AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2008-ci il mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il.
№ 682-IIIQ
Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında
SAZİŞ
Bundan sonra ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti,
iki dövlət arasında mövcud dostluq münasibətlərini tanıyaraq,
öz dövlətlərinin vətəndaşlarının Azərbaycan Respublikasına və İndoneziya Respublikasına səfərləri ilə bağlı prosedurların asanlaşdırılması arzusunda olaraq,
öz dövlətlərinin qanun və qaydalarına uyğun olaraq,
aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə
1
Vizadan
xxxx xxxx
Etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx Azərbaycan Respublikası və İndoneziya Respublikası vətəndaşlarından digər Tərəfin ərazisinə giriş tarixindən hesablanmaqla 30 gün müddətini aşmayan dövr ərzində giriş, tranzit və orada qalmaq üçün viza tələb olunmayacaqdır.
Maddə
2
Diplomatik
və ya konsulluq missiyalarının əməkdaşları üçün viza
Hər bir Tərəfin dövlətinin, bu Sazişin 1-ci maddəsində göstərilən etibarlı pasportlara malik və digər Tərəfin ərazisində diplomatik və ya konsulluq missiyasında akkreditə edilmiş vətəndaşları, eləcə də onların ailə üzvləri (ailə üzvü anlayışı, ər/arvad və 25 yaşına çatmamış, işləməyən və valideynlərindən xxxxx xxxx uşaqları ehtiva edir), ölkəyə girməzdən əvvəl digər Tərəfin səfirliyindən müvafiq giriş vizası almalıdırlar.
Maddə
3
Pasportların
etibarlılıq müddəti
Hər iki Tərəfin vətəndaşlarının pasportlarının etibarlılıq müddəti digər Tərəfin ərazisinə daxil olmazdan ən azı altı ay əvvəli əhatə etməlidir.
Maddə
4
Girişin
yoxlama məntəqələri
Hər bir Tərəfin dövlətinin etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq sərnişin nəqliyyatı üçün açıq xxxx yoxlama məntəqələrindən daxil ola bilərlər.
Maddə
5
Viza
məhdudiyyətləri
Hər iki Tərəfin bu Sazişdə göstərilən etibarlı pasportlara xxxxx xxxx vətəndaşları digər Tərəfin ərazisinə səlahiyyətli immiqrasiya orqanı tərəfindən bu məqsədlə müəyyən edilmiş istənilən məntəqədən, təhlükəsizlik, miqrasiya, gömrük və sanitariya və diplomatik və xidməti pasport sahiblərinə şamil oluna bilən digər müddəalar istisna olmaqla, məhdudiyyətsiz daxil ola və oranı tərk edə bilər.
Maddə
6
Səlahiyyətli
orqanların hüquqları
Hər iki Tərəf bu Saziş əsasında viza məhdudiyyəti və asanlaşdırması şamil olunan şəxslərə, əgər həmin şəxsi arzuolunmaz hesab edərsə, giriş vizasını verməkdən imtina etmək və ya onların qalma müddətini azaltmaq hüququnu özündə saxlayır.
Maddə
7
Pasportların
nümunələri
Tərəflər bu Saziş qüvvəyə minməzdən əvvəl, hər bir Tərəfdə istifadə olunan pasportların nümunələrini, eləcə də yeni pasportların nümunələrini onlar dərc olunmazdan əvvəl diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.
Maddə
8
Sazişin
qüvvəsinin dayandırılması
1. Hər bir Tərəf milli təhlükəsizlik, ictimai qayda və ya ictimai sağlamlıq səbəblərindən bu Sazişin qüvvəsini müvəqqəti olaraq bütövlükdə və ya qismən dayandıra bilər.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan tədbirlərin tətbiqi və eləcə də onların dayandırılması barədə digər Tərəf əvvəlcədən diplomatik kanallar vasitəsilə müvafiq qaydada məlumatlandırılacaqdır.
Maddə
9
Mübahisələrin
həll edilməsi
Bu Sazişin təfsiri və ya həyata keçirilməsi ilə bağlı Tərəflər arasında hər hansı mübahisələr dostcasına məsləhətləşmələr və ya danışıqlar vasitəsilə həll ediləcəkdir.
Maddə
10
Düzəlişlər
Bu Saziş Tərəflərin yazılı razılığı ilə istənilən vaxt dəyişdirilə və ya ona yenidən baxıla bilər. Bu cür düzəliş və dəyişikliklər bu Sazişin 11-ci maddəsinə uyğun olaraq qüvvəyə minəcək və bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edəcəkdir.
Maddə
11
Qüvvəyə
minmə, qüvvədə olma müddəti və ləğvi
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
Bunun təsdiqi olaraq, Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində 19 may 2008-ci ildə Azərbaycan, İndoneziya və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından
Xxxxx XXXXXXXXXXX, xarici işlər xxxxxx |
İndoneziya Respublikası Hökuməti adından
Dr. X.Xxxxxx XXXXXXXX, xarici işlər xxxxxx |