ÜMUMİ MÜDDƏALAR
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər normativ hüquqi aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və “Bakı Sığorta” ASC-nin bağladığı bütün Oğurluqdan sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA SİNFİ
1.1 Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu daşınar və daşınmaz əmlakdır.
1.2 Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
2. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta Qaydaları ilə sığorta müqaviləsində (şəhadətnaməsində) yazılmış ünvanda saxlanılan mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nəticəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verilir:
2.1. Qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq;
2.2. xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq;
2.3. sübut olunması mümkün xxxx hallarda itmiş, oğurlanmış və ya qeyri-xxxxxx xxxxx əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açma yolu ilə daxil olmaq;
2.4. sübut olunması mümkün xxxx hallarda sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq;
2.5. öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq.
Qeyd: Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilənlərdən biri və ya bir neçəsi üçün verilə bilər.
3. SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN MAL VƏ ƏŞYALAR
Aşağıdakılar sığorta təminatına daxil edilir:
3.1. Sığortalıya, onunla daimi bir yerdə yaşayanlara və işçilərinə aid xxxx və sığortaya cəlb edilə bilən mal və əşyalar;
3.2. Mal və əşyalar keyfiyyətlərinə görə növ və ya qruplara ayrılmışsa, bu növ və qruplardan hər hansı birinə daxil olan mal və əşyalar.
3.3 Təminat altına alınacaq mal və əşyaların qorunub saxlanılması üçün sığorta Müqaviləsinə xüsusi şərtlər yazıla bilər. Belə xxxx xxxxx sığortaçı, sığortalanmış mal və əşyaların sığorta Müqaviləsində göstərildiyi kimi qorunmadığını sübut etməzsə ödənişdən imtina edə bilməz.
4. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ TƏMİNATA DAXİL EDİLƏ BİLƏN MAL VƏ ƏŞYALAR:
4.1. Xəzlər, ipək xalçalar, sənətkarlıq və antikvar baxımından qiymətli xxxx tablolar, kolleksiyalar, heykəllər, rəsm əsərləri, kitablar, qravüralar, yazılar, xalçalar və sairə;
4.2. model, qəlib, layihə və eskizlər, ixtira sənədləri, mühasibat sənədləri və sairə;
4.3. sığorta şəhadətnaməsində göstərilən ərazidə saxlanılan dəniz, hava və avtomobil nəqliyyat vasitələri və onların yükləri;
4.4. nağd pul, səhm, qaimə və qiymətli kağızlar, qızıl, gümüş, digər qiymətli metallar, bu metallardan və qiymətli daşlardan hazırlanmış zinət və bəzək əşyaları;
4.5. sığortalıya, onunla daima bir yerdə yaşayanlara və işçilərinə məxsus olmayıb sığorta müqaviləsində göstərilmiş ünvanda saxlanılan mal və əşyalar;
4.6. mal və əşyaların sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin aşağıda göstərilən faizindən artıq olduğu hallarda onların mühafizə edilməsi barədə sığorta Müqaviləsində xüsusi şərtlər yazılmaqla:
4.6.1. sənətkarlıq və antikvar baxımından qiymətli xxxx tablolar, kolleksiyalar, heykəllər, rəsm əsərləri, kitablar, qravüralar, yazılar, xalçalar və sairlərin sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin 5%-dən artıq xxxx hissəsi;
4.6.2. qızıl, gümüş və digər qiymətli metallardan hazırlanan məmulatlar, qiymətli daşlar və qiymətli əşyaların sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin 5%-dən artıq xxxx hissəsi;
4.6.3. kompüter, video, peyk antenası, televizor, maqnitafon, radio, musiqi mərkəzi, fotoaparat, kamera, xxxxxx, mikroskop və bunların aksessuarlarının sığorta dəyərlərinin cəminin sığorta məbləğinin 10%-xxx artıq xxxx hissəsi;
4.6.4. xəz və ipək xalçaların sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin 10%- dən artıq xxxx hissəsi.
5. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏ BİLƏN ZƏRƏRLƏR:
5.1. Sığorta müqaviləsində göstərilən ünvanda fasiləsiz 30 gündən artıq heç kimin yaşamamağından istifadə edərək edilən oğurluq;
5.2. sığorta müqaviləsində göstərilən ünvanda xxxx əşyaların həmin ünvandan daşınıb başqa yerdə saxlanılmasından istifadə edərək edilən oğurluq;
5.3. tətil, iğtişaş və bunların yatırılması və ya qarşısının alınması məqsədi ilə inzibati və hərbi tədbirlərin keçirilməsindən istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs;
5.4. yanğın, ildırım, partlayış, zəlzələ, vulkan püskürməsi, sel və su basması, fırtına, yer sürüşməsi, qar ağırlığı hadisəsindən istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs;
5.5. sığortalının işçilərinin etdikləri oğurluq və təxribat;
5.6. Terror və sabotaj aktlarından istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs.
6. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR):
6.1. Müharibə, istila, düşmən basqını, vətəndaş müharibəsi, çevriliş və bunların yatırılması və ya qarşısının alınması məqsədi ilə görülən hərbi və inzibati tədbirlərdən istifadə edərək edilən oğurluq, basqın və bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;
6.2. hər hansı nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr və bunların nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən hərbi və inzibati tədbirlərdən istifadə edərək edilən oğurluq, basqın və təxribat;
6.3. səlahiyyətli orqanlar tərəfindən sığortalanmış əşyalar üzərində tədqiqat aparılmasından istifadə edərək baş verən oğurluq, basqın və ya bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;
6.4. sığortalı ilə yaşayan şəxslər tərəfindən edilən oğurluq və təxribat;
6.5. oğruların sığortalanmış yerlərə daxil olduqları zaman törətdikləri yanğın, partlayış və su basmasından meydana gələn zərərlər;
6.6. sığorta müqaviləsinə əlavə edilmiş siyahıda göstərilən mal və əşyaların yerində olmamağı.
7. SIĞORTA MƏBLƏĞİ
7.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta məbləği əmlakın sığorta dəyərinə bərabər olmalıdır.
7.2. Sığorta müqaviləsində göstərilən sığorta məbləği sığortalanmış əşyaya zərər dəydiyi andakı real dəyərindən az olduğu hallarda ödəniş sığorta məbləğinin əmlakın dəyərinə xxxx nisbətində ödənilir.
7.3. Sığorta məbləği və ya sığortaçının zərərlə əlaqədar ödəməli olacağı məbləğ sığortalanmış əşyanın real dəyərindən artıq olarsa, sığorta məbləğinin artıq xxxx hissəsi etibarsız sayılır.
8. AZADOLMA MƏBLƏĞİ
8.1 Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
8.2 Azadolma məbləği müəyyən olunmuş bir məbləğə, sığorta məbləğinin müəyyən bir faizinə və ya zərərin müəyyən bir faizinə qədər razılaşdırıla bilər.
9. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən (24:00) başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə (24:00) başa çatır.
10. SIĞORTA HAQQI, SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
10.1. Sığorta haqqı sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında sığortaçı tərəfindən hesablanır və Sığorta Müqaviləsində və ya sığorta müqaviləsinə Əlavələrdə göstərilir.
10.2. Müqavilədə müəyyən edilmədiyi halda, sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsinin bağlanmasından dərhal sonra ödənilməli, və sonrakı ödəmələr sığorta müqaviləsində göstərilmiş müddətlər və dövrlük əsasında edilməlidir.
10.3. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsində göstərilən ödəmə müddəti ərzində ödənilmədikdə, sığortaçı sığorta haqqının ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq əlavə ödəmə müddəti müəyyən edə bilər. Müəyyən edilmiş əlavə müddət ərzində sığorta haqqı ödənilmədikdə sığortaçı sığorta müqaviləsinə xitam vermək hüququna malikdir.
