GIRIŞ
2
GIRIŞ
Düzgünlük, məsuliyyət , vicdanlı və etik biznes fəaliyyəti Carlsberg Group-un əsas dəyərləridir. Hazırki Etika və Davranış Kodeksi (Kodeks) strategiyamızın dəstəklənməsinə və bizim məsuliyyətli pivə istehsalçısı kimi nüfuzumuzun qorunmasına hədəflənir.
MƏQSƏD
Hazırki Kodeksin məqsədi - Carlsberg Group-un əməkdaşlarını və biznes partnyorlarımızı bizim qurmaq istədiyimiz prinsip və etik dəyərlər ilə xxxxx olmasını təmin etməkdir. Hazırki Kodeks bizim davranış standartlarımızın təsdiqlənməsi və təşviq edilməsi, eləcə də vicdanlı və etik davranışın inkişaf etdirilməsi məqsədilə tərtib edilmişdir.
Hazırki Kodeks baş vermis hər bir hadisəya birbaşa şamil edilə bilməz, buna görə də əməkdaşlar və işguzar partnyorlar Qrupun adından çıxış edərkən məntiqə uyğun fikirləri və sağlam düşüncəni rəhbər tutmalıdır. Əməkdaş və ya işguzar partnyor bu Kodeksin hər hansı müddəasının tətbiqində özünü əmin hiss etmədikdə, 0, komplayens məsələlərinə cavabdeh xxxx əməkdaşa vəya hüquqşunasa müraciət etməlidir.
ƏHATƏ DAİRƏSİ VƏ HƏDƏF AUDİTORİYA
Hazırki Kodeks bütün dünya üzrə Carlsberg Group-un nəzarətində xxxx müəssisələrin rəhbərliyinə, işçilərinə və ştatdan kənar işçilərinə şamil olunur. Carlsberg Group-un minoritar səhmdar kimi iştirak etdiyi birgə müəssisələrdə belə Kodeksin standartları tətbiq edilməlidir.
33
01. QANUNVERICILIK VƏ ŞIRKƏT SIYASƏTI
Carlsberg Groupun nüfuzu və biznesi bütün qüvvədə xxxx qanunları, qaydaları və normalar tanımaqdan və onlara əməl etməkdən aslıdır. Sözü gedən qayda və qanunlara əməl etmək Carslebrg Group-un hər bir işçisinin vəzifəsidir. Bundan əlavə, Carslberg Group-un hər bir əməkdaşı Group-un siyasət və prosedurlarını oxumalı, anlamalı və onlara əməl etməlidir, təlim sessiyalarında iştirak etməli və müzakirə olunan hər hansı qanun və siyasət haqqında ona qaranlıq qalan məqamlarla bağlı suallar verməlidir.
02. KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQLA BAĞLI QANUNVERİCİLİK
Rüşvətxorluq və korrupsiya Carlsberg Group-un fəaliyyət göstərdiyi demək olar ki, bütün ölkələrin qanunvericiliyi əsasında yol verilməzdir. Bir qayda olaraq, biznesi əldə etmək və ya saxlamaq, və yaxud rəqiblər üzərində doğru olmayan üstünlüyü təmin etmək məqsədilə dövlət rəsmisinə pul və yaxud hər hansı digər dəyərli əşya vermək qanundan kənardır. Belə əməllər cinayət məsuliyyəti yaradır və ağır cərimələr və həbs cəzası nəzərdə tutur.
Rüşvətxorluğun istənilən forması Carlsberg Group tərəfindən vicdansız, mənəviyyata zidd və qəbul olunmaz əməl kimi dəyərləndirilir. Nəticə etibarilə, biznesin inkişafı və müvafiq prosedurların sadələşdirilməsi məqsədilə aparılan ödənişlər qanunla yol verilməsinə və yaxud qadağan olunmasından asılı olmayaraq qəbul edilməzdir. Həmçinin əsaslandırılmamış və faktiki hesab- fakrura ilə təsdiq edilməmiş ödənişlər də Carlsberg Group üçün yol verilməzdir.
