ELEKTRON CİHAZLARIN SIĞORTASI QAYDALARI
ELEKTRON CİHAZLARIN SIĞORTASI QAYDALARI
Bakı 2017
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.
2. ANLAYIŞLAR
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Sığorta müqaviləsi - Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır;
Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir;
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir;
Sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir;
Sığortanın müddəti - sığorta risklərinin sığortalandığı müddət. Sığorta müqaviləsində başqa cür hal nəzərdə tutulmamışdırsa sığorta təminatı sığorta müqaviləsində qeyd olunmuş müddəti əhatə edir;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının uzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta muqaviləsinə uyğun olaraq muəyyən edilən sığorta odənişi məbləğinə tətbiq olunur;
Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
3. SIĞORTA SİNİFİ
3.1. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə əmlakın yanğından və digər risklərdən sığortası sinifinə aid edilir.
4. SIĞORTA PREDMETİ
4.1. Bu Qaydalara əsasən sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu bir vаhid və yа аyrı-аyrı hissələrdən ibаrət оlаn aşağıda qeyd olunan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemləridir:
4.1.1. Elektron avadanlıq - telekommunikasiya avadanlıqları, sürətçıxarma və hesablama exnikası;
4.1.2. Dəqiq mexanika - dəqiq mexanika və optika cihazları, ölçmə avadanlıqları, foto, video və multimedia texnikası, teleradio avadanlıqları;
4.1.3. Köməkçi və əsas elektron aqreqatlar - sənaye maşınlarının, istehsalat avadanlıqlarının, müxtəlif dəzgah və qurğuların elektron aqreqatları;
4.1.4. İnformasiya texnologiyaları avadanlıqları - elektron hesablama maşınları, kompüterlər, serverlər və digər informasiya texnologiyaları avadanlıqları;
4.1.5. Bütün növ məişət texnikası və peşəkar mətbəx avadanlıqları;
4.1.6. Tibbi, diqaqnostik və laborotoriya avadanlıqları, cihazları və qurğuları;
4.1.7. Avtomobillərin və digər qurğuların üzərində quraşdırılmış ayrı-ayrı elektron hissələr və avadanlıqlar, onların ayrıayrı elektron hissələri;
4.1.8. Bu Qaydaların 4.1.1 – 4.1.7-ci bəndlərində qeyd olunmayan, bu Qaydaların müddəalarına əsasən sığortalanması istisna olmayan və qanunla qadağan edilməyən digər bütün cihaz, texnika, qurğu və avadanlıqlar.
5. SIĞORTA RİSKLƏRİ
5.1. Bu sığorta Qaydaları ilə sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət xxxx elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:
5.1.1. İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası və ya diqqətsizliyi;;
5.1.2. Sığortalanmış əmlakın olduğu ərazidə edilən soyğunçuluq, oğurluq və ya oğurluğa cəhd;
5.1.3. Dizaynın və ya materialın qüsurlu olması;
5.1.4. Qısa qapanma, cərəyan dəyişikliyi (artma və ya azalma), induksiya cərəyanının təsiri;
5.1.5. Yanğın, ildırım, partlayışlar və bunlarla əlaqədar həyata keçirilən söndürmə, xilasetmə, sökmə işləri; 5.1.6. Qarsılma, qaralma, xxxxx və his;
