AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” 2014- cü il mayın 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il
№ 1112-IVQ
Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti
uğurlu əməkdaşlıq məqsədi ilə Tərəflər arasında məxfi məlumatların müba- diləsinin zəruri ola biləcəyini nəzərə alaraq,
Tərəflər, yaxud onların milli qanunvericiliklərinə xxxx xxxx dövlət və ya özəl müəssisələr arasında hazırlanan, yaxud mübadilə edilən material və məxfi məlumatların qorunmasına zəmanət vermək niyyəti ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin əhatə sahəsi
1. Bu Saziş Tərəflər, yaxud onların milli qanunvericiliklərinə xxxx xxxx dövlət və ya özəl müəssisələr arasında bütün məxfi məlumatın mübadiləsini tənzimləyir.
2. Bu Saziş Tərəflərin, məxfi məlumatların qarşılıqlı qorunması və mübadi- ləsinə dair hər hansı saziş də daxil olmaqla, ikitərəfli və ya çoxtərəfli müqavilələr çərçivəsində xxxx öhdəliklərinə təsir etməyəcəkdir.
Maddə 2
Anlayışlar
Bu Sazişin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
a) məxfi məlumat - forma və ya xarakterindən asılı olmayaraq* Tərəflərin milli qanunvericiliklərinə əsasən icazəsiz yayılması və ya hər hansı digər istifadəsi qadağan olunan və lazımi qaydada işarələnmiş istənilən məlumat;
b) məxfi müqavilə - tərkibində məxfi məlumata buraxılışı nəzərdə tutan və ya tələb edən müqavilə;
c) Podratçı - bu Sazişin şərtlərinə və Tərəflərin dövlətlərinin milli qanun- vericiliklərinə uyğun olaraq, məxfi müqavilə bağlamaq hüququna xxxxx xxxx və bu cür müqavilənin iştirakçısı xxxx istənilən hüquqi şəxs;
d) milli təhlükəsizlik orqanı - hər bir Tərəfin bu Sazişə ümumi nəzarəti hə- yata keçirən və onun icrasına cavabdehlik daşıyan milli orqanı;
e) səlahiyyətli orqanlar - müəyyən edilmiş hər hansı təhlükəsizlik orqanı və ya Tərəflərin milli qanunvericilikləri əsasında səlahiyyətləndirilmiş hər hansı digər qurum da daxil olmaqla, müvafiq sahələr üzrə bu Sazişin icrasına görə məsuliyyət daşıyan orqan;
f) göndərən Tərəf - məxfi məlumatı göndərən Tərəf, yaxud onun dövlətinin milli qanunvericiliyinə xxxx xxxx dövlət və ya özəl müəssisə;
g) qəbul edən Tərəf - məxfi məlumatı qəbul edən Tərəf, yaxud onun döv- lətinin milli qanunvericiliyinə xxxx xxxx dövlət və ya özəl müəssisə;
h) üçüncü tərəf - bu Sazişin tərəfi olmayan hər hansı dövlət, onun milli qanunvericiliyinə xxxx xxxx dövlət və ya özəl müəssisə, yaxud beynəlxalq təşkilat;
i) aidiyyətlilik prinsipi - məxfi məlumatlardan istifadəyə ancaq öz rəsmi vəzifələri ilə əlaqədar olaraq belə məlumatı bilməsi zəruri xxxx şəxslərin, qəbul edən Tərəfə məlumatın göndərilməsi çərçivəsində, buraxıla biləcəyini ifadə edən prinsip;
j) şəxs - hər hansı fiziki və ya hüquqi şəxs;
k) təhlükəsizlik yoxlaması - şəxsin loyallığını və etibarlılığını, həmçinin Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə əsasən digər təhlükəsizlik məsələlərini müəyyən edən yoxlanış prosesi nəticəsində verilən müsbət qərar. Bu qərar şəxsə məxfi məlumatı əldə etmək və ondan istifadə imkanı yaradır. Fiziki şəxslər barədə təhlükəsizlik yoxlaması “şəxsin təhlükəsizlik yoxlaması”, hüquqi şəxslər barədə təhlükəsizlik yoxlaması isə “obyektin təhlükəsizlik yoxlaması” adlanır.
