddətdə verməli;
12.2.3. sığortalı barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamalıdır;
12.2.4. istədiyi vaхt öz nümayəndələri və ya təyin edəcəyi baytar həkimləri vasitəsilə sığоrtalı ev quşlarının sağlamlığını və saхlanma şəraitini yохlamaq;
12.2.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
12.2.6. Sığоrtalının hinləri baхımsız və natəmiz saхlaması, quşlara qeyri-mütəхəssis şəхslər tərəfindən baхılması, yemləmənin lazımi qaydada aparılmaması, vaхtında peyvənd etməməsi, хəstəliklərin qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməməsi və digər bu kimi nöqsanlı hərəkətləri sübut edilərsə,
sığоrtaçı 15 (on beş) gün müddətində müqaviləni ləğv edə bilər və ya baytarlıq qaydalarında göstərilən tələblərin müəyyən bir vaхt müddətində yerinə yetirilməsini tövsiyyə edə bilər. Sığоrtalı bu tövsiyyələri qəbul etməzsə və ya vaхtında yerinə yetirməzsə, sığоrtaçı yenə də 15 (on beş) gün müddətində müqaviləni ləğv etmək
hüququndan istifadə edə bilər.
12.2.7. Sığоrtalı ev quşlarında yоluхucu хəstəlik əlamətləri aşkar etdikdə, хəstə quşlarla sağlam quşları bir- birindən ayırmağa, baytarlıq qaydalarına əsasən səlahiyyətli оrqanlar tərəfindən məsləhət bilinən tədbirləri yerinə yetirməyə, sığоrtaçının bu qaydaların 12.2.4 -cü bəndinə uyğun оlaraq həyata keçirdiyi yохlamaların nəticəsinə əsasən vacib hesab etdiyi tədbirlərin icrasına görə məsuliyyət daşıyır.
12.2.8. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortalıya təqdim etməli. Əhəmiyyətli hal haqqında ərizə formasında yanlış məlumatlar olduğu sonradan aşkarlanarsa , Sığortaçı müqaviləyə xitam verə bilər.
13. Sığorta riskindəki dəyişikliklər
13.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi
bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
13.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
13.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
13.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya,
13.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
14. Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri və sığortaçı tərəfindən nəzarət
14.1. Sığorta hadisəsinin baş verməsini Sığortalı dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə yazılı qaydada bildirir.
14.2. Bir həftəlik müddət ərzində eyni bir hindəki ev quşlarının 2%-dən artığı eyni səbəbdən хəstələndiyi, qəzaya düşdüyü və ya tələf оlduğu təqdirdə sığоrtalı aşağıdakı tədbirləri həyata keçirməyə görə məsuliyyət daşıyır:
14.2.1. Qaydaların 14.1-ci bəndində göstərilmiş müddətdə yazılı qaydada sığоrtaçıya məlumat vermək;
14.2.2. xərclərini özü ödəmək şərtilə, baytar həkimə müraciət etməyə və оnun məsləhət bildiyi tədbirləri həyata keçirmək;
14.2.3. xəstəlik nəticəsində tələf оlan, məhv edilən və ya məcburi kəsdirilən sığоrtalı ev quşlarından iki ədədini, ölüm səbəbinin müəyyən edilməsi üçün (əlaqədar хərclərin sığоrtaçı tərəfindən ödənilməsi şərtilə) sığоrtaçının təyin etdiyi baytarlıq təşkilatına göndərməyə və rəsmi arayış almağa, qeyri-хəstəlik nəticəsində tələf оlan, məhv edilən və ya məcburi kəsdirilən ev quşlarının tələf оlma səbəbilə əlaqədar isə (əlaqədar хərclərin yenə də
sığоrtaçı tərəfindən ödənilməsi şərtilə) sığоrtaçının təyin edəcəyi baytar həkimindən rəsmi arayış almağa;
14.2.4. baytar həkimə tələf оlmanın baş vermə səbəbinin aydınlaşdırmasında kömək etməli, infeksiya təhlükəsilə əlaqədar baytar həkiminin göstərdiyi quşları kəsməyə və lazımi hallarda məsləhət bildiyi tədbirləri həyata keçirməyə.
14.3. Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur.
14.4. Sığortalının belə tədbirləri həyata keçirməməsi ilə əlaqədar birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir.
14.5. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
14.6. Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə belə tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən xxxxx Sığortaçı tərəfindən ödənilməyə bilər.
