Auditor yoxlamaları Nümunə Maddələri

Auditor yoxlamaları. Podratçı Neft-qaz əməliyyatları hesablarını auditorların hesabatlan ilə birlikdə hər Təqvim ili qurtardıqdan sonra yeddi (7) aydan gec olmayaraq ARDNŞ-yə təqdim edir. ARDNŞ müvafiq Təqvim ili qurtardıqdan sonra on iki (12) aydan gec olmayaraq göstərilmiş Təqvim ili üçün hesabların təftiş olunmasını Podratçıya bu barədə bildiriş göndərməklə xahiş edə bilər. Belə təftişləri ARDNŞ tərəfindən seçilən, beynəlxalq miqyasda tanınmış müstəqil mühasiblər şirkəti aparır. Belə təftişə çəkilən məsrəflər Neft-qaz əməliyyatları hesabına aid edilir və Podratçı tərəfindən ödənilir. ARDNŞ adından aparılan hər hansı təftiş elə aparılır ki, Neft- qaz əməliyyatlarına maneçilik yaratmasın. Əgər ARDNŞ yuxarıda göstərilmiş hesablara etiraz etdiyini, yaxud Podratçının Qərəzli səhlənkarlığı haqqında sübutlar olduğunu nəzərdən keçirilən Təqvim ilindən sonrakı iyirmi dörd (24) ay ərzində Podratçıya yazılı bildirişlə (dəlillər göstərilməklə) məlumat verməsə, müvafiq Təqvim ilinin hesabları həmin tarix üçün təsdiq edilmiş sayılır. Hesablar barəsində ARDNŞ-nin Tərəflər arasında razılaşma ilə tənzimlənməmiş hər cür etirazları Arbitraj əməliyyatının müddəalarına müvafiq surətdə arbitraj baxışına verilir. Arbitrajın qərarında ARDNŞ-nin hər hansı etirazı təsdiq edilərsə, Neft-qaz əməliyyatları Hesabı müvafiq surətdə təshih olunur. Yuxarıda qeyd olunanlara baxmayaraq, Tərəflər aşağıdakılara dair razılığa gəliblər:

Related to Auditor yoxlamaları

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: