Contract
RAZILAŞDIRILIB Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi |
TƏSDİQ EDİRƏM ________________________________________ _____________________________________________ Müəssisənin (Təşkilatın) adı Vəzifəli şəxs _________________________________________________ (direktor, sədr, baş həkim) ____________________________________________________________________ “ ” 202__-ci il |
TİBBİ RENTGEN AVADANLIĞININ İSTİSMARI ZAMANI RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINA DAİR TƏLİMAT
Ümumi müddəalar
Hazırki Təlimat “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 30.12.1997-ci il tarixli, 423-IQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə 25.08.1999-cu il tarixli, 134 nömrəli Qərarı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 46 nömrəli 13.12.2012-ci il tarixli Qərarı, Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli, 37 nömrəli "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar"ın tələblərinə uyğun olaraq hazırlanmışdır.
Təhlükəsizlik üzrə ümumi tələblər
Rentgen avadanlığının istismarı yalnız radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqandan “İonlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların istifadəsi” fəaliyyət növünə Xüsusi icazənin xxxx və müvafiq il üçün radioloji-gigiyenik pasportu xxxx müəssisə tərəfindən həyata keçirilə bilər.
Radiasiya təhlükəsizliyinə daxili nəzarətin həyata keçirilməsi üçün müəssisənin rəhbəri əmrlə radiasiya təhlükəsizliyinə cavabdeh şəxsi (RTCŞ) təyin edir və onun vəzifələrini və hüquqlarını əks etdirən sənədi təsdiqləyir. Bu sənəd radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanla razılaşdırılmalıdır.
Radiasiya təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarətin aparılması və işçilər tərəfindən alınmış şüalanma dozaları barədə məlumatın əldə edilməsi üçün müəssisədə radiasiya nəzarəti həyata keçirilməlidir. Bunun üçün aparılan işin xüsusiyyətinə və şəraitinə xxxxx xxxx radiasiya təhlükəsizliyinin təmin edilməsi proqramı hazırlanır və
müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir. Bu Proqram radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanla razılaşdırılır.
Rentgen avadanlığının istismarı ilə bağlı işlərə xüsusi təlim keçmiş, ionlaşdırıcı şüalanma ilə işlərə əksgöstəriciləri olmayan, 18 yaşa çatmış və müəssisə rəhbərinin əmri ilə A qrupuna aid edilən işçilər cəlb olunur.
A kateqoriyalı işçilər tərmolüminessent (TLD) və ya birbaşa göstərən elektron dozimetrlə təchiz olunur. TLD göstəriciləri rübdə bir dəfə TLD xidmətlərinin göstərilməsi üzrə müəssisə tərəfindən müqavilə bağladığı təşkilatın laboratoriyasında yoxlanılır və nəticəsi protokol şəkildə müəssisəyə təhvil verilir. Birbaşa göstərən elektron dozimetrlə ölçülən dozalar həftədə bir dəfə qeydiyyata alınır.
RTCŞ A qrupa aid edilən işçilər tərəfindən alınan şüalanma dozaları təhlil etməli və işçiləri dozimetriyanın nəticələri barədə məlumatlandırmalıdır.
İşçilərin şüalanmaya məruz qalmasına dair məlumat rübdə bir dəfə RTCŞ tərəfindən fərdi şüalanma dozalarının uçot vərəqələrində qeyd olunur. Fərdi uçot vərəqəsi işçi işdən azad edildikdən sonra 50 il müddətində saxlanılır. İşçinin başqa müəssisəyə keçməsi hallarında onun şüalanma dozaları barədə məlumatın surəti yeni iş yerinə verilir, əsli isə əvvəlki iş yerində saxlanılır.
A qrupuna aid edilən işçilər tərəfindən alınan dozanın həddi “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanununda müəyyən edilir. Belə ki, ardıcıl beş il ərzində ortaillik dozanın həddi 20 mZv və ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə bərabər götürülür. Ardıcıl beş il ərzində ortaillik dozanın 20 mZv-dən artıq olmaması şərti ilə, bu beş ilin ayrı-ayrı illərində illik yol verilən doza həddi 50 mZv-dir.
Müəssisədə fərdi şüalanmaya məruz qalmanın illik dozaları üçün nəzarət səviyyələri təyin olunur.
A qrupu işçilərinə aid edilən qadınlar hamilə olduqları müddət ərzində ionlaşdırıcı şüalanma mənbələri (İŞM) hesab edilən qurğuların istismarı ilə bağlı işlərdən azad olunmalıdır.
A qrupuna aid edilən işçilər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 46 nömrəli 13.12.2012-ci il tarixli qərarına müfaviq olaraq ildə bir dəfə tibbi müayinədən keçməlidirlər.
İşə qəbul olunan işçilərin ilkin təlimatlandırılması keçirilir. Onların təkrar (dövri) təlimatlandırılması ildə bir dəfə aparılır. İşin xüsusiyyəti və ya üsulu dəyişdiyi halda növbədənkənar təlimatlandırılma həyata keçirilir. Təlimatlandırmanın həyata keçirilməsi barədə məlumat müvafiq jurnalda qeyd olunur.