5.1.7. Fırtına, qasırğa, tufan, daşqın, sel, leysan, yer sürüşməsi, torpaq çökməsi kimi təbii fəlakətlər;
5.1.8. Su və nəmişliyin təsiri və bunların səbəb olduğu korroziya.
5.1.9. Tıxac və qoruyuculara dəyən zərər və ziyanlar.
5.1.10. Təminatın əhatə dairəsinə daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi hava nəqliyyatı vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqlar;
5.1.11. Səyyar və daşına bilən elektron cihazların sığorta şəhadətnaməsində göstərilən ərazidən kənara aparılması və orada işlədilməsi nəticəsində dəyən ziyan və zərərlər;
5.1.12. Əmlaka zəlzələ, vulkan püskürməsi, sunami, yeraltı od təsiri nəticəsində dəyən ziyan və zərərlər;
5.1.13. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində zamanı baş verən zərər və ziyanlar;
5.1.14. Elektron məlumat hazırlama sistemlərinin yaddaşına köçürülən məlumatlar da daxil olmaqla, maqnitli disklər, lent, kart, birbaşa mətn formaları və s. xarici məlumat xxxx vasitələrinin fiziki zədələnmələri ilə əlaqədar ziyan və zərərlər;
5.1.15. Zərər dəymiş sığortalanmış cihaz və ya hissənin əvəzinə başqa bir alternativ cihaz və ya hissədən istifadə edilməsinə görə xxxxx iş və zəhmət xərcləri;
5.1.16. Bu Qaydaların 6-cı bəndində qeyd olunan hallar istisna olmaqla bütün qəflətən baş vermiş və gözlənilməz səbəblər.
6. SIĞORTA RISKLƏRINDƏN ISTISNALAR VƏ (VƏ YA) SIĞORTA TƏMINATINA MƏHDUDIYYƏTLƏR
6.1. Bu Qaydalara əsasən, sığorta təminatı aşağıdakılara münasibətdə verilmir:
6.1.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməyindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
6.1.2.Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
6.1.3.Səlahiyyətli orqanların sığortalanmış cihazlardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;
6.1.3.Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;
6.1.4.Sığortalanmış cihazların normal işləməsi və daim istifadə olunması nəticəsində baş verən aşınma və ərimələr və ya zəhərləmələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə, işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar xxxx xxxxx və zərərlər; 6.1.5.Sığortalanmış cihazların istehsalçısı və ya satıcılarının qanuna və ya tərəflər arasında imzalanmış müqaviləyə əsasən məsuliyyət daşıdığı ziyan və zərərlər;
6.1.6.Sığortalanmış cihazlar və onların olduğu yerdə sığorta müqaviləsi imzalandığı zaman mövcud xxxx və sığortalıya və ya onun nümayəndəsinə məlum xxxx qusurlar, çatışmazlıq və nasazlığın səbəb olduğu ziyan və zərərlər;
6.1.7.Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində zərərə dəymiş cihazın təmir edilmədən istifadə olunması ilə əlaqədar xxxx xxxxx və zərərlər;
6.1.8. Sığortaçının məsuliyyət daşıdığı ziyan və zərərlərlə heç bir əlaqəsi olmayan, sığortalanmış cihazların normal işləyə bilməsi üçün nizamlanması, təmir edilməsi və yoxlanılmasına görə çəkilən xərclər;
6.1.9. Tıxac və qoruyucular istisna olmaqla qoruyucu, xxxxx örtük, qayış və s. bu kimi dəyişilə bilən hissələr, yağlar və ya kimyəvi maddələr kimi müəyyən müddətdən sonra dəyişilməli və ya əvəz edilməli xxxx materiallarda onların
istifadə olunmaları nəticəsində meydana gələn ziyan və zərərlər (bu hissə və materiallara görə, digər sığortalanmış hissələrin dəydiyi ziyan və zərərlər təminat daxilindədir);
6.1.10. Terrorizm və sabotaj, kif və göbələyin təsiri, kiber hücum, bioloji, kimyəvi və biokimyəvi çirklənmə nəticəsində dəyən ziyan və zərərlər;
6.1.11.Sığortalanmış cihazların üst qabığının rənglənmiş, cilalanmış, xxxxxx və s. formalı hissələrində baş verən və xarici görünüşə xələl gətirən cızılma, sıyrılma kimi estetik qüsurlar (bu qüsurlarla əlaqədar digər sığortalanmış hissələrin dəydiyi ziyan və zərərlər təminat daxilindədir);
6.1.12 .Sığortalının və ya onun adından fəaliyyət göstərən səlahiyyətli şəxsin kobud səhvi və ya qəsdən etdiyi hərəkətə görə dəyən ziyan və zərərlər.
7. SIĞORTA MƏBLƏĞİ VƏ ONUN MÜƏYYƏN EDİLMƏ QAYDASI
7.1. Sığorta məbləği Sığortaçı ilə Sığortalı arasında razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
8. SIĞORTA HAQQI VƏ SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ QAYDASI
8.1. Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.
