T Ə L İ M A T
Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2012-ci il tarixli 17 iyul 233/5 xxxxx qərarı ilə təsdiq edilmişdir
Sərbəst auditorın gündəliklərinə dair hesabatlarının elektron qaydada hazırlanması, göndərilməsi, təqdim edilməsi və işlənilməsi haqqında
T Ə L İ M A T
I. Giriş
1.1. Sərbəst auditorın gündəliklərinə dair hesabatlarının elektron qaydada hazırlanması, göndərilməsi, təqdim edilməsi və işlənilməsi haqqında T Ə L İ M A T (bundan sonar “Təlimat” adlandırılacaq) “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə, Azərbaycan Respublikasının Prezidenti cənab Xxxxx Xxxxxxxx “Dövlət orqanlarının elektron xidmətləri göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının və ölkə başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda xxxxx vəzifələrə həsr olunmuş iclasında yekun nitqində dövlət qurumlarında elektron xidmətlərin göstərilməsi barədə verdiyi tapşırığın icrası ilə əlaqədar Auditorlar Palatasının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində tədbirlərin görülməsinin təşkili sahəsində tədbirlərin həyata keçirilməsi barədə” Palata sədrinin 19 aprel 2012-ci il tarixli 1/4
№-li sərəncamına və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2012-ci il
25 aprel tarixli 231/2 xxxxx qərarının 3-cü - “Sərbəst auditorın gündəliklərinə dair hesabatlarının elektron qaydada hazırlanması, göndərilməsi, təqdim edilməsi və işlənilməsi haqqında” Təlimatın hazırlanıb təqdim olunması bəndinə əsasən tərtib edilmişdir.
II. “Təlimat”ın məqsədi
“Təlimat” bütün sərbəst auditorlara şamil edilir. Təlimatın məqsədi sərbəst auditorlar
tərəfindən hazırlanmış, onların fəaliyyətlərini əks etdirən aylıq gündəliyi qısa zamanda və
müvafiq formada Auditorlar Palatasının elektron ünvanına Online gündəlik formasında
göndərmə qaydasını müəyyən etməkdən ibarətdir.
III. Tənzimləmə
Bu “Təlimat”la sərbəst auditorlar tərəfindən hazırlanmış gündəliklərin Auditorlar Palatasının elektron ünvanına göndərilməsi üzrə aparılan əməliyyatlar tənzimlənir.
“Təlimat”a uyğun olaraq gündəlik xxxx xxx dəfə, növbəti ayın 5 iş günü müddətində (çap və elektron variantda qeyd: gündəlik kompüterdə "EXCEL" proqramında sətirlərinin hündürlüyü 13,5 piksel və eni – A-5,43; B-29; C-10; D-10; E-10; F-10; G-10 və H-10 piksel ölcüdə xxxx 8 xxxxx sütundan istifadə etməklə cədvəl formasında tərtib olunur.) sərbəst auditorlar tərəfindən Auditorlar Palatasına təqdim edilir. Sərbəst auditorlar təqdim etməli olduqları bu gündəliyi online variantında da göndərə bilərlər.
Sərbəst auditor səlahiyyətli şəxsi-istifadəçisi (bundan sonra “İstifadəçi” adlandırılacaq)
tərəfindən Online gündəlik göndərmə üzrə əməliyyatlar aşağıdakı ardıcıllıqla aparılır:
1). İstifadəçi Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi internet ünvanına
(xxx.xxxxx.xxx.xx) daxil olur.
2). Əsas səhifənin aşağı sol küncündə “yeni qoşulmaq istəyənlər üçün” düyməsini sıxır və
qeydiyyatdan keçir.
3). Qeydiyyatdan keçdikdən sonra istifadəçi adını və Xxxxxx tərəfindən ona verilmiş xüsusi şifrəni yazır və daxil ol düyməsini sıxmaqla Palatanın elektron saytında yaradılmış səhifənin aşağı sol tərəfinə “Online gündəlik göndər”in gündəlik bölməsinə daxil olaraq gündəliyi doldurur və göndər düyməsini sıxır.
5). Istifadəçi göndərdiyi gündəliyi çap etmək istədikdə bu zaman sistemə yenidən daxil
olub “Göndərdiyiniz gündəliklər” bölməsində istədiyi gündəliyi yükləməklə çap edə bilər.
6). “istifadəçi məlumatları” –
7). “Şifrəni dəyiş” –
8). “Sistemdən çıxış”düyməsi – Xidməti sistemdən təhlükəsiz çıxış məqsədi daşıyır, ona
görə də sistemdən həmin düyməni sıxmaqla çıxılması məqsədəmüvafiqdir.
IV. GÜNDƏLIK FORMASININ TƏRTİB EDİLMƏSİ QAYDASI
1.1. Kompüterdə yığılan mətn Times New Roman –12 şrifti ilə cap olunur.
1.2. Gündəlik çap formasında təqdim olunduqda sərbəst auditorun imzası və möhürü ilə
təsdiqlənir, doldurulduğu tarix göstərilir.
