AZƏRBAYCAN RESPUBLİKASININ VƏKİLLƏR KOLLEGİYASI HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ № _______ (vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin adı)
Bu müqavilə nümunəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23.04.2018-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ
VƏKİLLƏR KOLLEGİYASI
HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ № _______
___________________________________________________________________________________________________
(vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin adı)
_______________ şəhəri “____”___________20____ il
Müraciət edən şəxs: _______________________________________________________________________________________________________________________
Ünvanı: ______________________________________________________________________________________________________________________________________
Şəxsiyyətini təsdiq edən sənəd: (qanuni təmsilçi – VÖEN)_______________________________________________________________________________
Hüquqi yardım göstərilən (müdafiə olunan) şəxs: ___________________________________________________________________________________
Vəkil: _______________________________________________________________________________________________________________________________________
Vəkil qurumunun rəhbəri: ____________________________________________________________________________________________________________
bu müqaviləni aşağıdakı şərtlərlə bağladıq.
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1 Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür.
1.2. Vəkilə həvalə edilən tapşırığın mahiyyəti:___________________________________________________________________________________________
_________________________________________________________________________________________________________________________________________________
1.3. Tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat:
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
1.4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbacan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmayan başqa şərtlərə dair razılaşmalar bu Müqavilənin ayrılmaz hissəsi xxxx müqaviləyə Əlavə ilə müəyyən edilə bilər. Müqaviləyə əlavə vəkil, müraciət edən şəxs və vəkil qurumunun rəhbəri tərəfindən bu müqavilə ilə eyni qaydada təsdiq edildikdən sonra hüquqi qüvvəsini alır.
2. HÜQUQİ YARDIM HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏ QAYDASI
2.1. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla _________________ (sözlə:________________________________________) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil.
2.2. Tərəflər işin uğurlu həlli nəticəsinə görə bu müqaviləyə Əlavədə nəzərdə tutulan haqqın ödənilməsini və onun həcmini əvvəlcədən müəyyənləşdirə bilərlər. Müqavilə tərəflərinin razılığı ilə göstərilən hüquqi yardımın həcmi, mürəkkəbliyi, icra müddəti, həyata keçiriləcəyi orqan və ya təşkilat nəzərə alınmaqla işin uğurlu həlli nəticəsindən asılı olaraq müraciət edən tərəfindən pul formasında əlavə mükafat ödənilə bilər.
2.3. Bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqq ödəniləndən sonra vəkilə order verilir və haqq ödənilməyənə qədər vəkil tapşırığın icrasına başlamaya bilər. Əgər haqq ödənilmədən vəkil tapşırığın icrasına başlamışsa, icranı dayandırmağa haqlıdır.
2.4. Tapşırığın icrası ilə bağlı vəkilin çəkdiyi və ya çəkməli olduğu xərclər bu müqavilənin 2.1-ci bəndində göstərilən haqqın tərkibinə daxil deyildir. Bu xərclər vəkilin təqdim etdiyi təsdiqedici sənədlər və ya əsaslandırılmış real hesabat əsasında tələb olunduğu tarixdən 3 gün müddətində müraciət edən şəxs tərəfindən vəkilə ödənilməlidir.
2.5. Müraciət edən (və ya hüquqi yardım göstərilən şəxs) bu müqavilə üzrə tapşırığı məhdudlaşdırdıqda, xxxx götürdükdə, yaxud müqaviləni ləğv etdikdə və ya vəkildən imtina etdikdə ödənilmiş haqqın yalnız görülməmiş işlərin həcmi məbləğində xxxx hissəsi xxxx qaytarıla bilər. Tapşırığın icrası ilə bağlı bu müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş xərclər isə vəkilə ödənilməlidir. Vəkil həmin xərcləri görülməmiş işlərin həcmi üçün nəzərdə tutulan məbləğdən çıxmağa haqlıdır.
2.6. Hüquqi yardımla bağlı razılaşdırılmış tapşırığın həcmi və müddəti bu müqavilə bağlandıqdan sonra əhəmiyyətli dərəcədə artdıqda vəkil əlavə haqq tələb edə bilər. Haqqın artırılmasına müraciət edən şəxs razılıq vermədiyi halda, vəkil tapşırığı əsas müqavilədə nəzərdə tutulmuş həcmdə icra edir.
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. Müraciət edənin (hüquqi yardım göstərilən şəxsin) hüquq və vəzifələri:
3.1.1. həvalə edilmiş işin hüquqi perspektivinin izahı, tapşırığın icrasının gedişi barədə, hüquqi yardımın, müdafiənin təşkil edilməsi və həyata keçirilməsinin mümkün hüquqi vasitələri haqqında vəkildən məlumat almaq;
3.1.2. tapşırığın icrası başa çatdıqdan sonra işin nəticəsi haqqında vəkildən yazılı (və ya şifahi) hesabat tələb etmək və vəkil tərəfindən toplanmış, müraciət edənə (və ya hüquqi yardım göstərilən şəxsə) aid zəruri sənədləri qəbzə imza etməklə almaq;
3.1.3. yazılı qaydada müqavilə üzrə vəkilə verdiyi tapşırıqları məhdudlaşdırmaq, xxxx götürmək, yaxud müqaviləni ləğv etmək və ya vəkildən imtina etmək;
3.1.4. tapşırığın icrası üçün zəruri əhəmiyyəti xxxx sənədləri və məlumatları şifahi və ya yazılı qaydada vaxtında vəkilə təqdim etmək;
3.1.5. həqiqətə uyğun olmayan sənədlərin və məlumatların verilməsinə, tapşırığın icrası üçün zəruri xxxx sənədlərin və məlumatların verilməməsinə və ya vaxtında verilməməsinə görə yaranmış nəticələr üçün məsuliyyət daşımaq;
3.1.6. hüquqi yardıma görə haqqı və tapşırığın icrası ilə əlaqədar vəkilin çəkdiyi və ya çəkməli olduğu xərcləri müqavilədə (və ya Əlavədə) nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək.
3.1.7. Vəkil tərəfindən təqdim olunmuş və bu müqavilənin icrası ilə bağlı müraciət edənə məlum xxxx məlumatları, vəkil sirrini qorumaq, üçüncü şəxslərə verməmək və vəkilin peşə fəaliyyətinə xxxxx xxxx biləcək hər hansı digər formada istifadə etməmək.
3.2. Vəkilin hüquq və vəzifələri:
3.2.1. həvalə edilmiş tapşırığın icrası ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üçün əhəmiyyəti xxxx məlumatların, sənədlərin, sübutların toplanmasını təmin etmək. Hüquqi yardım və müdafiənin mümkün hüquqi vasitələrlə təmin edilməsinin yolları barədə müraciət edənə (və ya hüquqi yardım göstərilən şəxsə) məlumat vermək;
3.2.2. hüquqi yardıma dair tapşırığın arzu olunan nəticəsinə vəd vermədən vicdanla icra etmək və bu zaman müraciət edənin (və ya hüquqi yardım göstərilən şəxsin) qanuni mənafelərinin müdafiəsi üçün mümkün zəruri tədbirlər görmək;
3.2.3. ona həvalə edilən tapşırığı icra edərkən qanunvericiliklə qadağan edilməyən və vəkil etikasına zidd olmayan bütün üsul və vasitələrdən istifadə etmək;
3.2.4. müraciət edənin (və ya hüquqi yardım göstərilən şəxsin) maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane xxxx hər hansı hərəkət etməmək;
3.2.5. müraciət edənin (və ya hüquqi yardım göstərilən şəxsin) tələbi ilə vəkilin müəyyən etdiyi vaxtda ona tapşırığın icrasının gedişi haqqında məlumat və icradan sonra yazılı və ya şifahi hesabat vermək;
3.2.6. tapşırığın icrası ilə bağlı müraciət edən (və ya hüquqi yardım göstərilən şəxs) tərəfindən ona verilmiş məlumatların, sənədlərin, habelə aparılan söhbət və məsləhətləşmələrin vəkil sirri olaraq bu müqavilənin bağlandığı andan gizli saxlanmasını və yayılmamasını təmin etmək, onlardan hər hansı başqa şəxslərin və ya özünün mənafeyi üçün istifadə etməmək;
3.2.7. vəkil müraciət edən şəxs tərəfindən həqiqətə uyğun olmayan sənədlərin və məlumatların verilməsi, yaxud tapşırığın icrası üçün zəruri xxxx sənədlərin, məlumatların verilməməsi və ya vaxtında verilməməsi üçün yaranmış nəticələrə görə məsuliyyət daşımamaq;
3.2.8. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbacan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulan müqavilə bağlanana qədər imtina halı istisna olmaqla onun tərəfindən qəbul edilən müdafiə öhdəliyindən imtina etməmək;
3.2.9. qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə olunan, yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər vurduqda maddi məsuliyyət daşımaq;
3.2.10. müqavilə üzrə daxil olmuş haqqın görülmüş işlərin həcminə mütənasib olaraq hissə-hissə ödənilməsi üçün vəkil qurumuna təqdim etmək.
3.3. Qurumun rəhbərinin hüquq və vəzifələri:
3.3.1. müraciət edənin şəxsiyyətini, hüquqi yardım göstəriləcək şəxslə münasibətini müəyyən etmək;
3.3.2. müqavilə bağlanması ilə əlaqədar ona məlum xxxx məlumatları yaymamaq;
3.3.3. vəkilə müqavilə üzrə göstərdiyi hüquqi yardımla bağlı order vermək, həmin işlə bağlı sorğular vermək;
3.3.4. xxxxx tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
3.3.5. müqavilə üzrə daxil olmuş pul vəsaitinin müəyyən edilmiş qaydada və müddətdə qurumun (və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin) bank hesabına köçürülməsini təmin etmək.
3.3.6. vəkilin təqdim etdiyi hesab əsasında görülmüş işlərə görə vəkilə haqqın hesablanıb ödənilməsini təmin etmək.
3.4. Tərəflər bu müqavilədən, qanunvericilikdən və tapşırığın mahiyyətindən irəli gələn sair hüquqlara malikdirlər və vəzifələr daşıyırlar.
4. YEKUN MÜDDƏALAR
4.1. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və qüvvədə xxxx digər qanunvericilik aktları ilə tənzimlənir.
4.2. Bu müqavilə tərəflərin imzaladığı və təsdiq etdiyi vaxtdan qüvvəyə minir və bir qayda olaraq vəkilə həvalə edilmiş tapşırıq üzrə yekun qərar çıxarılanadək, işin xarakterindən asılı olaraq tapşırıq icra edildiyi vaxtadək və ya müqavilə ilə müəyyən edilmiş müddətədək qüvvədədir.
4.3. Müqavilə (və müqaviləyə Əlavə) azərbaycan dilində, eyni hüquqi qüvvəyə xxxxx xxxx 2 (iki) nüsxədə tərtib edlir, bir nüsxəsi vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) saxlanılır, bir nüsxəsi isə müraciət edən şəxsə (nümayəndəyə) təqdim edilir.
4.4. Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə xxxxx olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən xxx xxxx edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar.
4.5. Tərəflər müqavilə şərtlərinin onlara xxx xxxxx olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
Müraciət edən: ______________________________________
Vəkil: _____________________________________
Vəkil qurumunun rəhbəri: ____________________________________
(imza, möhür)
Ödəniş və order haqqında qeydlər:
«____» «________» 20 ____ ci il ____________ № li qəbzlə ___________ manat ödənilmişdir.
«____» «________» 20 ____ ci il ____________ № li qəbzlə ___________ manat ödənilmişdir.
«____» «________» 20 ____ ci il ____________ № li qəbzlə ___________ manat ödənilmişdir.
«____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir.
«____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir.
«____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir.
Vəkil tərəfindən tapşırığın yerinə yetirilməsinə dair qeydlər:
a) İbtidai istintaqda iştirak günləri:________________________________________________________________________________________________________
b) İşi öyrənmək və məhkəmə iclasına hazırlıq günləri:___________________________________________________________________________________
c) Məhkəmə iclasında iştirak günləri: _____________________________________________________________________________________________________
ç) Məhkəmə protokolunun öyrənmə günləri: _____________________________________________________________________________________________
İşin nəticəsi: ________________________________________________________________________________________________________________________________
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Vəkilin imzası ____________________________
Ödənişə: Vəkil
___________ man. tarix: ______________ |
Ödənilsin: Qurum rəhbəri
___________ man. tarix: ______________ |
Ödənildi: Mühasib
___________ man. tarix: ______________ |
Ödənişə: Vəkil
___________ man. tarix: ______________ |
Ödənilsin: Qurum rəhbəri
___________ man. tarix: ______________ |
Ödənildi: Mühasib
___________ man. tarix: ______________ |
Ödənişə: Vəkil
___________ man. tarix: ______________ |
Ödənilsin: Qurum rəhbəri
___________ man. tarix: ______________ |
Ödənildi: Mühasib
___________ man. tarix: ______________ |
Ödənişə: Vəkil
___________ man. tarix: ______________ |
Ödənilsin: Qurum rəhbəri
___________ man. tarix: ______________ |
Ödənildi: Mühasib
___________ man. tarix: ______________ |
Ödənişə: Vəkil
___________ man. tarix: ______________ |
Ödənilsin: Qurum rəhbəri
___________ man. tarix: ______________ |
Ödənildi: Mühasib
___________ man. tarix: ______________ |
Ezamiyyə xərclərinin ödənilməsi haqqında qeydlər:
Ödənilsin: Qurum rəhbəri Ödənildi: Mühasib
_____manat tarix:_________________ ____manat tarix:_________
Ödənilsin: Qurum rəhbəri Ödənildi: Mühasib
_____manat tarix:_________________ ____manat tarix:_________
Axırıncı hesab:
Pul daxil olmuşdur: ________________________manat
Vəkilə verilmişdir: _________________________manat
Qaytarılsın: ________________________________manat
Vəkil qurumunun rəhbəri _____________________ Mühasib:___________________________
(fərdi qaydada fəaliyyət göstərən vəkil)
Tarix:__________________ Tarix:__________________________