8.2. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
8.3. Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.4. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 8.5-ci maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
8.5. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ONA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
9.1. Sığorta müqaviləsi yazılı formada bağlanılır və tərəflərin imzası, hüquqi şəxs olduqda möhür ilə təsdiqlənir.
9.2. Sığortaçinın tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.
9.3 Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi ilə müəyyən edilir.
9.4. Sığortaçı Sığortalıdan sığorta hadisəsinin baş verməsi ehtimalının müəyyən edilməsi məqsədilə əlavə sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.
9.5. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı formada aşağıdakı formada bağlanılır:
9.5.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.
9.5.2. Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu müqavilənin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
9.5.3. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilir və tərəflərin imzası, hüquqi şəxs olduğu halda həm də möhür ilə təsdiqlənir.
9.6 Sığorta müqaviləsinə xitam verilməsi qaydası və onun nəticələri:
9.6.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9.6.2. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.6.3. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini sığorta məbləği həddində tam yerinə yetirdikdə;
9.6.4. Sığortaçi və sığortalı hüquqi şəxs ləğv edildikdə.
9.6.5. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; 9.6.6. Sığorta marağı artıq mövcud olmadıqda.
9.6.7. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
9.6.8. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
9.6.9. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
9.6.10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 9.6.7-ci və 9.6.8-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.6.11. Bu Qaydaların 9.6.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
9.6.12. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə təşəbbüskar tərəf digər tərəfə və faydalanan şəxsə ən azı 30(otuz) gün, 3(üç) aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
10.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1. Sığortalı aşağıdakı hüquqlara malikdir:
10.1.1. Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
10.1.2. Sığorta müqaviləsi bağlanarkən bu Qaydalarla xxxxx olmaq;
10.1.3. Sığorta müqaviləsi üzrə istənilən açıqlamanı sığortaçıdan sorğu etmək;
10.1.4. Sığortaçının razılığı ilə sığorta məbləğinin və ayrı-ayrı sığorta riskləri üzrə sığorta məbləğlərinin ölçüsünə, sığorta müddətinə, sığorta haqlarının ölçüsünə dair sığorta müqaviləsinin şərtlərini dəyişdirmək. Belə dəyişikliklər sığorta müqaviləsinə əlavə sazişlə rəsmiləşdirilməlidir;
10.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
10.1.6. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.2. Sığortalının vəzifələri aşağıdakılardır:
10.2.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və / və ya Sığortaçının birbaşa sorğu etdiyi, Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə məlumatları sığortaçıya vermək;
10.2.2. Sığorta müqaviləsində müəyyən edilmiş məbləğdə və müddətlərdə sığorta haqqını ödəmək;
10.2.3. Sığortalı bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə Sığortaçıya və ya Sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək;
10.2.4. Sığorta hadisəsinin baş vermə ehtimalının və sığorta hadisəsi hesab edilə bilən hadisələrin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək;
10.2.5. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, zərərin qiymətləndirilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) vermək;
10.2.6. Sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına və/və ya zərərin qiymətləndirilməsinə imkanı yaratmaq və maneçilik törətməmək;
10.2.7. Sığortaçının ona rəsmi bildirilmiş bütün göstərişlərinə əməl etmək;
10.2.8. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək; 10.3. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
10.3.1. Sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx və / və ya etdiyi, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortalıya sorğu vermək;
10.3.2. sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması, və /və ya zərərin qiymətləndirilməsi üçün müstəqil eksperti, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsi təyin etmək. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər;
10.3.3. sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
10.3.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının sığortaçıya ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
10.3.5. Sığortalı tərəfindən bağlanan müqavilə şərtlərinə əməl edilməsini yoxlamaq;
10.3.6. Sığorta riski həddində xxxxx baş verdikdə ona mütənasib sürətdə sığorta haqqının artırılmasını, ona xitam verilməsini və ya müqavilə şərtlərinin dəyişdirilməsini Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq qaydada tələb etmək.
