Avadanlığın icarəsi Nümunə Maddələri

Avadanlığın icarəsi. Neft-qaz əməliyyatlarının gedişində bütün Podratçı tərəflər öz Ortaq şirkətlərindən və ya Üçüncü tərəflərdən icarəyə götürülmüş avadanlıqdan istifadə etmək hüququna malikdirlər. Podratçının uzunmüddətli icarə (bu, 16-cı Maddənin məqsədləri baxımından on (10) ildən artıq müddətə icarə deməkdir) əsasında istifadə etdiyi avadanlığa gəldikdə, Podratçı avadanlığı onun xxxxxx xxxx, yuxanda adı çəkilən Ortaq şirkətlərdən icarəyə götürmüşdürsə, Neft-qaz əməliyyatları üçün bu avadanlıqdan bir daha istifadə etmək niyyətində olmadıqda həmin icarənin ARDNŞ-nə verilməsini təmin edəcək, avadanlıq Üçüncü tərəflərdən icarəyə götürülmüş olanda isə həmin icarənin ARDNŞ-nə verilməsinə imkan yaradılmasını təmin etmək üçün, habelə icarə sazişində ARDNŞ-nin bu avadanlığı əldə etmək hüququnun nəzərdə tutulması üçün öz səlahiyyəti daxilində bütün ağlabatan səyləri göstərəcəkdir.

Related to Avadanlığın icarəsi

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;