Saziş
Saziş
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 yanvar 2023-cü il)
⮚ “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 yanvar 2023-cü il)
⮚ “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları xxxx ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 yanvar 2023-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 yanvar 2023-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (9 sentyabr 2022-ci il)
⮚ “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 iyun 2021-ci il)
⮚ “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 iyun 2021-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (17 aprel 2020-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (14 noyabr 2019-cu il)
⮚ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (14 oktyabr 2019-cu il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (14 oktyabr 2019-cu il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (18 dekabr 2018-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 noyabr 2018-ci il)
⮚ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 noyabr 2018-ci il)
⮚ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 noyabr 2018-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 noyabr 2018-ci il)
⮚ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 noyabr 2018-ci il)
⮚ Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22 may 2015-ci il)
⮚ Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 mart 2015-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (16 dekabr 2014-cü il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (17 noyabr 2014-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan- Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi
haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2013- cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2013-cü il)
⮚ 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 iyul 2013-cü il)
⮚ 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (24 iyul 2013-cü il)
⮚ 2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (19 dekabr 2012-ci il)
⮚ 2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (19 dekabr 2012-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (7 mart 2012-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs Respublikası və İnquşetiya Respublikası (Rusiya Federasiyası) hökumətləri arasında 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış sazişlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22 dekabr 2011-ci il)
⮚ 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış “Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22 dekabr 2011- ci il)
⮚ 2011-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22 dekabr 2011-ci il)
⮚ 2011-ci il iyunun 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 oktyabr 2011-ci il)
⮚ 2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (15 fevral 2011-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (21 dekabr 2010-cu il)
⮚ 2010-cu il aprelin 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyasının Stavropol diyarı hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 iyul 2010-cu il)
⮚ Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2009-cu il iyunun 29-da Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (22 iyul 2009-cu il)
⮚ Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 dekabr 2008-ci il)
⮚ 2008-ci il aprelin 4-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyə-sinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (10 iyun 2008-ci il)
⮚ 2007-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Kurqan vilayətinin Administrasiyası (Hökuməti) arasında ticarət-iqtisadi, xxxx və mədəni əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (22 may 2007-ci il)
⮚ Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2006-cı il dekabrın 4-də Bakı şəhərində imzalanmış sənədlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 mart 2007-ci il)
⮚ 2006-cı il iyulun 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çelyabinsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (26 sentyabr 2006-cı il)
⮚ 2006-cı il fevralın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sverdlovsk vilayətinin (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və
mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (25 may 2006-cı il)
⮚ 2004-cü il noyabrın 11-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 mart 2005-ci il)
⮚ 2004-cü il aprelin 26-da Həştərxan şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayətinin Administrasiyası (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (3 avqust 2004-cü il)
⮚ 2004-cü il fevralın 6 Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) arasında informasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 aprel 2004-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (6 aprel 2004-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (6 aprel 2004-cü il)
⮚ "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (9 dekabr 2003-cü il)
⮚ "Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi və Rusiya Federasiyası Sənaye, Elm və Texnologiyalar Nazirliyi arasında iqtisadı və xxxx-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 oktyabr 2003-cü il)
⮚ "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 oktyabr 2003-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında hərbi texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (20 iyun 2003-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında hərbi təyinatlı məhsulların istehsalında iştirak edən müəssisə və təşkilatlarda ixtisaslaşmanın saxlanılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (15 may 2003-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, xxxx dərəcə və xxxx xxxxx haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (13 may 2003-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, xxxx dərəcə və xxxx xxxxx haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (13 may 2003-cü il)
⮚ 1998-ci il mayın 21-də Moskva şəhərində imzalanmış "Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında Saziş"in, 1999-cu il mayın 14-də Kiyev şəhərində imzalanmış həmin Sazişin 3-cü maddəsinin icrası haqqında Protokolun və 2001-ci il iyunun 7-də Moskva şəhərində imzalanmış həmin Sazişin fəaliyyət müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (29 aprel 2003-cü il)
⮚ "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Moskva vilayətinin Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (29 aprel 2003-cü il)
⮚ Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 mart 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "İstehsalat kooperasiyası haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 mart 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "İqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 mart 2002-ci il)
⮚ Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında "Sərhəd nümayəndələrinin fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 mart 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında “Vergi qanunvericiliyinin pozulması ilə mübarizə sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 mart 2002-ci il)
⮚ "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Rusiya Federasiyasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (28 yanvar 2002-ci il)
⮚ 2001-ci il mayın 31-də Bakı şəhərində imzalanmış "Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə olunması və qarşılıqlı yardım göstərilməsi sahəsində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında Saziş"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 dekabr 2001-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (3 aprel 2001-ci il)
⮚ 2000-ci il oktyabrın 16-da Moskva şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış sənədlər barəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (24 mart 2001-ci il)
⮚ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində hərbi kadrların hazırlanması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 fevral 2001-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 fevral 2001-ci il)
⮚ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində hərbi kadrların hazırlanması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 fevral 2001-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 fevral 2001-ci il)
⮚ 2001-ci il yanvarın 9-da Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (22 yanvar 2001- ci il)
⮚ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (15 iyul 2000-ci il)
⮚ "Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ilə Rusiya Federasiyası İqtisadiyyat Nazirliyi arasında iqtisadi və xxxx-texniki əməkdaşlıq haqqında Saziş" barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 may 1999-cu il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında köçmə proseslərinin tənzimlənməsi və köçkünlərin hüquqlarının müdafiəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (10 aprel 1998-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında köçmə proseslərinin tənzimlənməsi və köçkünlərin hüquqlarının müdafiəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (10 aprel 1998-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin və ona əlavələrin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (10 aprel 1998-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (10 aprel 1998-ci il)
⮚ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında keçmiş SSR İttifaqının xarici dövlət borcu və aktivləri münasibətində hüquqi varislik məsələlərinin tənzimlənməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (16 iyul 1996-cı il)
⮚ Hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (29 may 1996-cı il)
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və
informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyun 2021-ci il
№ 1383
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və
informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi,
hərtərəfli strateji tərəfdaşlıq əsasında iki dövlət və xalq arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə səy göstərərək,
iki dövlət arasında rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında hər bir Tərəfin dövlətinin qanunvericiliyinə və hər bir Tərəfin dövlətinin iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olaraq rabitə, informasiya texnologiyaları sahəsində uzunmüddətli əməkdaşlığı inkişaf etdirir, iki dövlətin maraqlı təşkilatları arasında əlaqələrin yaradılmasına və zərurət yarandığı halda, onlar arasında konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsinə səy göstərirlər.
Maddə 2
Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı həyata keçirirlər:
- bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə Tərəflərin dövlət orqanlarının xüsusi rabitə göndərişləri daxil olmaqla, bütün növ poçt göndərişlərinin maneəsiz daşınması üçün şəraitin təmin edilməsi;
- Tərəflərin dövlətlərinin telekommunikasiya bazarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsi;
- rəqəmli televiziya və radio yayımı sahəsində təcrübə mübadiləsi;
Tərəflərin dövlətlərinin bu sahədə qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin radio və telekommunikasiya şəbəkələri üzrə məlumatların sərbəst tranzitinə dəstək;
rabitə və informasiya texnologiyaları sahəsinə aid xxxx məhsulların istehsalının inkişafı;
rabitə və informasiya texnologiyaları sahəsində mütəxəssislərin peşəkar hazırlığı;
birgə tədqiqatların həyata keçirilməsinin stimullaşdırılması, profil sahələrdə texnologiyaların mübadiləsi; elektron məlumat daşıyıcısı olan yeni nəsil şəxsiyyəti təsdiq edən sənədlərin tətbiqi ilə bağlı təcrübə
mübadiləsi;
şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq; poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafı;
yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişafı;
elektron imzaların qarşılıqlı tanınması sahəsində təcrübə mübadiləsi; internetin idarə edilməsi sahəsində əməkdaşlığın inkişafı;
rabitə və informasiya texnologiyaları sahəsində Tərəflər arasında razılaşdırılmış digər əməkdaşlıq istiqamətləri.
Maddə 3
Tərəflər arasında əməkdaşlığın əsas növlərinə daxildir:
bu Sazişin 2-ci maddəsində qeyd olunmuş əməkdaşlıq istiqamətləri üzrə məlumat və təcrübə mübadiləsi və məsləhət xidmətlərinin göstərilməsi;
Tərəflərin bu Sazişin həyata keçirilməsi üçün zəruri hesab etdiyi birgə tədbirlərin (konfrans, görüş, seminar və simpoziumlar) keçirilməsi;
rabitə və informasiya texnologiyaları sahəsində Tərəflərin beynəlxalq təşkilatların fəaliyyətində iştirakı ilə bağlı məsləhətləşmələrin aparılması və mövqelərin razılaşdırılması;
Azərbaycan Respublikası ərazisində və Rusiya Federasiyası ərazisində keçirilən beynəlxalq sərgilər, yarmarkalar və buna oxşar digər tədbirlərdə qarşılıqlı iştirakın təşviqi;
rabitə və informasiya texnologiyaları sahəsində kadrların hazırlığında əməkdaşlığın həyata keçirilməsi; bir Tərəfin dövlətinin və işgüzar dairələrinin digər Tərəfin dövlətinin ərazisində informasiya və
kommunikasiya texnologiyalarının inkişafı və sərmayələrin qoyulmasında iştirakının genişlənməsinə yardım;
Tərəflərin dövlətlərinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələrdə sərmayələrin və iştirakın genişləndirilməsi üçün imkanların araşdırılması məqsədilə dövlət qurumları və işgüzar dairələrinin fəaliyyətinin əlaqələndirilməsi.
Maddə 4
Tərəflər Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri və qərarlarına uyğun olaraq radiotezlik spektrinin səmərəli istifadəsi və sərhədyanı ərazilərdə tezliklərin əlaqələndirməsi üçün zəruri tədbirlər görürlər.
Maddə 5
Tərəflər göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi çərçivəsində, o cümlədən birbaşa rabitə kanallarından kənar beynəlxalq səs trafiki ilə mübadilə hallarının qarşısının alınması sahəsində iki dövlətin rabitə operatorlarına mümkün yardımı göstərirlər.
Maddə 6
Bu Sazişin icrası zamanı yaranmış əqli mülkiyyət hüquqlarının bölüşdürülməsi məsələləri bu Sazişin 2-ci maddəsində nəzərdə tutulan əməkdaşlığın müəyyən istiqamətlərinin həyata keçirilməsi üçün bağlanmış müqavilələrə, Tərəflərin dövlətlərinin qanunvericiliyi və iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olaraq tənzimlənir.
Tərəflərin hər birinə bu Saziş çərçivəsində birgə fəaliyyətdən öncə və ya bu Sazişdən kənar onun tərəfindən yaradılan əqli mülkiyyət hüquqları məxsusdur.
Maddə 7
Tərəflərdən heç biri digər Tərəfin yazılı icazəsi istisna olunmaqla, bu Sazişin yerinə yetirilməsi çərçivəsində həyata keçirilən birgə fəaliyyət zamanı digər Tərəfdən əldə olunan və digər Tərəfdən onun məxfilliyinin qorunması tələb olunan məlumatı üçüncü bir Tərəfə ötürmür və yaymır..
Bu maddənin müddəalarının tətbiqi bu Saziş qüvvədən düşdükdən sonra 10 il ərzində davam edir.
Maddə 8
Rabitə və informasiya texnologiyaları sahəsində dövlət siyasəti çərçivəsində birgə fəaliyyətin maliyyələşdirilməsi Azərbaycan Respublikasında və Rusiya Federasiyasında qüvvədə xxxx büdcə normalarına və qaydalarına uyğun olaraq hər iki Tərəfdən təmin olunur.
Büdcə vəsaitlərindən və/və ya milli proqramlar çərçivəsindən kənar birgə fəaliyyətin maliyyələşdirilməsi bilavasitə birgə fəaliyyətin iştirakçıları tərəfindən təmin olunur və Azərbaycan Respublikasının və Rusiya Federasiyasının maraqlı təşkilatları arasında ayrıca razılaşmaların mövzusudur.
Maddə 9
Tərəflərin razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi xxxx və ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 10
Bu Sazişin təfsiri və həyata keçirilməsi ilə bağlı hər hansı fikir ayrılıqları və mübahisələr Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.
Maddə 11
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən heç biri Xxxxxxx qüvvəsinin dayandırılması barədə onun müvafiq müddətinin bitməsindən ən azı altı ay əvvəl diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı şəkildə məlumat vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, bu Sazişin qüvvədən düşməsi bu Sazişin qüvvədən düşməsi anınadək razılaşdırılmış tədbir və proqramların həyata keçirilməsinə təsir göstərmir.
Moskva şəhərində 2021-ci il 20 may tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından (imza) | Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi adından (imza) |
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyun 2021-ci il
№ 1384
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi, baytarlıq sahəsində Azərbaycan-Rusiya əlaqələrini inkişaf etdirmək və əməkdaşlığı dərinləşdirmək istəyini rəhbər tutaraq,
yoluxucu heyvan xəstəliklərinin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə baytarlıq sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətini qəbul edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər heyvanların, baytarlıq preparatlarının, yem və yem əlavələrinin və bu Sazişin 3-cü maddəsində qeyd olunan digər malların bir Tərəfin dövlətinin ərazisi ilə digər Tərəfin dövlətinin ərazisinə ixracı, idxalı və/və ya tranziti zamanı heyvanların infeksion və parazitar xəstəliklərinin daxil olmasından və yayılmasından öz dövlətlərinin mühafizəsi məqsədilə birbaşa və ya Tərəflərin tabeliyindəki səlahiyyətli orqanlar vasitəsilə əməkdaşlıq edirlər.
Maddə 2
Tərəflərin bu Sazişin yerinə yetirilməsi üzrə səlahiyyətli orqanları aşağıdakılardır: Azərbaycan Tərəfindən - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi; Rusiya Tərəfindən - Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmət.
Maddə 3
Bu Sazişin müddəaları aşağıdakılara münasibətdə tətbiq olunur:
a) bütün növ heyvanlara (kənd təsərrüfatı heyvanları, quşlar, xəz-dəri heyvanları, laboratoriya, heyvanat parkı və ev heyvanları, dəniz heyvanları, arılar, balıq və digər hidrobiontlar daxil olmaqla);
b) heyvan mənşəli məhsullar, insan qidası üçün nəzərdə tutulan məhsullar daxil olmaqla (ət və ət məhsulları, süd və süd məhsulları, yumurta və yumurta məhsulları, balıq və balıq məhsulları, arıçılıq məhsulları),
heyvan mənşəli xammala (dəri, yun, xəz, tük, lələk, endokrin və bağırsaq xammalı, qan, sümük və digər növ xammal);
c) heyvanların genetik materiallarına (heyvan toxumu, yumurta hüceyrələri və ziqotaları, embrionları, həmçinin döllənmiş balıq kürüsü);
d) heyvan yeminə;
e) baytarlıq preparatları və yem əlavələrinə;
f) Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq baytarlıq nəzarətinə aid xxxx digər xxxxxxx.
Maddə 4
Tərəflər üçün əməkdaşlığın prioritet istiqamətləri aşağıdakılardır:
a) baytarlıq sahəsində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) və digər beynəlxalq strukturlar çərçivəsində proqramların həyata keçirilməsi, o cümlədən Tərəfin dövlətinin ərazisində xəstəlik üzrə regionlaşma OİE kodekslərinin tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdirsə, regionlaşmanı Tərəflərin qarşılıqlı tanıması;
b) təhlükəli infeksion heyvan xəstəliklərinin profilaktikası və aradan qaldırılması məsələləri ilə bağlı iş təcrübəsi və məlumat mübadiləsi, o cümlədən Tərəflərin epizootik vəziyyət nəzərə alınmaqla qoyduğu məhdudiyyətlər barədə dərhal bir-birini məlumatlandırması;
c) idxal-ixrac əməliyyatları zamanı baytarlıq-sanitariya tələblərinin siyahısının və baytarlıq sertifikatları nümunələrinin mübadiləsi və onlara edilən dəyişikliklər barədə bir-birini dərhal məlumatlandırması;
d) Tərəflərin dövlətləri arasında daşınan və ya bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə tranzit olunan malların baytarlıq təhlükəsizliyi məsələləri ilə bağlı o cümlədən avtomatlaşdırılmış məlumat sistemləri vasitəsilə məlumat mübadiləsi.
Maddə 5
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı bütün məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunacaq.
Maddə 6
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz hissəsi xxxx və ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 7
Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı gündən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanır. Tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 (altı) ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmadığı təqdirdə, Xxxxxxx qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Moskva şəhərində 2021-ci il 20 may tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır və hər iki mətn bərabər qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından (imza) | Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi adından (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında 2019-cu il noyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2020-ci il
№993
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti
sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti,
iki dövlətin xalqları arasında münasibətlərin möhkəmləndirilməsində və ənənəvi dostluq əlaqələrinin inkişaf etdirilməsində qarşılıqlı arzusunu rəhbər tutaraq,
gənclər siyasəti sahəsində əməkdaşlığın Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənc nəsillərinin nümayəndələri arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək edəcəyinə əmin olduqlarını ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər gənclər siyasəti sahəsində aşağıdakılar vasitəsilə bir-biri ilə hərtərəfli əməkdaşlıq edirlər:
gənclər siyasəti sahəsində birgə tədbirlərin (simpoziumlar, konqreslər, konfranslar, seminarlar, festivallar, forumlar, sərgilər, müsabiqələr və sair) keçirilməsi;
gənclər siyasəti sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi; yay tətilinin təşkili və gənclərin sağlamlığının yaxşılaşdırılması, o cümlədən mədəni və maarifləndirici
tədbirlərin təşkili üçün əlverişli şəraitin yaradılması.
Maddə 2
Tərəflər hər il onların dövlətlərində gənclər siyasəti sahəsində fəaliyyət göstərən təşkilatlar haqqında məlumat mübadiləsi aparırlar.
Tərəflərin səlahiyyətli dövlət orqanları əməkdaşlıq qurmaq üçün öz dövlətinin maraqlı xxxx gənclər təşkilatları və birliklərinə digər Tərəfin dövlətinin gənclər siyasəti sahəsində fəaliyyət göstərən təşkilatlan haqqında məlumat verirlər.
Maddə 3
Tərəflər öz dövlətlərində keçirilən gənclərin problemləri ilə bağlı gənclər konfransları, müsabiqələri, festivalları və digər tədbirlər haqqında bir-birinə məlumat verirlər.
Hər bir Tərəf göstərilən tədbirlərdə digər Tərəfin dövlətinin nümayəndələrinin iştirakına kömək göstərir.
Maddə 4
Tərəflər gənclər siyasəti sahəsindəki iş təcrübəsi barədə məlumat mübadiləsini o cümlədən Tərəflərin dövlətlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün həyata keçirirlər.
Maddə 5
Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflər gənclər siyasəti sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradırlar.
Birgə işçi qrupun milli hissələrinə Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının rəhbərlərinin müavinləri rəhbərlik edirlər və onların səlahiyyətlərinə gənclər siyasəti sahəsində müvafiq səlahiyyətli orqanın fəaliyyətinin idarə olunmasının təmin edilməsinə dair məsələlər aiddir.
Birgə işçi qrup ötən il ərzində əməkdaşlığın nəticələrini yekunlaşdırmaq, növbəti il üçün tədbirlər planlarını hazırlamaq və imzalamaq məqsədilə illik iclaslar keçirir və onların həyata keçirilməsinin təşkilati və digər şərtləri razılaşdırılır.
Maddə 6
Bu Sazişin həyata keçirilməsində Tərəflərin dövlətlərinin məsul səlahiyyətli orqanları bunlardır: Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;
Rusiya tərəfindən - Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi, Rusiya Federasiyasının Maarifləndirmə Nazirliyi, Gənclərlə İş üzrə Federal Agentliyi;
Tərəflər səlahiyyətli orqanlarının dəyişilməsi barədə bir-birini diplomatik kanallar vasitəsilə xəbərdar edirlər.
Maddə 7
Bu Saziş Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.
Maddə 8
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.
Maddə 9
Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 10
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 (altı) ay qalmış onun qüvvəsini ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş verməzsə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2019-cu il 14 noyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Rusiya Federasiyası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata
keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında 2019-cu il sentyabrın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2019-cu il
№ 857
Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata
keçirilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqaviləni və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannaməni rəhbər tutaraq,
ikitərəfli beynəlxalq və xarici iqtisadi əməkdaşlığı həyata keçirmək niyyətindən çıxış edərək,
Azərbaycan Respublikası Hökuməti və Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsində qarşılıqlı marağı nəzərə alaraq, aşağıdakılar barədə razılaşdılar:
Maddə 1
Bu Sazişin məqsədi Azərbaycan Respublikasının qanunvericiliyi və Rusiya Federasiyasının qanunvericiliyi, habelə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq Tərəflər arasında ticarət-iqtisadi, xxxx-texniki və digər sahələrdə (bundan sonra - əməkdaşlıq sahələri) beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsidir.
Tərəflər bu Sazişin vicdanlı və səmərəli reallaşdırılması məqsədilə Saziş çərçivəsində fəaliyyətlərinin lazımi qaydada əlaqələndirilməsinə səy göstərirlər.
Maddə 2
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, əməkdaşlıq sahələrində beynəlxalq və xarici iqtisadi əlaqələrin durumunu və inkişaf perspektivlərini nəzərə alaraq aşağıdakı istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər:
- sənaye və ticarət;
- tikinti;
- elm, texnika və təhsil;
- kənd təsərrüfatı;
- mədəniyyət və incəsənət;
- turizm, idman və gənclər siyasəti.
Maddə 3
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu Sazişin reallaşdırılmasına yönəldilmiş proqram və (və ya) tədbirlər planlarını hazırlaya və qəbul edə, habelə bu Sazişin reallaşdırılmasına yönəldilmiş proqram və (və ya) planların icrasına nəzarəti həyata keçirmək üçün birgə komissiya və (və ya) işçi qruplar yarada bilərlər.
Bu Sazişin reallaşdırılması çərçivəsində konkret layihələr, proqramlar, planlar və digər razılaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bilavasitə Azərbaycan Respublikasının Hökuməti və Sverdlovsk vilayətinin (Rusiya Federasiyası) Hökuməti, Azərbaycan Respublikasının və Sverdlovsk vilayətinin (Rusiya Federasiyası) ərazisində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri tərəfindən reallaşdırılır.
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyində və Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Sazişin reallaşdırılması çərçivəsində təsərrüfat subyektləri arasında imzalanmış müqavilə və kontraktlardan irəli gələn öhdəliklər üzrə məsuliyyət daşımırlar.
Maddə 4
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq birgə müəssisələrin fəaliyyəti, qarşılıqlı maraq doğuran birgə layihə və proqramların hazırlanması və həyata keçirilməsi üçün zəruri təşkilati, maliyyə-iqtisadi və hüquqi şərait yaradırlar.
Maddə 5
Tərəflər təsərrüfat subyektlərinin Tərəflərin təşkil etdiyi yarmarka, sərgi və digər tədbirlərdə iştirakına yardım edirlər, əməkdaşlıq sahələrinin müxtəlif istiqamətləri üzrə məlumat mübadiləsini həyata keçirirlər.
Maddə 6
Tərəflər müxtəlif əməkdaşlıq və digər fəaliyyət sahələrində nümayəndə heyətlərinin və mütəxəssislərin mübadiləsinə yardım edir, təsərrüfat subyektləri arasında əməkdaşlıq sahələri üzrə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçirirlər.
Maddə 7
Tərəflərin bu Saziş əsasında əldə etdikləri məlumat yalnız Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə uyğun olaraq və məlumatı təqdim edən Tərəfin yazılı razılığı olduğu halda üçüncü tərəfə ötürülə bilər.
Bununla yanaşı, Tərəflər bu Saziş çərçivəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə əsasən kommersiya və ya qanunla digər mühafizə olunan sirr təşkil edən məlumatın mübadiləsini həyata keçirmirlər.
Maddə 8
Tərəflər bu Sazişin müddəalarının icrasına təsir edə biləcək Azərbaycan Respublikasının qanunvericiliyindəki və Rusiya Federasiyasının qanunvericiliyindəki bütün dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.
Maddə 9
Bu Saziş Tərəflərin üçüncü tərəflərlə bağladıqları müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.
Maddə 10
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı mübahisəli məsələlər Tərəflər arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.
Maddə 11
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.
Maddə 12
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili prosedurları Tərəflərin yerinə yetirdiyi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və yuxarıda qeyd edilmiş müddətin bitməsinə ən geci 6 (altı) ay qalmış Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə digər tərəfə yazılı şəkildə bildirmədiyi təqdirdə avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bu Sazişin qüvvədən düşməsi bu Sazişin qüvvədə olduğu dövr ərzində həyata keçirilən kontrakt, müqavilə, protokol və proqramların yerinə yetirilməsi üzrə öhdəliklərə toxunmur.