İstənilən ölkədə dövlət rəsmisinə hər hansı hədiyyə və əyləncə paketi təqdim olunan zaman, qüvvədə xxxx antikorrupsiya qanunvericiliyinə və Garlsberg Group-un prosedur və məhdudiyyətlərinə ciddi əməl olunmalıdır. Bundan əlavə, bunu etməzdən əvvəl komplayens üzrə yerli nümayəndənin razılığı alınmalıdır.
4
03. TİCARƏT SANKSİYALARI VƏ İXRACA NƏZARƏT QANUNLARI
AB, BMT və ABŞ və bir sıra digər ölkələr tərəfindən xüsusi coğrafiyalardan xxxx şəxslər və müəssisələrlə ticarət əlaqələrini qadağan edən iqtisadi sanksiyalar qəbul olunmuşdur. Sözü gedən sanksiya sxemləri xüsusi (pivə istehsalı) avadanlıqların müəyyən ölkələrə ixracını qadağan edir. İqtisadi sanksiyaların pozulması Carlsberg Group-un cərimələnməsi, Group rəhbərlərinin və işçilərinin cərimələnməsi və azadlıqdan məhrum edilməsi, Group-un müəssisələri üçün daha əlverişsiz kredit şərtlərinin tətbiq edilməsi və nüfuzuna ciddi zərər yetirilməsi kimi mənfi nəticələrə gətirə bilər.
Ticarət sanksiyaları sxemlərinə və ixraca nəzarət qanunlarına əməl etmək məqsədilə Group-un sanksiya qoyulmuş şəxslərlə və yaxud müəssisələrlə danışıqlara yol verməmək üçün Group şirkətlərində danışıqların ən erkən mərhələsində sanksiya məhdudiyyət xxxxxx xxxx biləcək şəxslər və təşkilatların skrininqi (yoxlaması) keçirilməlidir. Əgər siz hər hansı təşkilatın və ya şəxsin ticarət sanksiyaları və ixraca nəzarət haqqında qanunlarına uyğun olduğuna dair şübhəniz varsa, bu halda şirkətin hüquqşunasına və yaxud Group-un hüquq hüquq departamentinə müraciət edə bilərsiniz.
04. RƏQABƏT HAQQINDA QANUN
Antihisar və yaxud rəqabət haqqında qanunvericilik rəqabətə və istehlakçılara zərər verən davranışı qadağan edir. Belə davranış nümunəsi kimi rəqabətə qarşı razılaşmalar, məsələn şirkətlər arasında qiymətin müəyyən edilməsi, bazarın və ya müştərinin bölünməsi, saxta tenderlər, bazardakı səlahiyyətlərdən su istifadə, antiinhisar qanunvericiliyinə nəzarət edən dövlət orqanlarından məlumatların gizlədilməsi daxildir. Belə pozuntular şirkət, müştəri və şəxs səviyyəsində ciddi cəzalandırmalara, eləcə də cərimə ödənişlərinə (Carlsberg Group-un illik qlobal gəlirinin 10% qədər), azadlıqdan məhrum edilməyə və nüfuzuna xələl gəlməsinə səbəb ola bilər. Bu səbəbdən sizin rəqabət qanunvericiliyinə və qaydalarına əməl etməyiniz vacibdir. Əgər siz hər hansı prosesin rəqabət qanunvericiliyinə zidd olduğunu ehtimal edirsinizsə hüquq
məsləhətçiniz və ya Group-un hüquq departamenti ilə əlaqə saxlaya bilərsiniz. 55
6
05. MƏLUMATIN QORUNMASI VƏMƏXFİLİK HAQQINDA QANUNVERİCİLİK
Şəxsiyyəti müəyyən edən məlumatların toplanılması, istifadə edilməsi, saxlanılması və digər ölkələrə ötürülməsi qanunla tənzimlənir. Carlsberg Group əməkdaşlarına, podratçılarına, tədarükçülərinə, təchizatçılarına və istehlakçılarına, və əməkdaşlıq etdiyi üçüncü şəxslərə aid şəxsi məlumatlara hörmətlə yanaşır.
Qrup həssas və şəxsi məlumatın ictimaiyyətə ötürülməməsinin hüquqi qaydada tənzimlənməsi üçün bütün müvafiq və lazımi tədbirləri görür.
06. MƏSULIYYƏTLI ISTEHLAK
Carlsberg Group pivənin faydalı və mənfi tərəflərini və sui istifadənin zərərli təsirini həm fərdlərə həm də ümumilikdə ictimaiyyətə aydın şəkildə izah edir. Carlsberg brendlərinin elçisi kimi siz daima bütün kommunikasiya vasitələrində mötədil miqdarda pivə istehlakını təşviq etməlisiniz. Xüsusilə rəhbərlər nümunəvi şəxs kimi çıxış etməli və insanlarda məsuliyyətli içki istehlakını təbliq etməlidirlər.
Biz alkoqollu içkilərə dair ciddi standartlar müəyyən etmişik. İş yerinə alkoqollu içkinin təsiri altında gəlmək, alkoqollu içkinin təsiri altında sükan arxasında keçmək qəbul olunmazdır və işdən azad edilmə ilə nəticələnə bilər. İş yerində alkoqollu içki qəbul etmək qadağandır. İstisna hal kimi Carlsberg Group-un sponsorluq etdiyi tədbirlər və yaxud işin tələb etdiyi xxxxx xxxxxx hesab edilir. Bütün belə hallarda birbaşa rəhbərin razılığı tələb olunur.
77
07. MARAQLARIN TOQQUŞMASI
Maraqların toqquşması sizin şəxsi maraqlarınızın, və yaxud təchizatçılar, qohumlar və müştərilər kimi üçüncü tərəflərin maraqlarının sizin obyektiv şəkildə və yaxud Carlsberg Group-un üstün maraqlarında hərəkət etməyinizə təsir göstərən zaman baş verir. Bəzi hallarda ixtilaf tərəfinizdən heç bir hərəkət etmədiyiniz zaman belə baş verə bilər. Buna görə də siz, şəxsi marağınızda xxxx, və yaxud şəxsi marağınızda olan kimi qəbul edilə biləcək heç bir fəaliyyətlə məşğul olmamalısınız.
İxtilafın açıqlanması ixtilafın üzə çıxarılması və ixtilafa yol verməmək kimi vacibdir. Siz ixtilafa səbəb ola biləcəyi ağlabatan qaydada ehtimal edilən hər hansı saziş və yaxud münasibət haqqında rəhbərinizə, İnsan Resursları departamentinə və yaxud komplayens üzrə yerli nümayəndəyə məlumat verməlisiniz.
08. İNSAYDER MƏLUMATI VƏ QİYMƏTLİ KAĞIZLARLA ƏMƏLİYYATLAR.
İnsayder məlumatı - ictimaiyyətə ötürüldüyü təqdirdə şirkət səhmlərinin qiymətinə təsir göstərə biləcək (məs., Carlsberg), onun səhmləri və yaxud istiqrazları haqqında ictimaiyyətə açıq olmayan məlumatdır. Məsələn, maliyyə nəticələri, aktivlərin alınması və ya satılması haqqında məlumatlar, və əhəmiyyətli yeni bazarlar, mallar və yaxud əməkdaşlıqlar, və yaxud onlardan imtina bir qayda olaraq insayd məlumat hesab edilir.
Əgər siz, Carlsberg Group və yaxud ona aid hər hansı şirkət haqqında insayder məlumata sahibsizinsə, gündəlik fəaliyyətinizdə tələb olunmadığı təqdirdə, sizin, belə məlumatı almaq və ya satmaq, və yaxud belə şirkətə aid səhmlərin alınmasını və yaxud satılmasını dəstəkləmək, və yaxud belə insayder məlumatının hər hansı şəxsə açıqlamaq hüququnuz yoxdur.
8
İnsayder ticarəti haqqında qaydalar mürəkkəbdir və onların pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Əgər siz Carslberg Group və yaxud hər hansı digər şirkətin səhmləri ilə əməliyyat aparmaq hüququnuzun olmasından əmin deyilsinizsə, və yaxud insayder qaydaları haqqında hər hansı sualınız varsa, Carlsberg Group-un Korporativ Katibinə və yaxud yerli hüquqşunasınıza müraciət edə bilərsiniz.
09. ŞİRKƏTİN ƏMLAKININ QORUNMASI VƏ LAZIMİ ŞƏKİLDƏ İSTİFADƏSİ
Carlsberg Group-un fəaliyyəti onun əmlakının, aktivlərinin qorunması və düzgün istifadəsindən asılıdır. Oğurluq, ehtiyatsızlıq və israfçılıq halları Qrupun maliyyə durumuna birbaşa təsir göstərir.
Siz Qrupun bütün aktivlərinin dəyərini qoruyan prosedurlara və praktikalara əməl etməlisiniz. Bunlara həm fiziki aktivlər həm də Qrupun dəyərli ticarət nişanlarını, nou-haularını və məxfi məlumatlarını daxil edən intellektual mülkiyyət kimi qeyri maddi aktivlər daxildir. Siz Qrupun aktivlərindən və resurslarından şəxsi mənafeyiniz üçün xxx yalnız qanuni işguzar məqsədlərlə istifadə edə bilərsiniz.
99
10. KONFIDENSIALLIQ VƏMƏXFI MƏLUMAT
Konfidensial və məxfi məlumat ictimaiyyətə açıq olmayan bütün məlumatı daxil edir. Üçüncü şəxslərə aid Carlsberg Group-a etibar edilmiş məlumatı daxil edən məlumatın açıqlanması rəqiblərin xeyrinə və Qrupun ziyanına ola bilər.
Siz daima Carlsberg Group şirkətlərinin və yaxud digər şirkətlərin, eləcə də Qrupun tədarükçüləri və müştəriləri tərəfindən sizə etibar edilmiş konfidensial və yaxud məxfi məlumatın konfidensiallığını qorumalısınız. Hər hansı konfidensial və yaxud məxfi məlumatın icazəsiz açıqlanması qadağandır. Bu Qrupun və yaxud onun tədarükçülərinin və ya müştərilərinin rəqabət gücünə mənfi təsir göstərə, və yaxud üzərinizə və yaxud Qrupun üzərinə hüquqi öhdəliklər qoya bilər. Siz konfidensial məlumatın qorunması üçün müvafiq tədbirləri görməli, eləcə də vəzifə öhdəliklərini yerinə yetirmək üçün belə məlumatı bilməli xxxx işçilər xaricində bu məlumatın Qrup daxilində açıqlanmamasını təmin etməlisiniz. İşçilər və podratçılar, Qrupla əmək münasibətləri bitdikdən sonra belə bu müddəalara hörmət etməlidir.
Konfidensial məlumatın açıqlanmasını müvafiq hesab edən hər hansı suallar və yaxud narahatçılıqlar yarandıqda dərhal Carlsberg Group-un Hüquq Məsələləri üzrə Vitse Prezidentinə ötürülməlidir. Yalnız rəsmi nümayəndə və yaxud xüsusi təyin edilmiş şəxs media orqanlarından daxil xxxx suallara aydınlıq gətirə bilər.
10
11. İŞ MÜHITI
Carlsberg Group ədalətli işəgötürən statusunu qazanmağa can atır. Işçi və ya bir qrup işçi tərəfindən qeyri-qənaətbəxş davranış, dələduzluq və yaxud təcavüzün hər hansı digər forması qəbul olunmazdır. Qrup 40 000-dən artıq insanı işlə təmin edir və yüksək dərəcəli mədəni müxtəliflik ilə səciyyələnir. Biz qlobal işçi qüvvəmizlə fəxr edirik. İşçilər irsindən, rəngindən, genderindən, dilindən, dinindən, siyasi və digər fikirlərindən, kastasından, milli və ictimai mənsubiyyətindən, mülkiyyətindən, doğum yerindən, ittifaqından, üzvlüyündən, cinsi oriyentasiyasından, sağlamlıq durumundan, yaşından, fiziki qüsurlarından və digər fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq işə qəbul olunur, inkişaf etdirilir və irəli çəkilir.
12. HƏDIYYƏLƏR, QIDALAR VƏ ƏYLƏNCƏLƏR
İşçilər biznes münasibətlərinin qorunması və gücləndirilməsi üçün gündəlik iş prosesində hədiyyə, yemək və əyləncə xarakterli predmetləri almaq və vermək hüququna malikdir. Yalnız pul ilə ifadə olunmamış, dəyəri yüksək olmayan hədiyyələri, onların müqabilində hədiyyəni xxxx şəxsdən hər hansı addım atmasını gözləmədən almaq və yaxud vermək olar.
Siz qanunla yol verilən və biznes məqsədləri ilə qəbul edilən dəyərli əşyalar istisna olmaqla Carlsberg Group ilə işgüzar münasibət qurmaq istəyən hər hansı müştəridən, tədarükçüdən və yaxud digər şəxsdən hədiyyə və yaxud digər qazanc qəbul etməməlisiz və hər hansı ailə üzvünüzün bunu etməsinə icazə verməməlisiniz. Dəyəri yüksək xxxx hədiyyələr dərhal qaytarılmalı və bu barədə birbaşa menecerə məlumat verilməlidir. Əgər hədiyyəni dərhal qaytarmaq mümkün olmazsa, belə hədiyyə xeyriyyə və yaxud Qrupun məqbul hesab etdiyi digər məqsədlərlə istifadə edilməsi üçün şirkətinizin komplayens üzrə nümayəndəsinə təhvil verilməlidir.
Carlsberg Group ilə işgüzar münasibətdə xxxx hər hansı şəxs tərəfindən hər hansı işgüzar münasibətlərin möhkəmlənməsi üçün əyləncə xarakterli qonaqlığın verilməsi və ya alınması, nadir hallarda olmalıdır, qanuni biznes məqsədlərinə xidmət etməlidir və heç bir halda cavab hərəkətini nəzərdə tutmamalıdır və sizin obyektiv və ədalətli biznes qərarın verilməsinə təsir etməməlidir.
1111
12
13. SIYASI FƏALIYYƏT VƏIANƏLƏR
Bütün şirkətlər kimi, bizim biznesimiz də dövlət hakimiyyət orqanları ilə qarşılıqlı konstruktiv münasibətlərinin olmasını tələb edir. Xxxxx, əgər siz fərd kimi siyasətə qoşulmusunuzsa, sizin Carlsberg Group-un xeyrinə siyasi təşkilatlara bəyanat vermək və yaxud (maliyyə) ianəsi vermək hüququnuz yoxdur. Xeyriyyə məqsədli ianələr dəstəklənir, və şəffaf və peşəkar qaydada edilməlidir.
14. MÜHASİBAN KİTABLARININ, UÇOT MƏLUMATLARININ, PROTOKOLLARIN VƏ İCTİMAİ HESABATLARIN DÜZGÜNLÜYÜ
İctimai və dövlət orqanlarına təqdim edilən Carlsberg Group-un mühasibat kitablarının,uçot məlumatlarının, protokollarının və sənədlərin dəqiqliyi şirkətin qanunverici və tənzimləyici orqanların qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün əhəmiyyətlidir. Lokal tələblərdən başqa, Carlsberg Group-un sənədləri valyuta mübadiləsi tələblərinə cavab verməlidir. Qrupun protokolları ictimaiyyətə, investorlara və dövlət orqanlarına təqdim edilən hesabatlar və bəyanatlar üçün əsasdır, və Qrupun biznes qərarlarına və strateji planlamasına bələdçilik edir.
Beləliklə, uçot kitabçalarımızın, protokollarımızın və digər ictimai hesabatlarımızın dolğun, ədalətli, dəqiq və vaxtında təqdim edilməsi vacibdir.
Siz bütün biznes sazişlərinin hesabatını verməli və düzgün protokollar tərtib etməlisiniz. Siz Qrupun maliyyə hesabatlarının auditi və yoxlanılması və tənzimləyici dövlət agentliklərinə təqdim edilən sənədlərin hazırlanması və ya toplanılması ilə əlaqədar mühasibə bilərəkdən yanlış və yaxud aldadıcı məlumatlar verməməlisiniz.
1133
BU KODEKSİN POZULMASI HAQQINDA MƏLUMAT VƏ TƏQIBDƏN QORUNMA
Siz hazırki Kodeksə əməl etməklə bağlı suallar verməyə, təlimatlar tələb etməyə, ehtimal edilən pozuntular haqqında Gizli Zəng Sistemi vasitəsi ilə məlumat verməyə və münasibət bildirməyə borclusunuz. Əgər siz, Carlsberg Group-un hər hansı əməkdaşının və yaxud nümayəndəsinin hazırki Kodeksin qüvvədə xxxx qanunlarını pozan davranış sərgilədiyindən şübhələnirsinizsə, bu haqda rəhbərinizə və ya komplayens üzrə nümayəndəyə məlumat verməlisiniz. Hazırki Kodeksin pozulması haqqında məlumat almış istənilən rəhbər komplayens üzrə nümayəndəyə məlumat verməli və müstəqil şəkildə istintaqı başlamamalıdır.
Siz pozuntular haqda anonim qaydada komplayens üzrə nümayəndəyə və yaxud Pozuntular haqqda Məlumat Sisteminə məlumat verə bilərsiniz. Carlsberg Group yaxşı niyyətlə pozuntular haqqında məlumat verən və yaxud qeyri-qənaətbəxş davranışın araşdırılmasına köməklik göstərən işçilərin təqib edilməsini qadağan edir. Menecerlər ehtimal edilən pozuntu haqqında xoş niyyətlə məlumat vermis işçini işdən azad etməməli, vəzifəsini aşağı salmamalı, onu işdən kənarlaşdırmamalı, hədələməməli, incitməməli və yaxud ona qarşı ayrı-seçkilik etməməlidir.
KODEKSIN POZULMASI
Hazırki Kodeksin pozulmasına görə işçiləri töhmət və yaxud xəbərdarlıq, işdən kənarlaşdırmai və yaxud əmək münasibətlərinin pozulması, vəzifənin aşağı salınması, əmək haqqının azaldılması kimi intizam məuliyyətinin tətbiq edilməsi nəzərdə tutur. Hazırki Kodeksin bəzi pozuntuları Carlsberg Group tərəfindən müvafiq hüquq – mühafizə orqanlarına istintaqı və təqib üçün verilə bilər.
Hazırki Kodeksin pozan davranışlara təhrik və rəhbərlik edən, onu dəstəkləyən və ya ona məhəl qoymayan, və yaxud belə davranış haqqında xəbərdar xxxx və bu haqda dərhal məlumat verməyən rəhbərə qarşı da işdən çıxarılmaya qədər intizam tədbiri tətbiq edilir. Hazırki Kodeksə göstərdikləri sədaqət nəticəsində biznesə dəymiş zərərə görə rəhbərlər cəzalandırılmır.
14
YAYINLAMA VƏ DÜZƏLİŞLƏR
Hazırki Kodekslə bütün yeni əməkdaşlar, ştatdan kənar işçilər, Carlsberg Group-a daxil xxxx müəssisələrin direktorları şirkət ilə əmək və ya digər münasibətlərin başladığı andan etibarən xxxxx edilməlidir . Hər bir əməkdaş, ştatdan kənar işçi və direktor hazırki Kodeksi aldığını, onu oxuduğunu və anladığını təsdiq etməli və onun şərtlərini qəbul etməlidir.
Carlsberg Group istənilən zaman və istənilən əsasda hazırki Kodeksə düzəliş etmək və yaxud ona xitam vermək hüququnu saxlayır. Hazırki Kodeksin ən son versiyasını Carslberg Group-un daxili portalında əldə etmək olar.
DƏYIŞIKLIKLƏR
Hazırki Kodeks hər üç ildən bir nəzərdən keçirilməli, təsdiq edilməli və İcra Komitəsinin təsdiqi ilə ona düzəlişlər edilməlidir. Hazırki sənədin İngilis dilində xxxx və tərcümə edilmiş mətni arasında uyğunsuzluq olarsa İngilis dilində xxxx mətnə üstünlük verilir.
1155
AZERBAİJANİ
November 2016 edition
Carlsberg Breweries A/S 000 Xx Xxxxxxxxx Xxx 0000 Xxxxxxxxxx X Xxxxxxx
Phone: x00 0000 0000