A qrupuna aid edilən işçilər aşağıdakılara riayət etməlidirlər:
Müayinə zamanı prosedur otağında xxxx işçilər fərdi qorunma vasitələrindən istifadə etməlidir.
Fərdi qorunma vasitələrinin qorunma xüsusiyyətlərinin yoxlanılması ildə bir dəfə RTCŞ tərəfindən həyata keçirilir.
Bir prosedura otağında yerləşən rentgen aparatlarının eyni vaxtda istifadəsi qadağandır.
Bir işçi tərəfindən eyni vaxtda iki və daha xxx rentgen aparatlarının istifadəsi qadağandır.
Fərdi gigiyena qaydalarına riayət edilməlidir.
A qrupuna aid edilən işçilər üçün aşağıdakılar qadağan edilir:
fərdi qorunma vasitələrindən istifadə etmədən və fərdi dozimetr taxılmadan işə başlamaq;
iş zamanı rentgen aparatını nəzarətsiz qoymaq və ya bu nəzarəti rentgen avadanlığında işləmək üçün icazəsi olmayan şəxslərə tapşırmaq;
yararsız və zədələnmiş fərdi qorunma vasitələrindən istifadə etmək;
ventilyasiya sistemi qoşulmadığı halda işləmək.
Rentgen müayinəsi yalnız müvafiq ixtisası və təcrübəsi xxxx həkim tərəfindən təyin oluna bilər.
Müəssisədə pasiyentlərin hamiləliyinin təyin edilməsi üçün müvafiq proseduru olmalıdır. Hamilə qadınlar üçün rentgen müayinəsinin təxirə salınması mümkün olmadığı halda, onların bədənlərinin aşağı hissəsinin şüalanmadan qorunması üçün qorunma vasitələrindən (məs. qurğuşunlu önlük) istifadə olunmalıdır.
Rentgendiaqnostika kabinetinin prosedura otağında rentgen müayinələrinə aid olmayan əşyaların saxlanmasına yol verilməməlidir.
Rentgendiaqnostika kabinetinin giriş qapısının üstündə rentgen aparatı qoşulduğu zaman “Giriş qadağandır” işıqlanan yazısı quraşdırılmalıdır.
İşlərin aparılması zamanı təhlükəsizlik tələbləri
İşə başlamazdan əvvəl A qrupuna aid edilən işçilər tərəfindən fərdi dozimetrlər əldə edilir, prosedur otağında kənar şəxslərin olmadığına əmin olunur və rentgen aparatına vizual baxış keçirilir. Bundan sonra müxtəlif iş rejimlərində rentgen aparatının sınaq qoşulmaları həyata keçirilir.
Ventilyasiya, su təhcizatı, kanalizasiya və elektrik sistemlərinin işlək vəziyyətdə olduğu yoxlanılmalıdır.
İşin sonunda rentgen aparatı söndürülür və elektrik şəbəkəsindən ayrılır. Bundan sonra otaqlar yığışdırılır və dezinfeksiya işləri aparılır.
Rentgen avadanlığının xxxx və dövri yoxlanılması həyata keçirilməlidir. Rentgen avadanlığının xxxx yoxlanması rentgen kabinetinin əməkdaşları tərəfindən həftədə bir dəfə aparılır. Rentgen avadanlığının dövri yoxlanması xüsusiləşdirilmiş təşkilatlar tərəfindən ildə bir dəfə aparılır. Aparılmış yoxlamaların nəticələri barədə məlumatlar xüsusi jurnallarda qeyd olunur.
Qəza zamanı təhlükəsizlik tələbləri
Qəza hadisəsi baş verdiyi zaman müəssisə tərəfindən təsdiq edilmiş və radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanla razılaşdırılmış “Qəzaların qarşısının alınması və onların nəticələrinin ləğv edilməsi proqramı”na uyğun olaraq tədbirlər həyata keçirilir.
Rentgen kabinetində baş verə biləcək qəzalara aşağıdakilar aid edilir:
rentgen avadanlığının və ya rentgen kabinetinin radiasiyadan qorunma təbəqələrinin sıradan çıxması;
elektrik təchizatı sisteminin nasazlığı və ya qısa qapanma;
rentgen avadanlığının mexaniki zədələnməsi;
ventilyasiya, istilik, kanalizasiya və ya su təchizatı sistemlərinin sıradan çıxması;
döşəmə, tavan və divarların bərbad vəziyyətdə olması;
yanğının baş verməsi.
Qəza baş verdiyi zaman işçilər rentgen aparatını elektrik cərəyanından ayrılmalı, RTCŞ-i məlumatlandırmalı, xəstəni müayinə otağından təxliyə etməli, müayinə otağının qapısını bağlamalı və onun üzərində qəza xəbərdaredici nişanını asmalıdır.
Lazımi hallarda zərərçəkənlərə ilkin tibbi yardım göstərilməlidir.
İşçilərin 2.8-ci bənddə göstərilən normalardan artıq şüalanmaya məruz qaldığı halda RTCŞ bunun səbəblərini araşdırır, şüalanmaya məruz qalanların tibbi müayinədən keçirilməsini təşkil edir və müayinələrin nəticələrinə əsasən işçiləri İŞM-in istifadəsi ilə əlaqədar işlərdən uzaqlaşdırılması barədə rəhbərliyə təkliflər verir.
2