1.3. Gündəlik xxxx xxx dəfə, növbəti ayın ilk həftəsinədək (çap və elektron variantda) Auditorlar Palatasına təqdim edilir.
1.4. Xxxxxxx bütün sərbəst auditorlara şamil edilir.
1. Gündəliyin 1-ci bölməsində bağlanmış müqavilənin sıra nömrəsi qeyd olunur:
2. "Sifarişçinin adı" adlı 2-ci bölmədə sifarişçinin adı göstərilir:
3. "Auditor xidmətlərinin növü" adlı 3-cü bölmədə isə göstərilmiş xidmətin növü qeyd
olunur:
4.1. Gündəliyin “Müqavilənin” adlı 4-cü bölməsinin 1-ci bəndində bağlanmış müqavilənin
tarixi göstərilir;
4.2. Gündəliyin 4-cü bölməsinin 2-ci bəndində isə bağlanmış müqavilənin nömrəsi qeyd
olunur;
4.3. Gündəliyin 4-cü bölməsinin 3-cü bəndində bağlanmış müqavilənin məbləği (ƏDV- siz) manatla göstərilir;
4.4. Gündəliyin 4-cü bölməsinin 4-cü bəndində bağlanmış müqavilənin əhatə etdiyi dövr
göstərilir:
4.5. 4-cü bölmənin 5-ci bəndində isə bağlanmış müqavilənin icra olunduğu tarix qeyd edilir;
4.6.1. Gündəliyin 4-cü bölməsinin “icra müddəti (xxxx xxxxxx)” adlı 4-cü bəndinin “tamamlanmamış iş” adlı sütununda bağlanmış müqavilənin tamamlanmamış iş vaxtı (xxxx xxxxxx) qeyd edilir ;
4.6.2.Gündəliyin 4-cü bölməsinin “icra müddəti (xxxx xxxxxx)” adlı 4-cü bəndinin “tamamlanmış iş” adlı sütununda bağlanmış müqavilənin tamamlanmış iş vaxtı (xxxx xxxxxx) qeyd edilir:
5. Gündəliyin “Auditor xidmətinin 1 saatın dəyərı” adlı 5-ci bölməsində müqavilənin
dəyərinin həmin müqaviləyə sərf olunan vaxta(saatla) nisbəti qeyd olunur;
6. Gündəliyin 6-cı “Qeyd” adlı bölməsində bağlanmış müqavilə haqqında əlavə məlumat
qeyd etmək olar;
7.1. Gündəliyin “Nəticə” adlı hissəsinin a) bəndində müqavilənin xxxx dəyəri (manatla)- müqavilələrin ümumi dəyərinin onların sayına nisbəti göstərilməlidir.
7.2. Gündəliyin “Nəticə” adlı hissəsinin b) bəndində auditor xidmətinə auditorun auditorun sərf etdiyi 1 saatın dəyəri (manatla)- müqavilələrin ümumi dəyərinin müqavilələrin sayına nisbəti göstərilməlidir;
7.3. Gündəliyin “Nəticə” adlı hissəsinin c) bəndində isə bir sifarişçiyə sərf olunan auditor xidmətinin xxxx müddəti (saatla)- müqavilələrə sərf olunmuş vaxtın (saatla) müqavilələrin sayına nisbəti qeyd edilməlidir;
Qeyd. Xidmətin məzmunun tam adı və xidmətin məzmununun gündəlikdə göstərilən
nümunəsi aşağıdakı cədvəldə qeyd olunmuşdur.
Cədvəl 1
Sıra №- si | Xidmətin məzmunun tam adı | Xxxxxxxx məzmununun gündəlikdə göstərilən nümunəsi |
1. | Maliyyə hesabatlarının auditi | MHA (ili göstərilməklə) |
2. | Vergi hesabatlarının auditi | VHA (ili göstərilməklə) |
3. | Əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi | ƏQA (hansı tarixə göstərilməklə) |
4. | İntellektual mülkiyyət obyektlərinin və nouhaunun qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi | İMQA (hansı tarixə göstərilməklə) |
5. | Qiymətli kağızların emissiyası üçün rəylərin verilməsi | QKEA (ili göstərilməklə) |
6. | Müəssisə və təşkilatlarda mühasibat xidmətlərinin göstərilməsi | MUMX (hansı dövr üzrə göstərilməklə) |
7. | Müshasibat və vergi uçotu, vergiqoyma üzrə ayrı-ayrı məsələlər üçün məsləhət xidmətinin göstərilməsi | MVMX (hansı dövr üzrə göstərilməklə) |
8. | Müəssisə və təşkilatlarda mühasibat uçotunun bərpası | MUBX (hansı dövrdən üzrə göstərilməklə) |
9. | İqtisadi əsaslandırmaların, biznes planlarının və digər layihələrin işlənib hazırlanması | İƏX (hansı tarixə göstərilməklə) |
10. | Nizamnamə kapitalının formalaşdırılmasının auditi | NKA (hansı tarixə göstərilməklə) |
11. | Layihənin auditi | LA (hansı dövr üzrə göstərilməklə) |
12. | Digər auditor xidmətləri | DAX |