Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını
müəyyən edir, xxxxx sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Xxxxx sığorta və onun formaları
Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.
Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.
Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.
Maddə 2. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
II fəsil
TİBBİ SIĞORTANIN SİSTEMİ
Maddə 3. Tibbi sığortanın subyektləri
Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığortalı, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul xxxx şəxslərdir.
İcbari tibbi sığorta sistemində sığortalılar:
işləməyən vətəndaşlar üçün - müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları;
işləyən vətəndaşlar üçün - mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi
şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxslər.
Könüllü tibbi sığortada sığortalılar - vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi şəxslərdir.
Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı xxxx müalicə- profilaktika, xxxx-tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər daxildirlər.
Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir.
Maddə 4. Tibbi sığorta müqaviləsi
Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.
Tibbi sığorta müqaviləsi - qanunvericilikdə müəyyən olunmuş qaydada sığortalı tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.
Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.
Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5. Tibbi sığorta şəhadətnaməsi
Tibbi sığorta şəhadətnaməsi - sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.
İcbari və könüllü tibbi sığorta müqaviləsinin subyekti xxxx vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar.
Tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə olur və tibb müəssisəsinə müraciət edərkən təqdim olunur.
Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 6. Sığortalının hüquq və vəzifələri
Sığortalının hüquqları aşağıdakılardır:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;
könüllü tibbi sığorta təşkilatını sərbəst seçmək;
tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.
sığortalının vəzifələri aşağıdakılardır:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icbari tibbi sığorta müqaviləsi bağlamaq;
icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək; sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta
təşkilatına məlumat vermək;
könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.
Tibbi sığorta müqaviləsində sığortalı üçün digər vəzifələr də nəzərdə tutula bilər.
Maddə 7. Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları
Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır: tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş
hüquqlardan istifadə etmək;
tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil xxxx tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;
profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;
icbari tibbi sığorta müqaviləsinin şərtlərinə xxxxx xxxx tibbi xidmətdən istifadə etmək;
xxxxx sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;
sığortalı, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;
könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini xxxx almaq.
Vətəndaşların tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanı, tibbi sığorta təşkilatları, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.
Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
Maddə 8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin tibbi sığortası
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tibbi sığorta sistemində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
Azərbaycan Respublikasında əcnəbilər tibbi sığorta sahəsində, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
Maddə 9. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi
İcbari tibbi sığorta sistemi dövlət büdcəsindən, sığortalının (mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxslərin) ödəmələri, icbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi, icbari tibbi sığorta haqlarının saxlanması və maliyyə vəsaitinin məqsədli istifadəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 10. Tibbi sığorta sistemində sığorta haqları
İcbari tibbi sığorta sistemində sığortalılar işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir.
İşləməyən pensiyaçılar, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir.
Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.
Maddə 11. İcbari tibbi sığorta proqramı
İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini(baza zərfini) müəyyən edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur.
III fəsil
TİBBİ SIĞORTA TƏŞKİLATLARININ FƏALİYYƏTİ
Maddə 12. Tibbi sığorta təşkilatı
Könüllü tibbi sığorta təşkilatı – mülkiyyət formasından asılı olmayaraq, sığorta qanunvericiliyində müəyyən edilmiş tələblərə müvafiq qaydada xüsusi razılığa (lisenziyaya) xxxxx xxxx və həmin qanunvericiliyə uyğun olaraq könüllü tibbi sığortanı həyata keçirmək səlahiyyəti xxxx sığortaçıdır.
İcbari tibbi sığorta təşkilatı - icbari tibbi sığortanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət orqanıdır.
Tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola bilməzlər.
Tibbi sığorta təşkilatından vergi tutulması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Tibbi sığorta təşkilatının yaradılması, yenidən təşkili və ləğv olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 13. Tibbi sığorta təşkilatının hüquq və vəzifələri
Tibbi sığorta təşkilatının hüquqları aşağıdakılardır:
tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;
tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;
tibbi xidmətlər üçün tariflərin müəyyənləşdirilməsində iştirak etmək;
tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;
tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək;
zərərin sığorta olunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş zərər üçün cavabdeh xxxx fiziki və ya hüquqi şəxslərdən qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək.
Tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.
Tibbi sığorta təşkilatının vəzifələri aşağıdakılardır:
tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq;
tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək;
tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək;
könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsini sığorta olunana qaytarmaq;
müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək;
sığorta olunanın mənafelərini müdafiə etmək.
IV fəsil
TİBBİ SIČORTA SİSTEMİNDƏ TİBB MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİ
Maddə 14. Tibb müəssisələrinin özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin hüquq və vəzifələri
Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul xxxx
şəxslərin tibbi sığorta sistemində tibbi xidmətlər göstərmək hüququ vardır.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslər qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə əsasında icbari tibbi sığorta proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərlə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır.
Tibbi sığorta proqramlarını yerinə yetirən tibb müəssisələrinin tibbi sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ vardır.
Qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi sığorta proqramını yerinə yetirən tibb müəssisələrinin və ya özəl tibbi praktika ilə məşğul xxxx könüllü şəxslərin tibbi sığorta təşkilatını seçmək hüququ vardır.
Tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər.
İcbari tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul xxxx şəxslər tibbi sığorta proqramlarını yerinə yetirərkən:
sığorta olunana tibbi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə, həcmdə və keyfiyyətdə tibbi yardım göstərməli;
sığorta olunanın xəstəliyi ilə əlaqədar baş verə biləcək, eyni zamanda sığorta olunanın təqsirindən üzə çıxmış hər hansı fəsadlar barədə tibbi sığorta təşkilatına məlumat verməli;
sığorta olunanın sağlamlığının vəziyyətinə və ya şəxsi həyatına dair məlumatlar barədə xidməti sirri qorumalıdırlar.
İcbari tibbi sığorta sistemində tibb müəssisələri və ya qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul xxxx şəxslər tibbi sığorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətlərə görə sığorta olunandan əlavə haqq tələb edə bilməzlər.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirakından asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən təcili tibbi yardım göstərən özəl tibbi fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.
Maddə 15. Tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər
İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tariflər tibb müəssisələrinin rentabelliyini və tibbi sığorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətin müasir səviyyəsini təmin etməlidir.
Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya özəl tibbi praktika ilə məşğul xxxx şəxs) arasında razılaşmaya əsasən müəyyən edilir.
V fəsil
YEKUN MÜDDƏALARI
Maddə 16. Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti
Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir.
Tibb müəssisəsi və ya özəl tibbi praktika ilə məşğul xxxx şəxs tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar.
Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul xxxx şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir.
Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır.
Tibbi sığorta sistemində mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Maddə 17. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli xxxx hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.