Kart sahibi tərifləməsi

Kart sahibi debet karta aid müvafiq PIN kodun (gizli şifrəni) SMS (kart sahibinin Banka bildirdiyini və Bank sistemində qeydiyyata alınan mobil telefon nömrəsinə), poçt (kart sahibinin Banka bildirdiyini və Bank sistemində qeydiyyata alınan ünvana) Telefon Mərkəzi (Call Center) və s. bank kanalları vasitəsi ilə təqdim ediləcəyini (ala biləcəyini) qəbul, bəyan və təsdiq edir . PİN kod poçt vasitəsi ilə göndərildiyi təqdirdə PİN kodla xxxx qapalı zərfin itirilməsi/oğurlanması hallarında “Bank” heç bir məsuliyyət daşımayacağını “Kart sahibi” qəbul, bəyan və təsdiq edir. Debet kart və xxx xxxx müvafiq PIN kod (gizli şifrə) “Kart sahibi”nin “Bank”a bildirdiyi ünvana poçt vasitəsi ilə göndərildikdə (çatdırıldıqda), debet kart və xxx xxxx müvafiq PIN kod (gizli şifrə) ayrı-ayrı vaxtlarda və ayrı-ayrı qapalı zərflərdə göndəriləcək (çatdırılacaq). Qeyd: “BANK KANALLARI”: Bankın filial və şöbələri (struktur bölmələri) xaricində qalan Müştəriyə xidmətlərini çatdırdığı internet, mobil cihazlar, ATM, Telefon Mərkəzi və s. kimi kanallar.
Kart sahibi tərəfindən müqavilə ilə müəyyən edilmiş şərtlər və tələblər yerinə yetirilmədikdə qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək.
Kart sahibi və ya “Bank” tərəfindən debet kartın istifadəsi dayandırıldığı və ya bu Müqaviləyə vaxtından əvvəl xitam verildiyi hallarda Tərəflər belə dayandırılma və ya xitam verilmə anına qədər bir birinə qarşı yaranmış öhdəlikləri icra etməlidirlər.

Examples of Kart sahibi in a sentence

  • Kart sahibi hər bir kart üçün Bank tərəfindən müəyyən edilmiş miqdarda xidmət haqqı ödəyir.

  • Kart sahibi kartın fəaliyyətinin dayandırılmasına baxmayaraq, ondan istifadə etdiyi halda yaranacaq borc və cərimələrin ödənilməsini öhdəsinə götürür.

  • Bu barədə məlumatın daxil olduğu vaxtdan etibarən 30 (otuz) təqvim günü ərzində bu kartla aparılan əməliyyatlara görə Kart sahibi məsuliyyət daşıyır.

  • Hazırki Ümumi Şərtlərdə Müştəri anlayışına ismin müvafiq hallarında Xxxxxx xxxx (Xxxx xxxx), Girov qoyan, Əmanətçi, Kart sahibi və s.

  • Əlavə kartın bağlanması üçün Kart sahibi Banka yazılı ərizə ilə müraciət etməli və əlavə kartı xxxx qaytarmalıdır.

  • Bank tərəfindən kartın fəaliyyətinin dayandırıldığı və kartın dəyişdirilməsindən imtina edildiyi halda, Kart sahibi Bank qarşısında xxxx xxxx və başqa öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər bu Müqavilənin müddəalarının qüvvədə olduğunu qəbul edir.

  • Kart sahibi və ya Kart istifadəçisi kartın itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi üçün məsuliyyət daşıyır.

  • Kart sahibi kartı dəyişmək barədə Banka müraciət etdikdə, xidmət haqqı Kart sahibinin hesabından silinir, nağd şəkildə Kart sahibi tərəfindən ödənilir və ya borc kimi yazılır.

  • Kart Bankın mülkiyyətidir və lazım olduqda Bank kartı Kart sahibi və ya Kart istifadəçisindən ala bilər.

  • Bank səbəb göstərmədən, Kart sahibi və ya Kart istifadəçisindən xxxxxx xxxx qaytarılmasını tələb edə, kartdan Kart sahibinin və ya Kart istifadəçisinin iradəsi əleyhinə, qanunazidd məqsədlərlə və qanunla nəzərdə tutulmamış qaydada istifadə edildikdə kartı bloklaşdıra və bu barədə Kart sahibinə məlumat verə bilər.

Related to Kart sahibi

  • Azadolma məbləği Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur

  • Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

  • Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

  • Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;

  • Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

  • Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;

  • Xxxxxxxxxx şəxs sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;

  • Sığortanın ərazisi sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.

  • Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  • Sığorta olunan sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

  • Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

  • Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  • Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

  • Sığortanın müddəti sığorta risklərinin sığortalandığı müddət;

  • Sığortaçı sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;

  • Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;