10.4. Sığortalı hissə-hissə ödənilən sığorta haqqının növbəti hissəsi üzrə ödənişin vaxtını gecikdirdikdə və bu zamanda sığorta hadisəsi baş veribsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsinin ödənilməsini tələb edə bilər. Eyni zamanda, sığorta ödənişinin həyata keçirilməsi zamanı sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişindən tuta bilər.
10.5. Qısa müddətə bağlanılan sığorta müqavilələri (1 ildən az) üzrə sığorta haqları hazırkı qaydaların tərkib hissəsi xxxx cədvələ əsasən hesablanır (Cədvəl 1).
11.SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI
11.1 Sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi (şəhadətnaməsi) adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması, həmçinin müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi yolu ilə bağlanıla bilər.
11.2 Sığorta müqaviləsi şəhadətnamənin imzalanması yolu ilə bağlandığı halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanır.
11.3 Sığorta müqaviləsinin məzmunu qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilir.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
12.1 Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
12.2 Bir tərəf buna ehtiyac yarandıqda digər tərəfə yazılı məlumat verməklə sığorta müqaviləsinin məzmununa nəzərdə tutulan dəyişiklikləri təklif edə bilər.
12.3 Tərəflər sığorta müqaviləsinə təklif edilən əlavə və dəyişikləri qəbul etmədikdə sığorta müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verə və ya müqavilənin əvvəlki şərtlərlə saxlaya bilərlər.
13.SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
13.1 Sığorta müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
13.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
13.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
13.1.3 sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
13.1.4 sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
13.1.5 sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
13.1.6 sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
13.1.7 sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
13.1.8 sığorta marağı artıq mövcud olmadıqda.
13.1.9 Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
13.2 Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
13.2.1. Bu Qaydaların 13.1.-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
13.3 Tərəflərin qarşılıqlı razılığı olduqda sığorta müqaviləsinə dərhal xitam verilə bilər.
13.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıda göstərilənlərlə nəticələnir:
13.4.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
13.4.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməyi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
13.4.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
13.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 13.4.1-ci və 13.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.4.5. Sığorta müqaviləsi bu Qaydaların 13.1.9-cu bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 13.4.3-cü və 13.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
14. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
14.1. Sığortalının hüquqları:
14.1.1. Sığortaçının sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək;
14.1.3 sığorta müqaviləsinə əlavə və dəyişiklikləri təklif etmək.
14.2. Sığortalının vəzifələri:
14.2.1.Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2. sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları sığortaçıya təqdim etmək;
14.2.3. sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
14.2.4 sığorta müqaviləsinin şərtlərinə əməl etmək;
14.2.5. sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
14.3. Sığortaçının hüquqları:
14.3.1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin sığortalı və sığorta olunan tərəfindən sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
14.3.2. bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
14.3.3. sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
14.3.4. sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
14.3.5. bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə əlavə və dəyişikliklər etmək habelə ona xitam vermək.
14.4. Sığortaçının vəzifələri:
14.4.1. Müəyyən edilmiş müddətdə sığorta müqaviləsini sığortalıya təqdim etmək;
14.4.2. sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
14.4.3. sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
14.4.4 sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış məbləği Sığortalıya qaytarmaq.
15. SIĞORTALININ SIĞORTA MÜQAVİLƏSİ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
15.1. Sığortaçı, sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərti ilə təklifdə, təklif yoxsa, sığorta müqaviləsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya və ya:
15.1.1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı müqaviləyə xitam verə bilər və ya müqaviləni davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər;
15.1.2 müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçının sığorta haqqını qaytarmamaq hüququ qazanır və sığorta hadisəsi baş vermiş olarsa, ödəniş verməyə bilər;
15.1.3. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı müqaviləyə xitam verə bilər və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
Sığortalı, 5 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqaviləyə xitam verilir
16. SIĞORTALININ SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
16.1. Müqavilə imzalandıqdan sonra sığortalanmış əmlakın sığorta müqaviləsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda, dərhal sığortaçıya məlumat verməlidir.
16.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra bu dəyişiklik sığorta müqaviləsinin pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə:
- müqaviləyə xitam verə bilər və ya;
- sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
16.3. Sığortalı, 5 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, baş vermiş hadisələr üzrə sığortaçı heç bir məsuliyyət daşımır.
16.4. Sığortalanmış əmlakın yerinin və ya vəziyyətinin dəyişdirilməsi, xxxxxx başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığorta ödənişi verilmir.
ZƏRƏR VƏ ÖDƏNİŞ
17. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
17.1 Sığortalı, sığorta Müqaviləsində göstərilən sığorta hadisəsi baş verdiyi zaman zərərin qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədəuyğun tədbirlər görməlidir.
17.1.1 Zərərin qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədyönlü xərclər sığortaçı tərəfindən ödənilir.
17.1.2 Mal və əşyalar dəyərindən az məbləğdə sığortalanmışdırsa, bu zaman sığortaçı çəkilən xərcləri əmlakın dəyəri ilə sığorta məbləği arasındakı nisbətə uyğun olaraq ödəyir.
18. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi baş verdikdən sonra sığortalı:
18.1. Əgər sığorta Müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisənin baş verdiyini bildiyi və ya bilməli olduğu gün dərhal sığortaçıya bu haqda məlumat verməlidir;
18.2. mal və əşyaların oğurlanması haqda məlumatı əldə edən andan səlahiyyətli orqanlara bildirməli, oğurlanmış əşyalar arasında əgər qiymətli sənədlər olarsa, onların dövriyyəsinin və ödənilməsinin qarşısını almaq üçün əlaqədar orqanlara məlumat verməlidir;
18.3. əgər zərərin qarşısının alınması və ya azaldılması tələb etməzsə, sığorta hadisənin baş verdiyi yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir;
18.4. hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün xxxx xxxxxx məlumat və sənədləri (sənədin əsli və ya özü tərəfindən təsdiq olunmuş surəti və ya fotosurəti) sığortaçının tələbi ilə gecikdirmədən ona verməli və ya onları mühafizə etməlidir;
18.5. xxxxx və zərərin təqribi məbləğini göstərən ödəniş sənədini mümkün və münasib bir vaxtda sığortaçıya verməlidir;
18.6. ödəniş məsuliyyəti və məbləği həcmində iddia hüququnun təsbit olunması üçün sığortaçının səlahiyyət verdiyi nümayəndələrinə sığortalanmış əmlak və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları araşdırma və tədqiqatlara icazə verməli və bunun üçün müvafiq şərait yaratmalıdır;
18.7. sığortalanmış mal və əşyalar başqa sığorta şirkətlərində də sığorta etdirilmişdirsə, bunu sığortaçıya bildirməlidir;
18.8. üçüncü şəxslərin hərəkətləri nəticəsində mal və əşyalara zərər dəyərsə, şübhələndiyi şəxslər haqqında səlahiyyətli orqanlara məlumat verməli və xxxxx xxxx hallarda şahidlik izahatı verməlidir.
19. ZİYAN VƏ ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
19.1 Mal və əşyalara dəymiş ziyanın məbləği sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə ziyan və zərərin miqdarı mütəxəssis şəxslər arasından seçiləcək və mütəxəssis və ya ekspert adlandırılan şəxslər tərəfindən müəyyən edilir.
19.2. Mütəxəssis və ya ekspertlər öz tədqiqatlarında tamamilə müstəqildirlər.
19.3. Ziyan və zərərlərin miqdarının müəyyənləşdirilməsi zamanı mütəxəssis və ya ekspertlər lazım bildikləri dəlilləri, zərər zamanı sığortalanmış əmlakın real dəyərinin müəyyənləşdirilməsinə kömək edən qeyd və sənədləri tələb edə və hadisənin baş verdiyi yerdə təhqiqatlar apara bilərlər.
19.4. Mütəxəssis və ya ekspertlərlərin ziyan və zərərin miqdarı haqqında verəcəyi rəy qətidir və tərəflər buna əməl etməlidirlər.
