AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Bitki sortlarının hüquqi mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2001-ci il xxxxxx 16-da Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının iclasında imzalanmış "Bitki sortlarının hüquqi mühafizəsi haqqında" saziş təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 1 sentyabr 2003-cü il
№ 498-IIQ
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bitki sortlarının hüquqi mühafizəsi haqqında SAZİŞ
Bu Sazişdə sonradan Tərəflər adlandırılacaq iştirakçı-dövlətlərin Hökumətləri:
kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaq məqsədi ilə seleksiya və toxumçuluq sahəsində iqtisadi və xxxx-texniki əməkdaşlığı saxlamaq və inkişaf etdirməyən obyektiv gercəkliyindən çıxış edərək;
bitki sortlarının səmərəli mühafizəsinə təsir göstərməyən vacibliyini nəzərə alaraq; yüksək məhsuldar və yüksək keyfiyyətli bitki sortlarının yaradılmasına və birgə dövlət
sınağından keçirilməsinə mühüm əhəmiyyət verərək;
dövlətlərin seleksiya nailiyyətlərinin qorunması sahəsində Tərəflərin əməkdaşlığının vacibliyini qəbul edərək;
kənd təsərrüfatı bitkilərinin əkin materialları və toxumu ilə qarşılıqlı sərfəli ticarətin inkişafına cəhd edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Bu Sazişin məqsədləri üçün istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları daşıyır:
bitki sortu (sort) - ibtidailər çərçivəsində məlum botaniki taksonlardan xxxx və aşağıdakılara:
eyni genotipin və genotiplər kombinasiyasının həyata keçirilməsi nəticəsində əlamətlərin büruzə verilməsi dərəcəsinin müəyyən olunmasına;
istənilən digər başqa qrup bitkilərdən bu əlamətlərdən ən azı birinə görə fərqlənmə dərəcəsinə;
onun təkrar istehsal üçün dəyişdirilməmiş formada bitki sortu baxımından xxxxx xxxxx kimi baxılmasına malik bitki qrupları
qorunan sort - Tərəflərin dövlət reyesterlərində qeydiyyata alınmış bitki sortu;
müştərək bitki sortu - müqavilələr, sazişlər, kontraktlar və ya digər razılaşmalar çərçivəsində beynəlxalq proqramlar əsasında birgə yaradılmış bitki sortu;
ərizəçi - bitki sortuna müəlliflik hüququnu təsdiq edən sənədin ona təqdim edilməsi üçün ərizə verən hüquqi və ya fiziki şəxs;
mühafizə olunan sanəd - sorta müəlliflik hüququnu təsdiq edən səlahiyyətli orqanın sənədi;
hüquqlu şəxs - mülkiyyət hüququ mühafizə olunan sənədə əsaslanan hüquqi və yaxud fiziki şəxs;
M a d d ə 2
Tərəflər əmədaşlığı istehsalçı və istehlakçının xeyri üçün bitki sortlarının mühafizəsi, istifadəsi, ötürülməsi və yayılmasına daha əlverişli şərait yaratmaq məqsədilə həyata keçirirlər.
M a d d ə 3
Bitki sortlarına hüququn mühafizəsi Tərəflərin milli qanunvericiliklərinə uyğun həyata keçirməklə bitki sortuna verilmiş mühafizə olunan sənədlə təsdiqlənir.
Mühafizə həmçinin Tərəflərin qarşılıqlı qəbul etdiyi mühafizə olunan sənədlər əsasında digər tərəflərin səlahiyyətli orqanlarının ikitərəfli və çoxtərəfli razılaşmalarına uyğun aparılan ekspertiza nəticələri nəzərə alınmaqla da həyata keçirilə bilər.
M a d d ə 4
Hər bir tərəf bitki sortlarına hüququn mühafizəsi sahəsində özünün hüquqi və fiziki şəxslərinə yaratdığı hüquqi rejimi eynilə digər Tərəfin hüquqi və fiziki şəxslərinə də təqdim edir.
M a d d ə 5
Tərəflər bitki sortlarına hüququn mühafizəsini mühafizəyə ərizənin verildiyi və ya onun nəşr olunduğu andan verirlər.
Mühafizənin həcm meyarı və bitki sortlarının hüquqi mühafizə müddətləri mühafizə təqdim edən Tərəfin qanunvericiliyinə uyğun müəyyənləşdirilir.
M a d d ə 6
Bir neçə Tərəfin ərazisində mühafizə olunmasına ərizə verilmiş bitki sortunun adı eyni olmalıdır.
Tərəflərdən hər hansı birinin ərazisində həmin ərazidə mühafizə olunan sortun toxum materialını kommersiya dövriyyəsinə çıxaran və ya satışa təqdim edən hüquqi və fiziki şəxs əgər üçüncü tərəfin hüquqları buna əngəl yaratmırsa, sorta müəlliflik hüququ verən vəsiqənin müddəti bitmiş olsa belə bu sortun adından istifadə etməyə borcludur.
M a d d ə 7
Bitki sortlarının mühafizəsi üçün ərizə, milli qanunvericiliyinə uyğun mühafizəni üzərinə götürən Tərəfin səlahiyyətli orqanına verilir. Ərizə müraciət olunan Tərəfin dilində və ya rus dilində təqdim edilir.
Bitki sortlarına hüququn mühafizəsi ilə bağlı hüquqi fəaliyyətə görə, miqdarı və ödənilmə müddəti mühafizə edən Tərəfin qanunvericiliyinə uyğun müəyyən edilmiş rüsumlar alınır.
Rüsumlar ərizəçi, hüquqlu şəxs, həmçinin digər maraqlı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilir.
M a d d ə 8
Bitki sortlarının istifadəsində müstəsna hüquq və hüquqlu şəxsin hüququnun verilməsi Tərəflərin milli qanunvericilikləri ilə tənzimlənir.
M a d d ə 9
Mühafizə olunan bitki sortu aşağıdakı hallarda hüquqlu şəxsin razılığı olmadan istifadə oluna bilər:
sınaq məqsədlərilə;
yeni sortların yaradılması məqsədilə; şəxsi qeyri-kommersiya məqsədilə.
M a d d ə 1 0
Mühafizə olunan bitki sortlarının toxum materialından aşağıdakı hallarda istifadadə hüquqlu şəxsin icazəsi tələb olunur: istehsal və ya təkrar istehsal; artırmaq məqsədilə əkin kondisiyasına çatdırmaq; satış üçün təqdim etmək;
satmaq və ya digər kommersiya əməliyyatına çıxarmaq; ixrac; idxal; yuxarıda göstərilən məqsədlər üçün saxlamaq.
M a d d ə 1 1
Müştərək bitki sortlarının qorunması üçün ərizə mühafizə üçün müraciət olunan Tərəfin qanunvericiliynə uyğun olaraq onun səlahiyyətli orqanına verilir.
Ərizəçilər ilk ərizənin verilməsi üçün Tərəfin seçilməsində öz seçim hüquqlarını saxlayırlar.
Müştərək seleksiya nailiyyətlərindən istifadə hüququnun şərtləri xüsusi müqavilələr, sazişlər, kontraktlar və digər razılıqlarla tənzimlənir.
M a d d ə 1 2
Sortun kommersiya məqsədi ilə istifadəsi insanların həyatına və sağlamlığına, bitki və heyvanlara, həmçinin ətraf mühitə xxxxx xxxx biləcəyi halda Tərəflər sortun mühafizəsindən imtina edə bilərlər.
M a d d ə 1 3
Tərəflər mühafizə olunan bitki sortlarının qanunsuz istifadəsinin əleyhinə yönəlmiş tədbirlər görürlər.
M a d d ə 1 4
Tərəflər öz milli qanunvericiliklərində Saziş iştirakçıları xxxx ölkələrin hüquqlu şəxslərinin hüquqlarının bərabərlik şəraitində qorunmasını təmin edən müddəalar nəzərdə tuturlar.
M a d d ə 1 5
Tərəflər yeni bitki sortlarının mühafizəsi üzrə 1961-ci ildə qəbul edilmiş və 1972, 1978 və 1991-ci illərdə yenidən baxılmış Beynəlxalq Konvensiyanın tələblərini nəzərə alaraq bitki sortlarının hüquqi mühafizəsi sahəsində milli qanunvericiliklərinin hazırlanması və təkmilləşdirilməsi üzrə lazımi tədbirlər görürlər.
M a d d ə 1 6
Tərəflər bitki sortlarının mühafizəsi hüququ sahəsində milli təşkilatların səmərəli fəaliyyətinə, həmçinin bu təşkilatlar arasında əməkdaşlığa dair razılaşmaların bağlanmasına imkan yaradırlar.
M a d d ə 1 7
Tərəflər maraqlı fiziki və hüquqi şəxslərin Tərəflərin qorunan bitki sortlarının milli siyahıları ilə xxxxx olmağa icazəni təmin edir, həmçinin qorunan və istifadəsinə icazə verilən bitki sortlarının müştərək məlumatlar bankının təşkilinə və istifadəsinə imkan yaradırlar.
M a d d ə 1 8
Tərəflər, bu Sazişin tələblərinin yerinə yetirilməsi üzrə bitki sortlarının mühafizəsi sahəsində koordinasiya fəaliyyətini, Tərəflərin təşkilatlarının iştirakı da təmin olunmaqla toxumçuluq məsələləri üzrə MDB hökumətlərarası koordinasiya şurasını səlahiyyətləndirirlər.
M a d d ə 1 9
Bu Sazişin istifadəsi və şərhi ilə əlaqədar meydana çıxan mübahisələr maraqlı Tərəflərin məsləhətləşməsi və danışıqlar yolu ilə həll olunur.
M a d d ə 2 0
Bu Saziş, Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.
M a d d ə 2 1
Bu Saziş onun məqsəd və prinsiplərinə şərik xxxx başqa dövlətlərin hökumətlərinin qoşulması üçün açıqdır. Qoşulmaq istəyən hökumətlər üçün bu Saziş onların qoşulmağa dair depozitar sənədlərinin saxlanmaya verildiyi vaxtdan qüvvəyə minir.
M a d d ə 2 2
Bu Sazişə əlavə və dəyişikliklər Tərəflərin ümumi razılığı ilə, ayrıca protokol tərtib etməklə aparılır və onlar Sazişin 23-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minirlər.
M a d d ə 2 3
Bu Sazişi imza edən Tərəflərin bütün vacib dövlətdaxili qaydaların yerinə yetirilməsini təsdiq edən üçüncü xəbərdarlığın depozitariyaya saxlanmağa verildiyi gündən qüvvəyə minir.
Tələb olunan qaydaları (prosedurları) gec yerinə yetirən Tərəflər üçün isə, o müvafiq sənədlərin depozitariyaya verildiyi gündən qüvvəyə minir.
M a d d ə 2 4
Bu Saziş beş il müddətinə bağlanır və Tərəflər başqa qərarlar qəbul etmədiyi halda avtomatik olaraq növləəri beş ilə uzadılır.
M a d d ə 2 5
Hər hansı Tərəf bu Sazişdən çıxmaq üçün altı ay öncə bu barədə depozitariyaya yazılı xəbərdarlıq göndərməklə çıxa bilər.
Mümkün mübahisələrin və iradların, eyni zamanda əmlak xarakterli məsələlərin həlli məqsədilə bu Sazişin müddəaları qoyulmuş tələblərin tam tənzimlənməsinə qədər öz qüvvəsini saxlayır.
2001-ci il xxxxxx 16-da Moskva şəhərində rus dilində bir həqiqi nüsxədə tərtib edilmişdir. Həqiqi nüsxə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsində saxlanılır və onun təsdiq edilmiş surəti bu Sazişə imza atan dövlətlərə göndərilir.
Azərbaycan Respublikası Hökuməti tərəfindən X.XXXXXXX Ermənistan Respublikası Hökuməti tərəfindən X.XXXXXXX Belarus Respublikası Hökuməti tərəfindən X.XXXXX Gürcüstan Hökuməti tərəfindən X.XXXXXXXXXX | Qazaxstan Respublikası Hökuməti tərəfindən X.XXXXXXX Qırğızıstan Respublikası Hökuməti tərəfindən X.XXXXXXXXXX Moldava Respublikası Hökuməti tərəfindən X.XXXX Tacikistan Respublikası Hökuməti tərəfindən X.XXXXXXXXXXXX Ukrayna Hökuməti tərəfindən Y.EXANUROV |
Saziş Moldova Respublikası tərəfindən xüsusi rəylə imzalanmışdır. Xxxxx Ukrayna tərəfindən qeyd şərtlə imzalanmışdır "Ukrayna bitki sortuna mühafizə hüququnu mühafizə üçün ərizənin nəşr edilməsi vaxtından həvalə edir".
Saziş Rusiya Federasiyası və Özbəkistan Respublikası tərəfindən imzalanmadı.