ÜMUMİ ANLAYIŞLAR
Əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının itirilməsi üzrə könüllü sığorta (Titul sığortası) Qaydaları
ÜMUMİ ANLAYIŞLAR
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığortaçı — İcbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda, könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
Faydalanan şəxslər - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) Sığorta olunan faydalanan şəxs sayılır.
Aktuari - iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis,
Sığorta hadisəsi — sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
Sığorta məbləği — sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi — sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak manafeyidir.
Sığorta predmeti — sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində Sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği,
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin yaranma ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik,
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığorta şəhadətnaməsi - Sığortaçı sığortalıya verdiyi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.
Sığortanın müddəti — sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Gözləmə müddəti - sığorta hadisəsi nəticəsində gözləmə müddəti ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar — Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya verməli olduğu məlumatlar.
Sığortanın ərazisi — sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
XÜSUSİ ANLAYIŞLAR
Əmlak - istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
Daşınmaz əmlak -Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm xxxxx xxxx digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
Daşınar əmlak - Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.
Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və xxx xxxx sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Maliyyə itkiləri — maliyyə (pul) və ya iqtisadi itki.
Hüquqi xərclər — sığorta hadisəsi nəticəsində Sığortalıya qarşı irəli sürülən iddiaların araşdırılması və müdafiəsi üçün Sığortaçının razılığı ilə Sığortalı tərəfindən çəkilən zəruri xərclər.
Məhkəmə işi - məhkəmə çəkişməsi, arbitrai, vasitəçilik, məhkəmə qərarı və ya mübahisə həllinin digər vasitəsi başa düşülür.
İcraçı — əvəzli müqavilə üzrə istehlakçı üçün işləri icra edən və ya xidmətlər göstərən istənilən hüquqi- təşkilati mülkiyyət formasına malik hüquqi və ya fiziki şəxs.
Satıcı — alqı-satqı müqaviləsi üzrə xxxxxxx realizə edən istənilən hüquqi-təşkilati mülkiyyət formasına malik hüquqi və ya fiziki şəxs.
İş - maddi nəticələri istifadəyə (istehlaka) verilən, sifarişçinin tapşırığı ilə icraçının işi.
Məhsulun keyfiyyəti — malın (işin, xidmətin) müəyyən edilmiş və ehtimal olunan tələbata və həmçinin təhlükəsizlik tələblərinə cavab vermə qabiliyyəti ilə bağlı keyfiyyətlərinin məcmusu.
Standart - dövlət standartı, sanitariya normaları və Qaydaları, inşaat normaları və Qaydaları və qanunvericiliyə uyğun olaraq malların, işlərin, xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edən digər normalar.
BÖLMƏ 1. SIĞORTA NÖVÜ VƏ BU NÖVƏ AİD XXXX SİNİF
Maddə 1.Sığortanın növü
1.1. Sığortanın növü qeyri-həyat sığorta sahəsi üzrə əmlak sığortasına aiddir.
Maddə 2. Sığortanın sinifi
2.1. Qeyrii-həyat sığortası sahəsində sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
Digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında Sığorta ödənişinin həyata nəzərdə tutan titul sığortası.
BÖLMƏ 2. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 3. Sığortaçı
3.1. Bu Qaydalara əsasən Sığortaçı “PAŞA Sığorta” ASC-dir.
Maddə 4. Sığortalı
4.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə sığorta xxxxxx xxxx istənilən fiziki və ya hüquqi şəxs hesab olunur.
Maddə 5. Faydalanan şəxs
5.1. Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı xxxx hər hansı başqa şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə də bağlana bilər.
5.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
5.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
5.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
BÖLMƏ 3.SIĞORTA PREDMETİ VƏ OBYEKTİ
Maddə 6. Sığorta obyekti
6.1. Bu Qaydalara əsasən digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar sığortalının əmlak mənafeləri sığorta obyekti hesab edilir.
Maddə 7. Sığorta predmeti
7.1 Bu Qaydalara əsasən digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka sığortalının mülkiyyət hüququnun itirilməsi Sığorta predmeti hesab olunur.
BÖLMƏ 4.SIĞORTA MƏBLƏĞİ
Maddə 8. Sığorta məbləği
8.1. Sığorta müqaviləsi üzrə sığorta məbləği Sığortalı ilə və Sığortaçı arasındakı razılığa əsasən Sığorta müqaviləsinə (sığorta şəhadətnaməsinə) əsasən müəyyən edilir.
8.2. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
8.3. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir və bir sığorta hadisəsi üzrə sığorta ödənişi heç bir halda sığorta məbləğini aşa bilməz.
BÖLMƏ 5. SIĞORTA TƏMİNATI
Maddə 9. Sığorta hadisəsi və sığorta riskləri
9.1. Bu Qaydalara əsasən Sığortalının aşağıda sadalanmış risklər nəticəsində sığorta müqaviləsinin imzalanması xxxxxx xxx mənsub xxxx əmlaka dair mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam hüququnun) məhkəmənin qanuni qüvvəyə minmiş qərarına (qətnaməsinə, hökmünə) əsasən itirilməsi və ya məhdudlaşdırılması ilə əlaqədar yaranmış zərər sığorta hadisəsi hesab edilir:
a) Mülkiyyət hüququnun əldə edilməsi məqsədilə Sığortalı tərəfindən bağlanmış alqı-satqı, icarə, ipoteka, dəyişdirmə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair üçüncü şəxslərin tələbləri;
b) Əmlakın vicdanlı sahibi tərəfindən Sığortalının sahibliyindən xxxx tələb edilməsi;
c) Sığorta şəhadətnaməsində qeyd edildiyi təqdirdə aşağıdakı risklər:
• sənədlərin qeydiyyatı zamanı dələduzluq yaxud fırıldaqlıq əlamətinin olması,
• varislərin və ya 18 yaşına çatmamış şəxslərin maraqlarının nəzərə alınmaması,
• əmlakın əvvəlki özəlləşdirilməsi yaxud satışının qanunsuz olması,
• xxxxxxx eyni vaxtda iki və daha artıq şəxsə satılması,
• satıcıların aldatması, həmçinin sənədlərin qeydiyyatı zamanı etinasızlıq nəticəsində yol verilmiş səhvlər, nəzərdən qaçırmalar,
• ağıl zəifliyi və ya xxxx xəstəlik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə, eyni zamanda həbsdə xxxx, yaxud qanunla imza səlahiyyəti əlindən alınan şəxslərlə sövdələşmənin həyata keçirilməsi
• güc, zorakılıq yaxud etibardan sui-istifadə etməklə imzalatdırılan sövdələşmələr (alqı-satqı müqavilələri)
• ər və ya arvadın birinin razılığı olmadığı halda digərinin ümumi birgə əmlakı satması, bağışlaması və s.
• inşaatın dayandırılması, dondurulması,
• binanın/daşınmaz əmlakın keyfiyyətsiz inşa edilməsi yaxud mövcud standartlara cavab verməməsi nəticəsində istifadəyə yararsız hesab edilməsi riskləri də daxil olmaqla qanunla qadağan olunmayan bütün digər hallar.
9.2. Sığorta müqaviləsində cür nəzərdə tutulmamışdırsa, təminata bu təminata əsasən iddianın predmetini təşkil edə biləcək hər hansı məsələ ilə bağlı sığortaçının əvvəlcədən razılığı ilə çəkilmiş bütün digər xərc və məsrəflər daxildir.
