Birjada əqdlərin bağlanması. 4.1.1. Birjada əqdlər aşağıdakı şərtlər daxilində bağlanır: a) Əqdin hər iki tərəfi Birjanın ticarət sistemində bu Qaydalara müvafiq şəkildə bir-birinə uyğun şərtlərlə sifariş daxil etdikdə; b) Əqdlər Birjanın ticarət sistemi vasitəsi ilə bu Qaydalarda nəzərdə tutulmuş müvafiq ticarət üsulu vasitəsilə bağlandıqda. 4.1.2. Hər bir əqd üzrə aşağıdakı məlumatlar ticarət sistemi vasitəsi ilə ticarət iştirakçılarına bu Qaydalara uyğun olaraq açıqlanır: a) Əqdin bağlandığı qiymətli kağızın və ya törəmə maliyyə alətinin adı; b) Qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı; c) Bir lot qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti. 4.1.3. Birjada əqd elektron ticarət sistemi (sistemləri) vasitəsi ilə bağlanır.
Appears in 4 contracts