19.5. Tərəflər ödənişin məbləği haqqında razılığa gələ bilmədikdə, veriləcək ödənişin məbləği ancaq mütəxəssis və ya ekspertlərin rəyinə əsaslanır. Ödənişin verilməsi rəyin tərəflərə göndərildiyi tarixdən əvvəl həyata keçirilə bilməz.
19.6. Tərəflər öz mütəxəssis və ya ekspertinin haqqını ayrılıqda, birlikdə seçdikləri mütəxəssis və ya ekspertin, və ya üçüncü mütəxəssis və ya ekspertin haqqını isə birlikdə ödəyirlər.
20. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış mal və əşyaların sığorta hadisəsi baş verən gündəki real bazar dəyəri əsas götürülür və sığorta ödənişinin məbləği aşağıda göstərilən qaydada hesablanır:
20.1. Kommersiya xxxxxxx üçün sığorta hadisəsinin baş verməsindən bir iş günü əvvəlki alış qiyməti əsas götürülür;
20.2. Fabrik, zavod və emalatxanalarda, istehsal prosesində xxxx əmtəə ilə əlaqədar sığorta hadisəsi baş verdiyi zaman ödəniş məbləği xammal və materialların sığorta hadisəsindən bir iş günü əvvəlki alış qiyməti və həmin günə qədər çəkilən istehsal xərcləri və əsas xərclərdən lazımi hissənin toplanması yolu ilə hesablanır. Bu qayda ilə müəyyənləşdirilən ödəniş məbləği bu materiallardan hazırlanmış əmtəənin sığorta hadisəsinin baş verməsindən bir iş günü əvvəlki alış qiymətindən xxx xxx bilməz;
Xammal və məmulatlar fabrikin, emalatxanaların və köməkçi tikililərin daxilində və ya hər hansı başqa bir yerdə saxlanılmasından asılı olmayaraq kommersiya xxxxxxx hesab olunur;
20.3. Bütün növ dəzgahlar, qurğular, alət və avadanlıqlar üzrə onların eynisi ilə əvəz edilməsi üçün ödənilən məbləğ əsas götürülür. Xxxxx bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları (amortizasiya) ödəniş məbləğindən çıxılır. Yeni alınacaq avadanlıqların istehsal gücü və keyfiyyəti əvvəlkilərdən fərqlənərsə, bu fərq də nəzərə alınır;
20.4. Bütün növ ev və şəxsi əşyalar üzrə yenisinin alınması üçün ödənilən məbləğ əsas götürülür. Ancaq bu zaman köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət fərqi ödəniş məbləğindən çıxılır;
20.5. Qiymətli kağızların dəyəri oğurluq hadisəsindən bir gün əvvəlki xxxxx, bazar və ya sərbəst qiymətə əsasən müəyyən edilir. Qiymətli kağızların ləğv edilməsi və ya başqa bir formada xxxx qaytarılması mümkün olduğu halda verilən ödəniş məbləği çəkilən xərclərdən ibarət olur;
20.6. Pullarda pulun nominal dəyəri əsas götürülür;
20.7. Sığortaçının məsuliyyəti sığortalanmış əşyaların hamısı üçün ümumi bir məbləğ götürülübsə bu məbləğlə, sığortalanmış əşyalar xüsusiyyətlərinə görə növ və ya qruplara ayrılmışdırsa, bu növ və ya qruplara aid xxxx məbləğlə məhdudlaşır.
20.8 Zərərin əvəzinin ödənilməsi və ya əmlakın digəri ilə əvəz edilməsinə habelə əmlakın təmir edilməsinə dair qərar sığortaçı tərəfindən qəbul edilir.