9.3. Sığortalı ilə imzalan sığorta şəhadətnaməsinə əsasən daha geniş sığorta təminatı nəzərdə tutula bilər.
Maddə 10. Sığorta Risklərindən İstisnalar və (və ya) Sığorta Təminatında Məhdudiyyətlər
10.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığortalının aşağıda sadalananlar nəticəsində baş vermiş zərəri sığorta hadisəsi hesab olunmur:
10.1.1. Əvəzli və ya əvəzsiz müqaviləyə əsasən sığortalanmış əmlaka dair mülkiyyət hüququnun Sığortalı tərəfindən itirilməsi və ya özgənikələşdirilməsi,
10.1.2. Əmlaka dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi zamanı İazımi vergi və ya digər ödənişlərin Sığortalı tərəfindən həyata keçirilməməsi,
10.1.3. Dövlət orqanlarının göslərişi, tələbi və ya digər hərəkətləri, qanunların, sərəncamların və ya digər normativ hüquqi aktların qəbul edilməsi, həmçinin dövlət və ya bələdiyyə məqsədləri üçün əmlakın özgəninkiləşdirməklə müsadirə edilməsi,
10.1.4. Mülkiyyətçinin öhdəliklərinin təmin edilməsi məqsədilə tələblərin əmlaka yönəldilməsi,
10.1.5. Qanuna görə həmin şəxsə mənsub ola bilməyan əmlakın özgəninkiləşdirilməsi,
10.1.6. Paylı mülkiyyətin mülkiyyətçiləri tərəfindən Sığortalıya əmlakın naturada ayrılması əvəzinə onun payının dəyərinin ödənilməsi
10.1.7. Daşınmaz əmlakın yerləşdiyi (Sığortalıya mənsub olmayan) sahəyə dair sığortalının istifadə hüququnun itməsi nəticəsində həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun itirilməsi;
10.1.8. Sığortalı tərəfindən ona mənsub xxxx yaşayış sahəsinin və ya digər əmlakın təyinatına uyğun olmayan şəkildə istifadə edilməsi, qonşuların hüquq və maraqlarının sistemtik olaraq pozulması və ya yaşayış sahəsinin (və ya digər əmlakın) məhv olmasına şərait yaradan təsərrüfatsızcasına istifadə edilməsi,
10.1.9. Qanunvericiliyin tələblərini pozmaqla istifadə olunan torpaq sahəsinin özgəninkiləşdirilməsi,
10.1.10. Düzgün davranışın olmaması səbəbindən ev heyvanlarının özgəninkiləşdirilməsi, :
10.1.11. Sığortalının əmlaka dair müllkiyyət hüququndan imtina etməsi və ya bu cür hüququn məhdudlaşdırılmasına dair razılıq verməsi (həmçinin, iddianın qəbul edilməsi və ya barışıq razılaşmasının imzalanması yolu ilə);
10.1.12. Əmlaka dair mülkiyyətin hüququnun itirilməsi ilə birbaşa səbəb əlaqəsində olsun cinayətin Sığortalı tərəfindən törədilməsi,
10.1.13. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Sığortalının vicdansız sahib kimi qəbul edilməsi;
10.1.14. İstənilən səbəbdən Sığortalının əldə etdiyi əmlakın məhv olması,
10.1.15. Sığortalının əldə etdiyi əmlakın təyinatı üzrə istifadə etməməsi və ya qanunvericiliyin tələblərini pozmaqla istifadə etməsi,
10.1.16. Əldə edilən əmlakın Sığortalı tərəfindən xüsusiyyətlərinin, xassələrinin və konstruktiv parametrlərinin dəyişdirilməsi,
10.1.17. Sığortalının spirtli içkilər, narkotik vasitələr və ya psixotrop maddələrin təsiri altında, həmçinin hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə etdiyi hərəkət (hərəkətsizlik),
10.1.18. Əqd üzrə qoyulan cərimələr, dəbbə pulu və s.:
10.1.19. Əqdin etibarsız hesab edilməsi nəticəsində yaranan dolayı itkilər (əldə çıxmış fayda və s.):
10.1.20. Sığorta müddətinin bitməsindən sonra mülkiyyət hüququna xitam verilməsi və ya məhdudlaşdırılması ilə əlaqədar Sığortalıya qarşı qaldırılan istənilən iddia və ya tələblər,
10.1.21. Mülkiyyət hüququna dair ər-arvad (boşanmış ər-arvad daxil olmaqla), valideynlər, uşaqlar, istənilən qohumlar (bir şərtlə ki, onlardan biri Sığortalının özüdür) və ya Sığorrtalının ailəsinin digər üzvləri arasında yaranmış mübahisələr və ya qaldırılmış iddialar,
10.1.22. Obyektin özbaşına tikinti hesab edilməsi. Bu istisna o hallara tətbiq edilmir ki, obyektin özbaşına tikinti hesab edilməsinə əsas kimi səlahiyyətli orqanın və ya vəzifəli şəxsin tikintiyə icazə verilməsi, tikinti üçün torpaq sahəsinin ayrılması barədə qərarının və digər bu kımı qə_raı·xxxx ləğv ec_lilməşi (həmin qərarın qanunsuz, eləcə də tam və ya qismən saxta elan eülməsı_səbəbındən) çıxış etsin, (bir şərtlə ki, həmin qərarlar nəticəsində tikinti öncədən qanuni hesab edilmiş olsun və onun qeydiyyata alınmasını mümkün olsun), Sığortalı (Faydalanan şəxs) özü isə sığorta müclıavılə·sı bağlanan xxx bu cür qərarların qanuna zidd olmasından xəbərd:r clılmamış olsun və ya bunu bilməli olmasın.
10.1.23. Nüvə partlayışı, radiasiya və ya radioaktiv zəhərlənmə,
10.1.24.Hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən hallar:
10.1.25. Vətəndaş müharibələri, iğtişaşlar, tətillər, qiyam, üsyan və bu kimi digər hadisələr
10.1.26. Dövlət orqanlarının göstərişinə əsasən mülkiyyətin müsadirə edilrnəsi, özgəninkiləşdirilməsi, həbs edilməsi və ya məhv edilməsi ilə əlaqədar Sığortalı tərəfindən mülkiyyət hüqunun itirilməsi.
10.2. Aşağıdakı əmlaka dair mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar sığorta müqaviləsi imzalana bilməz:
10.2.1. Xxxxxx( xarici pul vahidləri daxil olmaqla) və qiymətli kağızlar;
10.2.2. Əl yazmaları, cizgilər və digər sənədlər, kompüter sistemlərinə dair məlumat daşıyıcıları, slaydlar, şəkillər, audio və videoqeydlər;
10.2.3. Qiymətli daşlar və metallar;
10.2.4. İncəsənət əsərləri, poçt markaları, antikvar əşyalar və onlardan ibarət kolleksiyalar və s.,
10.2.5. Dini əşyalar;
10.2.6. Ev heyvanları, quşlar, ev bitkilər və digər heyvanlar;
10.2.7. Müəlliflik, patent və əlaqəli hüquqların obyektləri;
10.3. Müvafiq Sığorta müqaviləsinə əsasən, tərəflər arasında digər istisnalar da müəyyənləşdirilə bilər.
BÖLMƏ 6. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANMASI, HƏMÇİNİN ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
Maddə 11. Sığorta müqaviləsinin bağlanması
11.1.Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçının ərizə/sorğu formasını doldurur.
1.2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə,Sığortalıya verilən Sığorta Şəhadətnaməsi ilə təsdiq edilir.
11.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində saat 00:00-da qüvvəyə minir və qüvvədən düşür.
114. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 12. Sığortanın ərazisi
12.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
12.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən Sığorta hadisələrinə sığorta təminatı verilir.
12.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
Maddə 13. Azadolma məbləği
13.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
13.2. Azadolma məbləği sığorta və ya ziyan məbləğinin hər hansı bir xxxxx həcmində və/və ya müəyyən məbləğ həcmində təyin edilə bilər.
Maddə 14. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
14.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı və Sığortaçı müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
Maddə 15. Sığorta müqaviləsinə xitam verilməsi
15.1 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
15.1.1. sığorta predmeti artıq mövcud olmadıqda,
15.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
a) əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir,
b) müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri Sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir,
c) sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir.
15.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
15.1.4. sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə, əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir,
15.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və Sığorta riskinin mövcudluğu, səbəbi Sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
15.1.6.sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
15.1.7. sığortalı Sığorta haqqını Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
15.1.8. Sığorta marağı artıq mövcud olmadıqda;
15.1.9. sığortalı və ya sığortaçı Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
16.1. Bu Qaydaların 15-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Qaydaların 16.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
16.2. Sığorta müqaviləsinə bu Məcəllənin 15.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
17.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamani həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin
müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqina mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün siğorta haqlarını ona qaytarir. Sığortalının sığorta müqaviləsinə xitam verilmasi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməmesi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
17.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinǝ mütənasib hissəsini çıxa bilər.
17.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinǝ münasibətdə) vaxtından əvval xitam verildiyi halda, ogər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarina) bərabər və ya ondan xxx miqdarda siğorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
17.4.Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, ogər xitam verilmə anınadək ödənilmiş siğorta haqqindan (qrup halında sığorta zamanı, həm də müqavilonin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 17.1-ci va 17.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17.5. Sığorta müqaviləsi bu Qaydaların 15.1.2-ci maddəsində müəyyən edilmiş məhkəməqərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün siğorta haqlarını, bu Məcəllənin 17.3-cü və 17.4-cü maddələrinin təlǝbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
BÖLMƏ 7. SIĞORTA HAQQI
Maddə 18. Sığorta haqqı
18.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Maddə 19. Sığorta haqqının ödənilməsi
19.1. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası tərəflər arasında sığorta şəhadətnaməsi ilə müəyyən edilir. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta şəhadətnaməsinə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
19.2. Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) sığorta müqaviləsində nəzərdə tutulmuş vaxt ərzində Sığortaçıya ödənilməzsə, sığorta müqaviləsi öz qüvvəsini itirir. Əgər sığorta haqqının hissələrlə ödənilmasi nəzərdə tutulmuşdursa, siğorta haqqının sonrakı hissələri sığorta müqaviləsində göstərilmiş müddət ərzində ödənilməzsə, tərəflərin başqa cür razılaşdığı hallar istisna olmaqla, sığorta müqaviləsi, sığorta haqqının ödənilmiş hissəsinə müvafiq xxxx müddətin bitməsindən sonra öz qüvvəsini itirir.
19.3.Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
19.4. Hər bir halda sığorta haqqı vo ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
BÖLMƏ 8. MÜQAVİLƏ ÜZRƏ TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 20. Tərəflərin hüquq və vəzifələri:
20.1. Sığortalının vəzifələri:
20.1.1. sığorta haqqını vaxtında ödəməli;
20.1.2. sığortalanmış obyektə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
20.1.3. sığorta hadisasi baş verdikda, bu barədə Qaydaların 23.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
20.1.4. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görməli;
20.1.5. Sığorta müqavilasi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar (bundan sonra “"əhəmiyyətli hallar") barədə sığortaçıya məlumat verməlidir və ya Sığortaçı tərəfdən təqdim olunmuş Sorğu formasında düzgün və dəqiq şəkildə qeyd etməlidir, xxxxxx sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
20.2. Sığortalının hüquqları:
20.2.1. Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
20.2.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
20.2.3. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirtməlidir.
20.3. Sığortaçının vəzifələri:
20.3.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
20.3.2. sığorta ödənişini bu Qaydaların 27.1-ci maddəsində müəyyən edilmiş müddətdə verməli və ya ödənişdən imtina etməli; sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamalıdır;
20.4. Sığortaçının hüquqları:
20.4.1. Sıgorta müqaviləsinda qeyd olunan sığorta haqqını tələb edir;
20.4.2. Sığorta risklərini və bu risklərin istisnalarını müəyyən edir;
20.4.3. Sigortalıdan riskinin dərəcəsini va yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühim əhəmiyyətli hallar va ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklar barədə bildiyi va ya bilməli olduğu məlumatları verməsini tələb edir;
20.4.4. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneəçilik törədilməməsini tələb edir;
20.4.5. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
20.4.6. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir.
20.4.7. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirməlidir.
20.5. Sığortalı tərəfindən əhəmiyyətli hal barədə məlumatların verilməməsi və ya sorğu formasında yanlış məlumatların qeyd edilməsi Sığortaçının müqavilədən və sığorta ödənişindən imtina etməsi ilə nəticələnir.
20.6. Əgər məlumatların dəqiq olmaması Sığortaçıya məlum idisə və ya Sığortalı yanlış məlumatların verilməsində təqsirli deyildirsə, müqavilədan imtina edilməsi yolverilməzdir.
Madda 21. Sığorta riskindəki dəyişikliklər
21.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli hallanın dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar (o cümlədən, sığortalanmış əmlakın hüquqi statusunda baş verən dəyişikliklər barədə müqaviləsində sonradan baş verən dəyişiklik) barədə Sığortaçıya dərhal məlumat verməlidir.
21.2.Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
21.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
21.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
21.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
21.3. Sığortalı bu Qaydaların 21.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, Siğortaçı sığorta ödənişini vermək vəzifəsindan azad edilir və Sığortaçının müqavilədən imtina etmək hüququ yaranır.
BÖLMƏ 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
Maddə 22. Sığorta hadisəsi
22.1. Sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, digər faydalanan şəxslar ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
Maddə 23. Sığortaçıya sığorta hadisəsi barədə məlumatın verilməsi
23.1. Sığorta hadisəsinin baş verməsini Sığortalı dərhal sonra va ya mümkün xxxx ən qısa müddət ərzində, sığortaçıya və ya onun nümayəndəsinə yazılı surətdə bildirir.
Maddə 24. Zərərlərin qarşısının alınması və azaldılması
24.1. Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması va gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur.
24.2.Sığortalının belə tədbirləri həyata keçirməməsi ilə əlaqədar birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir.
24.3. Belə tədbirlərin görülməsi zamanı sığortalı sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
24.4. Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə, belə tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən xxxxx Sığortaçı tərəfindən ödənilmir.
Maddə 25. Sığortaçı tərəfindən nəzarət
25.1.Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün masalalar haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
25.2. Sığortalı Sığortaçının tələbi ilə ona kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri- rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
Maddə 26. Sığorta hadisəsinin sübut edilməsi
26.1. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər da daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.
26.2. Sığorta ödənişinin verilməsi üçün tǝləb olunan sənədlər aşağıdakılardır:
26.2.1 Sığortalının ərizəsi
26.2.2. Sığortalanmış əmlaka dair mülkiyyət hüququnun təsdiq edən sənəd;
26.2.3. Sığortalanmış əmlaka dair mülkiyyət hüqununun itirilməsi və ya həmin hüququn məhdudlaşdırılması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı (qətnaməsi, hökmü və s.);
26.2.4 sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
26.2.5. Sığorta hadisasinin baş vermasini tasdiq edən digər zəruri sənədlər.
26.3 Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etmək hüququna malikdir.
BÖLMƏ 10. SIĞORTA ÖDƏNİŞİ
Maddə 27. Sığorta ödənişi
27.1. Sığortaçı bu Qaydaların 26-ci maddəsinda qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 7 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
27.2.Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta ödənişi sığorta məbləği həddində, xxxxx sığortalanmış əmlakın real bazar dəyərini aşmamaq şərtilə həyata keçirilir.
27.3. Sığorta ödənişi hesablanarkən suğorta müqaviləsi ilə nəzərdə tutulmuş bütün azadolmalar ödəniş məbləğindən çıxılır.
27.4. Sığorta ödənişi nağd va ya bank köçürməsi yolu ilǝ həyata keçirilə bilər.
28. Sığorta ödənişindən sığorta haqqının tutulması
28.1. Sığorta ödənişinin ödənilmasi zamanı sığortaçı siğorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
29. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
29.1.Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş Sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
30. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
00.0.Xxərbaycan Respublikasının Qanununlarında başqa cür nəzərdə tutulmamışdırsa, Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
30.1.1. bu Qaydaların 23-cü maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
30.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayat Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habela hadisə xxx birbaşa sabab əlaqasinda xxxx qəsdən cinayət törətməsi;
30.1.3.müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
30.1.4.sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı:
30.1.5. bu Qaydaların 30.2-ci maddəsi nəzəra alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam va ya qismən məhrum olması;
30.1.6. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindan ödənilmiş məbləğ həcminda imtina edilir.
30.1.7. baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi:
30.1.8. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Azarbaycan Respublikasının Mülki Məcəlləsinin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isa sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş vermasi halında sığorta haqqının müvafiq hissasi ödənilməmiş olduqda;
30.2. Bu Qaydaların 30.1.5-ci maddasində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkan sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsina baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
30.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna
edən hallardan başqa, sığorta hadisasi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzra sığortalı va (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
Maddə 31. Subroqasiya hüququ
31.1.Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdan həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31.2.Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) xxx xxxxx hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
31.3.Xxxxxxxxxx şəxs sigorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
31.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənaye sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişini verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi vəsait həcmində azad edilir.
31.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi masuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər
BÖLMƏ 11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Maddə 32. Tərəflərin məsuliyyəti
32.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 33. İş sirlərinin gizli saxlanılması
33.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığortalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Maddə 34. Mübahisələrin həlli qaydası
34.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mühahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
BÖLMƏ 12. DİGƏR MÜDDƏALAR
Maddə 35. Qeyd-şərtlər
35.1. Sığorta qaydalarına əlavə və dəyişikliklər edilməsi məqsədilə, bu qaydalara qeyd-şərtlər də yazıla bilər.
“PAŞA Sığorta” ASC
Titul sığortası üzrə baza sığorta tarifinin hesablanması və iqtisadi əsaslandırılması
Sığorta tarifinin hesablanması üçün zəruri xxxx məlumatlar:
n - müqavilələrin nəzərdə tutulan sayı
q - sığorta hadisəsinin baş vermə ehtimalı
S - bir sığorta müqaviləsi üzrə sığorta məbləğinin xxxx qiyməti
Sβ - sığorta hadisəsinin baş verməsi zamanı bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi
ƴ -sığorta hadisələri üzrə ödənişlərin verilməsi üçün yığılmış sığorta haqlarının yetərli olmasının tələb olunan ehtimalına zəmanət
α(ƴ) – təhlükəsizlik zəmanəti, ƴ - xxx, xxxxx xxxx əmsal. Bu əmsalın qiymətini cədvəldən götürə bilərik:
ƴ | 0.84 | 0.9 | 0.95 | 0.98 | 0.9986 |
α(ƴ) | 1.0 | 1.3 | 1.645 | 2.0 | 3.0 |
Netto-dərəcə T, iki hissədən ibarətdir - əsas hissə To və risk əlavasi Tr:
Tn=To+Xx
Xxxxx-dərəcənin əsas hissəsi To sığorta hadisəsinin baş verma ehtimalı q, xxxx sığorta məbləği S və xxxx sığorta ödənişi Sβ-xxx xxxxx xxxx sığortaçının xxxx ödənişlərinə uyğundur. Netto-dərəcənin əsas hissəsi aşağıdakı düsturla hesablanır:
To = 100xSβ/Sxq
Risk əlavasi Tr, sığorta hadisələrinin sayının xxxx qiymətindən xxx olması ehtimalını nəzərə almaq üçün daxiledilir. Risk əlavasi Tr aşağıdakı düsturla hesablanır:
Tr=1.2 x To x α(ƴ)x√1-q/nq Brutto-dərəcə aşağıdakı düsturla hesablanır:
Tb = Tn x 100/100- f
burada f (%)-yükləmənin ümumi tarif dərəcəsində payıdır.
Tarif dərəcəsinin strukturunu belə müəyyənləşdiririk: 70% - netto-dərəcə, 30%-yükləmə Hesablamalar üçün təhlükəsizlik zəmanəti 0.9 məbləğində götürülüb, yəni α(ƴ) = 1.3.
Sığorta hadisəsinin baş vermə ehtimalı və xxxx sığorta ödənişi
Daxili bazarda bu cür məlumatlar mövcud deyil. Rusiya mənbələrinə müraciət etsək görərik ki, sığorta hadisəsinin baş vermə ehtimalı xxxx hesabla 1-2% təşkil edir. Ehtimal etmək olar ki, bu ölkə ilə müqayisədə Azərbaycanda sığorta hadisəsinin baş vermə ehtimalı daha azdır.
Beləliklə, təxmin edə bilərik ki, q = 0,4%
Sb = 150.000 AZN (xxxx sığorta məbləğinə bərabərdir)
Xxxx sığorta məbləği
S = 150.000 AZN
Müqavilələrin gözlənilən sayı
n = 150.
Əsas sığorta tarifinin hesablanması
T0 = 100 * SB / S * q = 100 * 150 000/150 000 * 0,004 = 0,4
Tr = 1.2 * T0 * α(ƴ) * √ 1-q/nq = 1.2 * 0.4* 1.3 * √1-0.004/ 150 * 0,004= 0,804
Tn=To+Tr = 0.4+0,804=1,204
Tb = Tn * 100/100-f= 1.204 * 100 / 100-30 = 1,72
Beləliklə, baza sığorta tarifi 1,72% təşkil edir.
Qeydlər:
• Baza sığorta tarifi müddəti bir il xxxx müqavilələr üçün hesablanıb.
• Sığorta müqaviləsinin müddəti, müqavilədǝ göstərilən əmlakın tarixçəsində alqı satqı, bağışlama, varislik hallarının mövcudluğu və sair sığorta hadisəsinin baş vermə ehtimalina və ehtimal olunan zərərin məbləğinə təsir eda biləcək amillərə asasan hesablanmış baza tarifinə yüksəldici və azaldıcı əmsallar tətbiq oluna bilər.