10.3.7. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.4.Sığortaçının vəzifələri aşağıdakılardır:
10.4.1. Sığortalını sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla xxxxx etmək;
10.4.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və / və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
10.4.3. Sığorta hadisəsi baş verdikdə Qaydaların 12.3.1-cı bəndində nəzərdə tutulan bütün sənədlərin əldə olunmasından sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəmək;
10.4.4. Sığorta müqaviləsi ilə əlaqədar xxxx məlumatları sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta sirri kimi saxlamaq;
10.4.5. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1. Zərər baş verdiyi zaman Sığortalı:
11.1.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir;
11.1.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və Sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının tələbinə əsasən gecikdirmədən ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən, müvafiq m əlumat və sənədləri verməlidir;
11.1.3. Zərərin baş verdiyi yer və ya əmlaklara, zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı halları istisna olmaqla, heç bir dəyişiklik etməməlidir;
11.1.4. Xəbərdarlıq edilməklə xırda təmirlər və müəssisənin fəaliyyətinin davam etdirilməsi üçün vacib xxxx əsaslı təmirlər, təmir haqda xüsusi xəbərdarlıq edilməsi şərti ilə aparıla bilər. Sığortaçı, zərərin baş verməsi barədə
məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə Sığortalı bütün növ təmirlərin aparılmasında sərbəstdir;
11.1.5. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və ya əmlaklara, bunlarla əlaqədar sənədlər üzərində həyata keçirəcəkləri yoxlama və tədqiqatlara icazə verməlidir;
11.1.6. Sığorta olunmuş yer və ya əmlaklar, başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
12.1. Zəzərin müəyyən edilməsi:
12.1.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
12.1.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya
sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
12.1.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
12.1.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
12.1.5. Sığorta ödənişi Sığortaçı Sığortalıdan zərər faktını, onun səbəblərini və həcmini təsdiq edən bütün zəruri sənədləri aldıqdan sonra 7 (yeddi) iş günü ərzində verilir.
12.2.Sığorta ödənişinin hesablanması
12.2.1. Zərərin həcmi aşağıdakı kimi müəyyən edilir:
12.2.1.1 Əmlak tam məhv olduqda – köhnəlmə nəzərə alınmaqla sığorta hadisəsi baş verdiyi tarixə onun həqiqi dəyərinin həcmində, xxxxx sığorta məbləğindən artıq olmamaqla.
12.2.1.2. əmlak qismən zədələndikdə - bərpa xərcləri həcmində.
12.2.2. Bərpa xərclərinə aşağıdakılar daxildir:
12.2.2.1. təmir üçün material və ehtiyat hissələri xərcləri; 12.2.2.2. təmir üzrə işlərin ödənilməsi xərcləri;
12.2.2.3. materialların təmir yerinə çatdırılması və sığortalanmış predmetlərin bilavasitə sığorta hadisəsi baş verməmişdən əvvəl olduğu vəziyyətdə bərpa etmək üçün tələb olunan digər xərclər.
12.2.3. Ancaq xüsusi olaraq sığorta müqaviləsi ilə nəzərdə tutulduqda, aşağıdakılara təminat verilir:
12.2.3.1. istirahət və bayram günlərində, gecə və işdən sonrakı vaxtda təmir üzrə icra olunan təcili işlərin ödənilməsi üzrə əlavə xərclər;
12.2.3.2. təcili çatdırılmanın ödənilməsi üzrə əlavə xərclər; 12.2.3.3. təyyarə ilə daşınmanın ödənilməsi üzrə əlavə xərclər.
12.2.4. Bərpa xərclərinə aşağıdakılar daxil deyil:
12.2.4.1. sığorta predmetinin zədəli detallarının dəyişdirilməsi və ya yaxşılaşdırılmasının səbəb olduğu əlavə xərclər;
12.2.4.2. müvəqqəti təmir və ya köməkçi təmir və ya bərpanın səbəb olduğu əlavə xərclər;
12.2.4.3. sığorta məbləği müəyyən edilərkən nəzərə alınmamış və sığorta müqaviləsi bağlanarkən ona daxil edilməmiş xərclər;
12.2.4.4. tələb olunandan artıq çəkilmiş digər xərclər.
12.2.5. Təmir zamanı əvəzlənən hissələrin və detalların köhnəlmə dəyərləri bərpa xərclərinin məbləğindən çıxılır. Çıxılan məbləğ həmin hissələrin sığorta hadisəsi baş verdiyi gün həqiqi dəyərindən və yenisinin dəyərindən çıxış edərək hesablanır.