11 sentyabr 2019-cu il tarixində Bakı şəhərində hər biri Azərbaycan və rus dillərində olmaqla 2 (iki) nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Sverdlovsk vilayəti |
Hökuməti adından | (Rusiya Federasiyası) Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya
Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il mayın 24-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2019-cu il
№ 837
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial
müdafiəsi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi,
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında tarixən yaranmış sıx əlaqələrə və dostluq münasibətlərinə əsaslanaraq,
Tərəflər arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında marağı nəzərə alaraq,
ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin xalqların maraqlarına cavab verdiyini, Azərbaycan Respublikasında və Rusiya Federasiyasında iqtisadi və sosial tərəqqinin stimullaşdırılmasma xidmət etdiyini hesab edərək,
əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin inkişafına yönəldilmiş birgə səylərin qarşılıqlı dəstəklənməsinə çalışaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Sazişə Tərəflərin dövlətlərinin qanunvericiliyinə, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı qarşılıqlı fayda əsasında möhkəmləndirir və inkişaf etdirirlər.
Maddə 2
Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ hüquqi tənzimlənməsi;
əhali sakinliyi və demoqrafik inkişaf məsələləri daxil olmaqla insan ehtiyatlarının planlaşdırılması və inkişafı, işçi qüvvəsinin keyfiyyətinin artırılması, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi, vətəndaşların, xüsusilə sosial müdafiəyə ehtiyacı xxxx vətəndaşların məşğulluğuna yönəldilmiş tədbirlərin görülməsi, fəal məşğulluq siyasəti tədbirlərinin hazırlanması və həyata keçirilməsi, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi;
əməyin mühafizəsi və təftişi məsələləri də daxil olmaqla sosial-əmək münasibətləri, əmək mübahisələrinin həlli yolları;
sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahəsində siyasət; yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, yaşayış minimumu həddinin müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi sisteminin, o cümlədən ünvanlı sosial yardım mexanizmlərinin inkişafı;
tibbi-sosial ekspertiza, əlillərin tibbi və peşə reabilitasiyası, əlillərin işə düzəlmələrinə yardım və sosial inteqrasiya;
işsizlikdən sosial müdafiə sisteminin inkişafı;
sosial xidmət müəssisələri tərəfindən müxtəlif əhali qruplarına sosial xidmətlərin göstərilməsi; sosial tərəfdaşlıq sisteminin inkişafı;
beynəlxalq təşkilatlar və maraqlı dövlət orqanlarının iştirakı ilə əmək, məşğulluq, əmək miqrasiyası və sosial müdafiə sahəsində birgə layihələrin hazırlanması və həyata keçirilməsi;
tətbiq olunan beynəlxalq standartlar və ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla Tərəflərin dövlətlərində əmək, məşğulluq, əmək miqrasiyası və əhalinin sosial müdafiəsi sahəsində milli standartların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər;
əmək, məşğulluq və sosial müdafiə sahəsində xxxx tədqiqatların və proqramların əlaqələndirilməsi; Tərəflərin qarşılıqlı razılığı əsasında digər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi məsələləri.
Maddə 3
Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirirlər:
əmək, məşğulluq, əmək miqrasiyası və əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik və normativ sənədlərin mübadiləsi;
sosial-əmək inkişafı məsələləri üzrə analitik-informasiya materiallarının və xxxx tədqiqatların nəticələrinin mübadiləsi;
Tərəflərin ekspertləri arasında məsləhətləşmələr;
Tərəflərin dövlətlərinin ərazisində keçirilən konfranslarda, seminarlarda və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin, mütəxəssislərinin iştirakı;
ixtisasın artırılması və sosial-əmək sahəsində iş təcrübəsinin mübadiləsi məqsədilə Tərəflərin mütəxəssislərinin staj keçmə və təlim səfərlərinin təşkil olunması;
beynəlxalq forumlarda əmək, məşğulluq, əmək miqrasiyası və əhalinin sosial müdafiəsi məsələləri üzrə qarşılıqlı fəaliyyət.
Maddə 4
Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər birgə işçi qrup yarada bilərlər.
Zərurət yaranarsa, işçi qrup növbə ilə hər bir Tərəfin dövlətinin ərazisində bu Sazişin predmeti xxxx məsələlərin həlli üçün görüşlər keçirir.
Maddə 5
Bu Sazişdə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi Tərəflərin hər il bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitləri daxilində və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
Maddə 6
Tərəflərin razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi xxxx və bu Sazişin 8-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 7
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək mübahisə və fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 8
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin başa çatmasına ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti üçillik müddətlərə uzadılacaqdır.
Bu Sazişin qüvvəyə minməsi tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2003-cü il 20 may tarixli Saziş qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində 24 may 2019-cu il tarixində, iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində olmaqla, imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının | Rusiya Federasiyasının |
Əmək və Əhalinin Sosial | Əmək və Sosial Müdafiə Nazirliyi |
Müdafiəsi Nazirliyi adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 2019-cu il iyunun 7-də Sankt- Peterburq şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2019-cu il
№ 839
Azərbəycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasınd a ticarət-iqtisadi, xxxx-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqaviləni, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannaməni rəhbər tutaraq, ikitərəfli iqtisadi əlaqələrin gələcəkdə dərinləşməsində və genişlənməsində qarşılıqlı marağı nəzərə alaraq,
ticarət-iqtisadi, xxxx-texniki və mədəni əlaqələrin uzunmüddətli və qarşılıqlı fayda əsasında inkişaf etdirilməsi məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə və Azərbaycan Respublikasının və Rusiya Federasiyasının iştirakçısı olduqları beynəlxalq müqavilələrə müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində qarşılıqlı mənfəət, qarşılıqlı anlaşma, hörmət və etimad prinsipləri əsasında uzunmüddətli və hərtərəfli ticarət-iqtisadi, xxxx-texniki və mədəni əlaqələri inkişaf etdirirlər.
Maddə 2
Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının və Leninqrad vilayətinin (Rusiya Federasiyası) ərazisində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri arasında onların təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə uyğun olaraq birbaşa əlaqələrin qurulması üçün şəraitin yaradılmasına yardım edirlər.
Maddə 3
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində xammalın, istehsal-texniki təyinatlı əsas növ məhsulların və istehlak mallarının, o cümlədən qida məhsullarının qarşılıqlı tədarükü üçün əlverişli şərait yaradırlar.
Tərəflər öz səlahiyyətləri çərçivəsində aqrosənaye kompleksi sahəsində əməkdaşlıq qurur və inkişaf etdirirlər.
Tərəflər hər il onlardan hər biri üçün böyük əhəmiyyət daşıyan mal və xidmətlərin həcmi və nomenklaturunu özündə əks etdirən siyahıları mübadilə edə bilərlər.
Maddə 4
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində məlumat mübadiləsi, birgə yarmarkaların, sərgilərin təşkil olunması, Azərbaycan Respublikasının və Leninqrad vilayətinin (Rusiya Federasiyası) ərazisində istehsal olunan məhsulların və göstərilən xidmətlərin Azərbaycan Respublikasının və Leninqrad vilayətinin (Rusiya Federasiyası) bazarına çıxarılması yolu ilə xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 5
Tərəflər öz səlahiyyətləri çərçivəsində təcrübə mübadiləsi, qarşılıqlı faydalı proqram və layihələrin həyata keçirilməsi, müasir texnologiyaların mənimsənilməsi yolu ilə elm və texnika sahəsində əlaqələrin qurulmasına və inkişafına yardım edirlər.
Maddə 6
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının və Leninqrad vilayətinin (Rusiya Federasiyası) ərazilərində qeydiyyatdan keçmiş təhsil və xxxx təşkilatlar, səhiyyə və mədəniyyət təşkilatları, eləcə də turizm, bədən tərbiyəsi, idman sahələrində fəaliyyət göstərən təşkilatlar və gənclər təşkilatları arasında əlaqələrin qurulmasına yardım edirlər.
Maddə 7
Tərəflər hazırkı Sazişin icrası məqsədilə qəbul edilmiş, hazırkı Sazişin 8-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən proqramlar, planlar, protokollar çərçivəsində müəyyən edilmiş formalarda əməkdaşlıq edirlər.
Maddə 8
Hazırkı Saxxx xeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx daxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Saxxxxx xüvvəsi Tərəflərdən birinin hazırkı Sazişin qüvvəsini dayandırmaq niyyəti barədə digər Tərəfdən yazılı bildirişi aldığı gündən altı ay keçdikdən sonra dayandırılır.
Hazırkı Saxxxxx xüvvəsinin dayandırılması onun qüvvədə olduğu dövr ərzində hazırkı Saziş çərçivəsində bağlanılan və onun etibarlılıq müddətinin bitməsinədək yerinə yetirilməyən müqavilə və kontraktlardan irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Sank-Peterburq şəhərində 2019-cu il 7 iyun tarixində, Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Leninqrad Vilayəti (Rusiya Federasiyası) |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il
№ 1391-VQ
Saziş 14 fevral 2019-cu il tarixdən qüvvəyə minib.
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin gələcək inkişafına yardım edəcəyinə əmin olaraq,
elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların gətirilməsi və ya aparılması zamanı Tərəflərin topladıqları gömrük rüsumu, vergiləri və digər ödənişlərin dəqiq hesablanmasını təmin etməyin əhəmiyyətini nəzərə alaraq, həmçinin elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə mallar keçirilən zaman gömrük işi sahəsində Tərəf dövlətlərin qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin məqsədləri üçün istifadə olunan terminlər aşağıdakı mənaları verir:
“Tərəf dövlətlərin mərkəzi gömrük orqanları” - Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
Rusiya Federasiyasında - Federal Gömrük Xidməti;
“məlumat” - istənilən formada təqdim olunmuş hər hansı məlumatlar, sənədlər, hesabatlar və digər məlumatlar;
“xxxx kəməri vasitəsilə keçirilən mal” - neft, təbii qaz; “elektrikötürücü xətlər ilə keçirilən mal” - elektrik enerjisi.
Maddə 2
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələləri üzrə əməkdaşlığı həyata keçirirlər.
Maddə 3
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bir-birinin sorğusu əsasında Tərəf dövlətlərin gömrük orqanlarında tətbiq olunan informasiya resurslarından istifadə etməklə xxxxxxx dair bəyannamələrdə göstərilən elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə Tərəf dövlətlər arasında keçirilən mallar barədə məlumat mübadiləsini həyata keçirirlər.
Bu informasiyaya aşağıdakı məlumatlar daxildir:
göndərənin adı; alanın adı; malın adı;
malın təsviri (yalnız neft və təbii qaza aid olduqda);
Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturuna uyğun olaraq malın kodu; keçirilən malın müvafiq uçot (uçot xxxxxx) avadanlığının göstəriciləri əsasında müəyyən olunmuş miqdarı
(neft üçün - tonla (metrik tonla), təbii qaz üçün min kubmetrlərlə (standart kubmetrlə), elektrik enerjisi üçün - min kilovat- saatlarla);
malın keçirildiyi il və ay.
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Saziş qüvvəyə mindikdən sonra bu maddə ilə nəzərdə tutulmuş, məlumatın elektron mübadiləsinin təşkili üzrə Texniki şərtləri hazırlayan və razılaşdıran məsul şəxslərin əlaqə vasitələrini mübadilə edirlər.
Maddə 4
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar barədə bir-birinə ötürdükləri informasiyanın təhlili nəticəsində aşkar edilən məlumatlardakı uyğunsuzluqlar barədə bir-birini məlumatlandırırlar və Tərəf dövlətlərin qanunvericiliyinə müvafiq olaraq bu cür uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi üçün birgə tədbirlər görürlər.
Maddə 5
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları aşağıdakı məlumatları mübadilə edirlər:
elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələlərində öz fəaliyyət təcrübəsi haqqında;
elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələləri üzrə qüvvədə xxxx normativ hüquqi aktlar haqqında;
uçot (uçot xxxxxx) avadanlıqlarının göstəricilərinə əsasən müəyyən edilmiş elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə Tərəf dövlətlər arasında keçirilən malların həcmi barədə.
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi, o cümlədən Tərəf dövlətlərin gömrük orqanlarının vəzifəli şəxslərinin təlimi və peşəkar bacarıqlarının təkmilləşdirilməsi məsələləri üzrə bir-birinə yardım edirlər.
Maddə 6
Bir Tərəfin dövlətinin mərkəzi gömrük orqanı zərurət yarandığı təqdirdə, gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə sorğu əsasında digər Tərəfin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxslərinə elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarına baxmaq üçün icazə vermək hüququna malikdir. Tərəflərdən birinin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxslərinin elektrikötürücü xətlər
və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının digər Tərəfin dövlətinin ərazisində quraşdırıldığı yerə buraxılması, ərazisində malların bu cür uçot (uçot xxxxxx) avadanlıqlarının yerləşdiyi Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə malların Azərbaycan-Rusiya dövlət sərhədinin ərazisindən keçirilməsinə gömrük nəzarətinin yerinə yetirilməsi zamanı Tərəf dövlətlərin gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxsləri aşağıdakı hüquqlara malikdirlər:
elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının göstəricilərinin sənəd üzərində qeyd edilməsində iştirak etmək, Tərəf dövlətlərin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə tərtib edildiyini sübut edən, nəqliyyat təşkilatları tərəfindən tərtib edilmiş uçot (uçot xxxxxx) avadanlıqlarının göstəricilərini təsbit edən aktda qeydiyyat aparmaq;
gömrük nəzarəti məqsədləri üçün elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının göstəricilərinin silinməsi barədə bu Sazişin ayrılmaz hissəsi xxxx Əlavə 1, 2 və 3- də göstərilən formalar üzrə aktlar tərtib etmək, onları imzalamaq.
Maddə 7
Bu Sazişin 6-cı maddəsinə əsasən gömrük nəzarəti bir Tərəfin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Azərbaycan - Rusiya dövlət sərhədində yerləşən elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının quraşdırıldığı yerlərdə, fəaliyyət regionunda belə uçot (uçot vahidləri) avadanlıqlarının yerləşdiyi digər Tərəfin dövlətinin mərkəzi gömrük orqanının və ya digər səlahiyyətli gömrük orqanının ilkin (15 iş günü əvvəldən) yazılı bildirişi ilə həyata keçirilir.
Digər Tərəfin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxslərinin gəlişi planlaşdırılan, ərazisində elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının quraşdırılma yerinin yerləşdiyi Tərəfin dövlətin mərkəzi gömrük orqanı və ya digər səlahiyyətli gömrük orqanı elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidləri) avadanlıqlarının yerləşdiyi obyektin sahibini 3 iş günündən gec olmayaraq bu barədə xəbərdar etməlidir.
Elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının yerləşdiyi obyektin sahibi və ya onun səlahiyyətləndirdiyi şəxs bu Sazişə müvafiq olaraq gömrük nəzarətinin həyata keçirilməsi üçün Tərəf dövlətlərin ərazilərində yerləşən, elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarına təhlükəsizlik texnikası tələbləri nəzərə alınmaqla, Tərəf dövlətlərin gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin girişini təmin edir.
Maddə 8
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları və ya onlar tərəfindən səlahiyyət verilmiş gömrük orqanları bu Sazişin 6-cı və 7-ci maddələri ilə müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Tərəf dövlətlərin gömrük orqanlarinin səlahiyyətli vəzifəli şəxslərinin siyahısını mübadilə edir və bu siyahılardakı bütün dəyişikliklər barədə mümkün qısa zaman ərzində bir-birini məlumatlandırırlar.
Maddə 9
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Saziş imzalandıqdan sonra keçirilən ilk məsləhətləşmələr zamanı elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə malların keçirilmə həcminə gömrük nəzarəti məqsədilə istifadə olunan elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının Azərbaycan-Rusiya dövlət sərhədində quraşdırılma yerlərinin siyahısı, həmçinin onların iş günləri və saatı barədə bir-birini məlumatlandırırlar.
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən malların uçot (uçot xxxxxx) avadanlıqlarının quraşdırılma yerləri ilə bağlı bütün dəyişikliklər, həmçinin onların iş günləri və saatı ilə bağlı dəyişiklik barədə mümkün qısa zaman ərzində bir-birini məlumatlandırırlar.
Maddə 10
Bu Sazişə müvafiq olaraq alınmış məlumat yalnız bu Sazişdə göstərilən məqsədlər üçün istifadə olunur.
Bu Saziş çərçivəsində Tərəf dövlətlərin mərkəzi gömrük orqanlarının əldə etdiyi məlumatın digər məqsədlə, eləcə də məhkəmə və (və ya) inzibati araşdırmalarda sübut qismində istifadəsi yalnız onu təqdim edən Tərəfin dövlətinin mərkəzi gömrük orqanının yazılı razılığı və Tərəf dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş məhdudiyyət şərtlərinə riayət olunmaqla həyata keçirilir.
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Sazişə müvafiq olaraq əldə olunmuş məlumata, analoji xarakterli şəxsi məlumatlar üçün Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyi ilə nəzərdə tutulmuş konfidensiallıq rejiminin eynisini təmin edirlər.
Maddə 11
Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək məqsədilə məsləhətləşmələr keçirirlər.
Bu Saziş qüvvəyə minənədək Tərəf dövlətlərin mərkəzi gömrük orqanları keçiriləcək məsləhətləşmələr zamanı aşağıdakı məsələlərə baxacaqlar:
bu Sazişin 3-cü və 4-cü maddələri ilə nəzərdə tutulmuş məlumatın ötürülməsi üsullarını razılaşdırırlar; elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük
nəzarətinin yerinə yetirilməsi məsələləri üzrə Tərəf dövlətlərin hüquqi aktları barədə məlumatı mübadilə edirlər; bu Sazişin 8-ci maddəsinə müvafiq olaraq gömrük nəzarətinin həyata keçirilməsi üçün səlahiyyətli vəzifəli
şəxslərin siyahılarını mübadilə edirlər.
Bu Saziş qüvvəyə mindikdən sonra məsləhətləşmələr istənilən Tərəfin dövlətinin mərkəzi gömrük orqanının müraciəti əsasında keçirilir.
Tərəflərdən biri bu Sazişə düzəliş edilməsini təklif edərsə, qeyd olunan müddətin uzadılması barədə razılığa gəlinmədiyi təqdirdə, Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu cür düzəlişlərin edilməsi ilə bağlı məsləhətləşmələri onların keçirilməsi barədə sorğunun alındığı gündən 60 təqvim günü ərzində keçirirlər.
Maddə 12
Hər bir konkret hal üçün digər qayda razılaşdırılmayacağı təqdirdə, Tərəf dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuş vəsait çərçivəsində bu Sazişin yerinə yetirilməsinin gedişatı zamanı yarana biləcək xərcləri Tərəflər özləri ödəyirlər.
Maddə 13
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 15-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 14
Bu Sazişin həyata keçirilməsi zamanı Tərəflər arasında bu Sazişin müddəalarının tətbiqi və təfsiri ilə bağlı yarana biləcək istənilən fikir ayrılığı və mübahisələr Tərəf dövlətlərin mərkəzi gömrük orqanları arasında məsləhətləşmələrinin və danışıqlarının aparılması yolu ilə həll edilir.
Bu cür fikir ayrılığı və mübahisələr Tərəf dövlətlərin mərkəzi gömrük orqanları tərəfindən tənzimlənə bilmədiyi təqdirdə, Tərəflər arasında məsləhətləşmələr və danışıqların aparılması yolu ilə həll edilir.
Maddə 15
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişin qüvvəsini dayandıra bilər. Bu Saxxx xigər Tərəfin belə bildirişi aldığı tarixdən altı ay sonra qüvvədən düşmüş hesab edilir.
Bu Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Rusiya Federasiyası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişə Əlavə 1 |
Neftin uçot (uçot xxxxxx) avadanlıqlarından |
göstəricilərin qeydə alınması haqqında “ “ 20 il tarixli AKT | |
Gömrük nəzarətinin yeri | |
Bu akt ondan ötrü tərtib edilmişdir ki, -dən -dək xxxx dövrdə xxxx kəməri vasitəsilə keçirilən neftin netto miqdarı ton (metrik ton) olmuşdur, xxxx kəməri vasitəsilə keçirilən neftin brutto miqdarı ton (metrik ton) olmuşdur. Bu akta aşağıdakı sənədlər əlavə olunur (fotoşəkillər və s.): _ | |
Uçot (uçot xxxxxx) avadanlığının | |
istismarına məsul xxxx | |
təşkilatın nümayəndəsi |
|
(S.A.A., vəzifə, imza) | |
Azərbaycan Respublikası | |
gömrük xidmətinin | |
səlahiyyətli vəzifəli şəxsi |
|
(S.A.A., vəzifə, imza) | |
Rusiya Federasiyası gömrük xidmətinin | |
səlahiyyətli vəzifəli şəxsi |
|
(S.A.A., vəzifə, imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücii xətlər və xxxx kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişə Əlavə 2 | |
T | əbii qazın uçot (uçot xxxxxx) avadanlıqlarından göstəricilərin qeydə alınması haqqında “ “ 20 il tarixli AKT |
Gömrük nəzarətinin yeri | |
Bu akt ondan ötrü tərtib edilmişdir ki, -dən -dək xxxx dövrdə xxxx kəməri vasitəsilə keçirilən təbii qazın miqdarı kubmetr (standart kubmetr) olmuşdur. Bu akta aşağıdakı sənədlər əlavə olunur (fotoşəkillər və s.): _ | |
Uçot (uçot xxxxxx) avadanlığının | |
istismarına məsul xxxx | |
təşkilatın nümayəndəsi |
|
(S.A.A., vəzifə, imza) | |
Azərbaycan Respublikası | |
gömrük xidmətinin |
səlahiyyətli vəzifəli şəxsi |
|
(S.A.A., vəzifə, imza) | |
Rusiya Federasiyası gömrük xidmətinin | |
səlahiyyətli vəzifəli şəxsi |
|
(S.A.A., vəzifə, imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında
elektrikötürücü xətlər
və xxxx kəməri vasitəsilə keçirilən mallar
üzərində
gömrük nəzarəti haqqında Sazişə
Əlavə 3
Elektrikötürücü xətlərlə keçirilən elektrik enerjisinin uçot (uçot xxxxxx) avadanlıqlarından göstəricilərin qeydə alınması haqqında
“ “20 il tarixli AKT
Gömrük nəzarətinin yeri (yarımstansiya, elektrik stansiyası)
Bu akt ondan ötrü tərtib edilmişdir ki, -dən - dək xxxx dövrdə elektrikötürücü xətlərlə elektrik enerjisinin axını aşağıdakı kimi olmuşdur:
p /p | Uçot obyek tinin adı (EVX transformato r) | Gərgi nlik, kV | Uç ot obyektind ə quraşdırıl mış sayğacları n nömrəsi (təh vil-təslim) | Sayğacları n göstəricilər i | Say ğac gös tə rici lə xxxx n fər qi | Sa y ğa cla rın əm salı | Sayğac larla hesablanmış elektrik enerjisinin miqdarı min.kVt saat | Qeyd (texn oloji qeydl ər) | |
X xxx ayın 1- də _saat | Ke çən ayın 1- də _saat | ||||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
1 | |||||||||
2 | |||||||||
Bu akta aşağıdakı sənədlər əlavə olunur (fotoşəkillər və s.):
Uçot (uçot xxxxxx) avadanlığının istismarına məsul xxxx
təşkilatın nümayəndəsi
(S.A.A., vəzifə, imza)
Azərbaycan Respublikası gömrük xidmətinin
səlahiyyətli vəzifəli şəxsi |
|
(S.A.A., vəzifə, imza) | |
Rusiya Federasiyası gömrük | |
xidmətinin səlahiyyətli | |
vəzifəli şəxsi |
|
(S.A.A., vəzifə, imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il
№ 372
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında dostluq əlaqələrini genişləndirmək, həmçinin hər iki dövlətin tarixi və mədəni irsi ilə xxxxx olmaq niyyətini ifadə edərək,
turizmin xalqlar arasında xoş niyyətin ifadə edilməsi, qarşılıqlı anlaşmanın və münasibətlərin möhkəmlənməsində mühüm vasitə olduğunu qəbul edərək, hər iki dövlətin iqtisadi, mədəni və sosial həyatında turizmin inkişaf etdirilməsinin əhəmiyyətini etiraf edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər hazırkı Sazişə, öz dövlətlərinin qanunvericiliyinə və Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bərabər hüquq və qarşılıqlı mənfəət əsasında turizm sahəsində əməkdaşlığı möhkəmləndirir və inkişaf etdirirlər.
Maddə 2
Tərəflər beynəlxalq və daxili turizmin inkişafında iştirak edən, həmçinin turizm sahəsinə sərmayə qoyuluşunu həyata keçirən Azərbaycan və Rusiya turist təşkilatları arasında əlaqələrin yaradılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərirlər.
