Fondların ləğvi ilə əlaqədar Tərəflərin münasibətləri Nümunə Maddələri

Fondların ləğvi ilə əlaqədar Tərəflərin münasibətləri. (a) Əgər hər hansı bir anda Podratçı Kontrakt sahəsində yerləşən əsas fondların bu Sazişin qüvvədə olma müddəti başa çatanadək ləğv olunmasını tövsiyə edirsə, Podratçının tövsiyəsi alındıqdan sonra otuz (30) gün ərzində ARDNŞ həmin fondların istismarını davam etdirməyi qərara almaq hüququna malikdir və belə xxxxx xxx üçün münasib xxxx vaxtda onun ləğv edilməsi məsuliyyətini öz üzərinə götürür; ARDNŞ həmin əsas fondları ləğv etməyə başladığı anda, ya da Saziş qüvvədən düşəndən sonra, - bunların hansının daha əvvəl baş verməsindən asılı olaraq, - Ləğvetmə işləri fondunun müvafiq hissəsi ARDNŞ-nə verilir. Əgər ARDNŞ əsas fondların istismarını davam etdirməyi qərara almırsa, onu ləğv etmək haqqında qərar Rəhbər komitə tərəfindən qəbul olunur, bu şərtlə ki, gündəliyinə Podratçının tövsiyəsi ilk dəfə salınmış iclasda Rəhbər komitə həmin əsas fondların ləğv olunması barədə vahid rəyə gələ bilmirsə, belə hesab edilsin ki, ARDNŞ həmin əsas fondların istismarını davam etdirməyi qərara almışdır və həmin əsas fondlar barəsində bütün sonrakı məsuliyyət Podratçının üzərindən götürülür. Əgər Rəhbər komitə həmin əsas fondları ləğv etməyi qərara alırsa, bu qərardan sonra otuz (30) gün ərzində ARDNŞ Podratçıya, bu əsas fondların ləğv edilməsi üçün məhz kimin - Podratçının yoxsa ARDNŞ-nin özünün məsuliyyət daşıdığını bildirir. Otuz (30) gün ərzində XXXXX tərəfindən belə bir bildiriş olmadıqda, hesab edilir ki, ARDNŞ əsas fondların ləğv olunması üçün məsuliyyəti Podratçının üzərinə qoymağı qərara almışdır. Ləğvetmə işləri fondunun müvafiq hissəsi həmin Əsas fondların ləğv edilməsi üçün cavabdeh xxxx Tərəfin hesabına köçürülür. ARDNŞ əsas fondların ləğvedilməsi ilə bağlı bütün əməliyyatları və ya əsas fondların istismarının davam etdirilməsini beynəlxalq neft sənayesində qəbul edilmiş təcrübəyə uyğun surətdə və elə bir tərzdə həyata keçirir ki, bu Neft-qaz əməliyyatlarına mane olmasın.

Related to Fondların ləğvi ilə əlaqədar Tərəflərin münasibətləri

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;