12.2.6. Sığortalanmış əmlakın təhlükəsiz istismarına təhlükə yaratmadan zədələnmiş hissə və ya predmetlərin təmirinin mümkün olmasına baxmayaraq onlar əvəz edildikdə, Sığortaçı Sığortalıya bu hissə və ya predmetlərin təmirinin dəyərini, xxxxx sığorta məbləğindən artıq olmamaqla ödəyir.
12.2.7. Sığоrtlаnmış əmlаkа vurulаn zərər üzrə xərclərin həcmi müəyyən оlunduqdаn sоnrа sığоrtа ödənişinin hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir:
12.2.7.1. Qismən sığоrtа zаmаnı – sığorta ödənişi sığоrtа məbləğinin sığоrtа obyektinin həqiqi dəyərinə nisbətə uyğun vеrilir;
12.2.7.2. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
12.2.7.3. Xxxxxxx sığоrtа zаmаnı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
12.2.7.4. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
12.2.7.5. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
12.3. Sığorta ödənişinin verilməsi
12.3.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən etibarən 7 (yeddi) iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri zərər hesabı.
12.3.2. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 12.3.1ci bəndinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
12.3.3. Sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydalarında nəzərdə tutulmuş bütün sənədlərdən sonuncusunun təqdim olunmasından sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəyir və ya sığorta ödənişindən imtina edilməsi barədə əsaslandırılmış məktubu Sığortalıya və Xxxxxxxxxx şəxsə göndərir. Sığortaçının sığorta ödənişini həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi sayılır. Sığortaçının sığorta ödənişini verməkdən imtina edilməsi tarixi poçt xidmətinin imtina məktubunun qəbul etdiyi tarix sayılır. İmtina məktubu sığortalının və faydalanan şəxsin sığorta müqaviləsində göstərilmiş ünvanlarına göndərilir.
12.3.4. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur.
13. SIĞORTA ÖDƏNIŞININ VERILMƏSINDƏN IMTINA ƏSASLARI
13.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.1.1. Bu Qaydaların 11.1.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
13.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
13.1.3. Sığorta müqaviləsi ilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
13.1.5. Məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən və ya ona hər-hansı dəyişiklik və ya əlavə edilərkən sığortaçıya məlum olduğu və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadığı halları istisna olmaqla, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və / və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
13.1.6. Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.1.7. Sığorta hadisəsinin sığorta haqqının sığorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
13.1.8. Baş vermiş sığorta hadisəsi bu Qaydaların 6.1 bəndində qeyd olunan istisna siyahısına düşdükdə;
13.1.9. Sığorta qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş digər hallarda.
14. VALYUTA BARƏSİNDƏ QEYD-ŞƏRT
14.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
14.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
15. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ VƏ ƏHATƏ ƏRAZİSİ
15.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
15.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
15.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
15.4. Sığorta təminatı sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa göstərilmiş sığorta təminatının qüvvəyə minmə tarixində Bakı vaxtı ilə saat 24:00-da qüvvəyə minir və sığorta müqaviləsində göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində Bakı vaxtı ilə saat 24:00-da qüvvədən düşür.
16. AZADOLMA MƏBLƏĞİ
16.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər;
16.2. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur;
16.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır;
16.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
17.SUBROQASİYA
17.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. 2.Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
17.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun hə yata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
17.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
17.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
18. XÜSUSI ŞƏRTLƏR
18.1. Qanunvericiliyə və bu Qaydalara zidd olmamaq şərti ilə sığorta müqaviləsində və sığorta şəhadətnaməsində digər şərtlər də nəzərdə tutula bilər.
19. SIĞORTA MÜQAVILƏSININ ŞƏRTLƏRININ YERINƏ YETIRILMƏMƏSINƏ VƏ YA LAZIMI QAYDADA YERINƏ YETIRILMƏMƏSINƏ GÖRƏ TƏRƏFLƏRIN MƏSULIYYƏTI
19.1.Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
20.1. Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları dəyişdiyi halda onlar bir-birinə bu barədə əvvəlcədən məlumat göndərməlidir. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvanının dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
21.1. Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, fikir ayrılıqları və mübahisələr barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və/və ya Azərbaycan Respublikasının məhkəmələrinə müraciət oluna bilər.