Hesab üzrə göstərilən əlavə xidmətlər. 19.1. “Məlumat mərkəzi” xidməti: 19.1.1. ABB Müştəriyə “Məlumat mərkəzi” xidmətini göstərir. “Məlumat mərkəzi” xidməti dedikdə Telefonla ABB-ə zəng edərək müraciəti əsasında ona verilmiş “Məlumat kodu”-nu telefonun klaviaturasında yığan və özünü təqdim edən Müştəriyə hesabdakı pul vəsaitinin miqdarı və hesab üzrə aparılmış əməliyyatlar barədə məlumat verilməsi başa düşülür. 19.1.2. Müştəri “Məlumat kodu”-nu mühafizə etməlidir. ABB “Məlumat kodu”-nun ABB-nin təqsiri olamayan hallarda üçüncü şəxslərin əlinə keçməsinə görə məsuliyyət daşımır.
Appears in 4 contracts
Samples: Bank Services Agreement, Bank Services Agreement, Bank Services Agreement