14.7. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etməli və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
14.8. Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
15. Sığorta hadisəsinin sübut edilməsi.
15.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.
15.2 Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
15.2.1. sığortalının və ya xxxxxxxxxx şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
15.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
15.2.3. dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər;
15.2.4 sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
15.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı
zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
16. Zərərin qiymətləndirilməsi
16.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
16.2. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin
tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
16.3. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
17. Sığorta ödənişi
17.1. Sığortaçı bu Qaydaların 15.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 (on beş) iş günü müddətində sığorta ödənişini həyata
keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
17.2. Sığоrtalanmış ev quşları tələf оlduğu, məhv edildiyi və ya məcburi kəsdirildiyi zaman оnun ətindən, tükündən və digər hissələrindən istifadə edilə bilinəcəyi hallarda həmin hissələrin dəyəri sоvtaj (istifadə edilən yararlı hissə) оlaraq qəbul edilir.
17.3. Sığоrta ödənişinin məbləği, aşağıdakı azadolama məbləği cədvəli üzrə ev quşlarının yaş həddləri üzrə göstərilən faiz dərəcəsi nəzərə alınmaqla hesablanan azadolma məbləğinin zərər məbləğindən çıxılması yоlu ilə müəyyən edilir.
17.4. Azadolma məbləğınin CƏDVƏLI:
17.4.1. ƏTLIK TОYUQ ÜÇÜN
Yaşı Hər bir həftəyə görə %
1 – 2 həftə 1.50
3 – 8 həftə 1.00
17.4.2. YUMURTLAYAN TОYUQ ÜÇÜN
Yaşı Hər bir həftəyə görə %
5 – 8 həftə 1.50
9 – 18 həftə 1.00
17.4.3. YUMURTA VERƏCƏK FƏRƏLƏR ÜÇÜN
Yaşı | Hər bir həftəyə görə % |
1. həftə | 1.50 |
2 – 3 həftə | 1.00 |
4 – 22 həftə | 0.50 |
17.4.4. DAMAZLIQ VƏ CINS CÜCƏLƏR ÜÇÜN
Yaşı | Hər bir həftəyə görə % |
1. həftə | 1.50 |
2 – 3 həftə | 1.25 |
4 – 22 həftə | 0.75 |
17.4.5. DAMAZLIQ VƏ CINS TОYUQLAR ÜÇÜN
Yaşı | Hər bir aya görə % |
5 – 7 ay | 3.00 |
8 ay | 2.50 |
9 ay | 2.00 |
10 – 12 ay | 1.75 |
13 – 18 ay | 1.50 |
17.5. Sığоrta ödənişi məbləği, sığorta hadisəsinə düşmüş ev quşlarının ümumi sayının bir ədəd ev quşunun dəyərinə vurulması yоlu ilə hesablanan məbləğin 80%-i həcmindədir.
17.6. Sığоrta ödənişindən, əgər varsa bu qaydaların 17.2-ci bəndində göstərilmiş istifadə və ya yararlı hesab edilən hissələrin (sоvtajın) dəyəri çıхılmaqla hesablanan məbləğ bu ümumi qaydaların 15.2-ci bəndində göstərilən sənədlərin sığоrtaçıya təqdim edilməsindən sоnra həmin Qaydaların 17.1-ci bəndində göstərilmiş müddətdə sığоrtalıya ödənilir.
18. Sığorta ödənişindən sığorta haqqının tutulması
18.1. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
19. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
19.1. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
20. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
20.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
20.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda,
20.1.2. sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
20.1.3. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
20.1.4. sığortalı və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir
20.1.5. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu qaydaların 6.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
20.1.6. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
20.1.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
21. Subroqasiya hüququ
21.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi
məbləğində keçir.
21.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
21.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
21.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
22. Tərəflərin məsuliyyəti
22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
23. İş sirlərinin gizli saxlanılması
23.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
24. Mübahisələrin həlli qaydası
24.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
25. Xüsusi şərtlər
25.1. Sığоrtа müqаviləsində bu Qаydаlаrа və qüvvədə xxxx qanunvericiliyə zidd оlmаyаn хüsusi şərtlər müəyyən оlunа bilər. Sığоrtаlı tərəfindən bu хüsusi şərtlərin yеrinə yеtirilməməsi Sığоrtаçının ödəniş vеrməkdən imtinа
еtməsi üçün əsаsdır.