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
21.1. Sığortaçı aşağıda göstərilən hallarda sığorta ödənişindən tam və ya qismən imtina edə bilər:
21.1.1 sığorta müqaviləsi bağlandıqda sığorta riskinin qiymətləndirilməsi üçün sığortaçıya qeyri dəqiq məlumat vermişsə və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə xxxxxx dərəcəsində xxxx dəyişikliklər barədə sığortaçıya məlumat verməmişsə (sığorta hadisəsi ilə səbəb əlaqəsində xxxx), sığorta müqaviləsi bağlanarkən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün sığortalı sığortalanan zəruri və ona məlum xxxx bütün halları və məlumatları sığortaçıya bildirməmişsə;
21.1.2. hazırkı Qaydalarla nəzərdə tutulmuş vəzifələri yerinə yetirmirsə;
21.1.3. sığorta hadisəsinin baş verməsi üçün qəsdən qərəzli hərəkətlər etmişsə;
21.1.4. sığorta hadisəsi ilə səbəb-nəticə əlaqəsində xxxx qərəzli cinayət törətmişsə.
21.1.5. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
22. ÖDƏNİŞ MÜDDƏTİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığortalı tərəfindən aşağıdakı sənədlərin təqdim olunması vaxtından etibarən, sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• sığorta şəhadətnaməsi (sığorta müqaviləsi);
• baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• sığorta hadisəsinin mahiyyətindən asılı olaraq digər sənədlər.
23. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
23.1. Sığortalanmış mal və əşyalar eyni risklər və müddətlər üzrə bir neçə sığorta şirkətində sığorta etdirilibsə, sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının qanunvericiliyinə və bu sığorta Qaydalarına uyğun olaraq hesablandıqdan sonra sığortaçı yalnız öz payına düşən zərər məbləğini ödəməyə borcludur.
23.2. Oğurlanmış mal və əşyaların tapılması üçün əlaqədar orqanlar tərəfindən həyata keçirilən axtarışlar 60 gün ərzində bir nəticə verməzsə, sığortalı vəziyyətlə əlaqədar müvafiq orqanlara müraciət etdiyini sübut edən sənədləri təqdim etməklə bunu sığortaçıya bildirməlidir. Sığortalı və ya əmlak sahibinə qarşı cinayət işi açılarsa, sığortaçı ödənişin verilməsini cinayət işinin sona çatmasına qədər müvəqqəti olaraq dayandırır.
23.3. Oğurlanmış mal və əşyalar sığorta ödənişi verilməmişdən əvvəl tapılarsa, sığortalı mal və əşyaları qəbul etməlidir.
23.4. Sığortaçı tərəfindən sığorta dəyəri ödənilmiş mal və əşyalar ödəniş verildikdən sonra tapılarsa, sığortalı vəziyyəti dərhal sığortaçıya bildirməyə borcludur. Bu zaman sığortalı sığortaçının vermiş olduğu ödəniş məbləğini qaytarıb mal və əşyaları xxxx götürməli və ya mal və əşyaların mülkiyyət hüququnu sığortaçıya verməlidir.
23.5. Sığortalı mal və əşyaları xxxx götürərsə, sığortaçı oğurluq hadisəsi nəticəsində mal və əşyalara dəymiş ziyanı ödəməlidir.
23.6 Zərər dəymiş əmlakın təmir etdirilməsi, zərərin əvəzinin ödənilməsi və ya əmlakın digəri ilə əvəz edilməsinə dair qərar sığortaçı tərəfindən qəbul edilir.
24. ÖDƏNİŞİN NƏTİCƏLƏRİ
24.1. Sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış daşınan əmlak tamamilə zərərə uğrayarsa (məhv olarsa), sığorta məbləği tam ödənildikdən sonra sığorta təminatı sona çatmış hesab olunur.
24.2. Qismən zərərlərdə isə sığorta məbləği sığorta hadisəsinin baş verdiyi tarixdən etibarən ödənilən zərər məbləği qədər azaldılır.
Sığorta məbləğinin azaldıldığı hallarda, sığortalı sığortaçının razılığı əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini əvvəlki məbləğə qədər artıra bilər.