Maddə 3
Tərəflər təşkil olunmuş qrup, eləcə də fərdi turizmin inkişaf etdirilməsinə, ixtisaslaşmış turizm qrupları mübadiləsinə, həmçinin turizm məsələləri üzrə simpozium və konqreslərdə iştiraka kömək göstərirlər.
Maddə 4
Tərəflərdən hər biri turizmin idarə edilməsində dövlət orqanlarının dəstəyi ilə keçirilən beynəlxalq turizm sərgilərində digər tərəfin iştirakına kömək göstərir.
Maddə 5
Tərəflər turizm sahəsində statistik və digər məlumatı, o cümlədən aşağıda göstərilənlərə dair məlumatı mübadilə edirlər:
- Tərəflərin dövlətlərinin turizm fəaliyyətini tənzimləyən qanunvericilik və digər normativ aktlar barədə;
- Tərəflərin dövlətlərinin görməli yerləri sayılan təbii resurslar və mədəni irs obyektlərinin mühafizəsi və qorunması sahəsinə dair qanunvericilik barədə;
- turizm sahəsində statistik məlumatlar barədə;
- rəqabət qabiliyyətinin və turizmin davamlı inkişafının yüksəldilməsinə dair fəaliyyət barədə;
- turist xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turizm sahəsində təhlükəsizliyin təmin edilməsi təcrübəsi barədə;
- turizm xidmətləri göstərən subyektlərin əlaqələndirilməsi təcrübəsi barədə.
Maddə 6
Tərəflər Ümumdünya Turizm Təşkilatı və turizmlə bağlı digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı həyata keçirirlər.
Maddə 7
Tərəflər Azərbaycan Respublikasında və Rusiya Federasiyasında turizm sahəsində peşəkar kadrların hazırlanmasını təşkil edən təşkilatları arasında əlaqələrin yaradılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərir, həmçinin turizm sahəsi üzrə ixtisaslaşmış ekspert və jurnalistlərin mübadiləsini təşviq edirlər.
Ekspert və jurnalistlərin mübadiləsi ilə bağlı maliyyə şərtləri hər bir konkret hal üzrə Tərəflərin dövlət turizm idarəetmə orqanları arasında razılaşdırılır.
Maddə 8
Tərəflərdən hər biri digər tərəf dövlətinin ərazilərinə turist səfərləri edən öz dövlətinin vətəndaşlarının xarici vətəndaşların gəlmə, qalma və xxxx qayıtma qaydalarını tənzimləyən qanunvericiliklə xxxxx edilməsinə kömək göstərir.
Maddə 9
Tərəflər digər Tərəfin dövlətində xxxx Tərəf dövlətlərin turistlərinin maraqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən fövqəladə halların baş verdiyi təqdirdə onların evakuasiyası üçün birgə tədbirlər görürlər.
Maddə 10
Tərəflər hazırkı Sazişin daha effektiv həyata keçirilməsi məqsədilə turizm üzrə İşçi qrup (bundan sonra - İşçi qrup) yarada bilərlər. İşçi qrupun vəzifələrinə turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə birgə təklif və proqramların hazırlanması, həmçinin onların həyata keçirilməsinə nəzarət daxildir.
İşçi qrup Tərəflərdən hər birinin dövlət turizm idarəetmə orqanlarının bərabər xxxxx nümayəndələrindən yaradılır.
İşçi qrupun iclaslarına Azərbaycan və Rusiya ekspertləri və özəl sektorun nümayəndələri dəvət edilə bilər. İşçi qrupun iclasları ehtiyac olduğu təqdirdə, növbə ilə Azərbaycan Respublikasında və Rusiya
Federasiyasında keçirilir.
Maddə 11
Tərəflər hazırkı Sazişin yerinə yetirilməsinə görə məsuliyyət daşıyan səlahiyyətli dövlət turizm idarəetmə orqanları haqqında bir-birlərini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 12
Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı fikir ayrılıqları Tərəflər arasında, eləcə də İşçi qrup çərçivəsində danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 13
Tərəflərin razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 14-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən dəyişikliklər edilə bilər.
Maddə 14
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişin qüvvəsini ləğv edə bilər. Bu halda Xxxxx digər Tərəfin belə bildirişinin aldığı tarixdən altı (6) ay sonra qüvvədən düşür.
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Sazişin qüvvədən düşməsi onun qüvvədə olduğu müddət ərzində razılaşdırılmış proqram və layihələrin həyata keçirilməsinə təsir etmir.
Bu Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Rusiya Federasiyası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il
№ 371
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti
sahəsində əməkdaşlığa dair
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında hərtərəfli qarşılıqlı əlaqələrin, o cümlədən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığın inkişafının vacibliyini qəbul edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin predmeti
Bu Sazişin predmeti Tərəflərin məsul orqanlarının daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində təcrübə mübadiləsinin təşkili və layihələrin həyata keçirilməsi məqsədi ilə əməkdaşlığından ibarətdir.
Maddə 2
Məsul orqanlar
1. Bu Sazişin məqsədləri üçün Tərəflərin məsul orqanları aşağıdakılardır:
Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi. Rusiya tərəfindən - Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmət.
2. Hər hansı bir Tərəfin məsul orqanının rəsmi adının dəyişdiyi təqdirdə, həmin Tərəf digər Tərəfə bu barədə dərhal məlumat verir.
Maddə 3
Əməkdaşlığın istiqamətləri və formaları
1. Tərəflərin əməkdaşlığının əsas istiqaməti daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsindən ibarətdir.
Tərəflərin razılığı ilə əməkdaşlığın digər istiqamətləri müəyyən edilə bilər.
2. Tərəflər əməkdaşlığı aşağıdakı formalarda təmin edirlər:
Tərəflərin mütəxəssislərinin Azərbaycan Respublikasında və Rusiya Federasiyasında görüşlərinin və birgə seminarlarının keçirilməsi;
Tərəflərin fəaliyyətinin istiqamətləri üzrə birgə layihələrin həyata keçirilməsi; Tərəflərin mütəxəssislərinin təlim və təcrübələrinin təşkilində kömək; Tərəflərin razılığı ilə əməkdaşlığın digər formaları.
3. Bu Saziş çərçivəsində birgə layihələrin həyata keçirilməsi üçün Tərəflər işçi qruplar yarada və birgə işin əlaqələndirilməsi üçün səlahiyyətli nümayəndələrini təyin edə bilər.
4. Birgə layihələr Tərəflərin dövlətlərinin ərazilərində həyata keçirilir.
Maddə 4
Əməkdaşlığın şərtləri
1. Bu Saziş çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.
2. Tərəflər əməkdaşlığın təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanması və razılaşdırılması, zəruri işlərin yerinə yetirilməsi məqsədi ilə səlahiyyətli nümayəndələrini təyin edir və həmin şəxslərin əlaqə məlumatlarını bir-birinə təqdim edirlər.
3. Tərəflərin nümayəndələri öz səlahiyyətləri çərçivəsində bu Sazişə və Tərəf dövlətlərin qanunvericiliyinə əsaslanaraq bir-birinə kömək göstərirlər. Zəruri hallarda, Tərəflərin səlahiyyətli nümayəndələri bu Sazişin yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün görüşlər təşkil edirlər.
4. Tərəflər birgə fəaliyyəti bu Saziş çərçivəsində illik iş planları əsasında həyata keçirirlər.
İş planları əməkdaşlığın konkret istiqamətlərini və formalarını, habelə işlərin yerinə yetirilmə müddətlərini ehtiva edir.
5. Tərəflər hər bir konkret halda digər qayda razılaşdırılmadıqda, bu Sazişin yerinə yetirilməsi zamanı yaranan xərcləri özləri qarşılayırlar.
Maddə 5
Alınmış məlumat və sənədlərin istifadəsinə məhdudiyyətlər
Tərəflər qarşılıqlı təqdim edilən məlumat və sənədlərin qorunmasını təmin edirlər və bu cür məlumat və sənədləri onları təqdim etmiş Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə ötürməyəcəyinə öhdəlik götürürlər.
Maddə 6
Fikir ayrılıqlarının həlli
Bu Sazişin tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 7
Sazişə dəyişikliklər və əlavələr edilməsi
Bu Sazişə, Tərəflərin razılığı əsasında bu Sazişin ayrılmaz tərkib hissəsi xxxx və bu Sazişin 8-ci maddəsinə müvafiq olaraq qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 8
Yekun müddəalar
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı
(6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılacaqdır.
Bu Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikasının | Rusiya Federasiyasının |
Əmlak Məsələləri Dövlət Komitəsi | İqtisadi İnkişaf Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il
№ 368
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi,
Tərəflər arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xxxx qarşılıqlı marağa əsaslanaraq, əməkdaşlığın inkişafı və səmərəliliyinin artırılması üçün əhəmiyyətli potensialı qeyd edərək,
Azərbaycan Respublikası və Rusiya Federasiyasının ərazilərində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri arasında (bundan sonra - təsərrüfat subyektləri), bazar münasibətləri şəraitində iqtisadi əməkdaşlığın mühüm rolunu qəbul edərək,
təsərrüfat subyektləri arasında istehsalat kooperasiyasının və inteqrasiya əlaqələrinin dəstəklənməsi və qarşılıqlı faydalı inkişafı üçün əlverişli şərtlərin təmin edilməsinə səy göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər uzunmüddətli tərəfdaşlıq, hüquq bərabərliyi prinsipləri, Tərəflərin dövlətlərinin qarşılıqlı mənfəəti əsasında, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarını nəzərə alaraq və Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafına yardım edirlər.
Tərəflərdən hər biri öz dövlətinin ərazisində və öz dövlətinin qanunvericiliyinə uyğun olaraq əməkdaşlıq edən təsərrüfat subyektlərinə əlverişli şərait yaradır və digər Tərəfin maraqlarına zərər vura biləcək hərəkətlərdən çəkinir.
Maddə 2
Tərəflər bu Sazişin həyata keçirilməsinə imkan yaradan iqtisadi, hüquqi və digər məlumatların, həmçinin edilmiş dəyişikliklər daxil olmaqla müvafiq qanunvericilik aktlarının mətnlərinin mübadiləsi üzrə ikitərəfli iqtisadi əməkdaşlığı möhkəmləndirirlər.
Bu Sazişə əsasən Tərəflərdən hər hansı birindən alınmış məlumat belə məlumatı təqdim edən Tərəfin yazılı razılığı olduğu təqdirdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq üçüncü tərəfə verilə bilər.
Bu Saziş çərçivəsində yayılması məhdudlaşdırılan, dövlət, yaxud kommersiya sirri təşkil edən məlumatların mübadiləsi həyata keçirilmir.
Maddə 3
Tərəflər dövlətlərinin qanunvericiliyinə uyğun olaraq iqtisadi əməkdaşlığın qorunub saxlanılması və gələcək inkişafı əsasında təsərrüfat subyektlərinə yardım göstərirlər.
Maddə 4
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bağlanmış müqavilələr əsasında təşkilati-hüquqi formasından və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulmasına yardım edirlər.
Göndərilən malların və göstərilən xidmətlərin həcmi, nomenklatura, qiymətləri, eləcə də qarşılıqlı hesablaşmaların şərtləri və qaydaları təsərrüfat subyektlərinin bağladıqları müvafiq müqavilələrdə göstərilir. Tərəflər dövlətlərinin qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, bu müqavilədən irəli gələn öhdəliklər üzrə məsuliyyət daşımırlar.
Maddə 5
Tərəflər öz səlahiyyətləri çərçivəsində ticarət əlaqələrinin təşviqi, ticarət və investisiya imkanlarının araşdırılması və qarşılıqlı maraq doğuran məsələlər barədə təcrübə mübadiləsinin aparılması məqsədilə biznes forumlar, sərgilər, yarmarkalar, işçi görüşlər, məsləhətləşmələr və danışıqlar keçirirlər.
Maddə 6
Tərəflər öz səlahiyyətləri çərçivəsində:
öz dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün; sahibkarlıq sahəsində əməkdaşlığın və birbaşa istehsalat əlaqələrinin inkişafı üçün;
qarşılıqlı maraq doğuran digər əməkdaşlıq sahələrində əlverişli şəraitin yaradılmasına yardım edirlər.
Maddə 7
Tərəflər investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradırlar, eləcə də Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq həyata keçirilən və müvafiq razılaşmalarla müəyyənləşdirilən birgə investisiya layihələrinin həyata keçirilməsi üçün təsərrüfat subyektləri arasında sazişlərin imzalanmasına yardım edirlər.
Maddə 8
Tərəflər arasında əməkdaşlığın xüsusi forma və şərtləri ayrılıqda, o cümlədən əlavə sazişlər bağlanmaqla müəyyən edilir.
Maddə 9
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının büdcə qanunvericiliyinə uyğun olaraq bu Sazişin icrası üzrə birgə fəaliyyətin maliyyələşdirilməsini təmin edirlər.
Bu Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsi üzrə digər razılaşma olmadığı təqdirdə Tərəflər öz xərcləri ilə bağlı maliyyələşməni müstəqil aparırlar.
Maddə 10
Tərəflər bu Sazişin effektiv şəkildə həyata keçirilməsi, praktiki birgə fəaliyyətin əlaqələndirilməsi və bu Sazişin həyata keçirilməsi ilə bağlı yaranan problemlərin müəyyənləşdirilməsi zamanı qarşılıqlı məqbul həllərin hazırlanması məqsədilə iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrup (bundan sonra - İşçi Qrup) yaradırlar.
İşçi Qrupa Tərəflərin rəhbərlərinin müavinləri başçılıq edirlər.
Tərəflər İşçi Qrupun iclaslarının mütəmadi olaraq, eyni zamanda videokonfrans əlaqəsi vasitəsilə keçirilməsini təmin edirlər.
Tərəflər İşçi Qrupun fəaliyyətinin maliyyələşdirilməsini müstəqil həyata keçirirlər.
Maddə 11
Bu Sazişin müddəalarının təfsiri və (və ya) tətbiqi ilə bağlı Tərəflər arasında yaranan fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 12
Tərəflərin razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 13-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 13
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir və ehtimal olunan ləğvetmə tarixinə ən azı altı ay qalmış ləğv etmək niyyəti barədə Tərəflərdən biri digər Tərəfə yazılı şəkildə bildiriş göndərməyənədək qüvvədə qalır.
Bu Sazişin qüvvədən düşməsi bu Saziş çərçivəsində onun qüvvədə olduğu müddətdə təsərrüfat subyektlərinin bağladıqları müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə təsir göstərmir.
Bu Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının | Rusiya Federasiyasının |
İqtisadiyyat Nazirliyi | İqtisadi İnkişaf Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il
№ 367
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Tərəflər arasında dostluğun möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın yaxşılaşdırılması vasitəsi kimi idman sahəsində əməkdaşlığın inkişafına səy göstərərək,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin müddəalarına əsaslanaraq,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannaməni nəzərə alaraq,
dövlətlərinin qanunvericiliklərini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər öz səlahiyyətləri daxilində hazırkı Saziş çərçivəsində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipinə əsaslanan ikitərəfli əməkdaşlığı və idman sahəsində mübadiləni möhkəmləndirir və inkişaf etdirirlər.
Maddə 2
Tərəflər təcrübə və məlumat mübadiləsi məqsədi ilə görüş və məsləhətləşmələrin təşkili yolu ilə ikitərəfli idman əməkdaşlığını inkişaf etdirmək və möhkəmləndirmək üçün idmana cavabdeh dövlət qurumları və müxtəlif idman növləri üzrə idman federasiyaları ilə əməkdaşlığa yardım edirlər.
Tərəflər böyük idman tədbirlərinin təşkili, onların idarə olunması və təcrübə mübadiləsi sahələrində əməkdaşlığa yardım edirlər.
Tərəflər idman tibbi və idman tibbində xxxx tədqiqatlar sahəsində əməkdaşlığın inkişafına yardım edirlər.
Tərəflər hər iki dövlətdə keçirilən yarışlarda və beynəlxalq idman tədbirlərində Azərbaycan və Rusiya idmançılarının, komandalarının və məşqçilərin iştirakına yardım edirlər.
Tərəflər hazırlıq səviyyəsinin və idman ustalığının artırılması məqsədi ilə hər iki dövlətin idman bazalarında müxtəlif idman növləri üzrə milli yığma və klub komandaları üçün təlim-məşq toplanışlarının, birgə məşqlərin təşkilini təşviq edirlər.
Tərəflər yüksəkixtisaslı idmançıların hazırlanmasında müasir xxxx aparat və avadanlıqlardan istifadə, idman və yüksək idman ustalığı sahəsində son nailiyyətlər barədə məlumatın, xxxx tədqiqatların mübadiləsinə yardım edirlər.
Tərəflər idman obyektlərinin və qurğularının idarə olunması və idman marketinqinin inkişafı sahəsində təcrübə mübadiləsinə yardım edirlər.
Tərəflər hər iki Tərəfin dövlətlərində idmanın inkişafı məqsədi ilə idman federasiyaları, olimpiya hazırlıq mərkəzləri, idman təmayüllü elm və təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına yardım edirlər.
Tərəflər hər iki dövlətdə keçirilən qarşılıqlı maraq doğuran idman seminarlar, simpoziumlar və konfranslarında mütəxəssislərin iştirakını təşviq edirlər.
Tərəflər Olimpiya Xartiyasında qeyd olunmuş prinsiplər əsasında idman əlaqələrinin və əməkdaşlığın möhkəmlənməsini təşviq edirlər.
Tərəflər yarış zamanı, həmçinin yarışdan kənar vaxtlarda qadağan olunmuş maddə və metodların istifadəsinə qarşı mübarizədə birgə addımlar atırlar.
Tərəflər əlillər üçün idman, adaptiv bədən tərbiyəsi, kütləvi bədən tərbiyəsi-idman tədbirləri, birgə təlim- məşq toplanışlarının təşkil edilməsi və keçirilməsi sahələrində əlil və fiziki imkanları məhdud şəxslər üçün əməkdaşlığın inkişafına kömək edirlər.
Tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyası nümayəndələrinin beynəlxalq idman federasiyalarında və digər beynəlxalq idman təşkilatlarında dəstəklənməsi ilə bağlı təkliflər hazırlayırlar.
Maddə 3
Bu Saziş çərçivəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi hər bir Tərəfin büdcə imkanlarından asılı olaraq yerinə yetiriləcəkdir.
Maddə 4
Hazırkı Sazişin həyata keçirilməsində Tərəflər öz səlahiyyətləri və maliyyə imkanları çərçivəsində idman federasiyalarının maraqlarını nəzərə alaraq əməkdaşlıq proqramlarını hazırlaya bilərlər.
Proqramların razılaşdırılması qaydası və onların etibarlılıq müddətləri hər bir konkret hal üçün Tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdiriləcək.
Maddə 5
Tərəflərin razılığı əsasında hazırkı Sazişə onun ayrılmaz hissəsi xxxx və bu Sazişin 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 6
Bu Xxxxxxx təsviri və tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları, Tərəflər arasında danışıqlar və ya məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 7
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən hər xxxxx xxxx diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş təqdim etməklə onun qüvvəsini ləğv edə bilər. Bu Saziş belə bildirişin alındığı tarixdən altı
(6) ay sonra qüvvədən düşmüş hesab edilir.
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Sazişin qüvvədən düşməsi onun qüvvədə olduğu müddətdə razılaşdırılmış proqram və layihələrin fəaliyyətinə və icrasına təsir etmir.
Bu Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti | Rusiya Federasiyası Hökuməti |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il
№ 369
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi,
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yardım etmək üçün qarşılıqlı səyləri rəhbər tutaraq,
bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında sənaye sahəsində ikitərəfli əməkdaşlığın səmərəliliyinin artırılması və inkişafı üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Hazırkı Sazişin məqsədləri Tərəflərin öz səlahiyyətləri çərçivəsində və dövlətlərinin milli qanunvericiliyinə müvafiq olaraq sənaye sahəsində bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə yardımın göstərilməsi və belə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsidir.
Maddə 2
Tərəflər sənaye sahəsində (mülki məqsədlər üçün məhsulların istehsalı) aşağıdakı prioritet istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirirlər: metallurgiya;
mədənçıxarma sənayesi; kimya sənayesi; aviasiya sənayesi;
avtomobil sənayesi və kənd təsərrüfatı maşınqayırması; energetika, nəqliyyat maşınqayırması və ağır maşınqayırma; neft-qaz maşınqayırması;
əczaçılıq sənayesi, həmçinin Tərəflərin qarşılıqlı razılığı ilə digər əməkdaşlıq sahələri.
Maddə 3
Hazırkı Sazişin praktiki həyata keçirilməsi məqsədilə Tərəflər aşağıdakıları nəzərdə tutan “Sənaye əməkdaşlığının aktivləşdirilməsi üzrə yol xəritəsi”nin hazırlanmasını öhdələrinə götürürlər, o cümlədən:
Tərəflərin dövlətlərinin sənaye müəssisələri arasında işgüzar və tərəfdaşlıq əməkdaşlığının təşkil edilməsi məqsədilə işgüzar əlaqələrin qurulmasına yardım;
hazırkı Sazişin 2-ci maddəsində qeyd edilən istiqamətlər üzrə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazilərində sənaye sahəsində öz fəaliyyətlərini həyata keçirən birgə müəssisələrin yaradılmasına yardım;
sənaye sahəsində əməkdaşlığa təsir göstərən Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyi barədə məlumat mübadiləsi; sənayenin inkişafına dair milli prioritetlər barədə məlumat mübadiləsi; Azərbaycan Respublikasının və Rusiya Federasiyasının sənaye müəssisələrinin və müvafiq sahələr üzrə assosiasiyaların Tərəflərin dövlətlərinin ərazilərində keçirilən sərgi-yarmarka tədbirlərində iştiraka cəlb edilməsinə yardım;
sənaye sahəsində əməkdaşlıq məsələləri üzrə konfransların, seminarların və dəyirmi masaların təşkilinə yardım.
Maddə 4
Hazırkı Xxxxxxx müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər müntəzəm olaraq ekspertlərin məsləhətləşmələrini keçirirlər.
Maddə 5
Hazırkı Xxxxxxx müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı Tərəflər arasında yaranan fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 6
Hazırkı Xxxxxxx müddəaları Tərəflərin dövlətlərinin digər beynəlxalq müqavilələrindən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 7
Hazırkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişin 8-ci maddəsi ilə müəyyən edilən qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 8
Hazırkı Xxxxx Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Xxxxx beş il müddətinə bağlanılır. Tərəflərdən biri hazırkı Sazişin başlanğıc və ya istənilən sonrakı dövrün bitməsinə ən azı altı ay qalmış onun qüvvəsini dayandırmaq niyyəti barədə digər Tərəfi xəbərdar etmədiyi təqdirdə, hazırkı Sazişin qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Hazırkı Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının | Rusiya Federasiyasının |
İqtisadiyyat Nazirliyi | Sənaye və Ticarət Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə
Monitorinqi üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı
əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2015-ci il
№ 527
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Federal Xidmət
(Rusiya Federasiyası) arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rusiya Federasiyası),
cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, həmçinin bununla əlaqədar cinayət fəaliyyətinə qarşı mübarizə sahəsində qarşılıqlı maraqlan rəhbər tutaraq,
əməkdaşlığın daha effektiv üsulla həyata keçirilməsi zərurətini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər, bu Sazişin müddəalarına uyğun olaraq, dövlətlərinin hər birinin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə riayət etməklə, öz səlahiyyətləri çərçivəsində qarşılıqlı əməkdaşlığı, o cümlədən məlumat mübadiləsini həyata keçirirlər.
Maddə 2
Tərəflər, barəsində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və əlaqədar cinayət fəaliyyəti ilə bağlı olmasına dair şübhələrin mövcud olduğu pul vəsaitləri və ya digər əmlakla əməliyyatlarla əlaqədar sərəncamlarında xxxx məlumatların toplanması, emalı və təhlili mərhələlərində qarşılıqlı əməkdaşlıq edir, o cümlədən məlumat mübadiləsini həyata keçirir, həmçinin həmin əməliyyatların aparılmasında iştirak edən fiziki və hüquqi şəxslərin fəaliyyətinə dair məlumat mübadiləsində qarşılıqlı əməkdaşlığı həyata keçirirlər.
Maddə 3
1. Məlumat mübadiləsi Tərəflərin təşəbbüsü və ya sorğuları əsasında yazılı surətdə, o cümlədən Tərəflərin razılığı ilə mətnin ötürülməsi üçün texniki vasitələrdən istifadə etməklə həyata keçirilir.
2. Sorğuya daxildir:
a) sorğu edən Tərəfin adı;
b) sorğu edilən Tərəfin adı;
c) sorğunun mahiyyətinin qısa təsviri və onun əsaslandırılması (əgər sorğu təcilidirsə, sorğu edən Tərəf təcili sorğunun zəruriliyini əsaslandırmalıdır);
d) sorğu edilən məlumatın məzmununun təsviri;
e) sorğu edilən məlumatdan istifadə məqsədi;
f) onun icrası üçün zəruri xxxx digər məlumatlar.
3. Zərurət yaranarsa, sorğu edilən Tərəf sorğunun müvafiq surətdə icrası üçün zəruri xxxx əlavə məlumatı sorğu edən Tərəfdən tələb edə bilər.
Maddə 4
1. Sorğunun icrası sorğu edilən Tərəfin dövlətinin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər mühüm maraqlarına zərər verdiyi, sorğu edilən Tərəfin dövlətinin qanunvericiliyinə və (və ya) beynəlxalq öhdəliklərinə zidd olduğu, həmçinin sorğuda göstərilən faktlar barədə sorğu edilən Tərəfin dövlətində artıq məhkəmə araşdırması aparıldığı halda, sorğunun icrasından tam və ya qismən imtina edilə bilər.
2. Əgər sorğu edilən Tərəf sorğunun icrasından imtina edilməsinə dair qərar qəbul edərsə, həmin qərarın qəbul edilməsinin səbəbini göstərməklə, sorğu edən Tərəfi bu barədə məlumatlandırır.
Maddə 5
1. Bu Saziş çərçivəsində əldə edilmiş məlumatdan onu təqdim etmiş Tərəfin yazılı razılığı olmadan sorğu edilmə və təqdim olunma məqsədlərindən başqa digər məqsədlər üçün istifadə edilə bilməz.
2. Bu Saziş çərçivəsində əldə edilmiş məlumat məxfidir və ona məlumatı xxxx Tərəfin dövlətinin qanunvericiliyi ilə yerli mənbələrdən əldə olunmuş eyni xarakterli məlumatlara münasibətdə tətbiq olunan məxfilik prinsipi şamil olunur.
3. Tərəflər, dövlətlərinin hər birinin qanunvericiliyini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq, bu Saziş çərçivəsində əldə edilmiş məlumatın təsadüfi və ya qeyri-qanuni surətdə məhv edilməkdən, dəyişdirilməkdən, açıqlanmaqdan, həmçinin istənilən digər sanksiyalaşdırılmamış istifadə hallarından qorunmasına yönəlmiş zəruri təşkilati və texniki tədbirləri yerinə yetirirlər.
4. Bu Saziş çərçivəsində əldə edilmiş məlumat onun təqdim edilmə məqsədlərinin tələb etdiyindən artıq olmayan müddətdə saxlanılır. Məlumat Tərəflərin dövlətlərinin hər birinin hüquqi aktlarına uyğun olaraq məhv edilməlidir.
Maddə 6
1. Azərbaycan Tərəfi üçün məlumat mübadiləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.
2. Rusiya Tərəfi üçün məlumat mübadiləsinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.
3. Bu maddədə göstərilən məlumat yalnız cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi, həmçinin aidiyyəti cinayət fəaliyyəti ilə bağlı işlərlə əlaqədar xxxx məhkəməyəqədərki və məhkəmə məqsədləri üçün istifadə edilə bilər.
Maddə 7
1. Tərəflər dövlətlərinin hər birinin qanunvericiliyinə uyğun olaraq məlumatların ötürülməsi qaydasını birgə müəyyən edir və bu Sazişin həyata keçirilməsi məsələləri ilə əlaqədar məsləhətləşmələr aparırlar.
2. Tərəflər sorğu əsasında və ya öz təşəbbüsləri ilə dövlətlərinin hər birinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyinə dair məlumat mübadiləsi apara bilərlər.
3. Tərəflər qarşılıqlı razılaşma əsasında təcrübə mübadiləsi və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi məqsədi ilə birgə konfranslar və seminarlar təşkil edə bilərlər.
4. Bu Saziş məqbul hesab edilən digər əməkdaşlıq formalalarının hazırlanmasını və inkişaf etdirilməsini məhdudlaşdırmır.
Maddə 8
Tərəflər arasında qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi rus dilində həyata keçirilir.
Maddə 9
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında onun ayrılmaz hissəsi xxxx və bu Sazişin 12-ci maddəsində müəyyən olunmuş qaydada qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 10
Tərəflərdə bu Sazişin təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.
Maddə 11
Bu Sazişin müddəaları Azərbaycan Respublikası və Rusiya Federasiyasının iştirakçıları olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 12
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.
2. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı gündən qüvvəyə minir.
3. Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə müvafiq yazılı bildiriş göndərməklə, bu Sazişi ləğv edə bilər.
4. Bu Saziş digər Tərəfin bu cür bildirişinin alındığı tarixdən 90 gün keçdikdən sonra öz qüvvəsini itirir.
Bu Saziş çərçivəsində alınmış məlumatın məxfiliyinin təmin edilməsini nəzərdə tutan bu Sazişin müddəaları onun qüvvədən düşməsindən sonra da qüvvədə qalır.
6 aprel 2015-ci il tarixində Moskva şəhərində və 17 aprel 2015-ci il tarixində Strasburq şəhərində iki nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Mərkəzi | Maliyyə Monitorinqi üzrə Federal |
Bankı yanında Maliyyə Monitorinqi | Xidmət (Rusiya Federasiyası) |
Xidməti adından | adından |
Xxxxxxxx XXXXXXX, | Xxxx XXXXXXXX |
direktor | direktor |
Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya
Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında 2015-ci il fevralın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Şimali Osetiya-Alaniya Respublikasının Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il
№ 488
Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti arasında
ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamənin müddəalarını rəhbər tutaraq,
ikitərəfli ticarət, iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlığın dərinləşməsində və genişlənməsində qarşılıqlı maraqlarını nəzərə alaraq,
Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) iqtisadi, istehsal, maliyyə, mülkiyyət, intellektual, mədəni və digər imkanlardan daha səmərəli istifadəsinin zəruriliyini dərk edərək, sahibkarlığın dəstəklənməsi və inkişafına, Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri (bundan sonra - “təsərrüfat subyektləri”) arasında birbaşa əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verərək,
daha geniş, açıq və ədalətli iqtisadi əməkdaşlığa yardım edilməsinin zəruriliyini dərk edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində qarşılıqlı mənfəət, qarşılıqlı anlaşma, hörmət və etimad prinsipləri əsasında uzunmüddətli və hərtərəfli iqtisadi, xxxx-texniki və mədəni əlaqələri inkişaf etdirirlər.
Maddə 2
Tərəflər milli prioritetləri nəzərə alaraq, gələcəkdə də ikitərəfli iqtisadi, ticarət, xxxx və texniki əlaqələri inkişaf etdirəcəklər.
Maddə 3
Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) ərazilərində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri (bundan sonra - təsərrüfat subyektləri) arasında təşkilati-hüquqi formasından asılı olmayaraq, onlar tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bağlanmış müqavilələr əsasında birbaşa əlaqələrin qurulmasına yardım edirlər.
Göndərilən malların və göstərilən xidmətlərin həcmi, nomenklaturası, qiyməti, həmçinin qarşılıqlı hesablaşma qaydaları və şərtləri təsərrüfat subyektləri tərəfindən bağlanılan müvafiq müqavilələrdə göstərilir. Tərəflər bu müqavilələrdən irəli gələn öhdəliklərə görə məsuliyyət daşımırlar.
Maddə 4
Tərəflər öz səlahiyyətləri çərçivəsində uzunmüddətli əsasda iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli qarşılıqlı faydalı əlaqələrin sabit inkişafının təmin olunmasına yardım edirlər.
Yanacaq-energetika kompleksi, qara və əlvan metallurgiya, tikinti, rabitə və informasiya texnologiyaları, yüngül sənaye, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın qurulması və inkişafına xüsusi diqqət yetirilir.
Maddə 5
Tərəflər məlumat mübadiləsi, birgə yarmarkaların, sərgilərin təşkil olunması, Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) ərazisində istehsal olunan məhsulların və göstərilən xidmətlərin dövriyyəsi yolu ilə xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 6
Tərəflər Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) iqtisadiyyatına və sosial infrastrukturuna investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradırlar.
Təsərrüfat subyektləri investisiya qoyuluşlarının istiqamətini, formasını və həcmini müstəqil şəkildə müəyyən edirlər.
Maddə 7
Tərəflər öz səlahiyyətləri çərçivəsində müəssisələrin yenidən qurulması və müasirləşdirilməsinə yönəldilmiş birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal güclərinin yaradılmasına, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun həyata keçirilən və Tərəflər arasında ayrıca müqavilələrlə müəyyən edilən digər sərmayə qoyuluşlarına yardım edirlər.
Maddə 8
Tərəflər öz səlahiyyətləri çərçivəsində hazırkı Sazişin həyata keçirilməsinə kömək edən xxxx-texniki, iqtisadi, hüquqi və digər məlumatların mübadiləsinə yardım edirlər.
Hazırkı Sazişə əsasən istənilən Tərəfin əldə etdiyi məlumat yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, həmin məlumatı təqdim edən Tərəfin yazılı razılığı ilə üçüncü tərəfə verilə bilər.
Hazırkı Saziş çərçivəsində dövlət sirri və kommersiya sirri təşkil edən, yayılması məhdudlaşdırılmış məlumatın mübadiləsi həyata keçirilmir.
Maddə 9
Tərəflər mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti, turizm, idman və sosial-mədəni həyatın digər sahələrində Azərbaycan Respublikasının və Şimali Osetiya - Alaniya Respublikasının (Rusiya Federasiyası) müəssisə, təşkilat və qurumlarının təmas və əlaqələrinin inkişafına yardım edirlər.
Maddə 10
Tərəflər Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) ərazilərində ticarət evlərinin, təsərrüfat subyektlərinin nümayəndəliklərinin açılmasına və fəaliyyət göstərməsinə yardım edirlər.
Maddə 11
Əməkdaşlığın koordinasiya olunması, hazırkı Sazişin icrasına nəzarət edilməsi, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsinin aparılması məqsədi ilə Tərəflər mütəmadi olaraq işgüzar görüşlər, məsləhətləşmələr və danışıqlar təşkil edirlər.
Zərurət yarandığı təqdirdə, Tərəflər hazırkı Sazişdə nəzərdə tutulan əməkdaşlıq sahələrində ayrı-ayrı məsələlərin həlli üçün birgə ekspert-analitik və digər işçi qruplar yarada bilərlər.
Maddə 12
Hazırkı Xxxxxxx müddəalarının təfsiri və/və ya tətbiqi ilə bağlı Tərəflər arasında yaranan fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 13
Hazırkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə ayrıca protokollarla rəsmiləşdirilən bu Sazişin 14-cü maddəsində göstərilən qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 14
Hazırkı Xxxxx Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Xxxxx beş il müddətinə bağlanılır. Tərəflərdən biri başlanğıc və ya istənilən sonrakı dövrün bitməsinə ən azı altı ay qalmış bu Sazişin qüvvəsini dayandırmaq niyyəti barədə digər Tərəfi xəbərdar etmədiyi təqdirdə, Xxxxxxx qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Hazırkı Xxxxxxx qüvvəsinin dayandırılması onun qüvvədə olduğu dövr ərzində təsərrüfat subyektlərinin qeyd olunan Saziş çərçivəsində bağladıqları müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə təsir etmir.
Bakı şəhərində 3 fevral 2015-ci il tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər qüvvəyə malikdir.
Azərbaycan Respublikasının | Şimali Osetiya-Alaniya Respublikasının |
Hökuməti adından | (Rusiya Federasiyası) |
(imza) | Hökuməti adından |
(imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
№ 1120-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
bir Razılığa gələn Tərəfin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayələri üçün əlverişli şəraitin yaradılması və dəstəklənməsi niyyətində olaraq,
bu Sazişə əsasən iki ölkə arasında sərmayələrin qorunması və təşviqinin sərmayə axınına təkan verəcəyini, qarşılıqlı faydalı iqtisadi, ticarət və xxxx-texniki əlaqələrin inkişafına, həmçinin hər iki dövlətdə işgüzar təşəbbüslərin yaranmasına imkan yaradacağını qəbul edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
1. Bu Sazişin məqsədi üçün aşağıdakı terminlər bu mənaları ifadə edir:
1. “Sərmayəçi” - bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sonuncu Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq sərmayələrini həyata keçirən hər hansı fiziki və ya hüquqi şəxs:
a. Razılığa gələn Tərəflərdən birinin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq onun vətəndaşı xxxx hər hansı fiziki şəxs;
b. Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq olaraq yaradılmış və ya təsis edilmiş hər hansı hüquqi şəxs.
2. “Sərmayələr” - bir Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisi tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə qoyulan sonuncu Razılığa gələn Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq, xüsusilə aşağıdakılar daxil olmaqla, əmlakın bütün növləri:
a. daşınar və daşınmaz əmlak, həmçinin əşya hüquqları;
b. paylar, səhmlər və ya kommersiya təşkilatlarının kapitalında iştirakın digər formaları, həmçinin istiqrazlar;
c. iqtisadi dəyərlərin yaradılması üçün qoyulan pul vəsaitləri və ya sərmayələrlə əlaqədar iqtisadi dəyərə malik müqavilələr üzrə iddia hüququ;
d. əqli mülkiyyətə xxxx müstəsna hüquqlar (müəlliflik hüququ, inteqral mikrosxem topologiyalarına və məlumat toplularına hüquqlar, patentlər, sənaye nümunələri, modellər, əmtəə nişanları və ya xidmət nişanları, kommersiya əhəmiyyətli texnologiya, informasiya və nou-hau);
e. sərmayəni qəbul edəcək Razılığa gələn Tərəfin qanunvericiliyinə və ya müqaviləyə uyğun sahibkarlıq fəaliyyətinə verilən hüquq, o cümlədən təbii ehtiyatların kəşfiyyatı, işlənilməsi, hasilatı və istismarı daxil olmaqla verilən hüquq.
Sərmayəni qəbul edəcək Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə zidd deyilsə, sərmayəyə, həmçinin yenidən sərmayə formasına edilən hər hansı bir dəyişiklik, onun sərmayə kimi dəyərləndirilməsinə təsir etmir.
3. “Gəlirlər”- sərmayələrdən əldə edilən vəsaitlər və xüsusilə mənfəət, dividendlər, faizlər, lisenziyalaşdırılmış və digər mükafatlar, royalti, əmlakın qiymətinin artımından əldə olunan vəsaitlər.
4. “Razılığa gələn Tərəfin qanunvericiliyi” - Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və ya Rusiya Federasiyasının qanunları və digər normativ hüquqi aktları.
5. “Razılığa gələn Tərəflərin ərazisi” aşağıdakılara münasibətdə ifadə edir:
a. Azərbaycan Respublikası - Azərbaycan Respublikasının ərazisini;
b. Rusiya Federasiyası - Rusiya Federasiyasının ərazisini.
Maddə 2
Sərmayələrin qorunması
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinə birinci Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayələrini həyata keçirmək üçün əlverişli şəraitin yaradılmasına səy göstərir və öz dövlətinin qanunvericiliyinə uyğun olaraq bu cür sərmayələri qəbul edir.
2. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin milli qanunvericiliyinə uyğun olaraq öz ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinə məxsus sərmayələrin tam qorunmasını təmin edir.
Maddə 3
Sərmayə rejimi
1. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə sahiblik, istifadə və bu kimi sərmayələrə sərəncamla bağlı ədalətli və bərabərhüquqlu rejimin tətbiq edilməsini təmin edir.
2. Razılığa gələn Tərəflərdən hər biri öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə münasibətdə, öz dövlətinin sərmayəçilərinin sərmayələrinə və ya hər hansı üçüncü dövlətin sərmayəçilərinin sərmayələrinə münasibətdə tətbiq etdiyi rejimdən, sərmayəçinin fikrinə görə onun üçün hansı daha əlverişlidirsə, az əlverişli olmayan rejim tətbiq edir.
3. Hazırkı Sazişin 4, 5 və 8-ci maddələrinin müddəalarına xələl gətirmədən, Razılığa gələn Tərəflərdən heç biri bu Sazişə uyğun olaraq Xidmətlərlə ticarət üzrə Baş Sazişin (GATS) öhdəlikləri daxil olmaqla, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) təsis edilməsi haqqında 1994-cü il 15 aprel tarixli Sazişə əsasən götürdüyü öhdəliklərə, o cümlədən hər iki Razılığa gələn Tərəfin dövlətinin üzv olduğu sərmayələrin rejiminə aid hər hansı bir çoxtərəfli razılaşmaya əsasən həmin Razılığa gələn Tərəfin tətbiq etdiyi rejimdən daha əlverişli rejimin tətbiq edilməsinə məcbur deyil.
4. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin qanunvericiliyinə uyğun olaraq digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinə onların sərmayələrinə münasibətdə milli rejimdən istisnaları tətbiq və daxil etmək hüququnu özündə saxlayır.
5. Hazırkı maddənin müddəaları ən əlverişli rejimə xxxx münasibətdə bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə birinci Razılığa gələn Tərəfin gələcəkdə verəcəyi və ya verə biləcəyi hər hansı rejimin üstünlüyünü, imtiyazı və ya güzəşti şamil etmək öhdəliyi kimi təfsir edilmir:
a. Razılığa gələn Tərəflərdən hər birinin üzv olduğu və ya gələcəkdə üzv ola biləcəyi sərbəst ticarət zonasında, gömrük və ya iqtisadi ittifaqda və ya hər hansı bir oxşar regional iqtisadi inteqrasiyada iştirakı ilə bağlı;
b. ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş və ya vergitutma məsələlərinə dair digər razılaşma. Maddə 4
Ekspropriasiya
1. Bir Razılığa gələn Tərəfin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayələri digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq müəyyən olunan qaydalara riayət etmək şərtilə ictimai maraqlar naminə ayrı-seçkilik xarakteri daşımayan və icra olunmasından sonra sürətli, adekvat və səmərəli kompensasiyanın ödənilməsini nəzərdə tutan ekspropriasiyanın həyata keçirilməsi halları istisna olmaqla, ekspropriasiya və ya milliləşdirmənin nəticələrinə bərabər xxxx (bundan sonra “ekspropriasiya” adlanan) ekspropriasiyaya, milliləşdirməyə və ya hər hansı məcburi müsadirə hallarına məruz qala bilməz.
2. Bu maddənin 1-ci bəndində göstərilən kompensasiya, bilavasitə ekspropriasiyadan əvvəlki tarixdə və ya bilavasitə qarşıda xxxxx ekspropriasiyanın ictimai şəkildə məlum olduğu vaxtdan əvvəlki tarixdə, hansı daha tez baş verərsə, ekspropriasiya olunan sərmayələrin bazar qiymətinə uyğun olmalıdır. Kompensasiya sərbəst dönərli valyutada, gecikdirilmədən və hazırkı Sazişin 6-cı maddəsinə uyğun olaraq bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə sərbəst köçürülür. Kompensasiyanın miqdarına ekspropriasiya tarixindən faktiki ödəniş tarixinə qədər bazar əsasında müəyyənləşən kommersiya dərəcəsi üzrə faiz daxil edilir, xxxxx bu, ABŞ dolları ilə altı aylıq kreditin LİBOR dərəcəsindən az olmamaq şərtilə ödənilir.
Maddə 5
Zərərin ödənilməsi
Bir Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayələri sonuncu Razılığa gələn Tərəfin dövlətinin ərazisində baş verən müharibə, mülki çaxnaşmalar və ya digər oxşar vəziyyət nəticəsində ziyan çəkirsə, sonuncu Razılığa gələn Tərəf onlara münasibətdə restitusiya, əvəzin ödənilməsi, kompensasiya və ya hər hansı başqa ödənişlərlə bağlı rejim tətbiq edir və bu, sonuncu Razılığa gələn Tərəfin belə zərərlə bağlı öz sərmayəçilərinə və ya hər hansı üçüncü dövlətin sərmayəçilərinə münasibətdə tətbiq etdiyi rejimdən az əlverişli olmayacaqdır.
Maddə 6
Ödəmələrin köçürülməsi
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin sərmayəçilərinə ərazisində sərmayə qoyuluşu həyata keçirilən Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq bütün vergilərin ödənilməsindən və digər öhdəliklərin yerinə yetirilməsindən sonra sərmayələri ilə bağlı xaricə ödəmələrin sərbəst köçürülməsinə təminat verir, o cümlədən xxxxx bununla məhdudlaşmayaraq:
a. gəlirlər;
b. borcların və kreditlərin tam və faizlərinin ödənilməsi məqsədi ilə hər iki Razılığa gələn Tərəfin sərmayə kimi qəbul etdiyi vəsaitlər;
x. xxxxxxxxxx qismən və ya tam ləğvindən və ya satışından əldə edilən vəsaitlər;
d. hazırkı Sazişin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan kompensasiyalar, ödəmələr və ya digər növ tənzimləmələr;
e. bir Razılığa gələn Tərəfin dövlətinin ərazisinə qoyulan sərmayələrlə əlaqədar olaraq digər Razılığa gələn Tərəfin işləmək hüququ verilən sərmayədarların və ya vətəndaşlarının əldə etdikləri əməkhaqları və digər mükafatları.
2. Bu maddənin 1-ci bəndində göstərilən ödəmələrin köçürülməsi heç bir gecikdirmə olmadan sərbəst dönərli valyutada və köçürmə günü tətbiq edilən məzənnədə, sərmayə həyata keçirilən Razılığa gələn Tərəfin dövlətinin ərazisində valyuta tənzimlənməsi haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Maddə 7
Subroqasiya
Razılığa gələn Tərəf və ya onun səlahiyyətli qurumu digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayənin qeyri-kommersiya risklərinə görə verilən zəmanət əsasında öz dövlətinin sərmayəçisinə ödəniş həyata keçirərsə, subroqasiya əsasında sərmayəçinin özünün edə bildiyi qədər sərmayəçinin hüququnu həyata keçirə bilər. Bu cür hüquqlar ərazisində sərmayələr qoyulmuş Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 8
Razılığa gələn Tərəflə digər Razılığa gələn
Tərəfin dövlətinin sərmayəçisi arasında mübahisələrin həlli
1. Bir Razılığa gələn Tərəf ilə digər Razılığa gələn Tərəfin sərmayəçisi arasında həmin sərmayəçinin birinci Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayəsi ilə bağlı yaranan mübahisələr, o cümlədən, xxxxx bununla məhdudlaşmayaraq, hazırkı Sazişin 4-cü və 5-ci maddələrinə uyğun olaraq kompensasiyanın ödənilməsinin həcmi və şərtləri və ya 6-cı maddədə nəzərdə tutulan ödəmələrin köçürülməsi ilə bağlı mübahisələr mümkün olduqca danışıqlar yolu ilə həll edilir.
2. Əgər danışıqlar nəticəsində mübahisənin tənzimlənməsi ilə əlaqədar yazılı müraciət verildiyi tarixdən keçən 6 ay müddətində mübahisə həll edilməzsə, sərmayəçinin öz seçiminə əsasən mübahisənin həlli baxılması üçün aşağıda sadalanan mübahisələrin həlli üzrə qurumlardan birinə verilə bilər:
a. dövlətinin ərazisində sərmayə qoyulmuş Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinə; və ya
b. 1965-ci il 18 mart tarixində Vaşinqtonda imzalanma üçün açıq elan edilmiş dövlətlər və digər dövlətlərin fiziki və hüquqi şəxsləri arasında sərmayəyə aid mübahisələrin həlli üzrə Konvensiyaya uyğun olaraq təsis edilmiş Sərmayə Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə (SMHBM) (o şərtlə ki, həmin Konvensiya hər bir Razılığa gələn Tərəf üçün qüvvədə olsun) və ya sərmayəyə aid mübahisələrin həlli üzrə Beynəlxalq Mərkəzin Əlavə Qaydalarına uyğun olaraq (əgər həmin Konvensiya hər iki Razılığa gələn Tərəf və ya bir Razılığa gələn Tərəf üçün qüvvəyə minməmişdirsə); və ya
c. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının ("UNCITRAL") Arbitraj Qaydalarına müvafiq olaraq təsis edilmiş “ad hoc” arbitraj məhkəməsinə.
3. Hazırkı Sazişə uyğun olaraq mübahisənin həlli ilə bağlı arbitraj məhkəməsinin qərarı hər iki mübahisə tərəfi üçün sonuncu və məcburi olacaqdır. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin qanunvericiliyinə uyğun olaraq bu cür qərarın həyata keçirilməsini təmin etməyi öhdəsinə götürür.
Maddə 9
Razılığa gələn Tərəflər arasında mübahisələrin həlli
1. Razılığa gələn Tərəflər arasında hazırkı Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr, mümkün olduqca, danışıqlar yolu ilə həll edilir.
Mübahisə Razılığa gələn Tərəflərdən birinin danışıqların başlaması ilə bağlı digər Razılığa gələn Tərəfin yazılı müraciətini almasından sonrakı altı ay ərzində həll edilmədiyi təqdirdə, Razılığa gələn Tərəflərdən birinin müraciəti əsasında arbitraj məhkəməsinə verilir.
2. Arbitraj məhkəməsi hər bir fərdi mübahisə üzrə Razılığa gələn Tərəflərdən hər birinin arbitraj haqqında bildirişi aldığı tarixdən etibarən iki ay ərzində arbitraj məhkəməsinin bir üzvünü təyin etməsi ilə təşkil olunur. Bundan sonra məhkəmənin bu iki üzvü hər iki Razılığa gələn Tərəfin razılığı əsasında arbitraj məhkəməsinin digər iki üzvündən sonuncusunun təyin olunduğu tarixdən sonrakı dörd ay ərzində məhkəmənin sədri olacaq üçüncü dövlətin vətəndaşını seçirlər.
3. Əgər hazırkı maddənin 2-ci bəndində göstərilən müddətlər ərzində zəruri təyinatlar həyata keçirilməzsə, Razılığa gələn Tərəflər arasında başqa razılıq əldə olunmadığı təqdirdə, istənilən Razılığa gələn Tərəf bu cür təyinatların həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinin (bundan sonra - Beynəlxalq Məhkəmə) sədrinə müraciət edə bilər. Əgər Beynəlxalq Məhkəmənin sədri hər hansı Razılığa gələn Tərəfin vətəndaşıdırsa və ya hər hansı digər səbəbdən göstərilən müraciəti yerinə yetirə bilmirsə, zəruri təyinatların həyata keçirilməsi Beynəlxalq Məhkəmənin sədrinin müavininə təklif edilir. Həmçinin əgər Beynəlxalq Məhkəmənin sədrinin müavini hər hansı Razılığa gələn Tərəfin vətəndaşıdırsa və ya hər hansı digər səbəbdən göstərilən müraciəti yerinə yetirə bilmirsə, zəruri təyinatların həyata keçirilməsi Beynəlxalq Məhkəmənin rütbəcə ondan sonra gələn, heç bir Razılığa gələn Tərəfin vətəndaşı olmayan və bu funksiyanı yerinə yetirməsinə maneə kimi digər səbəblərin mövcud olmadığı üzvünə təklif olunur.
4. Arbitraj məhkəməsi öz qərarını səs çoxluğu ilə qəbul edir. Bu cür qərar Razılığa gələn Tərəflər üçün yekun və məcburi xarakter daşıyır. Hər bir Razılığa gələn Tərəf özünün təyin etdiyi arbitraj məhkəməsi üzvünün və özünün məhkəmə prosesində təmsil edilməsi xərclərini ödəyir. Arbitraj məhkəməsi sədrinin fəaliyyəti ilə bağlı xərclərin, həmçinin digər xərclərin ödənilməsini Razılığa gələn Tərəflər bərabər şəkildə öz üzərinə götürürlər.
Bununla belə, arbitraj məhkəməsi öz qərarında bir Razılığa gələn Tərəfin xərclərin xxx hissəsini ödəyəcəyini nəzərdə tuta bilər və bu cür qərar hər iki Razılığa gələn Tərəf üçün məcburidir. Arbitraj məhkəməsi öz işini sərbəst qaydada müəyyən edir.
Maddə 10
Digər qaydaların tətbiqi
Əgər hər hansı bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinin və ya Azərbaycan Respublikası ilə Rusiya Federasiyasına münasibətdə qüvvədə xxxx beynəlxalq müqavilələrin müddəaları digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə münasibətdə hazırkı Saziş əsasında tətbiq ediləcək rejimdən daha əlverişli rejim təklif edirsə, bu Sazişin 3-cü maddəsinin 3-cü bəndi nəzərə alınmaqla, həmin müddəalar sərmayəçi üçün daha əlverişli şərtləri təmin edən hissədə tətbiq ediləcəkdir.
Maddə 11
Məsləhətləşmələr
Razılığa gələn Tərəflər onlardan hər hansı birinin xahişi ilə, hazırkı Sazişin təfsiri və ya tətbiqinə dair yaranan suallar ilə bağlı məsləhətləşmələr keçirirlər.
Maddə 12
Sazişin tətbiqi
Hazırkı Xxxxxxx müddəaları hər hansı Razılığa gələn Tərəfin dövlətinin sərmayəçiləri tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sonuncunun milli qanunvericiliyinə uyğun olaraq 1 yanvar 1992-ci il tarixindən başlayaraq qoyulan bütün sərmayələrə şamil edilir, xxxxx hazırkı Sazişin qüvvəyə minməsindən əvvəl sərmayələrlə bağlı yaranmış istənilən mübahisəyə və ya hazırkı Sazişin qüvvəyə minməsindən əvvəl həll olunmuş istənilən iddiaya şamil xxxxxxx.
Maddə 13
Sazişin qüvvəyə minməsi və qüvvədə qalması
1. Hazırkı Saziş diplomatik kanallar vasitəsilə Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Hazırkı Xxxxx on il müddətinə qüvvədə qalır. Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfə müvafiq müddətin bitməsinə ən azı on iki ay qalmış hazırkı Sazişi ləğv etmək niyyəti barədə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, onun qüvvəsi bu müddətin başa çatmasından sonra avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
3. Hazırkı Sazişə Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında əlavə və dəyişikliklər edilə bilər. İstənilən əlavə və dəyişiklik bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfə bu cür əlavə və dəyişikliklərin qüvvəyə minməsi üçün zəruri xxxx bütün dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə yazılı bildiriş göndərməsindən sonra qüvvəyə minir.
4. Hazırkı Sazişə xitam verilməsi tarixindən əvvəl qoyulmuş və onun əhatə etdiyi sərmayələrə münasibətdə hazırkı Xxxxxxx bütün digər maddələrinin müddəaları ona xitam verilməsindən sonrakı 10 il müddətində qüvvədə qalır.
Bu Saziş Həştərxan şəhərində 29 sentyabr 2014-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Rusiya Federasiyası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 2014-cü il sentyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin. [1]
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il
№ 358
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin
yaradılması haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq münasibətlərini nəzərə alaraq,
Ümumrusiya Sərgi Mərkəzi əsasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı xxxx dövlətlərin daimi fəaliyyət göstərən sərgilərinin yaradılması haqqında Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2002-ci il 7 oktyabr tarixli Qərarına və bu məqsədlər üçün müvafiq müqavilə-hüquq bazasının yaradılmasının zəruriliyinin nəzərə alınmasına əsaslanaraq,
qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, mədəni, xxxx və təhsil əlaqələrinin inkişafı maraqları ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin məqsədi Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılmasıdır.
Maddə 2
Rusiya Tərəfi Moskva şəhərində, Mir prospekti, ev 119, xxxxxx 71 ünvanında yerləşən, ümumi sahəsi 3128.4 kv.x. xxxx, federal əhəmiyyətli mədəni irs “Atom Enerjisi” pavilyonunun (bundan sonra - obyekt), (daşınmaz əmlaka və onunla bağlı sözləşmələrə dair hüquqların vahid dövlət reyestrində 2014-cü il 24 yanvar tarixli 77-77- 12/003/2014-268 nömrəli qeydiyyat) icarə haqqı ildə 1 (bir) Rusiya rublu olmaqla və “Atom Enerjisi” pavilyonunun yerləşdiyi torpaq sahəsinin bir hissəsini (bundan sonra - torpaq sahəsi), (kadastr nömrəsi 77:02:0018011:354) 50 (əlli) il müddətinə, icarə haqqı ildə 1 (bir) Rusiya rublu olmaqla, Azərbaycan Tərəfinə icarəyə verir.
Maddə 3
Tərəflərin bu Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanları aşağıdakılardır: Azərbaycan tərəfindən - İqtisadiyyat və Sənaye Nazirliyi;
Rusiya tərəfindən - Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik.
Tərəflər öz səlahiyyətli orqanlarının dəyişilməsi barədə bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 4
Bu Sazişin qüvvəyə mindiyi tarixdən 3 ay ərzində Tərəflərin səlahiyyətli orqanları, Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq, bu Sazişin 2-ci maddəsində nəzərdə tutulan şərtlər əsasında obyektin və torpaq sahəsinin icarə müqavilələrini bağlayacaqlar.
Bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq, bu Sazişin müddəti uzadıldığı təqdirdə, Tərəflərin səlahiyyətli təşkilatlan bu Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş şərtlər əsasında növbəti 50 illik müddətə yeni icarə müqavilələri bağlayırlar.
Maddə 5
Rusiya Tərəfi obyektin və torpaq sahəsinin borclardan, üçüncü şəxslərin hüquqlarından azad olduğuna, girov qoyulmadığına və onların bu Sazişlə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsinə heç bir maneənin olmadığına zəmanət verir.
Maddə 6
Obyekt və torpaq sahəsindən yalnız bu Sazişin 1-ci maddəsində nəzərdə tutulan məqsəd üçün sərgi-ticarət fəaliyyətinin həyata keçirilməsi, mədəni tədbirlərin təşkili və milli mətbəx restoranının (kafenin) açılması vasitəsilə istifadə olunur.
Sərgi-ticarət fəaliyyətinin həyata keçirilməsi, mədəni tədbirlərin təşkili və milli mətbəx restoranının (kafenin) açılması şərtləri bu Sazişin 4-cü maddəsində nəzərdə tutulan obyektin və torpaq sahəsinin icarə müqavilələri ilə müəyyən edilir.
Maddə 7
Torpaqdan istifadə və şəhərsalma fəaliyyəti ilə bağlı obyektin qorunması, istifadəsi və dövlət qorunması sahəsində münasibətlər Rusiya Federasiyasının torpaq qanunvericiliyi, şəhərsalma və memarlıq fəaliyyəti barədə Rusiya Federasiyasının qanunvericiliyi, ətraf mühitin mühafizəsi barədə Rusiya Federasiyasının qanunvericiliyi, həmçinin Rusiya Federasiyası xalqlarının mədəni irs obyektlərinin (mədəniyyət və tarixi abidələrin) qorunması, istifadəsi, yayılması və dövlət qorunması sahəsində Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 8
Əsaslı təmir, təmir və bərpa işləri, obyektin istismarı və torpaq sahəsinin saxlanılması, həmçinin istismar məsuliyyəti hüdudlarında yerləşən mühəndis kommunikasiyalarının saxlanılması və bütün təmir növləri bu Sazişin 4-cü maddəsində nəzərdə tutulan icarə müqavilələrinə uyğun olaraq obyektin və torpaq sahəsinin icarəyə verildiyi gündən Azərbaycan Tərəfinin hesabına aparılır.
Maddə 9
Bu Sazişin həyata keçirilməsi zamanı yaranan mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələrin və danışıqların aparılması yolu ilə həll ediləcəkdir.
Maddə 10
Bu Sazişə Tərəflərin razılığı ilə Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.
Maddə 11
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 50 il müddətinə bağlanılır və əgər Tərəflərdən heç biri növbəti müddətin bitməsinə ən azı bir il qalmış bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı şəkildə məlumat verməsə, bu Saziş avtomatik olaraq növbəti eyni müddətlərə uzadılır.
Obyektin və torpaq sahəsinin icarə müqavilələrinin vaxtından əvvəl dayandırıldığı və ya ləğv edildiyi təqdirdə, bu Saziş qüvvədən düşür.
Bakı şəhərində 2014-cü il 15 sentyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Rusiya Federasiyası Hökuməti adından (imza) |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası)
buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” 2013-cü il avqustun 13- də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il
№ 719-IVQ
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan- Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya
Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərinin gələcək inkişafını təşviq edərək,
iki dövlət arasında qarşılıqlı mübadilə və ticarət-iqtisadi əlaqələrin inkişafı üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə,
etibarlı və ilboyu sabit nəqliyyat əlaqələrinin təmin və inkişaf etdirilməsinin zəruriliyindən çıxış edərək, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşları arasında tarixən formalaşmış etnik,
qohumluq, mədəniyyət, humanitar və təsərrüfat əlaqələrinin saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq,
avtomobil körpüsünün tikintisinin Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Hazırkı Saziş AH 8 (Finlandiya sərhədi - Torfyanovka - Vıborq - Sankt- Peterburq - Moskva - Tambov - Borisoqlcbsk - Volqoqrad - Həştərxan - Xasavyurt - Mahaçkala - Samur - Sumqayıt - Bakı - Ələt - Biləsuvar - Astara - Rəşt - Qəzvin - Tehran - Saveh - Əhvaz - Bəndər-Emam) avtomagistralı sahəsində, Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası)- “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində, Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi məqsədi ilə bağlanılır.
Maddə 2
Bu Sazişin məqsədləri üçün tətbiq olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
“avtomobil körpüsünün tikintisi” - “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və onun giriş yollarının layihələndirilməsi və tikintisidir;
“avtomobil körpüsü” - avtomobil yolunun tərkibinə daxil xxxx xxx qurğusudur;
“giriş yolu"’ - avtomobil nəqliyyatının hərəkəti üçün nəzərdə tutulmuş və mövcud avtomobil yollarını avtomobil körpüsü ilə birləşdirən yol qurğuları ilə birlikdə avtomobil yolunun bir sahəsidir;
“qapalı tikinti zonası" - Samur çayının akvatoriyası da daxil olmaqla, hüdudlarında avtomobil körpüsünün tikintisinin həyata keçirildiyi, Tərəflərdən hər birinin dövlətinin ərazisində hasarlanmış sahədir;
“işçi heyət” - qapalı tikinti zonasının hüdudlarında avtomobil körpüsünün tikintisində iştirak edən şəxslərdir.
Maddə 3
1. Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları yerinə yetirirlər:
Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi; Rusiya tərəfindən - Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi.
2. Hazırkı Sazişin müddəalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh xxxx orqanlar aşağıdakılardır: Azərbaycan tərəfindən:
maliyyələşdirmə və Azərbaycan Respublikasının ərazisində avtomobil körpüsünün və onun giriş yollarının tikintisi işlərinin aparılması üzrə - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti;
Azərbaycan Respublikasının ərazisində avtomobil buraxılış məntəqəsinin infrastrukturunun inkişaf etdirilməsi üzrə - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti; qapalı tikinti zonasına giriş, bu qapalı zonada qalma və oradan çıxış qaydaları ilə əlaqədar məsələlər üzrə -
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi; Rusiya tərəfindən:
maliyyələşdirmə və Rusiya Federasiyasının ərazisində avtomobil körpüsünün və onun giriş yollarının tikintisi işlərinin aparılması üzrə - Federal Yol Agentliyi;
Rusiya Federasiyasının ərazisində avtomobil buraxılış məntəqəsinin infrastrukturunun inkişaf etdirilməsi üzrə - Rusiya Federasiyasının Dövlət Sərhədinin Abadlaşdırılması üzrə Federal Agentliyi;
qapalı tikinti zonasına giriş, bu qapalı zonada qalma və oradan çıxış qaydaları ilə əlaqədar məsələlər üzrə - Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Federal Gömrük Xidməti.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilmiş adların və funksiyaların dəyişdirilməsi, eləcə də göstərilmiş məsələlərin Tərəflərin digər orqanlarının səlahiyyətlərinə ötürülməsi halında Tərəflər gecikdirmədən bir-birlərini yazılı şəkildə diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 4
Avtomobil körpüsünün layihələndirilməsi və tikintisi bu Sazişə və göstərilən işlərin yerinə yetirildiyi Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 5
Tərəflər layihə və axtarış işlərinin və avtomobil körpüsünün tikintisinin aparılmasını birgə həyata keçirirlər. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazilərində avtomobil körpüsünün tikintisi ilə əlaqədar bütün xərcləri, o cümlədən maddi-texniki resursların cəlb edilməsi üçün layihə-axtarış işlərinin
aparılması xərclərini Tərəflər bərabər paylarla ödəyirlər.
Avtomobil körpüsünün giriş yollarının, köməkçi obyektlərin və qurğuların tikintisini hər bir Tərəf öz dövlətinin ərazisində müstəqil həyata keçirir və avtomobil körpüsünün tikintisinin tamamlanması ilə eyni zamanda başa çatdırır.
Maddə 6
Avtomobil körpüsünün layihələndirilməsi və tikintisi üçün Tərəflər aidiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə birgə İşçi Qrupu yaradırlar.
İşçi Qrupu axtarış və layihələndirmə işlərinin əsasında aşağıdakıları müəyyən edir: avtomobil körpüsünün yerini;
“Samur”' (Azərbaycan Respublikası) buraxılış məntəqəsindən “Yaraq- Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqəsinə qədər nəqliyyat infrastrukturunun təmin edilməsi üçün zəruri xxxx mühəndis qurğularının tərkibini;
avtomobil körpüsünün, onun giriş yollarının, köməkçi obyektlərin və qurğuların tikintisi üçün zəruri xxxx mühəndis qurğularının tərkibini;
Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin dislokasiya yerlərini;
razılaşdırılmış layihə sənədləşməsinə uyğun olaraq avtomobil körpüsünün tikintisinin paylar üzrə maliyyələşdirilmə mənbələrini.
Maddə 7
Avtomobil körpüsünün tikintisi Azərbaycan-Rusiya dövlət sərhədi xəttinin vəziyyətinin dəyişdirilməsi məqsədi ilə Samur çayının su axınının istiqamətini və həcmini, yaxud onun yatağını və xxxxx xəttini dəyişdirməməli, həmçinin göstərilən ərazidə ekoloji və digər təhlükəsizliyə zərər vurmamalıdır.
Maddə 8
Bu Sazişin həyata keçirilməsi məqsədi ilə avtomobil körpüsünün tikintisi dövründə Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları qapalı tikinti zonasının sərhədlərini müəyyən edirlər.
Qapalı tikinti zonasının ərazisinin sərhədləri müvafiq tanınma nişanları ilə təchiz olunur.
Qapalı tikinti zonasına giriş (orada qalma, çıxış) qaydaları Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Federal Gömrük Xxxxxxx ilə birgə müəyyən edilir.
Qapalı tikinti zonasından işçi heyətin çıxışı yalnız bu zonaya girişin yerinə yetirildiyi Tərəfin dövlətinin ərazisinə həyata keçirilir.
Qapalı tikinti zonasının hüdudlarında işçi heyətinin və nəqliyyat vasitələrinin hərəkətini, tikinti və digər materialların, avadanlıq və texniki vasitələrin yerdəyişməsini Tərəflər Azərbaycan-Rusiya dövlət sərhədinin keçilməsi kimi qəbul etmirlər.
Qapalı tikinti zonası Tərəflərin dövlətlərinin sərhəd və gömrük orqanlarının nəzarəti altında olur.
Qapalı tikinti zonasına işçi heyətinin, texnika, avadanlıq və materialların buraxılması, Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının yazılı şəkildə mübadilə etdikləri siyahılara (cədvəllərə) uyğun həyata keçirilir.
Maddə 9
Avtomobil körpüsünün tikintisinə başlamazdan əvvəl, zərurət olduqda isə körpünün tikintisi dövründə do Tərəflərin dövlətlərinin sərhəd və gömrük orqanları qapalı tikinti zonasına işçi heyətin girişi (orada qalması, çıxışı), göstərilən zonaya tikinti və digər materialların, avadanlıq və texniki vasitələrin daşınması (çıxarılması) ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi məqsədi ilə məsləhətləşmələr aparırlar.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətini və Federal Gömrük Xidmətini, Rusiya Federasiyasının Federal Yol Agentliyi isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini və Dövlət Gömrük Komitəsini qarşıda xxxxx işlərin yerinə yetirilməsi müddəti, işçi heyətinin sayı, onun qapalı tikinti zonasına girişi (orada qalması, çıxışı), həmçinin istehsalat-texniki və sanitar-məişət otaqlarının tikintisi üçün zəruri avadanlıq, nəqliyyat və texniki vasitələr, tikinti və digər materiallar barədə yazılı şəkildə məlumatlandırır.
Maddə 10
Avtomobil körpüsünün tikintisi dövründə işçi heyətinə zəruri rabitə vasitələrindən istifadə etməyə icazə verilir.
Səyyar rabitə vasitələrinin növü, sayı, modeli, işçi tezlikləri və çağırışları, bu vasitələrdən istifadə etməyə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ilə razılaşdırılır.
Maddə 11
Tərəflərdən hər biri öz dövlətinin ərazisində qapalı tikinti zonası hüdudlarında işlərin aparılması zamanı işçi heyətinin fərdi təhlükəsizliyini, həmçinin yol işlərinin yerinə yetirilməsi ilə bağlı əmlak və sənədlərin qorunmasını təmin edir.
Bu Sazişin həyata keçirilməsi ilə bağlı yol işlərinin aparılması zamanı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti və Rusiya Federasiyasının Federal Yol Agentliyi vətəndaşların əmlakına və ətraf mühitə zərər vurulmasına yol verilməməsi üçün zəruri ehtiyat tədbirləri görürlər.
Maddə 12
Qapalı tikinti zonasına tikinti və digər materialların, eləcə də avadanlıq, nəqliyyat və texniki vasitələrin daşınması qaydaları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən Rusiya Federasiyasının Federal Gömrük Xidməti və Federal Təhlükəsizlik Xidməti ilə birgə müəyyən edilir.
Avtomobil körpüsünün tikintisi zamanı sərf edilməmiş tikinti və digər materiallar, həmçinin qapalı tikinti zonasına gətirilmiş avadanlıq, nəqliyyat və texniki vasitələr qapalı tikinti zonasına gətirildiyi qaydada da qapalı tikinti zonasından çıxarılmalıdır.
Avtomobil körpüsünün tikintisinə cəlb edilmiş nəqliyyat və texniki vasitələr Tərəflərin dövlət sərhəd və gömrük orqanları ilə razılaşdırılmış qeydiyyat sənəd və siyahıları üzrə digər Tərəfin dövlətinin qapalı tikinti zonasına daxil olur, bu zonada qalır və geriyə qayıdır.
Göstərilən siyahılara nəqliyyat və texniki vasitələrin markası, tipi, dövlət qeydiyyat nişanı, pasport nömrəsi daxildir.
Avadanlıq və nəqliyyat vasitələri Tərəflərin dövlətlərinin bu Saziş üzrə fəaliyyətin əlaqələndirilməsini həyata keçirən səlahiyyətli orqanları, Tərəflərin dövlətlərinin dövlət sərhəd və gömrük orqanları ilə razılaşdırılmış tanınma nişanlarına malik olmalıdır.
Maddə 13
Tərəflər arasında bu Sazişin təfsiri, yaxud tətbiqi ilə bağlı yaranan mübahisəli məsələlər Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 14
Avtomobil körpüsünün istismarı, saxlanılması və ona xidmət göstərilməsi qaydalarının müəyyən edilməsi, həmçinin bununla bağlı əmlak münasibətlərinin tənzimlənməsi Tərəflər arasında ayrıca sazişin predmetidir.
Maddə 15
Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə onun ayrılmaz hissəsi xxxx və müvafiq Protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 16
Hazırkı Xxxxx, onun imzalanması tarixindən etibarən 30 gün sonra müvəqqəti tətbiq edilir və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə, bu Sazişin qüvvəsini ləğv edə bilər. Hazırkı Xxxxx digər Tərəfdən göndərilən bildirişin alındığı tarixdən etibarən 6 ay sonra qüvvəsini itirir.
Bu Saziş Bakı şəhərində, 13 avqust 2013-cü il tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Rusiya Federasiyası Hökuməti adından (imza) |
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il
№ 718-IVQ
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının 1944-cü il tarixli beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın iştirakçıları olduqlarını nəzərə alaraq,
Beynəlxalq Mülki Aviasiya Təşkilatının qonşu dövlətlərin axtarış-xilasetmə xidmətləri arasında əməkdaşlıqla bağlı standartlarını və məsləhət gördüyü təcrübəsini nəzərə alaraq,
fəlakətə məruz qalmış insanlar üçün təcili yardımın həyati əhəmiyyət daşıdığını dərk edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Hazırkı Sazişin məqsədləri üçün 1944-cü il tarixli beynəlxalq mülki aviasiya haqqında Konvensiyaya (bundan sonra “Konvensiya”) 12-ci əlavənin 1-ci fəslində göstərilən terminlər və anlayışlar, həmçinin Konvensiyaya 11-ci əlavənin 1-ci fəslində göstərilmiş mənanı daşıyan “uçuş məlumatı rayonu” termini tətbiq edilir.
Maddə 2
Axtarış və xilasetmə əməliyyatlarının təşkil edilməsi və həyata keçirilməsi hər bir Tərəfin dövlətinin qanunvericiliyinə və hazırkı Sazişə əsasən həyata keçirilir. Bu cür əməliyyatların təşkil edilməsi və həyata keçirilməsi üçün əsas kimi Konvensiyaya 12-ci əlavə və Beynəlxalq Dəniz Təşkilatı və Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq aviasiya, dəniz axtarışı və xilasetməsi üzrə təlimatları tətbiq edilir.
Hazırkı Saziş dənizdə axtarış və xilasetmə əməliyyatlarının təşkili və həyata keçirilməsi məsələlərini tənzimləmir.
Maddə 3
1. Tərəflər öz dövlətləri arasındakı dövlət sərhədlərini özlərinin axtarış və xilasetmə rayonlarının sərhədləri kimi hesab edirlər. Hazırkı Saziş Xəzər dənizinin akvatoriyasının sərhədlərə bölünməsi ilə bağlı Tərəflərin mövqeyinə toxunmur.
2. Hər bir Tərəf özünün axtarış və xilasetmə rayonunda 24 saat növbətçiliyi həyata keçirəcək aviasiya axtarışı və xilasetmə xidmətinin olmasını təmin edir.
3. Hazırkı Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:
– Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:
– Rusiya tərəfindən - Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi və ya Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada bu Nazirlik tərəfindən həyata keçirilən funksiyaları yerinə yetirən şəxs və ya qurum.
Tərəflər hazırkı Sazişin həyata keçirilməsi üzrə cavabdeh xxxx səlahiyyətli orqanlar ilə bağlı baş vermiş dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 4
Tərəflərin dövlətlərinin ərazisində, həmçinin qonşu uçuş məlumatı rayonlarında axtarış və xilasetmə üzrə tədbirlər hər bir Tərəfin dövlətinin qanunvericiliyinə əsasən həyata keçirilir.
Maddə 5
1. Tərəflərdən birinin aviasiya axtarışı və xilasetmə xidməti öz axtarış və xilasetmə rayonunda aviasiya hadisəsi və ya qəzası barədə məlumat aldıqda, təcili olaraq axtarış və xilasetmə üzrə bütün lazımi tədbirləri görür.
2. Tərəflərdən birinin aviasiya axtarışı və xilasetmə xidməti digər Tərəfin axtarış və xilasetmə rayonunda aviasiya hadisəsi və ya qəzası barədə məlumat aldıqda, təcili olaraq digər Tərəfin aviasiya axtarışı və xilasetmə xidmətini bu cür hadisə və ya qəza barəsində məlumatlandırır.
3. Bu maddənin 1-ci bəndində qeyd olunmuş vəziyyətdə xxxx Tərəflərdən birinin aviasiya axtarışı və xilasetmə xidməti üçün digər Tərəfin aviasiya axtarışı və xilasetmə xidmətinin köməyinə zərurət yarandığı halda, həmin Tərəf bu yardımı istəyə bilər. Bu halda yardım istəyən Tərəf digər Tərəfin axtarış-xilasetmə heyətinin və avadanlığının onun dövlətinin ərazisinə gecikmədən buraxılması üçün bütün tədbirləri görür. Daha sonrakı tədbirlər hər iki Tərəfin aviasiya axtarışı və xilasetmə xidmətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir.
4. Təhlükə altında xxxx şəxsə yardım həmin şəxsin vətəndaşlığından və ya hansı şəraitdə tapılmasından asılı olmayaraq göstərilir.
5. Hər bir Tərəf digər Tərəfi özünün axtarış və xilasetmə rayonunda həmin Tərəfin dövlətində qeydiyyatdan keçmiş hava gəmisinin iştirakı ilə baş vermiş hadisələr və görülmüş tədbirlər barəsində məlumatlandırmağı öz öhdəsinə götürür.
6. Hər bir Tərəf digər Tərəfin dövlətinin diplomatik nümayəndəlik və ya konsulluqları həmin Tərəfin sağ qalmış vətəndaşının xilas edilməsi və ya həlak olmuş vətəndaşının tapılması barəsində məlumatlandırır. Məlumat, mümkün olduğu qədər, soyad, ad, təvəllüd, ev ünvanı, şəxsiyyəti təsdiq edən sənədlərin rekvizitləri, həmçinin xilas edilmiş şəxsin sağlamlıq vəziyyəti və tapıldığı yer barəsində məlumat və ya həlak olmuş şəxslərin cəsədlərinin tapıldığı yer barəsində məlumatı özündə əks etdirməklə təcili olaraq ötürülür.
Maddə 6
1. Tərəflər öz dövlətlərinin səlahiyyətli orqanları arasında əməkdaşlığı möhkəmləndirirlər. Bu cür əməkdaşlıq ayrı-ayrılıqda axtarış və xilasetmə üzrə birgə təlimləri, beynəlxalq rabitə kanallarının müntəzəm olaraq yoxlanılmasını, axtarış və xilasetmə üzrə ekspertlərin qarşılıqlı səfərlərini, axtarış-xilasetmə məlumatlarını və təcrübə mübadiləsini ehtiva edir.
2. Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları öz aralarında hazırkı Sazişin həyata keçirilməsi məqsədi ilə əməkdaşlıq haqqında saziş işləyib hazırlayır və bağlayırlar.
3. Hazırkı Saziş çərçivəsində praktik əməkdaşlıq məsələlərinin baxılması və həlli üçün Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları növbə ilə öz dövlətlərinin ərazisində zərurət yarandıqca (xxxxx ildə bir dəfədən az olmamaq şərti ilə) görüşlər keçirirlər.
Maddə 7
1. Fəlakətə məruz qalmış və ya məruz qalan hava gəmisinə vaxtında yardım göstərilməsi üçün beynəlxalq fəlakət siqnalı, təcililik və xəbərdarlıq siqnallarından, axtarış-xilasetmə əməliyyatları zamanı tətbiq edilən siqnallardan istifadə edilir.
2. Axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə təyin olunmuş hava gəmilərinə quraşdırılmalı xxxx texniki avadanlığın siyahısı hər bir Tərəfin dövlətinin qəbul edilmiş qaydalarına əsasən müəyyən olunur.
Maddə 8
Hər bir Tərəf hazırkı Saziş çərçivəsində özünün axtarış və xilasetmə rayonunda axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi zamanı meydana çıxan xərcləri özü ödəyir.
Maddə 9
Hazırkı Xxxxx Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 10
Hazırkı Sazişin tətbiqi və ya təfsiri ilə bağlı Tərəflər arasında meydana çıxan hər hansı fikir ayrılığı Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında danışıqlar yolu ilə həll olunur. Səlahiyyətli orqanlar razılığa gələ bilmədikdə, bu mübahisə diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 11
Tərəflərin razılığı ilə hazırkı Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.
Maddə 12
Hazırkı Saziş və ona edilən hər hansı düzəliş Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyatdan keçməlidir.
Maddə 13
1. Hazırkı Xxxxx qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı gündən etibarən qüvvəyə minir.
2. Hər bir Tərəf istənilən vaxt digər Tərəfə hazırkı Sazişi ləğv etmək niyyəti barədə bildiriş göndərə bilər.
3. Hazırkı Xxxxx digər Tərəfin bu cür bildirişi aldığı tarixdən etibarən, Tərəflər bu müddətin bitməsinə qədər başqa şəkildə razılaşmadıqları təqdirdə, 12 ay sonra qüvvədən düşür.
Bakı şəhərində 13 avqust 2013-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Rusiya Federasiyası Hökuməti adından (imza) |
2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2013-cü il
№ 946
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə
tədbirlər haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin olunmasının vacibliyini qeyd edərək,
elektroenergetika sahəsində gələcək qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi marağından çıxış edərək,
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq haqqında 1995-ci il 7 oktyabr tarixli Sazişi nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işini təmin edən, o cümlədən aşağıdakıları nəzərdə tutan zəruri tədbirləri görür:
hər il Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikasının enerji sistemindən Rusiyanın Vahid enerji sisteminə və (və ya) Rusiyanın Vahid enerji sistemindən Azərbaycan Respublikasının enerji sisteminə ötürülməsi (verilməsi) üçün planlaşdırılan elektrik enerjisinin həcminin razılaşdırılması;
Tərəflərin dövlətlərinin enerji sistemlərinin dövlətlərarası elektrik verilişi xətlərinin tərkibinə daxil xxxx elektrik şəbəkə təsərrüfatı obyektlərinin və əks-qəza avtomatika vasitələrinin lazımi texniki vəziyyətinin və istismarının təmin edilməsi, o cümlədən Tərəflərin dövlətlərinin enerji sistemlərinin sistem avtomatikası vasitələrinin istismara verilməsi barədə razılaşdırılmış layihə qərarlarının həyata keçirilməsi;
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (Azərbaycan Respublikası) və "XXXXX XXX EES" Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) arasında bağlanmış müqavilələr (kontraktlar) üzrə faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun plan qiymətindən saatlıq kənarlaşmalarının həcminin alqı və satqısı;
Tərəflərin dövlətlərinin enerji sistemlərində qəza vəziyyətləri yarandıqda qarşılıqlı yardımın göstərilməsi;
Tərəflərin dövlətlərinin istehlakçılarının stabil elektrik enerjisi ilə təchizatı, habelə Tərəflərin qarşılıqlı razılığı ilə digər ölkələrə elektrik enerjisinin ötürülməsi (tranziti) üçün şərait yaratmaq məqsədi ilə mövcud və yeni tikilən elektroenergetika obyektlərinin inkişafı və istismarı üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
yüksüz su tullantıları hallarını istisna etmək məqsədi ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisi (gücü) tədarükünün həyata keçirilməsini, o cümlədən Tərəflərin dövlətlərinin qanunvericiliyinə zidd olmayan tədarük edilən elektrik enerjisinin (gücünün) qiymətinin teyin edilməsi prinsiplərini nəzərdə tutan qaydanın hazırlanması.
Maddə 2
Tərəflərin dövlətlərinin təsərrüfat subyektlərinə aşağıdakı müqavilələrin (kontraktların, texniki sazişlərin) bağlanmasında Tərəflər yardım edirlər:
"Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin olunması haqqında, o cümlədən faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun saatlıq kənarlaşmalarının buraxıla bilən həddinin plan qiymətindən 2013-cü il və sonrakı illər üçün ±35 MVt, saat həcmində təyin edilməsini nəzərdə tutan müqavilə"nin tərəfləri xxxx "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Vahid enerji sisteminin Federal şəbəkə kompaniyası" Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) (bundan sonra - "FSK EES" Açıq Səhmdar Cəmiyyəti), "Vahid enerji sisteminin Sistem operatoru" Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) (bundan sonra - "SO EES" Açıq Səhmdar Cəmiyyəti);
qəza vəziyyəti yarandığı təqdirdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisinin (gücünün) tədarükü barədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "XXXXX XXX EES" Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə;
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "FSK EES" Açıq Səhmdar Cəmiyyəti arasında saatlıq xxx axını həcmlərinin hesabı məqsədi ilə məlumat mübadiləsinin təşkili məsələləri də daxil olmaqla, dövlətlərarası elektrik verilişi xətləri ilə ötürülən elektrik enerjisinin (gücünün) uçotunun təşkili barədə saziş;
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "FSK EES" Açıq Səhmdar Cəmiyyəti arasında faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun plandan saatlıq kənarlaşmalarının təyin olunması və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "XXXXX XXX EES" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisinin (gücünün) alğı-satqı müqavilələri üzrə tədarük edilmiş elektrik enerjisinin həcminin bölüşdürülməsi qaydası haqqında saziş;
Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işi zamanı yaranan faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun plan qiymətindən saatlıq kənarlaşmalarının kompensasiyası üçün alğı-satqı müqavilələri;
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisinin (gücünün) tədarükü haqqında müqavilələr.
Maddə 3
Bu Sazişin yerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini və onun icrasına nəzarəti Tərəflərin dövlətlərinin aşağıdakı səlahiyyətli orqanları həyata keçirir:
Azərbaycan tərəfindən – Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi; Rusiya tərəfindən - Rusiya Federasiyasının Energetika Nazirliyi;
Bu Sazişin icrası üzrə müvəkkil təşkilatlar aşağıdakılardır:
Azərbaycan tərəfindən - "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti;
Rusiya tərəfindən - "XXXXX XXX EES" Açıq Səhmdar Cəmiyyəti, "FSK EES" Açıq Səhmdar Cəmiyyəti və "SO EES" Açıq Səhmdar Cəmiyyəti.
Öz səlahiyyətli orqanları və (və ya) müvəkkil təşkilatları əvəz edildiyi təqdirdə, Tərəflər bu barədə bir- birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 4
Tərəflərdən birinin bu Sazişlə nəzərdə tutulmuş öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən hallar, yaxud bu Sazişin müddəalarının tətbiqi və (və ya) təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları göstərilmiş halların, yaxud fikir ayrılığının aradan qaldırılması və bu Sazişin icrasının təmin edilməsi barədə qarşılıqlı məqbul qərarların qəbul edilməsi məqsədi ilə məsləhətləşmələr aparırlar.
Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında məsləhətləşmələr yolu ilə aradan qaldırıla bilməyən fikir ayrılığı Tərəflər arasında danışıqlar yolu ilə həll edilir.
Maddə 5
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz hissəsi xxxx, bu Sazişin 6-cı maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 6
Bu Saziş qeyri-müəyyən müddətə bağlanmışdır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Tərəflərdən hər biri Xxxxxxx qüvvədən düşməsi üçün nəzərdə tutulan tarixə ən azı 6 ay qalmış, xxxxx onun qüvvəyə mindiyi tarixdən isə ən azı 1 il sonra qarşı Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər.
Bu Sazişin qüvvədən düşməsi, bu Saziş çərçivəsində onun qüvvədə olduğu müddət ərzində Tərəflərin dövlətlərinin təsərrüfat subyektləri arasında bağlanmış müqavilələrlə (kontraktlarla) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə toxunmur.
Volqoqrad şəhərində 6 iyun 2013-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Rusiya Federasiyası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2013-cü il
№ 945
Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Sazişin məqsəd və prinsiplərini rəhbər tutaraq,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamənin müddəalarına əsaslanaraq,
beynəlxalq əməkdaşlığın iqtisadi inkişafın ən mühüm elementlərindən biri olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikasında və Volqoqrad vilayətində (Rusiya Federasiyası) yaşayan xalqların münasibətlərində etibarlılıq ənənələrini nəzərə alaraq,
Azərbaycan Respublikası və Volqoqrad vilayəti (Rusiya Federasiyası) ərazisində yerləşən müəssisə və təşkilatlar arasında əməkdaşlığı təşviq etmək niyyətindən çıxış edərək,
Azərbaycan Respublikası və Volqoqrad vilayəti (Rusiya Federasiyası) ərazisində qeydiyyata alınmış və təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq təsərrüfat subyektləri (bundan sonra - təsərrüfat subyektləri) arasında ikitərəfli ticarət-iqtisadi, xxxx-texniki və mədəni əlaqələrin, həmçinin istehsalat və texnoloji əlaqələrin genişləndirilməsində qarşılıqlı marağı nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Saziş çərçivəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə və Azərbaycan Respublikasının və Rusiya Federasiyasının iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq əməkdaşlığı həyata keçirirlər.
Maddə 2
Tərəflər qarşılıqlı fayda, könüllülük, qarşılıqlı anlaşma, hörmət və etibarlılıq prinsipləri əsasında uzunmüddətli və hərtərəfli ticarət-iqtisadi, xxxx-texniki və mədəni əlaqələri inkişaf etdirirlər.
Maddə 3
Tərəflər öz səlahiyyətləri çərçivəsində əlverişli şəraitin yaradılmasına yardım edirlər: məhsulların qarşılıqlı tədarükünün həyata keçirilməsi və xidmətlər göstərilməsi üçün;
Azərbaycan Respublikası və Volqoqrad vilayəti (Rusiya Federasiyası) arasında sahibkarlıq, birbaşa istehsalat əlaqələri, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün;
qarşılıqlı maraq kəsb edən digər əməkdaşlıq sahələrində.
Maddə 4
Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası və Volqoqrad vilayəti (Rusiya Federasiyası) arasında sənaye-innovasiya sahəsində inkişaf, müasir texnologiyaların tətbiqi, mədəniyyət, təhsil, səhiyyə, idman, turizm və digər fəaliyyət sahələrində əməkdaşlığın inkişafına yardım edirlər, humanitar və məlumat mübadiləsinə kömək göstərirlər, o cümlədən:
mədəniyyət, səhiyyə, təhsil, turizm müəssisələri, ictimai təşkilatlar arasında uzunmüddətli əlaqələrin qurulması;
bayram və istirahət məqsədli tədbirlərin, müsabiqələrin və festivalların, Azərbaycan Respublikasının və Volqoqrad vilayətinin (Rusiya Federasiyası) turizm zonalarında əhalinin turist səfərlərinin, idman turnirləri və yarışlarının təşkili;
təhsil müəssisələrinin və mədəniyyət təşkilatlarının müəllimləri üçün ixtisasartırma kurslarının təşkili; mədəni irs obyektlərinin qorunması, istifadəsi, tanınması və dövlət mühafizəsi sahəsində təcrübə
mübadiləsi;
inteqrasiya edilmiş informasiya resurslarının, kitabxanaların, muzeylərin yaradılması;
səhiyyə sisteminin, tibb elminin inkişafı, tibbi yardımın göstərilməsi və əhalinin sağlamlığının qorunması ilə bağlı aktual problemləri əhatə edən birgə xxxx-praktik konfransların keçirilməsi;
əhalinin müxtəlif kateqoriyalarına sosial xidmətlərin göstərilməsi və ayrı-ayrı vətəndaş kateqoriyalarına dövlət dəstəyi ilə bağlı tədbirlər sisteminin təşkili məsələləri üzrə məlumat mübadiləsi.
Maddə 5
Tərəflər arasında birbaşa tərəfdaşlıq münasibətlərinin daha səmərəli inkişafı, bu Sazişdə nəzərdə tutulmuş istiqamətlər üzrə əməkdaşlığın konkret formalarının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının və Volqoqrad vilayətinin (Rusiya Federasiyası) səlahiyyətli dövlət hakimiyyəti orqanları və təsərrüfat subyektləri öz səlahiyyətləri çərçivəsində, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq öz aralarında birbaşa əlaqələr yaradırlar.
Tərəflər öz səlahiyyətləri çərçivəsində təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində rəsmi nümayəndə heyətlərinin və mütəxəssislərin mübadiləsini həyata keçirirlər.
Maddə 6
Ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq təsərrüfat subyektlərinin bağladıqları müqavilələr (kontraktlar) əsasında həyata keçirilir. Müqavilə (kontrakt) şərtlərinin yerinə yetirilməsi ilə bağlı məsuliyyəti, müqavilələri bağlamış təsərrüfat subyektləri daşıyırlar.
Maddə 7
Tərəflər təsərrüfat subyektlərinin birgə investisiya layihələrinin həyata keçirilməsinə yardım edirlər.
Maddə 8
Tərəflər Azərbaycan Respublikası və Volqoqrad vilayəti (Rusiya Federasiyası) arasında nəqliyyat əlaqələrinin inkişafına kömək edirlər.
Maddə 9
Tərəflər bu Sazişin həyata keçirilməsinə aidiyyəti xxxx iqtisadi, hüquqi, xxxx-texniki və digər məlumatın, habelə qanunvericilik aktları mətnlərinin qarşılıqlı mübadiləsini təmin edirlər.
Tərəflər ticarət iqtisadi münasibətlərin müxtəlif istiqamətləri, xammala, komplektləşdiricilərə, hazır məhsullara tələbat və maddi vəsaitlərin tədarükü imkanları üzrə məlumat mübadiləsini aparır, habelə Azərbaycan Respublikası və Volqoqrad vilayəti (Rusiya Federasiyası) ərazisində yerləşən müəssisə və təşkilatların Tərəflərin təşkil etdiyi yarmarka, sərgi, hərrac və təqdimatlarda iştirakı üçün şərait yaradırlar.
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərində bu Sazişin icra edilməsinə təsir göstərə biləcək dəyişikliklər barədə bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər.
Tərəflər bu maddəyə müvafiq olaraq eldə edilmiş məlumat üçüncü tərəfə yalnız bu məlumatı təqdim etmiş Tərəfin ilkin yazılı razılığı əsasında ötürə bilərlər.
Bu Sazişdə heç bir şey Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən dövlət və kommersiya sirri təşkil edən məlumat mübadiləsinin həyata keçirilməsinə Tərəflər üçün məcburiyyət yaratmır.
Maddə 10
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər onları məsləhətləşmələr və danışıqlar yolu ilə həll edəcəklər.
Maddə 11
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığına əsasən onun ayrılmaz hissəsi xxxx və bu Sazişin 12-ci maddəsində müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 12
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili proseduralarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Tərəflərdən hər biri digər Tərəfə yazılı bildiriş göndərməklə, bu Sazişin qüvvəsini dayandıra bilər. Bu Xxxxx belə bildirişin alındığı tarixdən üç ay sonra qüvvədən düşür.
Bu Sazişin qüvvəsinin dayandırılması bu Sazişə uyğun olaraq həyata keçirilən layihə və proqramlara toxunmur və onların icrası razılaşdırılmış şərtlər əsasında davam etdiriləcək, həmçinin bu Sazişə uyğun olaraq onun qüvvədə olduğu müddətdə bağlanmış müqavilələrin (kontraktların) həyata keçirilməsi ilə bağlı öhdəliklərin, bu müqavilələri (kontraktları) bağlamış təsərrüfat subyektləri başqa cür razılığa gəlmədiyi təqdirdə, yerinə yetirilməsinə toxunmur.
Volqoqrad şəhərində 6 iyun 2013-cü il tarixində iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Volqoqrad vilayəti |
Hökuməti adından | (Rusiya Federasiyası) |
Hökuməti adından | |
(imza) | (imza) |
2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni
əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çeçen Respublikası (Rusiya Federasiyası) Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2012-ci il
№ 787
Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin müddəalarını və Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannaməni rəhbər tutaraq,
ikitərəfli ticarət, iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlığın dərinləşməsində və genişlənməsində qarşılıqlı maraqlarını nəzərə alaraq,
Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) iqtisadi, istehsal, maliyyə, mülkiyyət, intellektual, mədəni və digər imkanlarından daha səmərəli istifadənin zəruriliyini dərk edərək,
sahibkarlığın dəstəklənməsi və inkişafına, Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri (bundan sonra – “təsərrüfat subyektləri”) arasında birbaşa əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində qarşılıqlı mənfəət, qarşılıqlı anlaşma, hörmət və etimad prinsipləri əsasında uzunmüddətli və hərtərəfli iqtisadi, xxxx-texniki və mədəni əlaqələri inkişaf etdirirlər.
Tərəflər qarşılıqlı əsasda hazırkı Sazişin müddəalarının icrasına təsir edə biləcək Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyində edilən dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.
Maddə 2
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində hər iki respublikanın iqtisadiyyatına və sosial infrastrukturuna investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradırlar.
Təsərrüfat subyektləri investisiyaların istiqamətlərini, formalarını və həcmlərini müstəqil şəkildə müəyyən edirlər.
Maddə 3
Tərəflər öz səlahiyyətləri çərçivəsində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektləri arasında onlar tərəfindən bağlanmış kontraktlar (müqavilələr) əsasında birbaşa əlaqələrin qurulmasına yardım edirlər.
Tədarük edilən malların və göstərilən xidmətlərin həcmi, nomenklaturası, qiyməti həmçinin qarşılıqlı hesablaşma şərtləri və qaydaları təsərrüfat subyektləri tərəfindən bağlanmış kontraktlarda (müqavilələrdə) göstərilir.
Kontraktların (müqavilələrin) həyata keçirilməsinə görə məsuliyyəti onları bağlayan təsərrüfat subyektləri daşıyırlar.
Maddə 4
Tərəflər uzunmüddətli əsasda iqtisadiyyatın, elmin və mədəniyyətin müxtəlif sahələrində ikitərəfli qarşılıqlı faydalı əlaqələrin sabit inkişafının təmin olunmasına yardım edirlər.
Tərəflər maşınqayırma, neft-qaz geologiyası, neft-kimya, yanacaq-energetika kompleksi, qara və əlvan metallurgiya, tikinti, rabitə və informatizasiya, yüngül sənaye, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər.
Tərəflər xxxx və xxxx-pedaqoji kadrların hazırlığı, ərzaq istehsalı, rabitə sistemi, texniki, humanitar və ictimai elmlər sahələrində əməkdaşlığın inkişafı üçün şərait yaradırlar.
Maddə 5
Tərəflər Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazisində istehsal olunan mal və xidmətlərin qarşılıqlı irəliləməsi, birgə yarmarkaların, sərgilərin təşkili yolu ilə xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 6
Tərəflər Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazisində müəssisələrin yenidən qurulması və müasirləşdirilməsinə yönəldilmiş birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal güclərinin yaradılmasına, kapital qoyuluşlarına yardım edirlər.
Maddə 7
Tərəflər dövlət və kommersiya sirrini təşkil edən məlumatlar istisna olmaqla, xxxx-texniki, iqtisadi, hüquqi və digər məlumatın mübadiləsinə yardım edirlər.
Hazırkı Saziş əsasında əldə olunmuş məlumat yalnız, məlumatı əldə etdikləri Tərəfin yazılı razılığı mövcud olduqda üçüncü tərəfə ötürülə bilər.
Maddə 8
Tərəflər Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq sahələrində xxxx müəssisə, təşkilat və qurumları arasında münasibət və əlaqələrin inkişafına şərait yaradırlar.
Maddə 9
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə müvafiq olaraq, Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazilərində ticarət evlərinin açılmasına və fəaliyyət göstərməsinə yardım edirlər.
Maddə 10
Əməkdaşlığın əlaqələndirilməsi, hazırkı Sazişin icrasına nəzarət, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsinin aparılması məqsədi ilə Tərəflər işgüzar görüşlər, məsləhətləşmələr və danışıqlar keçirirlər.
Tərəflər, zərurət olduğu təqdirdə hazırkı Sazişdə nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə ayrıca məsələlərin həlli məqsədi ilə birgə ekspert-analitik və digər işçi qruplar yarada bilərlər.
Maddə 11
Tərəflər hazırkı Sazişin müddəalarının təfsiri və/və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edirlər.
Maddə 12
Tərəflərin qarşılıqlı razılığı ilə hazırkı Sazişə onun tərkib hissəsi xxxx, hazırkı Sazişin 13-cü maddəsində müəyyən edilən qaydada qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 13
Hazırkı Xxxxx Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili proseduraların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Xxxxx beş il müddətinə bağlanılır. Tərəflərdən biri müvafiq beşillik müddətin bitməsinə ən azı üç ay qalmış hazırkı Sazişin qüvvəsini dayandırmaq niyyəti barədə digər Tərəfi yazılı şəkildə xəbərdar etmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bakı şəhərində 15 noyabr 2012-ci il tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Çeçen Respublikası (Rusiya Federasiyası) |
Hökuməti adından | Hökuməti adından |
2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni
əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çeçen Respublikası (Rusiya Federasiyası) Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2012-ci il
№ 787
Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin müddəalarını və Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannaməni rəhbər tutaraq,
ikitərəfli ticarət, iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlığın dərinləşməsində və genişlənməsində qarşılıqlı maraqlarını nəzərə alaraq,
Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) iqtisadi, istehsal, maliyyə, mülkiyyət, intellektual, mədəni və digər imkanlarından daha səmərəli istifadənin zəruriliyini dərk edərək,
sahibkarlığın dəstəklənməsi və inkişafına, Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri (bundan sonra – “təsərrüfat subyektləri”) arasında birbaşa əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində qarşılıqlı mənfəət, qarşılıqlı anlaşma, hörmət və etimad prinsipləri əsasında uzunmüddətli və hərtərəfli iqtisadi, xxxx-texniki və mədəni əlaqələri inkişaf etdirirlər.
Tərəflər qarşılıqlı əsasda hazırkı Sazişin müddəalarının icrasına təsir edə biləcək Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyində edilən dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.
Maddə 2
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində hər iki respublikanın iqtisadiyyatına və sosial infrastrukturuna investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradırlar.
Təsərrüfat subyektləri investisiyaların istiqamətlərini, formalarını və həcmlərini müstəqil şəkildə müəyyən edirlər.
Maddə 3
Tərəflər öz səlahiyyətləri çərçivəsində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektləri arasında onlar tərəfindən bağlanmış kontraktlar (müqavilələr) əsasında birbaşa əlaqələrin qurulmasına yardım edirlər.
Tədarük edilən malların və göstərilən xidmətlərin həcmi, nomenklaturası, qiyməti həmçinin qarşılıqlı hesablaşma şərtləri və qaydaları təsərrüfat subyektləri tərəfindən bağlanmış kontraktlarda (müqavilələrdə) göstərilir.
Kontraktların (müqavilələrin) həyata keçirilməsinə görə məsuliyyəti onları bağlayan təsərrüfat subyektləri daşıyırlar.
Maddə 4
Tərəflər uzunmüddətli əsasda iqtisadiyyatın, elmin və mədəniyyətin müxtəlif sahələrində ikitərəfli qarşılıqlı faydalı əlaqələrin sabit inkişafının təmin olunmasına yardım edirlər.
Tərəflər maşınqayırma, neft-qaz geologiyası, neft-kimya, yanacaq-energetika kompleksi, qara və əlvan metallurgiya, tikinti, rabitə və informatizasiya, yüngül sənaye, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər.
Tərəflər xxxx və xxxx-pedaqoji kadrların hazırlığı, ərzaq istehsalı, rabitə sistemi, texniki, humanitar və ictimai elmlər sahələrində əməkdaşlığın inkişafı üçün şərait yaradırlar.
Maddə 5
Tərəflər Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazisində istehsal olunan mal və xidmətlərin qarşılıqlı irəliləməsi, birgə yarmarkaların, sərgilərin təşkili yolu ilə xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 6
Tərəflər Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazisində müəssisələrin yenidən qurulması və müasirləşdirilməsinə yönəldilmiş birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal güclərinin yaradılmasına, kapital qoyuluşlarına yardım edirlər.
Maddə 7
Tərəflər dövlət və kommersiya sirrini təşkil edən məlumatlar istisna olmaqla, xxxx-texniki, iqtisadi, hüquqi və digər məlumatın mübadiləsinə yardım edirlər.
Hazırkı Saziş əsasında əldə olunmuş məlumat yalnız, məlumatı əldə etdikləri Tərəfin yazılı razılığı mövcud olduqda üçüncü tərəfə ötürülə bilər.
Maddə 8
Tərəflər Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq sahələrində xxxx müəssisə, təşkilat və qurumları arasında münasibət və əlaqələrin inkişafına şərait yaradırlar.
Maddə 9
Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliklərinə müvafiq olaraq, Azərbaycan Respublikasının və Çeçen Respublikasının (Rusiya Federasiyası) ərazilərində ticarət evlərinin açılmasına və fəaliyyət göstərməsinə yardım edirlər.
Maddə 10
Əməkdaşlığın əlaqələndirilməsi, hazırkı Sazişin icrasına nəzarət, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsinin aparılması məqsədi ilə Tərəflər işgüzar görüşlər, məsləhətləşmələr və danışıqlar keçirirlər.
Tərəflər, zərurət olduğu təqdirdə hazırkı Sazişdə nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə ayrıca məsələlərin həlli məqsədi ilə birgə ekspert-analitik və digər işçi qruplar yarada bilərlər.
Maddə 11
Tərəflər hazırkı Sazişin müddəalarının təfsiri və/və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edirlər.
Maddə 12
Tərəflərin qarşılıqlı razılığı ilə hazırkı Sazişə onun tərkib hissəsi xxxx, hazırkı Sazişin 13-cü maddəsində müəyyən edilən qaydada qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 13
Hazırkı Xxxxx Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili proseduraların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Xxxxx beş il müddətinə bağlanılır. Tərəflərdən biri müvafiq beşillik müddətin bitməsinə ən azı üç ay qalmış hazırkı Sazişin qüvvəsini dayandırmaq niyyəti barədə digər Tərəfi yazılı şəkildə xəbərdar etmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bakı şəhərində 15 noyabr 2012-ci il tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Çeçen Respublikası (Rusiya Federasiyası) |
Hökuməti adından | Hökuməti adından |
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” 2012-ci il yanvarın 19-da Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il
№ 305-IVQ
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması
haqqında SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması məsələlərinin tezliklə həll olunması istəyini ifadə edərək,
1961-ci il 18 aprel tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasını, 1997-ci il 3 iyul tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləni nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
l. Rusiya Tərəfi Azərbaycan Respublikasının mülkiyyətinə aşağıdakıları verir:
a) Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin yerləşdirilməsi üçün Moskva şəhəri, Leontyev döngəsi, ev 16, xxxxxx 1-də yerləşən, ümumi sahəsi 1362,1 kv.m xxxx xxxx;
b) Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin yaşayış mənzillərinin yerləşdirilməsi üçün Moskva şəhəri, Leontyev döngəsi, ev 16, xxxxxx 2-də yerləşən, ümumi sahəsi 1370, 4 kv.m xxxx xxxx;
v) Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin yaşayış mənzillərinin yerləşdirilməsi üçün Moskva şəhəri, Voznesenskiy döngəsi, ev 15-də yerləşən, ümumi sahəsi 4594,3 kv.m xxxx xxxx;
q) Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirinin iqamətgahının yerləşdirilməsi üçün Moskva şəhəri, Qoqol bulvarı, ev 31A-da yerləşən ümumi sahəsi 533,0 kv.m xxxx xxxx.
2. Hazırkı maddənin “a” - “v” yarımbəndlərində göstərilmiş binaların yerləşdiyi 0,29 ha torpaq sahəsi və hazırkı maddənin “q” yarımbəndində göstərilmiş binanın yerləşdiyi 0,08 ha torpaq sahəsi icarə haqqı 1 rubl olmaqla 99 il müddətinə Azərbaycan Respublikasına icarəyə verilir.
3. Hazırkı maddənin 2-ci bəndində göstərilmiş torpaq sahələrinin yerləşmə planları və bu planlarda binaların yerləşmə sxemi hazırkı Sazişin ayrılmaz hissəsi xxxx 1 və 2 №-li əlavələrdə göstərilmişdir.
4. Hazırkı Sazişin qüvvəyə minməsindən sonra hazırkı Sazişlə nəzərdə tutulmuş şərtlər əsasında bu maddənin 2-ci bəndində göstərilmiş torpaq sahələrinin icarə müqavilələri Tərəflərin səlahiyyətli orqanları
tərəfindən 99 il müddətinə bağlanılacaqdır, Növbəti 99 il üçün icarə müqavilələri həmin şərtlərlə hazırkı Sazişin 12-ci maddəsinə müvafiq olaraq hazırkı Sazişin uzadılma tarixindən 30 gün müddətində bağlanılacaqdır.
5. Rusiya Tərəfi hazırkı Sazişin qüvvəyə minməsindən sonra mümkün qədər qısa müddət ərzində öz hesabına və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Tərəfinə müvafiq sənədləri təqdim etməklə bu maddənin 1-ci bəndində göstərilmiş binalara Azərbaycan Respublikasının mülkiyyət hüququnun və bu maddənin 2-ci bəndində göstərilmiş torpaq sahələrinə icarə hüququnun hüquqi rəsmiləşdirilməsini təmin edir.
Maddə 2
1. Azərbaycan Tərəfi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirinin iqamətgahının yerləşdirilməsi üçün tamamilə işlək mühəndis-texniki avadanlıqla təchiz olunmuş və daşınar əmlakla komplektləşdirilmiş xxxx, Bakı şəhəri, Balaəmi Dadaşov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 495,8 kv.m xxxx xxxxxx və ümumi sahəsi 497,7 kv.m xxxx tikililəri Rusiya Federasiyasının mülkiyyətinə verir.
2. Hazırkı maddənin 1-ci bəndində göstərilmiş binanın və tikililərin yerləşdiyi 0,19 xx xxxx torpaq sahəsi icarə haqqı ildə 1 manat olmaqla 99 il müddətinə Rusiya Federasiyasına icarəyə verilir.
3. Azərbaycan Tərəfi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Bakı şəhəri, Bakıxanov küçəsi, ev 17-də yerləşən ümumi sahəsi 5064,9 kv.m xxxx xxxx və tikililər kompleksinə Rusiya Federasiyasının mülkiyyət hüququnu təsdiq edir.
4. Hazırkı maddənin 3-cü bəndində göstərilmiş, bina və tikililər kompleksinin yerləşdiyi, 1,08 ha torpaq sahəsi icarə haqqı ildə 1 manat olmaqla 99 il müddətinə Rusiya Federasiyasına icarəyə verilir.
5. Hazırkı maddənin 2-ci və 4-cü bəndlərində göstərilmiş torpaq sahələrinin yerləşmə planları və bu planlarda bina və tikililərin yerləşmə sxemi hazırkı Sazişin ayrılmaz hissəsi xxxx 3 və 4 №-li əlavələrdə göstərilmişdir.
6. Hazırkı Sazişin qüvvəyə minməsindən sonra hazırkı Sazişlə nəzərdə tutulmuş şərtlər əsasında 2-ci və 4- cü bəndlərdə göstərilmiş torpaq sahələrinin icarə müqavilələri Tərəflərin səlahiyyətli orqanları tərəfindən 99 il müddətinə bağlanılacaqdır. Növbəti 99 il üçün icarə müqavilələri həmin şərtlərlə hazırkı Sazişin 12-ci maddəsinə müvafiq olaraq hazırkı Sazişin uzadılma tarixindən 30 gün müddətində bağlanılacaqdır.
7. Azərbaycan Tərəfi hazırkı Sazişin qüvvəyə minməsindən sonra mümkün qədər qısa müddət ərzində öz hesabına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Rusiya Tərəfinə müvafiq sənədləri təqdim etməklə hazırkı maddənin 1-ci və 3-cü bəndlərində göstərilmiş bina və tikililərə Rusiya Federasiyasının mülkiyyət hüququnun və hazırkı maddənin 2-ci və 4-cü bəndlərində göstərilmiş torpaq sahələrinə icarə hüququnun hüquqi rəsmiləşdirilməsini təmin edir.
Maddə 3
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin istirahət mərkəzlərinin yerləşdirilməsi üçün torpaq sahələrinin ayrılması barədə məsələ Tərəflər arasında ayrıca sazişin predmeti olacaqdır.
Maddə 4
1. Hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş binaların, tikililərin və torpaq sahələrinin üçüncü tərəfə icarəyə (ikinci əldən icarəyə) verilməsi, onların digər üsulla yüklü edilməsi yalnız Tərəflərin razılığı ilə mümkündür.
2. Hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş binalar, tikililər və torpaq sahələrinin və ya onların hissəsinin üçüncü tərəfə icarəyə (ikinci əldən icarəyə) verildiyi təqdirdə icarəyə verilmiş daşınmaz əmlak barəsində 1961-ci il 18 aprel tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası ilə diplomatik nümayəndəliyin əmlakı üçün nəzərdə tutulmuş xxxxxxx və immunitetlər, həmçinin hazırkı Sazişlə müəyyən olunan güzəştlər qüvvəsini bütün icarə müddətinə itirir. İcarə müddəti bitdikdə və bu daşınmaz əmlakın diplomatik məqsədlər üçün istifadəsinə yenidən başlandıqda göstərilmiş xxxxxxx, immunitet və güzəştlər belə əmlaka münasibətdə yenidən tətbiq olunur.
Maddə 5
Tərəflər zəmanət verirlər ki, hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş daşınmaz əmlak bu əmlakın hazırkı Sazişin məqsədləri üçün istifadəsinə maneə törədə bilən borcdan, üçüncü şəxslərin hüquqlarından azaddır, girova qoyulmamış və heç bir digər üsulla yüklü edilməmişdir.
Maddə 6
Hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş bina və tikililərin yenidən qurulması, həmçinin hazırkı Sazişin 1-ci və 2-ci maddələrinə əsasən ayrılan torpaq sahələrində yeni bina və tikililərin inşası, yalnız bu bina və tikililərin yenidənqurma və tikintisinə aid şəhərsalma konsepsiyaları ilə razılaşdırılması və yerləşdiyi dövlətin tələblərinə müvafiq olaraq yenidənqurma və ya tikinti üçün icazənin alınmasından sonra həyata keçirilir.
Maddə 7
1. Tərəflər hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş bina və tikililərin təmiri və abadlıq işlərinin aparılması, həmçinin ayrılmış torpaq sahələrinin saxlanılması üçün yerləşdiyi dövlətin ərazisinə mebel və daxili bəzək əşyaları daxil olmaqla material və avadanlıq gətirmək hüququna malikdirlər. Qarşılılıq əsasında Tərəflər yalnız göstərilmiş məqsədlər üçün gətirilən material və avadanlığın istifadəsinə görə bütün növ vergilərdən və gömrük rüsumlarından azad olunurlar.
2. Yenidənqurma və tikinti məqsədləri üçün Tərəflərin müvafiq xidmətləri tərəfindən istifadə edilən diplomatik yüklər üçün yerlərin sayının və ölçülərinin müvəqqəti artırılması nəzərdə tutulur. Tərəflərin müvafiq xidmətləri 40 fut uzunluğuna qədər xxxx konteynerlərə görünən xarici nişanları qoymaq hüququna malikdirlər və bu nişanlara əsasən həmin konteynerlər 1961-ci il 18 aprel tarixli Diplomatik Əlaqələr haqqında Vyana ( Konvensiyasına uyğun olaraq diplomatik yüklərə bərabər tutulur.
3. Tərəflər hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş binaların və tikililərin yenidən qurulmasının hazırlanması və həyata keçirilməsi, həmçinin hazırkı Sazişin 1-ci və 2-ci maddələrinə əsasən ayrılmış torpaq sahələrində yeni bina və tikililərin inşası üçün tələb olunan inşaatçılardan, texniki nəzarət mütəxəssislərindən və texniki əməkdaşlardan ibarət xxxx heyəti yerləşmə dövlətinə göndərmək hüququna malikdirlər.
Maddə 8
Hər bir Tərəf 1961-ci il 18 aprel tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 23-cü maddəsinə uyğun olaraq digər Tərəfin dövlətinin Səfirliyini kommunal xidmətlər və xidmətin digər növləri istisna olmaqla dövlət və ya yerli orqanlar tərəfindən müəyyən edilən hər növ vergitutmadan, həmçinin digər rüsum və yığımların ödənilməsindən azad edir.
Maddə 9
Kommunal xidmətlərdən (elektrik, istilik, isti və soyuq su ilə təchiz edilmə, qaz və s.), binalarda quraşdırılmış rabitə vasitələrindən istifadəyə, həmçinin hazırkı Sazişin 1-ci və 2-ci maddələrində göstərilmiş torpaq sahələrində yerləşən və ya gələcəkdə tikiləcək bina və tikililərin təmiri və saxlanılmasına görə ödənişlər bina və tikililəri istismar edən Tərəfdən yerləşdiyi dövlətdə qüvvədə xxxx xxxxx və tariflərlə həyata keçirilir.
Maddə 10
Tərəflər qarşılıqlı razılıq əsasında hazırkı Sazişə ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edə bilərlər.
Maddə 11
Hazırkı Xxxxxxx müddəalarının təfsiri və tətbiqi zamanı Tərəflər arasında yaranan fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 12
1. Hazırkı Xxxxx, onun qüvvəyə minməsi üçün zəruri xxxx, Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə nəzərdə tutulmuş prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir və 99 il müddətinə qüvvədədir.
2. Hazırkı maddənin 1-ci bəndində göstərilmiş müddətin bitməsindən sonra, Tərəflərdən biri əvvəlki müddətin və ya istənilən növbəti müddətin başa çatmasına ən azı 12 ay qalmış hazırkı Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfi xəbərdar etmədiyi təqdirdə hazırkı Saziş avtomatik olaraq növbəti 99 illik müddətlərə uzadılır.
Moskva şəhərində 2012-ci il “ 19” yanvar tarixində iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Rusiya Federasiyası |
Hökuməti adından | Hökuməti adından |
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik
nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında
Sazişə Əlavə 1
Moskva ş, Xxxxxxxx döngəsi, ev 16, xxxxxx 1 Moskva ş, Xxxxxxxx döngəsi, ev 16, xxxxxx 2 Moskva ş, Voznesenskiy döngəsi, ev 15
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik
nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında
Sazişə Əlavə 2
Moskva ş, Qoqol bulvarı, ev 31A
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının AzərBaycan Respublikasındakı
diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında
Sazişə Əlavə 3
Bakı ş, Balaəmi Dadaşov xxx., ev 31
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının AzərBaycan Respublikasındakı
diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında
Sazişə Əlavə 4
Bakı ş, Bakıxanov xxx. ev 17
Azərbaycan Respublikası Hökuməti ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs Respublikası və İnquşetiya Respublikası (Rusiya Federasiyası) hökumətləri arasında 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış sazişlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs Respublikası və İnquşetiya Respublikası (Rusiya Federasiyası) hökumətləri arasında 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış aşağıdakı sazişlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Dağıstan Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki, mədəni və humanitar əməkdaşlıq haqqında Saziş;
1.2. Azərbaycan Respublikası Hökuməti və Qaraçay-Çərkəs Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş;
1.3. Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1.1-1.3-cü bəndlərində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il
№ 556
Azərbaycan Respublikası Hökuməti və Dağıstan Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki, mədəni və humanitar əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Dağıstan Respublikası (Rusiya Federasiyası) Hökuməti,
3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin və Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 iyul 2008-ci il tarixli dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamənin məqsəd və prinsiplərini rəhbər tutaraq,
Azərbaycan Respublikası və Dağıstan Respublikası (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, xxxx- texniki, mədəni və humanitar əməkdaşlığın fəallaşdırılmasına və inkişafına səy göstərərək,
dostluq, etibar və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraq ifadə edərək və bunun üçün əlverişli şəraitin yaradılmasını arzulayaraq,
aşağıdakılar barədə razılığa gəldi:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq ticarət-iqtisadi, xxxx-texniki, mədəni və humanitar əlaqələrin inkişafı üçün əlverişli şərait yaradırlar.
Maddə 2
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun aşağıdakı sahələrdə əməkdaşlıq edir: qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrin, sənaye və aqrar-sənaye
kompleksin inkişafı, informasiya mübadiləsinin təkmilləşdirilməsi, elm və yüksək texnologiyaların inkişafı, xxxx- tədqiqat və təcrübə konstruktor işləri, arxitektura və inşaat, mədəniyyət, turizm, idman, təhsilin inkişafı, eləcə də uşaq və qadınların hüquqlarının müdafiəsinin təmin edilməsi.
Maddə 3
Ticarət-iqtisadi əlaqələr sahəsində Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq:
Azərbaycan Respublikasının ərazisində və Dağıstan-Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyata alınmış təsərrüfat subyektləri arasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq ticarət-iqtisadi əlaqələrin inkişafına yardım edir;
istehsalat-texniki təyinatlı məhsulların, xalq istehlakı mallarının zəruri növlərinin təchizatının həyata keçirilməsinə yardım edir;
Azərbaycan Respublikasının ərazisindən və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ərazisindən sərnişinlərin və yüklərin daşınması, eləcə də digər Tərəfin bütün nəqliyyat növlərinin tranziti üçün əlverişli şərait təmin edir, həmçinin sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verir;
birgə istehsalat, qabaqcıl istehsal strukturlarının inkişafı üçün şərait yaradır, Azərbaycan Respublikasının ərazisində və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ərazisində investisiya layihələrinin həyata keçirilməsinə yardım edir;
qarşılıqlı maraq kəsb edən sahələrdə layihələrin və mütəxəssislərin mübadiləsini həyata keçirir;
iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı üçün nümayəndə heyətləri və işçi qruplarının mübadiləsini həyata keçirir;
bu Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri məlumat mübadiləsini həyata keçirir, Azərbaycan Respublikasının ərazisində və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyata alınmış təsərrüfat subyektlərini keçirilən sərgi, yarmarka və digər əməkdaşlıq formalarında iştirak etməyə dəvət edirlər.
Maddə 4
Elm və yüksək texnologiyalar sahəsində Tərəflər:
Azərbaycan Respublikasının və Dağıstan Respublikasının (Rusiya Federasiyası) elm xadimlərinin əlaqələri, o cümlədən xxxx məlumatların mübadiləsində onların iştirakı və digər əməkdaşlıq formaları üçün əlverişli şərait yaradır;
qarşılıqlı maraq kəsb edən istehsal sahələrində tətbiq edilməsi üçün praktiki əhəmiyyət kəsb edən, birgə xxxx tədqiqatların daha perspektivli istiqamətlərini müəyyənləşdirir və razılaşdırır;
aktual xxxx məsələlərdə birgə xxxx konfranslar, seminarlar və simpoziumlar keçirir;
bütün fəaliyyət sahələrində kommunikasiya informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsində əməkdaşlıq edir;
Bununla yanaşı Tərəflər birgə xxxx tədqiqatların həyata keçirilməsində xxxx-tədqiqat institutlarının və təşkilatların əməkdaşlığına yardım edir, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ali təhsil müəssisələri və xxxx mərkəzlərində kadrların hazırlanması və təkmilləşdirilməsini həyata keçirirlər.
Maddə 5
Arxitektura və tikinti sahəsində Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edir: yeni layihə işlərinin, tikinti texnologiyalarının və materialların tətbiq edilməsi; təcrübə və məlumat mübadiləsi;
tikinti sənayesi müəssisələrinin yenidən qurulması və müasirləşdirilməsi;
Azərbaycan Respublikasının və Dağıstan Respublikasının (Rusiya Federasiyası) tikinti komplekslərinin ehtiyacları üçün inşaat materiallarının və konstruksiyalarının qarşılıqlı təchizatı.
Maddə 6
Tərəflər kənd təsərrüfatı məhsulları və ərzaq mallarının ticarət dövriyyəsinin artırılmasına yardım edir, Azərbaycan Respublikasının ərazisində və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ərazisində istehsal edilən kənd təsərrüfatı məhsulları və ərzaq mallarının onların bazarlarına daxil olmasını təşviq edirlər.
Maddə 7
Tərəflər dövlət ailə siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində iş təcrübəsini mübadilə edir, qadın təşkilatları ilə ailəyə dəstək təşkilatları arasında əlaqələrin qurulmasına yardım edirlər.
Maddə 8
Tərəflər əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirir və genişləndirir, o cümlədən aşağıdakı sahələrdə təcrübə mübadiləsinə yardım edir:
əhalinin sosial müdafiəsi, əmək və sosial təminat sahəsində hüquqi tənzimləmə;
sosial-əmək münasibətləri, əməyə nəzarət, təhlükəsizliyin təminatı, əmək gigiyenası və əmək mübahisələrinin həlli yolları;
tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası xidmətlərinin fəaliyyətinin təşkili; demoqrafiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi.
Maddə 9
Tərəflər mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində əlaqələri genişləndirir və dərinləşdirir, mədəniyyət müəssisələri arasında əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının (Rusiya Federasiyası) peşəkar, özfəaliyyət və uşaq kollektivlərinin onların ərazilərində keçirilən festivallarda, baxışlarda, xalq yaradıcılığı müsabiqələrində, incəsənət sərgilərində iştirakına, konsert qastrollarının və bədii ədəbiyyatın mübadiləsinə yardım edirlər.
Maddə 10
Turizm sahəsində Tərəflər aşağıdakılara yardım edir:
Azərbaycan Respublikasının ərazisində və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ərazisində təbii və mədəniyyət potensiallarının fəal istifadə edilməsi üçün şəraitin yaradılması, yeni turist marşrutlarının açılması, təklif edilən turizm xidmətlərinin müxtəlifliyinin genişləndirilməsi, o cümlədən xüsusi sağlamlaşdırma, qrup və fərdi turların təşkili;
turist nümayəndə heyətlərinin mübadiləsi, turizm biznesi nümayəndələrinin Azərbaycan Respublikasının və Dağıstan Respublikasının (Rusiya Federasiyası) ərazilərində keçirilən sərgi və yarmarkalarda iştirakı.
Maddə 11
Tərəflər bədən tərbiyəsi və idman sahələrində əlaqələri inkişaf etdirirlər.
Tərəflər idmançıların Azərbaycan Respublikasında və Dağıstan Respublikasında (Rusiya Federasiyası) keçirilən kütləvi idman tədbirlərində iştirakına yardım edirlər.
Tərəflər müxtəlif idman növləri üzrə idman nümayəndə heyətlərini mübadilə edir, birgə təlim-tədris toplantılarının həyata keçirir, kurslarda təhsil və ixtisasartırma seminarlarında iştirak üçün məşqçi kadrlarını dəvət edirlər.
Maddə 12
Tərəflər Azərbaycan Respublikasının və Dağıstan Respublikasının (Rusiya Federasiyası) sənaye müəssisələrində ətraf mühitin mühafizəsi üzrə qabaqcıl əmək təcrübəsinin yayılması və tətbiq edilməsi daxil olmaqla ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq edirlər.
Maddə 13
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə onun tərkib hissəsi xxxx, hazırkı Sazişin 15-ci maddəsində müəyyən edilən qaydada qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 14
Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı Tərəflər arasında yarana bilən fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 15
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri daxili prosedurları yerinə yetirdikləri haqqında sonuncu yazılı bildirişin alınmasından 30 gün sonra qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri hazırkı Sazişin qüvvəsini dayandırmaq niyyəti haqqında növbəti beşillik dövrün bitməsindən ən azı 6 ay əvvəlcədən digər Tərəfi məlumatlandırmadığı təqdirdə avtomatik olaraq növbəti beşillik dövrlərə uzadılır.
Bakı şəhərində “ 4 “ oktyabr 2011-ci il tarixində hər biri Azərbaycan və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Dağıstan Respublikası (Rusiya |
Hökuməti adından | Federasiyası) Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti və Qaraçay-Çərkəs Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni
əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Qaraçay- Çərkəs Respublikası (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin və Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamənin müddəalarını rəhbər tutaraq,
ikitərəfli ticarət, iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlığın dərinləşməsi və genişləndirilməsinə xxxx qarşılıqlı marağı nəzərə alaraq,
Azərbaycan Respublikasının və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) iqtisadi, istehsal, maliyyə, əmlak, əqli, mədəni və digər imkanlarından daha səmərəli istifadə edilməsi zərurətini dərk edərək,
sahibkarlığın inkişafına və dəstəklənməsinə, Azərbaycan Respublikasının ərazisində və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyata alınmış təsərrüfat subyektləri (bundan sonra – “təsərrüfat subyektləri”) arasında birbaşa əlaqələrin qurulmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verərək,
daha geniş, açıq və ədalətli iqtisadi əməkdaşlığın dəstəklənməsi zərurətini dərk edərək, aşağıdakılar barədə razılığa gəldi:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, iqtisadiyyatın müxtəlif sahələrində uzunmüddətli əsasda ikitərəfli qarşılıqlı faydalı əlaqələrin sabit inkişafı üçün Azərbaycan Respublikasının ərazisində və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) ərazisində əlverişli şəraitin yaradılmasına yardım edirlər.
Maddə 2
Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektləri arasında imzalanmış müqavilələr əsasında birbaşa əlaqələrin yaradılmasına yardım edirlər.
Tədarük edilən malların və göstərilən xidmətlərin həcmi, nomenklaturası, qiymətləri, eləcə də qarşılıqlı hesablaşma şərtləri və qaydası təsərrüfat subyektləri arasında imzalanmış müqavilələrdə göstərilir. Tərəflər bu müqavilələrdən irəli gələn öhdəliklərə görə məsuliyyət daşımırlar.
Maddə 3
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq informasiya mübadiləsi, qarşılıqlı yarmarka və sərgilərin təşkili, Azərbaycan Respublikasının ərazisində və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) ərazisində istehsal olunan mal və xidmətlərin qarşılıqlı dövriyyəsi ilə xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 4
Tərəflər öz səlahiyyətləri çərçivəsində müəssisələrin yenidən qurulması və müasirləşdirilməsinə yönəlmiş birgə investisiya layihələrinin reallaşdırılmasına, yeni istehsal gücünün yaradılmasına, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq, Tərəflər arasındakı müqavilələrdə müəyyən edilmiş şərtlərlə digər kapital qoyuluşlarına yardım edirlər.
Maddə 5
Tərəflər öz səlahiyyətləri çərçivəsində bu Sazişin həyata keçirilməsinə yardım edən xxxx-texniki, iqtisadi, hüquqi və digər məlumatların mübadiləsinə yardım edirlər.
Maddə 6
Tərəflər turizm və idman sahəsində əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması üzrə əlaqələndirilmiş tədbirlər görür, turist və idman nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşviq edir, idmanın, mütəşəkkil və fərdi turizmin inkişafı məqsədi ilə birgə sahibkarlığı həyata keçirən müəssisə və assosiasiyalar arasında işgüzar əlaqələrin yaradılmasına yardım edirlər.
Maddə 7
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) ərazisində ticarət evlərinin, təşkilatların açılmasına və fəaliyyət göstərməsinə yardım edirlər.
Maddə 8
Tərəflər mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində əlaqələrini genişləndirəcək və dərinləşdirəcək, bununla yanaşı Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq, mədəni-tarixi irs, arxivlər, məlumat bankları və fondlarına çıxışa yardım edəcəklər.
Tərəflər aşağıdakılara hərtərəfli yardım edir:
Azərbaycan Respublikasının və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) peşəkar, özfəaliyyət və uşaq kollektivlərinin onların ərazilərində keçirilən festivallar, baxışlar və xalq yaradıcılığı konkurslarında iştirakı, rəssamlıq, bədii teatr sərgilərinin, teatr və konsert səfərlərinin, dövri və bədii ədəbiyyatın mübadiləsi;
Azərbaycan Respublikasının və Qaraçay-Çərkəs Respublikasının (Rusiya Federasiyası) mədəniyyət idarələri, teatrlar, kitabxanalar, muzeylər, mədəniyyət və asudə vaxt mərkəzləri, klublar, həvəskar birlikləri, gənclər təşkilatları arasında birbaşa əlaqələrin və əməkdaşlığın inkişafı.
Maddə 9
Əməkdaşlığın əlaqələndirilməsi, bu Sazişin icrasına nəzarət, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsinin aparılması məqsədi ilə Tərəflər müntəzəm olaraq işçi görüşlər, məsləhətləşmələr və danışıqlar təşkil edirlər.
Zərurət olduqda Tərəflər bu Sazişdə nəzərdə tutulan əməkdaşlıq sahələrində ayrı-ayrı məsələlərin həlli məqsədi ilə birgə ekspert-analitik və digər işçi qruplar yarada bilərlər.
Maddə 10
Bu Sazişin müddəalarının təfsiri və/və ya tətbiqi ilə bağlı Tərəflər arasında yaranan mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 11
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və 12-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 12
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri daxili proseduraları yerinə yetirdikləri barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən biri müvafiq dövrün bitməsindən ən azı 6 ay əvvəl bu Sazişin qüvvəsini dayandıraraq niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildirmədiyi təqdirdə, onun qüvvəsi növbəti beşillik müddətlərə uzadılacaqdır.
Bakı şəhərində “ 4” oktyabr 2011-ci il tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Qaraçay-Çərkəs Respublikası |
Hökuməti adından | (Rusiya Federasiyası) Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 iyul 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Sazişin və Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 iyul 2008- ci il tarixli dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamənin müddəalarını rəhbər tutaraq,
ikitərəfli ticarət, iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlığın dərinləşməsində və genişlənməsində qarşılıqlı maraqlarını nəzərə alaraq,
sahibkarlığın dəstəklənməsi və inkişafına, Azərbaycan Respublikasının ərazisində və İnquşetiya Respublikasının (Rusiya Federasiyası) ərazisində qeydiyyatdan keçmiş təsərrüfat subyektləri (bundan sonra – “təsərrüfat subyektləri”) arasında birbaşa əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verərək,
aşağıdakılar barədə razılığa gəldi:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı fayda, anlaşma, hörmət və etibarlılıq prinsipi əsasında uzunmüddətli və ikitərəfli iqtisadi, xxxx- texniki və mədəni əlaqələri inkişaf etdirirlər.
Maddə 2
Tərəflər öz səlahiyyətləri çərçivəsində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bağlanmış müqavilələr əsasında təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulmasına yardım edirlər.
Malların həcmi, nomenklaturası, göndərilən malların və göstərilmiş xidmətlərin qiyməti, həmçinin qarşılıqlı hesablaşma qaydaları və şərtləri təsərrüfat subyektləri tərəfindən bağlanmış müqavilələrdə göstərilir. Tərəflər bu müqavilələrdən irəli gələn öhdəliklərə görə məsuliyyət daşımırlar.
Maddə 3
Tərəflər öz səlahiyyətləri çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində uzunmüddətli əsasda ikitərəfli qarşılıqlı faydalı əlaqələrin sabit inkişafının təmin olunmasına yardım edirlər.
Tərəflər maşınqayırma, neft-kimya, energetika kompleksi, qara və əlvan metallurgiya, tikinti, rabitə və informasiya texnologiyaları, yüngül sənaye, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər.
Maddə 4
Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq məlumat mübadiləsi, birgə yarmarkaların, sərgilərin təşkili, Azərbaycan Respublikasının ərazisində və İnquşetiya Respublikasının (Rusiya Federasiyası) ərazisində istehsal olunan mal və xidmətlərin qarşılıqlı dövriyyəsi ilə xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 5
Tərəflər öz səlahiyyətləri çərçivəsində müəssisələrin yenidən qurulması və müasirləşdirilməsinə yönəldilmiş birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal güclərinin yaradılmasına, eyni zamanda Tərəflər arasında müəyyən olunmuş müqavilələr əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilən digər kapital qoyuluşlarına yardım edirlər.
Maddə 6
Tərəflər öz səlahiyyətləri çərçivəsində bu Sazişin həyata keçirilməsinə imkan yaradan xxxx-texniki, iqtisadi, hüquqi və digər məlumatların mübadiləsinə yardım edirlər.
Tərəflər dövlət və kommersiya sirrini təşkil edən məlumatlar istisna olmaqla məlumatların mübadiləsinə yardım edirlər.
Bu Sazişin həyata keçirilməsi zamanı əldə olunmuş məlumat yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, məlumatı əldə etdikləri Tərəfin yazılı razılığı mövcud olduqda üçüncü tərəfə ötürülə bilər.
Maddə 7
Tərəflər öz mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti, turizm, idman və sosial-mədəni həyatın digər sahələrində xxxx müəssisələrinin, təşkilat və qurumlarının əlaqələri və münasibətlərinin inkişafına şərait yaradırlar.
Maddə 8
Əməkdaşlığın həyata keçirilməsi, bu Sazişin icrasına nəzarət, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsinin aparılması məqsədi ilə Tərəflər mütəmadi olaraq işgüzar görüşlər, məsləhətləşmələr və danışıqlar keçirirlər.
Tərəflər, ehtiyac olduğu təqdirdə bu Sazişlə əhatə olunan əməkdaşlıq sahələri üzrə müxtəlif məsələlərin həlli məqsədi ilə birgə ekspert-analitik və digər işçi qruplar yarada bilərlər.
Maddə 9
Bu Sazişin müddəalarının təfsiri və/və ya tətbiqi ilə bağlı irəli gələn mübahisələr danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Maddə 10
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişə ayrı-ayrı protokollarla rəsmiləşdirilən və bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq dəyişiklik və əlavələr edə bilərlər.
Maddə 11
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili proseduraların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən biri müvafiq müddətin bitməsinə ən azı altı ay qalmış bu Sazişin qüvvəsinin dayandırmaq niyyəti barədə digər Tərəfi yazılı şəkildə xəbərdar etmədiyi təqdirdə, Xxxxxxx qüvvəsi avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılır.
Bu Sazişin qüvvədən düşməsi Saziş çərçivəsində bağlanılmış müqavilələrin müddəti bitənədək həmin müqavilələr üzrə yaranmış öhdəliklərə təsir etməyəcəkdir.
Bakı şəhərində “ 4” oktyabr 2011-ci il tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir.
Azərbaycan Respublikası | İnquşetiya Respublikası (Rusiya |
Hökuməti adından | Federasiyası) Hökuməti |
adından | |
(imza) | (imza) |
2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış “Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış “Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında Saziş” təsdiq edilsin.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il
№ 557
Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanacaq Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi və inkişafına mühüm əhəmiyyət verərək
ikitərəfli təsərrüfat, ticarət-iqtisadi və mədəni əlaqələrin inkişafı, qorunması və genişləndirilməsində qarşılıqlı maraqlara və bütün əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün əlverişli şəraitin yaradılmasına əsaslanaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər qardaşlaşma münasibətlərini quraraq dostluq, etimad, qarşılıqlı hörmət və anlayış ruhunda, səmərəlilik və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanaraq və Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı fayda əsasında aşağıdakı istiqamətlər üzrə hərtərəfli tərəfdaşlıq edəcəklər:
- iqtisadiyyat;
- sosial-mədəni sahədə əməkdaşlıq;
- yerli hakimiyyət və idarəetmə orqanlarının iş təcrübəsi.
Maddə 2
Tərəflər təşkilati-hüquqi formasından, mülkiyyətindən və idarə tabeçiliyindən asılı olmayaraq və Sumqayıt şəhərinin (Azərbaycan Respublikası) və Stavropol diyarının Nevinnomıssk şəhərinin (Rusiya Federasiyası) ərazilərində yerləşən müəssisələrin, təşkilatların və qurumların əməkdaşlıq etməsinə kömək göstərəcəklər.
Maddə 3
Tərəflər Sumqayıt şəhərinin (Azərbaycan Respublikası) və Stavropol diyarının Nevinnomıssk şəhərinin (Rusiya Federasiyası) ərazilərində yerləşən müəssisələr və təşkilatlar (bundan sonra - təsərrüfat subyektləri) arasında ticarət-iqtisadi və təsərrüfat əlaqələrinin yaradılması, qorunması və genişləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına, təsərrüfat subyektləri arasında birbaşa müqavilələr (kontraktlar) əsasında texniki-istehsal təyinatlı əmtəələrin, kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün həyata keçirilməsinə köməklik göstərəcəklər.
Maddə 4
Tərəflər Sumqayıt şəhərinin (Azərbaycan Respublikası) və Stavropol diyarının Nevinnomıssk şəhərinin (Rusiya Federasiyası) ərazilərində fəaliyyət göstərən təsərrüfat subyektlərinin birgə investisiya layihələrinin və əməkdaşlıq proqramlarının həyata keçirilməsində iştirakına, eləcə də birgə müəssisə və istehsalatların yaradılmasına və fəaliyyət göstərməsinə köməklik göstərəcəklər.
Tərəflər investisiyaların cəlb edilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görəcəklər.
Tərəflər elm, texnika və innovasiya sahələrində, eləcə də sənaye və energetika sferalarında mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.
Tərəflər müntəzəm olaraq bir-birilərini sənaye tenderləri, sərgilər, yarmarkalar və digər ticarət-iqtisadi tədbirlər barədə məlumatlandıracaqlar.
Maddə 5
Tərəflər sosial-mədəni sahədə bədii kollektivlərin mübadiləsinin təşkili, xalq yaradıcılığı nümunələrinin sərgisinin keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Vətəndaşların, birliklərin şəhərlərarası dostluq əlaqələrinin hərtərəfli inkişafına, gənclərin bu prosesə fəal surətdə qoşulmasına, ikitərəfli və çoxtərəfli mədəni, işgüzar əlaqələrin inkişafı naminə könüllülərin çevrəsinin genişləndirilməsinə köməklik göstəriləcək.
Tərəflər təhsil və mədəniyyət sahələrində müxtəlif istiqamətlər üzrə əməkdaşlığı genişləndirəcək və inkişaf etdirəcəklər.
Maddə 6
Tərəflər səhiyyə və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq edəcək, müalicə-profilaktik qurumları arasında birbaşa əlaqələrin yaradılmasına və inkişafına hərtərəfli dəstək verəcək və sağlamlığın qorunması, xəstəliklərin profilaktikası əhalinin sosial müdafiəsi məsələlərində birgə fəaliyyət göstərəcəklər.
Maddə 7
Bu Sazişin müddəaları şərh edilərkən və ya yerinə yetirilərkən fikir ayrılığı olduqda Tərəflər onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 8
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və Bu Sazişin 9-cu maddəsi ilə təsbit edilmiş qaydada qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 9
Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir.
Hər bir Tərəf digər tərəfi bu Sazişin qüvvədən düşməsi niyyəti barədə yazılı surətdə məlumatlandırmaqla bu Sazişə xitam verə bilər. Saziş belə xəbərdarlığı aldıqdan 3 ay sonra qüvvədən düşür.
Bakı şəhərində “ 4” oktyabr 2011-ci il tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Sumqayıt Şəhər (Azərbaycan | Stavropol diyarı Nevinnomıssk şəhər |
Respublikası) İcra Hakimiyyəti | (Rusiya Federasiyası) Administrasiyası |
adından | adından |
(imza) | (imza) |
2011-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il
№ 555
Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, xxxx-texniki və mədəni əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti,
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin məqsəd və prinsiplərini rəhbər tutaraq,
Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannaməsinin müddəalarına əsaslanaraq,
beynəlxalq inteqrasiyanın iqtisadi inkişafın ən mühüm elementlərindən biri olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikasında və Həştərxan vilayətində (Rusiya Federasiyası) yaşayan xalqlar arasındakı münasibətlərdə mehriban qonşuluq və etibarlıq ənənələrini nəzərə alaraq,
Azərbaycan Respublikası və Həştərxan vilayəti (Rusiya Federasiyası) ərazilərində yerləşən müəssisə və təşkilatlar arasında əməkdaşlığı təşviq etmək niyyətindən çıxış edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər əməkdaşlığı bu Sazişə, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyinə və Azərbaycan Respublikasının və Rusiya Federasiyasının iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
Maddə 2
Tərəflər bərabərlik, qarşılıqlı mənfəət, qarşılıqlı anlaşma, hörmət və etibarlılıq prinsipləri əsasında uzunmüddətli və hərtərəfli ticarət-iqtisadi, xxxx-texniki və mədəniyyət əlaqələrini inkişaf etdirirlər.
Maddə 3
Tərəflər öz səlahiyyətləri çərçivəsində bu Sazişin həyata keçirilməsində bilavasitə iştirak edən sənaye, sahibkarlıq və digər strukturların fəaliyyəti üçün Azərbaycan Respublikası və Həştərxan vilayəti (Rusiya
Federasiyası) ərazilərində əlverişli şəraitin yaradılmasına kömək göstərirlər (bundan sonra - təsərrüfat subyektləri).
Maddə 4
Bu Saziş əsasında həyata keçirilən birgə layihələrin konkret formaları və ölçüləri Azərbaycan Respublikasının və Həştərxan vilayətinin (Rusiya Federasiyası) təsərrüfat subyektləri arasında mülkiyyət formalarından asılı olmayaraq bağlanılan müqavilələrlə müəyyən edilir.
Tərəflər öz səlahiyyətləri çərçivəsində dövlət sirri hesab edilən məlumat istisna olmaqla ticarət-iqtisadi əlaqələrin müxtəlif istiqamətlərində, xammal, komplektləşdiricilər, hazır məhsullara tələbat və maddi vəsaitlərin tədarük imkanları üzrə məlumat mübadiləsini aparır, həmçinin müəssisə və təşkilatların Tərəflərin keçirdiyi yarmarkalarda, sərgilərdə, auksionlarda və təqdimatlarda iştirakı üçün şəraiti təmin edirlər.
Maddə 5
Tərəflər öz səlahiyyətləri çərçivəsində Xəzər dənizində neft-qaz əməliyyatlarının aparılması üçün texniki vəsaitlərin, Azərbaycan Respublikasının və Həştərxan vilayətinin (Rusiya Federasiyası) gəmiqayırma sahəsinin imkanlarından istifadə etməklə müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 6
Tərəflər öz səlahiyyətləri çərçivəsində mədəniyyət, elm, səhiyyə, təhsil, əmək və sosial müdafiə, idman və turizm müəssisələri, gənclər və digər ictimai təşkilatlar arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şəraiti təmin edir, tələbələrin Azərbaycan Respublikasının və Həştərxan vilayətinin (Rusiya Federasiyası) tədris müəssisələrində təhsil almalarına köməklik göstərirlər.
Tərəflər xxxx-tədris sahəsində əməkdaşlıq proqramlarının işlənib hazırlanmasını və yerinə yetirilməsini həyata keçirirlər.
Maddə 7
Tərəflər öz səlahiyyətləri çərçivəsində təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində rəsmi nümayəndə heyətlərinin və mütəxəssislərin mübadiləsini aparır, yerli dövlət hakimiyyət və icra orqanlarının fəaliyyət mübadiləsi təcrübəsindən istifadə edirlər.
Maddə 8
Tərəflər Azərbaycan Respublikasında və Həştərxan vilayətində (Rusiya Federasiyası) mədəni irsin, mədəniyyətin (folklor) ənənəvi ifadələrin qorunması və inkişafına yardım edir, həmçinin qeyd olunan sahədə təcrübə mübadiləsini həyata keçirirlər.
Maddə 9
Bu Saziş Tərəflərin üçüncü Tərəflərlə bağladıqları müqavilələr üzrə hüquq və öhdəliklərə toxunmur və onun iştirakçılarının üçüncü Tərəflər qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsinə mane ola bilməz.
Maddə 10
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığına əsasən əlavə və dəyişikliklər edilə bilər və onlar müvafiq protokollarla müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilir.
Maddə 11
Tərəflər arasında bu Sazişin təfsiri və tətbiqi ilə bağlı mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 12
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili prosedurları yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alınması tarixindən qüvvəyə minir və 5 il müddətinə bağlanılır, bundan sonra Tərəflərdən biri müvafiq müddətin bitməsinə ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfi yazılı şəkildə xəbərdar etmədiyi təqdirdə, Saxxx xvtomatik olaraq növbəti bir illik müddətlərə uzadılır.
Bu Sazişin ləğv edilməsi onun əsasında bağlanılmış müqavilələr və kontraktlar üzrə öhdəliklərin yerinə yetirilməsinə toxunmur.
Bakı şəhərində, 8 sentyabr 2011-ci il tarixində Azərbaycan və rus dillərində, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Həştərxan vilayəti (Rusiya Federasiyası) |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |