№li ƏMƏK MÜQAVİLƏSİ
Sosial məzuniyyət yerinə müəllimlə bağlanan
müddətli əmək müqaviləsinin nümunəsi
_____№li ƏMƏK MÜQAVİLƏSİ
Bakı şəhəri __ _______ 2016 –cı il
I. ƏMƏK MÜQAVİLƏSİNİ ( kontraktını) BAĞLAYAN TƏRƏFLƏR
HAQQINDA MƏLUMATLAR
1.1.Bu əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında “Əmək müqaviləsi”) işəgötürənin səlahiyyətlərini həyata keçirən
XXX nömrəli xxx xxxx məktəb, VÖEN: ____________________________
(idarənin, müəssisənin, təşkilatın adı,vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN))
İşəgötürən:
Direktor __________________________________.
(vəzifəsinin adı)
XXXXX XXXXXXX qızı XXXXXXX ________ilə
(adı, atasının adı, soyadı)
İşçi: XXXX XXXXX qızı XXXXX ___________________________
(adı, atasının adı və soyadı)
Azərbaycan Respublikasının vətəndaşı______________________
(vətəndaşlığı)
Şəxsiyyət vəsiqəsi: АZE № XXXXX, XXXXXXX, XX.XX.XXXX-cı il, Binəqədi RPİ ___
(şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı)
Xxx, filologiya, BDU, diplom PB № XXXX SSN-XXXXXXXXXXXXXX ___ __
(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN))
arasında XX.XX.2016-cı il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.
1.2. İşçi XXX nömrəli xxx xxxx məktəbə Azərbaycan dili və ədəbiyyatı ______________
(iş yerinin adı, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, xxxxxxx adı)
müəllimi vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilir.
Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
II. ƏMƏK MÜQAVİLƏSİNİN MÜDDƏTİ
2.1. Bu Əmək müqaviləsi müddətli bağlanmışdır.
2.2. İşin birinci __________ həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini __________ gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
2.3. Bu Əmək müqaviləsi işçi XXXXX XXXXX XXXXX qızının sosial məzuniyyətdə olması səbəbinə görə “____”_____________il tarixindən “____”______________il tarixinədək bağlanmışdır.
2.4. İşçi XX.XX.2016-cı il tarixindən işə başlayır.
III. İŞÇİNİN ƏMƏK FUNKSİYASI
İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
Konkret pedaqoji vəziyyət və tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır;
Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir;
Tədris avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
Metodbirləşmələrin və həyata keçirilən digər metodik iş formalarının fəaliyyətində iştirak edir;
Təlim-tərbiyə işləri prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltmək qeydinə qalır.
3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.
3.3. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.
3.4. İşçi əmək funksiyasının icrası zamanı İşəgötürənin fəaliyyəti ilə bağlı özünün səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.
IV. ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ
İşəgötürən aşağıdakı əmək şəraitinin yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə
İşçiyə hər ay tarifləşmə cədvəlinə uyğun məbləğində əmək haqqı ödənilir.
Əmək haqqı İşəgötürənlə İşçi arasında əldə edilmiş razılığa əsasən, xxxx xxx dəfə hər növbəti ayın 5-i tarixinədək İşçinin bankdakı hesabına köçürülərək ödənilir.
Əmək haqqı: tarifləşmə cədvəlinə uyğun manat məbləğində tarif haqqından (vəzifə maaşı); tarif haqqına (vəzifə maaşına) ___________________faizi miqdarda əlavədən ibarətdir;
4.4.İşçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsi ilə müəyyən edilən məbləğdə və qaydada əlavə əmək haqqı verilir.
4.5. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında İşçi qabaqcadan məlumatlandırılır.
Əməyin mühafizəsi üzrə
İşçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır.
4.7 İşçi tələb edilən hallarda fərdi xüsusi mühafizə vasitələri ilə təmin edilir.
4.8 İşçi əməyin mühafizəsi normaları ilə ildə bir dəfədən az olmayaraq Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq təlimatlandırılır.
4.9 İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.
4.10 İşəgötürən İşçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində İşçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir.
4.11 İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə İşçi həlak olarsa, onun himayəsində xxxx şəxslər qarşısında İşəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır.
İş və istirahət vaxtı üzrə
İşçi gündə 8 saat, həftə ərzində isə 36 saatdan xxx olmayaraq işləyir.
İ şçi 5 iş günlük və 2 istirahət günlük iş həftəsi ilə işləyir.
İstirahət günləri hər həftənin şənbə və bazar günləridir.
4.15 İşçinin öz əmək funksiyalarını yerinə yetirmək üçün müəyyən edilən iş vaxtı və istirahət vaxtı İşçi ilə İşəgötürən arasında müəyyən edilən razılığa əsasən tərtib edilən və İşəgötürən tərəfindən təsdiq edilən dərs cədvəli ilə müəyyən edilir.
4.16 İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan qaydada əlavə haqq ödənilir.
İş günü hesab olunmayan günlər və bayram günləri Əmək Məcəlləsinə müvafiq müəyyən edilir.
İşçi iş vaxtından kənar vaxtda və ya İşəgötürənin razılığı ilə iş vaxtı ərzində İşəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Məzuniyyət üzrə
4 .19. İşçinin iş ilini XX.XX.2016-cı il tarixindən XX.XX.2017-ci il tarixinədək aylardan ibarət (birinci iş ili başlanan və bitən gün, ay və il)
dövrü əhatə edir və hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.
Ə sas məzuniyyət bir qayda olaraq yay tətili dövründə verilir və müddəti 56 təqvim günüdür.
4.21. Əlavə məzuniyyət müddəti:
- əmək stajına görə __________ təqvim günü;
- Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir və İşəgötürən bununla yanaşı İşçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür.
4.22. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə İşəgötürənlə razılıq əsasında istifadə edilir.
Bədən tərbiyəsi və idman üzrə
İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və
peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
V. BİRİNİN DİGƏRİNƏ VURDUĞU ZİYANA GÖRƏ TƏRƏFLƏRİN
QARŞILIQLI MADDİ MƏSULİYYƏTİ
5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.
VI. SOSİAL MÜDAFİƏ MƏSƏLƏLƏRİ
6.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada və miqdarda hər ay sığorta haqqı ödənilir və işəgötürən tərəfindən əlavə sığorta edilir.
6.2. Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir.
6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.
VII. MÜLKİYYƏT MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ
7.1. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə İşəgötürənin mülkiyyətində xxxx digər əmlakın qorunmasına cavabdehdir.
7.2. İşəgötürən İşçinin əmlakının mühafizəsinə və aşınmasına görə əvəzinin ödənilməsinə cavabdehdir.
7.3. İşçi İşəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.
VIII. ƏMƏK MÜQAVİLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ
Bu Əmək müqaviləsində dəyişikliklər, əlavələr və düzəlişlərin aparılması tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir və müqavilənin ayrılmaz və tərkib hissəsini təşkil edərək tərəflərin imzası və möhürü xxxx tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılmış dəyişikliklər, əlavələr və düzəlişlər hüquqi qüvvəyə malik deyil.
IX. ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən İşçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir.
İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl İşəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir.
İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla İşçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir.
X. YEKUN QAYDALAR
Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri İşçidə, digəri isə İşəgötürəndə saxlanılır.
Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.
Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla, üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından tələb etmək hüququna malikdirlər.
Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.
XI. Tərəflərİn İmzaları və ünvanları
İşəgötürən XXX nömrəli xxx xxxx məktəb Bakı şəhəri, _______ küçəsi,XX VÖEN-_________________ H № AZ________________ Dövlət Xəzinədarlıq Agentliyi Kod-__________________ M/h-AZ________________ VÖEN-________________ S.W.İ.F.T.______________ ______________________ ______________________ Məktəbin direktoru XXXXXX XXXXX XXXXX qızı
|
İşçi Azərbaycan Respublikasının vətəndaşı XXXX XXXX XXXX qızı Yaşayış yeri: Bakı şəhəri, .........................................
__________________________ (imza)
|
Əmək müqaviləsinin nüsxəsini aldım: ___________________ _______ _________2016-cı il
(işçinin imzası)