24.3. Sığorta müqaviləsi ləğv edilmiş hesab olunana qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
24.4. Sığortaçı verdiyi ödənişin məbləği həcmində sığortalının zərər vurulmasında təqsirkar xxxx şəxsə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı zərər vurulmasında təqsirkar xxxx şəxsə qarşı subroqasiya qaydasında iddia irəli sürərsə, sığortalı bu iddia ilə əlaqədar zəruri və sığortalı üçün əldə edilməsi mümkün xxxx sənəd və məlumatları sığortaçıya təqdim etməyə borcludur.
DİGƏR MÜDDƏALAR
25. İKİLİ (ÇOXQAT) SIĞORTA
25.1 Əmlak başqa sığortaçılarda da eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmişdirsə, bu vəziyyəti sığortaçıya dərhal bildirməlidir.
25.2 Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.
26. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
26.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi sığortalının buna razılığı olduğu halda öz hüquqi qüvvəsində qalmaqla sığortaolunanın sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçirilə bilər. Bu zaman sığortalı sığorta müqaviləsinə müvafiq dəyişikliklərin edilməsinə dair sığortaçıya müraciət edir. Bu şərt yerinə yetirilmədiyi halda sığortaçı məsuliyyətdən azad olur.
26.2. Sığortaçı bu Qaydaların 26.1 maddəsi ilə müəyyən edilmiş dəyişikliyi etməkdən imtina etməklə sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verə bilər.
27. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməyinə və ya lazımi qaydada yerinə yetirilməməyinə görə tərəflər qarşılıqlı məsuliyyət daşıyırlar.
Hər bir tərəf sığorta müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməli, əks tərəfin hüquqlarının pozulmasına şərait yaratmamalıdır.
28. MÜBAHİSƏLƏRİN HƏLLİ
Sığorta müqaviləsi üzrə tərəflər arasında mübahisələr yarandıqda, onlar ilk öncə mübahisənin danışıqlar yolu ilə həllinə çalışır, bu mümkün olmadıqda və ya danışıqlar vasitəsi ilə razılıq əldə edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmələrə müraciət edirlər.
29. SIĞORTA TƏMİNATININ ƏRAZİ QÜVVƏSİ
Sığorta Müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, bu sığorta Azərbaycan Respublikası ərazisində qüvvədədir.
30. ƏLAVƏ MÜDDƏALAR
edilir.
30.1 Bu Qaydalarla əhatə edilməyən hallar yarandıqda müvafiq qanunvericilik normalarına istinad
30.2 Tərəflər bu Qaydaların aid edildiyi sığorta növü üzrə sığorta müqaviləsini bağlamaqla burada
müəyyən edilən şərtləri qəbul etmiş olurlar.
30.2.1 Sığortaçı bu Qaydalarla sığortalını xxxxx xxxx, sığortalı isə bu Qaydaların məzmunu ilə xxxxx olduğunu və orada göstərilmiş şərtləri qəbul etdiyini imzası ilə təsdiq edir.
30.3 Sığorta müqaviləsi ilə xüsusi şərt kimi sığortalı tərəfindən digər vəzifələrin yerinə yetirilməsi və sığorta predmeti və mövcud xxxx risklərlə xxxxx xxxx tələblər də nəzərdə tutula bilər
“BakıSığorta” Açıq Səhmdar Cəmiyyəti
Oğurlüqdan sığorta üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 60 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 10 400 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 400
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək.
Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100*q*Sö/So = 100 * 0,01 * 10400 / 60000 = 0,17 AZN
Risq üstəliyini hesablamaq üçün təminat ehtimalını γ =0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal α(γ)=1.645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr =1,2*Tə*a*((1 - q)/(n*q)) ½ = 0,17*1,2*1.645*((1-0,01)/(400*0,01)) ½ = 0,08 AZN. Tn = Tə + Tr = 0,08 + 0,17 = 0,25 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə – 70%, yüklənmə – 30%. O cümlədən işlərin aparılması xərcləri – 28%, tarif mənfəəti – 2%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn / (1-f) = 0,25 / (1-0,3) =0,36 AZN
Bu növ sığortanın şərtlərindən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0.05%-6% aralığında dəyişir.