Arbitraj Nümunə Maddələri

Arbitraj. (a) 15.1(a)(ii) və 15.1(c) bəndlərinin müddəalarına müvafiq surətdə nəzərdən keçirilmək üçün ekspertə göndərilən məsələlər istisna olmaqla, ARDNŞ ilə hər hansı Podratçı tərəf, yaxud bütün Podratçı tərəflər arasında mübahisə (Rəhbər komitənin iclaslarında həll edilməmiş məsələlər daxil olmaqla) baş verdikdə, mübahisə edən Tərəflər bu Sazişin şərtlərinə əsaslanaraq mübahisənin qarşılıqlı surətdə qənaətbəxş bir şəkildə həll olunmasına cəhd göstərmək üçün görüşürlər. Tərəf həmin mübahisə haqqında bildiriş aldıqdan sonra otuz (30) gün müddətində mübahisə, Tərəfləri qarşılıqlı surətdə qənaətləndirən bir şəkildə aradan qaldırılmırsa, həmin mübahisə Arbitraj qaydasının müddəalarına və tətbiq edilə bilən hüquq barəsində 25.1 bəndində göstərilmiş müddəalara müvafiq surətdə həll edilir. (b) Bu Sazişdə heç nə Podratçı tərəflərin xarici sərmayələrin müdafiəsi haqqında Azərbaycan Respublikasında qüvvədə xxxx qanunvericiliklə nəzərdə tutulan hüquqlarını əsla məhdudlaşdırmır və Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya gələcək qanununun müddəasına baxmayaraq, həmin hüquqlar Podratçıya bu Saziş üzrə məxsus xxxx hər hansı başqa hüquqlara əlavə olaraq tətbiq edilir. Hər hansı Hökumət orqanının hər hansı fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində Podratçının hər hansı hüquqlarının, mənafelərinin, yaxud əmlakının ekspropriasiyası, milliləşdirilməsi və ya başqa cür özgəninkiləşdirilməsi hallarında arbitrlər nağd pulun diskontlaşdırılmış axınları metodunu tətbiq edərək və əlverişli şəraitdə əqddə xxxxxx xxxx alıcının və satıcının mövcudluğunu ehtimal edərək, habelə Poxxxxxxxxx xx hüquqlarından, mənafelərindən, payından (o cümlədən mənimsənilməmiş ehtiyatlarda iştirak payından) və ya əmlakından məhrum olması ilə nəticələnən əlverişsiz vəziyyəti nəzərə almayaraq zərərin əvəzinin xxx xxxxx qiyməti ilə və mövcud müəssisə əsasında ödənilməsi (o cümlədən Dollarla dərhal tam və təsirli kompensasiyası) prinsiplərini tətbiq edirlər, Podratçının sadalanan hüquqlarının, mənafelərinin, payının (o cümlədən mənimsənilməmiş ehtiyatlarda iştirak payının) və ya əmlakının xxx xxxxx qiymətini müəyyənləşdirmək üçün arbitrlər yüksək beynəlxalq nüfuza malik investisiya bankını seçirlər. (c) Bu 25.3 bəndində nəzərdə tutulan hüquqlar və öhdəliklər bu Sazişin qüvvəsinə xitam verilmədən sonra da qüvvədə qalır.

Related to Arbitraj

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Əsas anlayışlar Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Yekun müddəalar 4.1. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və qüvvədə xxxx digər qanunvericilik aktları ilə tənzimlənir. 4.2. Bu müqavilə tərəflərin imzaladığı və təsdiq etdiyi vaxtdan qüvvəyə minir və bir qayda olaraq vəkilə həvalə edilmiş tapşırıq üzrə yekun qərar çıxarılanadək, işin xarakterindən asılı olaraq tapşırıq icra edildiyi vaxtadək və ya müqavilə ilə müəyyən edilmiş müddətədək qüvvədədir. 4.3. Müqavilə (və müqaviləyə Əlavə) azərbaycan dilində, eyni hüquqi qüvvəyə xxxxx xxxx vəkil qurumlarına münasibətdə 3 (üç) nüsxədə tərtib edlir, bir nüsxəsi vəkil qurumunda, bir nüsxəsi hüquqi yardım göstərən vəkildə saxlanılır və bir nüsxəsi isə müraciət edən şəxsə (nümayəndəyə), təqdim edilir. Fərdi qaydada fəaliyyət göstərən vəkil və hüquqi yardım göstərilən şəxslə bağlanan müqavilə bir nüsxəsi fərdi qaydada fəaliyyət göstərən vəkildə, digər nüsxəsi hüquqi yardım göstərilən şəxsdə (nümayəndədə) qalmaqla 2 (iki) nüsxədə tərtib olunur. 4.4. Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə xxxxx olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən xxx xxxx edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar. 4.5. Tərəflər müqavilə şərtlərinin onlara xxx xxxxx olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. a) İbtidai istintaqda iştirak günləri:________________________________________________________________________________________________________ b) İşi öyrənmək və məhkəmə iclasına hazırlıq günləri:___________________________________________________________________________________ c) Məhkəmə iclasında iştirak günləri: _____________________________________________________________________________________________________ ç) Məhkəmə protokolunun öyrənmə günləri: _____________________________________________________________________________________________

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Sığorta riskləri 5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində yonca bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 5.1.1. dolu; 5.1.2. yanğın; 5.1.3. zəlzələ; 5.1.4. torpaq sürüşməsi; 5.1.5. qasırğa; 5.1.6. fırtına 5.1.7. sel və ya subasma; 5.1.8. vəhşi heyvanların hücumu; 5.1.9. bitki xəstəlikləri və zərərvericiləri; 5.1.10. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.11. üçüncü şəxslərin hərəkətləri. 5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: • dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər; • xxxxxx xxxxx təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn xxxxx, buxar və istiliyin təsiri ilə yaranan zərərlər; • zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər; • torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət xxxx kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər; • qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki xxx şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər; • fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən xxx xxxx ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən xxx xxxx küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər; • sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərlər; • vəhşi heyvanların hücumu – yonca bitkisində vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər; • bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərlər; • xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərlər; • üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər. 5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.