Contract
Dövlət (region) müşahidələrinin aparılması üçün xxxxx xxxx məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası”na
2 nömrəli əlavə
Dövlət (region) müşahidələrinin aparılması üçün xxxxx xxxx məlumatların elektron sənəd formasında dövlət statistika
orqanlarına təqdim edilməsi haqqında
MÜQAVİLƏ №
“ ” 201_ il
şəhər (rayon)
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
(statistika orqanının adı)
(bundan sonra yerli statistika orqanı) rəisi
bir tərəfdən və
(soyadı, adı, atasının adı)
(hesabat (məlumat) təqdim edən statistik xxxxxxx xxx adı, fiziki şəxsin soyadı, adı, atasının adı və XXXX-x)
(bundan sonra hesabat təqdim edən) digər tərəfdən aşağıdakı müqaviləni imzalayırlar.
1. Ümumi müddəa
Bu Müqavilə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmişdir.
2. Müqavilənin predmeti
2.1. Müqavilənin predmetini rəsmi statistika hesabatlarının (məlumatlarının) hesabat (məlumat) təqdim edən statistik vahidlər tərəfindən elektron sənəd formasında göndərilməsi, statistika orqanları tərəfindən onların qəbulu və bu barədə statistik hesabat (məlumat) təqdim edən statistik vahidlərə elektron şəkildə bildirişin verilməsi təşkil edir;
2.2. Tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin məlumatlarının kağız formasında xxxx sənədin məlumatlarına bərabər olduğunu və hər iki sənədin eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edir;
2.3. İstifadəçiyə məxsus elektron poçt (e-mail) vasitəsi ilə göndərilmiş belə elektron sənədlər imzalanmış hesab edilir.
3. Tərəflərin hüquqları
3.1. Statistik hesabat (məlumat) təqdim edən statistik vahidlərin hüquqları aşağıdakılardır:
3.1.1. elektron sənəd mübadiləsi ilə bağlı mübahisəli məsələlər meydana çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə statistika orqanına və ya məhkəməyə müraciət etmək;
3.1.2. müvafiq ərizə verməklə müqavilədən imtina etmək;
3.1.3. müqavilənin qüvvədə olduğu müddətdə statistik hesabatları (məlumatları) kağız formada təqdim etməmək.
3.2. Statistika orqanının hüquqları aşağıdakılardır:
3.2.1. müqavilənin qüvvədə olduğu müddətdə statistik hesabat təqdim edən statistik vahidlər tərəfindən göndərilmiş eyni hesabat dövrü üzrə eyni növ hesabatı yalnız bir formada (elektron və yaxud kağız formada) qəbul etmək;
3.2.2. hesabat təqdim edən statistik vahidlər elektron sənəd mübadiləsi üçün nəzərdə tutulmuş texniki qaydalara və normalara əməl etmədikdə, hesabat dövrünün başa çatmasına azı 10 gün qalmış xəbərdarlıq etməklə müqavilədən birtərəfli qaydada imtina etmək;
3.2.3. məlumatların təhrif edilməsi halları aşkara çıxarıldığı zaman hesabatlarda (məlumatlarda) düzəliş etmək və bu barədə statistik vahidlər tərəfindən yerinə yetirilməsi məcburi xxxx tapşırıqlar vermək.
4. Tərəflərin vəzifələri
4.1. Statistik hesabat təqdim edən statistik vahidlərin vəzifələri aşağıdakılardır:
4.1.1. elektron sənəd mübadiləsi ilə bağlı Dövlət Statistika Komitəsinin bütün təlimat və qaydalarına əməl etmək, müəyyən olunmuş formada tərtib olunan
elektron hesabatları (məlumatları) qanunvericilikdə müəyyən olunmuş müddətdə göndərmək;
4.1.2. elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin informasiya təhlükəsizliyini təmin etmək;
4.1.3. səhv aşkar edilmiş hesabatları yenidən hazırlayıb göndərmək;
4.1.4. elektron sənəd mübadiləsi üçün istifadə olunan elektron poçt (e-mail) ünvanı dəyişdikdə, 3 gün müddətində qeydiyyatda olduğu yerli statistika orqanına məlumat vermək;
4.1.5. statistika orqanlarına təqdim edilmiş elektron hesabatları və statistika orqanlarından alınmış bütün elektron sənədləri azı 3 il ərzində saxlamaq;
4.1.6. elektron sənədlərin mübadiləsindən imtina edildikdə, bu barədə hesabatın (məlumatın) təqdim olunma müddətindən azı 10 gün əvvəl statistika orqanına ərizə vermək;
4.1.7. avadanlığın texniki nasazlığı və ya digər səbəblərdən hesabatın (məlumatın) elektron formada təqdim olunması müəyyən dövr ərzində mümkün olmadıqda, hesabatın onunla eyni hüquqi qüvvəyə malik kağız formasında təqdim olunmasını təmin etmək.
4.2. Statistika orqanının aşağıdakı vəzifələri vardır:
4.2.1. statistik hesabat təqdim edən statistik vahidlərin ərizəsinin qəbulundan sonra 2 gün ərzində elektron sənəd mübadiləsi üçün zəruri xxxx işləri həyata keçirmək;
4.2.2. müəyyən edilmiş elektron formada tərtib olunan elektron hesabatı statistik hesabat təqdim edən statistik vahidlərdən qəbul etmək və bu barədə hesabat təqdim edəni məlumatlandırmaq;
4.2.3. elektron formada qəbul olunmuş hesabatın ilkin yoxlanılmasını təmin etmək;
4.2.4. avadanlığın texniki nasazlığı və ya digər səbəblərdən hesabatın (məlumatın) elektron formada qəbul olunması müəyyən dövr ərzində mümkün olmadıqda, onunla eyni hüquqi qüvvəyə malik kağız formasında hesabatın qəbulunu təmin etmək;
4.2.5. qəbul edilmiş fərdi məlumatları məxfi saxlamaq.
5. Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə və ya tam yerinə yetirmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
6. Mübahisələr
6.1. Bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi prosesində mübahisələrin yarandığı halda, tərəflər onların tənzimlənməsi üçün qarşılıqlı şəkildə zəruri tədbirlərin görülməsini öhdələrinə götürürlər;
6.2. Elektron sənədlərin dəqiqliyi ilə əlaqədar mübahisə yarandığı halda, bu Müqavilənin maraqlı tərəfi digər tərəfə səbəblərini əsaslandırmaqla və mübahisə predmeti xxxx elektron sənədin tarixi və nömrəsini göstərməklə yazılı müraciət edir;
6.3. Müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və baxılaraq yazılı şəkildə cavablandırılır;
6.4. Müqavilə tərəfləri arasında mübahisənin həllinin nəticələrinə görə mübahisənin mahiyyətini və tipini özündə əks etdirən akt tərtib olunur və Müqavilənin tərəflərinin nümayəndələri tərəfindən imzalanır;
6.5. Mübahisənin həlli üçün Müqavilənin tərəfləri fayl şəklində xxxx mübahisəli elektron sənədi və təsdiqedici elektron sənədi təqdim etməlidirlər. Mübahisəyə baxılması zamanı Müqavilənin tərəfləri elektron sənədlərin dürüstlüyünü yoxlayırlar;
6.6. Tərəflər qarşılıqlı anlaşma əldə etmədikdə, mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
7. Müqavilənin müddəti
Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərdən hər xxxxx xxxx ondan imtina edənə qədər qüvvədədir.
8. Yekun müddəa
Bu Müqavilə azərbaycan dilində 2 nüsxədə tərtib olunmuşdur və hər 2 nüsxənin eyni hüquqi qüvvəsi vardır.
9. Tərəflərin rekvizitləri
Yerli statistika orqanı Hesabat təqdim edən
(yerli statistika orqanının adı) (hesabat təqdim edən hüquqi şəxsin tam adı,
vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, fiziki şəxsin soyadı, adı, atasının adı və XXXX-x)
atasının adı) (müqavilənin imzalanması üçün
səlahiyyətli şəxsin soyadı, adı, atasının adı)