Maddə 3
Səlahiyyətli orqanlar
1. Tərəflərin məxfi məlumatların qorunması, həmçinin bu Sazişin icrası üçün məsuliyyət daşıyan milli təhlükəsizlik orqanları aşağıdakılardır:
Azərbaycan Respublikasında: | Fransa Respublikasında: |
Milli Təhlükəsizlik Nazirliyi | Müdafiə və Milli Təhlükəsizlik |
Xxxxxxxxx xxxxxxxxx, 0 | xxxx Baş Katiblik |
AZ 0000, Xxxx Xxxxxxxxxx | 00, Xxxxxxxxx xx Xx Xxxx-Xxxxxxxx |
Respublikası | 75007 PARİS |
2. Milli təhlükəsizlik orqanları rəsmi əlaqə məqsədi ilə məlumatlar və belə məlumatlara dəyişikliklər haqqında bir-birlərini məlumatlandırırlar.
3. Tərəflər milli təhlükəsizlik orqanına, həmçinin digər səlahiyyətli orqanlara təsir edəcək istənilən dəyişiklik haqqında bir-birlərini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 4
Təhlükəsizlik üzrə təsnifatın dərəcələri və qriflər
4.1. Milli təhlükəsizlik üzrə ekvivalent təsnifat dərəcələri və qriflər:
Azərbaycan Respublikasında | Fransa Respublikasında |
TAM MƏXFİ | SECRET DEFENSE |
MƏXFİ | CONFIDENTIEL |
XİDMƏTİ İSTİFADƏ ÜÇÜN | DEFENSE DIFFUSİON RESTREINTE |
4.2. Fransa Respublikası Azərbaycan Respublikası tərəfindən ötürülən “xid- məti istifadə üçün” qeydli məlumatı “DIFFUSİON RESTREINTE” tipli qorunan, xxxxx məxfi hesab edilməyən məlumata dair qüvvədə xxxx öz milli qanun- vericiliyinə əsasən istifadə edir və qoruyur.
4.3. Azərbaycan Respublikası Fransa Respublikası tərəfindən ötürülən “DIFFUSİON RESTREINTE” tipli qorunan, xxxxx məxfi hesab olunmayan mə- lumatı xidməti istifadə üçün məlumatların qorunmasına dair qüvvədə xxxx öz milli qanunvericiliyinə əsasən istifadə edir və qoruyur.
4.4. Göndərən Tərəf xüsusi təhlükəsizlik səbəblərinə görə məxfi məlumatın yalnız Tərəflərin dövlətlərinin vətəndaşlarına verilməsini tələb etdiyi zaman, belə məlumata “Xüsusi olaraq Fransa - Azərbaycan” və ya “Xüsusi olaraq Azərbaycan
- Fransa” əlavə qrifi qoyulur.
Maddə 5
Məxfi məlumata buraxılış
Bu Saziş çərçivəsində (CONFIDENTIEL DEFENSE) məxfi və daha yüksək qrifli məxfi məlumatdan istifadəyə buraxılış aidiyyətlilik prinsipinə uyğun, yalnız müvafiq Tərəfin milli qanunvericiliyinə əsasən lazımi təhlükəsizlik yoxla- masından keçmiş şəxslərə verilir.
Maddə 6
Təhlükəsizlik qaydaları
1. Göndərən Tərəf:
a) öz milli qanunvericiliyinə uyğun olaraq, məxfi məlumata müvafiq təhlü- kəsizlik üzrə təsnifat dərəcələri ilə qrif verilməsini təmin edir;
b) məxfi məlumatın açıqlanmasına qoyula biləcək hər hansı mümkün məh- dudiyyətlər haqqında qəbul edən Tərəfi məlumatlandırır;
c) göndərilmiş məxfi məlumatın təhlükəsizlik üzrə təsnifat dərəcəsində hər hansı dəyişiklik haqqında gecikmədən qəbul edən Tərəfi məlumatlandırır.
2. Qəbul edən Tərəf:
a) göndərən Tərəfdən alınan məxfi məlumata bu Sazişin 4-cü maddəsində göstərilən ekvivalentə uyğun olaraq, özünün milli təsnifat qriflərini verir;
b) özünün məxfi məlumatına tətbiq etdiyi mühafizə tədbirlərini təhlükəsizlik üzrə ekvivalent təsnifat dərəcələrinə uyğun olaraq məxfi məlumat üçün də həyata keçirir;
c) göndərən Tərəfin əvvəldən yazılı razılığı olmadan, məxfi məlumatın məxfi statusunun ləğv edilməməsini və onun təhlükəsizlik üzrə təsnifat dərəcəsinin dəyişdirilməməsini təmin edir;
d) göndərən Tərəfin əvvəldən yazılı razılığı olmadan, məxfi məlumatın üçüncü tərəfə açıqlanmamasını təmin edir;
e) məxfi məlumatdan yalnız göndərilmə məqsədlərinə və göndərən Tərəfin göndərilmə şərtlərinə uyğun olaraq istifadə edir.
3. Tərəflərin məxfi məlumatı hazırlayan, dəyişən və (və ya) saxlayan hər bir təşkilatında (qurum, müəssisə) məxfi məlumatın istifadəsini və nəzarətini təmin etmək məqsədi ilə, məxfi məlumatın alınmasını, göndərilməsini, nəzarətini və qorunmasını təmin edəcək qeydiyyat sistemi fəaliyyət göstərir. Bu sistem müvafiq dövlətin səlahiyyətli orqanı tərəfindən təsdiqlənməlidir.
4. Bu Saziş çərçivəsində mübadilə edilən elektron məxfi məlumatın emal edilməsi məqsədi ilə istifadə olunan hər hansı rabitə və informasiya sistemi mə- lumatların təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq dövlətin səlahiyyətli orqanı tərəfindən təsdiqlənməlidir.
Maddə 7
Təhlükəsizlik sahəsində əməkdaşlıq
1. Oxşar təhlükəsizlik standartlarının saxlanılması məqsədi ilə, səlahiyyətli orqanlar, sorğu olunduğu təqdirdə, məxfi məlumatların qorunmasına dair milli qanunvericilikləri və onların icrası zamanı yaranan təcrübə haqqında bir-birlərini məlumatlandırırlar. Səlahiyyətli orqanlar bu Sazişə aid xxxx hər hansı bir əhəmiyyətli dəyişiklik haqqında bir-birlərini məlumatlandırırlar.
2. Sorğu əsasında və öz milli qanunvericiliklərinə uyğun olaraq səlahiyyətli orqanlar heyətin təhlükəsizlik yoxlaması və obyektin təhlükəsizlik yoxlaması prosesləri zamanı bir-birlərinə kömək edə bilərlər.
3. Tərəflər, sorğu əsasında və öz milli qanunvericiliklərinə uyğun olaraq digər Tərəfin verdiyi heyətin təhlükəsizlik yoxlaması və obyektin təhlükəsizlik yoxlaması sertifikatlarını tanıyırlar.
4. Səlahiyyətli orqanlar heyətin təhlükəsizlik yoxlamasının və obyektin təh- lükəsizlik yoxlamasının tanınmış sertifikatlarının xxxx alınması və ya səviyyəsinin aşağı salınması halında, edilən dəyişikliklər haqqında bir-birlərini təcili surətdə məlumatlandırırlar.
Maddə 8
Məxfi müqavilələr
1. Məxfi müqavilələr Tərəflərin milli qanunvericilikləri əsasında bağlanılır və icra edilir. Sorğu əsasında səlahiyyətli orqanlar təklif edilən podratçıların, həmçinin müqavilə bağlanmazdan əvvəl danışıqlarda və ya məxfi müqavilələrin icra edilməsində iştirak edən heyətin şəxsi təhlükəsizlik yoxlaması sertifikatına, yaxud obyektin təhlükəsizlik yoxlaması sertifikatına malik olduqlarını təsdiq edirlər.
2. Səlahiyyətli orqan müqabil Tərəfdən, məxfi məlumatın davamlı mühafi- zəsini təmin etmək üçün digər Tərəfin dövlətinin ərazisində yerləşən obyektdə təhlükəsizlik baxışı keçirməyi xahiş edə bilər.
3. Məxfi müqavilələrin icrası çərçivəsində, dövlətinin ərazisində müqavilənin icra ediləcəyi Tərəfin səlahiyyətli orqanı öz məxfi müqavilələrinin mühafizəsi üçün tələb olunan təhlükəsizlik səviyyəsinin tətbiq olunmasını və davam etdirilməsini təmin etməlidir.
4. Məxfi müqavilələrdə təhlükəsizlik göstərişləri, eləcə də məxfiləşdirmə təlimatı yer alacaqdır. Bu göstərişlər göndərən Tərəfin səlahiyyətli orqanının göstərişlərinə uyğun olmalı və qəbul edən Tərəfin hansı məlumatı qorumasını, həmçinin müvafiq məxfiləşdirmə təlimatını müəyyənləşdirməlidir. Layihənin təhlükəsizlik göstərişlərinin bir nüsxəsi və təsnifat cədvəli yurisdiksiyası altında məxfi müqavilənin icra olunacağı Tərəfin səlahiyyətli orqanına göndərilir.
5. Məxfi məlumatın mühafizəsi üçün Podratçının minimal öhdəlikləri aşağı- dakılardır:
a) məxfi məlumatı yalnız təhlükəsizlik yoxlaması keçmiş, aidiyyətliliyi xxxx və müqavilə çərçivəsində işləyən şəxslərə vermək;
b) məxfi məlumatın mübadiləsi üçün səlahiyyətli orqanlar tərəfindən müəy- yən edilən lazımi tədbirlər görmək;
c) məxfi məlumatla əlaqədar yarana biləcək hər hansı dəyişiklik haqqında öz səlahiyyətli orqanını məlumatlandırmaq üçün prosedur və mexanizmləri tətbiq etmək;
d) Tərəflərdən birinin əməkdaşlarının digər Tərəfə səfər etməsi ilə əlaqədar səlahiyyətli orqanları tərəfindən müəyyən edilən prosedurları həyata keçirmək;
e) mübadilə edilən məxfi məlumata hər hansı faktiki, cəhd edilmiş və ya eh- timal olunan icazəsiz giriş haqqında öz səlahiyyətli orqanını məlumatlandırmaq;
f) qəbul edilmiş məxfi məlumatdan yalnız məxfi müqavilənin predmeti ilə əlaqədar istifadə etmək;
g) Tərəflərin müvafiq dövlətlərində məxfi məlumatın qəbulu, ötürülməsi, istifadəsi və məhv edilməsinə dair mövcud milli qanunvericilik əsasında müəy- yən edilən proseslərə riayət etmək.
2. Subpodratçı ilə məxfi müqavilə imzalamamışdan öncə səlahiyyətli xxxxx- xxx tərəfindən Podratçıya səlahiyyət verilməlidir. Subpodratçılar Podratçı üçün müəyyən edilən eyni təhlükəsizlik qaydalarına əməl etməlidirlər.
Maddə 9
Məxfi məlumatın ötürülməsi
1. Məxfi məlumat göndərən Tərəfin öz milli qanunvericiliyinə uyğun olaraq diplomatik kanallar vasitəsilə və ya səlahiyyətli orqanlar arasında razılaşdırılmış başqa formada ötürülür.
2. Ötürmə aşağıdakı tələblərə cavab verir:
a) kuryer göndərən Tərəfin, qəbul edən Tərəfin və ya Tərəflərdən birinin idarələrinin daimi işçisi olmalı və ən azından, ötürüləcək məxfi məlumatın sə- viyyəsinə uyğun təhlükəsizlik yoxlamasına malik olmalıdır;
b) kuryer mənsub olduğu Tərəfin milli qanunvericiliyinə uyğun olaraq kuryer sertifikatına malik olmalıdır;
c) məxfi məlumat, göndərən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq lazımi qaydada bağlanaraq möhürlənir;
d) məxfi məlumatın alınması haqqında təsdiq yazılı formada ən qısa za- manda verilməlidir.
3. Ötürülmüş məxfi məlumat qeydiyyata alınır. Qeydiyyat haqqında çıxarış sorğu əsasında verilir.
4. Məxfi məlumatın və ya materialların yuxarıda göstərilən qaydalara əsasən ötürülməsini təşkil etmək mümkün deyildirsə, mübadilə müvafiq səlahiyyətli orqanlar arasında hər bir hal üçün ayrıca qaydada həyata keçirilməlidir.
5. Tərəflər məxfi məlumatı səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş təhlükəsizlik qaydalarına əsasən elektron formada ötürə bilərlər.
Maddə 10
Məxfi məlumatın surətinin çıxarılması, tərcüməsi və məhv edilməsi
1. Bu Saziş çərçivəsində göndərilmiş məxfi məlumatın surəti və tərcüməsi eyni təhlükəsizlik təsnifatı qriflərini daşıyır və əsl nüsxələr kimi qorunur. Çıxa- rılan surətlərin sayı yalnız rəsmi məqsədlər üçün tələb olunan xxxxx xxx bilər.
2. Bu Saziş çərçivəsində göndərilmiş məxfi məlumatın tərcüməsi, tərcümə olunduğu dildə göndərən Tərəfin məxfi məlumatı olduğunu bildirən qeyd daşıyır.
3. Məxfi məlumatın tərcüməsi (surətinin çıxarılması) yalnız ən azı müvafiq sənədlərə uyğun səviyyədə təhlükəsizlik yoxlamasından keçmiş şəxslər tərə- findən edilir.
4. Bu Saziş çərçivəsində verilən “SECRET DEFENSE”/ Xxx Xxxxx qrifli məxfi məlumat yalnız göndərən Tərəfin öncədən verdiyi yazılı razılıq əsasında tərcümə edilir və ya surəti çıxarılır.
5. Məxfi məlumat tam və ya qismən bərpası mümkün olmayan tərzdə məhv edilir.
6. Hər hansı böhran baş verdiyi halda, bu Saziş çərçivəsində hazırlanmış və ya göndərilmiş məxfi məlumatın üzərindəki qriflərə uyğun olaraq qorunması, yaxud xxxx qaytarılması mümkün olmazsa, məxfi məlumat dərhal məhv edilir. Qəbul edən Tərəfin milli təhlükəsizlik orqanı məxfi məlumatın məhv edilməsi haqqında göndərən Tərəfin milli təhlükəsizlik orqanını mümkün qədər tez mə- lumatlandırır.
Maddə 11
Səfərlər
1. Məxfi məlumata giriş tələb edən səfərlər səlahiyyətli orqanların əvvəldən verdiyi yazılı razılıq əsasında həyata keçirilir.
2. Səfər haqqında sorğu ən azı 20 (iyirmi) gün əvvəldən səlahiyyətli təhlükəsizlik orqanına göndəriləcəkdir, o isə öz növbəsində bu sorğunu digər Tərəfin
səlahiyyətli təhlükəsizlik orqanına ötürəcəkdir. Səfər üçün sorğu təcili hallarda səlahiyyətli orqanlar arasında əvvəlcədən razılaşdırılan müddətdən daha qısa vaxtda verilə bilər.
3. Səfər üçün sorğularda aşağıdakı məlumatlar olmalıdır:
a) səfər edən şəxsin adı, doğum tarixi və yeri, vətəndaşlığı, pasportunun və ya şəxsiyyət vəsiqəsinin nömrəsi;
b) səfər edən şəxsin vəzifəsi və təmsil etdiyi hüquqi şəxsə aid məlumatlar;
c) səfər edən şəxsin təhlükəsizlik yoxlaması sertifikatı haqqında məlumat və onun etibarlılıq müddəti;
d) səfərin tarixi və müddəti; səfərlər təkrarlandığı halda ümumi müddəti;
e) istifadə olunacaq məxfi məlumatın ən yüksək təhlükəsizlik təsnifat dərə- cələri də daxil olmaqla səfərin məqsədi;
f) səfər ediləcək obyektin adı və ünvanı, həmçinin əlaqələndirici şəxsin adı, telefon/faks nömrəsi və elektron poçt ünvanı;
g) səlahiyyətli orqanın rəsmi möhürü, tarix və imzası.
4. Səlahiyyətli orqanlar təkrar səfər edən şəxslərin siyahısını razılaşdıra bi- lərlər. Səlahiyyətli orqanlar təkrar səfərlərin təfərrüatları haqqında razılığa gə- lirlər.
5. Səfər edən şəxsin əldə etdiyi məxfi məlumat bu Saziş çərçivəsində əldə olunan məxfi məlumat hesab edilir.
Maddə 12
Təhlükəsizliyin pozulması
1. Bu Sazişə əsasən verilən məxfi məlumatın icazəsiz açıqlanması və ya is- tifadəsi ilə nəticələnən təhlükəsizliyin pozulması baş vermişdirsə, yaxud belə bir şübhə vardırsa, səlahiyyətli orqanlar gecikmədən bir-birlərinə yazılı formada məlumat verirlər.
2. Dövlət ərazisində təhlükəsizliyin pozulmasının baş verdiyi Tərəf öz milli qanunvericiliyinə əsasən gecikmədən hadisəni araşdırır. Lazım olduğu təqdirdə, araşdırmada digər Tərəf də iştirak edir.
3. Hər bir halda, qəbul edən Tərəf təhlükəsizliyin pozulması, dəyən zərərin həcmi, onun azaldılması üçün görülən tədbirlər və araşdırmanın nəticəsi haq- qında göndərən Tərəfi yazılı şəkildə məlumatlandırır. Bu məlumatlar əsasında göndərən Tərəf təhlükəsizliyin pozulmasının nəticələrini hərtərəfli qiymətlən- dirməlidir.
Maddə 13
Xərclər
Bir qayda olaraq, bu Sazişin icrası hər hansı xüsusi xərc tələb etmir. Bu Sazişin icrası zamanı yaranan xərcləri Tərəflər özləri ödəyir.
Maddə 14
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və ayrıca protokol formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Belə əlavə və dəyişikliklər bu Sazişin 15-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 1 5
Yekun müddəalar
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüv- vəyə minir.
2. Tərəflər diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə, bu Sazişi ləğv edə bilərlər. Bu Xxxxx belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşür.
3. Bu Sazişin ləğv edilməsindən asılı olmayaraq, bu Saziş çərçivəsində mü- badilə edilmiş və ya hazırlanmış bütün məxfi məlumatlar göndərən Tərəfin qəbul edən Tərəfi yazılı şəkildə bu öhdəlikdən azad etmədiyi müddətdə yuxarıda göstərilmiş müddəalar əsasında qorunur.
4. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.
Bunun təsdiqi olaraq, aşağıda imza edənlər lazımi qaydada səlahiyyətli ola- raq bu Sazişi imzaladılar.
Bakı şəhərində, 6 may 2014-cü il tarixində hər biri Azərbaycan və fransız dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Fransa Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |